Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-180/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona əlilliyin dayandırıldığı 11 dekabr 2020-ci il tarixdən təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-341/2023 saylı 03 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə 13 mart 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 32 saylı Tibbi Sosial Ekspert Komissiyasının müayinə məlumatlarından görünür ki, Lənkəran rayon Mərkəzi Xəstəxanasının xx.xx.2008-cı il tarixli göndərişinə əsasən İddiaçı “Bel fəgərələrinin osteoxondrozu sol tərəfli L4-L5 fəgərəarası disk yırtığına görə aparılmış cərrahiyyə əməliyatından sonraki vəziyyət. L4-L5 fəqərəarası sintez metal konstraksiyası ilə fiksasiyası” Diaqnozu ilə 1 il müddətinə (xx.xx.2009-cu il tarixədək) ikinci dərəcə əlillik təyin edilmişdir. 32 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2014-cü il tarixli müayinə məlumatlarından görünür ki, Lənkəran rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişinə əsasən İddiaçı “Bel fəgərələrinin osteoxondrozu sol tərəfli L4-L5 fəgərəarası disk yırtığına görə aparılmış cərrahiyyə əməliyatından sonraki vəziyyət. L4-L5 fəqərəarası sintez metal konstraksiyası ilə fiksasiyası” Diaqnozu ilə 1 il müddətinə (xx.xx.2015-ci il tarixədək) ikinci dərəcə əlillik təyin edilmişdir. 32 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli müayinə məlumatlarından görünür ki, elektron təyinata əsasən İddiaçı “Bel fəgərələrinin osteoxondrozu sol tərəfli L4-L5 fəgərəarası disk yırtığına görə aparılmış cərrahiyyə əməliyatından sonraki vəziyyət. L4-L5 fəqərəarası sintez metal konstraksiyası ilə fiksasiyası” Diaqnozu ilə 5 il müddətinə (xx.xx.2020-ci il tarixədək) ikinci dərəcə əlillik təyin edilmişdir. 10 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının müayinə məlumatlarından görünür ki, Lənkəran rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişinə əsasən İddiaçı əlilliyin təyin olunmasından imtina olunmuşdur. İmtinanın səbəbi: əlavə müalicəyə ehtiyac olması – əlavə ixtisaslaşmış müalicəyə ehtiyacı var. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona İİİ qrup əlilliyin dayandırıldığı 11 dekabr 2020-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmədən cavabdehin əsl cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini, həmçinin iddia tələbinin əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi formasında qəbul edilməsini xahiş etmiş və ərizəsi icraata qəbul edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən ona İİİ qrup əlilliyin dayandırıldığı 11 dekabr 2020-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizəsi icraata qəbul edilmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıda olan və Forma 88 arayışında əks olunan xəstəliklər ona üçüncü dərəcəli əlilliyin təyin edilməsinə əsas verir. Lakin cavabdeh tərəfindən əsassız və qanunsuz olaraq imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, diaqnoz əlillik əlamətini təyin etmir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2008-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 Sinir sisteminin digər pozğunluqları => G98 - Sinir sisteminin digər rubrikalarda təsnif olunmamuş başqa pozğunluğu; Diaqnozun mətni: Bel fəgərələrinin osteoxondrozu sol tərəfli L4-L5 fəgərəarası disk yırtığına görə aparılmış cərrahiyyə əməliyatından sonrakı vəziyyət.L4-L5 fəqərəarası sintez metal konstraksiyası ilə fiksasiyası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G98 - Sinir sisteminin digər rubrikalarda təsnif olunmamuş başqa pozğunluğu; Diaqnozun mətni: Bel fəgərələrinin osteoxondrozu sol tərəfli L4-L5 fəgərəarası disk yırtığına görə aparılmış cərrahiyyə əməliyatından sonrakı vəziyyət.L4-L5 fəqərəarası sintez metal konstraksiyası ilə fiksasiyası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G98 - Sinir sisteminin digər rubrikalarda təsnif olunmamuş başqa pozğunluğu; Diaqnozun mətni: Bel fəgərələrinin osteoxondrozu sol tərəfli L4-L5 fəgərəarası disk yırtığına görə aparılmış cərrahiyyə əməliyatından sonrakı vəziyyət.L4-L5 fəqərəarası sintez metal konstraksiyası ilə fiksasiyası; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0284003AAKA6 saylı göndərişi əsasında baxılmış və “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX yi .Gərginlik stenokrdiyası FS İİİ.Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz.Aorta koronar Şuntlama əməliyyatından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicə və müayinəni davam etdirməli.” səbəbi ilə imtina verilmişdir. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0284003AALDZ saylı göndərişi əsasında baxılmış və “X2 İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: Əsas diaqnoz İ20.8 Stenokardiyanın digər formaları, Ü.İ.X.Gərginlik stenokardiyası .fs İİİ Ağırlaşma İ34.0 Mitral (qapağın) çatmamazlıq (-ğı), MÇ İİ dərəcə. Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, QDÇ İİ fs . Ağırlaşma İ25.2 Əvvəllər keçirilən miokard infarktı, İnfarkdan sonrakı kardio skleroz.Aorta koronar şuntlama əməliyyatından sonrakı vəziyyət.xx.xx.2013.x 3 damar .Tobçubaşov adına EC mərkəzi. Yanaşı xəstəliklər 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İİİ dərəcə ,ən yüksək risk Yanaşı xəstəliklər M42.1 Yaşlılarda onurğanın osteoxondrozu, Onurğanın osteoxondrozu.L4-L5 fəqərə arası diskin yırtığına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: son bir ildə xəstə hagginda ətrafli məlumat geyd edilmir. Stasionar müalicə müddəti azdir.” səbəbi ilə imtina verilmişdir. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0284003AAMX7 saylı göndərişi əsasında baxılmış və “X2 İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX -yi .Gərginlik stenokardiyası İİİ fs.43% Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, QDÇ İİİ fs.(üç ). Ağırlaşma İ25.2 Əvvəllər keçirilən miokard infarktı, İnfartdan sonrakı kardioskleroz A.K.Ş əməliyyatından sonrakı vəziyyət(xx.xx.2013)Topçubaşov adına ECM Yanaşı xəstəliklər E11.5 İnsulindən asılı olmayan şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə., Şəkərli diabet İİ tip orta ağır forma Yanaşı xəstəliklər M42.1 Yaşlılarda onurğanın osteoxondrozu, Onurğanın osteoxondrozu L4-L5 fəqərəarası diskin yırtığına görə aparılmış cərrahiyyə əməliyyatından sonrakı vəziyyət Yanaşı xəstəliklər 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İİİ dərəcə ən yüksək əlavə risk; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə- ixtisaslaşmış müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-341/2023 saylı 03 aprel 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı 11 dekabr 2020-ci il tarixdən 3-cü qrup əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iş materiallarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının və “Əlilliyi olan şəxlərin hüquqları haqqında” Qanunun müvafiq maddələrinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmasına baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının işitirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 11 oktyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi İsmayılova nərgiz Famil oğlu apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddiaçının tələbinin təmin olunmasından cavabdeh inzibati orqanın sonuncu imtina məktubundan sonra hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir ki, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan iddia müddətini ötürməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “İİİ qrup əlilliyin dayandırıldığı 11 dekabr 2020-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdır. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır . 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”(ləğv edilmiş)
1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.5.7. bud-çanaq oynağının funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası (M16.1,M24.6); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:
3. İİİ dərəcə – sərbəst hərəkət etmək bacarığının olmaması və kənar şəxslərin daimi köməyinə ehtiyacın olması; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:
3. İİİ dərəcə – istiqamətseçmə bacarığının olmaması və kənar şəxslərin köməyinə daimi ehtiyacın olması; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:
3. İİİ dərəcə – ünsiyyət qurmaq bacarığının olmaması və daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı:
3. İİİ dərəcə – davranışına nəzarətetmə və özünüidarəetmə bacarığının olmaması, daim kənar şəxslərin köməyinə ehtiyacın olması; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:
3. İİİ dərəcə – yalnız sadə bacarıq (peşə, sosial, mədəni və məişət), o cümlədən adi məişət mühitində sadə hərəkətlərin yerinə yetirilməsi qaydalarını öyrənmək bacarığı, yaxud psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi ilə müəyyən edilmiş ciddi orqanizm funksiyası pozuntularından irəli gələrək həmin bacarıqları qavramaq çətinliyinin olması; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:
3. İİİ dərəcə – orqanizmin funksiyalarının ciddi pozuntularından irəli gələrək sadə əmək fəaliyyətinin qeyri-mümkünlüyü və yaxud kənar şəxslərin əhəmiyyətli köməyi ilə həyata keçirmək bacarığı. Həmin Meyarların 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0) xəstəliyi ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi üçün əsas olan xəstəliklər (ağırlaşmalar) sırasında əks olunmuşdur. İş materiallarında olan 21 oktyabr 2021-ci il tarixli göndərişdən görünür ki, iddiaçının əsas diaqnozu İ20.8 Stenokardiyanın digər formaları. ÜİX-yi Gərginlik stenokardiyası İİİ f.s 43% xəstəliklə əlaqədardır. Ağırlaşmalar isə aşağıdakılardır: İ50.0 Durğunluq ürək çatmamazlığı, QDÇ İİİ fs. (üç) İ25.2 Əvvəllər keçirilən miokard infarktı, İnfartdan sonraki kardioskleroz A.K.Ş əməliyyatdan sonraki vəziyyət (xx.xx.2013) Topçubaşov adına ECM; Yanaşı xəstəliklər isə aşağıdakılardır: E11.5 İnsulindən asılı olmayan şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə, Şəkərli diabet İİ tip orta ağır forma; M42.1 Yaşlılarda onurğanın osteoxondrozu, Onurğanın osteoxondrozu L4-L5 fəqərəarası diskin yırtığına görə aparılmış cərrahiyyə əməliyyatından sonraki vəziyyət; İ11.0 (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya). İş üzrə cavabdeh inzibati orqan həmin göndəriş əsasında qiymətləndirmə aparmaqla “Əlavə müalicə- ixtisaslaşmış müalicəyə ehtiyacı var” əsası ilə iddiaçıya imtina cavabı vermişdir. Birinci instansiya məhkəməsi hazırkı mübahisə ilə əlaqədar xüsusi bilik tələb edən ekspertizanın keçirilməsini zəruri hesab etmiş və məhkəməyə daxil olmuş ilkin ekspert rəyində ekspertlər hesab etmişdir ki, canlı müayinə zamanı iddiaçıda olan xəstəliklərin patofunksional dəyişikliklər nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.3-cü bəndinə uyğun olmamışdır. Birinci instansiya məhkəməsi isə həmin rəyin prosessual qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilməsi qənaətinə gəlmiş və təkrar ekspertiza təyin etmişdir. xx.xx.2023-cü il tarixli 25 saylı ekspert rəyində qeyd olunmuşdur ki “İddiaçı xx.xx.2022-ci il tarixdə “Akademik M.Ə.Mirqasımov adma Respublika Klinik Xəstəxanası" PHŞ-də müayinəsi zamanı “M51 1. Diskogen (L4-L5) radikulopatiya kökçük ağrı sindromu ilə. Z98.8 Sol tərəfli L4-L5 fəqərəarası disk yırtığın xaric edilməsi, L4 L5 fəqərələrinin “sintez’ metal fıksator konstruksiyaya funksiyasından sonrakı vəziyyət.” Diaqnozu təyin edilmişdir. - İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına tərtib edilmiş göndərişdə qeyd olunmuş xəstəliklər “Stenokardiyanın digər formaları, ÜİX-yi, gərginlik stenokardiyası İİİ f.s.43%. Ağırlaşma: İ 50.0- durğunluq, ürək çatmamazlığı, QDÇ İİİ f.s. İ25.2- əvvəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz, AKŞ əməliyyatından sonrakı vəziyyət (xx.xx.2013). Topçubaşov adma ECM. Yanaşı xəstəliklər: El 1.5-insulindən asılı olmayan şəkərli diabet, periferik qan dövranının pozğunluğu ilə, şəkərli diabet İİ tip orta ağır forma, M42.1-yaşlılarda onurğanın osteoxondrozu, onurğanın osteoxondrozu L4-L5 fəqərəarası diskin yırtığına görə aparılmış cərrahiyyə əməliyyatından sonrakı vəziyyət; İl 1.O-ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik, hipertoniya xəstəliyi İİİ dərəcə, ən yüksək əlavə risk ’ onda hazırda da müəyyən olunur. - Əsas xəstəlik və ağırlaşmaları ilə əlaqədar xəstəyə açıq ürək əməliyyatından sonra müvafiq dərman preparatları təyin edilmişdir. Odur ki, Xəstə daimi olaraq sahə nevroloqun, neyrocərrahın nəzarəti altında olmalıdır. -Əlilliyin təyini ilə əlaqədar suallar məhkəmə-tibbi ekspertizası tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qnununun 3.1-ci maddəsinə əsasən hazırlanmış və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimlədiyindən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tibbi sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.” Göründüyü kimi, iddiaçının adına tərtib olunmuş forma 88 göndərişində qeyd olunan xəstəliklər ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Buna görə də birinci instansiya məhkəməsi iddiaçıya tələb etdiyi əlilliyin təyin olunması qənaətinə gəlmişdir. Buna baxmayaraq cavabdeh qurum məhkəmə qərarı ilə razılaşmayaraq iddiaçıya əlillik təyin edilməsi üçün əsas olan diaqnozun mövcudluğunu yenə də mübahisələndirmişdir. İşin apellyasiya baxışı zamanı 2-1(103)-2756/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadla iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən mütəxəssis cəlb edilməməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6- Təcrübi və Tədris Birliyinin ekspertinə tapşırılmışdır. Ekspert qarşısında “04 may 1962-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla (instrumental müayinələrin aparıldığını təsdiq edən tibbi texniki sənədlər də təqdim olunmaqla), onda hazırda hansı xəstəlik və qüsurların olduğunun (X1 10-cu yenidən işlənmiş variantında göstərilmiş kodlara uyğun göstərilməklə) müəyyən edilməsi” sualı qoyulmuşdur. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli T836/2023cü il tarixli ekspert rəyinin nəticə hissəsində bildirilmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına tərtib edilmiş göndərişdə qeyd edilən şəxsin hazırkı vəziyyətini əks etdirən “stenokardiyanın digər formaları, ÜİX-yi, gərginlik stenokardiyası İİİ f.s.43%. Ağırlaşma: İ50.0- durğunluq, ürək çatmamazlığı, QDÇ İİİ f.s. İ25.2-əwəllər keçirilən miokard infarktı, infarktdan sonrakı kardioskleroz, AKŞ əməliyyatından sonrakı vəziyyət (xx.xx.2013). Topçubaşov adına ECM. Yanaşı xəstəliklər: El 1.5-insulindən asılı olmayan şəkərli diabet, periferik qan dövranının pozğunluğu ilə şəkərli diabet İİ tip orta ağır forma, M42.1-yaşlılarda onurğanın osteoxondrozu, onurğanın osteoxondrozu L4-L5 fəqərəarası diskin yırtığına görə aparılmış cərrahiyyəəməliyyatından sonrakı vəziyyət; İl 1.0-ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik, hipertoniya xəstəliyi İİİ dərəcə, ən yüksək əlavə risk” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuş, buna görə də TSEK-in ekspertləri tərəfindən əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göründüyü kimi, iddiaçının adına tərtib olunmuş forma 88 göndərişində qeyd olunan xəstəliklər birinci instansiya məhkəməsində olduğu kimi, apellyasiya instansiya məhkəməsində də verilmiş ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Buna baxmayaraq iş üzrə müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyəti qiymətləndirilərkən onda mövcud olan xəstəlik diaqnozu və ağırlaşması bir daha inzibati orqanın özü tərəfindən instrumental müayinələrlə yoxlanılmamışdır. Bununla da cavabdeh orqan iddiaçını müayinə etmədən, onda olan xəstəliklər və ağırlaşmaların ona əlillik təyin olunması üçün əsas olub-olmadığının mümkünlüyünü formal yoxlamış və nəticədə də öz səlahiyyətlərindən irəli gələn vəzifələrini lazımi qaydada icra etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Beləliklə, iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların (əsasən də “M42.1 Yaşlılarda onurğanın osteoxondrozu, Onurğanın osteoxondrozu L4-L5 fəqərəarası diskin yırtığına görə aparılmış cərrahiyyə əməliyyatından sonraki vəziyyət” diaqnozunun) eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya xx.xx.2008-cı il tarixdə bir il müddətinə, daha sonra xx.xx.2014-cü il tarixdə bir il müddətinə və son olaraq xx.xx.2016-cı il tarixli göndəriş əsasında 5 il müddətinə ikinci dərəcə əlillik təyin etməsinə və hal-hazırda ekspert rəyində və forma 88 arayışında qeyd olunan xəstəliyin iddiaçıda olmasına rəğmən, həmin diaqnoz əsasında (sonuncu göndərişdə həmin diaqnoz yanaşı xətəlik kimi göstərilmişdir) 2020-ci il tarixdə əlilliyin müəyyən olunmasından imtina etmişdir. Sonuncu xx.xx.2021-ci il tarixli göndərişdəki əsas diaqnoz kimi göstərilən xəstəliyin və onun ağırlaşmalarının isə iddiaçıya müvafiq əlilliyi təyin etmək üçün əsas verib-vermədiyi məsələsi də araşdırılmamışdır. Digər tərəfdən, nəzərə alınmalıdır ki, iddiaçı ona əlilliyin təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət edərkən, həmin dövrdə əlilliyin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müddəalarına müvafiq olaraq aparılırdı. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçıya qoyulmuş və hazırda da onda mövcud olan əsas diaqnozun ağırlaşması kimi qeyd olunan xəstəlik və əlamətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” nin 2.4.1-ci bəndində “ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0);İ50-İ50.9 XBT kodu ilə, yanaşı xəstəlik olan qan dövranının üçüncü dərəcəli xroniki çatışmazlığı- İ11.0- XBT kodu ilə Əsasnamənin 2.1.1-ci bəndində nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, iddiaçıda aşkar olunan əsas diaqnoz və ağırlaşmaları xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2. Qan dövranı sisteminin xəstəlikləri; 2.2 bənd. Ürəyin işemiya xəstəliyi 120-125 ÜDS-nin ciddi disfunksiyası: stenokardiya və ya ağrısız işemiya, FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİB mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda; 2.3 Ürək çatışmazlığı İ50; Yanaşı xəstəlikləri (ağırlaşmalarla) 2.1.3 hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə; 13.5.1 Osteoxondroz M42” kodu altında öz əksini tapmışdır. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya “M42.1 Yaşlılarda onurğanın osteoxondrozu, Onurğanın osteoxondrozu L4-L5 fəqərəarası diskin yırtığına görə aparılmış cərrahiyyə əməliyyatından sonraki vəziyyət” diaqnozuna görə (ağılaşma ilə) cavabdeh qurum tərəfindən bundan öncə də bir neçə dəfə ikinci dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə həmin diaqnoz yanaşı xəstəlik kimi göstərilsə də, əlilliyin təyin olunmasından cavabdeh qurum imtina etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı barəsində tərtib olunan sonuncu göndərişdəki xəstəliklər və ağırlaşmaların hazırda da onda mövcud olması faktı hər iki ekspert rəyi ilə öz təsdiqini tapır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlillik verilməsi öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya onu da qeyd edir ki, cavabdeh əvvəlki mövqeyindən fərqli olaraq əlilliyin təyini zamanı iddiaçıda aşkar olunan diaqnoz və ağırlaşmaların əlilliyə əsas verməməsi halına istinad etsə də, o, əvvəlki davranışından fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, iddiaçıya münasibətdə eyni halla bağlı fərqli yanaşma sərgiləmiş, imtinasını əsaslandırmamış, bununla da əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Eyni zamanda oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-144/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında hüquqi mövqeyi belə əsaslandırılmışdır. Kollegiya onu da qeyd edir ki, hazırki işdə iddiaçının tələbi ona 3-cü dərəcə əlilliyin verilməsi ilə bağlı olsa da, onda aşkar olunan xəstəlik diaqnozları və ağırlaşmaları yuxarıda da qeyd olunduğu kimi, ekspert rəyi ilə hazırda da onda mövcudluğu təsdiqini tapdığına görə, həm onun barəsində müvafiq göndəriş rəsmiləşdirilərkən (Lənkəran rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi tərtib olunarkən) qüvvədə olan Meyarlarda ikinci dərəcə əlilliyin təyin olunması üçün, həm də hazırda qüvvədə olan Meyarlarda müvafiq əlilliyin orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinə uyğun olaraq təyin edilməsi üçün (bu qərarın əsaslandırıcı hissəsində hər iki Meyarlarda müvafiq bənd və kodlara istinad olunmuşdur) əsas olduğu öz əksini tapmışdır. Buna baxmayaraq iş üzrə birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin edilməsi qənaətinə gələrkən, yəni iddiaçıya 3-cü qrup əlilliyin təyin edilməsini qərar alarkən onun iş materiallarında olan “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizəsini (i.v. 136) əsas götürmüşdür. Bu barədə Kollegiya hesab edir ki, hazırki işdə iddiaçı iş materiallarında olan (i.v. 136) ərizəsində ona 3-cü qrup əlilliyin verilməsini tələb etsə də, əslində hüquqi marağı onda aşkar olunan xəstəliklər və ağırlaşmalara görə ona müvafiq əlilliyin təyin olunmasına nail olmaqdır. Odur ki, iddiaçıda aşkar olunan xəstəliklər və ağırlaşmalara görə ona hansı növdə əlilliyin təyin olunması məsələsi cavabdeh qurumun diskresion səlahiyyətinə aid olduğundan hazırki vəziyyətdə iddiaçıya təyin edilməli olan əlilliyin növünün də məhz həmin qurum tərəfindən müəyyən edilməsi məqsədəmüvafiqdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə;.. Odur ki, hazırki vəziyyətdə iddiaçıya 11 dekabr 2020-ci il tarixdən müvafiq növdə əlillik təyin edilməsi öhdəliyi cavabdeh qurumun üzərinə qoyulmalıdır. Kollegiya qeyd olunan halı kobud qanun pozuntusu kimi qiymətləndirilmədiyi üçün hesab edir ki, həmin hal birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün də əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilib, iddianın təmin edilməməsi üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 341/2023 saylı 03 aprel 2023-cü il tarixli qərarı “3-cü qrup” sözü çıxarılmaqla dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-341/2023 saylı 03 aprel 2023-cü il tarixli qərarı “3-cü qrup” sözü çıxarılmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov