Məhkəmə qərarları › İş №2-1(103)-1803/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1803/2021

14.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1803/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 Xüsusi Şərtlərlə X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-767/2021 saylı 18 mart 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 Xüsusi Şərtlərlə X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 21.06.2018-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin, təyin olunacaq əmək pensiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.06.2018-ci ildə qüvvədə olan tələbləri əsasında hesablanaraq birdəfəyə ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Orta məktəbi bitirdikdən 10.01.1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 01.07.2017-ci il tarixə kimi onun 25 ildən artıq ümumi stajı, 12 il 6 aydan artıq zərərli əmək stajı olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında DSMF-nun Bakı şəhəri Suraxanı rayon şöbəsi tərəfindən ona 21.06.2018-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə müvafiq olaraq güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyası təyin edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cü maddəsinin tələblərinə görə o, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Belə ki, 01.07.2017-ci il tarixinə qədər o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına əsasən 12 il 6 aydan çox zərərli əmək sahəsində əmək stajı və 25 ildən artıq ümumi əmək stajı toplamışdır. Ona şöbə tərəfindən 213 manat pensiya təyin olunmuş və 2019-cu ilin mart ayına qədər qeyd olunan məbləğdə pensiya almışdır. 2019-cu ilin aprel ayında şöbənin əməkdaşları onu şöbəyə dəvət edərək bildirdirmişlər ki, şöbədə nazirliyin daxili audit yoxlaması keçirilib və audit yoxlamasının nəticəsinə görə müəyyən olunmuşdur ki, ona pensiya təyin olunarkən tələb olunan güzəştli stajının olmaması müəyyən olunmuşdur. Təbiidir ki, o, daxili audit yoxlamasının qərarı ilə razılaşmadan və Filiala rəsmi ərizə ilə müraciət etmiş və həmin təşkilatdan 19.02.2020-ci il tarixli, **********8 saylı cavab məktubu verilmiş və cavab məktubunda ona şifahi verilmiş cavab öz əksini tapmışdır. O, cavab məktubu ilə razılaşmır və hesab etmişdir ki, daxili audit yoxlamasının nəticəsi və ona ünvanlandırılmış cavab məktubu qanunsuzdur. 02.09.1996-cı il tarixə kimi işlədiyi zərərli vəzifələri nəzərə alınmasa belə 02.09.1996-cı ildən 01.04.2019-cu il tarixə kimi işlədiyi vəzifənin təmirçi çilingər peşəsinin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə olmasını nə daxili audit, nə də XŞTİ-si inkar edə bilməz. Belə olan halda onun 57 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranması təkzib edilməzdir. Qanunsuz daxili audit yoxlaması nəticəsində ona 2019-cu ilin aprel ayından pensiya ödənilməsi dayandırılmış və ondan 2156.51 manat guya artıq ödənilmiş məbləğ alınaraq şöbənin hesabına ödənilmişdir. Ona əmək pensiyası, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, tam əmək stajı toplamış olduğu dövrdə qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. Onun tam əmək stajı toplamış olduğu dövrdə, yəni 01 yanvar 1993-cü il tarixindən 01 yanvar 2006-cı il tarixinə qədər “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 57 yaşdan əmək pensiyası təyin olunması hüququ verən 13-cü maddəsi heç bir dəyişiklik olmadan qüvvədə olmuşdur. 01.01.2006-cı ildən isə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun qüvvədədir ki, həmin Qanunun 9-cu maddəsinin tələblərinə müvafiq olaraq ona 57 yaşdan, 21.06.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin olunmalıdır. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-767/2021 saylı 18 mart 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim: Ş.Həsənova) Həmin qərardan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində iddia ərizəsində göstərdiyi dəlilləri qeyd etmiş və əlavə olaraq bildirmişdir ki, məhkəmə mübahisəsi olunan qərarı qəbul edərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017 il tarixdə edilmiş dəyişiklikdə nəzərdə tutulan müddəalara istinad etmişdir. Bu isə Azərbaycan Respublikası Konstitusiyasının qeyd olunan göstərişinə ziddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017 il tarixdə edilmiş dəyişiklikdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yaş həddi 60 yaş müəyyən edilmişdir ki, bu da onun vəziyyətini ağırlaşdıran hal hesab olunur. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiyasının tələbinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017 il tarixdə edilmiş dəyişiklikdə nəzərdə tutulan müddəalar Qanuna dəyişiklik qüvvəyə mindikdən sonra yaranmış münasibətlərə tətbiq olunmalıdır. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili X4 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili X5 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona 21.06.2018-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin, təyin olunacaq əmək pensiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.06.2018-ci ildə qüvvədə olan tələbləri əsasında hesablanaraq birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qeyd etmişdir ki, İddiaçı 01.01.2006-cı ilədək ümumi iş stajı hərbi xidmət dövrü də daxil olmaqla 25 ildən çox, yəni 27 il 9 ay 5 gün olsa da güzəştli iş stajı 12 il 6 aydan az, yəni 9 il 4 ay olması (02.09.1996-cı il tarixdən 01.06.2006-ci il tarixədək "Qum Adası" NQÇİ-nin Qaz kompressor sexində işlədiyi müddət) müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının qanunla tələb olunan ümumi iş stajı yaransa da tələb olunan güzəştli iş stajı olmadığından cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 20.04.1980-ci ildən 17.06.1983-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. İş materiallarında olan "xxxx" Dövlət Neft Şirkəti tərəfindən verilmiş **********30020123X00285 №-li, 18.05.2017-ci il tarixli iş stajına dair arxiv arayışından görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1961-ci il təvəllüdlü X6 həqiqətən 02.09.1996-cı ildə (əmr № 235/k, 30.08.1996-cı il) “Qum adası” NQÇİ-nin Qaz kompressor sexinə qaz kompressorlarının 5-ci dərəcəli təmirçiçilingəri peşəsinə işə qəbul edilmişdir. 01.06.2000-ci ildə (əmr № 123/ş ) qaz kompressorlarının 6-cı dərəcəli təmirçi - çilingəri peşəsinə keçirilmişdir. 07.11.2003-cü ildə (əmr № 604, 07.11.2003-cü il) texnoloji qurğuların təmiri üzrə 6-cı dərəcəli çilingər peşəsinə keçirilmişdir. 01.07.2008-ci ildə (əmr № 405, 17.07.2008-ci il) 6-cı dərəcəli təmirçi-çilingər peşəsinə keçirilmişdir. 30.09.2010-cu ildə (əmr № 899/k, 30.09.2010-cu il) Azərbaycan Respublikası ƏM-nin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və işdən azad olunmuşdur. İş materiallarında olan “X10 Company Limited” Azərbaycan Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, 1961-ci ildə anadan olmuş İddiaçı həqiqətən "BEOCL" şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyində 01.10.2010-cu il tarixdən (Əmr 01, 01.10.2010) 07.01.2014-cü il tarixinə kimi Qaz kompressor sexində təmirçi-çilingər və 07.01.2014-cü il tarixdən 01.10.2015-ci il tarixinə kimi əməliyyat departamentinin mexanika şöbəsində təmirçi-çilingər, 01.10.2015-ci il tarixdən hal-hazıra kimi əməliyyat departamentinin hasilat şöbəsinin KS, QYH və N sahəsində təmirçi-çilingər peşəsində işləyir. İş materiallarında olan "xxxx" Dövlət Neft Şirkətinin **********10210033B00998 №-li, 23.12.2020-ci il tarixli məktubdan və ona əlavə edilmiş arayışdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı həqiqətən "Qum Adası" NQÇİ-nin Qaz kompressor sexində 02.09.1996-cı il tarixdən 01.06.2000-ci il tarixədək «qaz kompressorların təmirçi çilingəri», 01.06.2000-ci il tarixdən 07.11.2003-cü il tarixədək həmin sexdə «təmirçi çilingər», 07.11.2003-cü il tarixdən 01.07.2008-ci il tarixədək «texnoloji qurğuların təmiri üzrə çilingər», 01.07.2008-ci il tarixdən 30.09.2010-cu il tarixədək «təmirçi çilingər» peşəsində işləmişdir. Bu peşə adları, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunan 1 №-li Siyahısında “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin “2. Neft və qaz kondensatının hasilatı” yarımbölməsində “1100000a-18547” peşə koduna, 23 yanvar 2007ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunan Siyahısında “10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin “10.2. Neft, qaz və qaz kondensatının hasilatı” yarımbölməsinin “a) fəhlələr” hissəsində “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları, texnoloji qurğuların təmiri üzrə çilingərlər” sətrinə uyğundur: 02.09.1996-cı il tarixdən 23.01.2007-ci il tarixədək işlədiyi müddət Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarının 1№-li Siyahı, bölmə X, yarımbölmə - 2 a, peşənin kodu 1100000a-18547, “texnoloji qurğuların təmiri üzrə çilingərlər”, 23.01.2007-ci il tarixdən 30.09.2010-cu il tarixədək işlədiyi müddət Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 №-li qərarı, bölmə 10, yarımbölmə- 10.2 “a”, “neft, qa və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları, texnoloji qurğuların təmiri üzrə çilingərlər” sətrinə uyğundur. Arayış SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivinin 18.05.2017-ci il tarixli SOCAR**********30020123X00285 nömrəli «iş stajı haqqında» arxiv arayışına əsasən yazılmışdır. Qeyd: X3 peşəsinin adının dəyişmə səbəbi ştat cədvəlində aparılmış dəyişikliklərlə əlaqədardır. Yəni, yerinə yetirilən işin xüsusiyyəti (əmək funksiyası) dəyişməmişdir. Belə ki, İddiaçı əmək funksiyası Qaz kompressor sexində kompressor qurğularının (texnoloji qurğuların) təmiri işlərini icra etmək olmuşdur. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 10.01.1978-ci ildən 15.04.1980-cı ilədək Baku Alyuminiy-Layihə Zavodunda çilingər tələbəsi, 2-ci və 3-cü dərəcəli çilingər, 01.07.1983-cü ildən 01.07.1996-ci ilədək Baku Alyuminiy-Layihə Zavodunda 4-cü, 5-ci və 6-cı dərəcəli çilingər, 02.09.1996-cı ildən 30.09.2010-cu ilədək “Qum Adası” NQÇİ-də 5-ci və 6-cı dərəcəli təmirçi çilingər, 01.10.2010-cu ildən 01.04.2019-cü ilədək “BEOCL” Azərbaycan nümayəndəliyində təmirçi-çilingər vəzifələrində işləmişdir. 21.05.2019-cu il tarixdən "xxxx" QSC-də bağban vəzifəsinə müvəqqəti qəbul edilmişdir. Məhkəmənin sorğusuna əsasən iş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş 30.07.2021-ci il tarixli 6 nömrəli güzəştli arayışdan görünür ki, İddiaçı 10.01.1978-ci il tarixdən 15.04.1980-cı il tarixə kimi və 01.07.1983-cü il tarixdən 01.07.1996-ci il tarixə kimi təmirçi çilingər vəzifəsində işləmişdir. İşlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 2 saylı siyahısında Vİİİ bölməsinin 2092304a-18559 şifrinə əsasən güzəştli təqaüdə çıxmağa imkan verir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş 30.07.2021-ci il tarixli 9 nömrəli məktubdan görünür ki, İddiaçı həqiqətən 10.01.1978-ci il tarixdən 15.04.1980-cı il tarixə kimi və 01.07.1983-cü il tarixdən 01.07.1996-ci il tarixədək keçmiş Bakı Alüminium zavodunda yəni indiki "xxxx" ASC-də işləmişdir. Vətəndaş İddiaçı İT № ******* nömrəli əmək kitabçasında vəzifəsi çilingər göstərilməsinə baxmayaraq o işlədiyi müddətdə işin xüsusiyyətlərinə görə təmirçi çilingər vəzifəsini yerinə yetirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 19.02.2020-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi təqdim etdiyi sənədlərdən göründüyü kimi onun güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixinədək 12 il 6 aydan az təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşı 21.06.2018-ci il tarixdə tamam olmuşdur və o, 20.04.1980-cı il tarixdən 17.06.1983-cü il tarixə kimi hərbi xidmət keçmiş (3 il 1 ay 27 gün), əmək kitabçasına əsasən iddiaçı 10.01.1978-ci ildən 15.04.1980-cı ilədək (2 il 3 ay 5 gün) Baku Alyuminiy-Layihə Zavodunda çilingər tələbəsi, 2-ci və 3-cü dərəcəli çilingər, 01.07.1983-cü ildən 01.07.1996-ci ilədək (13 il) Baku Alyuminiy-Layihə Zavodunda 4-cü, 5-ci və 6-cı dərəcəli çilingər, 02.09.1996-cı ildən 30.09.2010-cu ilədək (01.01.2006-cı ilədək 9 il 4 ay) “Qum Adası” NQÇİ-də 5-ci və 6-cı dərəcəli təmirçi çilingər, 01.10.2010-cu ildən 01.04.2019-cü ilədək “BEOCL” Azərbaycan nümayəndəliyində təmirçi-çilingər vəzifələrində işləmişdir. 21.05.2019-cu il tarixdən "xxxx" QSC-də bağban vəzifəsinə müvəqqəti qəbul edilmişdir Göründüyü kimi iddiaçının hərbi xidmət dövrü nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 27 il 9 ay 2 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin işə götürən tərəfindən verilmiş arayışlara əsasən iddiaçı 10.01.1978-ci il tarixdən 15.04.1980-cı il tarixə kimi və 01.07.1983-cü il tarixdən 01.07.1996-ci il tarixə kimi (15 il 3 ay 5 gün) Bakı Alüminium zavodunda yəni indiki "xxxx" ASC-də işlədiyi təmirçi çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 2 saylı siyahısında Vİİİ bölməsinin 2092304a-18559 şifrinə əsasən və 02.09.1996-cı il tarixdən 23.01.2007-ci il tarixədək (01.01.2006-cı il tarixə kimə 9 il 4 ay) Qum Adası" NQÇİ-nin Qaz kompressor sexində işlədiyi müddət Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarının 1№-li Siyahı, bölmə X, yarımbölmə - 2 a, “texnoloji qurğuların təmiri üzrə çilingərlər” peşənin kodu 1100000a-18547 şifrinə əsasən güzəştli əmək pensiyasına çıxmağına əsas verir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçı 01.01.2006-cı il tarixədək 24 il 07 ay 05 gün güzəştli iş stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 21.06.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin “təyin olunacaq əmək pensiyasının hesablanaraq birdəfəyə ona ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda pensiyanın ödənilməmiş hissəsinin birdəfəlik şəkildə ödənilməsi müddəası mövcud deyildir. Həm də həmin hissə müstəqil iddia tələbi olmayıb, qərarın icra üsulu olduğundan mahiyyəti üzrə həlli zamanı nəzərə alınmasına zərurət yoxdur. Eyni zamanda pensiya qanunvericiliyinə əsasən pensiyaların ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (yəni DSMF) özü müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-767/2021 saylı 18 mart 2021-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X13 Xüsusi Şərtlərlə X1rşı ona 21.06.2018-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin, təyin olunacaq əmək pensiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.06.2018-ci ildə qüvvədə olan tələbləri əsasında hesablanaraq birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar