Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1794/2022 21.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə X6 qızının katibliyi, İddiaçının vəkili Nümayəndə Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-516/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının əmək pensiyası təyin edilməsi barədə müraciətinə Fondun Bərdə rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli imtinanın, eləcə də bu imtinadan verdiyi şikayətin cavabdeh tərəfindən təmin edilməməsinə dair hərəkətlərinin qanunsuz və əsassız sayılması və iddiaçıya əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-516/2022 saylı, 18 yanvar 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinini qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmək kitabçasının notariat qaydasında təsdiq olunmuş surətindəki məlumatlardan görünür ki, iddiaçı xx.xx.1973-cü ildən xx.xx.2011-ci il tarixinədək müxtəlif təşkilatlarda, müxtəlif vəzifələrdə işləməklə, ümumilikdə 38 il əmək (iş) stajı vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli, 17 nömrəli qərarı ilə təsdiq olunmuş Qaydaların 2.1-ci bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər bu hüququn yarandığı gündən sonra istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət etmək hüququna malikdirlər. Sözügedən Qaydaların “Sosial sığorta stajının hesablanması proseduru”nu tənzimləyən 3-cü bəndinin tələbinə görə sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alman sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq : Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajından ibarətdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2006-cı il tarixədək onun 25 ildən artıq ümumi iş stajı vardır. İstinad edilən qaydaların 3, 2, 3.2-1-ci yarımbəndlərinin tələbinə əsasən əmək kitabçası 2006-cı il yanvarın 1-dək sığortaolunanlarm qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını müəyyən edən əsas sənəddir. Yuxarıda istinad edilən Qaydaların 4.1.1-ci bəndinin tələbindən də görünür ki, onun pensiya kapitalı olmasa da 25 il sığorta stajına malik olduğundan və pensiya yaşına çatdığından əmək pensiyası hüququ vardır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, iddia tələbinin təmin edilməsini, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin əsassız olduğunu, bu səbəbdən də təmin edilməməsini, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir.. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2021-ci il tarixli 08 saylı məktubundan görünür ki, Yevlax “Melioservis” İdarəsinin əmr kitabları və əmək haqqı sənədləri X8 mühafizə olunmaq üçün təhvil verilmədiyindən İddiaçı həmin müəssisədəki iş stajını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 345 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2020-ci il tarixli ********** saylı Sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən 130 manat yaşa görə müavinət təyin edilmişdir. xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, iddiaçı xx.xx.1989-cu il tarixdə 3 saylı əmrlə Yevlax “Melioservis” İdarəsində işə qəbul olunmuş, xx.xx.2011-ci il tarixdə 17 saylı əmrlə işdən azad edilmişdir. xx.xx.1989-cu il tarixdən xx.xx.1996-cı il tarixədək əməkhaqqı almışdır. İddiaçıya məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasının surətindən və tərcüməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1973-cü ildə Yevlax MMC-yə 5-ci dərəcəli maşinist köməkçisi vəzifəsinə qəbul olunmuş, xx.xx.1974-cü ildə Sovet Ordusunda xidmətə çağrılması ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1976-cı ildə Azərbaycan SSR Meliorasiya və Su təsərrüfatı Nazirliyinin Yevlax rayon 6 saylı PMK-da 6cı dərəcəli maşinist-ekskvovatorçu vəzifəsinə qəbul edilmiş, xx.xx.1988- ci ildə Yevlax rayon 6 saylı PMK-nın ləğv edilməsi ilə əlaqədar olaraq yeni təşkil olunmuş Yevlax rayon Təmir-tikinti idarəsinə keçirilməklə 6-cı dərəcəli maşinist-ekskvovatorçu vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu ildə PMK-ya keçirilməsi ilə əlaqədar olaraq işdən azad edilmiş, xx.xx.1989-cu ildə Yevlax rayon PMK-da 6-cı dərəcəli maşinistekskvovatorçu vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı ildə "B" , "C" dərəcələri üzrə sürücü vəzifəsinə keçirilmiş, xx.xx.2011-ci ildə iş yeri ləğv edildiyinə görə işdən azad edilmişdir. Azərbaycan Respublikası Dövlət X4 tərəfindən Məhkəməyə ünvanlanmış verilmiş xx.xx.2021-ci il tarixli 36/10 saylı məktubdan görünür ki, Yevlax “Melioservis” İdarəsinin əmr kitabları və əmək haqqı sənədləri X8 mühafizə olunmaq üçün təhvil verilmədiyindən İddiaçı həmin müəssisədəki iş stajını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə sorğusuna əsasən cavab olaraq Yevlax “Melioservis” İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 67 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1793-cü ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin X5 Stansiyasının ekskavatorun maşinist köməkçisi işinə qəbul edilmişdir və xx.xx.1974-cü ildə 139 saylı əmrə əsasən hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir. Hərbi xidməti başa çatdırdıqdan sonra köhnə idarədə xx.xx.1976 -cı il tarixdən 93 saylı əmrə əsasən ekskavatorun maşinisti işinə qəbul edilmişdir. xx.xx.1988-ci il tarixdən həmin nazirliyin 255 saylı xx.xx.1988-ci il tarixli əmrinə əsasən xx.xx.1988-ci il tarixdən idarə Yevlax rayon Təmir istehsal İstehsalat Birliyi adlandırılmışdır. xx.xx.1990-cı il tarixdən 48 saylı əmrə əsasən ekskavator maşinisti KAMAZ 5511 markalı avtomaşına "B", "C" kateqoriyalı sürücü keçirilmişdir. Nazirliyin 190 saylı xx.xx.1989-cu il tarixli əmrinə əsasən xx.xx.1993-cü il tarixdən Nazirliyin 77 Ü saylı əmrinə əsasən X9 Meliorativ Stansiyası adlandırılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 372 saylı xx.xx.2006-cı il tarixli fərmanına əsasən idarə xx.xx.2006-cı il tarixdən X1 Cəmiyyətinin Yevlax Melioservis İdarəsi adlandırılmışdır. 02 may 2011-ci il tarixdən 17 saylı əmrə əsasən iş yeri ləğv olduğuna görə işdən azad olunmuşdur. (Az. ƏM-nin 70 maddəsinin "b" bəndi.) Məhkəmə sorğusuna cavab olaraq Yevlax “Melioservis” İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 89 saylı arayışından görünür ki, İddiaçı xx.xx.1973-cü ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin X5 Stansiyasının ekskavatorun maşinist köməkçisi işinə qəbul edilmişdir və xx.xx.1974-cü ildə 139 saylı əmrə əsasən hərbi xidmətə getdiyi üçün işdən azad edilmişdir. Hərbi xidməti başa çatdırdıqdan sonra köhnə idarədə xx.xx.1976 -cı il tarixdən 93 saylı əmrə əsasən ekskavatorun maşinisti işinə qəbul edilmişdir. xx.xx.1988-ci il tarixdən həmin nazirliyin 255 saylı xx.xx.1988-ci il tarixli əmrinə əsasən xx.xx.1988-ci il tarixdən idarə Yevlax rayon Təmir istehsal İstehsalat Birliyi adlandırılmışdır. xx.xx.1990-cı il tarixdən 48 saylı əmrə əsasən ekskavator maşinisti KAMAZ 5511 markalı avtomaşına "B", "C" kateqoriyalı sürücü keçirilmişdir. Nazirliyin 190 saylı xx.xx.1989-cu il tarixli əmrinə əsasən xx.xx.1993-cü il tarixdən Nazirliyin 77 Ü saylı əmrinə əsasən X9 Meliorativ Stansiyası adlandırılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 372 saylı xx.xx.2006-cı il tarixli fərmanına əsasən idarə xx.xx.2006- cı il tarixdən X1 Cəmiyyətinin Yevlax Melioservis İdarəsi adlandırılmışdır. 02 may 2011-ci il tarixdən 17 saylı əmrə əsasən iş yeri ləğv olduğuna görə işdən azad olunmuşdur. (Az. ƏM-nin 70 maddəsinin "b" bəndi.) İş materiallarında olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Yevlax “Melioservis” İdarəsində qarşlıqlı yoxlama keçirilmişdir. Həmin yoxlama nəticəsində xx.xx.2020-ci il tarixli Yevlax Melioservis İdarəsinin baş mühasibi, Dövlət Sosial Müdafiə Fondunun Yevlax səhər şöbəsinin Pensiya təyinatı sektorunun məsləhətçisi və Gəlirlər sektorunun məsləhətçisinin iştirakı ilə qarşılıqlı yoxlama aktı tərtib edilmişdir. Həmin aktda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1989-cu il tarixdə 3 saylı əmrlə işə qəbul olunmuş, xx.xx.2011-ci il tarixdə 17 saylı əmrlə işdən azad edilmişdir. Bununla yanaşı, həmin aktda İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1996-cı il tarixədək əməkhaqqı aldığı göstərilmişdir. Tərtib olunmuş qarşılıqlı yoxlama aktında iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2011-ci il tarixədək olan dövr ərzində xx.xx.1989-cu il tarixdən xx.xx.1996-cı il tarixədək əməkhaqqı aldığı göstərilmişdir Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********5 saylı imtina məktubundan görünür ki, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciətinə baxılmış və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 22.1.1-ci maddələrinə istinad olunaraq bildirilmişdir ki, sığortaedənlər tərəfindən “məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (B3) təqdim edilərkən sizin sosial sığorta nömrəniz qeyd edilmədiyi üçün müraciətinizdə qeyd olunan 2006-2011-ci illər üçün məcburi dövlət sosial sığorta haqqı fərdi şəxsi hesabınızda əks olunmamışdır. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən, Hər kəsin sosial təminat hüququ vardır. ... Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1)İddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması; 2)İddiaçının fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması; 3)İddiaçının pensiya kapitalı toplanmadığı təqdirdə isə ən azı 25 il sığorta stajı toplaması. Beləliklə iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, qanunla müəyyən edilmiş əmək pensiyası yaşına xx.xx.2020-ci il tarixdə çatmışdır. Lakin, iddiaçının tələb olunan 25 il sığorta stajı toplaması iş materiallarından görünmür. Belə ki, iddiaçı isə ümumilikdə 38 il stajının olduğunu bildirərək tələb olunan sığorta stajının mövcud olduğu qənaətindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi yuxarda qeyd edilən qərara istinadən iddiaçının əmək haqqı aldığı dövrləri əsas götürərək sonuncunun qanunvericiliklə tələb olunan sığorta stajını tamamlamaması qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 1989-cu ildən 1992-ci ilədək bütün aylar, 1993-cü ilin 9 ay, 1994-cü ilin 10 ay, 1995-ci ilin 8 ay, 1996-cı ilin 3 ay, 1997-ci ilin 2 ay və 2004-cü ilin bütün ayları üzrə əmək haqqı almış, 1999-2003 və 2005- 2011-ci illər üzrə əmək haqqı almamışdır. Məhkəmə Kollegiyası tərəfindən Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC Yevlax Melioservis İdarəsinə verilmiş müvafiq sorğuya cavab olaraq idarə tərəfindən Məhkəməyə ünvanlanmış məktubdan görünür ki, Yevlax Melioservis İdarəsinin 88 nömrəli 24 dekabr 2021-ci il tarixli arayışının qeyd hissəsində göstərilən illər üzrə İddiaçı əmək haqqı almaması səbəbi həmin illərdə idarənin maliyyə çətinliyi ilə əlaqədar olmuşdur. Beləliklə, iddiaçının sığorta stajı 25 ildən az olmaqla ( 1974.xx.xx-1973.05.15 = 1 il 5 ay 16 gün ) + (1989.xx.xx.1976.12.01 = 13 il) + əmək haqqı aldığı dövrlər (4 il + 9 ay + 10 ay + 8 ay + 3 ay + 2 ay + 1 il = 7 il 8 ay 13 gün ) = 22 il 1 ay 16 gündür. Yuxarda qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki , iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsini mümkün edən “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində göstərilən şərtlər tamamlanmadığından, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin (yaşa görə əmək pensiyası təyin edilməsi) təmin edilməsindən imtina etməsi iddiaçının qanunla qorunan hər hansı hüququnun pozulmasına səbəb olmamışdır. “İnzibati icraat haqqında” AR Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Birinci instansiya məhkəməsi tərəfindən iddianin təmin edilməsinə dair yekun nəticəyə gəlinərkən prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, işin halllarına aid olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-516/2022 saylı iş üzrə qəbul etdiyi 18 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Aytən Oruczadə Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1794/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1794/2022
21.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver