Məhkəmə qərarları › İş №2-1(103)-1795/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1795/2024

29.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1795/2024 29.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-17524/2023/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 17524/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması üçün məhkəmə iclasına təyin olunmuşdur. Həmçinin, İPM-in 13-cü maddəsinə əsasən cavabdehə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktublar göndərilərək Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 24-cü maddəsinə və həmin məcəllənin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən, bildirilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti iş materiallarında mövcud olan elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 17524/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qərardadı xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Həmin qərardaddan cavabdeh apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə verməklə, qanunla müəyyən edilən 10 günlük müddəti ötürülmüşdür. Cavabdehə buraxılmış prosessual müddətin ötmədiyinə dair sübutları və ya müddətin ötürülməsinin üzrlü sayılaraq bərpası edilməsi ilə bağlı ərizəni məhkəməyə təqdim etməsi təklif olunmuşdur. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi həmin qərardan apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə verərək və ərizənin məzmununda izahatında bildirmişdir ki, iş üzrə elektron məhkəməyə yüklənmiş materiallardan görülür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixində daxil olmuş, xx.xx.2023-cü il tarixli 2-1(112)- 17524/2023 nömrəli qərardad isə xx.xx.2024-cü il tairixində elektron məhkəməyə yüklənmişdir. Cavabdeh isə həmin qərardadı əldə edən kimi, dərhal apellyasiya şikayəti vermişdir. BİM-i əsas kimi məhkəmə göstərmişdir ki, iddia İPM 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Və hazırkı iddia tələbinə münasibətdə cavabdeh orqanın səlahiyyəti bütün iddia tələbinə münasibətdə Azərbaycan Respublikası üzrə yurisdiksiyanı əhatə edir. BAM-nin diqqətinə çatdırırıq ki, həmin qərardad İPM-nin məcəllənin tələbləri pozulmaqla qəbul edilmişdir. hal kimi nəzərə alınmasını və apellyasiya şikayəti vermə müddətinin bərpasına dair ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının müddətin bərpası barədə ərizəsi təmin edilməli, apellyasiya mümkün sayılmalıdır Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Мəcəllənin 22.1-ci maddəsinə əsasən İPM ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin İPM ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 24.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə iddiaçı Cəlilov X6 apellyasiya şikayəti verilməsi müddətinin uzadılması ərizəsi təmin olunmamalı, apellyasiya şikayəti mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, iş materiallarında mövcud olan elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 17524/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qərardadı xx.xx.2023-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Həmin qərardaddan apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə verməklə, qanunla müəyyən edilən 10 günlük üzrlü səbəb olmadan ötürmüşdür. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. İddiaçının mübahisələndirdiyi qərarın nəticə hissəsində şikayət vermənin qaydası, müddəti (şikayətin 10 gün müddətində verilməsi), şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı dəqiq və konkret qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Qanunverici müddət buraxılarkən konkret hansı halların üzrlü olmasını qeyd etməsə də, bu hamıya məlum olan hallarla əlaqədar olur (məsələn, şəxsin xəstəliyi, ailə üzvlərindən hər hansı birinin ölməsi, xidməti ezamiyyətdə olması, təbii fəlakətin baş verməsi və s.) “Üzrlü” sözünün terminoloji təhlilindən görünür ki, həmin söz leksik mənasına görə “səbəbi qəbul oluna bilən” hallarda işlədilir. Hazırkı halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada cavabdehə təqdim edildiyindən sonuncu tərəfindən apelyasiya şikayəti verilməsi müddəti üzrsüz səbəbdən buraxılmışdır. Ona görə də, ərizə təmin edilə bilməz. Cavabdeh ərizəsində ondan asılı olmayan üzrlü səbəbdən vaxtında şikayət verə bilmədiyini qeyd etsə də, bu halı təsdiqləyəcək heç bir sübutu ərizəsinə əlavə etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Мəcəlləsinin 85.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verildiyindən apelyasiyanın mümkünlüyü üçün prosessual əsaslar mövcud deyildir, bu səbəbdən həmin şikayət üzrə apelyasiya mümkün sayılmamalı və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 85, 87-ci maddələrini rəhbər tutaraq qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-17524/2023/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadından apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-17524/2023/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya mümkün sayılmasın və apelyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar