Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1799/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Elmira Eyvaz qızı Nağıyevadan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4013/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X12 Mustafa cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ- 294/1 nömrəli xx xxxxxx 2019-cu il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Miqrasiya Xidmətinin üzərinə onun xx xxxxxxx 2019-cu il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X12 Mustafa cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə xx xxxxxxxx 2019-cu il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün qeydiyyata alınmış, adına 304 -2019 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmişdir. Qaçqın statusu verilməsi haqqında vəsatətin (ərizə-anketin) qeydiyyatı və müsahibə zamanı İddiaçı milliyyətcə həzara, dini etiqadına görə müsəlman (şiə) olduğunu, X3 İsfahan vilayətinin Nəcəfabad məntəqəsində anadan olduğunu (pasportda Bamyan), Nəcəfabadda 5-ci sinfə qədər təhsil aldığını, 2007-ci ildə Əfqanıstana qayıtdıqlarını, təhsilini Kabil şəhərində X7 adına məktəbdə davam etdirdiyini, 6-9-cu sinifləri bu məktəbdə, 10-12-ci sinifləri isə “İbn Sina” adına gecə məktəbində oxuduğunu və 2017-ci ildə orta təhsilini bitirdiyini qeyd etmişdir. O, 2014-cü ildən etibarən orta məktəbdə təhsil almaqla yanaşı, dərzi yanında 9 ay şagirdlik etdiyini, sonradan təxminən 5 il Kabilin müxtəlif məntəqələrində müstəqil surətdə dərzi işlədiyini bildirmişdir. Özü və ailə üzvləri barədə məlumat verən ərizəçi subay olduğunu, 6 qardaşının və 2 bacısının olduğunu, atasının 2009-cu ildə torpaq münaqişəsi zəminində qətlə yetirildiyini, böyük qardaşı Mohammad Alinin 2019-cu ilin bahar fəslində naməlum şəraitdə itkin düşdüyünü, anasının və bacı-qardaşlarının Əfqanıstanda yaşadıqlarını, yalnız Mortaza və Ruhulla adlı qardaşlarının onunla birlikdə Azərbaycana gəldiklərini söyləmişdir. İddiaçı atası Ali Mohammadın hələ İranda olarkən əslən Bamyan vilayətinin Yəkauləng məntəqəsindən olan X10 Şah Həsən adlı şəxsdən Yəkauləngdə yerləşən və ona məxsus olan torpaq sahəsini satın aldığını, lakin həmin məntəqədə yaşayan Cavid və Həmid adlı şəxslərin bu torpaq sahəsinin onlara məxsus olduğunu iddia etdiklərini, həmin sahəni Ali Mohammada verməkdən imtina edərək onu döydüklərini, atasının şikayət etməsinə baxmayaraq bu məsələnin həllini tapmadığını, 2009-cu ildə atasının naməlum şəxslər tərəfindən qətlə yetirildiyini, qardaşı Mortazanın isə yaralandığını bildirmişdir. O, bir dəfə də 2017-ci ilin payız fəslinin sonlarında qardaşı Ruhulla ilə birlikdə işdən evə qayıdarkən 2 nəfər naməlum şəxs tərəfindən döyüldüklərini demişdir. Ərizəçi bundan başqa böyük qardaşı Mohammad Alinin 2019-cu ilin bahar fəslində Bamyan vilayətindən Kabilə qayıdarkən yolda naməlum şəraitdə itkin düşdüyünü, bütün bu hadisələrin torpaq sahəsi ilə bağlı olduğunu, Cavid və Həmid adlı şəxslərin bunları təşkil etdiklərini ehtimal etdiyini, həmin şəxslər tərəfindən həyatları üçün təhlükə hiss etdiklərindən Mortaza və Ruhulla adlı qardaşları ilə birlikdə xx xxxxxxxx 2019-cu ildə Əfqanıstanı tərk etdiklərini və Özbəkistandan keçməklə xx xxxxxxxx 2019-cu ildə viza əsasında Azərbaycana gəldiklərini bildirmişdir. Ərizəçi atasının torpaq sahəsi aldığını, bu məsələ ilə bağlı prokuroluğa şikayət etdiyini, müvafiq araşdırmalara aparıldığını, 2009-cu ildə atasının qətlə yetirildiyini, qardaşı Mortazanın xəstəxanaya düşdüyünü, 2017-ci ildə özünün və qardaşı Ruhullanın döyüldüyünü, 2019-cu ildə isə böyük qardaşı Mohammad Alinin itkin düşdüyünü bildirməsinə baxmayaraq dediklərini təsdiq edən heç bir rəsmi sənəd təqdim edə bilməmişdir. O, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyası fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” xx xxx 1999cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3- cü və 7-ci bəndlərinə əsasən onlarla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, cavabdehin xx.xx.2019-cu il tarixli İQ-294/1 saylı qərarı ilə iddiaçıya qaçqın statusunun verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 57 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə qaçqın statusu verilməsindən imtina edilməsinə dair Dövlət Miqrasiya Xidmətinin xx.xx.2019-cu il tarixli İQ-294/1 saylı qərarından Əfqanıstan Respublikasının vətəndaşı İddiaçı tərəfindən verilmiş şikayət əsassız olduğuna görə təmin edilməyərək qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, o, Əfqanıstan vətəndaşı və etnik olaraq həzaradır. O, Bamyan vilayəti sakini olub (daha sonra İrana gedib), daha sonra uzun müddət İranda yaşayıb. O və ailəsi onlara məxsus torpaq sahəsinə görə bəzi həmryerliləri ilə mübahisədə olub. Bu mübahisə zəminində ərizəçinin bəzi ailə üzvləri qətlə yetirilib. Onun ailə üzvləri polisə şikayət versələr də, lazımi araşdırma aparılmamışdır. Bundan əlavə, o, həzara olduğuna görə anti-həzara silahlı qruplaşmaları tərəfindən təqib riski altındadır. O, xx xxxxxxxx 2019-cu ildə Azərbaycana gəlmiş, xx xxxxxxx 2019- cu ildə sığınacaq vəsatəti ilə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata almış və onunla müsahibə aparılmışdır. O, bildirmişdir ki, torpaq mübahisəsinə görə bəzi həmyerliləri tərəfindən zorakılığa və təqibə məruz qalacağına görə Əfqanıstana geri qayıtmaq istəmir. Onun sığınacaq vəsatəti Dövlət Miqrasiya Xidmətinin İQ-294/1 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə rədd edilmişdir. Dövlət Miqrasiya Xidməti qərarını onunla əsaslandırıb ki, onun əsaslı təqib qorxusu mövcud deyil. O, cavabdehin qərarından inzibati şikayət versə də, 57 saylı xx.xx.2020-ci il tarixli qərarla inzibati şikayət rədd edilmişdir. Şikayət instansiyası qərarını verilmiş şikayətin əsassız olması ilə (ümumi və qeyri-müəyyən sözlərlə) əsaslandırmışdır. Cavabdehin qərarı (əlverişli inzibati aktın qəbul edilməsindən imtina edilməsinə dair akt yaxud imtinaedici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu; əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. Cavabdeh orqan işin mühüm faktlarını müəyyən etməmiş və iş üzrə mühüm faktların mötəbərliyini qiymətləndirməmişdir. Belə ki, iş üzrə mühüm fakt ərizəçinin etnik/dini mənsubiyyətinə (şiə həzara olması) və müəyyən sosial qrupa mənsubiyyətinə görə (torpaq mübahisəsinə görə təqib riski altında olan şəxs) təqib edilməsi riskidir. Cavabdeh orqan tərəfindən onun əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparılmamış və şablon ifadələrdən istifadə etmişdir. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1 -ci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində onun izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında ona münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığını yoxlanılmalıdır. Cavabdehin etirazları: Hazırki işə birinci instansiya qaydasında baxılarkən cavabdeh inzibati orqanın iddiaya dair yazılı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4013/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili hazırki işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İşin faktiki hallarından görünür ki, xx.xx.1993-cü il təvəllüdlü milliyətcə həzarə, dini etiqadına görə islam (şiə) Əfqanıstan İslam Respublikası vətəndaşı İddiaçı xx.xx.2019-cu ildə Azərbaycan Respublikasına gəlmiş, xx.xx.2019-cu ildə sığınacaq vəsatəti ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı orta təhsilli oldugunu, 1393-cü (2014-cü) ildən başlayaraq təhsil almaqla yanaşı Kabilin Mirvəys meydan adlanan məntəqəsində dərzi yanında şagird kimi işləməyə başladığını, təxminən 9 ay şagirdlikdən sonra müstəqil sürətdə dərzi işlədiyini, müxtəlif yerlərdə təxminən 5 il dərzi işlədiyini, ayda təxminən 7000 əfqan qazancının olduğunu, Azərbaycan Respublikasına gələnə kimi dərzi işlədiyini, Azərbaycan Respublikasında hələlik işləmədiyini, subay olduğunu, altı qardaşının, iki bacısının olduğunu, Azərbaycan Respublikasında Mortəza və Ruhullah adlı qardaşlarından savayı qohumunun olmadığını, məcburi olmadığı üçün hərbi xidmətə çağırılmadığını, heç bir təşkilata üzv və ya tərəfdar olmadığını, vətəndaşı olduğu ölkə olan Kabil, Şəhrəke-Xorasan məntəqəsindən xx.xx.2019-cu il tarixdə qanuni qaydada çıxdığını, xx.xx.2019-cu il tarixdə Azərbaycana təyyarə ilə qanuni yolla gəldiyini, Mortəza və Ruhulla adlı qardaşları ilə Bakı şəhəri, Xətai rayonu, Xüudu Məmmədov küçəsi, 2942A məhəlləsi ünvanda yerləşən mənzildə qeydiyyatda alınmaqla Mehdi və Fərid adlı əfqanlarla bir yerdə qaldığını, valideynləri ilə birlikdə təxminən 12 il İran İslam Respublikasında qaldığını, 04-xx xxxxxxxx 2019-cu ildə Özbəkistan Respublkasından keçməklə Azərbaycan Respublikasına gəldiyini, İran höküməti tərəfindən mühacir kimi qeydiyyata alındığını, vəsiqə verildiyini, lakin nə İran İslam Respublikasında, nə də Özbəkistan Respublkasında qaçqın statusu almaq üçün müraciət etmədiyini, “Əfqanıstanı niyə tərk etmisiniz?” sualına “Mənim həyatım üçün təhlükə olduğundan mən 2 qardaşımla birlikdə Əfqanıstanı tərk etmişik, təxminən 1385-ci (2006) ildə atam Əfqanıstanda olan vəziyyəti və şəraiti öyrənmək üçün təkbaşına Kabilə və bamiyana səfər edib. Vəziyyətin normal olduğunu görüb İrana qayıdıb və 1386-cı (2007) ildə bütün ailə üzvlərini Əfqanıstana, Kabil şəhərinə gətirib. Atam hələ İranda olarkən əslən Bamiyanın zəlauləng məntərəsindən olan Səyid X2 torpaq alıbmış, atam bizi Kabildə yerləşdirdikdən sonra Bamiyana, zəkauləng məntəqəsinə getdi ki, torpaq satan şəxslə görüşsün və torpağı ondan alsın. Lakin atam zəkauləng məntəqəsində olarkən İqbal adlı şəxsin Cavid, Həmid adlı oğlanları (İqbalın oğlanlarının sayı çoxdur, lakin mən onların adlarını bilmirəm.) atama deyiblər ki, bu torpaq sahəsi bizə məxsusdur, Səyid İsmayıl bu torpaq sahəsini sizə sata bilməzdi. Bu söhbətdən sonra atam Bamiyanda prokurorun (saranval) yanına gedib və ərizə ilə şikayət edib, bu mübahisə müxtəlif səbəblərdən (İqbalın uşaqları məhkəməyə gəlmirmişlər) 1388-ci (2009) ilə kimi davam etdi, 1388-ci (2009) ildə atam sübut etdi ki, torpağı Səyid ismayıldan alıb, sonradan İqbalın Cavid, Həmid adlı oğlanları digər qardaşları ilə birlikdə prokurorluqdan bayırda atamı möhkəm döyüblər. Atam Kabilə qayıtdı, bir müddət Kabildə qaldı, sağaldıqdan sonra Bamiyanda yaşayan Əli Zəfər adlı qardaşı üçün bir qədər sovqat almaq üçün bazara gedib, axşam tərəfi atam Mortəza adlı qardaşımla evə qayıdarkən Polesuxtə məntəqəsində 2-3 nəfər onlara hücum edir, atamı bıçaqla vururlar, bu arada Mortəzanın sağ çiyninə də 2-3 bıçaq dəyir, atamı ibne Sina xəsətəxanasına apararkən 1388-ci (2009) ildə yolda keçinir. Bu hadisədən sonra qardaşım Mehdi torpaq məsələsi ilə məşğul oldu, məhkəmə işi cox uzandı, Mehdi sənədləri təqdim etməklə 1396-cı (2017) ildə sübut etdi ki, torpaq bizə məxsusdur, məhkəmə də torpağın bir hissəsini bizə ayırmışdı ki, siz bu hissədə əkin işləri apara bilərsiniz, buna baxmayaraq İqbalın uşaqları Mehdini də döymüşdülər və demişdilər ki, bu torpağı sizə verməyəcəyik. Mehdi Kabilə qayıtdıqdan sonra bizə dedi ki, yığışın bu ölkəni tərk edək, yaşamaq üçün başqa bir ölkəyə gedək, lakin həmin vaxtlar maddi vəziy-yətimiz çox pis olduğundan biz heç bir yerə gedə bilmədik. Mən dərzi işləyirdim, Ruhulla adlı qardaşımı da özümlə aparırıdım ki, işləyib bir təhər dolanaq. Lakin həmin şəxslər son- ralar da bizi narahat edirdilər, sakit yaşamağa qoymurdular, 1396-cı (2017) ilin payız fəslinin sonlarında axşam tərəfi biz işdən evə qayıdarkən Dəşte Bərçi məntəqəsində iki nəfər bizə hücum etdi, məni və Ruhullanı döydülər, yumruqla vurub mənim burnumu əz-dilər, dodağımı partlatdılar, dişim əzildi, Ruhullanın da üç dişi düşmüşdü, burnu da əzil-mişdi, ətrafdakı adamlar köməyimizə çatdı, həmin iki nəfər qaçıb getdilər, bizi “Naser Xosrov” adlanan xəstəxanaya apardılar, onlar bizə baxıb müalicə yazdılar və evə burax-dılar, təxminən bir ay evdə qaldıq müalicə aldıq. Bu hadisədən sonra qardaşım Mehdi dedi ki, gəlin bu torpaqdan əl çəkək, onsuzda bunu bizə verməyəcəklər, lakin Mohammad Ali adlı qardaşım dedi ki, bu torpağı atam alıb, nəyin bahasına olursa olsun torpağı geri qay-taracağam, o bu məqsədlə 1398-ci (2019) ilin bahar fəslinin əvvəllərində Bamiyana getdi, bunu da deyim ki, X9 gedərkən onun arvadı hamilə idi, doğmaq ərəfəsində idi, X9 gedəndən təxminən 20-25 gün sonra zəng vurub ona dedik ki, arvadı doğur Kabilə gəlsin, o geri qayıdarkən Meydan Şəhr adlanan məntə-qədə bir neçə nəfər onu maşından düşürüblər və naməlum istiqamətdə aparıblar, bundan sonra onu görən olmayıb. Mehdi adlı qardaşım Meydan Səhrə gedib, ərizə yazıb, amma nəticəsi yoxdur. Bu hadisədən sonra qərara gəldik ki, Əfqanıstanı tərk edək, pulumuz çatmadığı üçün digər ailə üzvlərimiz Əfqanıstanı tərk edə bilmədi, biz 3 qardaş mən, Mortaza və Ruhulla Azərbaycana gəldik”, “Deyə bilərsinizmi atanız 1385-ci (2006 )ilin hansı ayında və ya hansı fəslində Əfqanıstana səfər edib?” sualına “ Xeyr, mən bunu bilmirəm, çünki o vaxtlar azyaşlı olmuşam”, “Deyə bilərsinizmi atanız sizi 1386-cı (2007) ilin hansı ayında və ya hansı fəslində Əfqanıstana aparıb?” sualına “Xeyr, bilmərəm”, “Atanız nə qədər torpaq sahəsi alıbmış?”sualına “ Bilmirəm”, “Atanız dediyiniz torpaq sahəsini almaq üçün nə qədər pul ödəyibmiş?” sualına “ Bilmirəm”, “ Şəxsən Sizi nə vaxtsa təhdid ediblərmi?” sualına, “Təkcə mə yox bütün ailə üzvlərimizn təhdid olunub torpaq üstündə”, “Əfqanıstanı tərk etməyinizin hər hansı bir başqa səbəbi də varmı?” sualına, “Xeyr, başqa səbəbi yoxdur”, “Əfqanıstana qayıtmaq istəyirsinizmi?” sualına “Xeyr”, “Əgər Əfqanıstana qayıtsanız həyatınız üçün hansı təhlükə ola bilər?” sualına “Həyatımız üçün təhlükə var, İqbalın uşaqları tərəfindən”, “Bizim təşkilatdan xahişiniz nədir?” sualına “ Mən Sizdən xahiş edirəm ki, məni ölkənizdə qaçqın kimi qəbul edəsiniz ki, burada rahat şəkildə yaşaya, işləyə bilim”, “Fars dilində verilən sualları başa düşdünüzmü?” sualına “Bəli“ cavabını verərək və hazırkı iddia ərizəsində göstərilən halları əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə görə şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin Qaydanın 13-cü bəndinə əsasən şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə və Daxili İşlər Nazirliyinə beş gün müddətində yazılı bildiriş göndərir. Həmin “Qayda”nın 7-9-cu bəndlərinə əsasən “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyası və onun 1967-ci il tarixli Protokolu altmış ildir ki, qaçqınların beynəlxalq himayəsi rejiminin təməlini təşkil edən əsas sənəd rolunu oynayırlar. 1950-ci ildə X1 Ali Komissarlığı təsis ediləndən və 1951-ci il Konvensiyası qəbul olunandan bəri ölkə sərhədlərini keçərək didərgin düşmüş şəxslər üçün beynəlxalq himayənin təmin edilməsi olduqca mürəkkəb qlobal vəzifə olaraq qalır. Konvensiyanın 1-ci maddəsinə görə “Bu Konvensiyanın məqsədləri üçün “qaçqın” anlayışı: irqinə, dininə, milliyyətinə, konkret sosial qrupa mənsubluğuna və ya siyasi rəyinə görə təqib ediləcəyinə dair əsaslı qorxunun olması səbəbindən vətəndaşı olduğu ölkədən kənarda olan və həmin qorxunun ucbatından bu ölkənin müdafiəsindən yararlanmaq istəməyən, yaxud vətəndaşlığı olmayan və yuxarıdakı səbəblərlə bağlı hadisələr nəticəsində adətən əvvəllər yaşadığı ölkədən kənarda olan və ya həmin səbəblərlə bağlı qorxu ucbatından oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən istənilən şəxsə şamil olunur.” İddiaçı Əfqanıstana qayıtdıgı təqdirdə Avropa Konvensiyasının 3-cü maddəsinə zidd olan rəftarın baş verəcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblərin oldugunu göstərmir. Bunların olub-olmadığını müəyyən edərkən Məhkəmə ona təqdim edilmiş, yaxud da öz təşəbbüsü ilə əldə etdiyi bütün materialları əsas kimi götürür (bax: H.L.R. Fransaya qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, b. 37; və X4rşı, ərizə N 45276/99, b. 60, AİHM 2001-İİ). Bu işlərdə real riskin mövcudluğunun Məhkəmə tərəfindən araşdırılması ciddi şəkildə aparılır (Çahalın işi üzrə qərar, b. 96). Barəsində şikayət edilən tədbir həyata keçiriləcəyi təqdirdə iddiaçının 3-cü maddəyə zidd rəftara məruz qalacağına dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblər olduğunu sübut etməyə qadir olan sübutların təqdim edilməsi prinsipcə iddiaçının öhdəsinə düşür (bax: N. Finlandiyaya qarşı, ərizə N 38885/02, b. 167, xx xxxx 2005). Bu cür sübut təqdim edildikdə onunla bağlı hər hansı şübhələri dağıtmaq isə hökumətin öhdəsinə düşür. Qəddar rəftar riskinin olub-olmadığını müəyyən etmək üçün Məhkəmə iddiaçını onu qəbul edəcək ölkəyə göndərməyin öncədən görülə bilən nəticələrini araşdırır və bu zaman oradakı ümumi situasiyanı və iddiaçının şəxsi vəziyyətini nəzərə alır (bax: Vilvaraca və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 108, yekun hissə). Hazırkı işdə iddiaçı ölkəsini tərk etməsini həyatı üçün təhlükə olması ilə əlaqələndirmiş, lakin özünün hər hansı cinayət təqibinə məruz qalmasını (polisdə saxlanılma, tavandan asma, zorlama ilə hədələmə, elektroşokun tətbiqi, başını suya salınması, döymə və bəndəni siqaretlə yandırma – bütün bunlar, şübhəsiz ki, 3-cü maddənin tələb etdiyi qəddarlıq səviyyəsinə çatan cəza praktikalarıdır, işgəncə və qəddar rəftar iddialarının səlahiyyətli orqanlar tərəfindən araşdırılmaması, şikayətlərinə baxmaqdan imtina edilməsi və məcburiyyət altında ittiham hökmlərini təmin etmək üçün alınmış etiraflardan istifadə edilməsi) təsdiq edən hər hansı subutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçının istinad etdiyi ümumi narahatçılıq özü-özlüyündə qaçqın statusunun verilməsi üçün əsas təşkil etmir. Həmçinin iddiaçının vətəndaşlığı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmadığı, vətəndaşlığı olduğu ölkədə dövlət orqanları tərəfindən də təqibə məruz qalmadığı müəyyən olunur. Buna görə də inzibati orqan tərəfindən iddiaçıya qaçqın statusunun verilməsi ilə bağlı onun irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusunun mövcudluğu halı aşkar olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Əfqanıstan İslam Respublikasına qayıdacağı təqdirdə Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olması iş materialları əsasında sübut olunmur. Beləliklə, iddiaçınin vəsatəti onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ona qaçqın statusu verilməsindən cavabdeh inzibati orqanın imtina etməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin, cavabdehin iddiaçı ilə apardığı müsahibə zamanı və digər sənədlərlə müəyyən edilmişdi ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Ona görə də iddiaçının bildirdikləri ona qaçqın statusunun verilməsinə əsas kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nıntələblərinə uyğun olduğundan iddia tələbi əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq rədd edilmişdir. İddiaçının apellyasiya şikayətində qeyd edilmiş “iddiaçı ilə müsahibə zamanı cavabdeh orqan tərəfindən tərcüməçinin iştirakının təmin edilməməsi” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qaçqın statusunun verilməsi haqqında vəsatətin (ərizəanketin) 40-ci bəndindən görünür ki, iddiaçıdan Fars dilində verilən sualları başa düşübdüşməməsi soruşulmuş və o da “Bəli” deyərək cavablandırmışdır. Apellyasiya şikayətinin digər dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4013/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1799/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1799/2020
04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver