Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1797/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, üçüncü şəxs X5 nümayəndəsi-vəkili Vəkil3, üçüncü şəxslər X11 və X7 nümayəndəsi-vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" MTK, X13, X16, X11, X29 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “çıxarışların ləğv edilməsi” barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 520/2021 saylı 28 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən inşa edilən və ünvan 1 ünvanında yerləşən (indiki ünvan 2ı, ümumi sahəsi 154 kvm. olan yaşayış mənzilin X6 adına daşınmaz əmlakın dövlət reyestrində 2553 nömrəli reyestr kitabının 237754 nömrəli vərəqində 25.10.2016-cı il tarixdə qeydiyyata alınmasının etibarsız hesab olunmaqla müvafiq reyestrdən çıxarışların ləğv edilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətini Bakı şəhər Ərazi İdarəsinin üzərinə öhdəlik qismində qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən inşa edilən və ünvan 1 ünvanında yerləşən (indiki ünvan 3lı, ümumi sahəsi 154 kvm. olan yaşayış mənzili tərəfindən alınmış və əmlakın alqı-satqısına dair 06.05.2015-ci il tarixli müqavilə rəsmiləşdirilərək, maliyyə arayışı verilmişdir. Sonradan müəyyən olunmuşdur ki, mənzilin əvvəlki alıcısı olmuş X13 mübahisəli mənzili öz adına sənədləşdirərək sonradan oğlu Elmar Tanırverdiyevin adına keçirmiş və formal olaraq özgəninkiləşdirmişdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, 0939950 nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 11H saylı evin, 10 nömrəli mənzili (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 85, M3, m.2) X6 adına daşınmaz əmlakın dövlət reyestrində 2553 nömrəli reyestr kitabının 237754 nömrəli vərəqində 25.10.2016-cı il tarixdə qeydiyyata alınmışdır, 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Kontorunun xüsusi notariusu C.M.Məmmədov tərəfindən təsdiq edilmiş 29.10.2016-cı il tarixli bağışlama müqaviləsinin surətinə əsasən Tanrıverdiyev Rövşən Hüseyn oğlu onun mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 11H saylı evin, 10 nömrəli (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 85, M3, m.2) mənzili oğlu X24 oğluna bağışlamışdır. Bakı şəhərinin 50 saylı xüsusi notariusu X30 tərəfindən təsdiq edilmiş 16.03.2017-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən satıcı X16 özünə məxsus Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 11H saylı evin, 10 nömrəli (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 85, M3, m.2) mənzilini 150.000 manata alıcı X2. Formal olaraq mənzil X31 adlı şəxsin adına rəsmən qeydə alınaraq DƏDRX Bakı Ərazi İdarəsinin 18.03.2017-ci il tarixli Seriya RX ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış da verilmişdir. Bu özəlləşmənin qanunsuzluğu və əqdlərin formal bağlanması əsasları ondan ibarətdir ki, X14 ona məxsus olan və "xxxx"MMC-dən müqavilə əsasında aldığı, ünvan 1 ünvanında yerləşən (indiki ünvan 3lı, ümumi sahəsi 154 kv.m. olan yaşayış mənzilini 305560 ABŞ dolları müqabilində iddiaçıya satdığından "xxxx" MMC-nin sədri Elçin Ələkbərova ünvanladığı 06 may 2015-ci il tarixli ərizə ilə əmlaka dair pay hüququndan imtina etdiyi halda və mənzilə dair onun adına "xxxx" MMC tərəfindən inşa edilən həmin mənzilin alqı-satqısına dair 06.05.2015-ci il tarixli müqavilə rəsmiləşdirilərək ona maliyyə arayışı verildiyini bildiyi halda qanunsuz olaraq qeydiyyat orqanına sənədlər təqdim etməklə özəlləşdirmiş və 25.10.2016-cı il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarış əldə etmişdir. Halbuki, R.Tanırverdiyev 06.05.2015-ci il tarixdə Bakı şəhər 38 saylı Notariat Kontorunun 7E-3694 və 7E-3698 saylı reyestr qeydli əqdlərlə mənzilə dair hüquqlarından və orderdən imtina etmişdir. Mənzilin açarları ona təqdim olunaraq illərdir ki, sərəncamına verilmişdir. Özəlləşmə proseduru qaydalara uyğun aparılmamışdır. Evə mühəndis gəlməmiş, proektlə yerində tanış olmamış və sənədlərin əsilləri onda olmasına baxmayaraq surət və dublikatlar alınmaqla qeydiyyat orqanı tərəfindən özəlləşmə həyata keçirilmişdir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2-1(112)-2457/2020 saylı qərardadı ilə "xxxx" MTK, X13, X16, X11 və X29 iş üzrə üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-520/2021 saylı 28 aprel 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: A.Oruczadə) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, hazırkı iddia onların iradələrindən asılı olmayan səbəblərdən inzibati icraat qaydasında aparılmış və İnzibati Məhkəmənin icraatına verilmişdir. Bundan öncə isə işə mülki məhkəmə icraatı qaydasında baxılmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13.08.2018-ci il tarixli 2(005)-130/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə, X8, X12 və X27 qarşı “özəlləşdirmənin, bağışlamanın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi" tələbinə dair iddiasının rədd edilməsi, iddiaçı X7 iddiasının təmin edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X3 iddiasının qismən təmin edilməsi. Bakı şəhəri. Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11H nömrəli evin 10 nömrəli (Yeni qaydalarla: Bakı şəhəri. Xətai rayonu, Ayaz İsmayılov küçəsi. 85. М3, m2) mənzilinə dair “KAT LTD" MMC ilə İddiaçı arasında bağlanmış 06.05.2015-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə"nin etibarsız hesab edilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.04.2019-cu il tarixli 2(103)-23 19/2019 nömrəli qərardadı ilə İddiaçı və "xxxx" MMC, “KAT" MTК tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13.08.2018-ci il tarixli 2(005)-130/2018 nömrəli qətnaməsinin Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11H nömrəli evin 10 nömrəli (Yeni qaydalarla: ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 148.3 kv.m olan, 4 otaqlı yaşayış mənzilinin X5 adına özəlləşdirilməsinin etibarsız hesab olunmaqla 25.10.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsində" ləğv edilməsi, həmin hissəyə dair mülki iş üzrə icraatın işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.04.2019-cu il tarixli 2(103)- 2319/2019 nömrəli qətnaməsi ilə İddiaçı və “KAT LTD" MMC, "xxxx" MTK tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 13.08.2018-ci il tarixli 2(005)-130/2018 nömrəli qətnaməsinin “İddiaçı X8, X12, X27 qarşı bağışlama və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi tələbinə dair iddiasının rədd edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X3 iddiasının qismən təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11H nömrəli evin 10 nömrəli (Yeni qaydalarla: ünvan 4 mənzilinə dair “KAT LTD" MMC ilə İddiaçı arasında bağlanmış 06.05.2015-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə"nin etibarsız hesab edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X3 iddiasının qalan hissədə rədd edilməsi" hissəsində ləğv olunması, İddiaçı X8. X12 və X27 qarşı bağışlama və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi tələbinə dair iddiasının, iddiaçı X7 cavabdehlər İddiaçı, “KAT LTD" MMC, “KAT" MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair iddiasının, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X3 cavabdehlər İddiaçı, “KAT LTD" MMC-nə , “KAT" MTK-ya qarşı “müqavilənin və ərizənin etibarsız hesab edilməsi" tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 28.10.2019-cu il tarixli, 2(102)-6713/2019 saylı Qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 09.04.2019-cu il tarixli, 2(103)-2319/2019 saylı qətnaməsi qüvvəsində saxlanılmışdır. Göründüyü kimi inzibati icraat yuxarı məhkəmə orqanlarının gəldiyi nəticənin məhsuludur. Bununla yanaşı həmin tərəflərin də iştirak etdiyi iş üzrə “Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Aparatı tərəfindən X8 3 nəfər ailə tərkibi olmaqla Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11H nömrəli evin 10 saylı mənzilinə (təzə qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 85, М3, m2) dair verilmiş 23 mart 2006-cı il tarixli, 010734 saylı Orderin və həmin Orderin verilməsinə əsas olan Bakı şəhər İcra Hakimiyyətinin 57 saylı Sərəncamının 06 may 2015-ci il tarixdən etibarən qüvvədən düşmüş hesab olunması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə iddia qaldırmış və həmin iddiaya X25 sədrliyi ilə 2-1(112)3475/2021 saylı inzibati icraatda baxılır. Bakı İnzibati Məhkəməsinin icraatında “KAT 2020" MTK-nın X13 və qeyrilərinə qarşı “X13 və onun arvadı X15 Bakı şəhər İcra Hakimiyyətinə və MTK- nə ünvanlanmış 06 may 2015-ci il tarixli ərizələri nəzərə alınaraq, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11H nömrəli evin 10 saylı mənzilinə (təzə qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 85, М3, m2) dair R.Tanırverdiyevin adına verilmiş Order və Orderin verilməsinə əsas olan Bakı şəhər İcra Hakimiyyətinin 57 saylı Sərəncamı 06 may 2015-ci il tarixdən etibarən qüvvədən düşmüş hesab edilməsi öhdəliyinin cavabdehə həvalə olunması” barədə 2-1(112)3480/21 saylı inzibati iş vardır. Hər iki iddia biri-biri ilə əlaqəlidir və bir icraatda baxılmalı olduğundan vəsatəti əsasında X25 03.03.2021-ci il tarixli 2-1(112)- 3475/2021 saylı Qərardadı ilə “İddiaçı cavabdeh Bakı şəhəri icra Hakimiyyətinə qarşı, X13, X16, X11, "xxxx" MTK, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi, Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi maraqlı şəxslər olmaqla “mənzilə dair orderin və onun verilməsinə əsas olan sərəncamın qüvvədən düşmüş hesab olunması” tələbinə dair hazırkı 2-1(112)-3475/2021 saylı iş üzrə məlikəmə icraatı Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" MTK-nın Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: İddiaçı, X13 və qeyrilərinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi, Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kooperativ Təsərrüfatı “order və sərəncamın qüvvədən düşmüş hesab olunması” tələbinə dair 2-1(112)-3480/2021 saylı inzibati iş üzrə icraata birləşdirilsin” məzmunda qərarlaşdırılmışdır. Məhkəmənin icraatda baxılan işin məzmunu, predmeti və hüquqi əsaslarının qeyd olunan digər inzibati işlə əlaqəli olmasını nəzərə alaraq onun icraatının dayandırılması haqqında vəsatət verirmiş və 2-1(112)-520/2021 saylı inzibati iş üzrə icraatın dayandılılması haqqında qəradad qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə aylar sonra apardığı araşdırma üzrə qeyri mümkünlük barədə mövqeyə gələrək mübahisələndirilən qərardadı qəbul etmişdir. Halbuki, icraatı dayandırmaqla yuxarıda qeyd olunan iddianın nəticəsini gözləmək mümkün idi və bu əsaslardan sonra aparılmış özəlləşmənin əsaslılığı və qanuniliyi müəyyən oluna bilərdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X17 apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı iddia edir ki, qanunsuz özəlləşdirmə olub, lakin özəlləşdirmə qüvvədə olan qanuni order əsasında olmuşdur. 23 mart 2006-cı il tarixli İcra Hakimiyyətinin orderi əsasında X14 tərəfindən özəlləşdirilmiş, sonra isə bağışlanma yolu ilə X9 adına keçmişdir. 2017-ci ildə alqı-satqı müqaviləsi əsasında X1. Apelyasiya baxışı zamanı üçüncü şəxs X5 nümayəndəsi-vəkili Vəkil3 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı üçüncü şəxslər X11 və X7 nümayəndəsi-vəkili Vəkil1 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə üçüncü şəxslər "xxxx" MTK və X27 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən inşa edilən və ünvan 1 ünvanında yerləşən dörd otaqlı, ümumi sahəsi 154 kvm. olan yaşayış mənzilin X6 adına daşınmaz əmlakın dövlət reyestrində 2553 nömrəli reyestr kitabının 237754 nömrəli vərəqində 25.10.2016-cı il tarixdə qeydiyyata alınmasının etibarsız hesab olunmaqla müvafiq reyestrdən çıxarışların ləğv edilməsinin cavabdehin üzərinə öhdəlik qismində qoyulmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini isə inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların faktiki xarakterli hərəkətləri təşkil edir. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi qəbul edilmiş akt yalnız o zaman inzibati akt dəyəri daşıyacaqdır ki, o, ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilməli və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalıdır. Beləliklə, inzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mülkiyyət hüququna dair dövlət reyestrində aparılmış qeydiyyatların və bununla bağlı verilmiş çıxarışların mübahahisələndirilməsinə dair iddialar üzrə nəzərə alınmalıdır ki, həmin çıxarışlar hər zaman inzibati akt kimi çıxış etmirlər. Şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində hüquqa dair aparılmış qeydiyyat və buna dair verilmiş çıxarış o halda inzibati akt hesab edilə bilər ki, inzibati orqan məhz qanunun verdiyi hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi nəticəsində həmin qərarı qəbul etmiş olsun. Hazırki halda, üçüncü şəxs X5 adına qeydiyyat aparılarkən və çıxarış verilərkən əsas kimi order götürülmüşdür. Ona görə də, üçüncü şəxsin adına qeydiyyatı apararkən və çıxarışı verərkən inzibati orqan tərəfindən hər hansı inzibati aktın qəbul edilməsindən söz edilə bilməz. Bu halda, inzibati orqan tərəfindən hər hansı hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi halı və onun nəticəsində qəbul edilmiş qərar mövcud deyildir. Çıxarışın verilməsi inzibati orqan tərəfindən qanunvericiliyin tələb etdiyi qeydiyyatla bağlı texniki vəzifələrin yerinə yetirilməsindən irəli gəlir. Ona görə də, Məhkəmə inzibati akt hesab edilə bilməyəcəyinə görə çıxarışın ləğvi tələbinə mahiyyəti üzrə baxılmamalıdır. Bu zaman həmçinin iddiaçıya qeydiyyatın əsasını təşkil edən orderin mübahisələndirmək hüququ izah olunmalıdır. İddiaçı çıxarışın verilməsinə əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərin ləğvinə və ya etibarsızlığına nail olduqdan sonra həmin hala istinadla qeydiyyatın və çıxarışın ləğvinə dair inzibati orqana müraciət etməli, həmin müraciəti təmin edilmədikdə isə inzibati orqanın hərəkətini məhkəmədə mübahisələndirməlidir. Məhkəmə qeyd etmişdir ki, iddianın mümkünlüyü həmçinin iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu zaman isə şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. Bu mənada, hazırki iş üzrə ilkin olaraq X5 adına çıxarışın verilməsinə əsas təşkil etmiş Bakı Şəhər İcra Hakimiyyətinin 23.03.2006-cı il tarixli, 010734 nömrəli orderi, daha sonrası isə digər çıxarışların verilməsinə əsasən olan mülki hüquqi əqdləri mübahisələndirmədən birbaşa mənzilə dair verilmiş bütün çıxarışların ləğvinə dair qaldırılmış iddiaya iddiaçının hüquqi marağı mövcud deyildir. Çünki həmin hüquq müəyyənedici sənədlər qüvvədə olduqları halda çıxarışın ləğvini tələb etmək əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesin aparılmasını da lüzumsuz edir. Bununla yanaşı məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyətinin 23.03.2006-cı il tarixli, 010734 nömrəli orderi məhkəmənin digər hakimlərinin icraatında mübahisələndirilir. İddiaçı hazırki inzibati iş üzrə icraatın bu səbəbdən dayandırılmasını da xahiş etmişdir. Bununla bağlı isə məhkəmə qeyd etmişdir ki, çıxarışın verilməsinə əsas olan sənədlərin mübahisələndirilməsinə dair iddia uğurlu olarsa, iddiaçı daha sonra qeydiyyatı aparmış orqana müraciət etməklə reyestrdəki qeydin dəyişdirilməsini tələb edə bilər, bundan sonra müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 23 mart 2006-cı il tarixli 010734 nömrəli orderin kötüyünün surətindən görünür ki, Bakı şəhəri, S.Vəzirov küçəsi ev 11, mənzil 10, giriş 1, mərtəbə 3, otaq sayı 4, 83.1 kv.m ibarət mənzilə dair vət. X10 3 nəfər ailə üzvü (1972-ci il təvəllüdlü Tanırverdiyev R.H, həyat yoldaşı 1976-cı il təvəllüdlü Tanırverdiyeva R.Z və oğlu 1996-cı il təvəllüdlü Tanırverdiyev E.R ailə tərkibi) olmaqla BŞİH-nin 06.03.2006-cı il tarixli № 57 saylı sərəncamı əsasında order verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 30.04.2020-ci il tarixli № **********41 saylı məktubdan görünür ki, müraciətdə göstərilən **********53-05301-093001 reyestr nömrəli mənzil sahəsinə dair Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş 23 mart 2006-cı il tarixli, 010734 nömrəli Orderdə ünvan rekviziti ünvan 6lunmuşdur. "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10.02.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq mənzil sahəsinin yeni qaydalarla ünvanı ünvan 7 İş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının aparatı mənzil- Kooperativ Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 02.06.2020-ci il tarixli № 23/14-08 saylı məktubdan görünür ki, "KAT LTD” MTK tərəfindən təqdim edilmiş sənədlər əsasında Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi 11H, mənzil 10 ünvana dair X5 adına Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən 010734 saylı, 23 mart 2006-cı il tarixli order verilmişdir. Həmin orderə əsas olan sənədlərin təsdiq olunmuş surətləri iş materiallarına təqdim edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş 12 noyabr 2020-ci il tarixli № 7-3142/17 saylı məktubdan görünür ki, X6 adına Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi tərəfindən verilmiş 23 mart 2006-cı il tarixli, 010734 nömrəli orderin ləğv edilib-edilməməsi barədə BŞİH arxivində heç bir məlumat yoxdur. İş materialları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən (indiki ünvan 9hazırda X23 mülkiyyətindədir. Belə ki, 16 mart 2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mənzilin satıcısı X16 150000 manata alıcı X27 mənzili satmışdır. Həmin mənzilə dair X23 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 18.03.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin mənzil X7 mülkiyyətinə isə 29 oktyabr 2016-cı il tarixdə keçmişdir. Belə ki, mənzilin mülkiyyətçisi X14 bağışlama müqaviləsi ilə mənzili oğlu X12 bağışlamış, sonuncunun mülkiyyət hüquqları daşımaz əmlakın dövlət reyestrində 02.11.2016-cı il tarixdə qeydə alınmışdır. Göründüyü kimi, mənzilin ilk mülkiyyətçisi X14 olmuşdur. Belə ki, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, ev 11H, mənzil 10 (indiki Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 85, М3, mənzil 2) ilkin olaraq Bakı Şəhər İcra Hakimiyyətinin 23.03.2006-cı il tarixli, 010734 nömrəli orderi, X9 və X4 razılıq ərizələri əsasında X6 adına qeydiyyata alınaraq ********** nömrəli, 25.10.2016-cı il tarixli çıxarış verilmişdir. Beləliklə, ********** nömrəli, 25.10.2016-cı il tarixli çıxarışın verilməsinə əsas olan sənəd order olmuşdur. Göründüyü kimi mübahisə predmetini təşkil edən mənzilə dair ilkin olaraq BŞİH-nin orderi əsasında 3-cü şəxs X5, daha sonra mülki-hüquqi əqd-bağışlama müqaviləsi əsasında X24 oğlunun, son olaraq isə alqı-satqı müqaviləsi əsasında X23 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlak üzərində mülkiyyət hüquqları qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışlarla rəsmiləşdirilmişdir. İddia ərizəsindən göründüyü kimi, hazırki mübahisənin mahiyyəti daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğvi barədədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli Qərarında göstərilir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Qeyd olunan Qərarın 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi çıxarışın mübahisələndirilmə əsasını mülki hüquq münasibətləri təşkil edir. Bu halda kollegiya hesab edir ki, iddiaçının həmin tələbi hüquqi təbiəti baxımdan mülki-hüquqi tələbdir. Bu səbəbdən iddiaçının həmin tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən çıxarış daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə olduğundan, həmin çıxarış inzibati akt hesab olunmadığından və tərəflər arasında yaranmış mübahisə mülki hüquq münasibətlərindən yarandığından müvafiq iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı çıxarışın verilməsinə əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərin ləğvinə və ya etibarsızlığına nail olduqdan sonra həmin hala istinadla qeydiyyatın və çıxarışın ləğvinə dair inzibati orqana müraciət etməli, həmin müraciəti təmin edilmədikdə isə inzibati orqanın hərəkətini məhkəmədə mübahisələndirməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-520/2021 saylı 28 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1797/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1797/2021
14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver