Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1802/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Baş İdarəsinə qarşı üçüncü şəxslər Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 3 nömrəli Şəhər Kliniki Xəstəxanası və X12 işə cəlb edilməklə “şəxsiyyət vəsiqəsinin və pasportun ləğv edilməsi və .s” barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4606/2021 saylı 05 may 2021ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Baş İdarəsinə qarşı üçüncü şəxslər Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 3 nömrəli Şəhər Kliniki Xəstəxanası və X12 işə cəlb edilməklə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 05.02.2017-ci il tarixində İsrail dövlətinin vətəndaşlığının qəbul edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi ilə əlaqədar X5 şəxsiyyət vəsiqəsinin və ümumvətəndaşlıq pasportunun ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması; X5 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması statusunun müəyyən edilərək M.C.Dadaşovanın Azərbaycan Respublikası vətəndaşlığına mənsub olmaması faktını müəyyənləşdirmək vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Baş İdarəsinin üzərinə qoyulması; “Vətəndaşlığın azaldılması haqqında” Konvensiyanın 7-ci maddəsinin 2-ci bəndinə əsasən məhkəməyə müvafiq rəy vermək və M.C.Dadaşovanın Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi haqqında icraatı təmin etmək vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması; xarici dövlətin vətəndaşlığını qəbul etdiyi vaxtdan xarici dövlətin vətəndaşı M.C.Dadaşova tərəfindən qanunsuz olaraq alınan Azərbaycan Respublikası pensiyası M.C.Dadaşovadan tutulması; xarici dövlət vətəndaşı M.C.X10 Məcəlləsinin 575-ci maddəsinə müvafiq olaraq inzibati məsuliyyətə cəlb edilməsi, məhkəmə vasitəsilə İsrail dövlətinə giriş hüququ olmadan ölkədən 5 il müddətinə çıxarılması vəzifəsinin Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin üzərinə qoyulması; 17.12.2006-cı il tarixində, saat 00:10-da vəfat etmiş 1958-ci il təvəllüdlü T.A.Dadaşovun fiziki ölümünə dair sənədləri, həmçinin mərhumun şəxsiyyət vəsiqəsinin surətini iddiaçıya vermək vəzifəsinin Baş Səhiyyə İdarəsinin 3 nömrəli Şəhər Kliniki Xəstəxanasının üzərinə qoyulması; Azərbaycan Respublikası Nazirlər Sovetinin 29 avqust 2007-ci il tarixli, 136 nömrəli Qərarına müvafiq olaraq 3 nömrəli şəhər Kliniki Xəstəxanasının inzibati orqan hesab edilməsi; İddiaçı üç daşınmaz əmlak obyekti barədə cinayət faktlarının müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1, 177.3.2, 178.3.2-ci maddələrinə müvafiq olaraq üçüncü şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə bildirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişlər ki, o, 19 aprel 2019-cu il tarixdə Bakı şəhəri Nərimanov rayonu 38-ci notarial kontora və yuxarıda göstərilən ünvanda yaşayan İsrail vətəndaşı X8 qarşı Azərbaycan vətəndaşı M.C.Dadaşivanın daxili şəxsiyyət vəsiqəsinin və ümumvətəndaşlıq pasportunun ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2(005)-1563/2019 saylı 18.04.2019-cu il tarixli qərarında qeyd edilir ki, təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçı Fomina.L.İ. müvafiq tələblə əlaqədar (vətəndaş M.C.Dadaşovanm sənədlərinin ləğv edilməsi haqqında) AR Dövlət Miqrasiya Xidmətinə müraciət etməmişdir. Beləliklə, müvafiq tələblərlə əlaqədar iddiaçı M.C.Dadaşovanın şəxsiyyət vəsiqəsinin və ümumvətəndaşlıq pasportunun ləğv edilməsi üçün AR Dövlət Miqrasiya Xidmətinə müraciət etmək hüququna malikdir. O, 22 oktyabr 2020-ci il tarixdə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası vətəndaşlığının 05.02.2017-ci il tarixində itirilməsi ilə bağlı İsrail vətəndaşı M.C.Dadaşovanın sənədlərinin ləğv edilməsini tələb etmişdir. 13.11.2020-ci il tarixdə AR Miqrasiya Xidməti İdarəsi K/F-2346 №-li sənəddə düzgün olmadan “Vətəndaşsızlığın azaldılması haqqında” 30 avqust 1961-ci il Konvensiyasının 7-ci maddəsinə istinad edir. O, M.C.Dadaşovanın vətəndaşlığının itirilməsi haqqında icraatın həyata keçirilməməsi haqqında cavabla tamamilə razı deyildir, çünki 30 avqust 1961-ci il tarixli vətəndaşlığın azaldılması haqqında Konvensiyanın 7-ci maddəsinin 2-ci bəndində aydın surətdə göstərilmişdir ki, razılaşan Dövlətin yad ölkədə naturallaşmaq istəyən vətəndaşı bu yad ölkənin vətəndaşlığının əldə edilməsi üçün təsdiq almadığı zaman və ya əldə etmədiyi zaman öz vətəndaşlığını itirmir. M.C.Dadaşovanın 05.02.2017-ci il tarixdə əldə etdiyi İsrail vətəndaşlığı haqqında məhkəmə sorğusu vasitəsilə əldə edilən anket-ərizədən görünür ki, Dadaşova M.C inzibati məsuliyyət barədə xəbərdar edilmişdir. AR Miqrasiya Xidməti icra hakimiyyəti orqanının hərəkətsizliyi vəzifəli şəxslərin inzibati məsuliyyətinə səbəb olmalıdır. AR DİN-nin 14.10.2019-cu il tarixli 018-13847F3219 №-li sənədindən görünür ki, Dövlət Miqrasiya Xidmətinə və ya məhkəməyə müraciət etmək tövsiyə olunur. Baş Pasport Qeydiyyatı və Miqrasiya İdarəsinin vəkil Səlimov Elvinə ünvanladığı 018- 10539-12 №-li 19.09.2018-ci il tarixli cavabından görünür ki, M.C.Dadaşova yuxarıda göstərilən ünvanda qeydiyyatdadır və AZE 06679754 №-li şəxsiyyət vəsiqəsi ilə və C01165764 №-li ümumvətəndaşlıq pasportu ilə təmin edilmişdir. X7 vətəndaşı M.C.Dadaşova pensiya ilə təmin olunmuşdur və qanunsuz olaraq Azərbaycan Respublikasında yaşayaraq qanunsuz olaraq AR sənədlərindən istifadə edir. Bu qanunsuz əmək inzibati və cinayət məsuliyyətinə səbəb olmalıdır. Onların əmlak mübahisəsi üzrə şəxsi araşdırmalarında aşkar olunmuşdur ki, M.C.Dadaşovanın əri T.A.Dadaşov X7 vətəndaşlığını qəbul etmiş və 02.03.2017-ci il tarixdə İsrail dövlətinin vətəndaşı kimi vəfat etmişdir. İddiaçı 05.02.2017-ci il tarixdə M.C.Dadaşova və T.A.Dadaşov tərəfindən xarici dövlətin vətəndaşlığının qəbul edilməsi üçün əsas görmür və bunu T.A.Dadaşovun Bakı şəhərində ölümünün gözlədilməsi məqsədi və üç daşınmaz əmlak obyektinin qanunsuz əldə edilməsi məqsədi ilə saxta hesab edir. İddia ərizəsində həmin faktlar hal-hazırda apelyasiya instansiyası məhkəməsində araşdırılır, hansında ki, bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olmaqla saxtalaşdırma, xeyli miqdarda əmlak oğurluğu, dələduzluğun 100%-lik sübutları aşkar olunmuşdur. Şəxsi araşdırmalarında həmçinin aşkar olunmuşdur ki, 1933-cü il təvəllüdlü T.A.Dadaşov və 1958ci il təvəllüdlü T.A.Dadaşov eyni şəxsdir. 3 №-li Şəhər Kliniki Xəstəxanasının rəhbərliyi mərhumun şəxsiyyət vəsiqəsinin nömrəsini qəsdən gizlədir, öz cavabında mərhumun doğum tarixini göstərmir, şəxsi söhbət zamanı istinad edir ki, onlarda sənədlər yoxdur. Bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olmaqla əmlak oğurluğu və dələduzluq faktları üzrə AR CM-nin 294.1, 177.3.2, 178.3.2-ci maddələri üzrə cəzalandırılan əməllər haqqında əlavə ərizə, və ya ayrıca ərizə yazılacaqdır. AR MPM-nə müvafiq olaraq, iddiaçı X1 xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında 2(005)-1880/2014 saylı xüsusi icraat işində T.A.Dadaşovun imzasının ekspertizasını tələb edəcəkdir. Həmçinin onlar tərəfındən aşkar olunmuşdur ki, 1933-cü il təvəllüdlü T.A.Dadaşov təxminən 2012-2013-cü illərdə Bakı şəhərində vəfat etmişdir və öz atası 1958-ci ildə Bakı şəhərində vəfat etmiş 1870-ci il təvəllüdlü X4 yanında dəfn olunmuşdur. Sonra iddiaçı AR Dövlət Miqrasiya Xidməti Baş İdarəsinin üzərinə öhdəliklərin qoyulması haqqında Bakı şəhəri Nərimanov rayonuna iddia ərizəsi ilə müraciət etmişdir. Mülki iş üzrə 2(005)-1359/2021 saylı 27.01.2021-ci il tarixli qərarla iddianın mümkün olmaması ilə əlaqədar İddiaçı cavabdeh M.D.Dadaşovaya qarşı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etmişdir. AR Nazirlər Kabinetinin 136 nömrəli 29 avqust 2007-ci il tarixli qərarı ilə təsdiq olunmuş İnzibati orqanların təsnifatı inzibati orqanların dəqiq siyahısını təqdim edir. Bununla yanaşı müəyyən olunmuşdur ki, inzibati aktların qəbul edilməsi üzrə səlahiyyətlərə müvafiq olaraq inzibati aktların qəbul edilməsi səlahiyyətləri verilən digər orqanlar inzibati orqanlar hesab edilə bilərlər (Baş Səhiyyə İdarəsi). İddiaçı 08.02.2021-ci il tarixdə İsrail Dövlətinin vətəndaşı M.C.Dadaşovanın İXM-nin 575-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb edilməsi, İsrail Dövlətinə giriş hüququ olmadan ölkədən çıxarılması haqqında ərizə ilə Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət etmişdir. Baş Pasport Qeydiyyatı və Miqrasiya İdarəsi 19.02.2021-ci il tarixli 018-1577F3221 nömrəli cavabda AR Dövlət Miqrasiya Xidməti Baş İdarəsinə istinad edir və İsrail Dövlətinin vətəndaşı M.C.Dadaşovanı inzibati məsuliyyətə cəlb etmir. Sonda iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4606/2021 saylı 05 may 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: A.Abdullayeva) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, o, inzibati məhkəmənin qərardadı ilə tam razı deyildir, çünki X9 qəbul etdiyi vətəndaşlıq miras ilə əlaqədardır və İcra Hakimiyyəti orqanlarının, Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin və Azərbaycan Respublikasının Baş Miqrasiya Xidməti idarəsinin hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədardır. İddiaçı razı deyil ki, İsrail Dövlətinin vətəndaşı X13 Azərbaycan Respublikasının vətəndaşı kimi Azərbaycanda tam həcmdə pensiya alır, bu sadəcə, nonsensdir. Xarici dövlətin vətəndaşlığının qəbul edilməsi ilə əlaqədar Azərbaycan respublikasının Baş Miqrasiya Xidməti İdarəsi X9 şəxsiyyət vəsiqəsini və ümumvətəndaşlıq pasportunu ləğv etməlidir. X9 Azərbaycan Respublikasında yaşayış statusunu dəyişməlidir. Bu hərəkətsizliklə əlaqədar Dadaşova Maya Azərbaycan Respublikasının tam hüquqlu vətəndaşı kimi pensiya ilə qanunsuz olaraq təmin edilir. Baş Miqrasiya Xidməti İdarəsi qəsdən hərəkət etməyərək, X9 Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi haqqında icraatı həyata keçirmir, çünki icraat bilavasitə onun pensiya təminatına aiddir. İddiaçı və onun nümayəndəsi hesab edirlər ki, M.C.Dadaşova İsrailin vətəndaşı olaraq, miqrasiya qanunvericiliyini pozur, xarici ölkənin vətəndaşı olaraq Azərbaycanda qanunsuz olaraq pensiya alır, Azərbaycan Respublikası vətəndaşının daxili şəxsiyyət vəsiqəsini və ümumvətəndaşlıq pasportunu istifadə edir, hansılar ki, xarici dövlətin vətəndaşlığını əldə etdikdən sonra ləğv edilməli idilər. Həmçinin Bakı şəhərinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi X11 inzibati məsuliyyətə cəlb etmir. Bakı şəhərinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi İsrail vətəndaşı M.C.Dadaşovanı icra hakimiyyətinin ayrıca səlahiyyətli orqanı kimi İXM-nin 575-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb etməli idi və Bakı şəhəri Baş Miqrasiya Xidməti İdarəsinin hərəkətlərinə istinad etməməli idi. 3 nömrəli Şəhər Kliniki Xəstəxanasınin Baş İdarəsi X3 ölümünün saxtalaşdlırılması və gizlədilməsi ilə bilavasitə əlaqəsi vardır, onlar daxili şəxsiyyət vəsiqəsi olmadan ölüm haqqında şəhadətnaməni vermişlər. Bu cinayət Cinayət Məcəlləsinin 307, 308, 314-cü maddəsinə müvafiqdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə apelyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Baş İdarəsinin nümayəndəsi X6 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə, üçüncü şəxslər Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 3 nömrəli Şəhər Kliniki Xəstəxanası və X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə qeyd olunan tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı 05.02.2017-ci il tarixində İsrail dövlətinin vətəndaşlığının qəbul edilməsi və Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi ilə əlaqədar X5 şəxsiyyət vəsiqəsinin və ümumvətəndaşlıq pasportunun ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması; X5 Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması statusunun müəyyən edilərək M.C.Dadaşovanın Azərbaycan Respublikası vətəndaşlığına mənsub olmaması faktını müəyyənləşdirmək vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Baş İdarəsinin üzərinə qoyulması; “Vətəndaşlığın azaldılması haqqında” Konvensiyanın 7-ci maddəsinin 2-ci bəndinə əsasən məhkəməyə müvafiq rəy vermək və M.C.Dadaşovanın Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi haqqında icraatı təmin etmək vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması; xarici dövlətin vətəndaşlığını qəbul etdiyi vaxtdan xarici dövlətin vətəndaşı M.C.Dadaşova tərəfindən qanunsuz olaraq alınan Azərbaycan Respublikası pensiyası M.C.Dadaşovadan tutulması; xarici dövlət vətəndaşı M.C.X10 Məcəlləsinin 575-ci maddəsinə müvafiq olaraq inzibati məsuliyyətə cəlb edilməsi, məhkəmə vasitəsilə İsrail dövlətinə giriş hüququ olmadan ölkədən 5 il müddətinə çıxarılması vəzifəsinin Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin üzərinə qoyulması; 17.12.2006-cı il tarixində, saat 00:10-da vəfat etmiş 1958-ci il təvəllüdlü T.A.Dadaşovun fiziki ölümünə dair sənədləri, həmçinin mərhumun şəxsiyyət vəsiqəsinin surətini iddiaçıya vermək vəzifəsinin Baş Səhiyyə İdarəsinin 3 nömrəli Şəhər Kliniki Xəstəxanasının üzərinə qoyulması; Azərbaycan Respublikası Nazirlər Sovetinin 29 avqust 2007-ci il tarixli, 136 nömrəli Qərarına müvafiq olaraq 3 nömrəli şəhər Kliniki Xəstəxanasının inzibati orqan hesab edilməsi; İddiaçı üç daşınmaz əmlak obyekti barədə cinayət faktlarının müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 294.1, 177.3.2, 178.3.2-ci maddələrinə müvafiq olaraq üçüncü şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hazırlıq icraatında iddia tələblərini və cavabdehləri konkretləşdirməklə və dəqiqləşdirilməklə iddiaçıya irəli sürdüyü iddia tələblərinin mövcud vəziyyətdə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə aidliyinin müəyyən edilmədiyini, cavabdeh orqan tərəfindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunun əsaslandırmalı olması izah edilmiş, iddiaçı iddia tələbində hər hansı qüsura yol verilmədiyini bildirərək, iddia tələblərinə olduğu kimi baxılmasını israrla xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizəsində cavabdeh inzibati orqan kimi göstərilən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı tələblərinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkünlüyü və iddiaçının həmin tələbləri qaldırmaqda subyektiv hüququnun mövcudluğu (qanunvericiliyin tələblərinə əsasən hər hansı üçüncü şəxsin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə əlaqədar öhdəlik qoyulmasına dair tələb irəli sürməsinə yol verilmədiyindən) müəyyən edilmədiyindən, eləcə də, iş üzrə cavabdehlərə qarşı yönəlməyən digər tələbləri konkret şəkildə cavabdehlərə qarşı ifadə edilmədiyindən, həmçinin həmin tələblərə də, inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olmadığından, iddianın dəqiqləşdirilməsi ilə bağlı iddiaçı tərəfə məhkəmənin tövsiyəsi olsa da, iddiaçının arzuladığı hala uyğun inzibati orqana qarşı əsaslandırılmış (iddiaçının hüquqlarının konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələrək pozulması) tələb konkret əks olunmaqla yeni ərizə (iddia ərizəsi) təqdim olunmadığından, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbində göstərilən mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Hazırki inzibati işdə isə iddiaçının qaldırdığı iddia tələbləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə aidliyinin müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4606/2021 saylı 05 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1802/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1802/2021
30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver