Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1793/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Elmira Eyvaz qızı Nağıyevadan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Bakı şəhəri Suraxanı rayon şöbəsinə (hazırda Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət X10 publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı “ona təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1849/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqdim olunmuş arayışlara əsasən 1980-2004-cü illər üçün onun pensiyasının yenidən hesablanması məqsədilə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1981-ci ildən xx xxx 1986-cı il tarixədək SSSR X5 filialında və xx.xx.1986-cı il tarixdən xx.xx.2004-cü il tarixədək SSRİ Dövlət Bankının Azərbaycan Respublikası Kontorunda, X8 Sənaye Bankında və onun hüquqi varisi olan “Aqrarkredit” X3 işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə ona təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanmasının cavabdeh DSMF-nin Bakı şəhəri Suraxanı rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1849/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx xxxxxx 1981-ci ildən xx xxx 1986-cı il tarixədək SSSR X5 filialında və xx.xx.1986-cı il tarixdən xx.xx.2004-cü il tarixədək (xx.xx.1986-cı ilxx.xx.1991-ci il; xx.xx.1992-ci il- xx.xx.2001-ci il; xx.xx.2001-ci il – xx.xx.2004-cü il) müvafiq olaraq SSRİ Dövlət Bankının Azərbaycan Respublikası Kontorunda, X8 Sənaye Bankında və “Aqrarkredit” X3 işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə, ona təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Bakı şəhəri Suraxanı rayon şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi tabeliyində Dövlət X9 Suraxanı rayon Xidmət nümayəndəliyi tərəfindən apellyasiya şikayəti verilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1849/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı İddiaçı məhkəməyə ərizə verərək, cavabdehə qarşı verdiyi iddiadan imtina etdiyini və bununla bağlı iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddiaçının iddiadan imtinasının məhkəmə tərəfindən qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının iddiadan imtina barədə ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, iddiadan imtina qəbul edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X9 Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı “xx xxxxxx 1981-ci ildən xx xxx 1986-cı il tarixədək SSSR X5 filialında və xx.xx.1986-cı il tarixdən xx.xx.2004-cü il tarixədək SSRİ Dövlət Bankının Azərbaycan Respublikası Kontorunda, X8 Sənaye Bankında və onun hüquqi varisi olan “Aqrarkredit” X3 işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə ona təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin DSMFnin Bakı şəhəri Suraxanı rayon şöbəsinin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə İddiaçı iddiadan imtinası qəbul edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1849/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1793/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1793/2020
04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver