Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1805/2022 07.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, üçüncü şəxs X11 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər: X24, X7, X30, X38, X31, X27 və X28) “üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2827/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək üçüncü şəxslərin onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, 58 saylı evdən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia aşağıdakılarla əsaslandırılmışdır: “...ünvan 2 2015-ci ildən iddiaçının mülkiyyətindədir. Mülkiyyət hüququnu əldə edərkən həmin mənzildə iddiaçı, X24 (qayınatası), X35 (əri), X36 (qızı), X32 (baldızı) qeydiyyatda olmuşlar. Həmin vaxt baldızı X32 mənzildə yaşamadığından və formal qeydiyyatda olduğundan qayınatası Atayev X15 Rayon Məhkəməsinə müraciət edərək X17 Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, ev 58 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasına nail olmuşdur. İddiaçı xx.xx.2021-ci ildə 4 saylı Bakı “ASAN xidmət” mərkəzinə gedərkən AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışı alarkən məlum olmuşdur ki, onun mülkiyyətində olan mənzildə xx.xx.2015-ci ildən X24, X7, X30, X38, X31, X27 və X28 qeydiyyatdadırlar. xx.xx.2015-ci il tarixli 31 nömrəli Sabunçu RİH-nin başçısının Bilgəh qəsəbə üzrə nümayəndəliyinin verdiyi Forma 2 arayışından göründüyü kimi həmin şəxslər mənzildə qeydiyyatda olmamış, qanunsuz olaraq mənzilə qeydiyyata düşmüşlər. İddiaçı ərizə ilə müraciət edərək onların qeydiyyatdan çıxarılmasını xahiş etsə də Sabunçu Rayon Polis İdarəsi xx.xx.2021-ci il tarixli imtina məktubu ilə həmin şəxslərin qeydiyyatdan çıxarılmalarının səlahiyyətləri daxilində olmadığından inzibati məhkəməyə müraciət etməyini məqsədə mücafiq hesab etmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. Həmin şəxslər onları qanunsuz əsaslarla qeydiyyata alan cavabdeh orqan tərəfindən də qeydiyyatdan çıxarmalıdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2827/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddiasının tam təmin edilməsini və iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı düzgün əsaslandırılmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, məhkəmə gəldiyi nəticə üçün əhəmiyyəti olan bütün faktiki hallara qiymət verməmş, bir sıra hallar aydınlaşdırılmamışdır. Belə ki, üçüncü şəxslərin evdə qeydiyyatda qalmaları onun hüquqlarının məhdudlaşdırılmasna səbəb olur.Məhkəmə sübutlar MPM-in 88-ci maddəsinin tələbləri qaydasında eAtayev Salmin vin onun mülkiyyətində olmasına və üçüncü şəxslərin ona məxsus evdə qeydiyyatda olmalarına hüquqi qiymət verməyib. Məhkəmə qərar qəbul edərkən Lenin rayon XDS İK-nin xx.xx.1987-ci il tarixli 39/11 saylı qərarına əsasən ünvan 1-in X1 verilməsini aydınlaşdırmayıb. Bu qərarda evin tikilməsindən, həmin evə ünvan verilməsindən söhbət getmir. Söhbət məhz, həmin ünvandakı ev 58-dən gedir ki, bu qərara əsasən Salman Atayevə verilmişdir. Üçüncü şəxslər ünvan 1-də deyil, mərhum Atayeva Nazxanıma məxsus evdə qeydiyyatda olmaları sübut edilməyib. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı mülkiyyətində olan və üçüncü şəxslərin yaşadıqları evin aralarında arakəsmə divar olan ayrı-ayrı evlər olduğunu, lakin hər iki evin ünvan 1 ünvanında yerləşdiyini bildirsə də, onların bir ünvana qeydiyyatda olmaları onun mülkiyyət hüququnu məhdudlaşdırdığını qeyd edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegtyasının iclasında iştirak edən üçüncü şəxs Elxan Atayev yaşadıqları evin iddiaçının evinə heç bir aidiyyəti olmadığını, sadəcə iki ayr-ayrı evin bir ünvanda yerləşdiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin səlahiyyətli nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşə əlavə olunmuş daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* olan nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, ümumi sahəsi 102.1 kv.m olan 58 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına reyestrdə xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçının cavabdehə qarşı tələbindən göründüyü kimi, məhkəmədə öhdəliyin icrası haqqında iddia qaldıraraq, ona məxsus həmin fərdi yaşayış evindən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını təbəb etmişdir.Lakin iş materialları ilə onun bu tələbinin təmin edilməsini zəruri edən şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə ki, işə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, İddiaçı(iddiaçı), X36(iddiaçının ailə üzvü), habelə üçüncü şəxslər - X24, X7, X30, X38, X31, X27, X28 ünvan 2 ünvanında qeydiyyatdadırlar. Eyni zamanda, birinci instansiya məhkəməsinin sorğusu əsasında əldə olunmuş cavablara əsasən aşağıdakılar müəyyən olunur: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2021-ci il tarixli, 018-17134-1221 nömrəli məktubunda bildirilmişdir ki, vət. X24 xx.xx.2005-ci il tarixdən, X7 xx.xx.2012-ci il tarixdən, X30 xx.xx.2005-ci il tarixdən, X38 xx.xx.2007-ci il tarixdən, X31 xx.xx.2013-cü il tarixdən, X27 xx.xx.2013-cü il tarixdən, X28 xx.xx.2006-cı il tarixdən ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeyd edilən şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən göndərmək mümkün olmamışdır; Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, **********54 nömrəli məktubu ilə təqdim edilmiş ünvan 2 ünvanı ilə bağlı hüquqmüəyyənedici sənədlərin surətlərinə əsasən müəyyən olunur ki: - Lenin rayon XDS İK xx.xx.1987-ci il tarixli, 39/11 nömrəli qərarı ilə X10 Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsində 600 kv.m sahədə 2 otaqdan ibarət yaşayış sahəsi 35.7 kv.m, köməkçi sahəsi 66.4 kv.m və qaraj sahəsi 32.4 kv.m olmaqla mülkiyyətçisi olması təsdiq edilmiş, Texniki İnventarlaşdırma Bürosuna evin qeydiyyatının aparılmasına icazə verilmişdir; - xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X3 İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1987-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 102.1 kv.m olan 2 otaqlı fərdi yaşayış evini İddiaçı bağışlamışdır. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixli, 2218 nömrəli məktubla təqdim edilmiş notariat işinə əsasən Azərbaycan SSRİ rayon şəhər X37 Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1987-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, 58 nömrəli evə xüsusi mülkiyyət hüququ 02 nömrəli qeydiyyat kitabında 157-ci səhifədə X10 adına qeydiyyata alınmışdır. Eyni zamanda, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2015-ci il tarixli, 42 nömrəli arayışına əsasən müəyyən olunur ki X4 qəsəbəsi, Azərbaycan qadını küçəsi, 58 nömrəli evdə yaşayır. Yaşayış sahəsi 3 otaq, 115.3 kv.m-dən ibarətdir. X6 məxsusdur. Vətəndaş Atayev S.B ailə tərkibi 4 (dörd) nəfərdən ibarətdir “A” tikintisində: X21 - qeydiyyat tarixi xx.xx.1974-cü il, X35 - qeydiyyat tarixi xx.xx.1986-cı il, İddiaçı - qeydiyyat tarixi xx.xx.2015-ci il, X36 qeydiyyat tarixi xx.xx.2015-ci il.” Eyni zamanda, həmin nümayəndəlik xx.xx.2022-ci il tarixli, 2/10 nömrəli məktubunda aşağıdakıları bildirmişdir: “Azərbaycan qadını küçəsi 58 saylı ünvanda hal-hazırda 2 ev mövcuddur. Evin texniki pasportuna əsasən hər iki ev bir həyətyanı torpaqda yerləşir. Qəsəbə nümayəndəliyində olan Forma “A” və “B”-yə əsasən evin sahibi mərhum Atayeva Nazxanımın sahibliyində olub. Onun övladları həmin ev 58 ünvanında anadan olub. Halhazırda həmin evə oğlu X2 edir, oğlu Elşad Aslan oğlu ilə birlikdə yaşayır. X29 1951-ci ildə, X21 1939-cu ildə, X13 1936-cı ildə və onların bacıları da ev 58 ünvanında anadan olmuşlar, övladları ilə birlikdə pasport qeydiyyatına alınmışdırlar. Həyətdə tikilən 2-ci evə 1987-ci ildə qeydiyyat vəsiqəsi verilmişdir və təkrar olaraq 58 ünvanı göstərilmişdir. Problem elə buradan başlamışdır. 2-ci evə başqa ünvan verilməli idi. Evi özəlləşdirilən zaman 2 nömrəli Forma “A” tikilisinə verilmişdir. Əslində isə Azərbaycan qadını 58 saylı evdə qeydiyyatda olanların hamısı Forma 2-də göstərilməli idi. 2-ci özəlləşdirilən ev İddiaçı məxsusdur. 1-ci köhnə qədim ev mərhum Atayeva Nazxanım adına texniki pasportu verilmişdir.” Eyni zamanda nümayəndəliyin xx.xx.2022-ci il tarixli, 2/11 nömrəli məktubunda bildirilmişdir ki, “1987-ci il 02 dekabr ayında verilmiş qeydiyyat vəsiqəsi X12 məxsusdur. Atayeva Nazxanımın adına olan texniki pasport isə hal-hazırda evə sahiblik edən X8r və yararsız vəziyyətdə olduğundan surətini verməkdən imtina etmişdir. O qeyd edir ki, özü məhkəmədə hakimə təqdim edəcəkdir.” Bundan əlavə, iş materiallarına əsasən aşağıdakılar müəyyən olunur: - “Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi, 58 nömrəli evə dair 1977-ci ildə tərtib edilmiş Texniki pasportda bir həyət daxilində “A” və “B” tikililərinin olduğu müəyyən olunur. Həmin evin qeydiyyat kitabçasına əsasən isə müəyyən olunur ki, -evin sahibi 1864-cü il təvəllüdlü X9 xx.xx.1939-cu ildən; - 1936-cı il təvəllüdlü oğlu X13 xx.xx.1957-ci ildən; - 1939-cu il təvəllüdlü oğlu X21 xx.xx.1974-cü ildən; - 1947-ci il təvəllüdlü qızı X22 xx.xx.1967-ci ildən; - 1949-cu il təvəllüdlü qızı X14 xx.xx.1968-ci ildən; -1951-ci il təvəllüdlü oğlu X29 xx.xx.1974-cü ildə - qeydiyyata alınmışlar.” Beləliklə də tədqiq olunan sübutlarla müəyyən olunur ki, mübahisələndirilən “Azərbaycan qadını küçəsi 58 saylı ünvanda faktiki olaraq 1 həyətyanı torpaq sahəsi olmaqla, hal-hazırda orada 2 fərdi yaşayış evi yerləşir. İddiaçının mülkiyyətində olan ev ikinci evdir və sonradan tikilmişdir. Əvvəllər mövcud olmuş 1-ci evin sahibi isə 1939-cu ildən həmin evdə qeydiyyatda olan 1864-cü il təvəllüdlü X9 olmuşdur ki, onun da övladı 1939-cu il təvəllüdlü X21 xx.xx.1974-cü ildən, digər 1951-ci il təvəllüdlü övladı X23 isə xx.xx.1974-cü il tarixdən həmin ünvana qeydiyyata alınmışlar. İddiaçı və üçüncü şəxslər də məhz, bu sonuncuların yaxınlarıdır. İddiaçının mülkiyyətində olan ev sonradan tikilən qeyd edilən 2-ci evə dair Texniki İnventarlaşma Bürosu tərəfindən xx.xx.1987-ci il tarixində X10 adına qeydiyyata alınmış, daha sonra həmin ev xx.xx.2015-ci il tarixində hazırkı İddiaçı bağışlanmışdır. X5 digər övladı X19 (hazıkı iş üzrə üçüncü şəxs) gəldikdə isə o, ailə üzvləri, o cümlədən, hazırkı işdə işğtirak edən üçüncü şəxslər ilə birlikdə qeyd edilən 1977-ci ildə tərtib edilmiş Texniki pasporta əsasən Nazxanım Atayevaya aid olan 1-ci evdə yaşayır və həmin ünvanda qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsi də məhz, İPM-in 12-ci maddəsinin tələbləri qaydasında sübutlar toplanmaqla işi hərtərəfli araşdırmış və işin həqiqi hallarını aşkar edərək onlara düzgün hüquqi qiymət verərək müəyyən etmişdir ki, üçüncü şəxslərin həmin ünvan üzrə qeydiyyatdan çıxarılması üçün tələb olunan şətlər ödənilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat» haqqında qanunun 9-cu maddəsinin birinci hissəsinin tələbindən görünür ki, müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, mənzildən qeydiyyatdan çıxarılmaya əsas olan hallar tam sadalanmış və yalnız həmin hallardan hər hansı birinin mövcud olduğu halda, müvafiq icra hakimiyyəti orqanına vətəndaşı qeydiyyatda olduğu evdən çıxarmaq səlahiyəti verilmişdir. Konkret halda isə işin tədqiq olunan sübutlarla müəyyən edilən hallara əsasən üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmalarısını zəruri edən qanunla müəyyən edilmiş əsaslardan hər hansı birinin mövcudluğu aşkar edilmir. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina olunması qanuni və əsaslıdır. Ona görə də həmin imtina iddiaçının qanunla qorunan hüquq və azadlıqlarının pozulması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu sübuta yetirilmiş olsun. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, iş materialları hərtərəfli araşdırılaraq işin bütün faktiki hallarına aydınlıq gətirilmiş və həmin hallara müvafiq olan maddi hüquq normaları tətbiq edilməklə iddianın rədd edilməsi barədə mahiyyəti üzrə düzgün olan nəticəyə gəlinmişdir. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qərarın düzgün əsaslandırılmadığını, gəldiyi nəticə üçün əhəmiyyəti olan bütün faktiki hallara qiymət verilmədiyini, maddi hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2827/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya iqstansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2827/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1805/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1805/2022
07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver