Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1790/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X9, İddiaçı, Cavabdehin nümayəndəsi X10, X3 vəkili X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan ölçünün verilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)- 1845/2012 saylı, 19 iyul 2012-ci il tarixli qərarından X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı 23.05.2012-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən 11.07.2005-ci il tarixli, 35312 saylı müqaviləyə əsasən onun istifadəsinə verilmiş Bakı şəhəri Binəqədi rayonu Goradil qəsəbəsində yerləşən 0,12 ha bağ sahəsinin (bağ 384d) plan və cizgisinin qonşu bağların nömrələrini qeyd etməklə hazırlanmasının cavabdehə həvalə edilməsini, qeyd edilən torpaq sahəsinin plan və ölçüsünün hazırlanmasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 və İstismarı Departamentinnin Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış bağın istifadəyə verilməsi barədə 11.07.2005-ci il tarixli, 35312 saylı müqaviləyə əsasən Goradil qəsəbəsində 0,12 ha bağ sahəsini icarəyə götürmüşdür.Müqaviləyə əsasən bağ sahəsinə 1984 nömrəsi verilmişdir. AR Prezidentinin 10.01.1997-ci il tarixli 534 saylı fərmanı ilə təsdiq edilmiş Torpağa mülkiyyət və istifadə hüquqlarına dair sənədlərin hazırlanması,qeydiyyatı və verilməsi haqqında Əsasnaməyə və qüvvədə olan digər qanunvericilik aktlarına uyğun olaraqhəmin torpaq sahəsinin plan cizgisinin verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeyd edilən torpaq sahəsinə 15.07.2008-ci il tarixli plan və ölçü tərtib edilmişdir.İddiaçı həmin plan və cizgini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə təqdim edərək, torpaq sahəsinin plan və ölçüsünün verilməsini xahiş etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən iddiaçıya bildirilmişdir ki, cizgidə qonşu bağ sahələrinin nömrələri qeyd edilmədiyindən plan və ölçünün verilməsi mümkün deyildir. Bununla bağlı iddiaçı torpaq sahəsinin plan cizgisində düzəliş edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi öz məktubu ilə həmin sənədin verilməsindən imtina edərək, sözügedən bağ sahəsinin nömrəsinin bağ sahələrinin bölgüsünə dair sxematik xəritədə öz əksini tapmadığını və bağ sahəsinə dair arxiv torpaqayırma cizgisinin olmadığından qonşu bağ sahələrinin nömrələrinin yazılmasının mümkün olmadığını bildirmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən 11.07.2005-ci il tarixli, 35312 saylı müqaviləyə əsasən onun istifadəsinə verilmiş Bakı şəhəri Binəqədi rayonu Goradil qəsəbəsində yerləşən 0,12 ha bağ sahəsinin mövcud vəziyyətinə uyğun plan və ölçünün hazırlanmasının AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1845/2012 saylı, 19 iyul 2012-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən 11.07.2005-ci il tarixli, 35312 saylı müqaviləyə əsasən iddiaçının istifadəsinə verilmiş Bakı şəhəri Binəqədi rayonu Goradil qəsəbəsində yerləşən 0,12 ha bağ sahəsinin mövcud vəziyyətinə uyğun plan və ölçünün hazırlanması AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə həvalə edilmişdir. Qərardan apellyasiya şikayəti verilməmiş və 10.09.2012-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1845/2012 saylı, 19 iyul 2012-ci il tarixli qərarı icra edilməsi üçün AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə göndərilmişdir. 01.03.2022-ci il tarixdə X7 Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1845/2012 saylı, 19 iyul 2012-ci il tarixli qərarının rəsmi qaydada ona təqdim edilməsini xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, 384D saylı bağ sahəsinin ayrılmasına dair atası X2 adına 47 nömrəli order verilmişdir. Çıxarışın ləğv edilməsi üçün cavabdeh İddiaçı qarşı qaldırdığı iddia ərizəsi üzrə Nərimanov rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayətinə baxılması üzrə mülki iş hakim Akif İsgəndərovun icraatındadır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1845/2012 saylı, 19 iyul 2012-ci il tarixli qərarı onun hüquqlarına toxunmuş, qərar onun xəbəri və iştirakı olmadan çıxarılmışdır. 16.03.2022-ci il tarixdə X5 Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1845/2012 saylı, 19 iyul 2012-ci il tarixli qərarı rəsmi qaydada təqdim edilmişdir. 05.04.2022-ci il tarixdə X7 Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1845/2012 saylı, 19 iyul 2012-ci il tarixli qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin 1374 nömrəli, 10.09.1992-ci il tarixli sərəncamı ilə 142 nömrəli bağ tikinti kooperativi nəzdində Goradil bağlar sahəsində 0,12 ha torpaq sahəsi olan 384D nömrəli bağ sahəsinin ayrılmasına dair X2 adına 47 nömrəli order verilmişdir.Bakı şəhəri Binəqədi rayonu,Goradil kəndi , 384D nömrəli bağ sahəsi 1992-ci ildən ailəsinin istifadəsindədir və həmin bağ sahəsində mərhum atası tərəfindən fərdi yaşayış evi tikilmişdir. AR Konstitusiyasının 26,29,60 və 71-ci maddələronə, AR Mülki Məcəlləsinin 178.1,178.2, 179,351-ci maddələrinə istinad edərək hesab edir ki, onun hüquqlarına və vərəsəlik hüquqlarını pozduğuna görə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)- 1845/2012 saylı, 19 iyul 2012-ci il tarixli qərarı tam əsassızdır və ləğv edilməlidir. İşin apellyasiya icraatı zamanı X7 tərəfindən Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1845/2012 saylı, 19 iyul 2012ci il tarixli qərarından verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması ilə əlaqədar məhkəmə iclası təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X3 vəkili X8 apellyasiya şikayətinin mümkün sayılmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və cavabdehin nümayəndəsi apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdilər. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, X7 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: 27.0.1. iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi); 27.0.2. cavabdeh; 27.0.3. inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. İş materiallarından göründüyü kimi hazırkı inzibati iş üzrə tərəflər İddiaçı və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi (hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) olmuş, hazırda şikayətçi qismində çıxış edən X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməmişdir. Göründüyü kimi hazırkı iş üzrə X3 inzibati məhkəmə icraatının iştirakçısı qismində tanınmağından, onun hal-hazırda məhkəmə qərarından apellyasiya şikayəti vermək hüququ mövcud olmamışdır. Yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, hazırda X3 apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası İPM-nin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12.04.2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “1. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. 2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir.” Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hazırkı iş üzrə şikayətçi X5 izah edir ki, o, ilk növbədə üçüncü şəxs qismində cəlb edilmə barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etməli və onun iş üzrə icraata cəlb edilməsi məsələsi birinci instansiya məhkəməsi tərəfindən həll edilməlidir. Yuxarıda qeyd edilən əsaslardan çıxış edən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə X3 apellyasiya şikayəti mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏRARA ALDİ: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1845/2012 saylı, 19 iyul 2012-ci il tarixli qərarından X7 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina edilsin və onu verən şəxsə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1790/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1790/2022
18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver