Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1800/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 Mirzəli oğlunun, X7 və İddiaçı3 Mirzəli qızının cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı (3- cü şəxs: "xxxx" VQM MMC) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “kompensasiyanın ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X9 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə3, İddiaçı3 Mirzəli qızının nümayəndəsi Çetin Rzanın, Üçüncü şəxs "xxxx" VQM MMC-nin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2996/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından iddiaçılar, üçüncü şəxs "xxxx" VQM MMC və Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 2 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, X26 ilə X10 nikahı haqqında 21 oktyabr 1982-ci il tarixdən 740 №-li akt qeydi tərtib olunmuşdur.
2. 2 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, X27 26 mart 2016-cı ildə ölmüşdür.
3. 2 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, X26 23 iyul 2022-ci ildə ölmüşdür.
4. 2 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlardan görünür ki, X13, X17 və İddiaçı1 valideynləri X28 və X18r. - Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 90 nömrəli Sərəncamı ilə 44 №-li Tikinti İdarəsinin müdriyyətinin və həmkralar Komitəsinin xx.xx.1993-cü il tarixli 4 №-li birgə qərarı təsdiq edilmiş, 19-cu dağlıq küçəsində yerləşən 23 №-li evin, 4 otaqlı, 30 №-li mənzili 5 nəfər ailə tərkibi ilə X19 verilmişdir. X1, X10, X4, İddiaçı1 Mirzəli oğlunun, X7 adlarının yazılması nəzərdə tutulmuşdur. - 011789 №-li orderin surətindən görünür ki, 19-cu dağlıq küçəsində yerləşən 23 №- li evin, 4 otaqlı, 30 №-li mənzili 5 nəfər ailə tərkibi ilə X19 verilmişdir. X1, X10, X4, İddiaçı1 Mirzəli oğlunun, X7 adları qeyd olunmuşdur.
5. 2 saylı Gəncə Regional “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil olmuş məlumatlara əsasən X14 ailə tərkibi: İddiaçı3, İddiaçı1 və İddiaçı2dır.
6. ASAN-Gəncə tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, İddiaçı3, İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
7. 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 389 №-li, xx.xx.2024-cü il tarixli arayışıdnda qeyd olunmuşdur ki, ünvan 3 ünvanında yaşamış xx.xx.1949-cu il tarixdə doğulmuş və xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum X14 vərəsələri oğlu İddiaçı1 və qızları – İddiaçı3 oğlu, İddiaçı2 mirasın qəbulu barədə ərizə ilə müraciət etmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 17 yanvar 2024-cü il tarixli sorğuya cavab məktubu ilə aşağıdaki sənədlər təqdim olunmuşdur:
1. 02 dekabr 2022-ci il tarixli barışıq sazişinin 1-ci bəndinə əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən X11 ünvan 4 ünvanında yerləşən yataqxana binasındaki mənzillərin sökülməsinə görə yaşayış sahələrinin hər kv.m üzrə 460 manat məbləğində kompensasiya ödənilməsini tərəflər qəbul etmişdirlər.
2. 02 dekabr 2022-ci il tarixli barışıq sazişinin 1-ci bəndinə əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən X15 ünvan 4 ünvanında yerləşən yataqxana binasındaki mənzillərin sökülməsinə görə yaşayış sahələrinin hər kv.m üzrə 460 manat məbləğində kompensasiya ödənilməsini tərəflər qəbul etmişdirlər.
3. 05 dekabr 2022-ci il tarixli barışıq sazişinin 1-ci bəndinə əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən X29 ünvan 4 ünvanında yerləşən yataqxana binasındaki mənzillərin sökülməsinə görə yaşayış sahələrinin hər kv.m üzrə 460 manat məbləğində kompensasiya ödənilməsini tərəflər qəbul etmişdirlər.
4. 05 dekabr 2022-ci il tarixli barışıq sazişinin 1-ci bəndinə əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən X31 ünvan 4 ünvanında yerləşən yataqxana binasındaki mənzillərin sökülməsinə görə yaşayış sahələrinin hər kv.m üzrə 460 manat məbləğində kompensasiya ödənilməsini tərəflər qəbul etmişdirlər.
5. 05 dekabr 2022-ci il tarixli barışıq sazişinin 1-ci bəndinə əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən X2 ünvan 4 ünvanında yerləşən yataqxana binasındaki mənzillərin sökülməsinə görə yaşayış sahələrinin hər kv.m üzrə 460 manat məbləğində kompensasiya ödənilməsini tərəflər qəbul etmişdirlər.
6. 05 dekabr 2022-ci il tarixli barışıq sazişinin 1-ci bəndinə əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən X3 ünvan 4 ünvanında yerləşən yataqxana binasındaki mənzillərin sökülməsinə görə yaşayış sahələrinin hər kv.m üzrə 460 manat məbləğində kompensasiya ödənilməsini tərəflər qəbul etmişdirlər.
7. 13 dekabr 2022-ci il tarixli barışıq sazişinin 1-ci bəndinə əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına və Binəqədi Rayon İcra Hakimiyyətinin məktubuna əsasən X32 və ailə üzvlərinə ünvan 4 ünvanında yerləşən yataqxana binasındaki mənzillərin sökülməsinə görə yaşayış sahələrinin hər kv.m üzrə 460 manat məbləğində kompensasiya ödənilməsini tərəflər qəbul etmişdirlər.
8. 13 dekabr 2022-ci il tarixli barışıq sazişinin 1-ci bəndinə əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına və Binəqədi Rayon İcra Hakimiyyətinin məktubuna əsasən Məmişov Təmiraz Usub oğluna ünvan 4 ünvanında yerləşən yataqxana binasındaki mənzillərin sökülməsinə görə yaşayış sahələrinin hər kv.m üzrə 460 manat məbləğində kompensasiya ödənilməsini tərəflər qəbul etmişdirlər.
9. 19 dekabr 2022-ci il tarixli barışıq sazişinin 1-ci bəndinə əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına və Binəqədi Rayon İcra Hakimiyyətinin məktubuna əsasən X20 və ailə üzvlərinə ünvan 4 ünvanında yerləşən yataqxana binasındaki mənzillərin sökülməsinə görə yaşayış sahələrinin hər kv.m üzrə 460 manat məbləğində kompensasiya ödənilməsini tərəflər qəbul etmişdirlər.
10. 23 dekabr 2022-ci il tarixli barışıq sazişinin 1-ci bəndinə əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına və Binəqədi Rayon İcra Hakimiyyətinin məktubuna əsasən X16 ünvan 4 ünvanında yerləşən yataqxana binasındaki mənzillərin sökülməsinə görə yaşayış sahələrinin hər kv.m üzrə 460 manat məbləğində kompensasiya ödənilməsini tərəflər qəbul etmişdirlər.
11. 26 dekabr 2022-ci il tarixli barışıq sazişinin 1-ci bəndinə əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına və Binəqədi Rayon İcra Hakimiyyətinin məktubuna əsasən X5 və ailə üzvlərinə ünvan 4 ünvanında yerləşən yataqxana binasındaki mənzillərin sökülməsinə görə yaşayış sahələrinin hər kv.m üzrə 460 manat məbləğində kompensasiya ödənilməsini tərəflər qəbul etmişdirlər.
12. 03 aprel 2023-cü il tarixli barışıq sazişinin 1-ci bəndinə əsasən Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına və Binəqədi Rayon İcra Hakimiyyətinin məktubuna əsasən X21 və X8 ünvan 4 ünvanında yerləşən yataqxana binasındaki mənzillərin sökülməsinə görə yaşayış sahələrinin hər kv.m üzrə 460 manat məbləğində kompensasiya ödənilməsini tərəflər qəbul etmişdirlər.
9. "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 19-cu Dağlıq küçəsindəki (indiki Səttar Bəhlulzadə küçəsində) yaşayış binalarında mənzilin 1kv.m orta real bazar dəyəri 10 sentyabr 2024-cü il tarixinə 1400 manat – 1600 manat arası təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçılar İddiaçı1 Mirzəli oğlu, X17 və İddiaçı3 Mirzəli qızı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı ünvan 5 ünvanında yerləşən 30 saylı mənzilin sökülməsi ilə əlaqədar onlara kompensasiya olaraq yeni inşa edilən binada eyni sahəyə malik mənzil verilməsi və yaxud bazar qiymətlərinə uyğun pul kompensasiyasının ödənilməsi tələbini irəli sürərək Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 90 №-li xx.xx.1993-cü il tarixli sərəncamına əsasən X22 5 nəfər ailə tərkibi üzrə (özü, həyat yoldaşı - X24 və 3 uşağı-Aslanova Nahidə, İddiaçı1 və Aslanova Nailə) Bakı şəhəri, Binəqədi rayonu, 19-cu Dağlıq (indiki S.Bəhlulzadə küçəsi) küçəsində yerləşən 23 saylı, 4 otaqlı, 30 saylı mənzilinə order verilmiş, sonradan yuxarıda adı qeyd edilən ünvan Nazirlər Kabinetinin qərarı ilə dəyişdirilərək Binəqədi rayonu ərazisinə daxil edilmiş və S.Bəhlulzadə küçəsi 23 saylı yaşayış binası adlandırılmağa başlandırılmışdır. Həmin sərəncam əsasında iddiaçılar qeyd edilən ünvana istifadə hüququ əldə etsələrdə, onların həmin hüquqları məhdudlaşdırılmışdır. Belə ki, məlum hadisələrlə əlaqədar onlara ayrılmış mənzil məncubri köçkünlər tərəfindən zəbt olunmuş və onlar həmin mənzildə yaşamaqdan məhrum olmuşdurlar. Buna əsas Azərbaycan Respublikası Prezidentinin o dövrə xass sərəncamı olmuşdur ki, həmin sərəncamdan irəli gələn hərəkətləri yerli İcra Hakimiyyəti icra edə bilməmiş və bunun nəticəsində onlar evsiz yaşamağa məcbur olmuşdurlar. Qeyd edilməlidir ki, onlara ayrılmış mənzil yataqxanada deyil, yaşayış binasıdır. 1994-cü ildən hazırki vaxtadək onlar məcburi köçkünlərin həmin mənzildən çıxarılmasını gözləmişdirlər ki, onlar həmin mənzilə köçsünlər. Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 23 saylı yaşayış binası 17 avqust 2018-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Rayon İcra Hakimiyyəti ilə birgə araşdırılması nəticəsində qəzalı elan edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 17 avqust 2018-ci il tarixli texniki vəziyyət haqqında aktına əsasən binanın istismarının dayandırılması, sakinlərin köçürülməsi, kommunikasiya xəttlərinin kəsilməsi, binanın ətrafının çəpərlənməsi və girişçıxışın məhdudlaşdırılması qərara alınmışdır. Akta əsasən həmin binada məskunlaşmış 86 (287 şəxs) qaçqın və məcburi köçkün ailələri 17 avqust 2018-ci il tarixdə Qaçqınların və X39 üzrə Dövlət Komitəsi tərəfindən Qobustan rayonunda yerləşən “QobuPark”a köçürülməsi həyata keçirilmişdir. Qəzalı vəziyyətdə olan yaşayış binasında məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin 2018 — 2021-ci illər ərzində köçürülməsi təmin edilmiş və yaşayış evi istismara tam yararsız olduğundan sökülmüşdür. Belə ki, bundan əvvəl Bakı ŞİH-in vəsatəti əsasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Maliyyə Nazirliyinə ünvanlanmış 7/1417 saylı 26 aprel 2019-cu il tarixli məktuba əsasən Bakı şəhərində qəzalı vəziyyətdə olan 21 sayda qəzalı yataqxana binalarından ilkin olaraq 17 yataqxana tipli binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması barədə tapşırıq verilmişdir. Bunlardan ünvan 5 ünvanlarda qəzalı vəziyyətdə olan yataqxana binalarının köçürülməsi və hər bir 30 kv.m qədər olan mənzillərə 30.000 manat, 30 kv.m. cox olan mənzillərə hər kv.m. 1.000 manat birdəfəlik maddi yardımın ödənilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilən hallardan biri kimi ifadə olunan FHN-nin və İcra Hakimiyyətinin birgə komisiyyası anlayışı müvafiq qanuna zidddir. Belə ki, İcra hakimiyyəti öz səlahiyyətlərindən kənar FH Komisiyyasını əraziyə daxil etmiş, həmin ərazini yararsız elan olunmasına şərait yaratmış (hansı ki bu halı FHN-i və Əmlak Komitəsi eləcədə orderi olan vətəndaşların razılığı əsasında birgə şəkildə həyata keçirə bilər), tez bir zamanda mülkiyyətçilərin hüquqlarını kobud şəkildə pozaraq çoxmənzilli binanı sökmüşlər. Bunun üçün ayrılıqda yaranmış vəziyyət müzakirə olunmadan öz ixtiyari işlərini həyata keçirmişlər. Göründüyü kimi iddiaçılara ayrılmış mənzildən məcburi köçkünlər köçürüldükdən sonra yaşayış binası qəzalı elan edilmiş və onlara məlumat verilmədən, kompensasiya ödənilmədən sökülmüşdür. Dəfələrlə rayon icra hakimiyyətinə və digər instansiyalara müraciət edərək pozulmuş hesab olunan mülkiyyət hüquqlarının bərpa edilməsi, sökülmüş mənzilin əvəzinə onlara başqa eyni sahədə və həmin ərazidə yeni mənzil verilməsini tələb etsələr də, onlara rədd cavabı verilmişdir. İddiaçılar hesab edir ki, cavabdehin imtinası əsassızdır və onların hüquqlarının pozulmasına səbəb olur.
12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi və "xxxx" MMC inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər.
13. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırkı inzibati iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.
14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2996/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, iddiaçılar İddiaçı1 Mirzəli oğluna, X12 və İddiaçı3 Mirzəli qızına ünvan 5 ünvanında yerləşən yataqxana binasındakı 30 saylı mənzilin sökülməsinə görə yaşayış sahəsinin hər kv.m üzrə 460 manat məbləğində hesablanmaqla kompensasiya ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması, iddia qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən verilmiş arayış hazırki mərhələdə iddiaçılara ödənilməli olan kompensasiya məbləğinin müəyyən edilməsində obyektiv dəlil qismində qiymətləndirilmir.
16. Belə ki, binanın söküntüsü ilə əlaqədar olaraq, binanın sakinlərinə ödəniləcək kompensasiya məbləği hər 1 kv.m görə 460 manat hesablanmaqla müəyyən edilmişdir.
17. Bu zaman məhkəmələr qərarların qəbul edilməsi prosesində ekspert rəylərini nəzərə almışdırlar. Belə ki, oxşar iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının 185-Ə saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, S.Bəhlulzadə küçəsi 23 saytlı yataqxana binasını Binəqədi RİH-in və Fövqəladə Hallar Nazirliyinin 17 avqust 2018-ci il tarixli aktına əsasən istismar üçün yararsız olmasını, binanın yataqxana tipli olmasını, yaşayış və köməkçi sahələrin özəlləşdirilmədiyini, dövlət mülkiyyətində olmasını, yəni mənzil bazarında tam mənada müvafiq bazar dəyərinə malik olmadığını nəzərə aldıqdan sonra Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, S.Bəhlulzadə küçəsi 23 saylı yataqxana binasında yerləşmiş əsas yaşayış sahələrinin 2022-ci ildə bir kv.m üçün orta bazar dəyəri – 460 manat, köməkçi sahələrin hər kv.m üçün 2022-ci ildə orta bazar dəyəri – 430 manat.
18. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1496/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3892-9/4109 nömrəli ekspert rəyinə istinad olunmuşdur ki, həmin rəyə əsasən Bakı şəhəri üzrə köhnə yataqxana binalarında analoji mənzillərin 1 kv.metrinin orta bazar qiyməti təqribən 460 manat məbləğində müəyyən edilmişdir ki, bunun əsasında da sökülmüş binada yerləşən mənzilə görə kompensasiya məbləği hər 1 kv.m üçün 460 manat olmaqla müəyyən edilmişdir.
19. Göründüyü kimi bu yanaşma eyni binanın bütün sakinlərinə tətbiq edilərək vahid məhkəmə təcrübəsi kimi formalaşmışdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
20. Qərardan iddiaçılar ayrılıqda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2996/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və iddiaçılara sökülmüş mənzilin əvəzinə yeni mənzilin verilməsi mümkün olmadığı halda, ikinci tələbin təmin edilməsi və kompensasiya məbləğinin bu günkü bazar qiymətlərinə uyğun olaraq müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. (İddiaçı2 xx.xx.2025-ci il tarixdə apellyasiya şikayətinə əlavə təqdim edərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2996/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və məhkəmə iddiaçıya kompensasiya ödənilməsi qərarına gəlirsə kompensasiya məbləğinin real bazar qiymətlərinə uyğun olaraq hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.)
21. Qərardan üçüncü şəxs "xxxx" VQM MMC apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2996/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Qərardan Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2996/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Bakı Apellyasiya məhkəməsinin 2-1(103)-1800/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina olunmuşdur.Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırkı inzibati iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir və Nazirlik hazırkı iş üzrə tərəf deyildir.
c) Apellyasiya şikayətinin dəlilləri
24. İddiaçıların apellyasiya şikayəti işin faktiki halları baxımından iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə isə işə baxarkən bu prinsipləri pozmuş, sökülmüş evin yerində tikilən yeni binada iddiaçıya mənzil verilməsinin mümkün olub-olmamasıməsələsini araşdırmadan iddiaçı üçün əlverişsiz və optimal olmayan– kompensasiyanın ödənilməsi barədə tələbini qismən təmin etmişdir. Bununla yanaşı məhkəmənin əsaslandırması heç bir fakta və sübuta əsaslanmamaqla yanaşı, məntiqə uyğun deyil. Belə ki, paytaxt şəhərin mərkəzi yerlərindən sayılan ərazidə məhrum edildikləri mülkiyyət qarşılığında iddiaçıların həmin yerdə tikilmiş yeni çoxmərtəbəli hündür binadan ilk növbədə mənzilin deyil, pul kompensasiyasının tələb edilməsi hansıməntiqə uyğun ola bilər? Həmin bu məntiqə, o cümlədən qanuna və təcrübəyə dayanaraq bildirirlər ki, cavabdeh söküntü nəticəsində iddiaçıları öz mülklərindən, yaşayış yerindən məhrum edibsə, yeni tikilən yaşayış təyinatlı binadan onlara kompensasiya olaraq ilk növbədə yeni mənzil verməlidir. Belə olan halda isə, yeganə nəzərə alınmalı və alınan hal sökülən mənzilin ümumi ölçüsü, yəni sahəsidir (neçə kv.m olmasıdır). Bu halda artıq sökülən daşınmaz əmlakın (binanın) yataqxana və ya yataqxana tipli və ya adi yaşayış binası olmasının hər hansı əhəmiyyəti yoxdur. Cavabdeh yeni tikilən binadan yeni mənzil verə bilmədiyi halda isə, verməli olduğun mənzilin həmin dövr üçün 1 kv.m. görə təşəkkül tapan orta bazar dəyərinə uyğun pul kompensasiyası ödəməlidir. Lakin, məhkəmə bu halları nəzərə almamaqla yanaşı, heç bir əsas və mötəbər sübutlar olmadan, habelə iddiaçının təqdim etdiyi mübahisəli mənzilə dair orderin məlumatlarını (orderdə mənzilin yataqxana olması ilə bağlı hər hansı qeyd yoxdur) nəzərə almadan sökülən binanın yataqxana olmasını əsas götürməklə mübahisəni həll etmişdir. Halbuki, təqdim edilmiş orderdən də göründüyü kimi həmin order yataqxanaya deyil, daimi əsaslarla yaşaması üçün mənzilə dair verilmişdir. İkincisi, məhkəmənin “əsas tələb” hesab etdiyi, reallıqda isə iddiaçının əsas tələbə bağlı alternativ tələbi – yəni mənzilin əvəzinə verilməli olan pul kompensasiyasının mənzilin hər kv.m üzrə 460 manat məbləğində hesablanmaqla ödənilməli olması ilə bağlı yekun qənaəti yanlış və qəbuledilməzdir. Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 90 nömrəli Sərəncamı ilə 44 №-li Tikinti İdarəsinin müdiriyyətinin və Həmkarlar Komitəsinin xx.xx.1993-cü il tarixli 4 №-li birgə qərarı təsdiq edilmiş, 19-cu dağlıq küçəsində yerləşən 23 №-li evin, 4 otaqlı, 30 №-li mənzili 5 nəfər ailə tərkibi ilə X19 verilmişdir. X1, X10, X6, İddiaçı1, X7 adlarının yazılması nəzərdə tutulmuşdur. 011789 №-li orderin surətindən görünür ki, 19-cu dağlıq küçəsində yerləşən 23 №- li evin, 4 otaqlı, 30 №-li mənzili 5 nəfər ailə tərkibi ilə X19 verilmişdir. X1, X10, X6, İddiaçı1, X7 adları qeyd olunmuşdur. İstinad olunan hüquqi sənədlərdən də görünür ki, iddiaçıların (o cümlədən onların vəfat etmiş atalarının) üzərində mülkiyyət haqqı olan və cavabdeh tərəfindən sökülən daşınmaz əmlak mənzil statusunda olmuşdur. Sözügedən daşınmaz əmlakın yataqxana olmasına dair iş materiallarında hər hansı mötəbər sübut yoxdur. Bundan əlavə, işə baxan məhkəmə tərəfindən bu xüsusda hər hansı araşdırma aparılmamış, aidiyyəti qurumlara sorğular ünvanlanmamış, sübutlar toplanmamışdır. Pul kompensasiyasının hesablanması zamanı mənzilin hər kv.m üzrə ödənilməli olan 460 manat məbləğ hazırki məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, iş üzrə ekspertiza təyin edilsə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmiş, bu imtina binanın sökülməsi və yerində yeni yaşayış binasının tikildiyi ilə əsaslandırılmışdır. “"xxxx" MMC tərəfindən verilmiş arayışdan isə görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 19-cu Dağlıq küçəsindəki (indiki Səttar Bəhlulzadə küçəsində) yaşayış binalarında mənzilin 1kv.m orta real bazar dəyəri 10 sentyabr 2024-cü il tarixinə 1400 manat – 1600 manat arası təşkil edir. Həmin məbləğin (460 man.) istinad nöqtəsi hazırki iş üzrə iddiaçıların iştirak etmədiyi, bu və ya digər formada öz mülahizələrini bildirmək imkanları olmadığı məhkəmə işləri üzrə əldə edilmiş ekspert rəyidir ki, həmin rəylə tanış olduqda məlum olur ki, ekspertiza tədqiqatı tamam fərqli ərazi üzrə, özü də yataqxana statusunda olan tikili üzərindən aparılmışdır. Həmin məhkəmə qərarlarını“təcrübə qərarları” kimi qələmə verib hazırki mübahisəyə tətbiq etmək isə absurd və qanunsuzdur.
25. Üçüncü şəxs "xxxx" VQM MMC apellyasiya şikayətini onunla əsalandırmışdır ki, iddiaçıların iddia etdikləri daşınmaz əmlaka hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı halda məhkəmə iddianı əsassız olaraq qismən təmin edərək sökülmüş binada yerləşən mənzilə görə kompensasiya məbləği hər 1 kv.m üçün 460 manat olmaqla müəyyən edilmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətlərinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
27. Məhkəmə Kollegiyasının iclasında İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə3 və İddiaçı3 Mirzəli qızının nümayəndəsi Çetin Riza iddiçıların apellyasiya şikayətlərinin təmin olunmasını, üçüncü şəxs "xxxx" VQM MMC-nin apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdirlər.
28. Məhkəmə Kollegiyasının iclasında üçüncü şəxs "xxxx" VQM MMC-nin nümayəndəsi (vəkili) Vəkil MMC-nin apellyasiya şikayətinin təmin olunmasını, iddiaçıların apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdir.
29. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
31. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İstinad olunan Məcəllənin 14.2.6-cı maddəsinə əsasən, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri sayılır. 17.1-ci maddəsinə əsasən, bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
34. İddiaçılar apellyasiya şikayətində iddianın təmin olunmayan hissəsində, üçüncü şəxs "xxxx" VQM MMC apellyasiya şikayətində iddianın təmin olunmuş hissəsində qərarı mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
35. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Həmçinin, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdur.
37. İddianın mahiyyəti və iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası hazırkı mübahisəyə tətbiq edilən hüquq normalarına əsasən aşağıdakıları qeyd edir:
38. İşin hallarından da görünür ki, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 90 nömrəli Sərəncamı ilə 44 №-li Tikinti İdarəsinin müdriyyətinin və həmkralar Komitəsinin xx.xx.1993-cü il tarixli 4 №-li birgə qərarı təsdiq edilmiş, 19cu dağlıq küçəsində yerləşən 23 №-li evin, 4 otaqlı, 30 №-li mənzili 5 nəfər ailə tərkibi ilə X19 verilmişdir. Mənzilin ayrılması barədə X1 adı ilə yanaşı həmçinin, X10, X4, İddiaçı1 Mirzəli oğlunun, X7 adları qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, X26 vəfat etdiyindən, onun övladları İddiaçı1, İddiaçı3 və İddiaçı2 vərəsələr qismində çıxış edərək cavabdeh tərəfindən aparılmış söküntü nəticəsində gözlənilən hüquqlarından məhrum olmuşdurlar ki, həmin əmlakdan məhrum olmuşdursa və məhrumiyyət publik sferada hərəkət edən inzibati orqanın hərəkətləri ilə bağlı olmuşdursa buna uyğun ödənişlər də həyata keçirilməlidir. Əks halda konstitision hüquq kimi mülkiyyət hüququnun pozuntusu öz təsdiqini tapar. Bu zaman nəzərə alınmalıdır ki, mənzilin ayrılması ilə bağlı sərəncam order ləğv edilməmiş, qüvvədə olmuşdur. Orderdən də göründüyü kimi əmlakın ölçüsü məhz 71,6 kv.m olmuşdur ki, ödəniş də məhz həmin kv.m nəzərə alınmaqla həyata keçirilməlidir.
39. Bununla bağlı məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçılara uğradıqları real itki və məhrumiyyətlər nəzərə alınmaqla, qanunvericiliklə müəyyən olunmuş qaydada ədalətli kompensasiya ödənilməlidir.
40. İddiaçılara məxsus əmlakın real bazar dəyərinin müəyyən edilməsi, həm də onlara ədalətli kompensasiya ödənilməsinin təmin edilməsi məqsədi ilə 1-ci instansiya məhkəməsi tərəfindən müvafiq araşdırma aparılmış və iş üzrə ekspertiza təyin edilmişdir. Doğrudur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəmə ekspertizasının aparılmasından imtina edilmiş, bu imtina binanın sökülməsi və yerində yeni yaşayış binasının tikildiyi ilə əsaslandırılmışdır. İddiaçılar isə kompensasiya məbləğinin məhz "xxxx" MMC tərəfindən verilmiş arayış əsasında müəyyən edilməsini tələb edirlər.
41. Buna uyğun olaraq məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən verilmiş arayış hazırki mərhələdə iddiaçılara ödənilməli olan kompensasiya məbləğinin müəyyən edilməsində obyektiv dəlil qismində qiymətləndirilmir.
42. Belə ki, binanın söküntüsü ilə əlaqədar olaraq, binanın sakinlərinə ödəniləcək kompensasiya məbləği hər 1 kv.m görə 460 manat hesablanmaqla müəyyən edilmişdir. Bu zaman məhkəmələr qərarların qəbul edilməsi prosesində ekspert rəylərini nəzərə almışdırlar.
43. Belə ki, oxşar iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5850/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının 185-Ə saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, S.Bəhlulzadə küçəsi 23 saytlı yataqxana binasını Binəqədi RİH-in və Fövqəladə Hallar Nazirliyinin 17 avqust 2018-ci il tarixli aktına əsasən istismar üçün yararsız olmasını, binanın yataqxana tipli olmasını, yaşayış və köməkçi sahələrin özəlləşdirilmədiyini, dövlət mülkiyyətində olmasını, yəni mənzil bazarında tam mənada müvafiq bazar dəyərinə malik olmadığını nəzərə aldıqdan sonra Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, S.Bəhlulzadə küçəsi 23 saylı yataqxana binasında yerləşmiş əsas yaşayış sahələrinin 2022-ci ildə bir kv.m üçün orta bazar dəyəri – 460 manat, köməkçi sahələrin hər kv.m üçün 2022-ci ildə orta bazar dəyəri – 430 manat.
44. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1496/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3892-9/4109 nömrəli ekspert rəyinə istinad olunmuşdur ki, həmin rəyə əsasən Bakı şəhəri üzrə köhnə yataqxana binalarında analoji mənzillərin 1 kv.metrinin orta bazar qiyməti təqribən 460 manat məbləğində müəyyən edilmişdir ki, bunun əsasında da sökülmüş binada yerləşən mənzilə görə kompensasiya məbləği hər 1 kv.m üçün 460 manat olmaqla müəyyən edilmişdir.
45. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-943/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 aprel 2024-cü il tarixli ekspert rəyinə istinad olunmuşdur ki, həmin rəyə əsasən ünvan 5 ünvanında yerləşən yataqxana binasındakı mənzilin 1 kv.m-ə görə mövcud bazar dəyəri 460 manatdır.
46. Məhkəmə Kollegiyası qeyd edir ki, göründüyü kimi, bu yanaşma eyni binanın bütün sakinlərinə tətbiq edilərək vahid məhkəmə təcrübəsi kimi formalaşmışdır.
47. Belə olan halda, hazırkı iddiaçıların analoji hüquqi vəziyyətdə olan digər şəxslərlə müqayisədə fərqli kompensasiya məbləği ilə təmin edilməsi, onların bərabər hüquqlu olmaq prinsipinin pozulması ilə nəticələnə bilər. Bu isə mülkiyyət hüququ və bərabərlik prinsiplərinə uyğun gəlməyərək hüquqi qeyri-müəyyənlik və haqsızlıq yarada bilər. Buna əsasən, iddiaçıların da həmin vahid məbləğ üzrə kompensasiya ilə təmin olunması ədalət prinsipinin tələblərinə cavab verir.
48. Məhkəmə Kollegiyası qeyd edir ki, 1-ci instansiya məhkəməsi haqlı olaraq orderə əsasən mənzilin ümumi ölçüsünün 71,6 kv.m olmasını nəzərə alaraq hesab etmişdir ki, ünvan 5 ünvanında yerləşən yataqxana binasındakı 30 saylı mənzilin sökülməsinə görə yaşayış sahəsinin hər kv.m üzrə 460 manat məbləğində hesablanmaqla iddiaçılara kompensasiya ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
49. İddiaçıların apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası daha sonra qeyd edir ki, iddiaçılar şikayətlərində bildirirlər ki, məhkəmə kompensasiya ödənilməsi ilə bağlı qərar qəbul etməzdən əvvəl sökülən binanın yerində tikiləcək binadan mənzil verilməsi məsələsinin qeyri mümkünlüyünü araşdırıb nəticəyə gəlməli idi.
50. İddiaçıların apellyasiya şikayətlərinin həmin dəlillərinə münasibətdə məhkəmə Kollegiyasının mövqeyi belədir ki, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 23 saylı yaşayış binası 17 avqust 2018-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Rayon İcra Hakimiyyəti ilə birgə araşdırılması nəticəsində qəzalı elan edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 17 avqust 2018-ci il tarixli texniki vəziyyət haqqında aktına əsasən binanın istismarının dayandırılması, sakinlərin köçürülməsi, kommunikasiya xəttlərinin kəsilməsi, binanın ətrafının çəpərlənməsi və girişçıxışın məhdudlaşdırılması qərara alınmışdır. Akta əsasən həmin binada məskunlaşmış 86 (287 şəxs) qaçqın və məcburi köçkün ailələri 17 avqust 2018-ci il tarixdə Qaçqınların və X39 üzrə Dövlət Komitəsi tərəfindən Qobustan rayonunda yerləşən “QobuPark”a köçürülməsi həyata keçirilmişdir. Qəzalı vəziyyətdə olan yaşayış binasında məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin 2018 — 2021-ci illər ərzində köçürülməsi təmin edilmiş və yaşayış evi istismara tam yararsız olduğundan sökülmüşdür.
51. Göründüyü kimi, cavabdehin və ya üçüncü şəxs "xxxx" VQM MMC-nin sökülən binanın yerində tikiləcək binadan mənzil verilməsi məsələsinin mənzil sakinləri ilə razılaşdırılması kimi öhdəliyi müəyyən olunmamışdır.
52. Üçüncü şəxs "xxxx" VQM MMC isə apellyasiya şikayətini onunla əsalandırmışdır ki, iddiaçıların iddia etdikləri daşınmaz əmlaka hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı halda məhkəmə iddianı əsassız olaraq qismən təmin edərək sökülmüş binada yerləşən mənzilə görə kompensasiya məbləği hər 1 kv.m üçün 460 manat olmaqla müəyyən edilmişdir.
53. Üçüncü şəxs "xxxx" VQM MMC-nin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, Bu Qərarın 38-ci bəndində həmin dəlillərə hüquqi qiymət verilmişdir.
54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçıların və 3-cü şəxs "xxxx" VQM MMC-nin apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
55. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2996/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
İddiaçıların və 3-cü şəxs "xxxx" VQM MMC-nin apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2996/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.