Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1801/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər Cavabdehna qarşı “yeni açılmış hallarla bağlı müraciətinə cavab verilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair“ iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3693/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehna qarşı (X2 və Hümbət Nurəlibəyov üçüncü şəxs qismində göstərilməklə) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.2023-cü il tarixli rəsmi müraciətinə lazımi qaydada baxılması, yeni açılan hal üzrə cavabın rəsmi qaydada verilməsinin həvalə edilməsi və vəsatət qaldırılaraq cinayət kollegiyası və Nərimanov Rayon Məhkəməsinin bu məsələ ilə bağlı onun şikayətlərinin diqqətlə araşdıraraq, Azərbaycan Respublikasının Baş prokuroruna məlumat verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə Cavabdeh öhdəliklərini yerinə yetirmir, onun iki rəsmi müraciətinə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada imza edilərək qəbul edilsə də, baxılmır və cavab verilmir. Araşdırma aparılmır. Müraciətinə baxılmır və düzgün, rəsmi cavab verilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3693/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu ilə ehtiva olunur ki, məhkəmə araşdırma aparmamış, prokurorluq tərəfindən hərəkətsizlik nümayiş etdirməsinə onun şikayət ərizələrinə baxılmadığına baxmayaraq, məhkəmə cavabdehin hərəkətsizliyinə qiymət verməmiş, əsassız olaraq iddianı rədd etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia ərizəsinə və apellyasiya şikayətinə əsasən müəyyən olunur ki, iddiaçının cavabdehə qarşı qaldırdığı iddia onun cavabdeh prolurorluq orqanına ünvanlanmış şikayətləri ilə bağlıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Qanunun qeyd olunan tələbi baxımından, cinayət qanunvericiliyi ilə müəyyən olunan məsələlər cinayət təqibini həyata keçirən orqanın cinayət prosesual fəaliyyət dairəsinə aid olduğundan iddiaçının hazırkı cavabdeh orqana qarşı iddia tələbinə inzibati məhkəmə icraatında baxılması mümkünlüyü istisna edilir. İPM-in 2.1-ci maddəsindən isə görünür ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdirsə, həmin mübahisəyə inzibati məhkəmə icraat qaydasında baxıla bilməz. Qanunun qeyd olunan tələbi baxımından, iddiaçının hazırkı iddia tələbləri üzrə başqa aidiyyət qaydası müəyyən edildiyindən, İPM-in 35.1-ci maddəsində nəzərdə tutulan əsaslandırılmış iddia kimi qiymətləndirilə və inzibati məhkəmə icraatında baxıla bilməz. Belə olan halda, İPM-in 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun nəticədir. Ona görə də, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3693/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Eyni zamanda, iddiaçıya izah edilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi və qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3693/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1801/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1801/2024
04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver