Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1797/2024 28.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10727/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya 60 yaşının tamam olduğu 20 may 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1961-ci il tarixdə anadan olmuşdur. Əmək kitabçasının və hərbi biletinin surətlərindən görünür ki, 20 noyabr 1978-ci il tarixdən 07 may 1980-ci il tarixədək “Aznextkimiyazavodtəmir” trestinin TTİ-də quraşdırıcı peşəsində işləmiş, 13 may 1980-ci il tarixdən 12 iyun 1982-ci il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 14 iyul 1982-ci il tarixdən 01 mart 1984-cü il tarixinədək “Aznextkimiyazavodtəmir” trestinin TTİ-də quraşdırıcı (quraşdırıcı-çilingər) peşəsində, 19 mart 1984-cü il tarixdən 23 may 1984-cü il tarixədək Bakı X7 4 saylı texnolohi sexində texnoloji qurğu operatoru, 23 may 1984-cü il tarixdən 02 yanvar 1986-cı il tarixədək 16 saylı sexdə yükləyici, 02 yanvar 1986-cı il tarixdən 16 yanvar 1991-ci il tarixinədək həmin zavodun 16 saylı sexində takelajçı, 16 yanvar 1991-ci il tarixdən 11 yanvar 1993-cü il tarixinədək “Azərneftyağ” adma Bakı X7 21 saylı sexində mühəndistexnoloq, 11 yanvar 1993-cü il tarixdən 05 sentyabr 1995-ci il tarixədək həmin zavodun 5 saylı sexində mühəndis, 05 sentyabr 1995-ci il tarixdən 01 noyabr 1997-ci il tarixinədək “Azərneftyağ” İB-nin Təmizləmə istehsalında mühəndis-texnoloq, 01 noyabr 1997-ci il tarixdən 16 yanvar 1998-ci il tarixinədək həmin idarənin 29 saylı qurğusunun və əmtəə bölməsinin (sahəsinin) rəisi, 16 yanvar 1998-ci il tarixdən 19 fevral 2007-ci il tarixinədək “Azərneftyağ” İB-nin 19 saylı sexinin əmtəə və reagent bölməsinin (sahəsinin) rəisi, 19 fevral 2007-ci il tarixdən 10 aprel 2007-ci il tarixinədək “Azərneftyağ” Bakı X7 51 saylı sexin estakada sahəsində sahə rəisi, 10 aprel 2007-ci il tarixdən 01 iyun 2009-cu il tarixinədək həmin zavodun 12 saylı sexində növbətçi-mühəndis, 01 iyun 2009-cu il tarixdən 19 iyun 2015-ci il tarixinədək həmin zavodun idarə aparatının Dispetçer şöbəsində dispetçer vəzifəsində işləmiş, 19 iyun 2015-ci il tarixdən bu günə kimi həmin şöbənin böyük dispetçeri vəzifəsində işləyir. Beləliklə, 60 yaşı tamam olduğu 20 may 2021-ci il tarixinə ümumi iş stajı həqiqi hərbi xidmət illəri də nəzərə alınmaqla 43 il 01 ay 24 gün təşkil etmiş, həmin staj illərindən 28 il 03 ay 08 gün müddətini güzəştli şərtlərlə pensiya hüququ verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş siyahısına daxil olan işlərdə çalışmışdır. Bununla da Qanunun tələblərinə cavab verən ümumi və xüsusi iş stajlarını toplamış, bu səbəbdən də 60 yaşına çatdığı 20 may 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. Göstərilənləri nəzərə alaraq, ona pensiya almaq hüququnun yarandığı 20 may 2021-ci il tarixindən etibarən qanunvericiliyin tələblərinə uyğun hesablanmaqla pensiya təyin edilməsi və həmin tarixdən bu günədək ödənilməmiş pensiya haqqının hesablanaraq ödənilməsi barədə Azərbaycan Respublikasmm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciətinə imtina cavabı verilmişdir. Odur ki, mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 2-1(112)-10727/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı 60 yaşının tamam olduğu 20 may 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini cavabdehə həvalə etmişdir. Bakı İnzibati Məhkəməsinin 07 dekabr 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. xx.xx.2023-cü il tarixdə iddiaçı cavabdeh orqandan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bunun müqabilində xx.xx.2023-cü il tarixli məktubda cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı“nda 2290000a—14612 kodu üzrə polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar, 2130301b— 24091 kodu üzrə qurğu rəisləri və 2130302b—24097 kodu üzrə sahələrin rəisləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı cavabdeh orqandan ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. 60 yaşdan pensiya təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən iki şərt ödənməlidir: Qanunla müəyyən edilmiş yaş həddinə çatmaq; 25 il iş stajı və 12 il 06 ay güzəştli iş stajına malik olmaq. İddiaçı tərəfindən cavabdeh orqana təqdim edilən 24 noyabr 1978-ci il tarixli əmək kitabçasında xx.xx.1979-xx.xx.1980-ci il və xx.xx.1982xx.xx.1984-cü il tarixləri arasındakı dövrlər ərzində "Azərneftkimya” zavod təmir trestində quraşdırıcı-çilingər, xx.xx.1998-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində isə “Heydər Əliyev” adına X5 əmtəə və reagent bölməsinin rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi quraşdırıcı-çilingər vəzifəsi yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş siyahıda nəzərdə tutulan polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılara, əmtəə və reagent bölməsinin rəisi vəzifəsi isə qurğu rəisləri və sahələrin rəisləri vəzifələrinə aid deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (3 il 1 ay 21 gün (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1997-xx.xx.1998-ci il, xx.xx.2007-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan az - 3 il 1 ay 21 gün olduğundan iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməz. Bakı İnzibati Məhkəməsi əldə etdiyi sorğunun cavabında iddiaçının işlədiyi vəzifənin müvafiq Nazirlər Kabinetinin Qərarının müvafiq bəndinə uyğunluğu mövcud olmasa da, məhkəmə vəzifələrin uyğun olduğu qənaətinə gəlmiş və müvafiq dövrləri güzəştli staja daxil etmişdir. İddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətində çalışdığı vəzifənin güzəştli olub olmamasına dair hər hansı bir arayış təqdim edilməməsinə baxmayaraq, həmin dövr də güzəştli iş stajına daxil edilərək onun iddiası təmin edilmişdir. Qanunvericiliyin tələbinə əsasən güzəştli iş stajının hesablanması zamanı nəzərə alınan əsas sənəd kimi güzəştli arayışın təqdim edilməsi məcburidir. Bununla yanaşı, təqdim edilmiş güzəştli arayışda göstərilən vəzifənin müvafiq Nazirlər Kabinetinin Qərarına uyğunluğu gözlənilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. İş materiallarında olan NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştii şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutuları işlərdə azı 12 il 6 ay çatışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi nesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asıiı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığona stajı olduqda (2017-ci il iyulun 1 -dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası huququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (Xİİ) bölməsinin qazma (********) bəndində 2290000a—14612 kodu üzrə polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar, neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı (********) bəndində isə 2130301b—24091 kodu üzrə qurğu rəisləri və 2130302b—24097 kodu üzrə sahələrin rəisləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz 24 noyabr 1978-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçanızda xx.xx.1979-xx.xx.1980-ci il və xx.xx.1982xx.xx.1984-cü il tarixləri arasındakı dövrlər ərzində “Azərneftkimya” zavod təmir trestində quraşdırıcı-çilingər, xx.xx.1998-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində isə Heydər Əliyev adına X5 əmtəə və reagent böiməsinin rəisi vəzifələrində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi işlədiyiniz quraşdırıcı-çilingər vəzifəsi qeyd olunan Qərarla təsdiq olunmuş siyahıda nəzərdə tutulan polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılara, əmtəə və reagent bölməsinin rəisi vəzifəsi isə qurğu rəisləri və sahələrin rəisləri vəzifələrinə aid deyil. Bu səbəbdən də Sizin güzəştli iş stajınız 12 il 6 aydan az (3 il 1 ay 21 gün (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1997-xx.xx.1998-ci il, xx.xx.2007-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 10 saylı arxiv arayışından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı “Azneftkimyazavodtəmir” trestinin 4 saylı Təmir-Tikinti İdarəsində xx.xx.1978-ci il tarixindən quraşdırıcı peşəsinə işə qəbul edilib (Əsas: xx.xx.1978-ci il tarixli 165-K saylı əmr), xx.xx.1980-ci il tarixindən işdən azad edilib (Əsas: xx.xx.1980-cı il tarixli 50-K saylı əmr), xx.xx.1982-ci il tarixindən quraşdırıcı peşəsinə işə qəbul edilib (Əsas: xx.xx.1982-ci il tarixli 13-K saylı əmr), xx.xx.1984-cü il tarixindən işdən azad edilib (Əsas: xx.xx.1984-cü il tarixli 17-K saylı əmr). Göstərilən quraşdırıcı peşəsinin xüsusiyyətləri güzəştli şərtlərlə əmək pensiyası hüququ verən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli 320 saylı qərarına 2 №-li əlavədə 2290000a-14612 kodu ilə müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. Güzəştli şərtlərlə iş stajı aşağıda göstəriləndir: xx.xx.1978-ci il - xx.xx.1980-ci il və xx.xx.1982-ci il - xx.xx.1984-cü illər ərzində 4 saylı Təmir-Tikinti İdarəsində quraşdırıcı peşəsində - iş staji 03 il 00 ay 24 gün təşkil edir. İş materiallarında olan Heydər Əliyev adına X8 (SOCAR) tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Zərərli iş şəraiti haqqında arayışından görünür ki, İddiaçı aşağıda göstərilən dövrlərdə qeyd olunan zərərli peşə və vəzifələrdə çalışmışdır: xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixinədək (57/şh, xx.xx.1984) 4 nömrəli texnoloji sex, texnoloji qurğu operatoru (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 2130301a-16081, Xİİ bölmənin 3-cü yarımbölməsi), xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək (233/şh, xx.xx.1997) Təmizləmə istehsalatı, 29 nömrəli qurğu və əmtəə bölməsi, rəis (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 2130301b-24091, Xİİ bölmənin 3-cü yarımbölməsi), xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci il tarixədək (12/şh, xx.xx.1998) 19 nömrəli sex, əmtəə və reagent bölməsi rəis (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 2130301b-24091, Xİİ bölmənin 3-cü yarımbölməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 2130302b-24097, Xİİ bölmənin 3-cü yarımbölməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5 ((Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi), xx.xx.2007-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək (281/k, xx.xx.2007) 12 nömrəli sex, növbətçi mühəndis (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 2130301b-22177, Xİİ bölmənin 3-cü yarımbölməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5. (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi). Arayış İddiaçı ərizəsinə əsasən tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə mərkəzi filialına təqdim etmək üçün ərizəçinin özünə verilir. Qeyd: Heydər Əliyev adına X6 mövcud ştat cədvəlində olan 29 №-li qurğu və əmtəə bölməsinin rəisi vəzifəsinin qurğu rəisi hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarının Şifrə 2130301b-24091, Xİİ bölmənin 3-cü yarımbölməsi ilə təsdiq edilmişdir. Əmtəə və reagent bölməsinin rəisi vəzifəsinin reagentin rəisi hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarının Şifrə 2130301b-22177, Xİİ bölmənin 3-cü yarımbölməsi ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5. (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi ilə təsdiq edilmişdir. İş materiallarında olan Heydər Əliyev adına X8 (SOCAR) tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ verən peş əvə vəzifələr haqqında arayışından görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1984 (57/şh, xx.xx.1984) 4 nömrəli texnoloji sex, texnoloji qurğu operatoru (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 2130301a-16081, Xİİ bölmənin 3-cü yarımbölməsi), xx.xx.1997-ci ildən xx.xx.1998-ci ilədək (233/şh, xx.xx.1997) Təmizləmə istehsalatı, 29 nömrəli qurğu və əmtəə bölməsi, rəis (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 2130301b-24091, Xİİ bölmənin 3-cü yarımbölməsi), xx.xx.1998-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək (12/şh, xx.xx.1998) 19 nömrəli sex, əmtəə və reagent bölməsinin rəisi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 2130302b-24097, Xİİ bölmənin 3-cü yarımbölməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5. (Neftin,qazın,qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi), xx.xx.2007-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək (281/k, xx.xx.2007) 12 nömrəli sex, növbətçi mühəndis (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5. (Neftin,qazın,qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi) vəzifələrində işləmişdir. Heydər Əliyev adına X7 mövcud ştat cədvəlində olan 29 nömrəli qurğu və əmtəə bölməsinin rəisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı üzrə Şifrə 2130301b-24091, Xİİ bölmənin 3-cü yarımbölməsində əks olunmuş qurğu rəisləri vəzifəsi ilə; 19 nömrəli sex, əmtəə və reagent bölməsinin rəisi vəzifəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı təsdiq edilmiş 2 nömrəli Siyahı üzrə Şifrə 2130302b-24097, Xİİ bölmənin 3-cü yarımbölməsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5. (Neftin,qazın,qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsində əks olunmuş sahələrin rəisləri vəzifəsi ilə eynilik təşkil edir. İş materiallarında olan Heydər Əliyev adına X8 (SOCAR) tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı aşağıda göstərilən dövrlərdə, qeyd olunan zərərli vəzifədə çalışmışdır: xx.xx.1998-ci ildən xx.xx.2007-ci il tarixədək (əmr 12/şh, xx.xx.1998) X3 Zavodunun adına 19 №-li sexin əmtəə və reagent bölməsində rəis vəzifəsində işləmişdir (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı, Siyahı № 2, Bölmə Xİİ, yarımbölmə 3, Kod 2130302b-24097). Qeyd: 19 №-li sex, əmtəə və reagent bölməsinin rəisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı üzrə Kod 2130302b-24097, Bölmə Xİİ, 3cü yarımbölməsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarın 10.5 Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömrün və şistin emalı bölməsində əks olunmuş sahələrin rəisləri vəzifəsi ilə eynilik təşkil edir. İşin faktiki hallarından görünür ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İmtinanın əsasları kimi iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olması bildirilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin maddənin xx.xx.2022-ci il tarixdən (hal-hazırda) qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının mövcud olması cavabdeh tərəfindən həm imtina məktubunda, həm iddia tələbinə etiraz ərizəsində, həm də apellyasiya şikayətində mübahisələndirilməmişdir. Bu səbəbdən də qeyd olunan pensiya kapitalının mövcud olması mübahisələndirilməyən hal kimi qiymətləndirilir. Məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İddiaçı hərbi xidmət müddəti də daxil olmaqla 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixədək 25 ildən artıq ümumi sığorta stajına malikdir (xx.xx.1978xx.xx.1980, xx.xx.1980-xx.xx.1982, xx.xx.1982-xx.xx.1984, xx.xx.1984-xx.xx.2021 - cəmi 42 il 04 ay 08 gün). Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı işlədiyi xx.xx.1978-xx.xx.1980-ci, xx.xx.1982-xx.xx.1984-cü illərdə “Azneftkimiyazavodtəmir” trestinin TTİ-də quraşdırıcı, xx.xx.1984-xx.xx.1984-cü illərdə Bakı X7 4 saylı texnoloji sexində texnoloji qurğu operatoru, xx.xx.1997-xx.xx.1998ci illərdə həmin zavodun Təmizləmə istehsalatı 29 saylı qurğu və əmtəə bölməsi rəisi, xx.xx.1998-xx.xx.2007-ci illərdə 19 saylı əmtəə və reagent bölməsinin rəisi, xx.xx.2007xx.xx.2009-cu illərdə həmin zavodun 12 saylı sexində növbətçi-mühəndis vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur: Bölmə 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri, (a) fəhlələr: polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar; Bölmə 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı, 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı, (a) fəhlələr: texnoloji qurğuların operatorları, b) rəhbərlər və mütəxəssislər: növbə rəisləri, mühəndislər (növbəli məşğul olanlar). Eyni zamanda həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda da nəzərdə tutulmuşdur: Bölmə XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri, a) fəhlələr, kod 2290000a—14612 - polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar; Bölmə Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı, 3. Neftin, qazın, qaz kondensatının, kömürün və şistin emalı, a) fəhlələr, kod 2130301a—16081 - texnoloji qurğuların operatorları, b) mütəxəssislər və rəhbərlər, kod - 2130301b—24091 - qurğu rəisləri, kod 2130301b—22177 - mühəndislər (növbəli məşğul olanlar); b) rəhbərlər və mütəxəssislər, kod 2130302b—24097 - sahələrin rəisləri. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır (xx.xx.1978-xx.xx.1980, xx.xx.1982-xx.xx.1984, xx.xx.1984-xx.xx.1984, xx.xx.1997-xx.xx.1998, xx.xx.1998-xx.xx.2007, xx.xx.2007-xx.xx.2009 - cəmi 14 il, 08 ay, 23 gün). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2021-ci ilədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına malik olduğundan iddiaçının həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10727/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1797/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1797/2024
28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver