Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1799/2024 07.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və X4 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10653/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixindən etibarən əmək haqqı nəzərə alınmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması, ödənilməyən məbləğlər üzrə yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməyən məbləğlər üzrə yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddətdir zərərli iş sahələrində çalışmış və hazırda da çalışır. Belə ki, xx.xx.1988-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək ARDNŞ-nin Heydər Əliyev adına X8 5 nömrəli texnoloji sexində yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların operatoru, xx.xx.1994-cü ildən xx.xx.1998ci il tarixinədək 2 nömrəli yağ istehsalı, yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların əməliyyatçısı, xx.xx.1998-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək 5 nömrəli texnoloji sexində yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların operatoru, xx.xx.2007-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək 5 nömrəli texnoloji sexində 502 nömrəli qurğuda (yağların furfurolla təmizlənməsi) texnoloji qurğuların operatoru, xx.xx.2009-cu il tarixindən xx.xx.2009-cu il tarixinədək 54 nömrəli sexin rezervuar parkı sahəsində əmtəə operatoru, xx.xx.2009-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək 12 nömrəli sexin 3 və 5 saylı stansiyaları üzrə çənlər parkı sahəsində əmtəə operatoru, xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək 12 nömrəli sahənin 3 və 5 saylı stansiyaları üzrə çənlər parkı sahəsində əmtəə operatoru, xx.xx.2015-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək 26 nömrəli sahənin 3 və 5 saylı stansiyaları üzrə çənlər parkında əmtəə operatoru, xx.xx.2015-ci il tarixindən hal-hazıradək 26 nömrəli sahənin 6 saylı çənlər parkı xidmət sahəsində əmtəə operatoru vəzifələrində çalışmışdır. ARDNŞ-nin Heydər Əliyev adma X8 xx.xx.2022-ci il tarixli, Zərərli iş şəraiti haqqında arayışı və əmək kitabçasının iş yerində surət təsdiqi ilə də bu faktlar təsdiq edilmişdir. O, dəfələrlə şifahi qaydada, daha sonra xx.xx.2022-ci il tarixində yazılı ərizə ilə cavabdehə müraciət edərək, güzəştli şərtlərlə pensiyanın təyin edilməsini xahiş etmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı isə xx.xx.2022-ci il tarixində ərizəsinə məktubla cavab vermişdir ki, «neft məhsullarının qeyd olunan siyahı üzrə müəyyən olunmuş kükürdlü neftlərin çəkilməsi, krekinqləşdirilməsi və onlardan neft məhsulları alınması; katalik riforminqin, şist və kömür qətranlarınm çəkilməsi; kükürdlü neft məhsullarının pirolizə edilməsi; aromatik karbohidrogenlərin saflaşdırılmasma aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.» xx.xx.2022-ci il tarixli məktubla Heydər Əliyev adına X7 istinad etmişdir ki, “yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların operatoru peşəsi neft məhsullarının selektiv hidrotəmizlənməsi və parafinsizləşdirilməsi üzrə texnoloji qurğuların operatoru peşəsi ilə zərərlilik baxımından eynilik təşkil edir.” Qeyd olunanlara baxmayaraq, cavabdeh guya zərərli iş şəraitini müəyyən etmək mümkün olmaması səbəbilə əsassız təxirə salınma ilə hərəkətsizlik edir ki, nəticə etibarilə cavabdehin bu hərəkətləri əsassızdır. Belə ki, cavabdeh tərəfindən ona pensiya təyin edilmiş, lakin zərərli iş şəraiti nəzərə alınmayaraq, 52 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİ QD nömrəli qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarda qeyd olunan “neft məhsulları və süni maye yanacağın turşulu, selektiv hidrotəmizlənməsi və parafinsizləşdirilınəsi” zərərli işini o, nəinki 10 il daha artıq, 21 il icra etmişdir ki, ümumi iş stajı isə 2017-ci ildə 29 il olmuşdur. Bu isə qanunvericiliklə bir daha təsbit olunur ki, o, güzəştli şərtlərlə əmək pensiyasını xx.xx.2017-ci ildən almalıdır. Özü həmçinin müharibə veteranıdır, İ Qarabağ müharibəsində döyüş yolu keçmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 2-1(112)-10653/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən məbləğlər üzrə yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-10653/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən məbləğlər üzrə yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılmasının tələb olunması sübuta yetirilir və bu səbəbdən qərar ləğv edilməlidir və iddiaçının iddiasının təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus əmək kitabçasına və işəgötürənin güzəştli peşələrə dair arayışına əsasən, iddiaçının xx.xx.1988-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək ARDNŞ-nin Heydər Əliyev adına X8 5 nömrəli texnoloji sexində yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların operatoru kimi - 5 il 8 ay 18 gün, xx.xx.1994-cü il tarixdən xx.xx.2006-ci il tarixədək 2 №-li yağ istehsalı, yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların əməliyyatçısı kimi 11 il 07 ay 16 gün işləməklə, ümumilikdə 17 il 04 ay 04 gün xüsusi iş stajı mövcuddur. Həmçinin məhkəmə qeyd edir ki, ARDNŞ-nin Heydər Əliyev adına X8 xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən, “texnoloji qurğuların operatoru” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 saylı siyahısında Bölmə X. kod 11000000-16081 ilə, texnoloji qurğuların əməliyyatçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, Qərar №320, bölmə X, 11000000-16081 kodu ilə təsdiq olunmuş texnoloji qurğuların operatoru peşəsi ilə eynilik təşkil edir. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçının işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 saylı siyahısında göstərilmədiyini əsas gətirərək güzəştli iş stajı kimi nəzərə alınmaması əsassız olmuşdur. Məhkəmə qeyd edilən əsaslara istinad edərək qərara almışdır ki, İddiaçı iddia tələbi təmin edilməli və ona 52 yaşının tamam olduğu xx.xx.2017-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən məbləğlər üzrə yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Lakin məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2022-ci il tarixli, 175 nömrəli qərarı ilə təsdiqlənmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci bəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən olunur. Müvafiq Əlavəyə əsasən, şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Arayışda şəxsin işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri göstərilməlidir. Məhkəmənin istinad etdiyi “Heydər Əliyev adına X11”nun 21 sentyabr 2023-cü il tarixli 14-2-27/2-1977/2023 nömrəli arayışında İddiaçı xx.xx.1988-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların operatoru və texnoloji qurğuların əməliyyatçısı vəzifəsində işlədiyi qeyd olunmuş, lakin sözügedən arayışda İddiaçı işlədiyi sahənin yuxarıda qeyd olunan hansı sahəyə aid olması barədə hər hansı məlumat göstərilməmişdir. Belə olan halda onun güzəştli iş stajının olub-olmamasının müəyyən etmək mümkün deyil. Göründüyü kimi, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) - Kükürdlü neftlərin çəkilməsi, krekinqləşdirilməsi və onlardan neft məhsulları alınması; katalik riforminqin, şist və kömür qətranlarının çəkilməsi; kükürdlü neft məhsullarının pirolizə edilməsi; aromatik karbohidrogenlərin saflaşdırılması bəndində (3) texnoloji qurğuların operatorları (11000000—16081) nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz 21 avqust 1984-cü il tarixli əmək kitabçanızda və “Heydər Əliyev adına X11”nun Sizə dair 23 iyun 2022-ci il tarixli arayışında Sizin xx.xx.1988-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların operatoru və texnoloji qurğuların əməliyyatçısı vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Lakin təqdim etdiyiniz sənədlərə əsasən işlədiyiniz neft məhsullarının yuxarıda qeyd olunan siyahı üzrə müəyyən olunmuş kükürdlü neftlərin çəkilməsi, krekinqləşdirilməsi və onlardan neft məhsulları alınması; katalik riforminqin, şist və kömür qətranlarının çəkilməsi; kükürdlü neft məhsullarının pirolizə edilməsi; aromatik karbohidrogenlərin saflaşdırılmasına aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan SOCAR Heydər Əliyev adına X11 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək (Əmr 201/sh, xx.xx.1988) 5 №-li texnoloji sex, yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların operatoru, xx.xx.1994-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək (Əmr 295, xx.xx.1994) 2 №-li yağ istehsalı, yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların əməliyyatçısı, xx.xx.1998-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək (Əmr 555, xx.xx.1997) 5 №-li texnoloji sex, yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların operatoru, xx.xx.2006-cı il tarixindən xx.xx.2007-ci il tarixinədək 5 №-li texnoloji sex, yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların operatoru, xx.xx.2007-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək (Əmr 724/k, xx.xx.2007) 5 №-li texnoloji sex, 502 №-li qurğu (yağların furfurolla təmizlənməsi), texnoloji qurğuların operatoru, xx.xx.2009-cu il tarixindənxx.xx.2009-cu il tarixinədək (Əmr 260/k, xx.xx.2009) 54 №-li sex, rezervuar parkı sahəsi, əmtəə operatoru, xx.xx.2009-cu il tarixindən xx.xx.2014-cü il tarixinədək (Əmr 1021/k, xx.xx.2009) 12 №-li sex, 3 və 5 saylı stansiya üzrə çənlər parkı sahəsi, əmtəə operatoru, xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək (Əmr 63-i, xx.xx.2014) 12 №-li sahə, 3 və 5 saylı stansiya üzrə çənlər parkı sahəsi, əmtəə operatoru, xx.xx.2015-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək (Əmr SOCAR/15-1700/8-04-001477, xx.xx.2015) 26 №-li sahə, 3 və 5 saylı stansiya üzrə çənlər parkı, əmtəə operatoru, xx.xx.2015-ci il tarixindən hal-hazıradək (Əmr SOCAR/15-1700/8-04-002643, xx.xx.2015) 26 №-li sahə, 6 saylı çənlər parkı xidmət sahəsi, əmtəə operatoru vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarının Xİİ bölməsinin 3-cü yarımbölməsi, 2130301a-16085 kodu ilə təsdiq olunmuş əmtəə operatoru peşəsi Heydər Əliyev adına X9 mövcud ştat cədvəlində olan əmtəə əməliyyatçısı peşəsi ilə eynilik təşkil edir. İş materiallarında olan SOCAR Heydər Əliyev adına X11 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, aidiyyəti struktur bölmənin rəyinə əsasən yağların selektiv təmizlənməsi üzrə texnoloji qurğuların operatoru peşəsi neft məhsullarının selektiv hidrotəmizlənməsi və parafinsizləşdirilməsi üzrə texnoloji qurğuların operatoru peşəsi ilə zərərlilik baxımından eynilik təşkil edir. İş materiallarında olan SOCAR Heydər Əliyev adına X11 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışdan görünür ki, iddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək (ƏMR 201/şh, xx.xx.1988) XXİİ qurultay adına Bakı X8 5 №-li texnoloji sexin 502 saylı yağların selektiv təmizlənməsi qurğusunda texnoloji qurğuların operatoru peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli Qərar №320 Siyahı № 1. Bölmə X. kod 11000000-16081, xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək (ƏMR 295, xx.xx.1994) X1 2 №-li Yağ istehsalının 502 saylı yağların selektiv təmizlənməsi qurğusunda texnoloji qurğu əməliyyatçısı peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərar №320 Siyahı № 1. Bölmə X. kod 11000000- 16081. Arxiv arayışının 2-ci bəndində qeyd edilmiş texnoloji qurğuların əməliyyatçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, Qərar №320, bölmə X, 11000000-16081 kodu ilə təsdiq olunmuş texnoloji qurğuların operatoru peşəsi ilə eynilik təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İşin faktiki hallarından göründüyü kimi İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. İddiaçının təhsil və hərbi xidmət dövrü də daxil olmaqla ümumi stajı 20 ildən çoxdur (xx.xx.1983xx.xx.1984 (təhsil), xx.xx.1984-xx.xx.1984, xx.xx.1984-xx.xx.1986 (hərbi xidmət), xx.xx.1987-xx.xx.1987, xx.xx.1987-xx.xx.1987, xx.xx.1987-xx.xx.1988, xx.xx.1988xx.xx.1988, xx.xx.1988-xx.xx.2006 - cəmi 21 il 09 ay 02 gün). xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il Bakı X8 5 №-li texnoloji sexin 502 saylı yağların selektiv təmizlənməsi qurğusunda texnoloji qurğuların operatoru peşəsi, xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək X1 2 №-li Yağ istehsalının 502 saylı yağların selektiv təmizlənməsi qurğusunda texnoloji qurğu əməliyyatçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: X Bölmə - Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı; kod 11000000—16081 texnoloji qurğuların operatorları. Eyni zamanda SOCAR Heydər Əliyev adına X11 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışında qeyd edilir ki, texnoloji qurğuların əməliyyatçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, Qərar №320, bölmə X, 11000000-16081 kodu ilə təsdiq olunmuş texnoloji qurğuların operatoru peşəsi ilə eynilik təşkil edir. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən çoxdur (cəmi 17 il 04 ay 04 gün). İddiaçı tərəfindən təqdim edilmiş ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövr güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 52 yaşından (xx.xx.2017-ci ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizə və DSMF-nin Bakı şəhəri Nizami rayon şöbəsinin iddiaçıya ünvanladığı məktubdan görünür ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2017-ci ilin oktyabr ayında cavabdeh inzibati orqana müraciət etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10653/2023 nömrəli, 30 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1799/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1799/2024
07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver