Məhkəmə qərarları › İş №2-1(103)-1806/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1806/2023

12.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1806/2023 12.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10476/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Abşeron Rayon İcraiyyə Komitəsinin xx.xx.1991-ci tarixli, 40 nömrəli qərarına, Zirə tərəvəzçiliksüdçülük sovxozunun əmək kollektivi şurasının ferma kollektivi ilə birlikdə yığıncağının xx.xx.1991-ci il tarixli 4 nömrəli qərarına və sovxozun xx.xx.1991-ci il tarixli 25 nömrəli əmrinə əsasən təsdiq edilmiş torpaq sahəsinin planı əsasında iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırda istifadəsində olan 0.10 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə Abşeron Rayon İcraiyyə Komitəsinin xx.xx.1991-ci tarixli, 40 nömrəli qərarına, Zirə tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının ferma kollektivi ilə birlikdə yığıncağının xx.xx.1991-ci il tarixli 4 nömrəli qərarına və sovxozun xx.xx.1991-ci il tarixli 25 nömrəli əmrinə əsasən təsdiq olunmuş cizgi (torpaq sahəsinin planı) əsasında iddiaçıya ayrılmışdır. Abşeron Rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli, 84 nömrəli qərarı ilə həmin torpaq sahəsində iddiaçıya fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Sözügedən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının müraciətinə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli məktubla imtina verilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, yeni tarixlə əmrin nömrəsi və tarixi qeyd olunmuş yerləşmə cizgisi təqdim edildiyi təqdirdə müraciətə yenidən baxılacaqdır. Cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Belə ki, hazırda da iddiaçının istifadəsində olan sözügedən torpaq sahəsini həmin vaxt səlahiyyətli olan və ona ayrılan Abşeron Rayon Zirə tərəvəzçilik-südçülük sovxozu tərəfindən təsdiq olunmuş torpaq sahəsinin planı tərəfimdən müvafiq sənədlərlə birlikdə cavabdeh orqana təqdim olunmuşdur. Cavabdeh orqanın mütəxəssisləri tərəfindən torpaq sahəsinin həmin plana əsasən mövcudluğunun və iddiaçının istifadəsində olmasının və planda qeyd olunan ərazi ilə üst-üstə düşməsinin araşdırılması əvəzinə yuxarıda qeyd oıunan əsassız cavab verilmişdir. İddiaçı bildirir ki, sərhədləri yerində müəyyən edilərək təhvil verilmiş 0.07 ha torpaq sahəsindən istifadə edir və həmin sahənin Abşeron rayon Donuzkökəltmə sovxozunun ərazisindən kənarda yerləşib-yerləşmədiyi ona bəlli olmayıb. Bundan başqa, həmin halın mövcudluğu imtina üçün əsas deyil. Belə ki, Abşeron rayon Donuz kökəltmə sovxozunun ərazisindən kənarda yerləşdiyi bildirilən 0.07 ha torpaq sahəsi barədə olan Abşeron rayon donuz kökəltmə sovxozunun 135 saylı xx.xx.1997-ci il tarixli əmri hal hazırda mübahisələndirilmədiyindən və qüvvədə olduğundan “daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə əsasən torpağın daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adıma qeydiyyata alınması üçün əsas hesab edilir. Nə qədər ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun 135 sayli xx.xx.1990-cı il tarixli əmri qüvvədədir, torpaq daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmalıdır. İddiaçının nümayəndəsi və vəkili sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsinin “sərhədləri yerində müəyyən edilərək təhvil verilmiş 0.07 ha torpaq sahəsindən istifadə edir və həmin sahənin Abşeron rayon Donuzkökəltmə sovxozunun ərazisindən kənarda yerləşib-yerləşmədiyi ona bəlli olmayıb. Bundan başqa, həmin halın mövcudluğu imtina üçün əsas deyil. Belə ki, Abşeron rayon Donuz kökəltmə sovxozunun ərazisindən kənarda yerləşdiyi bildirilən 0.07 ha torpaq sahəsi barədə olan Abşeron rayon donuz kökəltmə sovxozunun 135 saylı xx.xx.1997-ci il tarixli əmri hal hazırda mübahisələndirilmədiyindən və qüvvədə olduğundan “daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə əsasən torpağın daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adıma qeydiyyata alınması üçün əsas hesab edilir. Nə qədər ki, Abşeron rayon Donuzkökəltmə sovxozunun 135 sayli xx.xx.1990-cı il tarixli əmri qüvvədədir, torpaq daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmalıdır” hissəsinin səhvən yazıldığını və həmin hissənin formal xəta kimi qəbul edilərək nəzərə alınmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10476/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Abşeron Rayon İcraiyyə Komitəsinin xx.xx.1991-ci tarixli, 40 nömrəli Qərarına, Zirə tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının ferma kollektivi ilə birlikdə yığıncağının xx.xx.1991-ci il tarixli 4 nömrəli qərarına və sovxozun xx.xx.1991-ci il tarixli 25 nömrəli əmrinə əsasən təsdiq edilmiş torpaq sahəsinin planı əsasında iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, sözügedən torpağa dair yeni tarixlə, əmrin nömrəsi və tarixi qeyd edilməklə yerləşmə cizgisi təqdim edilməmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Zirə sovxozunun ərazisində yerləşir. İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, iddia olunan 1000.0 kv.m torpaq sahəsi ölçüsü 14109.0 kv.m olan ümumi ərazi daxilində yerləşir və ara sərhədləri şərtidir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu və qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılır. Belə ki, işin hallarından aydın olur ki, Abşeron Rayon İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 40 saylı qərarı əsas götürülərək Zirə tərəvəçiliksüdçülük sovxozunun əmək kollektivinin şurasının ferma kollektivi ilə birlikdə yığıncağın xx.xx.1991-ci il tarixli 4 nömrəli qərarı və sovxozun xx.xx.1991-ci il tarixli 25 nömrəli əmri ilə iddiaçıya ferma şəhərciyində 0,10 ha torpaq sahəsi ayrılmış, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarı ilə ona həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Qeyd olunan torpaq sahəsinin planı tərtib olunaraq müvafiq qaydada təsdiq olunmuşdur. İddiaçı mövcud tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, ona yeni tarixlə əmrin nömrəsi və tarixi qeyd edilməklə yerləşmə cizgisinin təqdim edildiyi təqdirdə müraciətə baxılacağı, o cümlədən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən Siyahının 2.5-ci bəndinə istinad edilməklə iddiaçının müraciətini təmin edilməsindən imtina edilmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Tətbiq edilən hüquq : «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir.Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin sırasına - yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış da daxil edilmişdir. İnzibati İcraat Haqqında Qanunun ; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; İş materiallarında olan sənədlər : - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********93 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixli, ********** nömrəli ərizəyə baxılaraq yerləşmə cizgisinin təqdim edildiyi təqdirdə müraciətə baxılacağı, o cümlədən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən Siyahının 2.5-ci bəndinə istinad edilməklə iddiaçının müraciətini təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Abşeron rayon Dövlət Arxivi tərəfindən verilən xx.xx.2021-ci il tarixli, F-564 №li məktubun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Zirə tərəvəzçilik-südçülük sovxozunun fəhlə və qulluqçularına fərdi yaşayış evinin tikintisinə torpaq sahəsi ayrılması haqqında” Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərarından edilmiş arxiv çıxarışına əsasən rayon icraiyyə komitəsinin xx.xx.1991-ci il tarixli, 40 №-li qərarına əsasən Zirə tərəvəzçilik-südçülük sovxozunun ferma şəhərciyindən hər ailəyə 0,10 hektar hesabı ilə 80 nəfərlik həyətyanı torpaq fondu ayrılmışdır. Həmin torpaqdan RİK-in müvafiq qərarı ilə 25 ailəyə torpaq sahəsi verilmişdir. Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 40 №-li qərarına əsasən Zirə tərəvəzçilik-südçülük sovxozuna hər ailəyə 0,10 ha hesabı ilə 80 ailəyə sovxozun ferma şəhərciyindən 8 hektar həyətyanı torpaq fondu (küçə və yol ara torpaqlar buraya daxil deyildir) ayrılması, həmin torpaqdan RİK-in müvafiq qərarı ilə 25 ailəyə 2,5 ha verildiyi nəzərə alınmalı olduğu bildirilmişdir. Aşağıdakı ailələrin hər birinə 0,10 hektar həyətyanı torpaq sahəsi ayrılması haqqında Zirə tərəvəzçiliksüdçülük sovxozunun əmək kollektivi şurasının ferma kollektivi ilə birlikdə yığıncağın xx.xx.1991-ci il tarixli, 4 №li qərarı ilə sovxozun xx.xx.1991-ci il tarixli, 25 №-li əmri nəzərə alınmış və İddiaçı ona ayrılmış torpaqda fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. - Abşeron Rayon İcraiyyə Komitəsinin “Zirə tərəvəzçilik-südçülük sovxozunun fəhlə və qulluqçularına fərdi yaşayış evinin tikintisinə torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1991-ci tarixli, 84 № qərarından çıxarışın notarial təsdiqli surətindən görünür ki, rayon icraiyyə komitəsinin xx.xx.1991-ci tarixli, 40 nömrəli qərarına əsasən Zirə tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının ferma kollektivi ilə birlikdə yığıncağının xx.xx.1991-ci il tarixli 4 nömrəli qərarına və sovxozun xx.xx.1991-ci il tarixli 25 nömrəli əmrinə əsasən sovxozun işçisi İddiaçı 0,10 ha torpaq sahəsi ayrılması nəzərə alınaraq, həmin torpaq sahəsində iddiaçıya fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Eyni zamanda adıçəkilən torpaq sahəsinin planı tərtib edilərək Abşeron rayon Zirə tərəvəzçilik-südçülük sovxozunun direktoru tərəfindən müvafiq qaydada təsdiq edilmişdir. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilmiş və sözügedən torpaq sahəsinin daş ilə hasarlandığı, 1000,0 kv.metr torpaq sahəsinin mişar daşı ilə hasarlanmış 14109,0 kv.metr ümumi ərazinin daxilində yerləşdiyi, ara sərhədlərinin şərti olduğu, ümumi ərazidə tikinti işlərinin aparıldığı və tikilinin bir hissəsinin sözügedən sahədə yerləşdiyi müəyyən edilmişdir. Beləliklə, yuxarda qeyd olunan iş materiallarından müəyyən edilir ki, Abşeron Rayon İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 40 saylı qərarı əsas götürülərək Zirə tərəvəçiliksüdçülük sovxozunun əmək kollektivinin şurasının ferma kollektivi ilə birlikdə yığıncağın xx.xx.1991-ci il tarixli 4 nömrəli qərarı və sovxozun xx.xx.1991-ci il tarixli 25 nömrəli əmri ilə iddiaçıya ferma şəhərciyində 0,10 ha torpaq sahəsi ayrılmışdır. Kollegiya qeyd edir ki, qeyd edilən inzibati akt ləğv olunmadığından hazırda qüvvədədir və onun ləğv olunmasına dair məhkəməyə heç bir sübut təqdim olunmamış, eyni zamanda məhkəmə araşdırması zamanıda bu hal müəyyən edilməmişdir. İnzibati İcraat Haqqında Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin qanunun 19.2-ci maddəsinə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İşin faktiki vəziyyəti ilə yuxarda qeyd olunan hüquq normaları qarşılıqlı olaraq təhlil olunduqda müəyyən edilir ki, iddiaçıya ayrılmış 0.10 ha torpaq sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, yəni iddia tələbinin təmin olunması ilə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh apellyasiya şikayətində iddia olunan 1000.0 kv.m torpaq sahəsinin ölçüsü 14109.0 kv.m olan ümumi ərazi daxilində yerləşməsi və ara sərhədlərinin şərti olmasını bildirmişdir. Göstərilən dəlilə münasibətdə Kollegiya qeyd edir ki, bu hal iddiaçının iradəsi ilə baş vermiş hal olmadığından, birinci instansiya məhkəməsinində qeyd etdiyi kimi iddiaçının məsuliyyət sferasına aid deyil və qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilə bilməz. Həmçinin cavabdehin yerləşmə cizgisinin uyğunsuzluğu ilə bağlı qeyd etdiyi dəlili də əsassızdır. Kollegiya hesab edir ki, cavabdehin qeyd etdiyi kimi uyğunsuzluq varsa belə, onun aradan qaldırılması cavabdehin vəzifələrinə aiddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Cavabdehin digər dəlilinə (torpaq sahəsinin Zirə sovxozunun ərazisində yerləşməsi) gəldikdə isə, Zirə tərəvəzçilik-südçülük sovxozu ilə Zirə sovxozunun eyni və ya fərqli olması barədə məlumat verilməsi üçün sorğu ilə Abşeron Rayon İcra Hakimiyyətinə müraciət olunmuşdur. Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-29/1-1292/2023 nömrəli sorğuya cavab məktubundan görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinə təhkim olunmaqla Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ətrafında Zirə tərəvəzçilik-südçülük sovxozu mövcud olmuşdur, həmin ərazidə başqa(Zirə sovxozu) sovxoz fəaliyyət göstərməmişdir. İş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdeh iddiaçının tələbinin təmin edilməsini istisna edən şərtlərin mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2016-cı il tarixli qərarında göstərtilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə Avropa Məhkəməsi 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları”, “mülkiyyət” kimi qiymətləndirilə bilər “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. AR İPM-in 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10476/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar