Məhkəmə qərarları › İş №2-1(103)-1792/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1792/2023

04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1792/2023 04.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1792 /2023 (Açar sözlər: “çıxarışın verilməsi”) Bakı şəhəri 04 iyul 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, İbrahimli Səid Şəhniyar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6068/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan və məhkəmə icraatı zamanı təqdim olunan Bakı şəhəri İcra Hakimiyyəti başçısının Aparatının Abadlaşdırma və Park-bağ Təsərrüfatının İnkişafı Departamenti X2 və İstismarı Birliyi ilə bağlanılmış 02 sentyabr 2005-ci il tarixli, 35607 saylı icarə müqaviləsinin surətindən görünür ki, X2 və İstismarı Birliyi ilə İddiaçı arasında müqavilə münasibətləri mövcud olmuş, həmin münasibətlər zəmnində Bakı şəhəri, Binəqədi rayonu, Göradil ərazisində 0,12 ha torpaq sahəsi olan 888 ç nömrəli bağ sahəsi İddiaçı icarəsinə verilmişdir.

2. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsininin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının faktiki istifadəsində olan bağ sahəsi hasarın içindədir, sahədə ikimərtəbəli bağ evi, köməkçi və həyət tikililəri var, faktiki sahə 1349.0 kv.m təşkil edir, bağ sahələri paylanarkən koordinatlarla verilmədiyindən faktiki koordinatlarla müqayisə aparmaq mümkün deyildir, 888 ç nömrəli bağ sahəsinin hansı bağın ərazisi olub-olmamasını dəqiqləşdirmək mümkün deyil, qeyd olunan bağ nömrəsin qonşu bağ nömrələri ardıcıllığına uyğun gəlmədiyi müəyyən edilmişdir.Qonşu sahədə “826g”, “826ğ” saylı bağ sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. Cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir ona görə ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 888 ç nömrəli bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamış, bununla da həmin hissədə qonşu bağ nömrələrinin ardıcılığının müəyyən edilməsi mümkün olmamışdır.Həmçinin bağın faktiki sahəsi 1349.0 kv.m təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri İcra Hakimiyyəti başçısının Aparatının Abadlaşdırma və Park-bağ Təsərrüfatının İnkişafı Departamenti X2 və İstismarı Birliyi ilə bağlanılmış 02 sentyabr 2005-ci il tarixli, 35607 saylı icarə müqaviləsinə əsasən İddiaçı icarəsinə verilmiş “888ç” saylı bağ sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh tərəfindən verilmiş imtinanı əsassız sayır və onun hüquqlarının pozulmasına səbəb olduğunu bildirir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Cavabdeh iddia tələbinə münasibətdə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, qeyd edilən bağ nömrəsi sxematik xəritədə aşkar edilməmişdir, həmçinin bağ sahəsinin qonşu bağ nömrəsinin ardıcıllığına uyğun gəlmədiyi məlum olmuşdur. Əlavə olaraq bildirilmişdir ki, iddia olunan bağ sahəsi digər bağların ərazisinə uyğun gəlmişdir.Həmçinin bağın faktiki sahəsi 1349.0 kv.m təşkil edir.Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

7. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən Bakı şəhəri İcra Hakimiyyəti başçısının Aparatının Abadlaşdırma və X1 Departamenti ilə bağlanılmış 02 sentyabr 2005-ci il tarixli, 35607 saylı icarə müqaviləsinə əsasən 0,12 ha ölçüdə olan 888 ç saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6068/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, inzibati məhkəmə təcrübəsində bağ sahəsi üzərində vətəndaşın mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı mübahisələr üzrə “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi” əsası cavabdeh inzibati orqanın tez-tez rastlanan imtina əsaslardan biridir. Əlbəttə mövcud məhkəmə təcrübəsi bu qəbildə olan mübahisələrdə bağ sahələrinin “sxematik xəritə ilə uyğunsuzluq təşkil etmə” əsasını vətəndaşların ziyanına şərh edilməməsi kimi qiymətləndirir.

10. Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 888 ç nömrəli bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamış, bununla da həmin hissədə qonşu bağ nömrələrinin ardıcılığının müəyyən edilməsi mümkün olmamışdır. Buna baxmayaraq Məhkəmə hesab edir ki, bu halın mövcudlluğu hazırki iddia ilə iddiaçının reallaşdırmaq istədiyi mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönələ bilməz. Belə ki, bir daha qeyd olunur ki, torpaq sahəsinin mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla torpaq istifadəçilərin mülkiyyətlərinə verilməsi DƏDRX-in vəzifələrindən biridir.

11. Məhkəmə hesab edir ki, bağ sahəsinin digər fiziki şəxsin adına qeydiyyata alınmış bağ sahəsi ilə üst-üstə düşməsi və ya iddiaçının bağ sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərə malik olmaması müəyyən olunmadığından, həmçinin hüquqmüəyyənedici sənəd qismində çıxış edən icarə müqaviləsi ləğv olunmadığından və hazırda qüvvədə olduğundan, o cümlədən də torpaq sahəsinin mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla torpaq istifadəçinin mülkiyyətinə verilməsi cavabdehin vəzifəsinə aid olduğundan, cavabdehin sxematik xəritə ilə uyğunsuzluğun olmasına dair əsası imtina əsası kimi qiymətləndirilə bilməz.

12. Bu qəbildən olan işlərdə cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi” göstərilsə də, bu istiqamətdə cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.

13. Eyni zamanda Məhkəmə vurğulamağı zəruri hesab edir ki, hazırki mübahisə də olduğu kimi bir çox digər inzibati mübahisələrdə cavabdeh inzibati orqan imtina əsası kimi sxematik xəritə ilə uyğunsuzluq ifadəsi altında iddia olunan bağ nömrəsinin sxematik xəritədə göstərilməməsini nəzərdə tutur. Bununla bağlı qeyd olunmalıdır ki, kassasiya instansiya məhkəməsinin bu növ imtina əsaslarında da formalaşdırdığı mövqeyi məhz vətəndaşın xeyrinə olmuşdur. (Bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 447/2022 saylı, xx.xx.2022-ci il tarixli; 2-1(102)-611/2020 saylı, xx.xx.2020-ci il tarixli).

14. İddiaçı gözlənilən mülkiyyət hüquqlarını əlavə sahə ilə birlikdə deyil, məhz hüquqmüəyyənedici sənəd əsasında, yəni 0,12 ha ölçüdə qeydiyyata alınmasını xahiş edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının bağ sahəsinin 0.12 ha hüquqları yarandığından, cavabdehin imtinası həmin hissədə də əsassızdır

15. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 152.9-cu maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə, 10-cu maddəsinin 1-ci abzasına və həmin maddənin 4-cü abzasına, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.-cı, 8.0.7-ci, 10.2-ci, 12.1-ci, 15.1., 15.1.1., 15.1.2., 15.1.3., 15.1.4., 15.1.5., 15.1.6. bu qanunun 14-cü maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

16. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6068/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, qeyd edilən bağ nömrəsi sxematik xəritədə aşkar edilməmişdir. Qeyd olunan bağ nömrəsi qonşu bağ nömrələri ardıcıllığına uyğun gəlmədiyi müəyyən edilmişdir. Belə ki, qonşu sahədə “826g”, “826ğ” saylı bağ sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd olunanlarla yanaşı, göstərilən torpaq sahəsinin sənəd üzrə ölçüsü 1200.0 kv.m, faktiki isə 1349.0 kv.m təşkil edir. Əlavə olaraq bildiririk ki, iddia edilən bağ sahəsi digər bağların (857 ilə başlayan) ərazisinə uyğun gəlir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Prosses iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6068/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6068/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir.

22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir.

23. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

24. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

27. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

29. İddianın mahiyyəti ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:

30. 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan və məhkəmə icraatı zamanı təqdim olunan Bakı şəhəri İcra Hakimiyyəti başçısının Aparatının Abadlaşdırma və Park-bağ Təsərrüfatının İnkişafı Departamenti X2 və İstismarı Birliyi ilə bağlanılmış 02 sentyabr 2005-ci il tarixli, 35607 saylı icarə müqaviləsinin surətindən görünür ki, X2 və İstismarı Birliyi ilə İddiaçı arasında müqavilə münasibətləri mövcud olmuş, həmin münasibətlər zəmnində Bakı şəhəri, Binəqədi rayonu, Göradil ərazisində 0,12 ha torpaq sahəsi olan 888 ç nömrəli bağ sahəsi İddiaçı icarəsinə verilmişdir.

31. İddiaçı qeyd olunan bağ sahəsinə hüquqlarının qeydə alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir ona görə ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 888 ç nömrəli bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamış, bununla da həmin hissədə qonşu bağ nömrələrinin ardıcılığının müəyyən edilməsi mümkün olmamışdır.Həmçinin bağın faktiki sahəsi 1349.0 kv.m təşkil edir.

32. Həmçinin, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsininin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçının faktiki istifadəsində olan bağ sahəsi hasarın içindədir, sahədə iki mərtəbəli bağ evi, köməkçi və həyət tikililəri var, bağ sahəsi faktiki sahə 1349.0 kv.m təşkil edir, bağ sahələri paylanarkən koordinatlarla verilmədiyindən faktiki koordinatlarla müqayisə aparmaq mümkün deyildir, 888 ç nömrəli bağ sahəsinin hansı bağın ərazisi olub-olmamasını dəqiqləşdirmək mümkün deyil, qeyd olunan bağ nömrəsin qonşu bağ nömrələri ardıcıllığına uyğun gəlmədiyi müəyyən edilmişdir.Qonşu sahədə “826g”, “826ğ” saylı bağ sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

33. Məhkəmə baxışı zamanı tərəflərin izahatından da müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir ona görə ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 888 ç nömrəli bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamış, bununla da həmin hissədə qonşu bağ nömrələrinin ardıcılığının müəyyən edilməsi mümkün olmamışdır.Həmçinin bağın faktiki sahəsi 1349.0 kv.m təşkil edir.

34. Məhkəmə Kollegiyası qeyd edir ki, inzibati məhkəmə təcrübəsində bağ sahəsi üzərində vətəndaşın mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı mübahisələr üzrə “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi” əsası cavabdeh inzibati orqanın tez-tez rastlanan imtina əsaslardan biridir. Əlbəttə mövcud məhkəmə təcrübəsi bu qəbildə olan mübahisələrdə bağ sahələrinin “sxematik xəritə ilə uyğunsuzluq təşkil etmə” əsasını vətəndaşların ziyanına şərh edilməməsi kimi qiymətləndirir.

35. Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən 888 ç nömrəli bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamış, bununla da həmin hissədə qonşu bağ nömrələrinin ardıcılığının müəyyən edilməsi mümkün olmamışdır.

36. Buna baxmayaraq Məhkəmə Kollegiyası hesab edir ki, bu halın mövcudlluğu hazırki iddia ilə iddiaçının reallaşdırmaq istədiyi mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönələ bilməz. Belə ki, bir daha qeyd olunur ki, torpaq sahəsinin mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla torpaq istifadəçilərin mülkiyyətlərinə verilməsi DƏDRX-in vəzifələrindən biridir.

37. Məhkəmə Kollegiyası hesab edir ki, bağ sahəsinin digər fiziki şəxsin adına qeydiyyata alınmış bağ sahəsi ilə üst-üstə düşməsi və ya iddiaçının bağ sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərə malik olmaması müəyyən olunmadığından, həmçinin hüquqmüəyyənedici sənəd qismində çıxış edən icarə müqaviləsi ləğv olunmadığından və hazırda qüvvədə olduğundan, o cümlədən də torpaq sahəsinin mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla torpaq istifadəçinin mülkiyyətinə verilməsi cavabdehin vəzifəsinə aid olduğundan, cavabdehin sxematik xəritə ilə uyğunsuzluğun olmasına dair əsası imtina əsası kimi qiymətləndirilə bilməz.

38. Bu qəbildən olan işlərdə cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi” göstərilsə də, bu istiqamətdə cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.

39. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin yuxarıda hüquqi qiymət verildiyi “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi” dəlilindən əlavə bağın faktiki sahəsinin 1.349.0 kv.m təşkil etməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbində (iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək) məhkəmədən Bakı şəhəri İcra Hakimiyyəti başçısının Aparatının Abadlaşdırma və X1 Departamenti ilə bağlanılmış 02 sentyabr 2005-ci il tarixli, 35607 saylı icarə müqaviləsinə əsasən 0,12 ha ölçüdə olan 888 ç saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

40. Həmçinin, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6068/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək 0,12 ha ölçüdə olan 888 ç saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməsi qərara alınmışdır.

41. Beləliklə, mübahisələndirilən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6068/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə 1.349.0 kv.m faktiki sahənin deyil, 0,12 ha ölçüdə olan 888 ç saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməsi qərara alınmışdır.

42. Qeyd edilənlərə və tətbiq edilən hüquq normalarına (qərarın 21-25-ci bəndləri) əsasən, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır, şikayətdə göstərilən dəlillər təsdiqini tapmamışdır, odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6068/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6068/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar