Məhkəmə qərarları › İş №2-1(103)-1801/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1801/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1801/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə hesablanmış 109953,29 manat pensiya məbləğinin 3 il müddətinə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı, (sudro tərcüməsi X2), Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə hesablanmış 109953,29 manat pensiya məbləğinin 3 il müddətinə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2789/2022 saylı 16 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinə əsasən “Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanmış miqdarı”nın hesabına “Pensiyaya əlavə”nin hesablanaraq 2021-ci ilin avqust ayından iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1968-ci il təvəllüdlüdür və uşaqlıqdan lal-kar olduğu üçün üçüncü qrup əlildir. Əlillik ona ömürlük olaraq təyin edilmişdir. X1 uzun müddət hakim vəzifəsində çalışmış və yaşa görə əmək pensiyaçısı olmuşdur. Atası 29 dekabr 2009-cu ildə vəfat etmişdir. İddiaçı DSMF-nin Binəqədi rayon şöbəsinə müraciət edərək ona ailə başçısını itirməyə görə 29 dekabr 2009-cu il tarixdən əmək pensiyası təyin edilməsini xahiş etmişdir. DSMF-nin Binəqədi rayon şöbəsi ona həmin pensiyanı təyin etdi, lakin hakimlərin hazırda aldıqları bir çox ödənişləri nəzərə almadılar. Bundan əlavə onlar iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının hüququ yarandığı vaxtdan deyil, müraciət etdiyi vaxtan, yəni 01 may 2019-cu il tarixdən təyin etdilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2789/2022 saylı 16 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı ailə başçısını itirməyə görə hesablanmış 109953,29 manat pensiya məbləğinin ödənilməyən hissəsinin 3 (üç) il müddətinə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarının ləğv edilməsi və iddanın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının icrası ilə əlaqədar olaraq iddiaçıya hesablanmış 109953,29 manat pensiya məbləği 2020-ci ilin aprel ayından etibarən hissə-hissə onun pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. İddia tələbindən isə görünür ki, iddiaçı hazırkı tələblə ona ailə başçısını itirməyə görə hesablanmış 109953,29 manat pensiya məbləğinin 3 (üç) il müddətinə ona ödənilməsini tələb edir. İddiaçının tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasında həmin Qanunun 32.1-1-ci və 37.7ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il Qərardadında qeyd olunur ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ hətta 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Lakin birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq iddia tələbi təmin edilərək cavabdehin üzərinə pensiya məbləğinin ödənilməyən hissəsinin 3 (üç) il müddətinə iddiaçıya ödənilməsi öhdəliyi qoyulmuşdur. Tərəflərin izahatları Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmamasını xahiş etmişdir. İddiaçı (sudro tərcüməsi X5 vasitəsilə) apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İşin faktiki hallarına görə İddiaçı xx.xx.1968-ci il tarixdə doğulmuş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Rayon şöbəsi tərəfindən İddiaçı xx.xx.2006-ci il tarixdən əlilliyə görə pensiya təyin edilmiş, Şöbənin xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı təyin edilmiş pensiyanın növü əlilliyə görə pensiyadan ailə başçısını itirməyə görə pensiya növünə dəyişdirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir: “Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 29 yanvar 2020-ci il tarixli 2-1(102)-479 nömrəli Qərarına əsasən əmək pensiyanız hakimlik stajının hər beş ilinə hər ay aylıq vəzifə maaşının 15 faizi miqdarında əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsilə bağlı xərclər üçün vəzifə maaşının 15 faizi miqdarında aylıq pul təminatı, hər il məzuniyyət üçün iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət nəzərə alınmaqla yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üzrə müəyyən edilmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən əmək pensiyanız üzrə keçmiş müddət üçün hesablanmış 109953,29 manat pensiya məbləği 2020-ci ilin aprel ayından etibarən hissə-hissə pensiyanızın üzərinə əlavə olunmaqla müvafiq kart hesabınıza köçürülür.” Göründüyü kimi, iddiaçıya ailə başçısını itirməyə görə 109953,29 manat pensiya məbləği məhkəmə qərarına əsasən hesablanmışdır. Həmin pensiya məbləği iddiaçıya 2020-ci ilin aprel ayından etibarən hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ailə başçısını itirməyə görə hesablanmış 109953,29 manat pensiya məbləğinin ödənilməyən hissəsinin 3 il müddətinə ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının ailə başçısını itirməyə görə pensiya hüququ 2017-ci il iyulun 1-dək yaranmasına, həmçinin iddiaçı ona hesablanmış və hazırda ödənilməyən pensiya məbləğinin birdəfəlik deyil hissə-hissə, lakin 3 il ərzində ödənilməsini tələb etməsinə, bununla bağlı isə iddiaçının hüququnun yarandığı vaxt qanunvericilikdə hər hansı məhdudiyyət olmamasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İş materiallarında olan 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)- 2577/2019 saylı 27 iyun 2019-cu il tarixli qərarından görünür ki, iddiaçının iddiası qismən təmin edilərək, İddiaçı hüququ yaranan vaxtdan, yəni 2019-cu il 01 may tarixindən ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi, hakimlərə hakimlik stajının hər beş ilinə hər ay aylıq vəzifə maaşının 15 faizi məbləğində ödənilən əlavə haqqın, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 15 faizi miqdarında aylıq pul təminatının, hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardımın, hər il məzuniyyət üçün iki aylıq əmək haqqı məbləğində müavinətin, müalicə üçün ödənilən iki aylıq əmək haqqı məbləğində müavinətin nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması vəzifəsi Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə həvalə edilmiş, digər hissədə isə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 2146/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2577/2019 saylı, 27 iyun 2019-cu il tarixli qərarı dəyişdirilmiş, iddia qismən təmin edilmiş, İddiaçı, onun pensiya hüququnun yarandığı xx.xx.2009- cu il tarixindən ailə başçsını itirməyə görə əmək pensiyasının təyin edilməsi və hakimlərə ödənilən, hakimlik stajının hər beş Hinə hər ay aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclər üçün vəzifə maaşının 15 faizi miqdarında aylıq pul təminatı, hər il məzuniyyət üçün iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə üçün ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissələrində təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-479/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi Kollegiyasının 2-1(103)-2146/19 saylı 24 oktyabr 2019-cu il tarixli qərarı “Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclər üçün vəzifə maaşının 15 faizi miqdarında aylıq pul təminatının xx.xx.2009-cu il tarixdən nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi" hissəsində dəyişdirilmiş səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclər üçün vəzifə maaşının 15 faiz, miqdarında aylıq pul təminatının xx.xx.2010-cu il tarixdən nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-2146/19 saylı 24 oktyabr 2019-cu il tarixli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçıya aid pensiya işinin materiallarından da (i.v. 29) görünür ki, iddiaçıya yuxarıda adı çəkilən kassasiya instansiya məhkəməsinin müvafiq qərarının icrası ilə bağlı “əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2020-ci il tarixli qərar qəbul edilmiş və onun pensiyası ümumilikdə 109332,32 manat məbləğində hesablanmışdır. Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdi ki, məhkəmə qərarına əsasən yenidən hesablanmış əmək pensiyası iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyasının üzərinə əlavə edilməklə ödənilir, həmin pensiya məbləğinin birdəfəlik qaydada ödənilməsi nəzərdə tutulmamışdır. Hazırda iddiaçı məhz həmin məbləğin ona 3 il müddətinə ödənilməsini tələb edir. Bu fakt işə apellyasiya qaydasında baxılarkən tərəflərin verdikləri izahatlarla da tam təsdiq olundu. Nəzərə almaq lazımdır ki, məhkəmə aktı qüvvədə olduğu halda, yenidən eyni predmetli tələbə baxılması və onun əsaslılığının müəyyənləşdirilməsinə yönəlmiş araşdırmanın aparılması yolverilməzdir. Əgər iddiaçıya pensiya təyin edilməsinə dair qanuni qüvvədə olan məhkəmə qərarı mövcuddursa, o halda, hesablanmış pensiya məbləğinin hansı qaydada, yəni birdəfəlik, yoxsa bir neçə ilə bölünməklə hissə-hissə ödənilməsi məsələsi məhkəmə qərarının icrası qaydasında həll edilməlidir. İnzibati orqanlar qanuni qüvvədə olan məhkəmə qərarları əsasında təyin edilmiş əmək pensiyalarına münasibətdə həmin qərarların qanuni qüvvəsini və məcburi icra edilməli olmasını şübhə altına alacaq şəkildə davrana bilməz, o cümlədən məhkəmə aktı qüvvədə olmağa davam etdiyi halda qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla onun icrasını dayandıra bilməzlər. Bu qaydada yanaşma, faktiki olaraq məhkəmə qərarlarının təftişinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış həmin qərarların məcburi icrasını ortadan qaldırmış olur. Məhkəmə qərarının icrası qaydasında təyin edilmiş pensiya məbləğinin cavabdeh tərəfindən hissə-hissə ödənilməsi müəyyən olunarsa, bunun səbəbləri dəqiqləşdirilməli, nəticəsindən asılı olaraq hüquqi marağına uyğun prosessual hərəkət etməsi üçün iddiaçıya hüquqi yardım edilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə qərarının icrası qaydasında təyin edilmiş pensiya ödənişlərinin aparılması üçün yenidən eyni məzmunlu iddia qaldırılması yolverilməzdir, iddiaçı bu halda icraya nəzarət edən məhkəməyə müraciət etməlidir. Qeyd olunan halları işə birinci instansiya qaydasında baxmış məhkəmə araşdırmadan, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyini yoxlamadan verilmiş tələbə inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2789/2022 saylı 16 fevral 2022-ci il tarixli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2789/2022 saylı 16 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar