Məhkəmə qərarları › İş №2-1(103)-1794/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1794/2020

11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1794/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinə və 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı abunə kodunun və sayğacın cavabdeh tərəfindən onun adına rəsmiləşdirilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 177/2020 saylı qərarından cavabdehin nümayəndəsi F.Qasımzadə tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-177/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, ünvan 1, mənzil 18 ünvanı üzrə **********00018 nömrəli abunə kodunun və sayğacın İddiaçı adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim A.Abdullayeva). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi F.Qasımzadə tərəfindən apellyasiya şikayətləri verilmişdir. İşin halları: İddiaçı cavabdeh «xxxxxxxx» Açıq Səhmdar Cəmiyyətinə və 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin üzərinə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 18 saylı mənzilə kommunal xidmətlərin göstərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3299/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh qismində Nəsimi rayon “xxxxxxxx” ASC-nin hesab edilməsi barədə iddiaçının nümayəndəsi və vəkilinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3299/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Nəsimi rayon “xxxxxxxx” ASC əsl olan cavabdeh “xxxxxxxx” ASC ilə əvəz edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 1 ünvanı üzrə **********00018 nömrəli abunə kodunu və sayğacın onun adına cavabdeh tərəfindən rəsmiləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-177/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2000-ci ildə 41 saylı Bakı şəhəri Dövlət Notariat Kontorunda onunla X8 arasında Bakı şəhəri, Nəsimi rayonu, 5- ci mkr, Asif Məhərrəmov küçəsi (keçmiş Tağızadə) 60 saylı evin, 18-ci mənzilinin alğı-satqısı barədə 110573 nömrəli müqavilə bağlanmışdır.xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsinə görə alğı-satqı müqaviləsi bağlandıqdan sonra mənzilinin mülkiyyətçisi odur. Mənzildə o, qızı Antokova Kristina və Antokova Edera qeydiyyatdadırlar. Mənzilin alğı-satqısından sonra Həsən Həşimov həmin mənzilindən çıxmaqdan imtina etmişdir. Buna görə də, o, Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi ilə X8 başqa mənzil verilmədən, X10 onunla yaşayan ailə üzvləri ilə birlikdə sığınacaq verilməklə, Bakı şəhəri, A.Mustafayev (keçmiş Tağızadə) küçəsindəki 60 saylı evin 18-ci mənzilindən çıxarılmaları qət edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qətnamənin icrası 2 (iki) ay müddətinə təxirə salınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı ilə Apellyasiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qətnamənin icrası 4 (dörd) ay müddətinə təxirə salınmışdır. Mənzildə X7 yaşamışdır..Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə iddiaçının mənzilə köçürülməsi qət edilmişdi və o, xx.xx.2019-cu il tarixdə köçürülmüşdür. Cavabdeh ASC-yə müqavilə bağlanması üçün onun adına verilmiş qeydiyyat vəsiqəsi təqdim edilmişdir. Z.Rzayeva elektrik enerjisindən istifadə üzrə borcu olduğuna görə onunla müqavilə bağlanmasından imtina edilmişdir. Mənzili azad etdikdən sonra Z.Rzayeva elektrik enerjisindən istifadə üzrə 870.11 manat borcu qalmışdır. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatı: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. belə ki, məhkəmə iddianı təmin edərkərn əsassız olaraq iddiçının mübahisəli mənzilin mülkiyyətçisi olmasına və ailə üzvləri ilə mənzildə qeydiyyatda olmaqla yaşadıqlarına istinadən, mənzilə dair əvvəlki abonentdən qalmış 870,11 manat borc məbləğinə görə abunə kodunun və sayğacın mənzilin mülkiyyətçisinin adına rəsmiləşdirilməməsi onun mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirmişdir. İş materiallarından və işin faktiki hallarından görünür ki, iddiaçı ilə enerjitəchizatı müəssisəsi arasında sözügedən mənzilə elektrik enerjisinin verilməsinə dair müvafiq alqı-satqı müqaviləsi olmamış, iddiaçının mənzilində əvvəllər yaşamış şəxs həmin mənzildən kçdükdən sonra enerjitəchizatı müəssisəsinə onunla olan elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməmiş və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməmiş, iddiaçı isə ondan köçdüyü günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqının ödənilməsi və elektrik enerjisi sərfinə görə borcunun olmaması barədə enerjitəchizatı müəssisəsinin arayışını tələb etməmişdir. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, işdə olan xx.xx.2000-ci il tarixli, 110573 nömrəli müqavilənin surətindən görünür ki, X8 ünvan 2, mənzil 18 ünvanında yerləşən, 2 otaqlı, yaşayış sahəsi 36.64 kv.m, ümumi sahəsi 38.54 kv.m olan mənzili İddiaçı satmışdır. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2001-ci il qeydiyyat tarixli, 61 a/c saylı reyestr kitabında 12298-ci səhifədə, 30/5600 nömrəsi ilə qeydə alınmış qeydiyyat vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən 26.64 kv.m yaşayış sahəsi, 2 otaqlı, 18 saylı mənzilin mülkiyyətçisidir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 6k-342 nömrəli, xx xxxxxx 2002-ci il taixli qərarından görünür ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X6 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, A.Mustafayev (keçmiş Tağızadə) küçəsi 60 saylı evin 18-ci mənzilindən çıxarılmasına dair iddiası təmin edilmiş və cavabdeh H.İ.Həşimova başqa mənzil verilmədən, X11 onunla yaşayan ailə üzvləri ilə birlikdə sığınacaq verilməklə Bakı şəhəri, A.Mustafayev küçəsi, 60 saylı evin 18-ci mənzilindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli qətnaməsi ilə yuxarıda göstərilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən R.Ə.Rzayev kassasiya şikayəti vermiş, kassasiya şikayəti qismən təmin edilərək, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli qətnaməsi dəyişdirilmiş, qətnamənin icrası 4 ay müddətinə təxirə salınmış, qətnamənin qalan hissədi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Həsən Həşimovun adına, **********00018 abunə nömrəli “Abunə haqqı” cədvəlindən görünür ki, xx.xx.2001-xx.xx.2020-ci il tarixləri üzrə ümumi borc məbləği 870.11 manat təşkil edir. İşdə olan 1 saylı “Bakı Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, ünvan 3 ünvanında İddiaçı, X3, X1 qeydiyyatdadırlar. İşdə olan Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli “İcraata xitam verilməsi haqqında” Qərarın surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2767/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (keçmiş Tağızadə) küçəsi, 60 saylı evin, 18 saylı mənzilinə köçürülməlidir. xx.xx.2019-cu il tarixli akta əsasən İddiaçı icra sənədində qeyd olunan ünvana köçürülmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2767/2009 nömrəli, xx.xx.2009-cu il tarixli icra sənədinə xitam verilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia əsaslı olduğundan Beləliklə məhkəmə hesab edir ki, mübahisəli mənzildə İddiaçı və onun ailə üzləri (X3, X1) qeydiyyatda olmaqla yaşadıqlarından, eləcə də, həmin mənzilin mülkiyyətçisi İddiaçı olduğundan, mənzilə dair əvvəlki abonentdən qalmış borc məbləğinə (məcburi köçkünlərə verilən kommunnal güzəşt limitindən artıq istifadə edilməsinə görə yaranmış borc məbləği) görə yeni abunə kodunun və sayğacın mənzilin mülkiyyətçisinin adına rəsmiləşdirilməməsi mülkiyyətçinin hüquqlarının pozulması kimi qiymətləndirilməli və bu səbəbdən də, mənzilə dair abonent kodu və sayğac İddiaçı adına rəsmiləşdirilməlidir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən elektrik və istilik enerjisinin alğı-satqısı və mübadiləsi müqavilələr əsasında hhəyata keçirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən istehlakçılar elektrik və istilik enerjisi təchizatçılarla bağlanılmış müqavilələr əsasında alırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. - 7.6-cı bəndinə əsasən, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi F.Qasımzadə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-177/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar