Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1788/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Əfraim oğlunun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12363/2022 saylı, 07 dekabr 2022-ci il il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddələrinə uyğun olaraq iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdən (57 yaş 6 ay) ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun övladı Mehdizadə Aidə Namiq qızı xx.xx.2006-cı il tarixdə doğulmuş və uşaqlıqdan əlil olmuşdur. Uşaq doğulduğu gündən bu günə kimi onun himayəsində olmuş və həmin vaxtdan o, uşağa baxdığından heç bir yerdə işləməmiş, bu halı qonşular aktla təsdiq etmişlər. O, xx.xx.1964-cü təvəllüdlüdür, hazırda 58 yaşı var, 1 uşaq anasıdır, 18 il 6 ay 6 gün və 1 ildən artıq doğum evində işləmişdir, ümumilikdə 19 il 6 ay 6 gün əmək stajına malikdir. O, sağlamlıq imkanları məhdud olan uşağını təkbaşına böyütdüyünü və 19 ildən artıq əmək stajı olduğunu nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını 16 yaşınadək tərbiyə etdiyinə və azı 12 il sığorta stajı olan ana olduğundan bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası təyin olunması və ödənilməmiş pensiya məbləğini birdəfəlik ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh tərəfindən onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan tərəfindən iddiaçıya imtina cavabı verilmişdir. Belə ki, iddiaçıya xx.xx.2020-ci il tarixli ərizəsi əsasında “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.4-cü maddəsinə uyğun olaraq 150 manat məbləğində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara görə sosial müavinəti təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edimiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilib. Sözügedən Qanunun 8.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, iddiaçının yaşa görə pensiya almaq hüququ xx.xx.2022-ci ildə yaranmışdır. İddiaçının hüququnun yarandığı tarixə “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinin redaksiyasında 10 il staj tələbi çıxarılmış, ümumi staj tələbi 25 il olmuşdur. (10 mart 2017ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu). Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. İddiaçının təqdim etdiyi əmək kitabçası və arxiv arayışlarının surətlərinə əsasən sığorta stajı (xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixdən 23 11.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci tarixdən xx.xx.2022-ci il tarixədək övladı X8 qulluq etdiyi dövr nəzərə alınmaqla) 18 il 6 ay 6 gün təşkil edir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtinası qanunauyğun olmuşdur. Məhkəmədən qərarı qəbul edərkən yuxarıda qeyd olunanların nəzərə alınmasını və İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12363/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, iddiaçının övladı Mehdizadə Aidə Namiq qızı xx.xx.2006-cı ildə doğulsa da, ona sağlamlıq imkanları məhdud uşaq kimi TSEK tərəfindən qiymətləndirilməsi 13.11.201З-cü il tarixdə həyata keçirilmişdir. Buna görə də, iddiaçının 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluq edilməsi müddəti xx.xx.2006-cı il tarixdən deyil, xx.xx.2013-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12363/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi Respublika Perinatal X13 Şəxsinin xx.xx.2022-ci il tarixli, 129 saylı arayışdan görünür ki, İddiaçı Respublika Doğum Evində (hazırki “Respublika Perinatal Mərkəzi” publik hüquqi şəxsi) xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək xx.xx.1992xx.xx.1993-cü iş ili üzrə olan əmək məzuniyyətindən istifadə etmiş (Əmr № 90 §2, xx.xx.1993-cü il), xx.xx.1993-cü il tarixdən Respublika Doğum Evindən (hazırki “Respublika Perinatal Mərkəzi” publik hüquqi şəxsi) öz xahişi işə tutduğu vəzifədən azad edilmişdir (əmr № 115 §8, xx.xx.1993-cü il). Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı həqiqətən 1983-cü ildə 1 nömrəli Bakı Tibb Məktəbinin “tibb bacısı” ixtisası üzrə əyani şöbəyə daxil olmuş və 1986cı ildə tam kursu bitirmişdir. Ona DT 789874 nömrəli diplom verilmişdir. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci ildə verilmiş AZ-İİ seriyalı 142693 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X10 xx.xx.2006-cı ildə Bakı şəhərində doğulmuşdur. X3, anası İddiaçıdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, DA-01119-2022 saylı arxiv arayışından görünür ki, Bakı 1 saylı “Asan Xidmət” Mərkəzindən daxil olan 07 iyun 2022-ci il tarixli ərizəyə cavab olaraq bildirilir ki, “V.İ.Lenin adına Maşınqayırma Zavodu” arxiv fondunda mühafizə edilən əmr kitablarında İddiaçı (əmr № 308/k, 28 sentyabr 1981ci il) 1 №-li sexə 2-ci dərəcəli tokar-revolverçi vəzifəsinə işə qəbul edildiyi; (əmr № 387/k, 07 dekabr 1981-ci il) işdən azad olunduğu qeyd olunur. Əsas: "V.İ.Lenin adına Maşınqayırma Zavodu"nun arxiv fondu; əmr kitabları. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, DA-01118-2022 saylı arxiv arayışından görünür ki, Bakı 1 saylı “Asan Xidmət” Mərkəzindən daxil olan 07 iyun 2022-ci il tarixli ərizəyə cavab olaraq bildirilir ki, “Leytenant Şmidt adına maşınqayırma zavodu” arxiv fondunda mühafizə edilən 1981-ci ilə dair şəxsi heyət üzrə əmr kitablarında İddiaçı (əmr № 429, 14 dekabr 1981-ci il) 30 №-li sexin alət sahəsinə 2-ci dərəcəli qablaşdırıcı-düzücü vəzifəsinə işə qəbul edildiyi; (əmr № 405, 01 oktyabr 1982-ci il) işdən azad olunduğu qeyd olunur. Əsas: “Leytenant Şmidt adına maşınqayırma zavodu”nun arxiv fondu, şəxsi heyət üzrə əmr kitabları. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, A.Mehtizadəyə xx.xx.2013-cü ildə ilkin təyin edilmiş sağlamlıq imkanlarının məhdudluğu (bundan sonra - SİM) sonuncu dəfə xx.xx.2017-ci ildə “Əlillik” altsistemi tərəfindən 3 (üç) il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Sonrakı dövrdə tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli, 0010003AABNT nömrəli göndəriş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq Tibbi-Sosial Ekspert Komissiyasında elektron qiymətləndirilmiş və xx.xx.2020-ci il tarixdən 18 yaşınadək (növbəti qiymətləndirmə tarixi xx.xx.2024-cü il) SİM uşaq hesab olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin müayinəyə dair xx.xx.2020-ci il tarixli məlumatından görünür ki, X9 xx.xx.2020-ci ildə Q90 daun sindromu, 21-ci xromosomun trisomiyası diaqnozu qoyulmuş, müddəti: 18 yaşınadək, növbəti müayinə tarixi xx.xx.2024-cü il müəyyən edilmişdir. DT-İ seriyalı, 789874 nömrəli diplomun notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 1983-cü ildə Azərbaycan SSR Səhiyyə Nazirliyinin 1 nömrəli Bakı Tibb Məktəbinə daxil olmuş və 1985-ci ildə tibbi bacısı ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının xx.xx.1985-ci il tarixli qərarı ilə ona tibb bacısı ixtisası verilmişdir. İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildə 1 saylı Bakı Tibb Məktəbinə laborant vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1985-ci ildə işdən azad edilmiş, xx.xx.1985-ci ildə K.Fərəcova adına X2 Reanimasiya və İntensiv Terapiya şöbəsinə kiçik tibb bacısı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1985-ci ildə Reanimasiya və İntensiv Terapiya şöbəsinə tibb bacısı vəzifəsinə keçirilmiş, xx.xx.1990-cı ildə işdən azad edilmiş, xx.xx.1993-cü ildə M.Ə.Əfəndiyev adına 2 nömrəli şəhər X1 şöbəsinə tibb bacısı qəbul edilmiş, xx.xx.1995-ci il tarixdə işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd olunur: “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı “DOST” mərkəzindən daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək qadınların pensiya yaşı 62 yaş 6 ay müəyyən edilib. Sözügedən Qanunun 8.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Qanunun 21.2.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. Təqdim etdiyiniz əmək kitabçanızın və arxiv arayışlarının surətlərinə əsasən Sizin sığorta stajınız (xx.xx.2013-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək, xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək, xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək övladınız X8 qulluq etdiyiniz dövr nəzərə alınmaqla) 18 il 6 ay 6 gün gün təşkil edir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, pensiya yaşınızın tamam olduğu tarixdə qanunla tələb olunan sığorta stajınız (25 il) olmadığı üçün Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən Sizə xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin olunmuşdur. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-nin Nərimanov rayon filialına müraciət etməyiniz tövsiyə olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır”. İnzibati işin araşdırılmış hallarından görünür ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. İnun övladı Mehdizadə Aidə Namiq qızı xx.xx.2006-cı il tarixdə doğulmuş və sağlamlıq imkanları məhdud uşaqdır. Uşaq doğulduğu gündən bu günə kimi onun himayəsində olmuş və həmin vaxtdan o, uşağa baxdığından heç bir yerdə işləməmişdir, bu halı qonşular aktla təsdiq etmişlər. O, xx.xx.1964-cü təvəllüdlüdür, hazırda 58 yaşı var, 1 uşaq anasıdır, 18 il 6 ay 6 gün və 1 ildən artıq doğum evində işləmişdir, ümumilikdə 19 il 6 ay 6 gün əmək stajına malikdir. O, sağlamlıq imkanları məhdud olan uşağını təkbaşına böyütdüyünü və 19 ildən artıq əmək stajı olduğunu nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını 16 yaşınadək tərbiyə etdiyinə və azı 12 il sığorta stajı olan ana olduğundan bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası təyin olunması və ödənilməmiş pensiya məbləğini birdəfəlik ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının övladı Mehdizadə Aidə Namiq qızı xx.xx.2006-cı ildə doğulsa da, sağlamlıq imkanları məhdud uşaq kimi TSEK tərəfindən qiymətləndirilməsi 13.11.201З-cü il tarixdə həyata keçirilməsinə istinad edilərək, iddiaçının 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluq edilməsi müddətinin xx.xx.2006-cı il tarixdən deyil, xx.xx.2013-cü il tarixdən hesablanmaqla tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. İddiaçının arxiv arayışları və əmək kitabçasına əsasən əmək stajı 10 ildən artıq təşkil edir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi Respublika Perinatal X13 Şəxsinin xx.xx.2022-ci il tarixli, 129 saylı arayışından görünür ki, Respublika Doğum Evində (hazırki “Respublika Perinatal Mərkəzi” publik hüquqi şəxsi) xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək xx.xx.1992-xx.xx.1993-cü iş ili üzrə olan əmək məzuniyyətindən istifadə etmiş (Əmr № 90 §2, xx.xx.1993-cü il), xx.xx.1993-cü il tarixdən Respublika Doğum Evindən (hazırki “Respublika Perinatal Mərkəzi” publik hüquqi şəxsi) öz xahişi işə tutduğu vəzifədən azad edilmişdir (əmr № 115 §8, xx.xx.1993-cü il). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının qızı Aidə Mehtizadəyə xx.xx.2013-cü ildə ilkin təyin edilmiş sağlamlıq imkanlarının məhdudluğu sonuncu dəfə xx.xx.2017-ci ildə “Əlillik” altsistemi tərəfindən 3 il müddətinə avtomatlaşdırılmış qaydada uzadılmışdır. Sonrakı dövrdə tibb müəssisəsi tərəfindən rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli 0010003AABNT nömrəli göndəriş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq Tibbi-Sosial Ekspert Komissiyasında elektron qiymətləndirilmiş və xx.xx.2020-ci il tarixdən 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaq hesab olunmuşdur. Cavabdeh xx.xx.2013-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək, xx.xx.2015-ci il tarixindən xx.xx.2017-ci il tarixinədək, xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək, xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək övladına qulluq etdiyi dövrü nəzərə almışdır. Lakin göründüyü kimi iddiaçının qızı xx.xx.2006-cı il təvəllüdlü X7 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş, uşaq iddiaçının himayəsində olmuş və iddiaçı həmin uşağa qulluq etmişdir (sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddəti). Belə olan halda birinci instansiya məhkəməsinin düzgün olaraq qeyd etdiyi kimi iddiaçının 18 yaşınadək sağlamlıq imkanları məhdud olan qızı X9 qulluq dövrü də (15 il 7 ay) sığorta stajına daxil edilməli və iddiaçının pensiya yaşının tamam olduğu xx.xx.2022-ci il tarixə 25 ildən çox staja malik olması nəzərə alınmalıdır. İddiaçının pensiya hüququ xx.xx.2022-ci ildə (57 yaş 6 ay) yaranmışdır və iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 8.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili iddiaçının övladı Mehdizadə Aidə Namiq qızı xx.xx.2006-cı ildə doğulsa da, ona sağlamlıq imkanları məhdud uşaq kimi TSEK tərəfindən qiymətləndirilməsi 13.11.201З-cü il tarixdə həyata keçirilməsindən, buna görə də, iddiaçının 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluq edilməsi müddətinin xx.xx.2006-cı il tarixdən deyil, xx.xx.2013-cü il tarixdən hesablanmasından ibarətdir. Apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının övladı Mehdizadə Aidə Namiq qızının sağlamlıq imkanları məhdud uşaq kimi TSEK tərəfindən qiymətləndirilməsi 13.11.201З-cü il tarixdə həyata keçirilsə də, Aidə Mehdizadə xx.xx.2006-cı ildə doğulmuş və həmin tarixdən (anadangəlmə) etibarən sağlamlıq imkanları məhdud uşaq kimi anası İddiaçı himayəsindədir və sonuncu tərəfindən ona qulluq edilir. Buna görə də cavabdeh inzibati orqanın apellyasiya şikayətinin qeyd olunan dəlili formal xarakterli olmaqla yanaşı, ağlabatan mühakiməyə də uyğun deyildir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-12363/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12363/2022 saylı, 07 dekabr 2022-ci il il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1788/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1788/2023
18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver