Məhkəmə qərarları › İş №2-1(103)-1803/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1803/2024

23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1803/2024 23.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X26 Məmmədova (sədrlik edən və məruzəçi), X4 və X12 ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə İddiaçı, Üçüncü şəxs X8 və X13 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2-1(112)-3985/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər X14, X18, X27, X15, X16 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X20, X28, X33, X21, X9 ünvan 1 ünvandan istifadə hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəliklə 1990-cı ildən ünvan 1 ünvanda yaşayır və 2002-ci ildən daimi pasport qeydiyyatındadırlar. Ailəliklə yaşadıqları ev 2 mərətəbəlidir. Həmin yaşayış evi əvvəllər başqa millətdən olan şəxsin yaşadıqları ev 2 mərtəbəlidir. Həmin yaşayış evi əvvəllər başqa millətdən olan şəxsin istifadəsində olmuş, faktiki olaraq onlar həmin evi almış və sonradan məhkəmə qaydasında oraya qeydiyyata düşmüşlər. Üçüncü şəxslərin həmin ünvana qeydiyyatları formal xarakter daşıyır. Belə ki, onlar ailəlikcə qonşulqda yaşayırlar, ayrıca girişləri olmaqla iddiaçı ilə heç bir əlaqələri yoxdur, sadəcə hansı səbəbdənsə iddiaçının ünvanında qeydiyyata alınmış, müstəqil və ayrıca təsərrüfat aparırlar. Üçüncü şəxslər qonşuluqda özlərinə məxsus evdə yaşadıqları üçün onların iddiaçının ünvanına qeydiyyatları formal xarakter daşıyır, həmçinin, onların iddiaçının evinə heç bir iddiası yoxdur. Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2-1(112)-3985/2024 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən 3-cü şəxslər özlərinə məxsus evdə qeydiyyatda olduqlarını bildirməklə apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və digər 3-cü şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfati Departamenti Nərimanov Rayon Mənzil Kommunal Təssərrüfatı Birliyinin 000020 nömrəli Arayışında qeyd edilmişdir ki, verilir vətəndaş İddiaçı ona görə ki, o həqiqətən Daş karxanası küçəsindəki 79.8 kv.m sahəsi olan 5 otaqlı 605 nömrəli evdə yaşayır. Bina özbaşına tikilidir. Sahibi İddiaçı. Ailəsi 6 nəfərdən ibarətdir. Daimi qeydiyyatda olanlar: İddiaçı (özü), X22 (yoldaşı), X29 (qızı), X37, X30, X31. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışına əsasən xx.xx.1971-ci il təvəllüdlü X20, xx.xx.1981-ci il təvəllüdlü X28, xx.xx.2007-ci il təvəllüdlü X33, xx.xx.2008-ci il təvəllüdlü X21, xx.xx.2011-ci il təvəllüdlü X23 ünvan 2 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Nərimanov Rayon Məhkəməsinin 28 mart 2002-ci il tarixli 2-803/2002 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, İddiaçı Qusan oğlunun və X10 Bakı şəhəri Montin qəsəbəsi Daş Karxanası küçəsindəki 605 nömrəli evin yaşayış sahəsinə istifadə hüququ tanınması qət edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Nərimanov rayon Mənzil-Kommunal Təsəüüfatı Birliyi 18 saylı mənzil-kommunal istismar sahəsinin xx.xx.2023-cü il tarixli, 18/2 nömrəli məktubunda bildirilmişdir ki, Daş karxanası 605 saylı ünvan altında 2 fərdi yaşayış evi yerləşir. Hər birinin giriş-çıxış qapıları ayrıdır və ayrı-ayrılıqda kommunal xidmətlərə aid sayğacları mövcuddur. 605 saylı ünvanın birində İddiaçı, digərində isə X20 öz ailələri ilə birlikdə yaşayırlar. İddiaçı xx.xx.2002-ci il tarixdən Nərimanov Rayon Məhkəməsinin qətnaməsi əsasında, X20 xx.xx.2011-ci il tarixdən Nərimanov rayonu Qeydiyyat şöbəsi tərəfindən X6 üzərinə daimi qeydiyyata düşmüşdür. X19 xx.xx.1996-cı il tarixdən həmin ünvanda pasport qeydiyyatında olmuşdur. Həmin məktubla göndərilmiş: - 0553 nömrəli Şəxsi hesab vərəqəsindən görünür ki, Həsənov X7, 605 nömrəli evdə qeydiyyatdadır. Telefon 5670339. Yaşayanlar haqqında məlumat: İddiaçı (özü), Samaya Heydər qızı (yoldaşı), Raziyə Həsən qızı (qızı), Anar Həsən oğlu, Ruslan Həsən oğlu, Kamran Həsən oğlu, Günel Cəlal qızı (gəlini), X24 (nəvəsi), X17 (nəvəsi), Tacir Maarif oğlu (nəvəsi), X36 (nəvəsi). -0566 nömrəli Şəxsi hesab vərəqəsindən görünür ki, X1, 605 nömrəli evdə qeydiyyatdadır. Yaşayanlar haqqında məlumat: X19, X44 (qohum), X20, Sevil Novruz qızı, Əli Nəriman qızı, Novruz Nəriman oğlu, Nurlan Nəriman oğlu. Məhkəmənin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli, 50/2-25210 nömrəli məktubunda bildirilmişdir ki, X20 xx.xx.2011-ci il tarixdə və X28 xx.xx.2011-ci il tarixdə ünvan 4 ünvanına pasport qeydiyyatına alınmışlar. Şəxsiyyət vəsiqələrinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyindən tərəfimizdən məhv edilmişdir. Ona görə də Sizə göndərilməsi mümkün deyildir. Əlavə olaraq sorğuda adları keçən digər cavabdehlər “ASAN 5” xidmət mərkəzində qeydiyyata alınmışlar. Odur ki, məktubda qeyd olunan məsələ ilə bağlı “ASAN 5” xidmət mərkəzinə müraciət etməyiniz məqsədəmüvafiqdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2- 2200/23 nömrəli məktubunda qeyd edilmmişdir ki, X8 xx.xx.2011-ci il, X13 01.06 2011-ci il, X25 xx.xx.2016-cı il, X11 xx.xx.2016-cı il, X9 xx.xx.2016-cı il tarixdən ünvan 5 ünvanına qeydiyyata alınmalarına əsas olan sənədlər saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********30 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 5 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli, 50/2-H—20671/n nömrəli məktubda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks təqdirdə şəxsin qeydiyyatdan çıxarılması tərəfimizdən mümkün deyildir.Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır. Məcəllənin istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yuxarıda göstərilənləri nəzərə almaqla birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Hazırkı işin hallarından müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanasındakı 605 ünvanında 2 fərdi yaşayış evi yerləşir və hər iki yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış əmlakdır. Giriş-çıxışı ayrı olan iki fərqli fərdi yaşayış evlərindən birində İddiaçı və ailəsi, digərində isə X20 və ailəsi ilə birlikdə yaşayırlar. İddiaçı xx.xx.2002-ci il tarixdən Nərimanov Rayon Məhkəməsinin qətnaməsi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanasındakı 605 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququ tanınmış və iddiaçı həmin qətnamə əsasında sözügedən ünvana qeydiyyata alınmışdır. Üçüncü şəxs X20 xx.xx.2011-ci il, X28 xx.xx.2011-ci il, digər üçüncü şəxslər 2016-cı ildən mübahisəli ünvana qeydiyyata alınmışlar. Hazrkı halda iddiaçı özü və ailəsi həmin ünvanda qeydiyyatda olmaqla eyni ünvan üzrə qeydiyyatda olan qonşuları üçüncü şəxslər X20, X28, X33, X21, X9 qeydiyyatdan çıxarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə isə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Qeyd edilməlidir ki, əmlakın mülkiyyətçisi və ya qanuni istifadəçisi əmlakdan maneəsiz istifadəni həyata keçirə bilmək üçün ona məxsus olan evdən yaşayış sahəsinə köçməyə hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir. Əmlaka dair əşya hüququ isə qanunla müəyyən olunmuş hüquqmüəyyənedici sənədlərdə təsbit olunur. Nəzərə alınmalıdır ki, ünvan üzrə hüquqmüəyyənedici sənədlərə malik olma dedikdə “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerinə qeydiyyata alınmaq üçün tələb olunan sənədlərə (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd), həmin yaşayış yerinə dair hüquqi bağlılığı ifadə edən sənədlərə sahib olmanı ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçı adları çəkilən üçüncü şəxslərin mübahisəli ünvandan qeydiyyatdan çıxarılmasını tələb etsə də həmin ünvanda yerləşən fərdi yaşayış evi ilə bağlı hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı ilə üçüncü şəxslər özbaşına tikilidə yaşamaqla eyni ünvan üzrə qeydiyyatda olsalar da iddiaçının əmlak hüququ olmayan onunla eyni hüquqi vəziyyətdə olan üçüncü şəxsləri həmin ünvandan qeydiyyatdan çıxarılmasını tələb etməyə subyektiv hüququ müəyyən olunmur. İddiaçının istinad etdiyi Nərimanov rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsi məzunundan da göründüyü kimi iddiaçıya yalnız həmin ünvana pasport qeydiyyatına alınmasına əsas vermiş, həmin qətnamə xx.xx.2002-ci il tarixdə icra üçün Nərimanov rayon Polis İdarəsinin Qeydiyyat və X5 göndərilmişdir. Başqa sözlə, iddiaçının yaşadığı fərdi yaşayış evi qeydiyyata alınmamış əmlak olduğundan adıçəkilən qətnamə iddiaçının həmin əmlaka əşya hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına əsas verən hüquqmüəyyənedici sənəd, o cümlədən ünvandan qeydiyyatdan çıxarılmasına əsas verən sənəd qismində çıxış etmir. Beləliklə, iddiaçının həmin ünvanda qeydiyyatda olan digər şəxslərdən əmlaka dair hüquqi cəhətdən üstünlüyü olmamaqla bərabər əmlak hüquqlarını müdafiə etmək, o cümlədən ünvan üzrə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etməyə də subyektiv hüququ mövcud deyildir. Belə olan halda iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə onun hüquq və qanunla qorunan mənafeləri (subyektiv hüquq) pozulmasını əsaslandıra bilmədiyindən iddia tələbi mümkün hesab edilə bilməz. Beləliklə, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni məzmunludur və birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verilmişdir .Odur ki, həmin dəlillər mübahisələndirilən qərardadın ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2- 1(112)-3985/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2-1(112)-3985/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar