Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1804/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 774/2021 saylı 05.03.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə Xidmətinə (hazırkı: “Agentliyi”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçıya ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcəli əlillik təyin olunmuşdur. Daha sonra, müxtəlif vaxtlarda iddiaçı müayinələrdən keçmiş və əlillik arayışında qeyd olunan əlillik diaqnozu öz əksini tapmışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, ona təyin olunmuş pensiyanın ödənilməsi dayandırılmışdır. Məlumat əldə etmək və əlilliyin bərpası üçün cavabdehə müraciət etdikdə ona ünvanlanmış 26.11.2019-cu il tarixli məktubunda bildirmişdir ki, Səhiyyə Nazirliyinin 29.01.2009-cu il tarixli, 02/02-45 nömrəli məktubu ilə qiymətləndirməyə əsas verən göndəriş etibarsız hesab edilmişdir. Halbuki, müvafiq müayinələrdən keçərək qoyulmuş diaqnozlar əsasında ona əlillik dərəcəsi verilmişdir. Lakin cavabdeh tərəfindən onun həmin əlilliyi ona məlumat verilmədən etibarsız hesab edilmişdir. Cavabdehin hərəkətləri əsassızdır. İnzibati icraat haqqında” Qanunun 2, 24, 52, 67, 61-ci maddələinin tələblərinə ziddir. Cavabdeh iddia əriəzsinə dair məhkəməyə ünvanladığı mülahizəsində iddianı qəbul etməmiş rədd olunmasını məhkəmədən xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, göndərişi rəsmiləşdirən tibb idarəsi tərəfindən əlillyin təyininə əsas olan 0532003AAB4B saylı göndərişin əsassız rəsmiləşdirildiyi bildirildiyinə görə Əlillik Altsitemində iddiaçıya aid qiymətləndirmə etibarsız hesab edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-774/2021 saylı 05.03.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “...məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmək əvəzinə, tələbi öhdəliyin icrası kimi qiymətləndirərək, faktiki olaraq mübahisələndirmə və məcburetmə haqqında iddialara aid olmasına baxmayaraq, maddi və hüquq normalarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Sənədlərin təhlilindən məlum olmuşdur ki, iddiaçının əlillik vəziyyəti, Sumqayıt şəhəri 4 saylı Şəhər Poliklinikasının 0532003AAB4B nömrəli göndərişi əsasında 01.06.2017-ci il tarixdə qiymətləndirilmiş və ÜİX stabil gərginlik stenokardiyası FÇ İİİ. Əvvəllər keçirilən miokard infarktı.Postinfarkt kardiosklerozu. Sol mədəçilik çatmamazlığı. ÜÇİİ dərəcə ürəyin hipertenziv xəstəliyi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin tələbindən görünür ki, inzibati akt yalnız qəra, sərəncam şəklində deyil, digər növ hakimiyyət tədbiri şəklində də olur. Göstərilənləri etibarsız edilmiş şəxslərin siyahısında 20-ci sırada iddiaçının soyadı, adı, atasının adı qeyd edildiyindən Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. Yəni əlilliyin təyininə əsas verən göndəriş əsassız hesab edildiyinə görə şəxsin əlillik müayinəsi etibarsız edilmişdir. Burada hər hansı öhdəlik icrasından söhbət gedə bilməz. İddiaçının əlilliyinin etibarsız edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmamışdır...” Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndəsi G.Musayeva apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə işirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərarında inzibati icraat haqqında hüquq normalarına istinadən qeyd etmişdir ki, “...qanunverciliyin tələblərinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, cavabdeh əlilliyi müəyyən edilmiş şəxsi, əyani müayinəyə cəlb etməli, yalnız müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etməli və həmin gün ərzində altsistemə daxil etməli idi ki, cavabdeh tərəfindən qanunvericiliyin bu tələblərinə əməl edilməmişdir...” Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Cavabdehin (hüquq sələfi “TSEK”-in) işə əlavə olunmuş, İddiaçı sonuncu müəyinəsinə dair məlumat vərəqindən görünür ki, iddiaçının əlillik vəziyyəti TSEK tərəfindən - Sumqayıt şəhəri 4 saylı Şəhər Poliklinikasının 0532003AAB4B nömrəli göndərişi (forma 88) əsasında 01.06.2017-ci il tarixdə qiymətləndirilərək, “ÜİX stabil gərginlik stenokardiyası FÇ İİİ. Əvvəllər keçirilən miokard infarktı. Postinfarkt kardiosklerozu. Sol mədəçilik çatmamazlığı. ÜÇİİ dərəcə ürəyin hipertenziv xəstəliyi, Arterial hipertenziya İİ mərhələ, İİ risk faktoru, təkrarlanan krizlərlə.” xəstəlik diaqnozu ilə, beş il müddətinə ikinci dərəcə əlilliyinin müəyyən edilməsi barədə qərar qəbul edilmişdir. Eyni zamanda, iş üzrə cavabdehin iddiaçıya ünvanladığı 26.11.2019-cu il tarixli imtina məktubuna, məhkəməyə ünvanladığı 01.05.2020-ci il tarixli iddia ərizəsinə etirazına, habelə, sonuncu müayinə və Altsistem məlumatlarına əsasən aydın olur ki, “...AR Səhiyyə Nazirliyinin 29.01.2009-cu il tarixli, 02/02-45 nömrəli məktubu ilə bildirilmişdir ki, 105 nəfərə göndəriş rəsmiləşdirilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.3.1-ci bəndinin tələblərinə əməl edilməməsi ilə bağlı həmin nazirliyin işçi qrupunun 13 may 2019-cu il tarixli aktına əsasən göndərişin əsassız rəsmiləşdirildiyi üçün “Tibbi arayışların elektron registri”ndə etibarsız hesab edilmiş, bununla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 saylı qərarına müvafiq olaraq əlillik Altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız hesab edilmişdir...” Göründüyü kimi, cavabdeh, iddiaçının iştirakı ilə aparılmış inzibati araşdırmanın nəticəsi olaraq ona 2-ci dərəcə əlllik təyin edildiyi halda, əvvəlki praktikasına zidd olaraq onun həmin əlilliyini, ona heç bir məlumat verilmədən, göndərişi göndərən səhiyyə orqanının cavabdehə ünvanlanmış məktubuna əsasən Altsistem vasitəsilə etibarsız hesab etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 saylı qərarı ilə təsdiq edilmiş, Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 4.9-cu bəndinə əsasən Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 Sosial Ekspertiza və X3 (bundan sonra - TSERAS) ötürülür; 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Nazirliər Kabinettinin 16.01.2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.1-ci bənidinə əsasən əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. Göründüyü kimi, iddiaçının əlilliyi barədə adıçəkilən Əsanamənənin 4.9-cu və 4.16cı bəndlərinin tələblərinə və inzibati icraat qaydalarına uyğun olaraq, qərar qəbul edən cavabdeh, sonradan onun əlilliyini səhiyyə orqanını məktubu əsasında etibarsız hesab edərək bu qaydalardan kənarlaşmışdır. Halbuki, ən azından, “İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsinin tələbinə görə cavabdehin inzibati orqan olaraq qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsidir. Konkret halda, da məhz, Nazirlər Kabinetinin qeyd olunan qərarları ilə müəyyən olunan qaydalar daxilində səhiyyə orqanı tərəfindən ona ünvanlanmış və birbaşa iddiaçının qanuni mənafelərinə toxunan məktubun daxil olması - cavabdehin iddiaçı barəsində inzibati icraatı başlamaq vəzifəsi yaratmış olur. Digər tərəfdən, həmin Qanunun 28.1.1-ci maddəsinin tələbi baxımından, sonradan, iddiaçının da onun əlilləyinin etibarsız hesab edildiyi gündən bərpası barədə cavabdehə ünvanlanmış yazılı müraciəti də inzibati icraatın başlanması üçün əsasdır. Həmin Qanunun 36.3-cü maddəsi isə nəzərədə tutur ki, isə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsinin tələbinə görə isə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh sadalanan qanunvericilik normaları ilə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş, iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Beləliklə də qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin təmin olunması mahiyyət etibarı ilə işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmək əvəzinə, məhkəmə tərəfindən mübahisələndirmə və məcburetmə haqqında iddialara aid olmasına baxmayaraq, tələbin öhdəliyin icrası kimi qiymətləndirərək, maddi və hüquq normalarını pozulması ilə qərar qəbul edildiyini mübahisələndirən dəlillərini əsassız sayır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 774/2021 saylı 05.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-774/2021 saylı 05.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1804/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1804/2021
21.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver