Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1794/2023 03.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, idddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11223/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə öhdəliyin icrası haqqında (İPM m.34.1) iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda olan fərdi yaşayış evinə və mühafizə zolağına düşməyən 2439,2 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının mərhum X4 məxsus olması haqqında arayışın (çıxarışın) iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir İddianın əsaslarına görə 1982-ci il ildə verilmiş texniki pasporta əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi atası X4 məxsus olmuşdur. Həmin sənəddə 1960-cı ildə evin və hasarın inşa olunduğu da qeyd olunmuşdur. Atası xx.xx.1999-cuildə vəfat etmiş və Bakı şəhəri 9 saylı Notariat kontorunda vərəsəlik işi açılmışdır. Həmin Notariat Kontoru tərəfindən torpaq sahəsinin dair çıxarış verilmsi üçün cavabdeh orqana xx.xx.2022-ci il tarixli məktub göndərilmiş, həmçinin, özə də torpaq sahəsinə hüquqlarının qeydiyyatı ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2022-c il tarixli cavab məktubu ilə əsassız olaraq həmin texniki pasportun arxivdə mövcud olmadığını, perimetrik ölçü və konfiquriyasiya fərqlərinin mövcud olması, dəmir yolunun mühafizə zolağı və yaşıllıq ərazisində yerləşmə və digər şəxslərin müraciətlərinin olmasına istinadən imtina etmişdir. Cavabdeh iddia ərizəsində etirazında iddianını qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmşdır ki, fərdi yaşayış evinə dair texniki pasport aşkar edilməmişdir. Texniki pasport ilə faktiki sahə arasında perimetrik ölçü və konfiquriyasıa fərqləri mövcuddur, torpaq sahəsinin bir hissəsi dəmir yolunun mühafizə zonasında yaşıllıq ərazisində yerləşir. Ümumi torpaq sahəsinin ölçüsü 4355 kv.m təşkil edir və həmin sahəyə Əmlak Məsələləri Dövlət Xidməti və "xxxx" MMC tərəfindən müraciətlər daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11223/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və ünvan 1 ünvanda olan fərdi yaşayış evinə və mühafizə zolağına düşməyən 2439,2 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının mərhum X4 məxsus olması haqqında arayışın (çıxarışın) İddiaçı verilməsi edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırmışdır: “...Birinci instansiya məhkəməsi tərəfindən aşağıda qeyd olunan maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv olunmalıdır Belə ki, İdarənin arxivində qeyd edilən fərdi vasavıs evinə dair texniki pasport aşkar edilməmişdir. Apellvasiya şikayətinə əlavə edilmiş 1980-ci illərə və 2004-cü ilə aid olan görüntülərdə təqdim edilmiş texniki pasportda göstərilmiş tikililər müşahidə edilmir. Elektron kadastr baza məlumatlarına əsasən bildiririk ki, iddia olunan ərazi sıx yaşıllıq sahəsidir və ərazinin daxilində çoxillik ağaclar mövcuddur. Həmçinin, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiva və qiymətləndirilməsinə aid pasport Azərbaycan SSR Deputatları Sovetinin İcraiyyə Komitəsi Texniki İnventarlaşdırma Bürosu tərəfindən möhür ilə təsdiqlənmişdir. Bu səbəblərdən texniki pasportun həqiqiliyinə ciddi şübhələr var. Eyni zamanda, təqdim edilmiş texniki pasport ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya fərqləri mövcuddur. Bundan əlavə, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi dəmir yolunun mühafizə zonasında yerləşməklə yaşıllıq ərazisidir. Qevd olunanlarla yanası nəzərinizə çatdırırıq ki, ümumi torpaq sahəsinin ölçüsü faktiki olaraq 4355.0 kv.m təşkil edir, həmin torpaq sahəsinə digər şəxslərin (Əmlak Məsələləri Dövlət Xidməti "xxxx" MMC) müraciətləri qeydə alınmışdır. Əlavə olaraq, təqdim edilən texniki pasportun konfiqurasiyası faktiki vəziyyətlə fərqli olduğundan dəmir yolunun mühafizə zonasına düşən hissəni dəqiq müəyyən etmək üçün "Azərbaycan Dəmir Yollan'* Qapalı Səhmdar Cəmiyyəti is üzrə məhkəmə icraatına cəlb edilməli, ekspertiza keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli, 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydalarının” 2-ci bəndinin 3-cü abzasına əsasən: “təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmiryol xətlərinin torpaq yatağına bitişən, dəmiryol nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmiryol nəqliyyatı təyinatlı torpaqlardır” Həmin Qaydaların 16-cı bəndinə əsasən dəmir yolunun sanitariya-mühafizə zonasında torpaq sahələri onların mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə, örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər.” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi N.Rzazadə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının dəqiqləşdirilmiş iddia tələbindən göründüyü kimi, öhdəliyin icrası haqqında iddia vasitəsilə ünvan 1 ünvanda olan fərdi yaşayış evinə və mühafizə zolağına düşməyən 2439,2 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının mərhum atası X4 məxsus olması haqqında arayışın (çıxarışın) iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinin tələbindən də görünür ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İşə əlavə olunmuş Bakı şəhəri 9 saylı Notariat ofisinin, Asan Xidmət vasitəsilə, mübahisələndirilən məsələ ilə əlaqədar cavabdeh qeydiyyat orqanına ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubuna, habelə iddiaçının hazırkı mərhələdə məhkəməyə təqdim etdiyi doğum haqqında şəhadətnaməsinə, atasınıın ölum haqqında şəhadətnaməsinə əsasən müəyyən olunur ki, iddiaçı A.Nəcəfəli, mərhum X2 qanuni vərəsəsidir (oğludur). X8 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. İddiaçı atasına məxsus ünvan 1 ünvanda olan fərdi yaşayış evinə və torpaq sahəsinə hüququnun rəsmiləşdirilməsi üçün 9 saylı Notariat ofisinə, eləcə də cavabdeh orqana müraciət etmiş, lakin sonuncunun imtinası onu hazırkı iddianı qəldırmaq məcburiyyətində qoyumuşdur. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etirazı və onun apellyasiya şikayətinin dəlilləri araşdırıldıqda, hər dəfə cavabdeh iddiaçıyp qarşı əks dəlillərinin həcmini artıraraq, ona arayışın verilməsini mümkünsüz hesab etmişdir. Lakin iş materiallarına və qanunvericiliyin tələbəlrinə əsasən cavabdehin qeyd olunan hərəkətlərinin əsassız olduğu sübuta yetirilir. Belə ki, birincisi, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsi isə nəzərədə tutur ki, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmışdaşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvfaiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlakın dövlət reyestrində hüquqların əmələ gəlməsi üçün əsasdır. Müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər sırasına aid edilmişdir. İşə əlavə olunmuş, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən iddiaçının mərhum atası X2 adına 1982-ci ilin fevral ayında tərtib olunmuş “şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport”un hazrkı mərəhələdə notarial qadada təsdiq olunmuş surətinə və məhkəmə tərəfindən baxış keçirilmiş olan “əski” əslinə əsasən müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında - cəmi, tikinti sahəsi 95,8 kv m və cəmi meydança sahəsi olan 2939,2 kv m təşkil edə daşınmaz əmlak mərhum H.Nəcəfovun sahibliyində olmuşdur. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna ünvanlanmış 23 avqust 2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, ümumiyyətlə, vətəndaşlara mülkiyyətə dair verilmiş texniki pasportlar Dövlət Arxivinin Bakı filialında saxlanılmır. İşə əlavə olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən “sənədlərin məhkəmə texniki ekspertizası” üzrə verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə qeyd olunan pasportda saxtalıq əlamətləri aşkar olunmamışdır. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Azərbaycan Dəmir Yolları” QSC məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 23 avqust 2022-ci il tarixli avab məktubunda bildirmişdir ki, mübahisələndirilən yaşayış sahəsi bütövlükdə və torpaq sahəsinin 16,5 metrr ölçüdə olan hissəsi dəmir yolunun təhkim zolağına düşür. Eyni zamanda, cavabdeh qeydiyyat orqanı birinci instansiya məhkəməsinin müvafiq sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, faktiki sahə pasportda 2939,2 kv.m göstərilmişdir ki, vahid elektron kadastr bazasına əsasən də həmin 2939,2 kv.m sahənin 500,0 kv.m hissəsi dəmiryolu xəttinin zonasına düşür. İddiaçının da məhz, dəqiqləşdirilmiş iddia tələbindən göründüyü kimi, qeyd olunanlar nəzərə alınmaqla, iddiaçı pasportdakı 2939, 2 kv.m faktiki torpaq sahəsindən dəmiryolu mühafizə zolağına düşən 500 kv m hissəni çıxaraq, cəmi 2439,2 kv m hissəsində torpaq sahəsinin mərhum atasına məxsus olması barədə arayış verilməsini tələb etmişdir. Bundan əlavə iş üzrə alınmış, “Müstəqil ekspertiza” Mərkəzinin mütəxəssis rəyinə əsasən mübahisəli torpaq sazhəsinin aeroftoplanı çəkilib koordinatları təyin edilməklə, müəyyən olunmuşdur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin hüdudlarının, qonşu sahədə yerləşən "xxxx" MMC-nin, eləcə də “İnter-servis” firmasının istifadəsində olan torpaq sahələrinin hüdudları ilə üst-sstə düşmədyi müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, həmin qürumların iddiaçı ilə həmin torpaqla bağlı hər hansı bir mübahisəsi də mövcud olmamışdır, hal-hazırda da ona qarşı hər hansı iddiaları yoxdur. Beləliklə də tədqiq olunan sübutlarla müəyyən edilən hallar cavabdehin apellyasiya şikayətində qeyd etdiyi mübahisəli torpaq sahəsinə dair pasportun inandırıcılığını şübhə alıtına alan, həmin torpaq sahəsinin faktiki sahəsi və digər şəxslərin müraciətinin olduğunu, torpağın bir hissəsinin dəmir yolu mühafizə zolağına dışdıyünü və s. bu kimi formal xarakterli dəlillərinin əsassız olduğu subuta yetirilir. Əslində, iddiaçı, dəqiqləşdirilmiş iddia tələbində cavabdehin mübahisələndirdiyi halları aradan qaldırmış və cavabdehin etirazına bir daha tuş gəlməmək üçün iddia tələbini münasib tələblə əvəz etmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 113 nömrəli 22 dekabr 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş və 30 dekabr 2009-cu il tarixində 3492 nömrə ilə dövlət qeydiyyatına alınmış “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın: 7.1-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması barədə arayış verilir. Arayış əmlakın növündən asılı olaraq bu Təlimata əlavə olunmuş 1-36-cı əlavələrə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. 7.2-ci bəndinə əsasən müqavilə və ya digər əsaslara görə vəfat etmiş şəxsə məxsus olmuş və üzərində hüquqlar qeydiyyata alınmamış əmlak üzərində hüquqların rəsmiləşdirilməsi məqsədilə onun qanun və ya vəsiyyət üzrə vərəsələrindən birinin müraciəti ilə hüququn (qanunvericiliklə vərəsəlik üzrə keçməsinə yol verilməyən hüquqlar istisna olmaqla) ölmüş şəxsə aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayış verilir. Bu arayış vərəsə tərəfindən qanunvericiliklə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas kimi müəyyən edilmiş sənədlər təqdim olunduqda verilir, həmin sənədlər ərazi idarəsində saxlanılır və vərəsəlik hüququnun rəsmiləşdirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş sənəd təqdim olunduqdan sonra müvafiq qaydada əmlakın qeydiyyata alınması aparılaraq sənədlər əsas kimi əlavə olunur. Arayış bu Təlimata əlavə olunmuş 37-ci əlavəyə uyğun olaraq tərtib edilir və daşınmaz əmlak üzərində vərəsəlik hüququnun rəsmiləşdirilməsi məqsədi ilə verilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir. Beləliklə də, qeyd olunanlardan göründüyü kimi, mübahisəli daşınmaz əmlakın iddiaçının mərhum atasına məxsus və onun qanuni əsaslarla istifadəsində olması faktını təsdiq edilən şərtlər mövcud olsa da, bununla bağlı, cavabdeh tərəfindən iddiaçının adına müvafiq rəsmiləşdirmənin aparılmasından, o cümlədən, həmin əmlakın mərhum atasına məxsusluğu barədə arayışın verilməsindən imtina olunmasının qanunsuz olduğu və iddiaçının hüquqlarını pozduğu sübuta yetirilir. İPM-in 73.1-ci maddəsininin tələbindən isə görünür ki, aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən çoxlu sayda sübutlar toplanıb həmin sübutların təhilinə və qiymətləndirilməsinə kifayət qədər yer ayrılmasa da, faktlar-nöqteyi nəzərindən məhkəmə, yekunda iddianı təmin etməkdə haqlı olmuş, mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11223/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM m. 87.6). Şərh olunanlara əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11223/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1794/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1794/2023
03.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver