Məhkəmə qərarları › İş №2-1(103)-1806/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1806/2025

23.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1806/2025 23.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « torpaq sahəsinə dair cizginin verilməsi» ) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Nigar Xeyrulla qızı Nəbizadədən və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10265/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdehin xx.xx.2024-cü il tarixli imtinasında qeyd edilmişdir ki, “Xəzər rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın tərkib hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.6-cı maddəsinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi barədə müqavilənin ayrılmaz hissəsidir. Qeyd olunanları nəzərə alaraq, Donuzkökəltmə sovxozu ərazisində istifadənizdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi və xəritədən çıxarış) torpaq ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib olunması məqsədəmüvafiq hesab olunur”.

2. İş materiallarında olan AR Milli Arxiv İdarəsi Abşeron Rayon Dövlət Arxivinin arxiv arayışının surətindən görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 135 nömrəli, 12 iyul 1990-cı il tarixli əmrdə qeyd olunur: Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 №-li qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X1 birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 №-li qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0,07 ha həyətyanı torpaq sahəsi ayrılmış və adlı siyahı əlavə olunmuşdur. ...1216 İddiaçı Əsas: F.101, s.1a, s.v.69, b.8. Qeyd: Əmrə sxem, ayrıc aktı, təhkim aktı və ilkin baş plan daxil edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı məhkəməyə müraciət edərək, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə instansiyası olaraq qanunla verilmiş səlahiyyətlərdən ədalətlə istifadə edib məhkəmə araşdırması aparmaqla təqdim etdiyi sənədlər əsasında hazırda Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmri ilə Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 №-li qərarına və bu qərar əsasında sovxozun Həmkarlar Komitəsi ilə X1 birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 №-li qərarına əsasən sovxozda fəhlə işlədiyi nəzərə alınaraq, Abşeron rayon Donuzkökəltmə Sovxozunun torpaq fondundan iddiaçıya ayrılmış 0,07 ha həyətyanı torpaq sahəsinin cizgisinin çəkilərək verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxs kimi iddiaçıya işlədiyi Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmri ilə Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989cu il tarixli 521 №-li qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X1 birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 nömrəli qərarına əsasən sovxozda fəhlə işlədiyi nəzərə alınaraq ona 0.07 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsi yerində iddiaçı onlara göstərilmiş ərazidə torpaq sahəsini daş hasarla əhatəyə almış və fərdi yaşayış evi tikmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını istəyir. Lakin ayrılmış 0.07 ha torpaq sahəsinə dair plan və ölçü tərtib edilərək iddiaçıya təqdim edilməmişdir. Bununla əlaqədar olaraq sərəncamların saxlanıldığı Azərbaycan Respublikası Dövlət Arxivinin Abşeron rayon filialına həmin sərəncamın arxiv surətinin əldə edilməsi üçün müraciət etmişdir, yalnız əmrin arxiv surəti ona verilsə də, orada qeyd edilmişdir: “Qeyd: əmrə sxem, ayrıc aktı, təhkim aktı və ilkin baş plan daxil edilməmişdir". Buna görə də iddiaçı Abşeron rayon İcra Hakimiyyətinə müraciət edərək torpaq sahəsinə dair plan və ölçünün tərtib edilərək ona təqdim edilməsini xahiş etsə də, hazırda həmin ərazilər Bakı şəhəri Cavabdehnə verildiyinə görə iddiaçıya torpaq sahəsinə dair plan və ölçünün tərtib edilərək verilməsindən imtina edilmişdir. Həqiqətən də, həmin ərazidə tikintiyə nəzarəti Bakı şəhəri Cavabdeh nümayəndələri həyata keçirirlər. Bununla əlaqədar olaraq o, ərizə ilə Bakı şəhəri Cavabdeh Başçısına müraciət edərək "mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxs kimi, işlədiyi Abşeron rayon Donıızkökəltmə sovxozu direktorunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmri ilə Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989- cu il tarixli 521 №-li qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X1 birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 №-li qərarına əsasən sovxozda fəhlə işlədiyini nəzərə alaraq ona ayrılmış 0,07 ha həyətyanı torpaq sahəsi verilən zaman torpaq sahəsinin cizgisinin verilmədiyini nəzərə alıb hazırda həmin ərazinin Bakı şəhəri Cavabdeh səlahiyyətində olduğunu qeyd edərək xahiş edir ki, həmin torpaq sahəsinin plan cizgisi (plan cizgi və ya ayrıc aktı) çəkilərək ona verilməsi barədə sərəncam verilsin. Bakı şəhəri Cavabdeh Başçısının İ müavininin 02 may 2024-cü il tarixli 5-12/2- V-8 - 091/ 2024 nömrəli imtina cavab məktubunda yazılmışdır ki, "Abşeron rayon Donuzkökəltmə sovxozu ərazisində sizə ayrılmış 0,07 ha torpaq sahəsinin yerləşmə sxeminin hazırlanması barədə Cavabdehnə ünvanladığınız ərizəyə baxılmışdır. Bildiririk ki, ünvan 2 inzibati ərazisində dövlət mülkiyyətində оlan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın tərkib hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.6-cı maddəsinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi barədə müqavilənin ayrılmaz hissəsidir. Qeyd olunanları nəzərə alaraq Donuzkökəltmə sovxozu ərazisində istifadənizdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi və xəritədən çıxarış) torpaq ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib olunması məqsədəmüvafiq hesab olunur". (həmin məktubu 24 may 2024-cü il tarixdə Bakı şəhəri Cavabdehndən poçt vasitəsi ilə almışdır). Həmçinin bununla əlaqədar olaraq iddiaçı ərizə ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısına müraciət edərək "mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxs kimi, işlədiyini, Abşeron rayon Donuzkökəltnıə sovxozu direktorunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmri ilə Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 №-li qərarını və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X1 birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 №-li qərarına əsasən sovxozda fəhlə işlədiyini nəzərə alaraq ona ayrılmış 0,07 ha həyətyanı torpaq sahəsi verilən zaman torpaq sahəsinin cizgisinin verilmədiyini nəzərə alıb xahiş edir ki, həmin torpaq sahəsinin plan cizgisi (plan cizgi və ya ayrıc aktı) çəkilərək ona verilməsi barədə sərəncam verilsin. Abşeron rayon İcra Hakimiyyətinin 10 may 2024-cü il tarixli 5-29 2-V-l5-091 2024 nömrəli məktubunda yazılmışdır ki, "Sizin Abşeron Rayon İcra Hakimiyyətinə (RİH) ünvanladığınız 01 may 2024-cü il tarixli Donuzkökəltmə sovxozunun 12 iyul 1990-ci il tarixli, 135 saylı əmrindən çıxarışa əsasən 0.07 ha torpaq sahəsinin yerləşmə sxeminin hazırlanıb verilməsi ilə bağlı müraciətiniz Memarlıq və Tikinti şöbəsində araşdırılmışdır. Məlumat üçün bildiririk ki, hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti Rayon İcra Hakimiyyətlərinin səlahiyyətlərinə aid deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi-plan, cizgi-sxen və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi "Torpaq sahəsinin yerquruluşu planı adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerqııruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyala keçirilir”. "Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə"nin 2-ci bəndinin tələbinə uyğun olaraq yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 4-cü abzasının tələbinə uyğun olaraq dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Həmin qanunun 10-cu maddəsinin tələbinə uyğun olaraq torpaq kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Başqa sözlə çöl planaalma işlərinin nəticələri kadastr fondu məlumatları ilə müqayisəli ekspertiza edildikdən sonra müvafiq sənədlər hazırlanır. Həmin qanunun 12-ci maddəsinin 2-ci abzasına uyğun olaraq Dövlət torpaq kadastr fondu müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olur. Yuxarıda qeyd olunanları nəzərə alaraq aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət elməyiniz tövsiyə olunur”. Qeyd olunanlara əsasən iddiaçı məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

5. Cavabdehin xx.xx.2024-cü il tarixli imtinasında qeyd edilmişdir ki, “Xəzər rayonunun inzibati ərazisində dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud digər sənədlər) torpaq sahəsinin ayrılması barədə qərarın tərkib hissəsi olmaqla, torpaqayırmanı həyata keçirən qurum tərəfindən tərtib edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65.6-cı maddəsinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi barədə müqavilənin ayrılmaz hissəsidir. Qeyd olunanları nəzərə alaraq, Donuzkökəltmə sovxozu ərazisində istifadənizdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (cizgi və xəritədən çıxarış) torpaq ayrılması barədə qərarın (əmrin) tərkib hissəsi olduğundan həmin sənədlərin torpaqayıran qurum tərəfindən tərtib olunması məqsədəmüvafiq hesab olunur”.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10265/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 135 nömrəli, 12 iyul 1990-cı il tarixli əmri ilə Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 №-li qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X1 birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 №-li qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0,07 ha həyətyanı torpaq sahəsi ayrılmış və iddiaçının da adının olduğu adlı siyahı əlavə olunmuşdur. Sözügedən əmrin mövcudluğu Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş arxiv arayışı ilə təsdiqlənir.

8. Həmin arxiv arayışı ilə təqdim edilmiş əmrin təsdiq edilmiş surətindən görünür ki, əmrə sxem, ayrıc aktı, təhkim aktı və ilkin baş plan daxil edilməmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

9. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 10265/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

c) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəli torpaq sahəsinin Abşeron rayon Donuzkökəltmə sovxozunun ərazisində yerləşib-yerləşmədiyini müəyyən etmək üçün ekspert yaxud mütəxəssis rəyi almamışdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

12. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

13. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

15. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı maddəsinə əsasən, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi, dövlət torpaq kadastrı və torpaqların monitorinqi sahələrində yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir.

16. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur (27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür). Həmin Torpaq Məcəlləsinə əsasən: Maddə 14 (Torpaq sahələrindən daimi istifadə) Müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir... Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər.

17. Maddə 22. Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti Torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək; 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını qorumaq;

18. Maddə 29. Torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi Müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:

Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;

Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə;

Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.(İPM-in 82-ci maddəsi)

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

23. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.

24. Belə ki, işin faktiki hallarından görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 135 nömrəli, 12 iyul 1990-cı il tarixli əmri ilə Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 №-li qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X1 birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 №-li qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0,07 ha həyətyanı torpaq sahəsi ayrılmış və iddiaçının da adının olduğu adlı siyahı əlavə olunmuşdur. Sözügedən əmrin mövcudluğu Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş arxiv arayışı ilə təsdiqlənir. Həmin arxiv arayışı ilə təqdim edilmiş əmrin təsdiq edilmiş surətindən görünür ki, əmrə sxem, ayrıc aktı, təhkim aktı və ilkin baş plan daxil edilməmişdir.

25. Həmçinin, işin hallarından görünür ki, cavabdeh Bakı şəhəri Cavabdeh Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmri ilə Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 №-li qərarına və bu qərar əsasında sovxozun Həmkarlar Komitəsi ilə X1 birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 №-li qərarına əsasən sovxozda fəhlə işlədiyi nəzərə alınaraq, Abşeron rayon Donuzkökəltmə Sovxozunun torpaq fondundan iddiaçıya ayrılmış 0,07 ha həyətyanı torpaq sahəsinin cizgisinin çəkilərək verilməsi tələbini, bu tələbin təmin olunmasına dair məhkəmənin qərarını əsaslı hesab etmir.

26. Cavabdeh Bakı şəhəri Cavabdeh mübahisəli torpaq sahəsinin Abşeron rayon Donuzkökəltmə sovxozunun ərazisində yerləşmədiyi dəlilini irəli sürmüşdür.

27. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinə dair cizginin verilməsi tələbinin təmin edilməsi mübahisəli sahənin Abşeron rayon Donuzkökəltmə sovxozuna ayrılmış ərazinin daxilində yerləşməsinə dair faktiki halın müəyyən olunmasından asılıdır.

28. Məhkəmə Kollegiyası həmçinin qeyd eməyi zəruri hesab edir ki, mübahisəni həll etmək üçün iş üzrə əhəmiyyətli halın müəyyənləşdirilməsinə ehtiyac yarandıqda xüsusi bilik tələb olunduğu nəzərə alınmaqla ekspertiza təyin edilə bilər. Bu zaman, verilmiş ekspert rəyi məhkəmə üçün məcburi deyildir, həmin rəy məhkəmə tərəfindən tədqiq olunmalı və işdəki digər sübutlarla yanaşı qiymətləndirilməlidir.

29. Apellyasiya şikayətinin dəlilləri baxımından apellyasiya baxışı zamanı məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə məhkəmə mühəndis -texniki ekspertiza təyin edilmi, Ekspertizanın aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri cəlb olunmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyi olduğunu, bu halda ekspert rəyinin formal xarakter daşıdığını qeyd etməklə xx.xx.2025-ci il tarixdə ekspertizanın aparılmasından imtina etmişdir.

31. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində isə qeyd olunmuşdur ki, “Göstərilən torpaq sahəsi sənəd üzrə 0,07 ha olsa da, faktiki olaraq hasardaxili 0.0904 ha təşkil edir.Sahə mişar daşı ilə iki hissəyə bölünüb.Bir hissədə birmərtəbəli-kürsülü yaşayış evi və köməkçi tikililər mövcuddur.Sahənin yol tərəfdən 9.0 metr məsafəsindən su kanalı keçir.Faktiki olaraq göstərilən 0,0904 ha torpaq sahəsinin koordinatları əlavə olunmuşdur.Vahid Elektron kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı müəssisəsinin ayrıc aktı üzrə olan sahəsi daxilindədir.(Keçmiş Buzovna-Tərəvəzçilik – Südçülük sovxozunun)”

32. Beləliklə, iddiaçı Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 135 nömrəli, 12 iyul 1990-cı il tarixli əmri ilə Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 №-li qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X1 birgə ümumi iclasında qəbul edilmiş 10 iyul 1990-cı il tarixli 23 №-li qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0,07 ha həyətyanı torpaq sahəsi ayrılmasına istinad edərək hazırkı iddia tələbini irəli sürsə də, lakin iddia etdiyi torpaq sahəsinin Abşeron rayon Donuzkökəltmə sovxozunun ərazisində yerləşmədiyi, həmin torpaq sahəsinin Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı müəssisəsinin ayrıc aktı üzrə olan sahəsi daxilində yerləşdiyi müəyyən olunur.

33. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli torpaq sahəsinə dair cizginin verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcuddur.

34. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.

35. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10265/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10265/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar