Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1788/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının və vəkili X4 oğlunun, cavabdehin nümayəndəsi XN iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi haqqında» iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-469/202N saylı 09.03.202N-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin N6.N2.20N9-cu il tarixli imtinasını qanunsuz və əsassız hesab edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində şərh olunan faktiki hallar aşağıdakılardan ibarətdir: “...İddiaçı NN.05.N985-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış, N987-ci ildə hərbi xidmətdən tərxis olunmuş, N989-cu ildə Ermənistandan rayonundan qaçqın düşərək Bakı şəhərində məskunlaşmışdır. N2-ci ildə könüllü olaraq Bakı şəhəri Səbail Rayon Hərbi Kommisarlığı tərəfindən qeydiyyata alınıb erməni millətçilərinə qarşı döyüşlərə yollanmışdır. Xidmət etdiyi ilk hərbi hissə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin kəşfiyyat bölüyündə olmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 03.09.20N9-cu il tarixli arxiv arayışında da onun N nömrəli hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 3 nömrəli əmri ilə (əsas səhifə 7-2 N nömrəli əmri ilə) ona gizir hərbi rütbəsi verilərək dəstə komandiri vəzifəsinə təyin edilmişdir. Sonradan həmin hərbi hissə komandirinin N8 noyabr N3-cü il tarixli 83 nömrəli əmrilə Müdafiə Nazirliyinin sərəncamına göndərilmiş, kəşfiyat bölüyünün komandiri kimi döyüşlərdə fəal iştirak etmiş, bu səbəbdən 26.0N.N3 və 03.02.N3-cü illərdə Türkiyyə Respublikasının “X5” kursunu bitirib “kurs belgesi” alıb yenidən kəşfiyyatçı kimi N nömrəli hərbi hissəyə qayıtmışdır. N3-cü ildən gizir kimi N nömrəli hərbi hissədə döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin onun N nömrəli hərbi hissədə xidmət etməyi barədə heç bir məlumat və rəsmi sənədlər yoxdur. Eyni zamanda arxiv arayışından da görünür ki, N nömrəli hərbi hissə komandirinin 0N.N2.N3-28.N2.N3-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N2-N4-cü illər ərizində, döyüşlərin kəskin getdiyi vaxtlarda N və N saylı hərbi hissələrin tərkibində kəşfiyyat bölüyündə demək olar ki bütün döyüş əməliyyatlarında fəal iştirak etmiş, amma səhlənkarlıqları nəticəsində onun hərbi biletində qeydlər aparılmamışdır. Gizir olaraq atəşkəsdən sonra, yəni N4-cü ilin iyul ayında N nömrəli hərbi hissəyə tağım komandiri vəzifəsinə təyin edilmişdir. 3N iyul N6-cı ildə Müdafiə Nazirinin 02N2 saylı əmri ilə N6N saylı hərbi hissəyə tağımın texniki vəzifəsinə təyin olunmuşdur. Lakin valideyinlərinin xəstə olması və onların maddi sıxıntılar keçirməməsi üçün N6N nömrəli hərbi hissəyə göndərilməyinə etiraz edərək bir daha hərbi hissəyə qayıtmamış, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin N0.N0.2000-ci il tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilmiş və Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə əsasən 2 il müddətinə həmin cəzası şərti hesab edilmişdir. Faktiki olaraq döyüşlərdə iştirakını təqdiq edən sənədlər əsasında ona “Müharibə veteran” adının və müvafiq vəsiqəsinin verilməsi üçün Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, lakin sonuncu N2.N0.20N9-cu il tarixli, l/Y-N43N3 nömrəli məktubu ilə hərbi biletini və digər müvafiq sənədlərin notarial qaydada təsdiq olunmuş surətini təqdim etməsini ondan tələb etmiş, həmin sənədələr cavabdehə təqdim edilməklə, yenidən 28.N0.20N9-cu il tarixdə ərizə ilə cavabdehə müraciət etsə də sonuncu N6.NN.20N9-cu il tarixdə yenidən imtina verərək bildirmişdir ki, güya onun xidmət etdiyi N nömrəli hərbi hissə 07.07.N2-ci il NN.N2.N2-ci il tarixlərində Silahlı Qüvvələr Baş Qərargah rəsinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hisələrin siyahısında olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun olmamışdır. N nömrəli hərbi hissənin 07.07.N2-ci il - NN.N2.N2-ci il tarixlərində Baş Qərargah rəsinin hansı nömrəli əmri ilə döyüşlərdə iştirak edən hərbi hisələrin siyahısında olmadığını göstərməmişdirHərbi hissəni tərk etdiyi üçün məhkəmənin qeyd edilən N0.N0.2000-ci il tarixli hökmün əsaslandırıcı hissəsində onun döyüşlərdə fəal iştirakı açıq aydın göstərilmiş, döyüşlərdə fəal iştirakçı olmağı əsaslandırmışdır. Buna baxmayaraq cavabdeh heç bir əsas göstərmədən N nömrəli hərbi hissənin N2-ci il tarixdə döyüş sıralarına daxil olan hərbi hissə olmamasını əsas gətirərək qanunsuz və əsassız imtina məktubu vermişdir...” Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-469/202N saylı 09.03.202N-ciil tarixli qərarı ilə iddia təmin edilmiş və cavabdehin N6.N2.20N9-cu il tarixli imtinası qanunsuz hesab edilmiş və İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayət onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Məhkəmə prosessual və maddi hüquq normalarını pozmuş və düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə İPM-in N2.N-ci maddəsinin həmçinin “Veteranlar haqqında” Qanunuu və Nazirlər Kabinetinin 22.09.N5-ci il tarixli 2N6 saylı Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməni müddəalarını nəzərə almadan qərar qəbul etmişdir. Həmin Əsasnamənin N-ci bəndinə əsasən müharibə veteranı adı N988-ci il fevral ayının N-dən N4-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə hərbi idarətetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar əsasında verilir. Yəni, qanunvericiliklə müharibə veteranı sayılması üçün hansı sənədlərin olması göstərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Abbaszadə apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə etmiş, eyni zamanda, iddiaçının arxiv arayışına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələr Baş Qərargah rəsinin təsdiq etdiyi döyüşən hərbi hissələrdə xidməti barədə məlumat aşkar edilmədiyini, həmin Siyahı məxfi olduğundan baxış keçirilməsi və tanışlıq üçün məhkəməyə təqdim edərək, iddiaçının xidmət keçdiyi N və N saylı hərbi hissələrin Siyahıda mövjud olmadığını bildirərək, şikayətin təmin olunması barədə qərar çıxaırlmasını məhkəmədən xahiş etmişdir (Məhkəmə tərəfindən həmin Siyahıya baxış keçirildi və iddiaçı tərəfini tanış etdi (bax video-görüntüyə)). Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili M.Tağıyev cavabdehin apellyasiya şikayətinə etirazını bildirərək, iddiaçının döyüşlərdə iştirakı məhkəmənin qəanuni qüvvəsini almış hökmü ilə müəyyən edilən hallara və həmin işlə bağlı məhkəməyə təqdim olunmuş sənədlərlə təsdiq olunduğunu vurğulayaraq, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir (İddiaçı vəkilinin dedikləri ilə razılaşaraq, iddia tələbini müdafiə etmişdir). İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd olunmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə, habelə onun nümayəndəsinin məhkəməyə verdiyi izahatından göründüyü kimi, iddiaçının döyüş əməliyyatlarında iştirakının arxiv arayışı ilə təsdiq olunmadığı, ümumiyyətlə onun xidmət etdiyi hərbi hissələrin döyüşən hərbi hissələrə aid edilmədiyi mübahisələndirilərək birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsini əsassız hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilləri razılaşır. Belə ki, «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin: N-ci hissəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci hissəsinin N-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddiaçının iddia ərizəsinə, onun və vəkilinin məhkəməyə verdiyi izahatlarına əsasən müəyyən olunur ki, müharibə veteranı adının verilməsi üçün onu əsas tutur ki, N və N saylı hərbi hissələrin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi qanuni qyvvəsini almış məhkəmə hökümü ilə müəyyən edilən hallarla və həmin cinayət işi üzrə məhkəməyə təqdim olunmuş onun şəxsi işinə dair materiallarla təsdiq edilir. Məhkəmə iddiaçının qeyd olunan mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, sözügedən Əsasnamənin N-ci hissəsinin N-ci bəndinin 8-ci yarımbəndindən aydın görünür ki, müharibə veteranı adı -N988-ci il fevral ayının N-dən N4-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə hərbi idarətetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda isə hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar əsasında verilir. Göründüyü kimi, qanunvericilik müharibə veteranı aldının verilməsinə əsas olan sənədlərin siyahısı sadalamışdır. İşə əlavə olunmuş. Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin 03.09.20N9cu il tarixli arxiv arayışına və birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh nazirliyin məhkəməyə ünvanladığı 28 iyul 2020-ji il tarixli məktubundan görünür ki, iddiaçı N və N6-jı hərbi hissələrinə N2-N3-cü illərdə həmin hərbi hissələrin şəxsi heyətinə daxil olduğui müəyyən edilsə də, hərbi hissə komandirinin əmrlərində nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumat aşkar edilməmişdir. Cavabdehin nümayəndəsinin hazırkı məhkəmə iclasında məhkəməyə təqdim etdiyi Müdfaiə Nazirliyi tərəfindən təsdiq olunmuş döyüşlərdə iştirak eədn hərbi hissələrin Siyahısına (məxfi) baxış keçirildikdə müəyyən edildi ki, sözügedən N və N saylı hərbi hissələr Siyahıda mövcud deyil. İddiaçının iş materiallarına əlavə olunmuş - Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsinin N- 56-00 №-li, N0.N0.2000-ci il tarixli hökmünə istinad olunan dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin hökmlə müəyyən edilən hallar hazırkı mübahisənin həllində preyudisial xarakter daşıya bilməz. Belə ki, İPM-in N.2-ci maddəsinə əsasən MPM-in 82.4-cü maddəsinin tələbi baxımından, konkret halda, qanuni qüvvəsini almış həmin hökm hazırkı məhkəmə mübahisəsi üçün İddiaçı fərarilik cinayət əməlini törətməsi və onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 334.N-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması faktı hissəsində məcburidir. Həmin hökmlə müəyyən edilmiş digər hallar (faktlar) isə hazırkı mübahisənin həllində preyudisial əhəmiyyəti istisna edilir. Həmin cinayət işinin məhkəməyə təqdim olunmuş, iddiaçının şəxsi işinə aid materiallara gəldikdə isə aşağıdakılar müəyyən olunur. N saylı hərbi hissənin 3N avqust N2-ji il tarixli 4/46 saylı arayışına əsasən iddiaçı Müdafiə Nazirliyinin N7 iyul N2-ji il tarixli əmrinə əsasən hərbi hissədə xidmət keçir. Bakı Ümumqoşun Hərbi məktəbinin 30.NN.N9-cu il 265 №-li arayışına əsasən iddiaçı 03.N2.N2-03.N3-cü illərdə Türkiyədə təlim kursunda olmuşdur. Xidməti vərəqindən görünür ki, Müdafiə Nazirinin N0 noyabr N3-cü il tarixli əmri ilə N saylı hərbi hissədən buraxılmışdır. N saylı hərbi hissənin N8.NN.N3-cü il tarixli əmrinə əsasən Müdafiə nazirinin sərəncamına göndərilmişdir. N saylı hərbi hissənin N yanvar N4-cü il tarixli əmrindən görünür ki, Müdafiə Nazirliyinin 3N.N2.N3-cü il tarixli əmrinə əsasən N saylı hərbi hissədən gəlmiş iddiaçı, N saylı hərbi hissənin şəxsi heyətinə daxil edilmişdir. Tədqiq edilən həmin sənədlərdən göründüyü kimi onların heç birində iddiaçının N və N saylı hərbi hissələrin tərkibində döyüş əməliyyatlarında iştirak etməsini təsdiedici məlumatlar mövcud deyil. İşin 40 və 42, 43 və 4N-ji vərəqlərində olan iddiaçı barəsində N saylı hərbi hissənin (azərbaycan didi və rus dili variantlarında) N5 mart N4-cü il tarixli “Təqdimatı»nda «Döyüş «əməliyyatlarında iştirakı, yarlanması barədə» qrafasında ümumi şəkildə «N saylı hərbi hissənin tərkibində iştirak etmişdir» sözləri yazılsa da, N6-cı hərbi hissəyə aid olmadığı halda, həmin hərbi hissə tərəfindən iddiaçının N saylı hərbi hissədə döyüş əməliyyatlarında iştirakının ümumi şəkildə qeyd olunması - onun hansı döyüşlərdə iştirakı açıqlanmadığı halda iddiaçının N saylı hərbi hissənin tərkibində xidməti zamanı döyüş əməliyyatlarında iştirak etdiyini sübuta yetirin hal kimi qiymətləndirilə bilməz. Ən azından, yuxarıda tədqiq olunan N saylı hərbi hissəyə dair sənədlərin heç birində iddiaçının döyüş əməliyyatlarında iştirakına dair məlumatlar də öz təsdiqini tapmır. Digər tərəfdən, hazırkı mərhələdə cavabdeh tərəfindən məhkəməyə baxış keçirilməsi üçün təqdim olunmuş döyüş əməliyyatlarında iştirak edən hərbii hissələrin Siyahısında həm N saylı, həm də N saylı hərbi hissənin adları təsbit olunmamışdır. Beləliklə də N saylı hərbi hissəni tədqiq olunan “Təqdimatı”ında «Döyüş «əməliyyatlarında iştirakı, yarlanması barədə» qrafasında yazılmış ümumi şəkildə «N saylı hərbi hissənin tərkibində iştirak etmişdir»,- sözlərinin sübut əhəmiyyətli məlumat kimi qiymətləndirilməsi istisna olunur. Göstərilənlərlə yanaşı, iddiaçı həm də qanuni əsaslarla da ehtiyata buraxılmamış, fərarilik etmiş, nəticədə barəsində ittihaverici hökm çıxarılmışdır. «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin qeydi nəzərdə tutur ki, bu maddənin N-ci hissəsinin 3-cü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Beləliklə də, iddiaçının N2, N3 və N4-cü illərdə qeyd olunan hərbi hissələrin tərkibində döyüş əməliyyatlarında iştirakını sübuta yetirən «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamədə təsbit olunan sübutlarla müəyyən edilə bilən faktlar aşkar edilmədiyi təqdirdə, eyni zamanda, onun qanuni əsaslarla ehtiyata buraxıldığı halda, ona cavabdeh tərəfindən veteran statusunun verilməsindən imtina olunması əsaslıdır. İPM-nin 73.N-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pzmuş olsun. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən işin bütün faktiki halları araşdırılmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, gəldiyi nəticə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmamışdır. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu, maddi və prosessaal hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-469/202N saylı 09.03.202N-ci il tarixli qərarı ləğv edilməli, iddia rədd olunmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-469/202N saylı 09.03.202N-ci il tarixli tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddiaçı oğlunun iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1788/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1788/2021
19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver