Məhkəmə qərarları › İş №2-1(103)-1790/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1790/2024

03.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1790/2024 03.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X5 ibarət tərkibdə, Pərvin Adil qızı İbrahimovanın katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-10841/2023 saylı 06 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 03 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. İddiaçıya məxsus НЗ seriyalı ******* saylı hərbi biletdən görünür ki, o, xx.xx.1981-ci ildən xx.xx.1983-ci ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus İT seriyalı ******* nömrəli tarixdə açılmış əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1988-ci il tarixindən xx.xx.1989-cu il tarixədək “Azərbaycan Dəniz liman tikinti” trestində 2 saylı Tikinti Quraşdırma İdarəsində 5-ci dərəcəli xarrat, xx.xx.1989-cü il tarixdən xx.xx.1993-ci il tarixədək usta, xx.xx.1993-ci il tarixindən xx.xx.1998-ci il tarixədək iş icraçısı, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində iş icraçısı, xx.xx.2001ci il tarixdən xx.xx.2002-ci il tarixədək “X14” Fin firmasında iş icraçısı işləmiş, xx.xx.2001-ci ildən “Azərdənizneftinşaat” trestinin sərəncamına göndərilmiş, xx.xx.2002-ci il tarixdə manqa başçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2003-cü il tarixdə quraşdırıcıların briqada başçısı vəzifəsinə keçirilmiş, xx.xx.2004-cü ildə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2004-cü ildən quraşdırıcıların briqada başçısı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə işdən azad olunmuş, xx.xx.2006-cı ildə "xxxx" Birgə Müəssisəsində sahə mühəndisi vəzifəsinə təyin edilmiş, xx.xx.2010-cu ildə işdən azad olunmuş, xx.xx.2010-cu ildə sahə mühəndisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2013-cü ildə işdən azad olunmuş, xx.xx.2014-cü ildə sahə mühəndisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2015-cil tarixdə X3raşdırma işləri üzrə baş nəzarətçi vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixdə işdən azad olunmuş, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" Birgə Müəssisəsində quraşdırma işləri üzrə baş nəzarətçi vəzifəsində, xx.xx.2019-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" Birgə Müəssisəsində quraşdırma işləri üzrə baş nəzarətçi vəzifəsində çalışmışdır. SOCAR “Neftqaztikinti” tikinti trestinin xx.xx.2023-cü il tarixli 14-2-1/2-145/2023 nömrəli arxiv arayışına əsasən İddiaçı - xx.xx.1988-ci il tarixindən xx.xx.1988-ci il tarixli 72/k nömrəli əmrə əsasən “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə 5-ci dərəcəli dülgər peşəsinə işə qəbul edilmişdir. İddiaçı - xx.xx.1989-cu il tarixindən xx.xx.1989-cu il tarixli 106/k nömrəli əmrə əsasən usta vəzifəsinə keçirilmişdir. İddiaçı - xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixli 15/a nömrəli əmrə əsasən iş icraçısı vəzifəsinə keçirilmişdir. İddiaçı- xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixli 08 /nc nömrəli əmrə əsasən “X14" Fin firmasına işləməyə getməsi ilə əlaqədar işdən azad edilmişdir. İddiaçı - xx.xx.2001-ci il tarixli 01/k nömrəli əmrə əsasən “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə iş icraçısı vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı - xx.xx.2001 -ci il tarixli 02/k nömrəli əmrə əsasən “X14” Fin firmasına işləməyə getməsi ilə əlaqədar Azərbaycan Respublikasının ƏM-nin 68-ci maddəsinin “2 a” bəndinə əsasən öz təşəbbüsü ilə işdən azad edilmişdir. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-17-1/2-İ-100549/2023 saylı məktubu ilə onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Bu imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 07 yanvar 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya 60 yaşının tamam olduğu 07 yanvar 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdehin 3-17-1/2-İ-100549/2023 nömrəli xx.xx.2023- cü il tarixli məktubu ilə ona imtina edilmişdir. İmtinaya əsas kimi onun güzəştli iş stajının 12 il 6 aydan az oldugu (8 il, 4 ay, 25 gün - xx.xx.1989 - xx.xx.1998-ci il; xx.xx.2001 - xx.xx.2001-ci il tarixləri arasındakı dövr), həmçinin "xxxx" BM-in xx.xx.2023-cü il tarixli AZF- 2023/35-K nömrəli arayışında xx.xx.2015 - xx.xx.2018-ci il, xx.xx.2015 - xx.xx.2019-cu il tarixləri arasındakı dövrlərdə, həmçinin xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək “baş nəzarətçi” vəzifəsində işlədiyindən və bu vəzifə NK-nin qərarında qeyd edilən “iş icraçıları’’ vəzifəsinə uyğun olmadığından iddiaçıya güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün stajının kifayət etmədiyi bildirilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, "xxxx" BM-in xx.xx.2023-cü il tarixli AZF2023/35-K nömrəli arayışında da göstərilir ki, “inşaat işləri üzrə baş nəzarətçi” vəzifəsi tutan şəxs “iş icraçısı" vəzifəsini tutan şəxslər eyni vəzifələri icra edirlər. Eləcə də, "xxxx" BM-in baş direktorunun xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Konstruksiya quraşdırma işləri üzrə baş nəzarətçinin vəzifə təlimatı”nda baş nəzarətçi vəzifəsinin əmək funksiyaları öz əksini tapmışdır. Bu vəzifə üzrə əmək funksiyaları AR NKnin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarında qeyd edilən “iş icraçıları vəzifəsi”nə uyğun gəlir. Göstərilənlərə əsasən iddiaçının "xxxx" BM-in xx.xx.2023cü il tarixli AZF2023/35-K nömrəli arayışında göstərilən müddətlərdəki vəzifələr üzrə əmək stajının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə hesab edildiyindən və həmin peşələr Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 23 yanavar 2007-ci il tarixli 12 nömrəli Qərarı təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29-cu bəndinin tələblərinə tam uyğun gəlir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-İ100549/2023 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) rəhbərlər və mütəxəssislər (b) yarımbəndində iş icraçıları vəzifəsi nəzərdə tutulmuşdur. Bildiririk ki, İddiaçı cavabdehə təqdim etdiyi "xxxx" BM-in iddiaçıya dair 06 fevral 2023-cü il tarixli AZF-2023/35-K nömrəli arayışında xx.xx.2015- xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində və xx.xx.2019-cu il tarixdən bu günədək inşaat işləri üzrə baş nəzarətçi vəzifəsində işlədiyi qeyd olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) rəhbərlər və mütəxəssislər (b) yarımbəndində iş icraçıları vəzifəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi baş nəzarətçi vəzifəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan iş icraçıları vəzifəsinə uyğun olmadığından onun güzəştli iş stajı 12 il 6 aydan az (8 il 4 ay 25 gün (xx.xx.1989- xx.xx.1998-ci il, xx.xx.2001xx.xx.2001 -ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə vasa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10841/2023 saylı 06 dekabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 60 yaşının tamam olduğu 07 yanvar 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə yanaşı bildirilmişdir ki, məhkəmə qərarının əsaslandırma hissəsində qeyd olunur ki, SOCAR-ın “Neftqaztikinti” tikinti trestinin xx.xx.2023-cü il tarixli 14-2-1/2- 145/2023 nömrəli arxiv arayışı, X7 xx.xx.2023-cü il tarixli AZF-2023/113-K nömrəli güzəştli arayışı və xx.xx.2023-cü il tarixli AZF-2023/378-L nömrəli vəzifə uyğunluğu barədə məktubu ilə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmağa imkan verən vəzifələrdə işlədiyi təsdiqlənir. Məhkəmənin mövqeyinə görə cavabdeh orqan iddiaçıya yaşa görə əmək pensiyasını təyin etməyərək iddiaçının müraciətindən əsassız imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd edək ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 10841/2023 nömrəli qərarında istinad edilmiş SOCAR-ın “Neftqaztikinti” tikinti trestinin xx.xx.2023-cü il tarixli 14-2-1/2-145/2023 nömrəli arxiv arayışı, X7 xx.xx.2023-cü il tarixli AZF-2023/113-K nömrəli güzəştli arayışı, X7 xx.xx.2023-cü il tarixli AZF-2023/378-L nömrəli vəzifə uyğunluğu barədə məktubu mötəbər sübut hesab edilməməlidir. İşin faktiki hallarına əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh orqana ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-İ-100549/2023 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X11 qərarlarını, X11 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) rəhbərlər və mütəxəssislər (b) yarımbəndində iş icraçıları vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı cavabdehə təqdim etdiyi "xxxx" BM-in iddiaçıya dair 06 fevral 2023-cü il tarixli AZF-2023/35-K nömrəli arayışında xx.xx.2015-xx.xx.2018-ci il, xx.xx.2018xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində və xx.xx.2019-cu il tarixdən bugünədək inşaat işləri üzrə baş nəzarətçi vəzifəsində işlədiyi qeyd olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) rəhbərlər və mütəxəssislər (b) yarımbəndində iş icraçıları vəzifəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi baş nəzarətçi vəzifəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan iş icraçıları vəzifəsinə uyğun olmadığından onun güzəştli iş stajı 12 il 6 aydan az (8 il 4 ay 25 gün (xx.xx.1989-xx.xx.1998-ci il, xx.xx.2001- xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanlardan bir daha aydın olur ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-10841/2023 nömrəli qərarı iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan, onlara düzgün hüquqi qiymət verilmədən qəbul edilmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etirazın məzmunu iddiaçının iddia ərizəsinin məzmunu ilə eynilik edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 60 yaşının tamam olduğu 07 yanvar 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “onun güzəştli iş stajının olmaması” əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 25 ildən artıq ümumi iş stajına, 12 il 6 aydan artıq isə güzəştli iş stajına malik olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsində deyilirdi: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) çalışması. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olması, həmin tarixə, yəni xx.xx.2023-cü il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olması gərəkdir. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını və müvafiq güzəştli arayışı təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin surətlərindən görünür ki, o, xx.xx.1981-ci ildən xx.xx.1983-ci ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçıya məxsus əmək kitabçasındakı məlumatlara əsasən o, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək “Azərbaycan Dəniz liman tikinti” trestində 2 saylı Tikinti Quraşdırma İdarəsində 5-ci dərəcəli xarrat, xx.xx.1989-cü il tarixdən xx.xx.1993-ci il tarixədək usta, xx.xx.1993-ci il tarixindən xx.xx.1998-ci il tarixədək iş icraçısı, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “Azərdənizneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində iş icraçısı, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “X14” Fin firmasında iş icraçısı, xx.xx.2001-ci ildən “Azərdənizneftinşaat” trestinin sərəncamına göndərilmiş, xx.xx.2002-ci il tarixdə manqa başçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2003-cü il tarixdə quraşdırıcıların briqada başçısı vəzifəsinə keçirilmiş, xx.xx.2004-cü ildə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2004-cü ildə yenidən quraşdırıcıların briqada başçısı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə işdən azad olunmuş, xx.xx.2006-cı ildə "xxxx" Birgə Müəssisəsində sahə mühəndisi vəzifəsinə təyin edilmiş, xx.xx.2010-cu ildə işdən azad olunmuş, xx.xx.2010-cu ildə sahə mühəndisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2013-cü ildə işdən azad olunmuş, xx.xx.2014-cü ildə sahə mühəndisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2015-cil tarixdə X3raşdırma işləri üzrə baş nəzarətçi vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixdə işdən azad olunmuş, xx.xx.2018-ci il tarixdən xx.xx.2019cu il tarixədək "xxxx" Birgə Müəssisəsində quraşdırma işləri üzrə baş nəzarətçi vəzifəsində, xx.xx.2019-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" Birgə Müəssisəsində quraşdırma işləri üzrə baş nəzarətçi vəzifəsində çalışmışdır ki, bununla da iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixə ümumi iş stajının 25 ildən artıq olduğu müəyyən olunur. Bu hal cavabdeh qurum tərəfindən də mübahisələndirilmir. Buna görə də iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi - 25 ildən az olmayan ümumi stajının olması tam olaraq tamamlanmışdır. Lakin hazırki işdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajının olması halı mübahisələndirilir. Belə ki, iddiaçıya ünvanlanmış imtina məktublarında, iddiaya dair etirazda həmçinin apellyasiya şikayətində ona istinad edilmişdir ki, “xx.xx.2015-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində və xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək inşaat işləri üzrə “baş nəzarətçi” vəzifəsində işlədiyi iş “iş icraçıları” vəzifəsinə uyğun olmadığından iddiaçının güzəştli iş stajı yoxdur. İddiaçının güzəştli iş stajının yetərli olması məsələsi cavabdeh tərəfindən mübahisələndirildiyi üçün birinci instansiya məhkəməsi tərəfindən bu məsələ kifayət qədər araşdırılmışdır. Belə ki, işə birinci instansiya qaydasında baxılarkən verilmiş sorğuya əsasən "xxxx" Birgə Müəssisəsinin xx.xx.2023-cü il tarixli AZF-2023/378-L nömrəli məktubu ilə cavab olaraq bildirilmişdir ki, İddiaçı "xxxx" Birgə Müəssisəsində tutduğu "quraşdırma işləri üzrə baş nəzarətçi vəzifəsi"nin əmək funksiyaları aşağıdakılardan ibarətdir: sahənin istehsaltəsərrüfat fəaliyyətinə rəhbərlik edir. Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcə də tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək; tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək; sahədə tikinti-quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasını təmin etmək; işlərin kompleks mexanikləşdirmə səviyyəsinin yüksəldilməsi, yeni texnika və əməyin elmi təşkilinin tətbiqi, əmək məhsuldarlığının yüksəldilməsi üçün ehtiyatlardan istifadə edilməsi, tikintiquraşdırma və buraxılmış-sazlama işlərinin dəyərinin azaldılması, materiallardan və əmək haqqı fondlarından qənaətlə istifadə edilməsi üzrə tədbirləri yerinə yetirir. Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparmaq; tikinti obyektləri üçün texniki sənədin alınmasını və saxlanmasını təmin etmək; inşaat maşınlarına: nəqliyyat, mexanizasiya vasitələrinə, materiallara, detallara, alətlərə, əşyalara sifarişlər tərtib edir və onların səmərəli istifadəsini təmin etmək; işlərin istehsalat layihəsinə uyğun işlərin yerinə yetirilməsini təmin edir. İşlərin icrası üzrə jurnal və yerinə yetirilmiş işlərin uçotu üzrə sənədləri hazırlayır. Üstü örtülü işlərə aid aktları tərtib edir və texniki icra sənədlərini hazırlamaq; inşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır mərhələ iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak etmək; subpodrat (xüsusiləşdirilmiş) təşkilatları işə cəlb etmək üçün, obyektlərin təhvil alınmasında iştirak etmək; mühafizə olunan zonalarda işlərin istehsalına icazə verən buraxılışları tərtib etmək; tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin həcmini, əmək məhsuldarlığı və əmək haqqın fondu ustalara, icrası nəzərdə tutulan, tapşırıqları müəyyən edir və onların icrasına nəzarət etmək; iş yerlərinin attestasiyasını aparan komissiyanın işində iştirak etmək; fəhlələri, işin təhlükəsizlik yerinə yetirilməsi metodları ilə tanış etmək, bilavasitə iş yerlərində onları təlimatlandırmaq və bu barədə fəhlələrin təlimat keçməsi üzrə xüsusi jurnalda qeydlər aparmaq; texnoloji ləvazimatların (taxta-şalban, ayaqaltılar, qoruyucu qurğular, bünövrə çalaları və xəndək divarlarının bərkitmələri, dayaq konduktor və digər qurğular) tikinti maşınları, enerji qurğuları, nəqliyyat vasitələri və işçilərin qoruyucu vasitələrinin təyinatına uyğun istifadə edilməsini təmin etmək; ağır yüklərin daşınmasında normalara riayət edilməsini, iş yerlərinin təhlükəsizlik nişanları, xəbərdaredici yazılar və plakatlarla təmin olunmasına nəzarət etmək; iş yerlərinə, sanitar-məişət otaqlarına, sahənin ərazisinə kənar adamların daxil olmasına icazə verməmək; iş yerlərində, keçid və magistrala çıxan yollarda təmizliyə və qayda-qanuna riayət edilməsinə, kranaltı yolların düzgün saxlanılmasına və istismar edilməsinə nəzarət etmək; obyektyanı anbar təsərrüfatında qiymətli materialların qorunmasın təşkil etmək; hər gün işə başlamazdan əvvəl, təhlükəsizlik texnikasının vəziyyətini yoxlayır və aşkar olunmuş nöqsanların aradan götürülməsi üçün tədbirlər görür, müntəzəm olaraq fəhlələrlə təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydalarının pozulmasının araşdırmaları haqqında söhbətlər aparmaq; fəhlələrin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət edir. Fərqlənən işçiləri mükafatlandırmaq, istehsalat və əmək intizamını pozanlara qarşı isə intizam töhmətlərinin verilməsi haqqında təkliflərlə təqdim etmək; səmərələşdiricilərə lazımi kömək göstərmək; kollektivdə tərbiyəvi iş aparmaq; fəhlələrin ixtisas artmasını təşkil etmək. Beləliklə göstərilən vəzifə üzrə əmək funksiyaları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının "15" iyun 1998-ci il tarixli 13-9 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin əlifba sırası ilə adları və dərəcələr diapazonu qulluqçu vəzifələrinin X9 Kitabçası"na əsasən, iş icraçısının əmək funksiyalarına uyğundur. Göstərilənləri nəzərə alaraq, İddiaçı işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu - "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" bəndinin "b) mütəxəssislər" bölməsinin "iş icraçıları" vəzifəsinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ qazanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İddiaçının xx.xx.1989-cü il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan 8 il 4 ay 25 gün güzəştli iş stajı cavabdeh qurum tərəfindən mübahisələndirilməmişdir. Mübahisələndirilən- xx.xx.2015-xx.xx.2018-ci illər, xx.xx.2015-xx.xx.2019-cu illər və xx.xx.2019-xx.xx.2021-ci illər üzrə olan dövrlərin zərərli olub-olmaması ilə bağlı araşdırmalar aparılarkən birinci instansiya məhkəməsinə təqdim edilən "xxxx" Birgə Müəssisəsinin xx.xx.2023-cü il tarixli AZF-2023/113-K nömrəli güzəştli arayışında göstərilmişdi ki, iddiaçı xx.xx.2015-xx.xx.2018-ci illərdə "xxxx" Birgə Müəssisəsində “quraşdırma işləri üzrə baş nəzarətçi” vəzifəsində 3 il 5 ay 15 gün, xx.xx.2018-xx.xx.2019-cu illərdə "xxxx" Birgə Müəssisəsində “quraşdırma işləri üzrə baş nəzarətçi” vəzifəsində 1 il 1 ay 8 gün, xx.xx.2019-xx.xx.2021-ci illərdə "xxxx" Birgə Müəssisəsində “quraşdırma işləri üzrə baş nəzarətçi” vəzifəsində 1 il 2 ay 28 gün, cəmi 5 il 9 ay 21 gün çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin (29) rəhbərlər və mütəxəssislər (b) yarımbəndində “iş icraçıları” vəzifəsi nəzərdə tutulmuşdur. Belə olan halda iddiaçının "xxxx" Birgə Müəssisəsində xx.xx.2015xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində və xx.xx.2019-cu il tarixdən bu günədək “inşaat işləri üzrə baş nəzarətçi” vəzifəsində işlədiyi vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifəyə aid edilmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçı qanunla tələb olunan üçüncü şərti də ödəmiş sayılır. Odur ki, hazırda iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilən bütün tələbləri ödədiyindən onun iddia tələbi əsaslı olmuş və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin olunmuşdur. Hazırki işdə cavabdeh orqan iddiaçının yuxarıda qeyd olunan ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ verən vəzifələrdə işlədiyi dövrün güzəştli iş stajına hesablanmasını istisna edəcək şərtin mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və məhkəmənin 2-1(112)-10841/2023 saylı 06 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10841/2023 saylı 06 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X12 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar