Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1793/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu, Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2135/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 52 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı xx.xx.1968-ci ildə anadan olmuş, 21 avqust 1985-ci ildə əmək fəaliyyətinə başlamış həmin tarixdən başlayaraq xx.xx.1985-xx.xx.1986-ci illlərdə “X8 X11” X2 İstehsalat Xidməti Bazasında, xx.xx.1988-xx.xx.2004-cü illərdə Baş Dəniz Neftin “X8 X9” X2 İstehsalat Xidməti Bazasında (xx.xx.2001-ci il tarixindən həmin müəssisənin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır), xx.xx.2003-cü il tarixindən bu günədək “Xəzər Qazma Şirkəti” İstiqlal Qurğusunda çalışır. Beləliklə də, uzun müddət ağır və zərərli iş şəraitində çalışmışdır. İş yerlərində onunla birgə 4 nəfər elektrik montyoru çalışırdı. Həmin şəxslərin hamısına güzəştli şərtlərlə pensiya yaşına çatdıqdan sonra pensiya təyin edilmişdir. Belə ki, qazma boruları sexində elektrik montyoru işləmişlər. İşlədiyi idarə dənizdə qazma prosesinin tərkib hissəsi olub. Dəniz platformalarını qazma boruları ilə fasiləsiz təmin etmiş, buruqlara elektrik montyoru kimi xidmət göstərmişdir. Mütəmadi olaraq qazma boruları çatdırılırdı dənizin müxtəlif buruqlarına və iddiaçı həmin buruqlara işlərin görülməsi məqsədilə ezamiyyətə göndərilirdi. Güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 30 iyun 2020-ci il tarixdə cavabdehə müraciət etmiş, lakin sonuncu 13 iyul 2020-ci il tarixli **********3 nömrəli imtina məktubu ilə imtina edərək bildirmişdir ki, təqdim edilmiş əmək kitabçasına əsasən xx.xx.1985-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində “X10 X6 Birliyi”nin İstehsalata Xidmət Mərkəzi Bazasında iddiaçının işlədiyi elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri, yardımçı fəhlə, elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru və xx.xx.2003-cü il tarixindən bu günədək “Xəzər Qazma Şirkəti” İstiqlal Qurğusunda işlədiyi takelajçı vəzifələri Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının X- 11000000 - “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsi”ndə nəzərdə tutulmadığından (1); quruda fəaliyyətə aid olan 1985-2004-cü illər arasında müxtəlif dövrlərdə işlədiyi sahə (İstehsalata Xidmət Mərkəzi Bazası) yuxarıda adıçəkilən 1 nömrəli siyahıda müəyyən olunmuş dəniz neftçiləri üçün neftin qazılması və hasilatı sahələrinə, həmçinin emal sahələrinə aid olmadığından (2); işlədiyi vəzifə və sahələrin qanunvericilikdə müəyyən edilmiş zərərli və ağır sahələrə aid olması təsdiqlənmiş olsaydı belə, xx.xx.2001-ci il tarixindən işlədiyi müəssisənin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradıldığından həmin dövrdən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2004-cü il tarixinədək məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi faktının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaya zərurət yaranacağından, digər qanuni əsaslarla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi mümkün deyildir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddia ərizəsinə etirazını iddiaçıya ünvanladığı imtina məktubuna uyğun əsaslarla, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2135/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğundur, apellyasiya icraatı mümkündür. Şikayət onunla əsaslandırılmışdır ki, Belə ki, "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin "a" bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı” üzrə müəyyən edilmiş zərərli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Araşdırma zamanı məlum olmuşdur ki: 1) İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 2 oktyabr 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1985-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "X10 X6 Birliyi"nin İstehsalata Xidmət Mərkəzi bazasında işlədiyi elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri, yardımçı fəhlə, elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru və xx.xx.2003-cü il tarixindən bugünədək "Xəzər Qazma Şirkəti" İstiqlal Qurğusunda işlədiyini takelajçı vəzifələri Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahısının X-11000000 - "Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsi"ndə nəzərdə tutulmamışdır. 2) Bundan başqa, quruda fəaliyyətə aid olan 1985-2004-cü illər arasında müxtəlif dövrlərdə işlədiyi sahə (İstehsalata Xidmət Mərkəzi bazası) yuxarıda adıçəkilən 1 nömrəli siyahıda müəyyən olunmuş dəniz neftçiləri üçün neftin qazılması və hasilatı sahələrinə, həmçinin emal sahələrinə aid deyildir. Eyni zamanda iddiaçının işlədiyi vəzifə və sahələrin qanunvericiliklə müəyyən edilmiş zərərli və ağır sahələrə aid olması təsdiqlənmiş olsaydı belə, xx.xx.2001-ci il tarixindən işlədiyi müəssisənin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradıldığından həmin dövrdən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2004-cü il tarixinədək məcburi dövlət sosial sığorta haqlarının ödənilib- ödənilməməsi faktının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaya zərurət yaranacaqdır...” Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi T.Kərimov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Z.Ramazanov onunla razılaşmamış, iddiaçının dənizdə bilavasitə neft buruqlarına xidmət üzrə elektrik montyoru işlədiyinı və onun 2006-cı ilə kimi onun 20 ildən çox stajı olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşıdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı məcburetmə haqqında ona 52 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən (şəxsiyyət vəsiqəsinə əsasən doğum tarixi: xx.xx.1968 (No********, ASAN-4 xx.xx.2018) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq, ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair məcburetmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən onun həmin tələbi təmin olunmuşdur. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, iddiaçının xx.xx.1985-xx.xx.2004-cü illərdə "X10 X6 Birliyi"nin İstehsalata Xidmət Mərkəzi bazasında işlədiyi elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri, yardımçı fəhlə, elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru və xx.xx.2003-cü il tarixindən "Xəzər Qazma Şirkəti" İstiqlal Qurğusunda işlədiyini takelajçı vəzifələrinin Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahısının X-11000000 - "Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsi"ndə nəzərdə tutulmadğını mübahisələndirərək ona 52 yaşından əmək güzəştli şərtlərələ əmək pensiyası təyin edilməsini mümkünsüz sayır. Məhkəmə kollegiyası aşağıdakılara görə hesab edir ki, cavabdehin qeyd olunan dəlilləri əsassızdır. xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin hazırkı redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, yəni, xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin 1ci hissəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər – 50 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə edilən dəyişikliklə yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqustun 1-dən etibarən «a» bəndi üzrə 52 yaş təşkil etmişdir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 1 nömrəli Siyahısının ““11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində: - “1100000a—19838” kodu üzrə “buruqlara xidmət üzrə elektrik montyorları” və “1100000a—19861” kodu üzrə “bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları” güzəştli pensiya hüququ verən peşələr kimi nəzərdə tutulmuşdur. İş materiallarına, o cümlədən, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının 2006-cı ilə qədər “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin «a» bəndi üzrə tələb olunan 20 ildən çox ümumi və 10 ildən də çox xüsusilə ağır və zərərli iş şəraitində güzəştli pensiya hüququ verən stajı mövcuddur. Belə ki, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən hərbi xidmət dövrü, ali və orta ixtisas təhsil müddəti də iş sajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən isə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Qanun qeyd olunan tələbləri nəzərə alınmaqla iddiaçının iş materiallarında olan xx.xx.1985-ci il tarixdə doldurulmasına başlanılmış İT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən 2006-cı ilə qədər aşağıdakı iş stajı müəyyən olunur: -xx.xx.1985-xx.xx.1985 (1ay 2 gün): "X8 X9" X1 Xidmət Mərkəzi Bazası - elektrik avadanlıqlarının təmiri üzrə çilingər elektrik; -xx.xx.1985 – xx.xx.1986 (8 ay 17 gün): həmin Bazada 1-ci dərəcəli - fəhlə; -xx.xx.1986 - xx.xx.1988 (2 il 3 gün): müddətli həqiqi - hərbi xidmət; -xx.xx.1988 - xx.xx.2004 (16 il 2 ay 6 gün) "X8 X9" X1 Xidmət Mərkəzi Bazası elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru -xx.xx.2003 - xx.xx.2005 (2il 8ay 9gün): Xəzər Qazma Şirkətində “İstiqlal qurğusu” takelajçı. İddiaçının qeyd olunan iş stajı, ümumiləşdirildikdə, onun xx.xx.2006-cı il tarixinə qədər 20 ildən çox (21 il 8 ay 7 gün) ümumi stajı toplanır ki, həmin stajın da 10 ildən çoxunu dəniz neftçisi kimi güzəştli pensiya hüququ verən göstəriciyə uyğun peşədə işləmişdir. Qeyd olunmalıdır ki, SOCAR-ın məhkəmə sorğularına cavab olaraq ünvanladığı xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2022-ci il tarixli məktublarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının elektrik montyoru kimi işlədiyi, X8 X9" X1 Xidmət Mərkəzi Bazası - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin 17 iyul 2001-ci il tarixli 41 nömrəli Sərəncamı ilə "xxxx" Səhmdar Cəmiyyətinə çevrilmiş, hazırda ASC-nin internet və mətbuat səhifələrində verdiyi elanlarına işə əlavə olunur) əsasən artıq fəaliyyət göstərmədiyi və ləğvetmə prosesində olduğu müəyyən olunmuşdur. Bu səbəbdən, həmin müəssədən güzəştli arayışın alınması mümkünsüz olmuşdur. Hazırkı mərhələdə dəniz neft qalma sahəsində ixtisaslaşmış “SOCAR-ın” “Kompleks qazma işləri” Tresti məhkəmənin sorğusuna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda X8 X9" X3 Xidmət Mərkəzi Bazası - “Kompleks qazma işləri” trestinin strukturuna aid olmadığı və iddiaçının həmin müəssisədə işlədiyi peşənin güzəştli göstəricilərə uyğun gəlib-gəlmədiyi barədə fikir yürüdülməsi mümkün olmadığı və qeyd olunan peşələr üzrə vəzifə təlimatlarının da onlarda mövcud olmadığı bildirilmişdir. “SOCAR”-ın “Azneft” İB-nin məhkəmənin müvafiq sorğusuna ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda, iddiaçının X8 X9" X1 Xidmət Mərkəzi Bazası elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru güzəştli pensiya hüququ verən peşələrə aid olub-olmaması ilə bağlı münasibətinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, dənizdə neft-qazma işləri “Azneft” İB-nin funksional vəzifəlirinə aid edilmədiyi üçün və bu sahədə ixtsaslaşmadığı nəzərə alınmaqla, həmin cavab məktubunda göstərilənlərin sübut əhəmiyyətli məlumatlar kimi məhkəmə tərəfindən qəbul edilməsi istisna olunmalıdır. Hazırkı mərhələdə məhkəmənin iddiaçının "X8 X9" X1 Xidmət Mərkəzi Bazasında işlədyi “elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru”peşəsinin dəniz neftçiləri üçün nəzərdə tutulan imtiyazlara uyğunluğu barədə sorğusuq, onun xx.xx.2003-cu il tarixdən etibarən işlədiyi “Xəzər Qazma Şirkəti” (“X5 LTD”) 07 dekabr 2022-ci il tarixli CDC-İst-026 nömrəili məktubu ilə aşağıdakı kimi cavablandırılmışdır: -“...bir çox müəssisələrdə, o cümlədən, onların şirkətində çalışan “elektriklər”, “elektrik montyorları” vəzifəsində çalışanlar demək olar ki eyni işi görürlər: yəni elektrik avadanlıqlarının işlək vəziyyətdə olmasını təmin edir və lazım gəldikdə təmir işlərini hyata keçirir. Bu baxımdan, İddiaçı işlədiyi peşələrin sorğudakı “110000a-19838 buruqlara xidmət üzrə elektrik montyorları” və “110000a-19838. buruqlara xidmət xidmət üzrə elektrik montyorları və xidməti ilə məşğul olan elektrik montyorları” kodlarının hər ikisinə uyğun gəlməsi haqqında müsbət fikir söyləmək olar.” Məhkəmə kollegiyası “Xəzər Qazma Şirkəti”nin (“X5 LTD”), məhz, dənizdə neftqazma işləri ilə məşğul olmasını və bu sahədə ixtsaslaşmış müəssisə kimi fəaliyyəti göstərdiyini nəzərə alaraq hesab edir ki, qeyd olunan məlumatlar məhkəmə tərəfindən sübut əhəmiyyətli məlumatlar kimi qəbul edilməlidir. Beləliklə də iddiaçının "X8 X9" X1 Xidmət Mərkəzi Bazasında “elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru” kimi çalışdığı peşəni 1 nömrəli Siyahının X- 11000000 - "Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsi"ndə “110000a-19838”(buruqlara xidmət üzrə elektrik montyorları) və “110000a-19838” (bilavasitə buruqlara xidmət xidmət üzrə elektrik montyorları və xidməti ilə məşğul olan elektrik montyorları” kodlarına uyğun olan, güzətli pensiya hüququ verən peşə üzrə 10 ildən çox güzəştli iş stajının (16 il 2 ay 6 gün) mövcud olduğu öz təsdiqini tapır. Başqa sözlə, cavabdehin apellyasiya şikayətinin iddiaçının elektrik montyoru kimi işlədəyi peşənin 1 nömrəli Siyahıda nəzərdə tutulmadığını mübahisələndirən dəlillərinin əsassız oldubu sübuta yetirilir. Əmək pensiyasının ödənilməsinin mövcud qaydasını müəyyənləşdirən «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya, tələb olunan güzəştli stajının olmadığı əsas gətirilməklə 52 yaşından (müraciət etdiyi vaxtdan əvvəlki üç il üçün hesablanmaqla) güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilməsi qanunsuz olmuş, hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi də nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə iddianı təmin etməklə işin halllaına, maddi və prosessual hüquq normalarına uyğun olan nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2135/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2135/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1793/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1793/2022
22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver