Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1795/2020 11.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X6 üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2823/2020 saylı qərarından cavabdehin nümayəndəsi və vəkili D.Qurbanova tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2823/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya pensiya hüququnun yarandığı gün, yəni 60 yaşının tamam olduğu xx.xx.2019-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim A.Oruczadə). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi və vəkili D.Qurbanova tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun X6 İdarəsi - cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.1978-ci il tarixdən hal-hazırki dövrədək işləməyi barədə illəri nəzərə alınaraq xx.xx.2019-cu il tarixdə 60 yaşının tamam olması ilə bağlı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehin öhdəsinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1978-ci il tarixdə 127 saylı əmrlə Azərbaycan SSR Meşə və Ağac Emalı Nazirliyinin Bakı Mebel-yığma kombinatına işə qəbul etmiş və hərbi xidmətə çağırılmağı ilə bağlı xx.xx.1978-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1979-cu il tarixdə əvvəlki iş yerinə bərpa edilmişdir. xx.xx.1979-cu il tarixdə hərbi xidmətə çağırılmağı ilə bağlı işdən azad edilmiş və xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1981-ci il tarixdə işə qəbul edilmiş və xx.xx.1985-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1985-ci il tarixdən xx.xx.1986-ci il tarixədək ictimai iaşə təmir idarəsində işləmişdir. xx.xx.1986-cı il tarixdə Xaçmaz rayonu “Rusiya” sovxozunda təhlükəsizlik texnikası üzrə mühəndis təyin edilmiş, xx.xx.1989-cu il tarixdə öz xahişi ilə işdən azad edilmiş və xx.xx.1989-cu il tarixdə Xaçmaz aqrarfirmasında üzüm emalı zavoduna işə qəbul edilmiş və xx.xx.1994-cü il tarixdə işdən azad edilmişdir. xx.xx.1997-cü il tarixdə 38 saylı Xaçmaz TTSMD 2-ci ddərəcəli fəhlə kimi işə qəbul edilmiş və xx.xx.1998-ci il tarixdə azad edilmişdir. xx.xx.2006-cı il tarixdə 15 saylı X11 özülünə 4-cü dərəcəli neft-qazma qurğularının motorçusu peşəsinə işə qəbul edilmişdir. xx.xx.2012-ci il tarixdə başqa işəgötürənlə əmək müqaviləsi bağlandığından işdən azad edilmişdir.xx.xx.2012-ci il tarixdə “Kompleks Qazma İşləri” Tresti “Neft Daşları” X14 X7 1887 saylı 2 dəzgahlı qazama qurğusunun DSÖ-nə 4-cü dərəcəli motorçusu peşəsinə işə qəbul edilmiş və xx.xx.2014-cü il tarixdə başqa işəgötürənlə əmək müqaviləsi bağlandığından işdən azad edilmişdir. xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X12” trestinin X8 bölümünün 2150 saylı DSÖ-yə 4-cü dərəcəli qazma motorçusu peşəsinə qəbul edilmiş və hal-hazırda da işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrə ilə təsdiq edilmiş Qərara əsasən “Güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peeşələrin, vəzifələrin və göstəricilərin Siyahı”nın 10.1 Neftin qazılması və hasilatı, neft qaz kondensatı kömür və şiştin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməyi ilə bağlı güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Güzəştli şərtlərlə zərərli sahədə işləməyi ilə bağlı əmək pensiyası təyin edilmsi barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X6 İdarəsinə müraciəti nəticəsiz qalmışdır, heç bir tədbir görülməmişdir və şöbə tərəfindən güzəştli şərtlərlə pensiya təyinatının təxirə salınması barədə cavab verilmişdir. Cavabdeh xx.xx.1978-ci ildən xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər ərzində müxtəlif müəssisələrdə işləməyinə dair arxiv arayışları əsasında təsdiq olunduqdan sonra baxıla bilməsi göstərilmişdir. “X12” Tresti tərəfindən verilmiş SOCAR **********81200601B00015 saylı, xx xxxxxx 2019-cu il tarixli arayışında da onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrə ilə təsdiq edilmiş Qərara əsasən “Güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peeşələrin, vəzifələrin və göstəricilərin Siyahı”nın 10.1 Neftin qazılması və hasilatı, neft qaz kondensatı kömür və şiştin emalı bölməsinə əsasən hal-hazıradək olan güzəştli əmək stajının 12 il olması öz əksini tapmışdır. Cavabdeh tərəfin imtinası əsassızdır və heç bir tədbir görməməklə cavabdeh tərəf hərəkətsizliyə yol vermişdir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili X5 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əməmk pensiyası təyin edilməsi məsələsinə cavabdehə təqdim etdiyi xx.xx.1978-ci il tarixli ******* nömrəli əmək kitabçasında xx.xx.1978-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər ərzində müxtəlif müəssisələrdə işləməsinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunduqdan sonra baxıla bilər. Nümayəndə və vəkil hesab etmişdir ki, məhkəmənin qərarı ilə Qanunun 31.2.1-ci maddəsinin tələbləri pozulmuş, iddiaçının 2006-cı il 1 yanvar tarixinədək olsn dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqlənmədiyi halda həmin illər iddiaçının ümumi iş stajına daxil edilmişdir. Nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarına əlavə edilmiş: AZE-0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1959-cü il təvəllüdlüdür, Xaçmaz rayonu Palçıq-Oba kəndində qeydiyyatdadır. Hərbi bilet əvəzi arayışına əsasən 1959-cu il təvəllüdlü İddiaçı həqiqətən xx xxx 1979-cu il tarixdən xx xxxx 1981-ci il tarixədək Sovet Ordusunda Silahlı Qüvvələrdə hərbi xidmət keçmişdir. İşdə olan iddiaçının İT-İ-0292927 nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı: - Bakı Mebel Yiğma Kombinatına qəbul olan qədər xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinə qədər 94 saylı DTPM-də oxumuşdur. - xx xxxx 1978-ci ildə DSP sexinə quru yonqar bunkerçisi vəzifəsinə qəbul edilmişdir; xx xxxx 1978-ci ildə Elektrik sexinə elektrokar sürücüsünün şagirdi vəzifəsinə keçirilmişdir; xx.xx.1978-ci ildə -3-cü dərəcəli elektrokar sürücüsü peşəsi verilmişdir; - xx.xx.1978-ci ildə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətə çağırışla əlaqədar azad edilmişdir; - xx.xx.1979-cü ildə Əvvəlki iş yerinə bərpa edilmişdir. - xx.xx.1979-cü ildə Az.SSR ƏM 36-ci maddəsinə əsasən Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətə çağırışla əlaqədar işdən azad edilmişdir; xx.xx.1979-xx.xx.1981-cil ildə orduda xidmət etmişdir. -xx.xx.1981-Elektrik sexinə 3-ü dərəcəli elektrokar sürücüsü vəzifəsinə qəbul edilmişdir; xx.xx.1981-Müəssisənin yenidən təşkili ilə əlaqədar Bakı DSP zavoduna keçirilmişdir. -xx.xx.1981-Bakı DSP zavodu. Elektrik sexinə 3-cü dərəcəli elektrik yükləyici sürücüsü vəzifəsinə qəbul edilmişdir; xx.xx.1983-3-cü dərəcəli elektrokar sürücüsü vəzifəsinə keçirilmişdir; xx.xx.1985-Az.Resp. ƏM 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. - xx.xx.1985 X9 Xidməti Kombinatı, Mebelin təmiri üzrə rəngsaz vəzifəsinə qəbul edilmişdir; xx.xx.1986-Az.Resp.ƏM 36-cı maddəsi 1-ci bəndinə əsasən (tərəflərin razılaşması) işdən azad edilmişdir. -xx.xx.1986- Xaçmaz rayonu “Russiya” sovxozunun təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsinə təyin edilmişdir; xx.xx.1989-ştat ixtisara düşdüyü üçün yemçilik briqadasına fəhlə kimi keçirilmişdir; xx.xx.1989- Şəxsi ərizəsinə əsasən işdən azad edilmişdir. -xx.xx.1989-“Xaçmaz” aqrofirmasının üzüm emalı zavodu. Aqrofirmanın nəzdində olann tədarük satış bazasına fəhlə işə kimi qəbul edilmişdir;xx.xx.1990- Aqrofirmanın “Rusiya” sovxozuna təhlükəsizlik texnikası üzrə mühəndis keçdiyi üçün işdən azad edilmişdir. -xx.xx.1990- Xaçmaz rayonu “Rusiya” sovxozuna təhlükəsizlik texnikası üzrə mühəndis təyin edilmişdir; xx.xx.1994-Xırmanda məhsul qurtardığı üçün tutduğu vəzifədən azad edilmişdir. -xx.xx.1997- 38 saylı Xaçmaz TTSMD-də 2 ci dərəcəli fəhlə kimi işə qəbul edilmişdir; xx.xx.1998- Azərbaycan Respublikası ƏTM-nin 38-ci maddənin 1-ci bəndinə əsasən işdən azad edilmişdir. -xx.xx.2006-cı ildə 15 saylı X11 Özülünə 4-cü dərəcəli neft qaz qazma qurğularının motorcusu peşəsinə işə qəbul edilmişdir; xx.xx.2006-cı ildə 1887 saylı DSÖ-nə 4-cü dərəcəli neft qaz qazma qurğularının motorcusu keçirilmişdir; xx.xx.2008-ci ildə 1887 saylı DSÖ-nə 4-cü dərəcəli qazma qurğusunun motorcusu keçirilmişdir; xx.xx.2012-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69 maddəsinin 3-cü hissəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün özü təşəbbüsü ilə işdən azad edilmişdir;. -xx.xx.2012-“X12” tresti “Neft Daşları” X14 idarəsində 1887 saylı 2 dəzgahlı DSÖ-nə 4-cü dərəcəli qazma qurğusunun motorcusu peşəsinə işə qəbul edilmişdir; xx.xx.2013- 2150 saylı dəniz özülünə 4-cü dərəcəli qazma qurğusunun motorcusu peşəsinə keçirilmişdir; xx.xx.2014- AR ƏM-nin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağlandığı üçün əmək müqaviləsi öz xahişi ilə ləğv edilmişdir.; -xx.xx.2014-bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş uyğun olaraq “Neft Daşları” İstehsalat bölümü 2150 saylıı DSÖ-yə 4-cü dərəcəli qazma qurğusununun motorcusu peşəsinə qəbul edilmişdir; xx.xx.2017- “Neft Daşları” istehsalat bölümü 740 saylı DSÖ-yə qazma qurğusunun motorcusu peşəsinə keçirilmişdir; xx.xx.2017-ci ildən hal-hazıradək işləyir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X12” Trestinin SOCAR**********81200601B00015 saylı xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən SOCAR “X12” trestinin müxtəlif idarələrində güzəştli şərtlərə təqaüdə çıxmaq hüququ verən peşələrdə işləmişdir.”Bayıl limanı” X13 İdarəsi üzrə: xx.xx.2006-cı ildən xx.xx.2012-ci ilədək 15 və 1887 saylı X11 Özülündə neft-qaz qazma qurğularının motorçussu; “Neft Daşları” X14 İdarəsi üzrə: xx.xx.2012-ci ildən xx.xx.2014-cü ilədək 1887 və 2150 saylı DSÖ-də qazma qurğusunun motorçusu; “X12” trestinin bölümləri üzrə: xx.xx.2014-cü ildən xx.xx.2018-ci ilədək “Neft Daşları” İstehsalat bölümünün 2150 və 740 saylı DSÖ-lərdə qazma qurğusunun motorçusu; xx.xx.2018-ci ildən hal-hazıradək Logistika bölümü, Vışkaquraşdırma sahəsində vışka quraşdırma peşəsində işləyir. SOCAR “X12” tresti üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli 10.1 qərarına əsasən hal-hazıradək olan güzəştli əmək stajı-13 ildir. Xaçmaz Rayon Dövlət Arxivinin xx xxxxxxx 2019-cu il tarixli, 803 nömrəli arxiv arayışında İddiaçı 1986-1994-cü illər arasında “Rusiya” sovxozunda işləyərək əmək haqqı almasına dair qeydlər əksini tapmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X6 İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, **********9 saylı imtina məktubunda qeyd etmişdir ki, xx xxx 1978-ci il tarixli İT-İ0292927 nömrəli əmək kitabçasında xx.xx.1978-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər ərzində müxtəlif müəssisələrdə işləməyinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunduğundan sonra baxıla bilər. Beləliklə, birinci instansiya məhkəməsi məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdlü xx.xx.1959-cu ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin ona xx.xx.1978-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər ərzində müxtəlif müəssisələrdə işləməyinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunduğundan sonra baxılacağı əsası ilə imtina edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki,”Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir Həmin Qanunun 21.2.3-ci maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığorta olunanın sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Cavabdeh inzibati orqan iddiaçının ümumi stajının tam olmasını mübahisələndirmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 1978-xx.xx.2006-cı illərdə işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən iş stajını sübut edən əsas sənəd əmək kitabçası idi. İddiaçının 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması iş materiallarına əlavə edilmiş əmək kitabçası ilə müəyyən edilmiş, həmçinin sovxozda işləməyə dair arxiv arayışı təqdim edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Belə olan halda, «Əmək pensiyaları haqqında» Azərğaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələbi baxımından iddiaçıya 60 yaşından pensiya təyin olunması üçün onun 25 il ümumi və bu müddətin ən azı 12 il 6 ayını onun xüsusilə zərərli və ağır iş şəraiti olan peşələrdə çalışması tələb olunur. Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı) bölməsində 10.1. a) “qüllə quraşdırıcıları” və “qazma qurğularının motorçuları” peşəsi güzəştli iş kimi nəzərə alınmışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdr ki, qazma işlərinin görülməsi zamanı bütün istehsalatlarda çalışan motorçular insan orqanizmi üçün təhlükəli və zərərli olan amillərin təsirinə məruz qalırlar. Həmçinin, Məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixli iş yerindən arayışda iddiaçının xx.xx.2018-ci ildən hal-hazıradək (xx.xx.2019-cu il) Vışkaquraşdırma sahəsində vışka quraşdıran peşəsində işlədiyi qeyd edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.1 bölməsində isə qüllə quraşdıranlar qeyd edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qeyd edilən peşələrin adının yazılışında fərq olsa da, mahiyyətcə söhbət eyni peşədən gedir. Beləliklə, birinci instansiya məhkəməsi araşdırması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda göstərilən vəzifələrdə çalışması ilə əlaqədar 12,6 il iş stajına malik olmuşdur. Hərbi illəri (02 il 2 ay 11 gün) sosial sığorta stajına daxil edilərək müəyyən olunur ki, iddiaçının ümumilikdə 25 ildən çox sığorta stajı mövcuddur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, cavabehin apelyasiya şikayətində göstərilən iddiaçının əmək kitabçasında xx.xx.1978xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər ərzində müxtəlif müəssisələrdə işləməsinə dair aparılmış qeydlərin arxiv arayışları əsasında təsdiq olunduqdan sonra baxılması dəlillərini qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndində göstərilmişdir ki, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası; sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi və vəkili D.Qurbanova tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2823/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1795/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1795/2020
11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver