Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1805/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli, 2-1(112)- 4050/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 60 yaşının tamam olduğu xx.xx.2024-cü ildən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuşdur. xx.xx.2024-cü il tarixinə kimi 25 ildən çox ümumi və 12 il 6 aydan cox güzəştli iş stajı olduğuna görə 60 yaşı tamam olan gündən, yəni xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2024-cü il tarixində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-200530/2024 saylı cavab məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı təkrarən Mərkəzi Filiala müraciət etsə də, Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M- 241751/2024 saylı cavab məktubu ilə yenə də güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın dağ mədən işləri bölməsinin (1) faydalı qazıntıların çıxarılması, geoloji kəşfiyyat işləri, şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması yarımbölməsinin (1.1) tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndinin (1.1.2) il ərzində (hesablanma dövründə) iş vaxtının 50 faizini və daha çoxunu yeraltı işlərdə məşğul olan rəhbərlər, mütəxəssislər, qulluqçular və fəhlələr yarımbəndində (b) baş mühəndislər, onların istehsalat, yeraltı tikinti, təhlükəsizlik texnikası üzrə müavini, nəqliyyat bölməsinin (21) metropolitenlər bəndi (21.5) nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi filiala təqdim edilən 21 avqust 1985-ci il tarixli AT-İ № ******* nömrəli əmək kitabçasında və "xxxx" QSCnin xx.xx.2024-cü il tarixli A/199 nömrəli arayışında xx.xx.2000-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə dağ mədən fəhləsi və tunel baxıcısı, xx.xx.2007-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin Texniki İstehsalat şöbəsində tikinti-quraşdırma işlərinin keyfiyyəti və qəbulu üzrə müfəttiş, xx.xx.2012-xx.xx.2014-cü il və xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər ərzində baş mühəndisin müavini, xx.xx.2021-ci il tarixindən bu günədək isə tikinti quraşdırma işlərinin keyfiyyəti və qəbulu üzrə müfəttiş vəzifəsində işlədiyi qeyd edilmişdir. Yuxarıda qeyd olunan arayışda dağ-mədən fəhləsi, tunel baxıcısı və müfəttiş vəzifələri sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan bölmə və bəndlərdə nəzərdə tutulmamışdır. Eyni zamanda, həmin arayışda qeyd olunan məlumatlara əsasən, işlədiyi baş mühəndisin müavini vəzifəsi yuxarıda göstərilən baş mühəndislər, onların istehsalat, yeraltı tikinti, təhlükəsizlik texnikası üzrə müavini vəzifəsinə uyğun deyil. Göstərilən səbəblərdən də güzəştli iş stajı 12 il 6 aydan az (1 il 7 ay 22 gün (xx.xx.2014-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-4050/2025 saylı qərarı ilə (hakim L.S.Musayeva) iddia təmin edilərək, İddiaçı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-4050/2025 saylı qərarının ləğv edilib, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 21 avqust 1985-ci il tarixli AT-İ № ******* nömrəli əmək kitabçasında və "xxxx" QSCnin xx.xx.2024-cü il tarixli A/199 nömrəli arayışında xx.xx.2000-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə dağ-mədən fəhləsi və tunel baxıcısı, xx.xx.2007-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin Texniki- İstehsalat şöbəsində tikintiquraşdırma işlərinin keyfiyyəti və qəbulu üzrə müfəttiş, xx.xx.2012-xx.xx.2014-cü il və xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər ərzində baş mühəndisin müavini, xx.xx.2021-ci il tarixindən bu günədək isə tikintiquraşdırma işlərinin keyfiyyəti və qəbulu üzrə müfəttiş vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçı işlədiyi dağ-mədən fəhləsi, tunel baxıcısı və müfəttiş vəzifələri sözü gedən arayışda istinad edilən, yuxarıda qeyd olunan bölmə və bəndlərdə nəzərdə tutulmamışdır. Eyni zamanda, həmin arayışda qeyd olunan məlumatlara əsasən, iddiaçının işlədiyi baş mühəndisin müavini vəzifəsi yuxarıda göstərilən baş mühəndislər, onların istehsalat, yeraltı tikinti, təhlükəsizlik texnikası üzrə müavini vəzifəsinə uyğun deyil. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (1 il 7 ay 22 gün (xx.xx.2014-xx.xx.2015-ci il, xx.xx.2015- xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulanhansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə görülən işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın dağ-mədən işləri bölməsinin (1) faydalı qazıntıların çıxarılması. geoloji kəşfiyyat işləri, şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması yarımbölməsinin (1.1) tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndinin (1.1.2) il ərzində (hesablanma dövründə) iş vaxtının 50 faizini və daha çoxunu yeraltı işlərdə məşğul olan rəhbərlər, mütəxəssislər, qulluqçular və fəhlələr yarımbəndində (b) baş mühəndislər, onların istehsalat, yeraltı tikinti, təhlükəsizlik texnikası üzrə müavini, nəqliyyat bölməsinin (21) metropolitenlər bəndi (21.5) nəzərdə tutulmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, iddiaçı məsələ ilə bağlı ilk növbədə Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim etmiş olduğu sənədlər (vəzifə təlimatları) inzibati orqana təqdim edilməmişdir. Bu səbəbdən də tələbdən imtina edilmişdir. Belə ki, iddiaçının ümumi iş stajı mübahisələndirilən hal olmasa da, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan azdır. Yəni daha dəqiq olaraq iddiaçının güzəştli iş stajı 1 il 7 ay 22 gün təşkil edir. Həmin müddətdə iddiaçı baş mühəndis vəzifəsində işləmişdir. Həmin vəzifə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda nəzərdə tutulmuşdur. Lakin baş mühəndisin müavini vəzifəsi sözügedən Siyahıda qeyd olunmadığına görə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün nəzərə alınmamışdır. 2000-2007-ci il tarixləri arasındakı dövr ərzində iddiaçı müəssisədə dağ-mədən fəhləsi və tunel baxıcısı vəzifələrində işləmişdir. Lakin vəzifə təlimatlarına əsasən həmin vəzifələr bir-birindən fərqlənir. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən həmin vəzifələr eyni vəzifə kimi nəzərə alınmışdır. Eyni zamanda iddiaçının işlədiyi müfəttiş, mühəndis, baş mühəndisin müavini vəzifələrinin iddiaçıya münasibətdə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün nəzərə alına bilməz. Hazırki mübahisə üzrə iş birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, cavabdeh inzibati orqanın mövqeyi əsaslı deyil. O, tuneldə gecə vaxtı işləyib. İşlədiyi vəzifələrin təhlükəli olması öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin xx.xx.2024-cü il tarixli, 185 nömrəli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1980xx.xx.1985-ci illər ərzində Azərbaycan Memarlıq və İnşaat institutunda “Körpülər və tunellər” ixtisası üzrə təhsil almışdır. AT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2000-ci il tarixdən Bakı Metropoliteninin Tunel qurğuları xidmətində 3-cü dərəcəli dağ-mədən fəhləsi, xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək 3-cü, daha sonra 4-cü dərəcəli tunel baxıcısı peşələrində, xx.xx.2007-ci il tarixdən xx.xx.2012-ci il tarixinədək Tikilən Bakı Metropoliteni Müdiriyyətinin Texniki-istehsalat şöbəsində tikinti-quraşdırma işlərinin keyfiyyəti və qəbulu üzrə müfəttiş, həmin müəssisədə xx.xx.2012-ci il tarixdən xx.xx.2014cü il tarixədək baş mühəndisin müavini vəzifəsində, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" QSC-nin Perspektiv inkişaf və Əsaslı Tikintiyə Nəzarət Departamentinin baş mühəndisi, xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək baş mühəndisin müavini vəzifələrində işləmiş, xx.xx.2021-ci il tarixdə Texnikiistehsalat şöbəsində keyfiyyətə nəzarət üzrə müfəttiş vəzifəsinə qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Bakı X2 Cəmiyyəti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, A/199 nömrəli arxiv arayışında aşağıdakılar göstərilmişdir: “ ... İddiaçı xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək və xx.xx.1987-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək “Bakımetrolayihə” institutunda mühəndis, aparıcı mühəndis, qrup rəhbəri vəzifələrində çalışmışdır. xx.xx.2000-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində xüsusi zərərli əmək şəraiti ilə (tuneldə yalnız geşə işi) dağ-mədən fəhlə tunel baxıcısı peşələrində işləmişdir. xx.xx.2007-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək Tikilən Bakı Metropoliteni Müdiriyyətinin Texniki-istehsalat şöbəsində tikinti-quraşdırma işlərinin keyfiyyəti və qəbulu üzrə müfəttiş, baş mühəndisin müavini vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Tikilən Bakı Metropoliteni X1 və Əsaslı Tikintiyə Nəzarət Departamenti adlandırılmışdır. xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək İddiaçı Bakı Metropoliteni” QSC-nin Perspektiv inkişaf və Əsaslı Tikintiyə Nəzarət Departamentinin baş mühəndisi, xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək baş mühəndisin müavini vəzifələrində işləmiş, xx.xx.2021-ci il tarixindən hal-hazıradək Texniki-istehsalat şöbəsində keyfiyyətə nəzarət üzrə müfəttiş vəzifəsində çalışır. İddiaçı Tunel qurğuları xidmətində yeraltı xüsusi zərərli əmək şəraitində çalışdığı dağ-mədən fəhləsi və tunəl baxıcısı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007- ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndinə aiddir. Baş mühəndis və baş mühəndisin müavini təsdiq olunmuş layihə-smeta sənədlərinə uyğun inşa olunan istehsalat güclərinin və obyektlərinin müəyyən edilmiş vaxtda işə salınmasına, metropolitenin istismar xidməti ilə birlikdə onların - vaxtında istismara hazırlanmasına və tikintinin keyfiyyətinin yüksək səviyyəsinin təmin edilməsini təşkil edir. İnşaata nəzarətin və texniki müşahidənin həyata keçirilməsində iştirak edir. Müəyyən olunmuş qaydada inşaat layihələrin və smetalarının ilkin ekspertizalarının keçirilməsi, metropoliten obyektlərinin genişləndirilməsi və yenidən qurulması proseslərində yaxından iştirak edir və s. işin texnologiyasından asılı olaraq yerinə yetirilmiş işlərin keyfiyyətinə və texnoloji proseslərin ardıcıllığına nəzarət edir, iş vaxtının 50% və daha çoxunu mütəmadi şəkildə yeraltı şəraitdə (tuneldə) keçirir. İddiaçı çalışdığı baş mühəndis və baş mühəndisin müavini vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın İ. Dağ-mədən işləri maddəsinin 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bölməsinin “b” “il ərzində (hesablanma dövründə) iş vaxtının 50 faizini və daha çoxunu yeraltı işlərdə məşğul olan rəhbərlər, mütəxəssislər, qulluqçular və fəhlələr” bəndinə aiddir. Texniki-İstehsalat şöbəsinin keyfiyyətə nəzarət üzrə müfəttişi tikinti-quraşdırma işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir, tikinti obyektlərinin təyin olunmuş vaxtda istismara verilməsinə yönəldir, təminatı sifarişçi tərəfindən yerinə yetirilən madditexniki vasitələrlə bağlı, eləcə də layihə-smeta sənədlərində ortaya çıxan sualların həllində fəal iştirak edir. Podratçılar tərəfindən yerinə yetirilən bütün rabitə, işarəvermə, yanğın siqnalizasiya sistemləri və avadanlıqların (o cümlədən eskalator, travalator, lift və s.) layihəyə uyğunluğunu, tikinti norma və qaydalarının tələblərinə cavab verdiyini, texniki şərtlərə uyğunluğunu yoxlayır, eyni zamanda sifariş üçün texniki tapşırıqların tərtib olunmasında iştirak edir. İddiaçı metropolitendə çalışdığı vəzifələr üzrə təsvir olunan işlər mühəndis vəzifəsinin vəzifə təlimatı və həmin vəzifədə çalışan işçinin başlıca vəzifə öhdəlikləri və məsuliyyətinə aiddir. Həmin işləri icra etmək üçün işçinin mühəndislik (inşaat, rabitə və işarəvermə, yanğınsöndürmə və s.) üzrə təhsili, biliyi, bacarığı və səriştəsi tələb olunur. Həmçinin, sadalanan işləri icra edən mütəxəssis mühəndisin əmək funksiyasına daxil olan işləri yerinə yetirməlidir ki, bunlar da layihələndirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işlərdir. İddiaçı çalışdığı keyfiyyətə nəzarət üzrə müfəttiş vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının xx.xx.1999-cu il tarixli 14-7 №-li qərarı ilə təsdiq edilmiş Metropoliten sahəsi üzrə qulluqçu vəzifələrinin X4 Sorğu kitabçasına (hissə 56-2) (yalnız metropoliten sahəsinə aid olan qulluqçu vəzifələrinin tarifixtisas xüsusiyyətlərini əks etdirən vahid normativ sənəddir) aid olaraq tikinti-quraşdırma işlərinin keyfiyyəti və qəbulu üzrə müfəttiş adı altında göstərilmiş, dərəcə diapazonu və tarif-ixtisas xüsusiyyətinə dair məlumat yerləşdirilmiş, tarif-ixtisas xüsusiyyətləri və tələbləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının xx.xx.2005-ci il tarixli 21-2 №-li qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin X4 Sorğu kitabçasının İİ Mütəxəssislər bəndinin Mühəndis (müxtəlif ixtisaslardan və adlardan olan mühəndislər) yarımbəndində qeyd edilmişdir. Odur ki, İddiaçı çalışdığı keyfiyyətə nəzarət üzrə müfəttiş vəzifəsinin əmək funksiyaları, eləcə də texniki nəzəri bilikləri mühəndis vəzifəsinin əmək funksiyaları, texniki nəzəri bilikləri ilə eynilik təşkil etdiyindən ona bərabər tutula bilər”. Göründüyü kimi, işəgötürən hüquqi şəxs tərəfindən təqdim edilən məktublardan bəlli olur ki, iddiaçının Bakı Metropoliteninin Tunel qurğuları xidmətində xx.xx.2000xx.xx.2004-cü il tarixlərdə işlədiyi dağ-mədən fəhləsi vəzifəsi - üfüqi diametrlərin və radial ölçülərin çıxarılması işlərində iştirak etməsi, nivelirlənmə zamanı alətlərin yerləşdirilməsi, kameral işlər zamanı hesabat işlərinin aparılması, mayakların qoyulması və bərpası, ölçmə işlərində ustaya köməklik göstərilməsi və s. işlər, həmin müəssisədə xx.xx.2004xx.xx.2007-ci il tarixlərdə işlədiyi tunel baxıcısı vəzifəsi - qatarların hərəkət təhlükəsizliyini təmin etmək məqsədilə tunellərin vəziyyətinə sistemli müşahidə etmək, baxış zamanı yükdaşıyan konstruksiyalarda tunel geyimində, üzlüklərdə mövcud olan və yeni yaranan çatlara, mənzil tunellərində, tunelyanı qurğularda, stansiya və vestibüllərdə qrunt suları axıntılarına, tunel geyimi arxasından süxurçıxma ilə müşahidə olunan axıntılara xüsusi diqqət yetirmək ilə əhatələnən işlərdir və güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərə sahibdir. Qeyd olunanlara əsasən birinci instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2007-ci il tarixədək çalışdığı dağ-mədən fəhləsi və tunel baxıcısı vəzifələri güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajı olmuşdur. Belə ki, iddiaçının sözügedən dövrlərdə Bakı Metropolitendə işlədiyi dağmədən fəhləsi və tunel baxıcısı vəzifələri - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısın”da 23000000 şifrəli “XXVİİİ. Nəqliyyat” bölməsinin “23002000 - 2. Metropolitenlər” yarımbölməsində şifrə ilə göstərilmiş “a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” peşəsinə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “21. Nəqliyyat - 21.5 Metropolitenlər” bölməsində “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir. Həmçinin işəgötürən hüquqi şəxs tərəfindən təqdim edilən məktublardan aydın olur ki, iddiaçının xx.xx.2012-xx.xx.2014-cü il tarixdə tikilən Bakı Metropoliteni Müdiriyyətində və "xxxx" QSC-nin Perspektiv İnkişaf və Əsaslı Tikintiyə Nəzarət Depatamentində xx.xx.2015-xx.xx.2021-ci il tarixdə işlədiyi baş mühəndisin müavini vəzifəsi - təsdiq olunmuş layihə-smeta sənədlərinə uyğun inşa olunan istehsalat güclərinin və obyektlərinin müəyyən edilmiş vaxtda işə salınması, metropolitenin istismar xidməti ilə birlikdə onların vaxtında istismara hazırlanması və tikintinin keyfiyyətinin yüksək səviyyəsinin təmin edilməsini təşkil etmək, inşaata nəzarətin və texniki müşahidənin həyata keçirilməsində iştirak, müəyyən olunmuş qaydada inşaat layihələrin və smetalarının ilkin ekspertizalarının keçirilməsi, metropoliten obyektlərinin genişləndirilməsi və yenidən qurulması proseslərində yaxından iştirak etmək ilə əhatələnən işlərdir və güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərə sahibdir. İddiaçının həmin vəzifədə başlıca xidməti “işin texnologiyasından asılı olaraq yerinə yetirilmiş işlərin keyfiyyətinə və texnoloji proseslərin ardıcıllığına nəzarət etmək, iş vaxtının 50% və daha çoxunu mütəmadi şəkildə yeraltı şəraitdə (tuneldə) keçirmək” olmuşdur. Beləliklə iddiaçının işlədiyi baş mühəndisin müavini vəzifəsinin əmək funksiyaları, eləcə də texniki nəzəri bilikləri baş mühəndis vəzifəsinin əmək funksiyaları, texniki nəzəri bilikləri ilə eynilik təşkil etdiyindən ona bərabər tutularaq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajı olmuşdur. Belə ki, iddiaçının sözügedən dövrlərdə "xxxx" QSC-də işlədiyi baş mühəndisin müavini vəzifəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “1. Dağmədən işləri - 1.1.2 Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər” bölməsində “b) il ərzində (hesablanma dövründə) iş vaxtının 50 faizini və daha çoxunu yeraltı işlərdə məşğul olan rəhbərlər, mütəxəssislər, qulluqçular və fəhlələr: baş mühəndislər, onların istehsalat, yeraltı tikinti, təhlükəsizlik texnikası üzrə müavini” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir. Bundan əlavə birinci instansiyası məhkəməsi qərarında haqlı olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçının güzəştli iş stajı kimi baş mühəndis olaraq işlədiyi xx.xx.2014xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2016-cı il tarixləri arasındakı dövrləri götürsə də, həmin tarixlərdə arada qalan dövrün (xx.xx.2015- xx.xx.2015) hansı səbəbə güzəştli iş stajına aid edilmədiyini əsaslandırmamışdır. Belə ki, iddiaçıya məxsus əmək kitabçası onun xx.xx.2014-xx.xx.2015-ci illərdə baş mühəndis vəzifəsində fasiləsiz çalışmasını təsdiq edir və həmin qeydin mötəbərsizliyi cavabdeh tərəfindən sübut olunmamışdır Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli, 2-703/20 saylı “Əmək pensiyalarının təyin edilməsi və ya yenidən hesablanması ilə bağlı işlər üzrə məhkəmə təcrübəsinin öyrənilməsi nəticəsində belə mübahisələrə baxılarkən məhkəmələrdə aparılan araşdırmanın qaydasına və həcminə dair bir sıra məsələlərin dəqiqləşdirilməsi barədə” icmal məktubunda qeyd edilmişdir ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının görüdüyü iş, tutduğu vəzifə və mlaik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutuduğu vəzifə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində isə qeyd olunur ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-4050/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Səadət Səlimova
Məhkəmə qərarları › İş №2-1(103)-1805/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1805/2025
30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver