Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1802/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X5 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə Hakim oğlunun, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1497/2N4 saylı 25 yanvar 2N4-cü il tarixli qərardadlarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 may 2N4-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra mətndə AR MN) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2N3-cü il tarixli, 0145 №-li əmrinin ləğv edilərək, onun AR MN-nin N №-li hərbi hissədə tutduğu vəzifəyə bərpa olunması və məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin AR MN-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili xx.xx.2N3-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2N3-cü il tarixli, 0145 №-li əmrinin ləğv edilərək, İddiaçı AR MN-nin N nömrəli hərbi hissəsinə tutduğu vəzifəyə bərpa olunması və məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh AR MN-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində doğulmuşdur. 1996-cı ildən 2003-cü ilədək 8-ci sinfin 1-ci rübünə kimi İsmət Qayıbov adına Sumqayıt şəhər 1 saylı tam orta məktəbində, qalan rüblərdə isə Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2004-cü ildən 2007-ci ilədək C.Naxçıvanski adına Hərbi Liseydə hərbi təhsil almışdır. 2007-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyi müvəffəqiyyətlə bitirdikdən sonra dövlət xətti ilə Rusiya Federasiyasında təhsilini davam etdirmək üçün göndərilmişdir. 2012-ci ildə Rusiya Federasiyasının Tiver şəhəri G.K.Jukov adına X8 Müdafiə Akademiyasını “Avtomatlaşdırılmış sistemlərdə məlumatın emalı və idarə olunması üzrə mühəndis” ixtisası üzrə müvəffəqiyyətlə bitirərək vətənə qayıtmışdır. 2012-ci ilin iyun ayından Azərbaycan Respublikası Silahlı Qüvvələrində leytenant rütbəsində xidmətə başlamışdır. Hazırda kapitan rütbəsindədir. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2N3-cü il tarixli 0145 №-li Əmri ilə silahlı qüvvələrdən ehtiyata buraxılmışdır. Qeyd edilən əmr qanunsuz və əsasssız olduğundan ləğv edilməlidir. Bununla bağlı cavabdehə ərizə ilə rəsmi qaydada müraciət edərək, əmrin ləğv edilməsi və məcburi işbuarxmaya görə əmək haqqının ödənilməsini xahiş etmişdir. Cavabdeh bu günədək müraciətinə cavab verməmişdir. İddiaçıya narkotik vasitədən istifadə etməsinə görə intizam cəzası Azərbaycan Respublikası Silahlı X1 93-cü maddəsinə görə təhqiqatın qurtardığına gündən (27 dekabr 2N2-ci ildən) sonra 10 sutka keçənə qədər verilə bilərdi ki, həmin qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, təhqiqat qurtardığı gündən 53 gün keçdikdən sonra cavabdehin hazırda ləğv edilməsi tələb olunan xx.xx.2N3-cü il tarixli əmri ilə ona xidmət vaxtı başa çatmamış ehtiyata buraxma növündə cəza verilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1497/2N4 saylı 25 yanvar 2N4-cü il tarixli qərardadı ilə iddiaçının “ötürülmüş prosessual müddətin bərpası” barədə verdiyi ərizəsi təmin edilməmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1497/2N4 saylı 25 yanvar 2N4cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-1497/2N4 saylı 25 yanvar 2N4-cü il tarixli qərardadının ləğv edilməsi və işə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, xx.xx.2N3-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2N3-cü il tarixli, 0145 №-li əmrinin ləğv edilməsi və İddiaçı AR MN-nin N nömrəli hərbi hissəsinə tutduğu vəzifəyə bərpa olunması barədə əmr verilməsi xahiş edilmişdir. Lakin cavabdeh inzibati orqan ərizəçinin müraciətinə cavab vermədiyi üçün həmin tələblə məhkəməyə müraciət edilmişdir. İddiaçı cavabdeh orqana müvafiq əmrin ləğv edilməsi barədə rəsmi müraciət etmiş, lakin inzibati orqan onun müraciətinə cavab vermədiyi üçün həmin müddəti gözləməklə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları İddiaçı və onun nümayəndəsi, vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişlər ki, onlar birinci instansiya məhkəməsinin hər iki qərardadından narazıdırlar, ona görə də apellyasiya şikayətinin hər iki qərardaddan verilmiş kimi nəzərə alınmasını, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin hər iki qərardadının ləğv edilərək, işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərardadlarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı tələbi “Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2N3-cü il tarixli 0145 №-li əmrinin ləğv edilərək, onun Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N №-li hərbi hissədə tutduğu vəzifəyə bərpa olunması və məcburi iş buraxdığı dövr üçün əmək haqqının hesablanaraq, ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hazırda mübahisələndirdiyi əmrin ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürməsinə istinad edərək, müddətin bərpası barədə ərizənin təmin edilməməsi və iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N №-li xx.xx.2015-ci il tarixli əmrindən çıxarışdan müəyyən olunur ki, Baş leytenant İddiaçı Müdafiə nazirinin müavini- Hərbi Hava Qüvvələri Komandanının 19 may 2015-ci il tarixli 17 №-li əmrinə əsasən N nömrəli hərbi hissənin S-300PMU2 divizionlar qrupunun 3-cü S300PMU2 divizionun radiotexniki batareyanın döyüşü idarəetmə bölməsinin xüsusi hesablama aparatları heyətinin rəisi vəzifəsinə təyin edildiyi üçün Xanlar N nömrəli hərbi hissədən gəlmiş hesab edilməsi, xx.xx.2015-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına bütün növ təminatlara daxil edilməsi və vəzifəsinin icrasına başlaması əmr edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 0145 №-li, xx.xx.2N3-cü il tarixli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq 981-ci Zenit Raket briqadasının (N nömrəli hərbi hissə) S-300PMU2 divizionlar qrupunun 1-ci S-300PMU2 zenit raket divizionunun radiotexniki batareyanın (30N6E2) döyüşü idarəetmə bölməsinin xüsusi hesablama aparatları heyətinin (Elbrus-90 mikro hesablama kompelksi) rəisi (HK Elbrus-90 mikro) kapitan İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması əmr olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N №-li xx.xx.2N3-cü il tarixli əmrindən çıxarışdan müəyyən olunur ki, kapitan İddiaçı S-300PMU2 divizionlar qrupunun 1-ci S-300PMU2 zenit raket divizionun radiotexniki batareyanın (30N6E2) döyüşü idarəetmə bölməsinin xüsusi hesablama aparatları heyətinin rəisi, Azərbaycan Respublikası Müdafiə nazirinin 28 fevral 2N3-cü il tarixli 0145 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilməsi, 11 mart 2N3-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılması və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinə göndərilməsi, ona vəzifə və rütbə maaşının 2 misli miqdarında çıxış pulunun ödənilməsi əmr olunmuşdur. SHXÇDX-nin Suraxanı rayon İdarəsi tərəfindən xx.xx.2N3-cü il tarixdə verilmiş EZ ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, SHXÇDX-nin Xətai rayon İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə həqiqi hərbi xidmətə çağırılmış İddiaçı xx.xx.2N3-cü ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə xx.xx.2N3-cü maddəsinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır (səhifə 4). “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 20-ci maddəsinin İ bəndiə görə bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün - onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır. Həmin Əsasnamənin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. İşin apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçı onun ehtiyata buraxılması barədə qəbul edilmiş 0145 №-li xx.xx.2N3-cü il tarixli əmrlə xx.xx.2N3-cü il tarixdə tanış olmuş və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinə göndərilməsi haqqında sənədi N nömrəli hərbi hissənin göndəriş vərəqələrinin qeydiyyatı kitabında xx.xx.2N3-cü il tarixdə imza etməklə qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Hazırda iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2N3-cü il tarixli, 0145 №-li əmrinin ləğv edilməsi və onun hərbi hissəyə tutduğu vəzifəyə bərpa olunmasını xahiş edir. Göründüyü kimi, iddiaçının tələbi mübahisələndirmə və məcburetmə haqqında iddia növünə aiddir. İddiaçının ikinci tələbi onun birinci tələbinin təmin olunmasından asılıdır. Belə olan halda iddiaçının birinci tələbi mübahisələndirmə haqqında iddia növünə aid olduğu üçün onun tərəfindən verilmiş iddianın mümkün sayılması üçün iddia müddətinə riayət edilibedilmədiyi məsələsi yoxlanılmalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı mübahisələndirdiyi əmrdən ona elan olunduğu xx.xx.2N3-cü il tarixdə, ən geci isə onunla tanış olub, qeydiyyat jurnalına imza etdiyi xx.xx.2N3-cü il tarixdən məlumatlı olduğu halda, xx.xx.2N3-cü il tarixdə iddia qaldırarkən artıq qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Birinci instansiya məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin mübahisələndirilən xx.xx.2N3-cü il tarixli, 0145 №-li əmri iddiaçıya xx.xx.2N3-cü il tarixdə elan edildiyindən, ehtiyata buraxıldıqdan sonra SHXÇDXnin Suraxanı rayon İdarəsi tərəfindən xx.xx.2N3-cü il tarixdə qeydiyyata alındığından və həmin tarixdə ona hərbi bileti verildiyindən iddiaçı xx.xx.2N3-cü il tarixdə iddia qaldırmaqla qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İddiaçı onun tərəfindən hazırki iddianın qaldırılması üçün qanunla müəyyən edilmiş iddia müddətinin ötürüldüyünü etiraf edərək həmin müddətin bərpası ilə bağlı birinci instansiya məhkəməsinə ərizə təqdim etmişdir. Lakin həmin ərizədə iddiaçı tərəfindən hazırki iddianın qaldırılması ilə bağlı qanunla müəyyən edilmiş iddia müddətin üzrlü səbəblərdən ötürülməsi ilə bağlı hər hansı dəlil irəli sürülməmişdir. Belə ki, iddiaçının vəkili məhkəməyə gec müraciət edilməsinin səbəblərinin (i.v. 68-dəki ərizədə) əmrin surətinin və ona əsas olmuş sənədlərin təqdim olunmasını xahiş etsə də, hər hansı sənədin təqdim olunmaması ilə bağlı olduğunu bildirmişdir. Halbuki yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə görə, şəxs hüquqlarını pozduğunu iddia etdiyi inzibati aktdan ondan məlumatı olduğu tarixdən qanunla müəyyən edilmiş müddət daxilində birbaşa məhkəməyə müraciət etməlidir. Belə müraciətin vaxtında edilməməsi isə yalnız üzrlü səbəblərlə əlaqəli olduğu halda iddia müddəti bərpa oluna bilər. İşdən göründüyü kimi, iddiaçı onun tərəfindən iddia müddətinin üzrlü səbəbdən ötürülməsini təsdiq edən hər hansı sübutu nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının “müddətin bərpası barədə” ərizəsinin təmin edilməməsi və iddianın qeyri-mümkün sayılması barədə qərardadlar qəbul etmişdir. Həmin qəradadlar qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər formal xarakter daşımaqla yanaşı, hər iki qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün heç bir əsas yaratmır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1497/2N4 saylı 25 yanvar 2N4-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X9 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1802/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1802/2024
15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver