Məhkəmə qərarları › İş №2-1(103)-180/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-180/2021

09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-180/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı ( xx.xx.1961-ci il tarixdə Dəvəçi rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-5073/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci ildə Dəvəçi şəhərində doğulmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş, lakin məsələ müsbət həllini tapmamış, buna səbəb kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq olunmuş siyahının 21-ci bəndinə aid olan vəzifədə işlədiyi halda və 57 yaşa çatdıqda pensiya hüququnun olduğu halda ona işlədiyi vəzifənin güzəştli şərtlərlə pensiya hüququ vermədiyini bildirmişlər. Hesab edir ki, cavabdehin hərəkəti qanunsuzdur. Belə ki, o, 1978-ci ildən əmək fəaliyyətinə başlamışdır. Hal-hazırda da “xxxx” QSC-də işləyir. “xxxx” QSC yük daşımaları departamentinin şimal deposu tərəfindən onun adına verilmiş 907 saylı, xx.xx.2019-cu il tarixli, 129 saylı, xx.xx.2020-ci il tarixli və 344 saylı, xx.xx.2020-ci il tarixli arayışlarda xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək “xxxx” QSC-də müxtəlif vəzifələrdə işləyərək iş vaxtı rejimi növbəli olaraq, tam iş saatı ilə zərərli işlə məşğul olmuş, zərərli işə görə tarif maaşına 12 (on iki) faiz əlavə ödəniş alıb. xx.xx.2020-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-5073/2020 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddianın təmin edilməsi, İddiaçı 57 yaşı tamam olduğu, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-5073/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının faktiki çalışdığı peşə ilə çalışdığını iddia etdiyi peşə arasında fərq olduğu açıqdır. İddiaçının çalışdığı “xxxx” QSCnin verdiyi arayışların mötəbərliliyi şübhə altındadır. “xxxx” QSC-nin Yük Daşımaları Departamentinin Şimal vaqon deposunun verdiyi 344 saylı, xx xxxxx 2020-ci il tarixli arayışda iddiaçının xx.xx.1979-xx.xx.1980-ci illərdə və xx.xx.1983-xx.xx.1984-cü illərdə “vaqonların qatardan ayrılmayaraq hərəkətdə olan tərkibinin təmiri üzrə çilingər” peşəsində çalışdığı qeyd edilib, halbuki əmək kitabçasında iddiaçının “vaqonların hazırlanması məntəqəsində təmirçi çilingər” işlədiyi göstərilib. Bir sözlə əmək kitabçası və arayış arasında ziddiyyət vardır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələblərini və cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının əsaslılığı tam həcmdə yoxlanılmalıdır. İş materiallarında olan: - AZE seriyalı, 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1961-ci ildə Azərbaycan Respublikası Dəvəçi şəhərində doğulmuşdur. - NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək həqiqi hərbi xidmət keçmiş və xx xxxxxx 1982ci ildə RHK-da qeydiyyata alınmışdır. - Notarial qaydada təsdiq və tərcümə edilmiş İT-İ seriyalı ******* nömrəli xx.xx.1978-ci il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər Azərbaycan Dəmir Yolu Dəvəçi stansiyasında kommersiya braklarının aradan qaldırılması üçün stansiya işçisi vəzifəsinə, xx.xx.1979-cu ildə xxxx Biləcəri stansiyası vaqon deposu Sumqayıt vaqonların hazırlanması məntəqəsində yük vaqonlarının təmiri üzrə çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1979-cu il tarixdə Sumqayıt vaqon hazırlıq məntəqəsinin ikinci dərəcəli çilingər kimi müstəqil işə icazə verilmişdir. xx.xx.1980-ci ildə həmin məntəqənin üçüncü dərəcəli çilingər dərəcəsi verilmişdir. xx.xx.1980-ci ildə ordu sıralarına çağırıldığı üçün işdən azad edilmişdir. xx.xx.1983-cü ildə xxxx Biləcəri stansiyası vaqon deposu Sumqayıt VHM-nə həftəlik təcrübə və sınaq aktı verməklə vaqon təmiri üzrə üçüncü dərəcəli çilingər qəbul edilmişdir. xx.xx.1983-cü ildə Sumqayıt stansiyasının çilingəri müstəqil işə buraxılmışdır. xx.xx.1984-cü ildə Sumqayıt VHM-nə 4-cü dərəcəli vaqonların təmirçisi-baxıcısı işinə keçirilmiş, xx.xx.1992-ci ildə orada 5-ci dərəcəli növbə rəhbəri təyin edilmişdir. xx.xx.1996-cı ildə 128/N saylı xx.xx.1996-cı il tarixli əmrə əsasən Şirvan st. Vİ-7 rəisinin sərəncamına verilmişdir. xx.xx.1996-cı ildə Sumqayıt vaqonların hazırlığı məntəqəsinə 5-ci dərəcəli vaqon müayinəçisi rəhbəri təyin edilmişdir. xx.xx.2002-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2002-ci il tarixdə Biləcəri Texniki xidmət məntəqəsinə 4-cü dərəcəli X3 vaqon müayinəçisi qəbul edilmişdir. xx.xx.2002-ci ildə X2 4-cü dərəcəli vaqon müayinəçisi müstəqil işə buraxılır. xx.xx.2005-ci ildə X2 4-cü dərəcəli vaqon müayinəçisi 5-ci dərəcəli vaqon müayinəçisi işinə keçirilmişdir. xx.xx.2006-cı ildə Yol rəisinin 84/N saylı xx.xx.2001-ci il tarixli əmrinə əsasən İ-ci dərəcəli vaqon müayinəçisi adı verilmişdir. xx.xx.2011-ci ildən 5-ci dərəcəli vaqon müayinəçisitəmirçisi 5-ci dərəcəli vaqon baxıçısıtəmirçisi adlandırılmışdır. xx.xx.2018-ci ildə işçinin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2018-ci il tarixdən hazırkı vaxta qədər isə Biləcəri texniki xidmət məntəqəsinə vaqon baxıcısıtəmirçisi vəzifəsində işləyir. - “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamentinin Şimal vaqon deposu tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 129 №-li arayışda müvafiq olaraq göstərilmişdir ki; İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1996-cı il tarixinədək Biləcəri vaqon deposunda, xx.xx.1996-cı il tarixindən xx.xx.2002-ci il tarixinədək Şirvan İstismar vaqon deposunda 5-ci dərəcəli vaqon baxıcısı-təmirçisi peşəsində işləmişdir. Vaqon baxıcısı-təmirçisi peşəsinin adı rus dilindən tərcümədə bəzi təşkilatların ştat cədvəlində “vaqon müayinəçisi-təmirçisi” kimi qeyd olunmuşdur, bu vəzifələri tutan işçilərin vəzifə borcu eynidir, vaqon baxıcısı-təmirçisi peşəsi fəhlə vəzifə kateqoriyasına aiddir. İddiaçı yuxarıda qeyd edilən dövrlərdə vaqon baxıcısı-təmirçisi peşəsində işləyərək, iş vaxtı rejimi növbəli olaraq tam iş saatı ilə zərərli işlə məşğul olmuş, zərərli işə görə tarif maaşına 12 faiz əlavə ödənc verilmişdir. - “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamentinin Şimal vaqon deposu tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 907 №-li arayışa əsasən İddiaçı Azərbaycan Dəmir Yolu Biləcəri vaqon deposunda xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək vaqon hazırlama məntəqəsində hərəkət heyətinin təmiri üzrə çilingər,xx.xx.1984-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək vaqon baxıcısı təmirçisi, Şirvan İstismar vaqon deposunda xx.xx.1996-cı il tarixindən xx.xx.2002-ci il tarixinədək böyük vaqon baxıcısı-təmirçisi, xx.xx.2002-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək Biləcəri vaqon deposunda vaqon baxıcısı-təmirçisi peşəsində işləyib. "xxxx” Qapalı Səhmdar Cəmiyyəti sədrinin xx.xx.2017-ci il tarixi 114/S saylı əmrinə əsasən Biləcəri vaqon deposunun ləğv edilib onun bazasında Şimal vaqon deposunun yaradılması ilə əlaqədar İddiaçı xx.xx.2018-ci ildən əmək müqaviləsi ləğv edilib və xx.xx.2018-ci il tarixdən Şimal vaqon deposuna vaqon baxıcısıtəmirçisi peşəsinə işə qəbul edilib, xx.xx.2018-ci il tarixdən hazırkı dövrədək Şimal vaqon deposunda texniki xidmət məntəqəsində vaqon baxıcısı-təmirçisi peşəsində işləyir.Yuxarıda qeyd edilən dövrlərdə tam iş saatı ilə zərərli işlə məşğul olmuş, zərərli işə görə iş stajı 37 (otuz yeddi) il 10 (on) ay 27 (iyirmi yeddi) gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21-ci bölməsinin 21.4 Dəmiryol nəqliyyatı Dəmiryol lokomativ briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyaları işçilər bəndinə əsasən arayışda qeyd olunan peşə üzrə iş stajı və yaş həddi qanunvericiliyin tələblərinə cavab verdiyi təqdirdə İddiaçı güzəştli pensiya almaq hüququna malikdir. Əsas: T-2 formalı şəxsi vərəqə, TTU-2 formalı kitab. Qeyd “xxxx” QSC sədrinin xx.xx.2017-ci il tarixli 114/S saylı əmri ilə Biləcəri vaqon deposunun və Şirvan İstismar vaqon deposunun ləğv olunması, bu iki deponun bazasında Şimal vaqon deposunun yaradılması və bütün arxiv sənədlərinin Şimal vaqon deposuna təhvil verilməsi ilə əlaqədar arayış Şimal vaqon deposu kadrlar şöbəsində tərtib edilmişdir. ( Şimal vaqon deposunun rəisi – Y.Ə.Fərzəliyev; İnsan resursları bölməsinin rəisi – V.Q.Qəhrəmanova). - “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamentinin Şimal vaqon deposu tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli 344 №-li arayışa əsasən İddiaçı xxxx Biləcəri vaqon deposunda xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək vaqon hazırlama məntəqəsində vaqonların qatardan ayrılmayaraq hərəkətdə olan tərkibinin təmiri üzrə çilingər peşəsində işləmişdir. (Depo rəisi: Yusifəli Fərzəliyev, Depo rəisinin istismar üzrə müavini: Elzamin Məmmədov, Həmkarlar İttifaqi Komitəsinin sədri: İlqar Əliyev) - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********-0 №li güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktuba əsasən İdarəyə təqdim edilən xx xxx 1978-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1983-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində Azərbaycan Dəmir yolu Biləcəri vaqon deposunda vaqon hazırlanması üzrə təmirçi çilingər vəzifəsində, xx.xx.1992-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində isə növbə rəhbəri və vaqon müayinəçisi-rəhbəri işlədiyi qeyd edilmişdir. Göründüyü kimi işlədiyi vəzifələr Siyahıda qeyd olunan vəzifələrə uyğun deyil, bu səbəbdən də güzəştli iş stajı 12 il 06 aydan az təşkil edir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, “iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq, yəni 27 (iyirmi yeddi) il, 4 (dörd) ay 24 (iyirmi dörd) gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, yəni 23 (iyirmi üç) il, 1 (bir) ay, 18 (on səkkiz) gün güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik və 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1980-ci il tarixədək yük vaqonlarının təmiri üzrə çilingər vəzifəsində, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək vaqon təmiri üzrə çilingər, xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilədək növbə rəhbəri , xx.xx.1996-cı ildən xx.xx.2002-ci ilədək vaqon müayinəçisi-rəhbəri peşələrində çalışmışdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddiaçının çalışdığı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər (kod 23001000). vaqonların baxıcıları (kod 23001000—16269) ; vaqonların baxıcı — təmirçiləri (kod 23001000— 16275); hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər (kod 23001000—18540) kodları üzrə nəzərdə tutulmuş peşələrə uyğunlaşdırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən istinad edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısının 23001000—18540 nömrəli kodunda hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər peşəsi qeyd edilsə də, iddiaçının əmək kitabçasından isə onun hərəkətdə olan tərkibin təmiri üzrə çilingər vəzifəsində işləməsi göstərilməmiş, vaqonların hazırlanması məntəqəsində yük vaqonlarının təmiri üzrə çilingər vəzifəsində çalışdığı qeyd edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əmək kitabçasına əsasən iddiaçının çalışdığı növbə rəhbəri və vaqon müayinəçisi-rəhbəri peşələri Nazirlər Kabinetinin müvafiq siyahısında nəzərdə tutulmamışdır. Göründüyü kimi, iddiaçının işlədiyi “yük vaqonlarının təmiri üzrə çilingər” , “növbə rəhbəri” və “vaqon müayinəçisi-rəhbəri” peşələri isə müvafiq siyahıda göstərilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş ümumi iş stajına malik olsa da, iddiaçının güzəştli iş stajının mövcud olması iş materialları müəyyən edilmir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinda qeyd edilmiş “xxxx” QSCnin verdiyi arayışların mötəbərliliyi şübhə altında olması ilə bağlı dəlili ilə razılaşır. Belə ki, iş materiallarında olan “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamentinin Şimal vaqon deposu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 344 №-li arayışa əsasən İddiaçı xxxx Biləcəri vaqon deposunda xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək vaqon hazırlama məntəqəsində vaqonların qatardan ayrılmayaraq hərəkətdə olan tərkibinin təmiri üzrə çilingər peşəsində işlədiyi qeyd edilmişdir. Lakin, iddiaçının iş materiallarında olan əmək kitabçasının təsdiq edilmiş surətinə, eyni zamanda “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamentinin Şimal vaqon deposu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 907 №-li arayışda iddiaçının qeyd edilən dövrdə iddiaçının vaqonların hazırlanması məntəqəsində təmirçi çilingər vəzifəsində çalışdığı qeyd edilmişdir. Göründüyü kimi, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti Yük Daşımaları Departamentinin Şimal vaqon deposunun xx.xx.2020-ci il tarixli 344 №-li arayışı ilə iddiaçının əmək kitabçası və “xxxx” QSC-nin xx.xx.2019-cu il tarixli, 907 №-li arayışı arasında ziddiyyət mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı arayışlar arasında olan ziddiyyətlərin aydınlaşdırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsinə yeni arayış təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa pensiyaya hüququ qazanmaq üçün qanunvericiliklə müəyyən edilmiş güzəştli iş stajı olmadığından hazırkı iddia tələbi təmin edilməməlidir. Əlavə olaraq, məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2020-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etsə də, dəqiqləşdirilmiş iddia ərizəsi və ilkin iddia tələbi eynilik təşkil etmiş, iş materiallarında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsinə dair məhkəmə qərardadı və ya protokolda qeyd mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-5073/2020 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-5073/2020 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar