Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-18/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X22 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və X17) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1695/2019 saylı 16 dekabr 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X12 Cavabdehnə qarşı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 98 saylı evin mülkiyyətində olan hissəsinin sökülməsi nəticəsində vurulmuş ziyana görə 50000 (əlli min) manat kompensasiyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 98 saylı evin bir hissəsi iddiaçının mülkiyyətində olmuşdur. Bu yaxınlarda həmin ev onun razılığı alınmadan və əvvəlcədən ona kompensasiya ödənilmədən sökülmüşdür. Ev sökülməzdən əvvəl o, Cavabdehnə müraciət edərək, evin sökülməsi zamanı ona məlumat verilməsini və müvafiq kompensasiya ödənilməsini xahiş etmişdir. Cavabdeh bu barədə ona məlumat veriləcəyini bildirsə də, evin sökülməsi zamanı ona hər hansı məlumat verilməmişdir. Evinin söküldüyünü öyrəndikdə isə, cavabdehə yenidən müraciət edərək, evin sökülməsi ilə əlaqədar vurulmuş ziyanın əvəzi kimi ona 50.000 manat kompensasiya ödənilməsini xahiş etsə də, cavabdeh müraciətinin təmin edilməsindən yayınmışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2019-cu il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, xx.xx.2019-cu il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında X7 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli 2-1(81)- 1695/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 98 saylı evin mülkiyyətində olan hissəsinin sökülməsi nəticəsində vurulmuş ziyana görə 24.022,5 (iyirmi dörd min iyirmi iki manat beş qəpik) manat kompensasiyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin qismən təmin olunan hissəsində rədd olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 iyun tarixli 2- 1(103)-654/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01 dekabr 2020-ci il tarixli, 2-1(102)-1969/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 18 iyun tarixli 2-1(103)- 654/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsinin 2- 2280/2004 saylı, 20 oktyabr 2004-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, X8 ilə X10 arasında Bakı şəh., Qutqaşınlı küçəsi, 98 saylı evə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, İddiaçı və X18 ilə X8 arasında həmin evin 2/3 hissəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, evin sahəsi 10 kv.m. sahəsinə X8, qalan hissəsinə isə İddiaçı və X9 adına müvafiq qeydiyyat vəsiqələrinin verilməsi bir vəzifə kimi Bakı şəhəri Tİ və MHQİ-nə həvalə edilməsi qət edilmişdir. Yasamal rayon Məhkəməsinin 2-2280/2004 saylı 19 oktyabr 2004-cü il tarixli qərardadına əsasən ərizə təmin edilərək, iş üzrə əlavə qətnamə çıxarılması, iddiaların tam həcmdə təmin edilməsi, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 98 saylı evin bitişik köməkçi sahələri ilə birlikdə yaşayış sahəsi 20,8 kv.m. olan iki otaqlı hissəsinə dair X19 ilə və evə bitişik köməkçi sahələri ilə birlikdə qalan hissəsinə dair X13 ilə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və onların adına müvafiq qeydiyyat vəsiqələrinin verilməsi bir vəzifə kimi Bakı şəhəri Tİ və MHQİ-nə həvalə edilməsi qərara alınmışdır. İş materialarında olan AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X11 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikintisini "xxxx" MMC-nə sataraq tam mülkiyyətinə verilmişdir. AN-İ seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin “V” tikintisini "xxxx" MMC-nə sataraq tam mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2019-cu il tarixli, **********18 nömrəli məktubunda Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 98 saylı evin “A” tikilisinin qalan hissədən bir hissə İddiaçı, “A” tikilisinin bir hissəsi və “V” tikilisi "xxxx" MMC-nin, “B” tikilisi X14, “A” tikilisindən qalan hissədən bir hissəsi X7 adına qeydiyyatdan keçməsi və hazırda mülkiyyətlərində olması qeyd olunmuşdur. 1 saylı Bakı inzibati-lqtisadi Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli, 2-1(81)- 1695/2019 nömrəli qərarından məlum olur ki, məhkəmə qərar qəbul edərkən iddiaçının payını onun məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsinin FM seriyalı, xx.xx.2005-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən müəyyən etmişdir. Beləliklə də, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 98 saylı evin “A” tikilisinin 32.03 kv.m. hissəsinin X15 və İddiaçı məxsus olması işin mübahisələndirilməyən halı kimi sözügedən qərarda qeyd olunmuşdur. Hesab edilir ki, hakim formal mülahizələrini rəhbər tutaraq hüquqi qüvvəsi olmayan sənədi mötəbər subut kimi qiymətləndirərək X17 və İddiaçıun mübahisə edilən daşınmaz əmlaka dair paylarını müəyyənləşdirmişdir. Beləliklə, payları bərabər sayılaraq X15 16.015 kv.m. və İddiaçı 16.015 kv.m. kimi məhkəmə tərəfindən müəyyənləşdirilmişdir. Qeyd edilir ki, məhkəmə nömrəsi və səlahiyyətli şəxsin imzası olmayan, yəni hüquqi qüvvəyə malik olmayan sənədə əsaslanmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə iddiaçı və 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırda apellyasiya baxışının hədlərini qərarın qismən təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Ali Məhkəmə qərarda qeyd etmişdir ki, cavabdeh haqlı olaraq qeyd edir ki, mübahisə predmeti olan evə dair iddiaçının payı qeyri-dəqiq göstərilmiş və iddiaçının mülkiyyətində hansı sahənin və hansı ölçülərdə olmasını müəyyənləşdirmək mümkün olmadığı, əlavə sübutlar toplanmasında və əlavə araşdırma aparılmasında zərurət olduğu halda, məhkəmə tərəfindən müvafiq tədbirlər görülmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul etmişdir. “A” tikilisinin sahəsini iş materiallarında olan sənədlər əsasında müəyyən etmək qeyri-mümkün olduğu, eyni zamanda, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********18 nömrəli cavab məktubunda “A” tikilisinin üç şəxsin mülkiyyətlərində olduğu göstərildiyi halda, məhkəmə hesab etmişdir ki, 1 saylı İnzibati- İqtisadi Məhkəməsi X7 və X4 paylarını bərabər hesab edərək hər birinin payını 16.015 kv.m müəyyən edib Şəmiyev Feyruza 24.022,5 manat kompensasiya hesablamaqda haqlı olmuşdur. Halbuki, sözügedən xx.xx.2019-cu il tarixli, **********18 nömrəli məktubda Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 98 saylı evin “A” tikilisinin qalan hissədən bir hissə İddiaçı, “A” tikilisinin bir hissəsi "xxxx" MMC-nin, “A” tikilisindən qalan hissədən bir hissəsi X7 adına qeydiyyatdan keçməsi və hazırda mülkiyyətlərində olması, yəni “A” tikilisi qeyri-müəyyən şəkildə üç şəxsin mülkiyyətlərində olması qeyd olunmuşdur. Lakin həmin məktubdan iddiaçı ilə üçüncü şəxsə məxsus payların ölçüsü məlum deyil. Məhkəmə “A” tikilisinin İddiaçı və X15 məxsus olan hissəsinin ölçülərinin ümumilikdə 32,03 kv.m olduğunun hansı mötəbər sübutlarla təsdiq edildiyini göstərə bilməmişdir. İşdən göründüyü kimi, eyni tarixdə (7.3.2005-ci il) eyni nömrə ilə müxtəlif məzmunlu qeydiyyat vəsiqələri verilmişdir. Evin texniki pasportundakı məlumatlarla (ölçülərlə) evə dair qeydiyyat vəsiqəsindəki məlumatlar uyğunsuzluq təşkil edir. Cavabdeh yuxarıda qeyd edilən ziddiyyətli və araşdırılmalı hallara dair dəlillərini apellyasiya şikayətində də qeyd etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlillərinə münasibət bildirməmiş, mübahisənin düzgün həlli üçün işin hallarını tam və hərtərəfli araşdırmadan qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hesab etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 98 saylı evin ümumi sahəsinin 101.15 kv.m təşkil etməsi, həmin evin “A” tikilisinin 32.03 kv.m hissəsinin X15 və İddiaçı məxsus olması işin mübahisələndirilməyən halıdır. X15 və İddiaçı məxsus olan daşınmaz əmlaka dair payları müəyyənləşdirilmədiyindən, bərabər sayılaraq X15 16.015 kv.m və İddiaçı 16.015 kv.m kimi müəyyənləşdirilməli və iddiaçıya 24.022,5 manat kompensasiya ödənilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatnı dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ünvanda yerləşən paylı mülkiyyətdə olan olan 98 saylı evin Bakı şəhərinin “Baş Planı”na uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh tərəfindən sökülməsi və həmin əmlaka dair İddiaçı hər hansı kompensasiyanın ödənilməməsi işin mübahisələndirilməyən halıdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-2280/2004 saylı Qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, X8 ilə X10 arasında Bakı şəhəri, İ.Qutqaşmli küçəsi, 98 saylı evə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, İddiaçı və X18 ilə X8 arasında həmin evin 2/3 hissəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, evin sahəsi 10 kv.m. sahəsinə X8, qalan hissəsinə isə İddiaçı və X9 adına müvafiq qeydiyyat vəsiqələrinin verilməsi bir vəzifə kimi Bakı şəhəri, Tİ və MHQİ-nə həvalə edilməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-2280/2004 saylı Qərardadına əsasən ərizə təmin edilərək, iş üzrə əlavə qətnamə çıxarılması, iddialar tam həcmdə təmin edilməsi, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 98 saylı evin bitişik köməkçi sahələri ilə birlikdə yaşayış 20,8 kv.m. olan iki otaqlı hissəsinə dair X19 ilə və evə bitişik köməkçi sahələri ilə birlikdə qalan hissəsinə dair X13 iİə alqı satqı müqaviləsinin bağlanmış hesab edilməsi və onların adına müvafiq qeydiyyat vəsiqələrinin verilməsi bir vəzifə kimi şəhəri, Tİ və MHQİnə həvalə edilməsi qət edilmişdir Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsinin FM seriyalı xx.xx.2005-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi daşınmaz əmlak paylı mülkiyyət olmaqla, həmin daşınmaz əmlakın ümumi sahəsinin, yəni 101.15 kv.m. sahəsinin “A”tikilisinin 2 y/ot 21.66 kv.m, ü/s 32.03 kv.m. X7 və İddiaçı adına, 1 otaq 9.7 kv.m X3 adına, “B” tikilisinin 2 y/ot 32.12 kv.m ü/s 59.4 kv.m X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin FM seriyalı 035977 nömrəli xx.xx.2005-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi daşınmaz əmlak paylı mülkiyyət olmaqla, həmin daşınmaz əmlakın ümumi sahəsinin, yəni 101.15 kv.m. sahəsinin “A” tikilisi X3 adına, “V” tikilisi X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyata alınmışdır. AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X11 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin “A” tikintisini "xxxx"MMC-yə satmışdır. AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin “V” tikintisini "xxxx"MMC-yə satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq xx.xx.2019-cu il tarixli məktubla bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 98 saylı evin “A” tikilisinin qalan hissədən bir hissə İddiaçı, “A” tikilisinin bir hissəsi və “V” tikilisi "xxxx" MMC-nin, “B” tikilisi X14, “A” tikilisindən qalan hissədən bir hissəsi X7 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. Apellyasiya baxşı zamanı ünvanlanmış sorğuya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, **********01 nömrəli cavab məktubunda Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 98 saylı fərdi yaşayış evinin “A” tikilisindən qalan hissədən bir hissəsi İddiaçı, “A” tikilisindən bir hissə və “V” tikilisi "xxxx" MMC-nin, “B” tikilisi X14, “A” tikilisindən qalan hissədən bir hissəsi X7 adına qeydiyyatdan keçməsi qeyd olunmuşdur. Apellyasiya baxışı zamanı Cavabdehnə ünvanlanmış sorğuya 16 mart 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi çərçivəsində ünvan 1 ünvanında yerləşən daşınmaz əmaka dair Cavabdeh ilə aşağıda qeyd oluna şəxslər arasında alqı-satqı müqavilələri bağlanaraq kompensasiya məbləğləri ödənilmişdir.
1. “A” və “V” tikililərinə görə "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi X6 AN-İ ******* nömrəli, 03 may 2008-ci il tarixli və AN-İ ******* nömrəli 03 may 2008-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı” müqavilələrinə, TİMHQİ tərəfindən verilmiş FM seriyalı 035977 nömrəli 09 mart 2005-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən tikililərin faktiki sahələri nəzərə alınmaqla ümumi 195450 manat;
2. “B” tikilisinə görə X16 TİMHQİ tərəfindən verilmiş FM seriyalı 035977 nömrəli 09 mart 2005-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən tikililərin faktiki sahələri nəzərə alınmaqla ümumi 87236 manat ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasnn 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifad etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərar olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Azərbaycan Respublikası Mülki Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsində qeyd olunub ki, bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, bələ razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar, bələdiyyə mülkiyyətində olan torpaqlar və üzərində istifadə və icarə hüquqları olan dövlət Torpaqları bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan bu Qanunun 9.1-ci maddəsində tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxsdən alınan torpaqla bağlı sahibliyin əldə edilməsi məhkəmə tərəfindən müvafiq qərar qəbul edildikdən sonra həyata keçirilə bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun 54.2-ci maddəsinin tələbinə görə kompensasiya alınmanı zəruri edən layihənin hesabına ödənilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 dekabr 2018-ci il tarixli 572 nömrəli “Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus yaşayış və qeyriyaşayış obyektlərinin bir qisminin dövlət ehtiyacları üçün alınması haqqında” Qərarının 1ci bəndində Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd olmaqla, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyekti dövlət ehtiyacları üçün alınması qeyd edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” 51 nömrəli, 16 fevral 2018-ci il tarixli Qərarına əsasən Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin “Baş Planı”na uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh müəyyən edilmişdir. Hazırkı iddianın predmeti olan ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 nömrəli, 16 fevral 2018-ci il tarixli, həmçinin 29 dekabr 2018-ci il tarixli 572 nömrəli qərarının təsiri altına düşür. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.... Mülki Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Cavabdehin mülki hüquqi pozuntuya yol verməsi nəticəsində iddiaçının əmlakına zərər dəymiş, cavabdehin hüquqazidd hərəkəti nəticəsində iddiaçı əmlakından məhrum olmuşdur. Odur ki, əmlakına dəyən zərərə görə cavabdehin iddiaçıya kompensasiya ödəməli olması barədə birinci instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin FM seriyalı 035977 nömrəli xx.xx.2005-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi, 98 saylı evin ümumi sahəsi 101.15 kv.m. təşkil etmiş, həmin evin “A” tikilisinin 32.03 kv.m. hissəsi isə X15 və İddiaçı məxsus olmuşdur. ünvan 1 ünvanında dair tərtib edilmiş texniki pasportdan isə görünür ki, “A” tikilinin ümumi sahəsi 59,42 kv.m olmuşdur. ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak söküldüyü üçün iddiaçının mülkiyyətində olan hissəsinin nə qədər təşkil etməsini yerində müəyyən etmək mümkün olmadığından apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə İddiaçı, üçüncü şəxs X17, X19 və Enerjiquraşdırma-F” MMC-nin mülkiyyətində olan əmlaka dair payların ölçüsü barədə məlumatın təqdim edilməsi barədə çoxsaylı sorğular ünvanlansa da, dəqiq məlumat təqdim edilməmişdir. Cavabdeh tərəfindən isə A” və “V” tikililərinə görə "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi X6 tikililərin faktiki sahələri nəzərə alınmaqla ümumi 195450 manat; “B” tikilisinə görə X16 tikililərin faktiki sahələri nəzərə alınmaqla ümumi 87236 manat ödənildiyi göstərilsə də, iddiaçıya, 3-cü şəxsə və digər şəxslərə ödənişin olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Qeyd edilməlidir ki, texniki pasporta əsasən ümumi sahəsi 59,42 kv.m müəyyən edilmiş ünvan 1 ünvanında yerləşən “A” tikilisinə dair İddiaçı, X17 və "xxxx" MMC-nin payları bərabər qəbul edildikdə, kompensasiya məbləği təmin edilmiş məbləğdən (59,42:3x1500=29710) artıq olmuş olur. Birinci instansiya məhkəməsi X7 və X4 paylarının bərabər qəbul edilərək hər birinin payının 16.015 kv.m müəyyən edilib iddiaçı Şəmiyev Feyruza 26 dekabr 2007-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanında qeyd edilmiş 20% əlavə və digər əlavələr hesablanmaqla (16.015 x 1500 = 24.022) 24.022,5 (iyirmi dörd min iyirmi iki manat beş qəpik) manat kompensasiya məbləğinin iddiaçıya ödənilməsi nəticəsinə gəlmişdir. Kollegiya qeyd edir ki, daşınmaz əmlaka dair payları dəqiq müəyyən etmək mümkün olmadığından, Cavabdeh tərəfindən A” tikiliyə görə iddiaçıya hər hansı bir məbləğ ödənilmədiyindən, birinci instansiya məhkəməsinin mövqeyi işin hallarına uyğun və əsaslı hesab edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli 2-1(81)- 1695/2019 nömrəli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova