Məhkəmə qərarları › İş №2-1(103)-1796/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1796/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1796/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və tutulmanın geri qaytarılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11680/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş «Sosial müavinət təyinatı üzrə» xx.xx.2022-ci il tarixli 18896 nömrəli qərarın «xx.xx.2018-xx.xx.2021-ci il tarixədək artıq ödənilmiş məbləğin tutulması, vətəndaşa tutulma barədə məlumat verildikdən sonra tutulmanın aparılması» hissəsində ləğv edilməsi və həmin qərara əsasən tutulmuş pul məbləğinin ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçıya xx.xx.2018-ci il tarixdə yaşa görə sosial müavinət təyin edilmiş, lakin xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçının adına aktiv VÖEN olması səbəbindən xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək iddiaçıya yaşa görə müavinət təyin edilməsi və xx.xx.2018-xx.xx.2021-ci il tarixdə artıq ödənilmiş məbləğin tutulma aparılması barədə xx.xx.2022-ci il tarixli 18896 nömrəli qərar qəbul olunmuşdur. Qərara əsasən artıq məbləğ bölünərək hər ay 20% olmaqla (36 manat) aylıq yaşa görə müavinətindən tutularaq DSMF-nin hesabına bərpa olunmaqdadır. İddiaçı hesab edir ki, cavabdehin həmin qərarı ilə onun pensiyasından pul tutulması əsassızdır. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11680/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş «Sosial müavinət təyinatı üzrə» xx.xx.2022-ci il tarixli 18896 nömrəli qərar «xx.xx.2018- xx.xx.2021-ci il tarixədək artıq ödənilmiş məbləğin tutulması, vətəndaşa tutulma barədə məlumat verildikdən sonra tutulmanın aparılması» hissəsində ləğv edilsin və həmin qərara əsasən tutulmuş pul məbləğinin İddiaçı geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərarla razılaşmamış, apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «...Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********5 nömrəli məktubu ilə daxil olan təlimatı izahatın 5-ci bəndinə görə “Aktiv” statuslu VÖEN-i olanlara a görə müavinətin təyin olunmasından imtina edilir.İddiaçı qızma xx.xx.2018-ci il tarixdə yaşa görə sosial ı avinət təyin edilmiş, lakin xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək .Mehtiyevanın adma aktiv VÖEN olması səbəbindən xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. Bakı şəhəri X5 üzrə Bas İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna sən, İddiaçı xx.xx.2002-ci il tarixdə vergi ödəyicisi kimi uçota İ mış, fəaliyyəti 23.01,2008-ci il tarixdən xx.xx.2013-cü il tarixə dayandırılmış, 20.01.1.2013-cü il tarixdən vaxtı çatdığı üçün bərpa edilmiş, xx.xx.2013-cü il tarixdən il! )1.2018-ci il tarixədək dayandırılmış, xx.xx.2018-ci il tarixdən vaxtı çatdığı üçün bərpa edilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılmışdır. Göründüyü kimi, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müvafiq VÖEN-nin dayandırılması barədə hər hansı müraciət olmamışdır. Beləliklə, İddiaçı xx.xx.2018-ci il tarixdə yaşa görə sosial müavinət hüququ yaranmamış, bu səbəbdən : 11.2018-xx.xx.2021-ci il tarixdə artıq ödəmə yaranmışdır. «Sosial müavinətlər haqqında» Qanunun 11.1.2-ci maddəsinə əsasən, yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda dayandırılır və 12-ci maddəsinə əsasən. Qanunun 11-ci maddəsində göstərilən winətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur.Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. İddiaçı sosial müavinətin təyin edilməsi barədə xx.xx.2018-ci il tarixli ərizəsində müavinətin dayandırılmasına səbəb olacaq hallar barədə 5 gün müddətində məlumat verməyi öhdəsinə götürmüş və müvafiq ərizəni öz imzası ilə təsdiq etmişdir. Həmçinin, Bakı səhəri X5 üzrə Bas İdarəsinin xx.xx.2022-ci il tarixli məktubda İddiaçı uçot baza 'umatlarına əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gəlir vergisi bəyannamələri üzrə dövriyyə məbləğinin 86242,22 manat təşkil etdiyi qeyd olunmuşdur. Bu hal iddiaçının aktiv VÖEN-i olmasından məlumatlı olmasına sübut edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə sən, inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 82-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. X1 Sisteminin Sığorta Alt Sistemi proqram təminatına və müvafiq məktuba əsasən X2 aktiv vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2022-ci il tarixdən dayandırılddığı üçün xx.xx.2022-ciil tarixdən yaşa görə sosial müavinət hüququ yaranmışdır. Bu barədə Mərkəzi filialı tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək ona yaşa görə müavinət təyin edilməsi və xx.xx.2018-xx.xx.2021-ci il tarixdə artıq ödənilmiş məbləğin tutulma aparılması barədə xx.xx.2022-ci il tarixli 18896 nömrəli qərar qəbul olunmuşdur (ƏPQ m.39) Müvafiq qərara əsasən, artıq məbləğ bölünərək hər ay 20% olmaqla (36 manat) artıq yaşa görə müavinətindən tutularaq Fondun hesabına bərpa olunmaqdadır. Məhkəmə bu halları araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi və prosessuadl hüquq normalarını pozmuşdur...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçı isə onunla razılaşmamış birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçıya Xəzər rayon Sosial müaivnətin təyinatı üzrə Əhalinin Sosial Müdafiə Mərkəzinin xx.xx.2018-ci il tarixli 852 nömrəli qərarına əsasən xx.xx.2018-ci ildən yaşa görə sosial müavinət təyin edilmiş, daha sonra, hazırkı cavabdeh DSMF PHŞ Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialınn xx.xx.2022-ci il tarixli, 18896 saylı Qərarı ilə ona xx.xx.2022-ci ildən xx.xx.2027-ci ilədək 180 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, eyni zamanda, xx.xx.2018-xx.xx.2021-ci il tarixədək artıq ödənilmiş məbləğin tutulması, tutulma barədə vətəndaşa məlumat verildikdən sonra tutulmanın aparılması qərara alınmış və qərar icraya yönəldilərək, hər ay 20% (36 manat) iddiaçıya ödənilən müavinətdən Fondun hesabına tutulmağa başlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddiann təmin olunaraq, cavabdehin xx.xx.2022-ci il tarixli 18896 nömrəli «Sosial müavinət təyinatı üzrə» xx.xx.2022-ci il tarixli 18896 nömrəli qərarın «xx.xx.2018-xx.xx.2021-ci il tarixədək artıq ödənilmiş məbləğin tutulması, vətəndaşa tutulma barədə məlumat verildikdən sonra tutulmanın aparılması» hissəsində ləğv edilməsi və həmin qərar əsasından iddiaçıdan tutulmuş pul məbləğinin ona qaytarılmasını cavabdehə həvalə etməsini qanunvericiliyin tələblərinə uyğun sayır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, “İnzibati icraat haqqında” 82-ci maddəsinə istinadən, xx.xx.2018-xx.xx.2021-ci il tarixədək artıq ödənilmiş məbləğ” adı altında iddiaçının müavinətindən həmin pulun tutulmasını qanunla müəyyən edilən səlahiyyətlərinə uyğun sayır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan mövqeyi inzibati və maddi hüquq normalarına uyğun hesab edilə bilməz Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən müavinətlərin (himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Qanunun qeyd olunan imperativ tələbindən göründüyü kimi, müavinət təyin edicisi tərəfindən şəxsə yaşa görə müavinət artıq ödənilmişdirsə və sonuncu həmin məbləğin qaytarmamış, imtina etmişdirsə, bu halda yaranmış mübahisəyə məhkəmə qaydasında baxılır. Lakin işin hallarından göründüyü kimi, cavabdeh orqan sahəvi qanunvericiliyin qeyd olunan tələblərini nəzərə almamış, iddiaçını cəlb etmədən və onun iştirakı olmadan özbaşına şəkildə mübahisələndirilən qərarı qəbul edərək, həmin qərar əsasında iddiaçıdan artıq ödənilən müavinət məbləği kimi ayda 36 manat olmaqla, DSMF-nin hesabına pul tutmağa başlamışdır. Halbuki, “İnzibati Qanunun 36.3-cü maddəsi isə nəzərdə tutur ki, isə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Göründüyü kimi, qərar maddi və inzibati icraat haqqında hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə olan halda, həmin Qanunun 67.1-ci maddəsinin tələbinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda, iddiaçı onun etimad göstərdiyi qərara müvafiq olaraq «xx.xx.2018-xx.xx.2021-ci illərdə aldığı müavinəti alıb artıq xərclədyi halda, ondan pul tutulması qanunsuzdur. Ən azından, həmin Qanunun 67.6-cı maddəsi nəzərdə tutur ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İddiaçı tərəfindən isə sadalanan hallardan hər hansı birinə yol verilməmiş və bu barədə cavabdehin apellyasiya şikayətində heç bir əsaslandırma da mövcud deyildir. Ümumiyyətlə, cavabdehin də bununla bağlı heç bir mötəbər dəlil-sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki: «Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir…” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)» Beləliklə də, cavabdehin qərarı ilə mübahisələndirilən dövr üzrə iddiaçıya ödənilən müavinətdən artıq öədənilən məbləğ kimi, hər ay ondan 36 manat tutulmasının qanunsuz və əsassız olduğu və onun hüquqlarını pozduğu sübuta yetirilir. İPM-in 70.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Odur ki, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası nəticə etibarı ilə birinci instansiya məhkəməsinin qərarı ilə idddianın təmin olunması ilə razılaşır. Bu baxımdan da məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11680/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11680/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar