Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-18/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X5 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-878/2023 nömrəli, 30 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********143298 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən “X8 Sanayi ve Ticaret" Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr əhatə olunmaqla növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2020-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir. (№ KY201549454; xx.xx.2020-ci il).
2. Yoxlamanın əhatə etdiyi dövrdə “X8 Sanayi ve Ticaret" Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi faktiki olaraq elektrik və su kəmərləri sistemlərinin, sair mühəndis avadanlıqlarının quraşdırılması ilə məşğul olmuşdur.
3. Səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli **********14386 nömrəli akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********148146 nömrəli qərar qəbul edilmişdir. Qərar üzrə hesablamalar aşağıdakı qaydada olmuşdur: -104002,42 manat mənfəət vergisi və 52001,21 manat maliyyə sanksiyası; -969091,25 manat ƏDV-nin az hesablanması (445174,2 manat artıq hesablama) və 484545,64 manat maliyyə sanksiyası; -55253,25 manat ÖMV və 27626,63 manat maliyyə sanksiyası; -80 manat maliyyə sanksiyası VM-nin 57.1-ci maddəsinə əsasən.
4. Səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli **********14386 nömrəli akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********148146 nömrəli qərar qəbul edilmişdir.
5. Səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərara əsasən vergi ödəyicisinin fəaliyyətində Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanuna müvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı “X8 Sanayi ve Ticaret" Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN **********) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********148146 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı SCnin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********148146 nömrəli 8 iyul 2021-ci il tarixli qərar qəbul edilmişdir. Sözügedən qərar iddiaçıya rəsmi şəkildə təqdim edilmədiyindən, 11 fevral 2022-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana müraciət olunmuş, bundan sonra qərar iddiaçının vəkilinin çalışdığı büronun elektron kargüzarlıq ünvanına daxil olmuş 16 fevral 2022-ci il tarixli elektron məktubla verilmişdir. Həmin qərar qanunsuz olduğundan ləğv edilməlidir. Onun inzibati akt kimi əsaslandırma hissəsi, yəni səyyar vergi yoxlaması aktı iddiaçıya təqdim edilmədiyindən iddia ərizəsi bu hissədə dəqiqləşdiriləcək. Sadalanan hallardan da məlum olur ki, inzibati aktın mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 1 ay iddia müddəti keçməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən cavabdehin 8 iyul 2021-ci il tarixli həmin qərarının ləğv edilməsi barədə qərar çıxarılması xahiş olunur.
8. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə iddia ilə bağlı təqdim olunmuş 7 iyul 2022-ci il tarixli məktubunda – vəsatətində bildirilmişdir ki, iddiaçı tərəfindən iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüş və müddətin bərpası üçün məhkəməyə müraciət olunmamışdır. Vergi ödəyicisi hüququ ünvanı Bakı şəhəri, Ş.Mehdiyev küçəsi, ev 93 olmaqla Azəraqrartikinti ASC-nin X2 binasında qeydiyyata alınmışdır. ASC-nin X6 18 yanvar 2021-ci il tarixli məktubunda həmin ünvanda İddiaçı SC-nin AR Nümayəndəliyinin yerləşmədiyini qeyd etmişdir. Vergi ödəyicisinin baza uçot məlumatlarında iddiaçının rəhbərliyi ilə telefon əlaqəsi saxlamağa cəhd olunsa da, telefon danışığı baş tutmamışdır (zəngə cavab verilməmişdir). İAMAS sərhədkeçmə alt sistemində olan məlumat əsasında Nümayəndəliyin direktorunun (Akalan Atillanın) 8 sentyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasını tərk etməsi müəyyən edlmişdir. Dövlət Miqrasiya Xidmətindən alınmış məlumatlara əsasən adıçəkilən şəxs (direktor) sonuncu dəfə 11 oktyabr 2017-ci il tarixdə ünvan 2 ünvanda yerləşən Nümayəndəliyin ofisi 5 yanvar 2016-cı il tarixdə ləğv edilmişdir, vergi orqanında Nümayəndəliyin digər təsərrüfat subyekti (obyekti) qeydiyyata alınmamışdır. İddiaçının mübahisələndirdiyi 8 iyul 2021-ci il tarixli qərar vergi ödəyicisinin elektron kabinetinə 9 iyul 2021-ci il tarixli məktubla həmin tarixdə göndərilmiş və 15 iyul 2021-ci il tarixdə vergi ödəyicisi tərəfndən oxunmuşdur. Göstərilənlərə və İPM-in 38.1cimaddəsinə, Vergi Məcəlləsinin 70.2.1-3-cü maddəsinə, əsaslanaraq, məhkəmədən iddianın mümkün sayılmaması xahiş olunmuşdur.
9. Həmçinin, cavabdeh 15 avqust 2022-ci il tarixli vəsatətlə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hazırkı inzibati mübahisə üzrə icraatın Xidmətin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində başlanmış cinayət işinin icraatı başa çatanadək dayandırılmasını xahiş etmişdir. Vəsatətdə İPM-in 7.2-ci maddəsinə istinad edilmiş və qeyd olunmuşdur ki, Nümayəndəliyin xüsusilə külli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə AR Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə cinayət işi başlanmışdır, hazırda cinayət işinin icraatı davam etməkdədir. Qeyd olunan cinayət təqibinin hazırkı inzibati mübahisənin həllinə təsir etməsi halları mövcuddur və hesab olunur ki, həmin hallar cinayət təqibi zamanı araşdırılmadan məhkəmə mübahisəsi üzrə obyektiv və düzgün qərarın çıxarılması qeyri-mümkündür.
10. Məhkəmə iş üzrə icraatın dayandırılmasını məğbul qiymətləndirməmiş və vəsatəti təmin etməmişdir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, hazırkı halda iş üzrə icraatın dayandırılmasına zərurət yaranmır. Hazırkı inzibati mübahisənin həlli mübahisələndirilən qərar, hansı ki, vergi orqanı tərəfindən qəbul edilmişdir, əsas götürülməklə aidiyyəti cinayət işi üzrə istintaqı aparan digər orqan tərəfindən (nəzərə alınmalıdır ki, istintaq vergi orqanı tərəfindən aparılır) toplanmış sübutlar çərçivəsində yekun məhkəmə aktından (qərar və ya hökm) asılı deyil. Qanunvericilikdə inzibati məhkəmə icraatı zamanı yetərli sübut və dəlillərin əldə edilməsi və qiymətləndirilməsi imkanları genişdir və onlar heç də cinayət mühakimə icraatı çərçivəsində toplanmış sübutlardan zəif çəkiyə malik deyil. Hazırkı inzibati iş üzrə icraatın müvafiq cinayət işi üzrə icraat başa çatanadək dayandırılması məqsədəuyğun deyil.
11. İddiaçı tərəf məhkəməyə iddianın əsaslandırılması barədə növbəti ərizəsini təqdim etmişdir. Ərizədə aşağıdakılar qeyd olunur: 2022-ci ilin mart ayının 11-də məhkəməyə müvafiq iddia ərizəsi təqdim edilən zaman məhkəməyə bildirilmişdir ki, iş məhkəmənin icraatında olan dövrdə cavabdeh 02 iyun 2021-ci il tarixi **********143386 nömrəli səyyar vergi yoxlaması aktını məhkəməyə göndərmişdir. Həmin aktla tanış olduqdan sonra (akt həmin vaxtadək Nümayəndəliyə təqdim edilməmişdir) iddia ərizəsinin əsaslandırılmasını belə məzmunda təqdim edilir: Yoxlama aktına əsasən iddiaçıya ümumilikdə 683.172,72 manat əlavə vergi məbləği hesablanmış və azaldılmış vergi məbləğinə görə 564.253,48 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. 1) (Mənfəət vergisi üzrə) Yoxlama aktında yoxlamanın nəticəsi olaraq 2017 – 2019-cu illər üzrə ümumilikdə 104.002,42 manat əlavə olaraq mənfəət vergisi hesablanmış və 52.001,21 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Aktda qeyd edilmiş əlavə vergi məbləğinin hesablanması bazar qiymətlərinin müəyyənləşdirmək məqsədilə tərtib edilmiş ekspert rəyinə və Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı qərarına əsaslanmışdır. Belə ki, yoxlama zamanı “Ekspertizanın təyin edilməsi haqqında” 4 may 2021-ci il tarixli qərar çıxarılmış və “X15” MMC-nin nümayəndəsi ekspert kimi cəlb olunmuşdur. Ekspertə 26 avtonəqliyyat vasitəsinin siyahısı, 2 texnikanın alqısatqı müqaviləsi təqdim edilmiş və ekspert tərəfindən real bazar qiymətlərinin müəyyənləşdirilməsi barədə 25 may 2021-ci il tarixli ekspert rəyi tərtib edilmişdir. Lakin bazar qiymətini müəyyən etmək üçün ekspert tərəfindən hazırlanmış ekspert rəyində qeyd olunan qiymətlər real bazar qiymətlərini əks etmir. Belə ki, ekspertiza rəyində qiymətlərin formalaşmasında mövcud bazarı əks etdirən mənbələrə istinad edilməmiş, avtonəqliyyat vasitələri və texnikaların texniki vəziyyətləri araşdırılmamış və nəticə etibarı ilə bazarda mövcud olmayan qiymətlər rəydə öz əksini tapmışdır. Beləliklə, yoxlama ilə bazar qiymətlərini özündə düzgün əks etdirməyən ekspert rəyinə əsasən 2017 – 2019-cu illər üzrə gəlir əsassız olaraq 220.964.89 manat şişirdilmişdir. Məlum olduğu kimi, Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı qərarı vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı halda şərti rentabellik norması əsasında mənfəəti şərti üsullardan biri ilə müəyyən edilməsini tənzimləyir. Yoxlama aktında Nümayəndəliyin gəlirinin qarşılıqlı əlaqələri təsdiq edən sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmuşdur. Deməli, qarşılıqlı əlaqələri təsdiq edən sənədlər gəlirdən çıxılan xərclərin də müəyyən edilməsinə imkan verir. Nazirlər Kabinetinin həmin qərarının tətbiqi şərti hesablama üsulu olduğundan, belə halda onun tətbiqinə ehtiyac qalmır, yəni qarşılıqlı əlaqələri təsdiq edən sənədlər daha real xərclərin hesablanmasını əhatə edir. Lakin yoxlama aktında şərti hesablama düsturundan istifadə edilməklə əsassız olaraq 2017 – 2019cu illər üzrə ümumilikdə 104.002,42 manat əlavə olaraq mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlamaları zamanı ziddiyyətli və aydın olmayan hallar mövcud ola bilər və Vergi Məcəlləsinin 3.11-ci maddəsinə görə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 2) (Əlavə dəyər vergisi üzrə) Yoxlama aktında yoxlama ilə əhatə olunan dövrdə 969.091.25 manat ƏDV-nin əlavə olaraq, 445.174.2 manat ƏDVnin artıq hesablanması müəyyən olunmuş və nəticədə 523.917,05 manat ƏDV əlavə vəsait kimi hesablanmışdır. Yol verilmiş pozuntuya görə 484.545,64 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Aktda yoxlanılan dövr üzrə 22 avtonəqliyyat vasitəsinin, 2 texnikanın satış dəyəri ekspert tərəfindən müəyyən edilmiş bazar qiyməti ilə götürülərək, əsassız olaraq ümumilikdə 115.361,80 manat əlavə vergi məbləği hesablanmışdır. Belə ki, yoxlama zamanı “X15” MMC-nin nümayəndəsinə (ekspertinə) 26 avtonəqliyyat vasitəsinin siyahısı, 2 texnikanın alqı-satqı müqaviləsi təqdim edilmiş və ekspert tərəfindən real bazar qiymətlərinə dair 25 may 2021-ci il tarixli rəy tərtib edilmişdir. Lakin həmin ekspert rəyində qeyd olunan qiymətlər real bazar qiymətlərini əks etdirmir. Belə ki, həmin ekspertiza rəyində qiymətlərin formalaşmasında mövcud bazarı əks etdirən mənbələrə istinad edilməmiş, avtonəqliyyat vasitələri və texnikaların texniki vəziyyətləri araşdırılmamış və nəticə etibarı ilə bazarda mövcud olmayan qiymətlər rəydə öz əksini tapmışdır. Beləliklə, yoxlama ilə bazar qiymətlərini özündə düzgün əks etdirməyən ekspert rəyinə əsasən yoxlanılan dövrdə əsassız olaraq əlavə ƏDV məbləği hesablanmışdır. Yoxlama aktında 2020-ci ilin oktyabr ayı üzrə 2.287.872,7 manat mal qalığı üzrə 411.808,99 manat vergi hesablanması və 205.904,49 manat maliyyə sanksiyasının tətbiq edilməsi qeyd edilmişdir. Bununla əlaqədar qeyd olunur ki, oktyabr ayında 2.287.872,7 manat mal qalığı mövcud olmamışdır. Yoxlama aktında bu rəqəmin necə hesablandığı barədə heç bir qeyd yoxdur. Bundan əlavə, Vergi Məcəlləsinin müddəalarına müvafiq mal qalığının əskik gəlməsinə görə vergi hesablanması üçün malın mövcudluğunun yoxlanılması barədə nəzarət tədbirləri görülməli və mal qalığının əskik gəlməsi faktı müvafiq qaydada rəsmiləşdirilməlidir. Yoxlama aktında isə, mənbəyi bəlli olmayan rəqəm mal qalığı kimi götürülərək əsassız vergi məbləği hesablanmışdır. Aktda qeyd edilir ki, "xxxx" ASCdən daxil olan sənədlərə əsəsən Göyçay şəhəri su qəbuledici qurğularının tikintisi, su təhcizatı və kanalizasiya şəbəkəsinin bir hissəsinin bərpası işləri üzrə 2.473.333.63 manat ödəniş işlər təhvil verildikdən 30 gün keçdikdən sonra, yəni 28 dekabr 2017-ci il tarixdə bank hesabına daxil olduğuna görə Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən 2017-ci ilin noyabr ayı üzrə ƏDV bəyannaməsində vergiyə cəlb olunmalıdır. Yoxlama aktında bu hal pozuntu kimi qəbul edilərək, 222.600,03 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Məlumdur ki, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Məcəllənin 135-ci maddəsinə əsasən vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. Nümayəndəlik "xxxx" ASC ilə uzunmüddətli müqavilə bağlamış və bu müqavilədə nəzərdə tutulan işlərin görülməsinin tam başa çatdığı vaxtadək aparılan ödənişlər Vergi Məcəlləsinin 166-cı maddəsinə müvafiq olaraq ayrıca əməliyyat kimi nəzərə alınmalıdır. Lakin yoxlama ilə Vergi Məcəlləsinin tələbləri pozularaq əsassız maliyyə sanksiyası tətbiq edilmişdir. 3) (Ödəmə mənbəyində tutulan vergi üzrə) Səyyar vergi yoxlaması zamanı Nümayəndəlik tərəfindən Türkiyədə yerləşən X13 Sanayi ve Ticaret Anonim Sirketinə alınmış mallar üçün ödənilmiş 552.532.5 manat baş ofisə (qeyri-rezidentə) dividend ödənilməsi kimi qəbul edilərək, 10% dərəcə ilə 55.253,25 manat ödəmə mənbəyindən tutulan vergi hesablanmış və 27.626.63 manat maliyyə sanksiyası tətbiq edilmişdir. X3 Muhendislik İnşaat Sanayi ve Ticaret Anonim Sirketi ilə mal alışına görə müqavilə bağlamış, alınmış mallar Azərbaycan sərhədini keçdikdə Dövlət Gömrük Komitəsi tərəfindən yük gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş və malların dəyəri ödənildikdə bank tərəfindən ödəniş sənədində təyinat mal alışı kimi göstərilmişdir. Lakin yoxlama zamanı rəsmi dövlət orqanlarının sənədləri nəzərə alınmamış, hətta sənədlər şübhə altına alınaraq, şəxsi mülahizəyə əsasən tam əsassız olaraq əlavə 55.253,25 manat vergi və 27.626,63 manat maliyyə sanksiyası hesablanmışdır.
12. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə təqdim olunmuş 5 oktyabr 2022-ci il tarixli məktubunda (etirazında ) bildirilir ki, cavabdehin 29 dekabr 2020-ci il tarixli qərarı ilə iddiaçının 1 yanvar 2017-ci il tarixdən 31 oktyabr 2020-ci il tarixədək olan dövrü əhatə edən fəaliyyətində səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamada müvafiq sənədlər təqdim edilməmişdir. ünvan 3 ünvanda yerləşən Nümayəndəliyin ofisi 5 yanvar 2016-cı il tarixdə ləğv edilmişdir. Vergi orqanıda Nümayəndəliyin digər təsərrüfat subyekti (obyekti) qeydiyyata alınmamış, fəaliyyəti 31 yanvar 2020-ci il tarixdən 31 yanvar 2025-ci il tarixədək dayandırılmışdır. Araşdırma ilə müəyyənləşdirilmişdir ki, Nümayəndəliyin hüquqi ünvanı Bakı şəhəri, Ş.Mehdiyev küçəsi, ev 93 olmaqla Azəraqrartikinti ASC-nin X4 binasında qeydiyyata alınmışdır. Filial sorğuya cavab olaraq 18 yanvar 2021-ci il tarixli məktubunda həmin ünvanda iddiaçının (Nümayəndəliyin) yerləşmədiyini bildirmişdir. Yoxlamanın keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərinin və əşyalarının baxışının keçirilməsi zərurəti yarandığına görə Vergi Məcəlləsinin 41-ci maddəsinə uyğun olaraq Nümayəndəliyin ünvan 5 ünvanına 18 yanvar 2021-ci il tarixdə baxış keçirilmiş və protokol tərtib edilmişdir. Nümayəndəliyin direktoru onun yeri məlum olmadığından, baxışın keçirilməsində iştirak etməmişdir. Baxışın keçirilməsi zamanı həmin ünvanda Nümayəndəliyin ofisi, obyekti, anbarı və mal qalığı aşkar olunmamışdır. İAMAS-ın sərhədkeçmə alt sistemindən alınmış məlumatlar əsasında direktorun 8 sentyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasını tərk etməsi müəyyən edilmişdir. Yoxlama qarşılıqlı əlaqələrə dair sənədlər əsasında aparılmışdır. "xxxx" ASC , DİN Baş Dövlət Yol Polisi İdarəsi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, FHN X7 Görülməsi və DağMədən Nəzarəti Agentliyi, "xxxx" QSC, "xxxx" Sığorta Şirkəti ASC, "xxxx" MMC, "xxxx" MMC üzrə qarşılıqlı əlaqələrə dair alınmış məlumatlar akta əlavə edilmişdir. Yoxlamanın nəticəsinə dair 2 iyun 2021-ci il tarixli akt tərtib edilmişdir. Müvafiq zərurət yarandığından, avtonəqliyyat vasitələri və texniki vasitələrin real bazar qiymətlərini müəyyənləşdirmək məqsədi ilə “X15” MMC-nin nümayəndəsi ekspert kimi cəlb edilmişdir. 25 may 2021-ci il tarixli rəy tərtib olunaraq yoxlamaya təqdim edilmişdir. Yoxlama müəssisənin digər vergi ödəyicilərinə təqdim etdiyi və digər vergi ödəyicilərindən əldə etdiyi e-qaimə fakturalar, e-vhf, bank hesabları üzrə aparılmış əməliyyatlar barədə bank məlumatları və toplanmış qarşılıqlı əlaqələrə dair məlumatlar əsasında aparılmışdır. Yoxlama ilə əlavə vergi məbləğləri aşağıdakı kimi müəyyən edilmişdir: 1) Mənfəət vergisi üzrə: (2017-ci il) 2017-ci il üzrə hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində işlərin görülməsində gəlir 2.473.333,63 manat, məzənnə fərqindən mənfi fərq 1.013,27 manat, çıxılmalardan sonra ümumi gəlir 2.472.320,36 manat, ümumi gəlirdən çıxılan cəmi xərc 2.748.043,1 manat, (o cümlədən, əmək haqqı xərci 20.727,06 manat, DSMF ayırması 4.401,55 manat, xammal və materiallar 2.386.606,26 manat, enerji xərci 1.855,63 manat, rabitə xərci 1.275,88 manat, bank xidməti üzrə xərc 23.297,97 manat, borca görə faizlər 11.527,49 manat, amortizasiya ayırması 287.667,29 manat, sığorta xərci 190 manat və gəlirdən çıxılan vergilər 10.493,97 manat qeyd olunmaqla) 275.722,74 manat zərər hesablanmışdır "xxxx" ASC-dən daxil olan sənədlərə əsasən Göyçay şəhəri su qəbuledici qurğularının tikintisi, su təhcizatı və kanalizasiya şəbəkəsinin bir hissəsinin bərpası işləri üzrə 28 dekabr 2017-ci il tarixdə bank hesabına 2.473.333,63 manat (10% tutulmanın ödənişi) daxil olmuşdur. DİN BDYPİ-dən daxil olan sənədlərə əsasən 2017-ci ildə 7 ədəd minik avtomobili satılmışdır. Satılmış nəqliyyat vasitələrinin dəyəri bəyannamələrə salınmamışdır. Ekspert tərəfindən 2017-ci ildə satılmış nəqliyyat vasitələrinin dəyəri cəmi ƏDV ilə 204.000 manat müəyyyən edilmişdir (ƏDV çıxılmaqla 172.881 manat). 2017-ci il üzrə malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən ümumi gəlir 2.646.214,63 manat (o cümlədən, işlərin görülməsindən (Göyçay şəhəri su qəbuledici qurğularının tikintisi, su təhcizatı və kanalizasiya şəbəkəsinin bir hissəsinin bərpası işləri) gəlir 2.473.333,63 manat, malların (DYP-dən alınmış məlumata əsasən 2017-ci ildə satılmış, lakin bəyannamələrə salınmamış nəqliyyat vasitələrinin ekspert tərəfindən müəyyən edilən dəyərinin ƏDV-siz hissəsi) təqdim edilməsindən gəlir 172.881 manat), məzənnə fərqindən mənfi fərq 1.013.27 manat müəyyən edilmişdir. 2017-ci il üzrə gəlirin əldə edilməsi ilə bağlı xərclərə daxil edilmiş 2.386.606,26 xammal və materiallar xərci yoxlama ilə təsdiqini tapmadığınndan, mənfəəti birbaşa müəyyən etmək mümkün olmamışdır. Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddəsinə əsasən 2017-cı ildə müəssisənin hesablama metodu ilə malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən 2.646.214,63 manat gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır: Yoxlama ilə 2017-cı il üzrə müəssisənin əldə etdiyi 2.646.214,63 manat gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır: M1 = 2.646.214,63/120 x 20 = 441.035,77 manat. 2017-ci il üzrə hesablanmış 441.035,77 manat mənfəətdən 1.013,27 manat məzənnə fərqindən mənfi fərq çıxılmaqla 440.022,50 manat məbləğdən 20% dərəcə ilə 88.004,5 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəssisə tərəfindən 2017-cı il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 88.004,5 manat (bəyannamə ilə zərər hesablanmışdır) azaldılması müəyyən edilmişdir (VM-in 58.1-ci maddəsinə əsasən 50% maliyyə sanksiyası tətbiq olunmaqla); (2018-ci il) 2018-ci il üzrə hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 21.186,44 manat, o cümlədən amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir 21.186,44, ümumi gəlirdən çıxılan cəmi xərc 278.317,66 manat, (o cümlədən, əmək haqqı xərci 11.714,33 manat, DSMF ayırması 2.635,72 manat, rabitə xərci 486,69 manat, bank xidməti üzrə xərc 2.229,04 manat, amortizasiya ayırması 253.212,05 manat, (amortizasiya ayırması tərkibində təqdim edilmiş əsas vəsaitlərin dəyəri 41.196,.85) sığorta xərci 161,14 manat və gəlirdən çıxılan vergilər 7.878,69 manat qeyd olunmaqla) 257.131,22 manat zərər hesablanmışdır. Yoxlamaya 2018-ci il üzrə qarşılıqlı əlaqələrə dair sənədlər daxil olmuşdur. DİN BDYPİ-dən daxil olan sənədlərə əsasən 2018-ci ildə 19 ədəd minik avtomobili satılmışdır. Satılmış nəqliyyat vasitələrinin dəyəri bəyannamələrə salınmamışdır. Ekspert tərəfindən 2018-ci ildə satılmış nəqliyyat vasitələrinin dəyəri cəmi ƏDV ilə 558.000 manat müəyyyən edilmişdir (ƏDV çıxılmaqla 472.881 manat). Aqrar Xidmətlər Agentliyindən daxil olan sənədlərə əsasən dekabr 2018-ci ildə 1 ədəd ekskovator (Komatsu PC-27019) 25.000 manata (ƏDV çıxılmaqla 21.186,45 manat) satılmışdır. 2018-ci il üzrə vergi ödəyicisi tərəfindən amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir 21.186,44 manat, həmin gəlirin əldə edilməsi ilə bağlı xərclərdə təqdim edilmiş əsas vəsaitlərin dəyəri isə 41.196,85 manat hesablanmışdır. Ekspert tərəfindən 2018-ci ildə satılmış ekskovatorun dəyəi 50.000 manat (ƏDV çıxılmaqla 42.372.88 manat) müəyyən edilmişdir. Yoxlama ilə ekskovatorun satışından mənfəət 1.176,03 (42.372,88 – 41.196,85) manat müəyyən edilmişdir. DİN BDYPİ-dən daxil olan sənədlərə əsasən təqdim edilmiş nəqliyyat vasitələri üzrə vergi ödəyicisi tərəfindən həmin nəqliyyat vasitələrinin satış və qalıq dəyəri barədə heç bir sənəd və ya məlumat verilməmişdir. Ekspert tərəfindən 2018-ci ildə satılmış nəqliyyat vasitələrinin dəyəri cəmi 558.000 manat (ƏDV çıxılmaqla 472.881 manat) müəyyyən edilmişdir. Lakin satılmış nəqliyyat vasitələrinin qalıq dəyəri barədə məlumat olmadığına görə həmin satış üzrə mənfəəti birbaşa müəyyən etmək mümkün olmamışdır. Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddəsinə əsasən 2018-cı ildə müəssisənin nəqliyyat vasitələrinin təqdim edilməsindən gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablanmışdır: M1 = 472.881/120 x 20 = 78.813,5 manat. 2018-ci il üzrə hesablanmış 79.989,53 manat (1.176,03 + 78.813,5) mənfəətdən 20% dərəcə ilə 15.997,91 manat mənfəət vergisi hesablanmışdır. Yoxlama ilə müəssisə tərəfindən 2018- cı il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 15.997,91 manat (bəyannamə ilə zərər hesablanmışdır) azaldılması müəyyən edilmişdir (müvafiq maliyyə sanksiyası tətbiq edilməklə); (2019-cu il) 2019-cu il üzrə hesablama metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümumi gəlir 23.950 manat, o cümlədən amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir 23.950 manat, ümumi gəlirdən çıxılan cəmi xərc 226.301,07 manat, (o cümlədən, əmək haqqı xərci 4.200 manat, DSMF ayırması 819 manat, enerji xərci 2.261,52 manat, rabitə xərci 25,46 manat, bank xidməti üzrə xərc 53 manat, borca görə faizlər 6.115,75 manat, amortizasiya ayırması 206.704,05 manat (amortizasiya ayırması tərkibndə təqdim edilmiş əsas vəsaitlərin dəyəri 23.941,58 manat), sığorta xərci 15,75 manat və gəlirdən çıxılan vergilər 6.106.54 manat qeyd olunmaqla) 202.351,07 manat zərər hesablanmışdır. Aqrar Xidmətlər Agentliyindən daxil olan sənədlərə əsasən 7 fevral 2019-cu il tarixdə 1 ədəd ekskovator (tamdönərli CAT 330DL) 28.261 manata (ƏDV çıxılmaqla 23.950 manat) satılmışdır. Ekspert tərəfindən 2019-cu ildə satılmış ekskovatorun dəyəri 60.000 manat (ƏDV çıxılmaqla 50.847.46 manat) müəyyyən edilmişdir. Yoxlama ilə 2019-cu il üzrə ümumi gəlir 50.847.46 manat, ümumi gəlirdən çıxılan cəmi xərc 226.301.07 manat (o cümlədən əmək haqqı xərci 4.200 manat, DSMF ayırması 819 manat, enerji xərci 2.261,52 manat, rabitə xərci 25,46 manat, bank xidməti üzrə xərc 53 manat, borca görə faizlər 6.115,75 manat, amortizasiya ayırması 206.704,05 manat (amortizasiya ayırması tərkibində təqdim edilmiş əsas vəsaitlərin dəyəri 23.941,58), sığorta xərci 15,75 manat və gəlirdən çıxılan vergilər 6.106,54 manat) və nəticədə 175.453,61 manat zərər müəyyən edilmişdir. Yoxlama ilə əhatə olunan dövrdə mənfəət vergisi məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nüsbətən 2017-ci ildə 88.004,5 manat və 2018cİ ildə 15.997,92 manat azaldılması müəyyən olunmuşdur. Nəticədə mənfəət vergisi üzrə 104.002,42 manat əlavə vəsait hesablanmışdır. Mənfəət vergisi ilə bağlı iddiaçı iddia ərizəsində Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 saylı qərarına əsasən hesablamaların qanunauyğun olmadığını, xərclərin qarşılıqlı sənədlərlə müəyyən olunduğunu bildirsə də, vergi ödəyicisi tərəfindən xərcləri təsdiq edən sənədlər təqdim edilməmiş, yoxlama ilə də xərcləri təsdiq edən hər hansı sənəd və ya məlumat aşkar edilməmiş, bu səbəbdən vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmamışdır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. 2) Əlavə dəyər vergisi: Yoxlama ilə əhatə olunan 1 noyabr 2017ci il tarixdən 1 noyabr 2020-ci il tarixədək olan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində vergi qanunvericiliyinin pozulması halları aşkar edilmişdir. 2017-ci ilin noyabr ayı üzrə ƏDV bəyannaməsində 0 manat dövriyyə üzrə 0 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 0 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 0 manat vergi hesablanmış, dekabr ayı üzrə ƏDV bəyannaməsində isə, 2.473.333,63 manat dövriyyə üzrə 445.200,05 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 316.961,39 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 128.238,66 manat vergi hesablanmışdır. "xxxx" ASC-dən daxil olan sənədlərə əsasən Göyçay şəhəri su qəbuledici qurğularının tikintisi, su təhcizatı və kanalizasiya şəbəkəsinin bir hissəsinin bərpası işləri üzrə ödəniş 30 gün keçdikdən sonra başa çatdığına görə (28 dekabr 2017-ci il tarixdə bank hesabına 2.473.333,63 manat daxil olduğundan) Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən həmin məbləğ 2017-ci ilin noyabr ayı üzrə ƏDV bəyannaməsində vergiyə cəlb olunmalıdır. DİN BDYPİ-dən daxil olan sənədlərə əsasən 2017-ci ildə cəmi 7 ədəd minik avtomobili, o cümlədən yoxlama ilə əhatə olunan dövrdə, yəni 24 noyabr 2017-ci il tarixdə 3 ədəd minik avtomobili satılmışdır. Satılmış nəqliyyat vasitələrinin dəyəri bəyannamələrə salınmamışdır. Ekspert tərəfindən 2017-ci ildə satılmış nəqliyyat vasitələrinin dəyəri cəmi ƏDV ilə 204.000 manat (ƏDV çıxılmaqla 172.881 manat), o cümlədən yoxlama ilə əhatə olunan dövrdə, yəni 24 noyabr 2017-ci il tarixdə satılmış 3 ədəd minik avtomobilinin dəyəri cəmi ƏDV ilə 120.000 manat (ƏDV çıxılmaqla 101.695 manat) müəyyyən edilmişdir ki, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən həmin 101.695 manat məbləğdə 2017-ci ilin noyabr ayı üzrə ƏDV bəyannaməsində vergiyə cəlb olunmalıdır. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən 2017-ci ilin noyabr ayı üzrə ƏDV bəyannaməsində əvəzləşdirilməli ƏDV 0 manat müəyyən edilmiş, dekabr ayı üzrə ƏDV bəyannaməsində isə, 37.645,41 manat artıq əvəzləşmə aparılması aşkar edilmişdir, o cümlədən "xxxx" MMC-nin 28 dekabr 2017-ci il tarixli HR 24214-24219 nömrəli VHF-lar üzrə "xxxx" ASC-də müvafiq hesab üzrə cəmi 209.000 manat malın dəyərinin ödənişi 5 yanvar 2018-ci il tarixdə başa çatdığına görə cəmi 37.620 manat ƏDV əvəzləşməsi 2017-ci ilin dekabr ayında deyil 2018-ci ilin yanvar ayında aparılmalıdır. "xxxx" MMC-nin HQ 630407 nömrəli və HQ 134127 nömrəli VHFlər üzrə xidmətin dəyərinin bank hesabı üzrə ödənişi aşkar olunmadığına görə 25,41 manat ƏDV əvəzləşdirilə bilməz. Yoxlama ilə 2017-ci ilin noyabr ayı üzrə 2.575.028,63 (2.473.333,63 + 101.695) manat dövriyyə üzrə 463.505,15 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 0 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 463.505,15 manat vergi hesablanması nəticəsində ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 463.505,15 manat azaldılması müəyyən olunmuşdur. Yoxlama ilə 2017-ci ilin dekabr ayı üzrə 0 manat dövriyyə üzrə 0 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 279.315,54 manat ƏDV məbləği çıxılmaqla büdcədən qaytarılan məbləğ 279.315,54 manat hesablanması nəticəsində ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 407.554,2 manat (bəyannamə üzrə 128.238,66 + yoxlama üzrə 279.315,54 manat) artıq hesablanması müəyyən olunmuşdur. 2018-ci ilin yanvar ayı üzrə ƏDV bəyannaməsində 0 manat dövriyyə üzrə 0 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 0 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 0 manat vergi hesablanmışdır. Yoxlama ilə Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən 2018-ci ilin yanvar ayı üzrə ƏDV bəyannaməsində 37.620 manat az əvəzləşmə aparılması aşkar edilmişdir, o cümlədən "xxxx" MMC-nin 28 dekabr 2017-ci il tarixli HR 24214-24219 nömrəli VHF-lər üzrə "xxxx" ASC-də müvafiq hesab üzrə cəmi 209.000 manat malın dəyərinin ödənişi 5 yanvar 2018-ci il tarixdə başa çatdığına görə cəmi 37.620 manat ƏDV əvəzləşməsi 2018-ci ilin yanvar ayında büdcədən qaytarılan məbləğ kimi hesablanmalıdır. Nəticədə 2018-ci ilin yanvar ayında ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 37.620 manat artıq hesablanması müəyyən olunmuşdur. 2018-ci ilin fevral ayı üzrə ƏDV bəyannaməsində 0 manat dövriyyə üzrə 0 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 0 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 0 manat vergi hesablanmışdır. DİN BDYPİ-dən daxil olan sənədlərə əsasən 2018-ci ilin fevral ayında 19 ədəd minik avtomobili satılmışdır. Satılmış nəqliyyat vasitələrinin dəyəri bəyannamələrə salınmamışdır. Ekspert tərəfindən 2018-ci ildə satılmış nəqliyyat vasitələrinin dəyəri cəmi ƏDV ilə 558.000 manat (ƏDV çıxılmaqla 472.881 manat) müəyyən edilmişdir ki, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən həmin 472.881 manat məbləğ 2018-ci ilin fevral ayı üzrə ƏDV bəyannaməsində vergiyə cəlb olunmalıdır. Yoxlama ilə 2018-ci ilin fevral ayı üzrə ƏDV bəyannaməsində 472.881 manat dövriyyə üzrə 85.118,58 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 0 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 85.118,58 manat vergi hesablanması nəticəsində ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 85.118.58 manat azaldılması müəyyən olunmuşdur. 2018-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsində 21.186,44 manat dövriyyə üzrə 3.813,56 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 2,7 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 3.810,86 manat vergi hesablanmışdır. Aqrar Xidmətlər Agentliyindən daxil olan sənədlərə əsasən 2018-ci ilin dekabr ayında 1 ədəd ekskovator (Komatsu PC-27019) satılmışdır. Ekspert tərəfindən 2018-ci ildə satılmış ekskovatorun dəyəri 50.000 manat (ƏDV çıxılmaqla 423.72,88 manat) müəyyyən edilmişdir ki, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən həmin 42.372,88 manat məbləğ 2018-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsində vergiyə cəlb olunmalıdır. Yoxlama ilə 2018-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsində 42.372,88 manat dövriyyə üzrə 7.627,12 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 2,7 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 7.624,,42 manat vergi hesablanması nəticəsində ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 3.813,56 (3.810,86 – 7.624,42) manat azaldılması müəyyən olunmuşdur. 2019- cu ilin fevral ayı üzrə ƏDV bəyannaməsində 23.950 manat dövriyyə üzrə 4.311 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 0,38 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 4.310,62 manat vergi hesablanmışdır. Aqrar Xidmətlər Agentliyindən daxil olan sənədlərə əsasən 2019-cu ilin fevral ayında 1 ədəd ekskovator (tamdönərli CAT 330DL) satılmışdır. Ekspert tərəfindən 2019-cu ildə satılmış ekskovatorun dəyəri 60.000 manat (ƏDV çıxılmaqla 50.847,46 manat) müəyyyən edilmişdir ki, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən həmin 50.847,46 manat məbləğ 2019-cu ilin fevral ayı üzrə ƏDV bəyannaməsində vergiyə cəlb olunmalıdır. Yoxlama ilə 2019-cu ilin fevral ayı üzrə ƏDV bəyannaməsində 50.847,46 manat dövriyyə üzrə 9.152,54 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 0,38 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 8.152,16 manat vergi hesablanması nəticəsində ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 4.841,54 (4.310,62 – 9.152,16) manat azaldılması müəyyən olunmuşdur. 2019- cu ilin aprel – sentyabr, noyabr və dekabr ayları üzrə "xxxx" MMCnin vergi hesab-fakturaları üzrə xidmətin dəyərinin bank hesabı üzrə ödənişi aşkar olunmadığına müvafiq məbləğlər əvəzləşdirilə bilməz. Araşdırma zamanı iddiaçı tərəfindən 2016-cı ildə 3.379.992,76 manat məbləğində malın alındığı, 1.153.260,54 manat silindiyi, yoxlama dövrünə aid olan 2017-ci ilin əvvəlinə 2.226.732,22 manat mal qalığının olduğu müəyyən edilmişdir. 2017-ci ildə 1.763.478,02 manat məbləğində malın alındığı, 1.702.382,54 manat məbləğində malın silindiyi müəyyən edilmiş, 2017ci ilin sonuna 2.287.827,7 (2.226.732,22 + 1.763.478,02 – 1.702.382,54) manat məbləğində mal qalığının mövdud olmalı olduğu aşkar edilmişdir. Nümayəndəliyin fəaliyyəti 31 yanvar 2020-ci il tarixdən 31 yanvar 2025-ci il tarixədək dayandırılmışdır. Yoxlama zamanı Nümayəndəliyin ünvan 5 ünvanına baxış keçirilmiş və Nümayəndəliyinin ofisi, obyekti, anbarı və mal qalığı aşkar olunmamış, 1 yanvar 2020ci il tarixə müəyyən edilmiş mal qalığı Vergi Məcəlləsinin 67.15 və 159.5-cı maddəsi üzrə yoxlama dövrünün sonuncu ayında vergiyə cəlb olunmalıdır. 2020-ci ilin oktyabr ayı üzrə .2287.827,7 manat mal qalığı üzrə 411.808,99 manat vergi hesablanmışdır. Yoxlama ilə əhatə olunan dövrdə ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nüsbətən cəmi 969.091,25 manat azaldılması və 445.174,2 manat artıq hesablanması müəyyən olunmuşdur. Nəticədə ƏDV üzrə 523.917,05 (969.091,25 – 4451.74.2) manat əlavə vəsait müəyyən olunmuşdur. İddiaçı 2017-ci ilin noyabr ayı üçün hesablanmış maliyyə sanksiyasının əsassız olduğunu, Vergi Məcəlləsinin 135-ci maddəsinə istinad edərək gəlirin onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayıldığını bildirir. İddiaçının isitnad etidiyi Vergi Məcəlləsinin 135-ci maddəsi gəlir və mənfəət vergisi məqsədləri üçün istifadə edilə bilər. ƏDV üzrə isə, vergi tutulan əməliyyatın vaxtı Vergi Məcəlləsinin 166-cı maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 2017-ci ildə qüvvədə olan redaksiyasının 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. 3) Ödəmə mənbəyində tutulan vergi: Alınmış mal (alınmış arac makina ekipman üçün ödəniş) adı ilə 4 yanvar 2018-ci il tarixdə "xxxx" ASC-də müvafiq hesabdan xaricə – təsisçi X9 ve Ticaret Anonim Şirketinə ödənilmiş 552.532,5 manat məbləğdə mal alınması müəyyən olunmadığına və nəticədə ödənilmə təyinatının təhrif olunduğuna görə 2017-ci ilin əvvəlinə qalıq olan 362.464 manat xalis mənfəət və 2017-ci il üzrə yoxlama ilə müəyyən olunmuş 352.018,02 manat xalis mənfəət üzrə cəmi 714.482,02 manat xalis mənfəətin bir hissəsinin xaricdəki baş öfisə (qeyri-rezidentə) dividend kimi ötürülməsi kimi qəbul edilmiş və yoxlama ilə Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən 55.253,25 manat (10%) ödəmə mənbəyindən vergi hesablanmışdır. İddianın təmin edilməməsi xahiş olunur.
13. Məhkəmənin 13 oktyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir:
14. - 1 yanvar 2017-ci il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan dövr üzrə aparılmış səyyar vergi yoxlamasının nəticələrinə dair Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş 2 iyun 2021-ci il tarixli səyyar vergi yoxlaması aktı ilə İddiaçı SC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin tədiyə növləri və dövrlər üzrə vergilərin və digər icbari ödənişlərin əlavə hesablanması düzgün aparılmışdırmı?
15. - Əgər düzgün aparılmamışdırsa, İddiaçı SC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin 1 yanvar 2017-ci il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan dövrdə vergi ödəyicisinin özünün bəyan etdiyi vergilərin və digər icbari ödənişlərin məbləğlərindən başqa əlavə hesablanmalı və ödənilməli olan vergilərin və digər icbari ödənişlərin məbləğləri tədiyə növləri və dövrlər üzrə müəyyən olunsun.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2023-cü il tarixli məktubu ilə Mərkəzin həmin tarixli 9/7913 nömrəli ekspertiza rəyi məhkəməyə təqdim olunmuşdur. Rəyin nəticə hissəsində aşağıdakılar bildirilir: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə İddiaçı SC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən aparılmış əməliyyatlara görə 126.008,71 manat məbləğində vergilərin az hesablanması müəyyən edilir, o cümlədən ƏDV üzrə 103.427,11 manat, mənəfət vergisi 2018-ci il üzrə 22.581,60 manat.
17. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məhkəməyə təqdim olunmuş 16 fevral 2023-cü il tarixli məktubunda – ekspert rəyinə dair mülahizəsində bildirilir ki, Baş İdarə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 23 yanvar 2023-cü il tarixli 9/7913 nömrəli rəyin vergi orqanının hesablamasının əsassız sayılması hissəsi ilə razılaşmır və və hesab edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli və ekspert rəyinin vergi orqanının hesablamasının əsassız hesab edildiyi hissəsini mötəbər sübut kimi qəbul etməməlidir. Belə ki, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində aparılan cinayət işinin ibtidai araşdırılması zamanı təyin edilmiş ekspertiza üzrə 10 may 2022-ci il tarixli 9/1608 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə ekspert tərəfindən vergi orqanının hesablaması ilə razılıq ifadə edilmişdir və həmin rəyi də hazırkı inzibati iş üzrə rəyi verən ekspert tərtib etmişdir. Bundan başqa, rəydə ekspert bir cümlədə bir-birinə zidd iki fikir irəli sürmüşdür. Ekspert rəydə həm də ümumiyyətlə dövrləri səhv salmışdır. Bir tərəfdən, ekspert 2018-ci ilin dekabr və 2019-cu ilin fevral ayları barədə mülahizə bildirir, digər tərəfdən isə 2018-ci ilin fevral ayı üzrə ƏDV ilə bağlı nəticəyə gəlir. Ekspertin istifadə etdiyi faktlar bir-biri ilə əlaqəli deyil. Ekspert tərəfindən hansı sənədlərə istinadən həmin xərclərin təsdiqlənməsi nəticəsinə gəldiyi aydın deyil. Göstərilənlərə əsaslanaraq, ekspert rəyinin vergi orqanının hesablamasının əsassız sayılması hissəsinin mötəbər sübut kimi qəbul edilməməsi məhkəmədən xahiş olunur.
18. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-878/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmişdir. Qərarın nəticə hssəsində qərara alınmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********148146 nömrəli qərarı “103427,11 manat ƏDV və 22581,60 manat mənfəət vergisinin hesablanması, bu vergi məbləğlərinə görə 50% miqdarında maliyyə sanksiyalarının və bəyannamələrin təqdim edilməməsinə görə 80 manat maliyyə sanksiyasının tətbiqi hissəsində” ləğv edilsin, iddia qalan hissədə təmin edilməsin.
19. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın (vergi orqanının) 8 iyul 2021-ci il tarixli **********148146 nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Həmin inzibati aktın özündə yalnız Vergi Məcəlləsinin 15.2, 23, 59, 57, 62-ci maddələrinə və İPM-in 38.1-ci maddəsinə (maliyyə sanksiayaları və qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmiş, lakin inzibati icraatda qərar qəbul olunarkən vergi qanunvericiliyinin hansı müddəalarının pozulması və bu pozuntuya görə məsuliyyət müəyyən edən normalar, pozuntunun şəraiti, əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu) və bunların məcmusunda inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Vergi ödəyicisinin yoxlama aktı ilə bağlı dəlillərinin təqdim edilib-edilməməsi barədə ümimiyyətlə bildirilməmişdir. Qanunvericiliklə («İnzibati icraat haqqında» AR Qanununun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Bu isə, öz növbəsində Vergi Məcəlləsinin 49.5-ci maddəsinin tələblərinə müvafiq olaraq vergi orqanının hazırda mübahisələndirilən 8 iyul 2021-ci il tarixli **********148146 nömrəli qərarının qanunsuzluğuna dəlalət edir.
20. Məhkəmə bir halı xüsusilə vurğulayır ki, məhkəmə icraatında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış və sübut kimi mötəbər qiymətləndirilmiş 23 yanvar 2023-cü il tarixli 9/7913 nömrəli rəydə iddiaçının səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə apardığı əməliyyatlara görə 126.008,71 manat məbləğində vergilərin – ƏDV üzrə 103.427,11 manat, mənəfət vergisi üzrə 22.581,60 manat az hesablanması müəyyən edilmişdir. Məhkəmə ekspertin bu qənəati ilə razılaşır və hesab edir ki, cavabdeh inzibati orqanın 8 iyul 2021-ci il tarixli **********148146 nömrəli qərarı həmin məbləğdə vergilərin hesablanması və müvafiq maliyyə sanksiyalarının tətbiq edilməsi hissəsində qanuna zidd olmamışdır.
21. Sonradan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-878/2023 nömrəli qərarında buraxılmış yanlışlıqların düzəldilməsi barədə xx.xx.2023-cü il tarixli 2-1(112)-878/2023 nömrəli qərardad qəbul edilmişdir. Həmin qərardadın nəticə hissəsində qərara alınmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(112)-878/2023 nömrəli qərarının əsaslandırma və nəticə hissəsində “tətbiqi hissəsində” sözləri “tətbiqi hissəsi istisna olamqal qalan hissədə” sözləri ilə əvəz edilsin.
Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
22. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-878/2023 nömrəli qərarın iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
23. Apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün zəruri olan halları nəzərə almamış, işin faktiki hallarına uyğun olmayan ekspert rəyini mötəbər sübut kimi qəbul etməklə iddianın qismən təmin edilməsi hissəsi üzrə düzgün nəticəyə gəlməmişdir.
24. Həmçinin, iddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia ərizəsinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2655/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 30 mart 2023-ci il tarixli, 2-1(112)-878/2023 nömrəli qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasi barədə ərizə rədd edilməsi, apelyasiya şikayəti mümkün sayılmaması qərara alınmışdır.Qərardaddan kassasiya şikayəti verilməmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.
d) Prosses iştirakçılarının izahatları
27. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
28. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: ... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. ... 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 38.1-ci maddəsinə görə səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2-ci maddəsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. 38.2-ci maddəsinin 1 yanvar 2022-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. 58.1-ci maddəsinə görə verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. 103.1-ci maddəsinə görə Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. 104.1-ci maddəsinə rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1 vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2 vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3 əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4 əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5 əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6 yeni qərarın qəbul edilməsi. 62-ci maddəsinə görə hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. 135.2-ci maddəsinə görə vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. 153.1-ci maddəsinə görə əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaiməfakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. 166.2-ci maddəsinin 1 yanvar 2020-ci il tarixədək qüvvədə olan tələblərinə görə ödəmə bu Məcəllənin 166.1.1-ci və ya 166.1.2-ci maddələrində göstərilən müddət başlananadək həyata keçirildikdə, ödəmədən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. 166.6-cı maddəsinin 1 yanvar 2020-ci il tarixdən qüvvədə olan tələblərinə görə ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Alınmış avans ödəmələri üzrə elektron qaimə-faktura verilməsinə yol verilmir. 126-cı maddəsinə əsasən qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyrirezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur. ...
30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.1 şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya şikayətində qərar iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.
32. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Həmçinin, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
34. Belə ki, cavabdeh inzibati orqanın mübahisə predmeti olan 8 iyul 2021-ci il tarixli **********148146 nömrəli qərarının ləğvi barədə hazırkı iddia ərizəsi məhkəməyə 14 mart 2022-ci il tarixdə daxil olsa da, həmin qərarın iddiaçıya 16 fevral 2022-ci il tarixədək (iddiaçı tərəfin bildirdiyinə görə) müvafiq qaydada təqdim edilməsi (rəsmi təqdim edilmə və ya elektron üsulla elektron kabinetinə göndərilmə) ilə bağlı cavabdeh tərəf hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən iddia müddəti buraxılmamış saymışdər. Göstərilənlərə, habelə iddiaçının 8 iyul 2021-ci il tarixli **********148146 nömrəli qərarı mübahisələndirmək üzrə subyektiv hüququnun olmasına (qərar vergi ödəyicisi kimi iddiaçı üçün hüquqi nəticə yaradır), bununla bağlı müddətin buraxılmamasına, qərarın cavabdeh tərəfindən qəbul edilməsinə, habelə iddianın mümkünlüyünü istisna edən hər hansı hal mövcud olmamasına əsaslanaraq, məhkəmə iddianı mümkün iddia kimi qiymətləndirmişdir.
35. İddianın mahiyyəti və cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası hazırkı mübahisəyə tətbiq edilən hüquq normalarına əsasən aşağıdakıları qeyd edir:
36. İş materialları ilə müəyyən olunur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********143298 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən “X8 Sanayi ve Ticaret" Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr əhatə olunmaqla növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2020-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir. (№ KY201549454; xx.xx.2020-ci il).
37. Yoxlamanın əhatə etdiyi dövrdə “X8 Sanayi ve Ticaret" Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi faktiki olaraq elektrik və su kəmərləri sistemlərinin, sair mühəndis avadanlıqlarının quraşdırılması ilə məşğul olmuşdur.
38. Səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli **********14386 nömrəli akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********148146 nömrəli qərar qəbul edilmişdir. Qərar üzrə hesablamalar aşağıdakı qaydada olmuşdur:
39. -104002,42 manat mənfəət vergisi və 52001,21 manat maliyyə sanksiyası;
40. -969091,25 manat ƏDV-nin az hesablanması (445174,2 manat artıq hesablama) və 484545,64 manat maliyyə sanksiyası;
41. -55253,25 manat ÖMV və 27626,63 manat maliyyə sanksiyası;
42. -80 manat maliyyə sanksiyası VM-nin 57.1-ci maddəsinə əsasən.
43. Səyyar vergi yoxlamasının nəticəsi üzrə tərtib edilmiş xx.xx.2021-ci il tarixli **********14386 nömrəli akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********148146 nömrəli qərar qəbul edilmişdir.
44. Səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərara əsasən vergi ödəyicisinin fəaliyyətində Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanuna müvafiq tədbirlərin görülməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir.
45. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-878/2023 nömrəli qərarı və qərarda buraxılmış yanlışlıqların düzəldilməsi barədə yuxarıda qeyd olunan qərardadla “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********148146 nömrəli qərar “103427,11 manat ƏDV və 22581,60 manat mənfəət vergisinin hesablanması, bu vergi məbləğlərinə görə 50% miqdarında maliyyə sanksiyalarının və bəyannamələrin təqdim edilməməsinə görə 80 manat maliyyə sanksiyasının tətbiqi hissəsi” istisna olmaqla digər hissədə ləğv edilmişdir.
46. Birinci instansiya məhkəməsi qərarı qəbul edilərkən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış və sübut kimi mötəbər qiymətləndirilmiş xx.xx.2023cü il tarixli 9/7913 nömrəli ekspert rəyinin nəticəsinə uyğun iddia qismən təmin edilmişdir.
47. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş sübutları nəzərə almamış və işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir.
48. Belə ki, iddianın təmin edilmiş hissəsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxılan zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-162 /2024 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi yenidən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. İnzibati iş üzrə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025ci il tarixli 9/82 nömrəli ekspert rəyi verilmişdir. Rəyə əsasən yoxlama ilə əhatə olunan dövr üzrə “X10 Sanayi ve Ticaret” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin vergidən yayındırdığı məbləğin ƏDV üzrə 103427,11 manat, mənfəət vergisi üzrə isə 22581,60 manat olduğu müəyyən olunmuşdur.
49. İşin materiallarında olan sənədlərdən göründüyü kimi “X10 Sanayi ve Ticaret” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin iddia tələbi ilə bağlı məhkəmələrin xx.xx.2022-ci il tarixli 2-1(112)-7056/2022 nömrəli və xx.xx.2024-cü il tarixli 2-1 (103)-162/2024 nömrəli qərardadları ilə ekspert qarşısına qoyulmuş suallar eyni məzmunlu olmuşdur. Eyni zamanda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9 /82 nömrəli ekspert rəyinin tədqiqat prosesinin təsviri və nəticə hissələrindən göründüyü kimi əlavə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı ekspert qarşısına qoyulmuş suallar üzrə ekspert heç bir əlavə araşdırma aparmamış, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022- ci il tarixli 2-1(112)-7056/2022 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının nəticəsi üzrə verilmiş xx.xx.2023-cü il tarixli 9/7913 nömrəli ekspert rəyinin tədqiqat prosesinin təsviri və nəticə hissələrini olduğu kimi xx.xx.2025-ci il tarixli rəyə köçürməklə kifayətlənmişdir.
50. Odur ki, hazırkı iş üzrə verilmiş və işin materiallarında olan ekspert rəyləri mötəbər sübut kimi qəbul edilə və hesablanmış vergi məbləğlərinin ləğv edilməsi üçün əsas ola bilməz.
51. İPM-nin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və Mülki Prosessual Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
52. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********148146 nömrəli qərar ilə hesablanmış və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-878/2023 nömrəli qərarına əsasən iddianın təmin edilmiş hissəsi ilə ləğv edilmiş vergi məbləğlərinin hesablanma əsasları aşağıdakı kimidir:
Mənfəət vergisi üzrə:
53. 2017-ci il üzrə malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən ümumi gəlir 2646214,63 manat (o cümlədən işlərin görülməsindən (Göyçay şəhəri su qəbuledici qurğularının tikintisi, su təhcizatı və kanalizasiya şəbəkəsinin bir hissəsinin bərpası işləri) gəlir 2473333,63 manat, malların (X14 alınmış məlumata əsasən 2017-ci ildə satılmış, lakin bəyannamələrə salınmamış nəqliyyat vasitələrinin ekspert tərəfindən müəyyən edilən dəyərinin ƏDV-siz hissəsi) təqdim edilməsindən gəlir 172881 manat), məzənnə fərqindən mənfi fərq 1013,27 manat müəyyən edilmişdir.
54. 2017-ci il üzrə gəlirin əldə edilməsi ilə bağlı xərclərə daxil edilmiş 2386606,26 xammal və material xərci yoxlama ilə təsdiqini tapmadığına görə mənfəəti birbaşa müəyyən etmək mümkün olmamışdır.
55. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarına (əlavə və dəyişikliklər xx.xx.2003-cü il tarixli 42 nömrəli qərar) əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddəsinə əsasən 2017-cı ildə müəssisənin hesablama metodu ilə malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən 2646214,63 manat gəliri (ƏDV nəzərə alınmadan) əsasında 441035,77 manat mənfəət müəyyən edilmiş, həmin mənfəətdən 1013,27 manat məzənnə fərqindən mənfi fərq çıxılmaqla 440022,50 manat məbləğdən 20% dərəcə ilə 88004,5 manat mənfəət vergisi hesablanmışdır. (vergi ödəyicisinin təqdim etdiyi bəyannamə ilə zərər hesablanmışdır).
56. Yoxlama zamanı 2018-ci il üzrə qarşılıqlı əlaqələrə dair daxil olmuş sənədlərə əsasən aşağıdakılar müəyyən edilmişdir.
57. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olan sənədlərə əsasən (xx.xx.2021-ci il tarixli 20910-1221 saylı məktub) 2018-ci ildə 19 ədəd minik avtomobili satılmışdır.
58. Məhkəmə Kollegiyası qeyd edir ki, satılmış nəqliyyat vasitələrinin dəyəri bəyannamələrə salınmamışdır. (Ekspert tərəfindən 2018-ci ildə satılmış nəqliyyat vasitələrinin dəyəri cəmi ƏDV ilə 558000,00 manat müəyyən edilmişdir. (ƏDV çıxılmaqla 472881 manat) ).
59. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən daxil olan sənədlərə əsasən (xx.xx.2021-ci il tarixli AXA 25/02-07-736 saylı məktub) dekabr 2018-ci ildə 1 ədəd ekskavator (Komatsu PC-27019) 25000,00 manata (ƏDV çıxılmaqla 21186,45 manat) satılmışdır.
60. 2018-ci il üzrə vergi ödəyicisi tərəfindən amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir 21186,44 manat, həmin gəlirin əldə edilməsi ilə bağlı xərclərdə təqdim edilmiş əsas vəsaitlərin dəyəri isə 41196,85 manat hesablanmışdır.
61. Ekspert tərəfindən 2018-ci ildə satılmış ekskavatorun dəyəri 50000,00 manat (ƏDV çıxılmaqla 42372,88 manat) müəyyən edilmişdir.
62. Yoxlama ilə ekskavatorun satışından mənfəət 1176,03 manat (42372,88-41196,85) müəyyən edilmişdir.
63. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olan sənədlərə əsasən təqdim edilmiş nəqliyyat vasitələri üzrə vergi ödəyicisi tərəfindən həmin nəqliyyat vasitələrinin satış və qalıq dəyəri barədə heç bir sənəd və ya məlumat verilməmişdir. Ekspert tərəfindən 2018-ci ildə satılmış nəqliyyat vasitələrinin dəyəri cəmi 558000 manat (ƏDV çıxılmaqla 472881 manat) müəyyən edilmişdir. Lakin satılmış nəqliyyat vasitələrinin qalıq dəyəri barədə məlumat olmadığına görə həmin satış üzrə mənfəəti birbaşa müəyyən etmək mümkün olmamışdır.
64. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarına (əlavə və dəyişikliklər xx.xx.2003-cü il tarixli 42 nömrəli qərar) əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddəsinə əsasən 2018-cı ildə müəssisənin nəqliyyat vasitələrinin təqdim edilməsindən gəliri (ƏDV nəzərə alınmadan) əsasında 78813,5 manat mənfəət müəyyən edilmişdir. 2018-ci il üzrə hesablanmış 79989,53 manat (1176,03 +78813.5) mənfəətdən 20% dərəcə ilə 15997,91 manat mənfəət vergisi hesablanmışdır.
65. Beləliklə, yoxlamanın əhatə etdiyi dövr üzrə cəmi 104002,42 manat (o cümlədən: 2017-ci il üzrə 88004,50 manat, 2018-ci il üzrə 15997,92 manat) mənfəət vergisi hesablanmışdır.
Əlavə dəyər vergisi üzrə:
66. Yoxlama ilə əhatə olunan dövrü üzrə təqdim edilmiş ƏDV bəyannamələrində aşağıdakı vergi qanunvericiliyinin pozulması halları aşkar edilmişdir;
67. "xxxx" ASC-dən daxil olan sənədlərə əsasən (elektron qaimə xx.xx.2017 tarixli EAAE286683, Sertifikat 19/A, hesab xx.xx.2017) Göyçay şəhəri su qəbuledici qurğularının tikintisi, su təhcizatı və kanalizasiya şəbəkəsinin bir hissəsinin bərpası işləri üzrə ödəniş 30 gün keçdikdən sonra başa çatdığına görə (xx.xx.2017-ci il tarixdə bank hesabına 2473333,63 manat daxil olduğuna görə) Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən həmin məbləğ 2017-ci ilin noyabr ayı üzrə ƏDV bəyannaməsində vergiyə cəlb olunmalıdır.
68. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olan sənədlərə əsasən (xx.xx.2021-ci il tarixli 20910-1221 saylı AVİS **********144900 məktub) 2017-ci ildə cəmi 7 ədəd minik avtomobili satılmış, o cümlədən yoxlama ilə əhatə olunan dövrdə, yəni xx.xx.2017 tarixdə 3 ədəd minik avtomobili satılmışdır.
69. Məhkəmə Kollegiyası qeyd edir ki, satılmış nəqliyyat vasitələrinin dəyəri bəyannamələrə salınmamışdır. Ekspert tərəfindən 2017-ci ildə satılmış nəqliyyat vasitələrinin dəyəri cəmi ƏDV ilə 204000 manat (ƏDV çıxılmaqla 172881,00 manat), o cümlədən yoxlama ilə əhatə olunan dövrdə, yəni xx.xx.2017 tarixdə satılmış 3 ədəd minik avtomobilinin dəyəri cəmi ƏDV ilə 120000,00 manat (ƏDV çıxılmaqla 101695,00 manat) müəyyyən edilmişdir. Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən həmin 101695,00 manat məbləğ də 2017-ci ilin noyabr ayı üzrə ƏDV bəyannaməsində vergiyə cəlb olunmalıdır.
70. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən 2017-ci ilin noyabr ayı üzrə ƏDV bəyannaməsində əvəzləşdirilməli ƏDV 0 manat müəyyən edilmiş, dekabr ayı üzrə ƏDV bəyannaməsində isə 37645,41 manat artıq əvəzləşmə aparılması aşkar edilmişdir. "xxxx" MMCnin xx.xx.2017 tarixli HR 24214-24219 nömrəli VHF-lar üzrə Muğan bank AZ62MUGA**********00023AZM27 hesab üzrə cəmi 209000,00 manat malın dəyərinin ödənişi xx.xx.2018 tarixdə başa çatdığına görə cəmi 37620,00 manat ƏDV əvəzləşməsi 2017-ci ilin dekabr ayında deyil 2018-ci ilin yanvar ayında aparılmalıdır, "xxxx" MMC-nin HQ 630407 nömrəli və HQ 134127 nömrəli VHF-lar üzrə xidmətin dəyərinin bank hesabı üzrə ödənişi aşkar olunmadığına görə 25,41 manat ƏDV əvəzləşdirilə bilməz.
71. Yoxlama ilə 2017-ci ilin noyabr ayı üzrə 2575028,63 manat (2473333,63 + 101695) dövriyyə üzrə 463505,15 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 0 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 463505,15 manat vergi hesablanmışdır. Nəticədə ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 463505,15 manat azaldılması müəyyən olunmuşdur.
72. Yoxlama ilə 2017-ci ilin dekabr ayı üzrə 0 manat dövriyyə üzrə 0 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 279315,54 manat ƏDV məbləği çıxılmaqla büdcədən qaytarılan məbləğ 279315,54 manat hesablanmışdır. Nəticəsində ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 407554,2 manat (128238,66 (bəyannamə üzrə) + 279315,54 (yoxlama ilə) artıq hesablanması müəyyən olunmuşdur.
73. -2018-ci ilin yanvar ayı üzrə ƏDV bəyannaməsində 0 manat dövriyyə üzrə 0 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 0 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 0 manat vergi hesablanmışdır.
74. Yoxlama ilə Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən 2018-ci ilin yanvar ayı üzrə ƏDV bəyannaməsində 37620,00 manat az əvəzləşmə aparılması aşkar edilmişdir. "xxxx" MMC-nin xx.xx.2017 tarixli HR 24214-24219 nömrəli VHF-lar üzrə Muğan bank AZ62MUGA**********00023AZM27 hesab üzrə cəmi 209000,00 manat malın dəyərinin ödənişi xx.xx.2018 tarixdə başa çatdığına görə cəmi 37620,00 manat ƏDV əvəzləşməsi 2018-ci ilin yanvar ayında büdcədən qaytarılan məbləğ kimi hesablanmalıdır. Nəticədə 2018-ci ilin yanvar ayında ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 37620,00 manat artıq hesablanması müəyyən olunmuşdur.
75. -2018-ci ilin fevral ayı üzrə ƏDV bəyannaməsində 0 manat dövriyyə üzrə 0 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 0 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 0 manat vergi hesablanmışdır.
76. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən daxil olan sənədlərə əsasən (xx.xx.2021-ci il tarixli 20910-1221 nömrəli) 2018-ci ilin fevral ayında 19 ədəd minik avtomobili satılmışdır. Satılmış nəqliyyat vasitələrinin dəyəri bəyannamələrə salınmamışdır. Ekspert tərəfindən 2018-ci ildə satılmış nəqliyyat vasitələrinin dəyəri cəmi ƏDV ilə 558000,00 manat (ƏDV çıxılmaqla 472881,00 manat) müəyyən edilmişdir ki, Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən həmin 472881,00 manat məbləğ 2018-ci ilin fevral ayı üzrə ƏDV bəyannaməsində vergiyə cəlb olunmalıdır.
77. Yoxlama ilə 2018-ci ilin fevral ayı üzrə ƏDV bəyannaməsində 472881 manat dövriyyə üzrə 85118,58 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 0 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 85118,58 manat vergi hesablanması nəticəsində ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 85118,58 manat azaldılması müəyyən olunmuşdur.
78. -2018-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsində 21186,44 manat dövriyyə üzrə 3813,56 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 2,7 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 3810,86 manat vergi hesablanmışdır.
79. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən daxil olan sənədlərə əsasən (xx.xx.2021-ci il tarixli AXA 25/02-07-736 saylı məktub) 2018-ci ilin dekabr ayında 1 ədəd ekskovator (Komatsu PC-27019) satılmışdır. Ekspert tərəfindən 2018-ci ildə satılmış ekskovatorun dəyəri 50000,00 manat (ƏDV çıxılmaqla 42372,88 manat) müəyyyən edilmişdir. Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən həmin 42372,88 manat məbləğ 2018-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsində vergiyə cəlb olunmalıdır.
80. Yoxlama ilə 2018-ci ilin dekabr ayı üzrə ƏDV bəyannaməsində 42372,88 manat dövriyyə üzrə 7627,12 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 2,7 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 7624,42 manat vergi hesablanması nəticəsində ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 3813,56 manat (7624,42 - 3810,86) azaldılması müəyyən olunmuşdur.
81. Beləliklə, 2018-ci il üzrə ƏDV-nin 88932,14 manat az hesablanması, 37620,00 manat artıq hesablanması müəyyən edilmişdir.
82. -2019-cu ilin fevral ayı üzrə ƏDV bəyannaməsində 23950,00 manat dövriyyə üzrə 4311,00 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 0,38 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 4310,62 manat vergi hesablanmışdır.
83. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən daxil olan sənədlərə əsasən (xx.xx.2021-ci il tarixli AXA 25/02-07-736 saylı məktub) 2019-cu ilin fevral ayında 1 ədəd ekskovator (tam dönərli CAT 330DL) satılmışdır. Ekspert tərəfindən 2019-cu ildə satılmış ekskovatorun dəyəri 60000,00 manat (ƏDV çıxılmaqla 50847,46 manat) müəyyyən edilmişdir. Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən həmin 50847,46 manat məbləğ 2019-cu ilin fevral ayı üzrə ƏDV bəyannaməsində vergiyə cəlb olunmalıdır.
84. Yoxlama ilə 2019-cu ilin fevral ayı üzrə ƏDV bəyannaməsində 50847,46 manat dövriyyə üzrə 9152,54 manat ƏDV məbləğindən əvəzləşmələr üzrə 0,38 manat ƏDV məbləği çıxılmaqla büdcəyə 8152,16 manat vergi hesablanması nəticəsində ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən 4841,54 manat (9152,16-4310,62) azaldılması müəyyən olunmuşdur.
85. 2019-cu ilin aprel-sentyabr, noyabr və dekabr ayları üzrə "xxxx" MMC-nin vergi hesabfakturaları üzrə xidmətin dəyərinin bank hesabı üzrə ödənişi aşkar olunmadığına müvafiq məbləğlər əvəzləşdirilə bilməz.
86. Beləliklə, 2019-cu ilin fevral ayı üzrə 4841,54 manat, həmin ilin digər ayları (aprelsentyabr, noyabr və dekabr ayları) isə 3,43 manat olmaqla, ümumilikdə yoxlanılan dövr üzrə 4844,97 manat ƏDV hesablanmışdır.
87. Qeyd olunanlardan əlavə, məhkəmə Kollegiyası diqqətə çəkir ki, yoxlama zamanı iddiaçı tərəfindən 2016-cı ildə 3379992,76 manat məbləğində malın alındığı, 1153260,54 manat silindiyi, yoxlama dövrünə aid olan 2017-ci ilin əvvəlinə 2226732,22 manat mal qalığının olduğu müəyyən edilmişdir. 2017-ci ildə 1763478,02 manat məbləğində malın alındığı, 1702382,54 manat məbləğində malın silindiyi, 2017-ci ilin sonuna 2287827,7 manat (2226732,22 + 1763478,02-1702382,54) məbləğində mal qalığının mövcud olmalı olduğu müəyyən edilmişdir. Lakin mal qalığı olmamışdır.
88. “X10 Sanayi ve Ticaret” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin fəaliyyəti xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırılmışdır. Yoxlama zamanı nümayəndəliyin ünvan 6 ünvanına baxış keçirilmiş, ofisi, obyekti, anbarı və mal qalığı aşkar olunmamışdır. Beləliklə, xx.xx.2020-ci il tarixə müəyyən edilmiş mal qalığı Vergi Məcəlləsinin 67.15-ci və 159.5-cı maddələri üzrə yoxlama dövrünün sonuncu ayında vergiyə cəlb olunmuşdur. Bununla əlaqədar 2020ci ilin oktyabr ayı üzrə 2287827,7 manat mal qalığı üzrə 411808,99 manat əlavə vergi hesablanmışdır.
89. Yoxlama ilə əhatə olunan dövrdə ƏDV məbləğinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən cəmi 969091,25 manat azaldılması və 445174,2 manat artıq hesablanması müəyyən olunmuşdur. Nəticədə yoxlama ilə ƏDV üzrə 523917,05 manat əlavə məbləğ (969091,25 – 445174,2) müəyyən olunmuşdur.
Ödəmə mənbəyində tutulan vergi üzrə:
90. Alınmış mal (Alınmış arac makina ekipman üçün ödəniş) adı ilə xx.xx.2018 tarixdə Muğanbankda yerləşən AZ52MUGA**********00023USD27 saylı hesabından xaricə (təsisçiyəX10 Sanayı və Ticarət Anonim Şirkəti) ödənilmiş 552532,5 manat məbləğdə mal alınması müəyyən olunmadığına və nəticədə ödənilmə təyinatının təhrif olunduğuna görə 2017- ci ilin əvvəlinə qalıq olan 362464 manat xalis mənfəət və 2017-ci il üzrə yoxlama ilə müəyyən olunmuş 352018,02 manat xalis mənfəət üzrə cəmi 714482,02 manat xalis mənfəətin bir hissəsinin xaricdəki baş öfisə (qeyrirezidentə) dividend kimi ötürülməsi kimi qəbul edilmiş və yoxlama ilə Vergi Məcəlləsinin 13.2.16-cı və 125-ci maddəsinə əsasən 10% dərəcə ilə 55253,25 manat ödəmə mənbəyindən vergi hesablanmışdır.
91. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz.
92. Məhkəmə Kollegiyası qeyd edir ki, “X8 Sanayi ve Ticaret" Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticəsi üzrə qəbul edilən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021ci il tarixli **********148146 nömrəli qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır.
93. Beləliklə, müəyyən olunur ki, birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün zəruri olan halları nəzərə almamış, işin faktiki hallarına uyğun olmayan ekspert rəyini mötəbər sübut kimi qəbul etməklə iddianın qismən təmin edilməsi hissəsi üzrə düzgün nəticəyə gəlməmişdir.
94. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə Kollegiyası hesab edir ki, məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-878/2023 nömrəli qərarı iddianın təmin edilmiş hissəsində qanuni və əsaslı deyildir. Odur ki, həmin hissədə qərar ləğv edilməli və iddia təmin edilməməlidir.
95. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
96. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-878/2023 nömrəli qərarı qismən-iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd olunmalıdır.
97. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-878/2023 nömrəli qərarı qismən-iddianın təmin edilmiş hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.