Məhkəmə qərarları › İş №2-1(103)-1792/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1792/2022

02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1792/2022 02.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, Cavabdeh Azərbaycan Respublikasının Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikasının Cavabdehnə və Azərbaycan Respublikası Cavabdeh Tikintidə X1rşı (üçüncü şəxs "xxxx" MTK) “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3427/2022 saylı, 01 fevral 2022-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı (üçüncü şəxs "xxxx" MTK) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətsizliyi nəticəsində onlara dəymiş 100.000 (yüz min) manat maddi zərərin əvəzinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər qismində Azərbaycan Respublikasının Cavabdeh və Azərbaycan Respublikası Cavabdeh Tikintidə X3 Agentliyinin cəlb edilməklə, cavabdehin hərəkətsizliyi nəticəsində onlara dəymiş 100.000 (yüz min) manat maddi zərərin əvəzinin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailələləri ünvan 1 ünvanında 65, 66 və 66a mənzillərinə sahib idi. Mənzilləri yerləşdiyi binalar “pilot layihəsi”nə düşmüşdür. “Pilot layihə”lərinə icazə verilməsində məqsəd qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması olmuşdur. Lakin "xxxx" MTK Nazirlər Kabinetinin 86 nömrəli 25 fevral 2016-cı il tarixli qərarına və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının sərəncamına zidd olaraq onların mənzillərinin sökülməsini qarşılıqlı razılaşma yolu ilə həll etməyib digər “taktikanı” seçdi. "Gözəl Bakı” MKT söküntü işlərini sakinlər tam köçürülmədən apardı. Tikinti şirkəti vətəndaşların bir qismi ilə razılaşandan sonra həmin mənzilləri, binanın aparıcı konstruksiyalarını, hətta binanın əksər hissəsini, kommunikasiyaları sökərək faktiki olaraq digər vətəndaşların, o cümlədən onların həyatlarını təhlükəyə atıb onları razılığa məcbur edirdilər. Söküntü işləri əsasən axşam və gecə saatlarında buldozer vasitəsilə aparılırdı. Buna səbəb mənzillərini tərk etməmiş sakinlərə bir növ psixoloji təzyiq göstərmək idi. Söküntü işləri aparılarkən onlar dəfələrlə aidiyyəti olan dövlət orqanlarına müraciət etmişlər. Fövqaladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyindən iki məktub almışdırlar: birincisi № xx/xx-00624, xx.xx.2019-cu il və ikincisi № xx/xx-01652, xx.xx.2019-cu il tarixli. Hər iki məktubda MTKnın fəaliyyəti sakinlərə münasibətdə qəbuledilməz qiymətləndirilir və MTK-ya xəbərdarlıq edilir. Hər 2 məktubun son sətrində də “Gözəl Bakı’’ MMC-yə bildirilib ki, qanunsuz hərəkətlərini davam etdirəcəkləri təqdirdə tikinti dayandırılacaq. Lakin heç bir nəticə olmamışdır. Axırıncı məktub 2019-cu ilin aprel ayında göndərilib. Onlar isə tam olaraq mənzillərini 2020-ci ilin yanvar ayında tərk etmişlər. MMC onlara qarşı həmin qəbuledilməz fəaliyyətini axıra kimi davam etdirib. MTK-nın onlara qarşı hüquqazidd əməl ilə uzunmüddətli qeyri-insani davranışları, təcavüzü nəticəsində onların ailə üzvlərinin hamısı stress keçirmiş, bunun nəticəsində onlar hamısı mənəvi ağrı və iztirabla üzləşmişlər. Bu səbəbdən anası X5 xx.xx.2020-ci il tarixdə ürəyi davam gətirməyib dünyasını dəyişmişdir. İddiaçı1 isə 2-ci tip şəkərli diabet xəstəliyinə tutulmuşdur, bunun fəsadı olaraq gözlərinin görmə qabiliyyətinə görə müddətsiz 3-cü dərəcəli əlil olub. Bu barədə cavabdehlərə müraciətlər ünvanlasalar da heç bir cavab verilməmişdir. Cavabdehlər hər müraciətdən sonra gələ bilmədiklərini, bir müddət sonra gələ biləcəklərini bildirirdilər. Lakin edilən müraciətlərə münasibət bildirilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3427/2022 saylı, 01 fevral 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçılar qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdirlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar qərarda qeyd edilmiş Azərbaycan Respublikası Cavabdeh Tikintidə X3 Agentliyinin məhkəməyə ünvanladığı məktubla tanış olmadıqları üçün bu məktuba uyğun etirazlarını təqdim edə bilməmişdirlər. Bundan başqa, qərarda qeyd edilmiş Azərbaycan Respublikası Cavabdeh Tikintidə X3 Agentliyinin “Gözəl Bakı" MTK-ya ünvanladığı məktubdan görünür ki, onların şikayətləri əsasında "xxxx" MTK-ya xəbərdarlıqlar olunmuş və bildirilmişdir ki, əks təqdirdə tikinti işlərinin dayandırılması və digər müvafiq tədbirlər həyata keçiriləcəkdir. Buna baxmayaraq, cavabdeh orqan bu barədə hər hansı tədbir görməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən digər iddiaçılar apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Cavabdeh nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, tikintinin dayandırılması FHN-nin səlahiyyətinə aid olan məsələ deyildir. Müvafiq sərəncamda orada yaşayan əhalinin köçürülməsi və daha sonra söküntü işlərinin aparılması "xxxx" MTK-ya tapşırılmışdır. Həmçinin tərəfimizdən "xxxx" MTK-ya xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının hazırki iş üzrə 02 iyun 2022-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” hissəsində mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı cavabdeh Azərbaycan Respublikası Cavabdeh Tikintidə X3 Agentliyinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən görünür kimi, iddiaçılar onlara məxsus ünvan 1 ünvanında, 65, 66 və 66a mənzillərin yerləşdiyi binanın "xxxx" MTK tərəfindən Nazirlər Kabinetinin 86 nömrəli 25 fevral 2016-cı il tarixli qərarına və Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının sərəncamına zidd olaraq qarşılıqlı razılaşma olmadan söküldüyünü, bununla əlaqədar cavabdehlər Fövqaladə Hallar Nazirliyinə və FHN-nin Tikintidə X3 Agentliyinə müraciət etsələr də, lakin heç bir nəticə olmadığını, nəticədə onlara 100.000 manat məbləğində maddi zərər dəydiyini bildirmişlər və hazırda dəymiş zərərin əvəzinin cavabdehlər tərəfindən onlara ödənilməsini tələb edirlər. İş materiallarında olan: - Azərbaycan Respublikası Cavabdeh Tikintidə X3 Agentliyi tərəfindən "xxxx" MMCnin rəhbərliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: ünvan 5 ünvanlarda yaşayan vətəndaşlar Nailə İsmayılova və İddiaçı1, həmin ərazidə rəhbərlik etdiyiniz MMC tərəfindən söküntü işləri aparılmaqla evlərinin qəzalı vəziyyətə salınmasından narahatlıqları barədə Cavabdehnə ünvanladıqları 19 yanvar 2019-cu il tarixli müraciət mütəxəssislərimiz tərəfindən yerində araşdırılmışdır. Məlum olduğu kimi, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 23 yanvar 2017-ci il tarixli 11 nömrəli sərəncamına uyğun olaraq ərazidə yerləşən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən, "xxxx" MMC-nin vəsaiti hesabına həyata keçirilməli olduğuna baxmayaraq, tərəfinizdən ərazidə olan yaşayış evlərinin sakinlərinin tam köçürülməsi təmin edilmədən və təhlükəsizlik tədbirlərinə əməl olunmadan söküntü işlərinə başlanılmışdır ki, bu da yolverilməzdir. Qeyd edilənləri nəzərə alaraq, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının sərəncamının tələblərinin qısa müddətdə yerinə yetirilməsi, yaxın ətrafda yaşayan sakinlərin və tikililərin təhlükəsizliyinin təmin edilməsi, söküntü və tikinti-quraşdırma işlərinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırılıb, ekspertizadan keçmiş layihəyə, tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun yerinə yetirilməsi Sizə tapşırılır. Əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq obyektdə tikinti işlərinin dayandırılması və digər müvafiq tədbirlər həyata keçiriləcəkdir. - Azərbaycan Respublikası Cavabdeh Tikintidə X3 Agentliyi tərəfindən "xxxx" MMCnin rəhbərliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, ev 1 ünvanlarda yaşayan vətəndaş İddiaçı1, həmin ərazidə rəhbərlik etdiyiniz MMC tərəfindən söküntü işləri aparılması nəticəsində ev qəzalı vəziyyətə salınmasından narahatlıqları barədə Cavabdehnə ünvanladığı 08 mart 2019-cu il tarixli müraciət mütəxəssislərimiz tərəfindən yerində araşdırılmışdır. Məlum olduğu kimi, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 23 yanvar 2017-ci il tarixli 11 nömrəli sərəncamına uyğun olaraq ərazidə yerləşən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi və sakinlərin köçürülməsi müvafiq "xxxx" MMC-nin vəsaiti hesabına həyata keçirilməli olduğuna baxmayaraq, tərəfinizdən ərazidə olan yaşayış evlərinin sakinlərinin tam köçürülməsi təmin edilmədən və təhlükəsizlik tədbirlərinə əməl olunmadan söküntü işlərinə başlanılmışdır ki, bu da yolverilməzdir. Qeyd edilənləri nəzərə alaraq, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının sərəncamının tələblərinin qısa müddətdə yerinə yetirilməsi, yaxın ətrafda yaşayan sakinlərin və tikililərin təhlükəsizliyinin təmin edilməsi, söküntü və tikinti-quraşdırma işlərinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırılıb, ekspertizadan keçmiş layihəyə, tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun yerinə yetirilməsi Sizə tapşırılır. Əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq obyektdə tikinti işlərinin dayandırılması və digər müvafiq tədbirlər həyata keçiriləcəkdir. - Azərbaycan Respublikası Cavabdeh Tikintidə X3 Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış 06 yanvar 2022-ci il tarixli məktubda qeyd edilir: ünvan 6 ünvanda İddiaçı1 və digərlərinin yaşadığı binanın sökülməsi ilə əlaqədar təsdiq edilmiş sənədlərin surətinin təqdim edilməsi barədə Cavabdehnə ünvanladığınız 28 oktyabr 2021-ci il tarixli 2-1(112)- 11863/2021 nömrəli müraciətinizə Agentlikdə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, qeyd edilən ünvanda Nəsimi rayonu İcra Hakimiyyətinin 23 yanvar 2017-ci il tarixli 11 nömrəli sərəncamı ilə "xxxx" MMC tərəfindən mövcud qeyri-yaşayış obyeklərinin və yaşayış binalarının sökülərək yerində çoxmərtəbəli yaşayış və qeyri-yaşayış obyeklərinin tikintisinə icazə verilmişdir. - "xxxx" MTK tərəfindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvanlanmış 11 avqust 2021-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7595/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən İddiaçı3 faktiki istifadəsində olmuş 55 kv.m-ə görə Bakı şəhəri, Nəsimi rayonu, Abbas SəhhətAkademik Topçubaşov küçələrinin kəsişməsindəki G girişinin 7-ci mərtəbəsində, 3 otaqlı 87.6 kv.mdən ibarət mənzilə, Salamova Elmiranın faktiki istifadəsində olmuş 85.5 kv.m-ə görə isə Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət-Akademik Topçubaşov küçələrinin kəsişməsindəki G girişinin 5-ci mərtəbəsində, 3 otaqlı 124.8 kv.m-dən ibarət mənzilə bağlı "xxxx" MTK tərəfindən təklif olunmuş müqavilələrin bağlanması üçün "xxxx" MTK-nın ofisinə gəlməniz barədə Sizə rəsmi müraciət olunmuşdur. "xxxx" MTK-ya ünvanlamış olduğunuz ərizədə MTK-nın müqavilələrin bağlanması təklifinə vermiş olduğunuz düzəlişlər Ali Məhkəmənin yuxarıda adı çəkilən qərarı baxımından qəbul edilən deyildir və bu səbəbdən Sizə yenə də yuxarıda adı çəkilən mənzillərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7595/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən müqavilələrin bağlanması üçün "xxxx" MTK-nın ofisinə yaxınlaşmağınız təklif olunur. Məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir və qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» AR Qanununun 67 və 68-ci maddələri ilə maraqlı şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur ki, kompensasiya maraqlı şəxsin müraciətinə əsasən və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olaraq ödənilir. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən, maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 89.1-ci maddəsinə görə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, iddiaçılar cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində onlara maddi zərərin vurulduğunu bildirsələr də və həmin zərərin əvəzi olaraq cavabdehlərdən onların xeyrinə 100.000 manat məbləğində pulun tutulmasını tələb etsələr də, sübut etmə yükünü daşıyan iddiaçılar nə birinci instansiya məhkəməsində araşdırma zamanı, nə də ki apellyasiya baxışı zamanı onlara maddi zərərin dəyməsi ilə bağlı öz iddia tələbinin əsasında duran halları sübuta yetirə bilməmişdirlər. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə Mülki Məcəllənin 1096.1ci maddənin dispozitiv şərtlərinin mövcudluğu təsdiq olunmur. Çünki iddiaçılar zərərin nədə ifadə olunmasını əsaslandırmamış, istinad etdiyi halların təsdiqi barədə heç bir sübutları təqdim etməmiş və üzərlərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3427/2022 saylı, 01 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3427/2022 saylı, 01 fevral 2022-ci il tarixli qərarı cavabdeh Azərbaycan Respublikası Cavabdeh Tikintidə X3 Agentliyinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Rafael Eyvazov Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar