Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1800/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 və X6 ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı və vəkili X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6260/2023 saylı 06 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1968-ci il təvəllüdlüdür. НЗ5369364 nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1986-cİ il tarixdə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1988-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. ЦB 852225 nömrəli, xx.xx.1992-ci il tarixli diplomun surətinə əsasən İddiaçı xx.xx.1985-ci ildə Azərbaycan Respublikası neft və kimya institutuna daxil olmuş və xx.xx.1992-ci ildə sənayə neftdə qaz mədənlərinin maşın və avadanlıqları ixtisasını bitirmişdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin xx.xx.2021-ci il tarixli, 61-825 nömrəli Arxiv Arayışında qeyd edilmişdir ki, Azərbaycan Neft və Kimya İnstitutu (indki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) arxiv sənədlərinə əsasən İddiaçı 1985-ci ildə “Qaz-neft mədən” fakültəsinin “Neft və qaz mədənlərinin maşın və avadanlıqları” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olmuş (Əmr: № 02/838,xx.xx.1985-ci il), 1986cı ildə əyani şöbənin İİ kursundan həqiqi hərbi xidmətə çağırılmış (Əmr: №02/966, xx.xx.1986-cı il) və 1988-ci ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra əyani şöbənin İİ kursuna bərpa edilmiş (Əmr: № 02/823,xx.xx.1988-ci il), 1992-ci ildə yuxanda göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir (Əmr: № 02/756,xx.xx.1992-ci il). ЦB №852225 seriyalı diplom verilmişdir. İddiaçıya məxsus ИТ-İ ******* nömrəli, xx.xx.1992-ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1992-də “Xəzərdəniznefteqaz” İB “Bulla” X12 İdarəsində beşinci dərəcəli təmir çilingəri işinə qəbul edilib, xx.xx.1994-cü ildə 1-ci dərəcəli DYH baş mexaniki vəzifəsinə köçürülüb, xx.xx.1994-də 12-ci dərəcəli DYH baş mexaniki vəzifəsi verilib, xx.xx.1997-də DYH sexinin rəisi vəzifəsinə keçirilib, xx.xx.2001-də əmək haqqının ödənilməsi ilə 13-cü dərəcəli DYH mexaniki keçirilib, xx.xx.2006-cı il tarixdə 12-ci dərəcəli mexanik vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı il tarixdə 759 saylı qazma briqadası 12-ci dərəcəli mexanik vəzifəsinə keçirilmiş, xx.xx.2008-ci ildə 578 saylı DSO-nə 12-ci dərəcəli mexanik vəzifəsinə keçirilib, xx.xx.2009-cu ildə işdən azad edilib, xx.xx.2009-cu ildə X13 tresti X16 İdarəsində 578 saylı DSÖ-ə 12-ci dərəcəli mexanik (DYM üzrə) qəbul edilib, xx.xx.2012-ci ildə əmək müqaviləsi ləğv edilmiş, xx.xx.2012-ci ildə X13 tresti X15 İdarəsində Qaradağ 477 saylı buruğa 12 dərəcli mexanik vəzifəsinə işə qəbul edilib, xx.xx.2013-cü ildə işdən azad edilib, xx.xx.2013-də Daxiliyanma mühərriklərinə xidmət sexinə müavin vəzifəsinə işə qəbul edilib, xx.xx.2014-də əmək müqaviləsi ləğv edilib, xx.xx.2014-də Mexanika buruq avadanlığı təmiri şöbəsinə 14- cü dərəcəli mexanik vəzifəsinə təyin edilib, xx.xx.2017-ci ildə böyük mexanik hesab edilib, xx.xx.2017-ci ildə Tarif ixtisas komissiyasının 15-ci dərəcə təyin edilmişdir. Hal-hazırda tutduğu vəzifəyə uyğun olaraq işləməkdə davam edir. İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, **********0 nömrəli Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişiləıin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlənə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa gorə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısr’nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) Neft-qaz və qaz kondensatının hasilatı bəndində (2) fəhlələr (a) yarımbəndində 1100000b—24125 kodu üzrə neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 4 noyabr 1992-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçanızda və SOCAR-ın “X13" trestinin sizə dair xx.xx.2022-ci il tarixli SOCAR**********81200598X00032 nömrəli arayışında xx.xx.1997-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində daxiliyanma mühərrikləri sexinin rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi daxiliyanma mühərrikləri sexi yuxarıda qeyd olunan neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətləri sahəsinə aid deyil. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az (9 il 3 ay 25 gün (xx.xx.1992-xx.xx.1997-ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin qeyd olunan məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2020-ci ildən güzəşt şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialımı üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1968-ci ildə anadan olmuşdur. xx.xx.1985-ci ildə Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Univerisiteti) “Qaz-neft mədən” fakültəsinin “Neft və qaz mədənlərinin maşın və avadanlıqları ” ixtisası üzrə əyani şöbəsinə daxil olmuş, xx.xx.1992-cu ildə həmin ixtisas üzrə əyani şöbəni bitirmişdir. xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək hərbi xidmətdə olmuşdur. O, xx.xx.1992-cu ildə əmək fəaliyyətinə başlamış, aşağıda qeyd olunan müəssisələrdə müxtəlif vəzifələrdə işləmişdir. O, “Bulla” X12 İdarəsi üzrə xx.xx.1992-ci tarixdən xx.xx.1994-cü il tarixədək təmirçi çilingər, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-cü il tarixədək böyük mexanik, daxiliyanma mühərriklərinə xidmət üzrə böyük mexanik, xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək daxili yanma mühərrikləri sexinin rəisi, xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək daxili yanma mühərriklərinə xidmət üzrə mexanik, “Bayıl Limanı” X9 İdarəsi üzrə 01.11 2006-cı il tarixdən xx.xx.2009cu il tarixədək daxili yanma mühərrikləri təmir sahəsində mexanik, qazma briqadasında mexanik, X16 İdarəsi üzrə xx.xx.2009-cu il tarixdən xx.xx.2012- ci il tarixədək 578 saylı DSÖ- də mexanik, X15 İdarəsi üzrə xx.xx.2012-ci il tarixdən xx.xx.2013- cü il tarixədək 477 saylı buruqda mexanik, Qazmaservis və Logistika İdarəsi üzrə xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək daxiliyanma mühərriklərinə xidmət sexinin rəis müavini vəzifələrində işləmişdir. xx.xx.2014-cü il tarixdən hal-hazıradək “X13” trestində mexanika, buruq avadanlığı şöbəsində böyük mexanik vəsifəsində çalışır. xx.xx.2020-ci il tarixdə onun 52 yaşı tamam olmuşdur. Həmin tarixdə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normaların məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda, 2) azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan-pensiya təminatına imkan verdikdə Həmin Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yasa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) Neft-qaz və qaz kondensatının hasilatı bəndində (2) fəhlələr (a) yarımbəndində 1100000b—24125 kodu üzrə neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1992-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında və SOCAR-ın “X13” trestinin xx.xx.2022-ci il tarixli SOCAR**********81200598X00032 nömrəli arayışında xx.xx.1997- xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində daxiliyanma mühərrikləri sexinin rəisi vəzifəsində işlədiyi qeyd edilmişdir. Həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş ‘‘Yeraltı islərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə apır olan islərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nda nəzərdə tutulmamışdır. Belə ki, iddiaçının işlədiyi daxiliyanma mühərrikləri sexi yuxarıda qeyd olunan neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətləri sahəsinə aid deyil. Qeyd olunanlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az (9 il 3 ay 25 gün (xx.xx.1992-xx.xx.1997-ci il, xx.xx.2001- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Beləliklə, iddianın qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli iş stajı olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İPM-nin 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(112)-6260/2023 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6260/2023 saylı 06 dekabr 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı 52 yaşdan, yəni xx.xx.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti imtina və etiraz məktubunun məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə prosses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd edək ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 6260/2023 nömrəli qərarında istinad edilmiş SOCAR “X13” trestinin xx.xx.2023-cü il tarixli 14-2-15/2-0-1-42/2023-217 nömrəli məktubu mötəbər sübut hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısTnın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (X) Qazma (1) Rəhbərlər və mütəxəssislər (b) yarımbəndində 1100000b—24125 kodu üzrə quyuların sınaqdan keçirilməsi üzrə sexlərin rəisləri və onların müavinləri vəzifələri nəzərdə tutulmuşdur. Lakin məktubda qeyd edildiyindən fərqli olaraq, iddiaçının işlədiyi daxiliyanma mühərrikləri sexinin rəisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hügugu verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li siyahısı”nda nəzərdə tutulmamışdır. Məktubda qeyd olunan daxili yanma mühərriklərinə xidmət sexinin rəisi vəzifəsinin funksiyalarında quyuların sınaqdan keçirilməsinə xidmət etməsi barədə hər hansı məlumat yoxdur. Burada quyuların sınaqdan keçirilməsi ilə birbaşa bağlı olduğu ümumi olaraq qeyd edilsə belə, vəzifə funksiyalarında onun daxili yanma mühərriklərinə xidmət sexində çalışdığı ona məlumdur. Eləcə də vəzifə funksiyalarından göründüyü kimi daxili yanma mühərriklərinə xidmət sexininin, quyuların sınaqdan keçirilməsi üzrə sexlərə aid olması barədə hər hansı göstərici məlumat yoxdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(112)-6260/2023 nömrəli qərarı iş üzrə mühüm əhəmiyyətli olan bütün hallar araşdırılmadan qəbul edilmişdir. Ona görə də ləğv edilməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İddiaçı və vəkili X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 52 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2020-ci ildən güzəşt şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajının 10 ildən az (9 il 3 ay 25 gün (xx.xx.1992-xx.xx.1997-ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) olması əsası ilə tələbin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş, onun tələbi birinci instansiya məhkəməsi tərəfindən təmn edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun xx.xx.2006-cı il tarixə qədər 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi stajının tamam olmasına istinad edərək onun güzəştli şərtlərlə 52 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun həqiqətən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü yoxlanılmalıdır. Belə olan halda Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq olunmalı olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «a» bəndinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixə qədər 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajının mövcud olub-olmaması məsələsi yoxlanılmalıdır. Əvvəla qeyd olunmalıdır ki, İddiaçı xx.xx.1968-ci il təvəllüdlü olduğu üçün onun 52 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. Bununla yanaşı, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsil alması barədə sənədini və əmək kitabçasını təqdim etmişdir. İş materiallarından müəyyən olunur ki, İddiaçı xx.xx.1986-cİ il tarixdən xx.xx.1988-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1985-ci ildə Azərbaycan Respublikası neft və kimya institutuna daxil olmuş və xx.xx.1992-ci ildə sənayə neftdə qaz mədənlərinin maşın və avadanlıqları ixtisasını bitirmişdir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının yuxarıda qeyd olunan diplomu, hərbi bileti və əmək kitabçasındakı qeydlərə əsasən xx.xx.1986-cı ildən xx.xx.1988-ci il tarixədək hərbi xidmət dövrü 01 il 10 ay 04 gün, xx.xx.1985-ci ildən xx.xx.1986-cı il tarixədək təhsil dövrü-10 ay 20 gün və xx.xx.1988-ci ildən xx.xx.1992-ci ilədək 04 il 10 gün ali təhsil dövrü (hərbi xidmət dövrü ilə üst-üstə düşməyən dövr), xx.xx.1992- xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü 13 il 03 ay 29 gün olmaqla, ümumi stajı xx.xx.2006-cı il tarixə cəmi 20 il 01 ay 03 gün təşkil edir. İddiaçının “Bulla” X12 İdarəsində xx.xx.1992-ci ildən xx.xx.1994- cü ilədək mexaniki sexə 5-ci dərəcəli təmirçi çilingər peşəsində işlədiyi dövrü işəgötürənin təqdim etdiyi güzəştli arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nda müvafiq olaraq 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində 11000000 1. Qazma:1100000a a) fəhlələr bəndində 1100000a—18559 koduna- bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər peşəsinə, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək Daxili yanma mühərrikləri sexində 1-ci kateqoriyalı böyük mexanik, xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilədək Daxili yanma mühərrikləri sexində 12-ci dərəcəli böyük mexanik vəzifəsində, xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilədək Daxili yanma mühərrikləri sexində 12-ci dərəcəli böyük mexanik vəzifəsində işlədiyi dövrü 1 nömrəli Siyahının 1100000b b) Rəhbərlər və mütəxəssislər bəndində-1100000b—23485 quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər peşəsinə uyğunlaşdırmışdır. Hazırki işdən görünür ki, cavabdeh iddiaçının 1 yanvar 2006-cı il tarixədək olan ümumi iş stajının deyil, iddiaçının xx.xx.1997-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində “Sahil” Qazma İşləri İdarəsinin “Daxili yanma mühərrikləri sexi”ndə işlədiyi sex rəisi vəzifəsində işlədiyi müddətin onun güzəştli iş stajına aid olmasını mübahisələndirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Qeyd olunmalıdır ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq SOCAR “X13” trestinin xx.xx.2023-cü il tarixli, 14-2-15/2-294/2023 nömrəli məktubu ilə göndərilmiş Güzəştli arayışında qeyd olunmuşdur ki, İddiaçı həqiqətən “X13” trestinin nəzdində olan çarələrdə aşağıda göstərilən peşə və vəzifələrdə işləmişdir: Bulla Dəniz X10 İdarəsi üzrə: xx.xx.1992-ci il tarixdən xx.xx.1994- cü il tarixədək təmirçi çilingər, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək böyük mexanik, daxiliyanma mühərriklərinə xidmət üzrə böyük mexanik, xx.xx.1997- ci il tarixdən xx.xx.2001-ci il tarixədək daxiliyanma mühərrikləri sexinin rəisi, xx.xx.2001- ci il tarixdən xx.xx.2006-cı il tarixədək daxiliyanma mühərriklərinə xidmət üzrə mexanik. X17 X10 idarəsi üzrə: xx.xx.2006-cı ildən xx.xx.2009-cı ilədək daxili yanma mühərrikləri təmir sahəsində mexanik,qazma oriqadasında mexanik işləmişdir. X16 İdarəsi üzrə: xx.xx.2009-cu ildən xx.xx.2012-ci ilə kimi 578 saylı DSÖ-də mexanik; X15 İdarəsi üzrə: xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilə kimi 477 saylı buruqda mexanik; Qazmaservis və logistika İdarəsi üzrə: xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilə kimi daxiliyanma mühərriklərinə xidmət sexinin rəis müavini vəzifəsində işləmişdir. Azneft İB-nin 408 saylı xx.xx.2006-cı il tarixli əmrinə əsasən Bulla DKQİİ -si qazma sexi kimi Bayıl Limanı DKQİİ - nin tərkibinə verilmişdir. ARDNŞ - nin 51 saylı xx.xx.2007-ci il tarixli və 60 saylı xx.xx.2007-ci il tarixli əmri ilə “X13” tresti yaradılmışdır. X13 trestinin 82 saylı xx.xx.2012-ci il tarixli əmrinə əsasən Xəzər DKQİİ qazma sexi kimi xx.xx.2012-ci il tarixdən Sahil Qİİ-nin tərkibinə verilmişdir. “X13” trestinin xx.xx.2013-cü il tarixli 177 saylı əmrinə əsasən X16 idarəsi ləğv edilmişdir. “X13” tresti üzrə: xx.xx.2014-cü ildən hal-hazıradək “X13” tresti, Mexanika, buruq avadanlığı təmiri şöbəsində böyük mexanik vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına (X.l.Qazma 1100000a - 18497; 1100000b-23485-24125) uyğun olaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən zərərli və ağır olan işlərdə çalışdığı üçün güzəştli əmək stajı 16 il 5 aydır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq SOCAR “X13” trestinin xx.xx.2023-cü il tarixli, 14-2-15/2-614/2023 nömrəli məktubu ilə göndərilmiş iş stajı haqqında Arxiv arayışında qeyd olunmuşdur ki, verilir xx.xx.1968-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, o həqiqətən “Bulla” X12 İdarəsində, “Bayıl Limanı” X12 İdarəsində, “Sahil” Qazma İşləri İdarəsində, “Abşeron“ Qazma İşləri İdarəsində, Qazmaservis və Logistika İdarəsində işləmişdir. Azneft" İstehsalat Birliyinin 09 noyabr 2006-cı il tarixli 408 saylı əmrinə əsasən struktur təkmilləşdirilməsi ilə əlaqədar olaraq, “Bulla" X12 İdarəsi qazma sexi kimi “Bayıl Limam” X12 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2007-ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “X13" tresti yaradılmışdır, “Bayıl Limam" X12 İdarəsi və “Abşeron“ Qazma İşləri İdarəsi trestin tabeliyinə verilmişdir. SOCAR-ın xx.xx.2012-ci il tarixli 65 saylı əmri ilə “Bayıl Limam” DKQİ-nin adı dəyişdirilərək “Xəzər” X12 İdarəsi adlandırılmışdır. xx.xx.2012-ci il tarixdən SOCAR-ın 101 saylı və “X13" trestinin strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2012-ci il tarixli 82 saylı əmrinə əsasən “Xəzər” X12 İdarəsi ləğv edilib və onun arxivi “Sahil" Qazma İşləri İdarəsinə verilib. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “X13” trestinin "Sahil“ Qazma İşləri İdarəsi ləğv olunaraq “Bulla, 8 Mart, Ümid“ İstehsalat bölümü kimi, “Abşeron“ Qazma İşləri İdarəsi ləğv olunaraq "Abşeron" İstehsalat bölümü kimi, "Qazmaservis və Logistika” İdarəsi ləğv olunaraq "Logistika" bölümü kimi fəaliyyət göstərmişdirlər. "X13“ trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********00040020A00070 saylı əmrinə əsasən “Bulla, 8 Mart, Ümid“ İstehsalat bölümləri hal-hazırda “Sahil” İstehsalat bölümü kimi, “Siyəzən”, "Qaradağ-Qalmaz”, ’’Abşeron” İstehsalat bölümləri hal-hazırda “Abşeron” İstehsalat bölümü kimi, “Logistika” və "Tamponaj” istehsalat bölümləri hal-hazırda “Qazmaservis” İstehsalat bölümü kimi fəaliyyət göstərirlər. İddiaçının işlədiyi tarix və vəzifələrin adları: “Bulla” X12 İdarəsində xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək mexaniki sexə 5-ci dərəcəli təmirçi çilingər peşəsinə işə qəbul edilib (Əmr № 82/ş, xx.xx.1992-ci il), xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək Daxili yanma mühərrikləri sexinə 1-ci kateqoriyalı böyük mexanik vəzifəsinə keçirilib (Əmr № 88/k, xx.xx.1994-cü il), xx.xx.1994- cü ildən xx.xx.1997-ci ilədək Daxili yanma mühərrikləri sexinə 12-ci dərəcəli böyük mexanik vəzifəsinə keçirilib (Əmr № 130/k, xx.xx.1994-cü il), xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilədək Daxili yanma mühərrikləri sexinə 13-cü dərəcəli sex rəisi vəzifəsinə keçirilib (Əmr № 15/k, xx.xx.1997-ci il), xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək Daxili yanma mühərrikləri sexinə 14-cü dərəcəli sex rəisi vəzifəsinə keçirilib (Əmr № 22/k, xx.xx.2000-ci il), xx.xx.2001-ci ildən xx.xx.2006-ci ilədək Daxili yanma mühərrikləri sexinə 12-ci dərəcəli böyük mexanik vəzifəsinə keçirilib (Əmr № 26/k, xx.xx.2001-ci il), “Bayıl Limanı” DKQİ-nin “Bulla” Qazma Sexində 01.11 2006-ci ildən xx.xx.2006-cı ildən Daxili yanma mühərrikləri sexinə 12-ci dərəcəli mexanik vəzifəsinə keçirilib (Əmr № 101/k, xx.xx.2006-cı il), xx.xx.2006-ci idən xx.xx.2008-ci ilədək 759 saylı buruğa 12-ci dərəcəli daxili yanma mühərriklərinə xidmət edən mexanik vəzifəsinə keçirilib (Əmr № 115/ş, xx.xx.2006-cı il), xx.xx.2008-ci ildən xx.xx.2009-ci ilədək 759 saylı buruğa 12-ci dərəcəli mexanik vəzifəsinə keçirilib (Əmr №218, xx.xx.2008-ci il) xx.xx.2009-cu ildə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə ƏM-si bağladığı üçün işdən azad edilib (Əmr № 354/k, xx.xx.2009-cu il), xx.xx.2009-cu ildən 16.11 2012-ci ilədək “Sahil” Qazma İşləri İdarəsi 578 saylı X7 12-ci dərəcəli daxili yanma mühərrikləri üzrə mexanik vəzifəsinə işə qəbul edilib (Əmr № 05/k, xx.xx.2009-cu il), xx.xx.2012-ci ildə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə ƏM-si bağladığı üçün işdən azad edilib (Əmr № 738/k, xx.xx.2012-ci il), xx.xx.2012-ci ildən xx.xx.2013-ci ilədək “Abşeron” Qazma İşləri İdarəsi Qaradağ 477 saylı buruğa 12-ci dərəcəli mexanik vəzifəsinə işə qəbul edilib (Əmr № 510/k, xx.xx.2012-ci il), xx.xx.2013-cü ildə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə ƏM-si bağladığı üçün işdən azad edilib (Əmr № 48/k, xx.xx.2013-cü il), xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək Qazmaservis və Loqistika İdarəsi Daxili yanma mühərrikləri sexinin rəis müavini vəzifəsinə işə qəbul edilib (Əmr № 03/k, xx.xx.2013- cü il), xx.xx.2014-cü ildə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün işdən azad edilib (Əmr № 55/k, xx.xx.2014-cü il) Bu müddətdə iş stajı: 21 il, 05 ay. Güzəştli iş stajı: 14 il, 01 ay, 28 gün. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1100000a-18559-kodu ilə bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi çilingərlər peşəsi, 1100000b-23485 kodu ilə mexaniklər və böyük mexaniklər vəzifəsi, 14 il, 01 ay, 28 gün güzəştli iş stajı təşkil edir. Birinci instansiya məhkəməsinin sorğusuna SOCAR “X13” trestinin xx.xx.2023-cü il tarixli, 14-2-15/2-O-1-42/2023-217 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1997ci il tarixindən xx.xx.2001-ci il tarixinədək istehsalat sahələri dənizdə yerləşən “Sahil” Qazma İşləri İdarəsinin “Daxili yanma mühərrikləri sexi”ndə işlədiyi sex rəisi vəzifəsinin əsas funksiyaları Nazirlər Kabinetinin 320 saylı qərarının 1100000b-24125 saylı kodu ilə quyuların sınaqdan keçirilməsi üzrə sexlərin rəisləri və onların müavinləri vəzifəsinə uyğun gəlir. Quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri, qüllə quraşdırılması və quyuların sınaqdan keçirilməsi ilə birbaşa bağlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-703/20 saylı xx.xx.2020-ci il tarixli icmal məktubunda qeyd edilmişdir ki, iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilər. Bu halda ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmaması yoxlanılmalıdır. Zərurət yaranarsa bununla bağlı müvafiq dövlət qurumlarına sorğular verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində deyil, həmçinin tələb olunduğu halda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış onun hüquqi varisindən, hüquqi varis olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırılmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər. Aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilədək Daxili yanma mühərrikləri sexində 13-cü dərəcəli sex rəisi, xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək Daxili yanma mühərrikləri sexində 14-cü dərəcəli sex rəisi vəzifəsində yerinə yetirdiyi əmək funksiyası quyuların sınaqdan keçirilməsi üzrə sexlərin rəisləri və onların müavinləri vəzifəsinə uyğun gəlir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq işəgötürənin verdiyi cavabda da iddiaçının həmin vəzifədə əsas işinin dənizdə yerləşən quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri, qüllə quraşdırılması və quyuların sınaqdan keçirilməsi ilə birbaşa bağlı olduğu qeyd edilmişdir. X13 Trestinin həmin məhkəmənin sorğusuna cavab olaraq həmin peşənin vəzifə təlimatı məhkəməyə təqdim edilmiş və həmin “Daxili yanma mühərriklərinə xidmət sexinin rəisi”nin vəzifə funksiyaları arasında həm də avadanlıqların keyfiyyətlə və vaxtında təmir olunmasını təşkil etmək, quyuların qazılması zamanı (mənimsənilməsi) qazma briqadalarına verilmiş avadanlıqların fasiləsiz işinə və düzgün istimar olunmasına nəzarəti həyata keçirmək (1.9), quraşdırılan buruqların X3 vaxtında komplektləşdirilməsini, lazımi avadanlıqların komplektini qüvvədə olan norma və qaydalara müvafiq olaraq sınaqdan çıxarılmaqla işəsalma, sazlama işlərinin aparılmasını təşkil etmək (1.11) və s. olduğu sadalanmışdır. Beləliklə, iddiaçının Daxili yanma mühərrikləri sexində işlədiyi sex rəisi vəzifəsi 1 nömrəli Siyahının 11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində 1100000b b) Rəhbərlər və mütəxəssislər bəndində 1100000b—24125 quyuların sınaqdan keçirilməsi üzrə “sexlərin rəisləri və onların müavinləri” koduna uyğun olduğu müəyyən olunur. Cavabdehin həmin vəzifəni eyni kodlu lakin bölməsi fərqli olan-11000000 2. Neft-qaz və qaz kondensatının hasilatı bölməsində 1100000b b) rəhbərlər və mütəxəssislər bəndində 1100000b—24125 neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətlərinin rəisləri və onların müavinləri koduna uyğun gəlməməsinə istinad edib, həmin peşə ilə bağlı uyğunsuzluğu əsaslandırmağa çalışması əsaslı olmamışdır. İddiaçının qanunla tələb olunan xx.xx.2006-cı il tarixədək dövr üzrə: xx.xx.1992-ci ildən xx.xx.1994-cü ilədək, xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilədək, xx.xx.1997-ci ildən xx.xx.2001-ci ilədək və xx.xx.2001-xx.xx.2006-cı ilədək işlədiyi vəzifələr güzəştli pensiya təyinatına əsas verir və iddiaçının həmin vəzifələrdə güzəştli stajı cəmi 13 il 04 ay 02 gün təşkil edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı güzəştli arayışla təsdiq olunur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6260/2023 saylı 06 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X11 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1800/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1800/2024
15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver