Məhkəmə qərarları › İş №2-1(103)-1807/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1807/2022

29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1807/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2284/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddianın əsaslarına görə, xx.xx.1961-ci il təvəllüdlü iddiaçı, 1977-ci ildən 1980-ci ilə kimi Tovuz rayonu Konserv zavodda müxtəlif işlərdə çalışmış, 1980 aprel -1982- sentyabr əsgərlikdə olmuş, 1982-ci ildən texnikomda mexanik ixtisası üzrə təhsil almış, 1985-1988də Su tikinti tresində fəhlə kimi işləmiş xx.xx.1988-xx.xx.2006-ci illərdə isə həmin həmin idarədə elktroqaynaqçı peşəsində işləmişdir. Bundan sonra xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilə kimi Azərbaycan Dizaynerlər İttifaqı X1 Birliyinin 16 saylı X2 tersdində qaynaqçı fəzifəsidə işləmişdir. 60 yaşı tamam olduqdan sonra güzəşli şərtlərlə pensiya təyin olunmasına dair ərizə ilə cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2021 -ci il tarixli məktubu ilə ona “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinadən müvafiq pensiya kapitalının olmadığını əsas gətirərək, imtina cavabı vermiş, bundan sonrakı təkrar müraciətinə də xx.xx.2021-ci il tarixli məktubla eyni məzmunlu imtina cavabı verilmişdir Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə istinadən onunla əsaslandırmışdır ki, iddiaçının özünün də təqdim etdiyi sübutlardan və məhkəməyə verdiyi iddia ərizəsində göstərdikləri ilə müəyyən edilir ki, ümumi stajı 25 güzəşti iş stajı isə 12 il 06 aydan azdır, yəni, xx.xx.2006-cı il tarixədək əsgərlik və təhsil müddəti nəzə alınmaqla cəmi 24 il 03 ay 15 gündür. Bundan əlavə, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40.600,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 28.782,50 manatdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2284/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və İddiaçı xx.xx.2018-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti iddia ərizəsinə etirazda göstərilənlərə uyğun əsaslandırılaraq qeyd olunmuşdur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Lakin birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq iddia tələbi təmin edilərək, 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunmuşdur. Məhkəmə kollegiyasının 02 iyun 2022-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil X3 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, iddiaçının ümumi stajının 25 ildən az, fərdi hesabının sığorta hissəsində tələb olunan 40600 manat pensiya kapitalına da malik olmadığını bildirərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı onunla razılaşmamış, onun 25 ildən də çox ümumi stajının olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir.. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. «Əmək pensiyaları haqqında» Qanunun (xx.xx.2006-cı il tarixdən qüvvədə olan) 9.1ci maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvədə olan hazırkı redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsi isə nəzərdə tutur ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər, yəni xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş, «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin «b» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa güzətli şərtlərlə yaşa görə pensiya hüququna malikdir»(xx.xx.1997-ci il 321-İQD saylı Qanunla 13-cü maddəyə edilən və dəyişikliyə görə qeyd olunan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılmış, 1avqust 2000-ci il tarixindən qeyd olunan yaş həddi 57-yə çatdırılmışdır). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinə əsasən hərbi xidmət dövrü, orta ixtisas və ali təhsil müddəti də iş sajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Qanunvericiliyin qeyd olunan göstərişlərindən göründüyü kimi, 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün xx.xx.2006-cı il tarixinə - azı 25 il ümumi, 12 il 6 ay xüsusi stajı tələb olunur. Qanunvericiliyin qeyd olunan tələbləri qaydasında iddiaçının iş materiallarında olan NZ ******* nömrəli hərbi biletinin, ZT 037835 nömrəli diplomunun və İT-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətləri araşdırıldıqda, onun xx.xx.2006-cı il tarixinədək aşağıdakı kimi iş stajı müəyyən edilir: xx.xx.1977- xx.xx.1977: Konserv zavodunun istehsalat sexində fəhlə - 2 ay 17gün; xx.xx.1978- xx.xx.1979: Vİİİ distansiyada fəhlə - 9 ay 6 gün xx.xx.1979- xx.xx.1980- Vİ-cı distansiyada fəhlə - 10 ay 4 gün xx.xx.1980-xx.xx.1982: müddətli hərbi həqiqi xidmət – 2 il 1 ay 8 gün xx.xx.1982-xx.xx.1985: S.Ə.Dadaşov adına Kirovabad (Gəncə) baza inşaat texnikumunda təhsil -2 il 8 ay xx.xx.1985- xx.xx.1988- Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin X5 ordenli 4 saylı Trestinin 45 saylı Tikinti İdarəsində betonçu – 3 il 3 ay 22 gün xx.xx.1988- xx.xx.1999: həmin İdarədə elektrik qaynaqçısı –10 il 9 ay 6 gün xx.xx.1999--xx.xx.2002: “Azneftyağ” İB İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində elektrik qaynaqçısı – 1 il 19 gün xx.xx.2002-xx.xx.2003: həmin İdarədə suvaqçı-rəngsaz – 11 ay, xx.xx.2003 - xx.xx.2006 həmin idarədə elektrik qaynaqçısı - 2 il 6 ay . Beləliklə də iddiaçının qeyd olunan iş stajı ümumiləşdirildikdə, onun 2006-cı ilə qədər 25 il 1 ay 18 gün ümumi iş stajı toplanır ki, həmin stajın da 14 il 3 ay 25 gününü o, elektrik qaynaqçısı peşəsində işləmişdir. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin iddiaçının 2006-cı ilə qədər azı 25 il ümumi stajı mövcud olmadığını mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Cavabdeh tərəfindən iddiaçının azı 12 il 6 ay xüsusi siaja malik olduğu mübahisələndirilmir. Hər bir halda, iddiaçının qeyd olunan iş stajından göründüyü kimi, o, 12 il 6 aydan da çox elektrik qaynaqçısı işləməmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 12 nömrəli güzəştli Arayışından görünür ki, iddiaçı həqiqətən “Azərsənayetikinti” 4 №-li Trestin 45 №li Tikinti idarəsində xx.xx.1985- ci ildə (əmr № 49 k. xx.xx.1985-ci il) 3-cü dərəcəli betonçu işinə qəbul edilmiş, xx.xx.1988-ci ildə 3-cü dərəcəli delektrik qaynaqçı işinə keçirilmiş (əmr № 42 kc,xx.xx.1988-ci il). xx.xx.1989-cu ildə 4-cü dərəcə; xx.xx.1991-ci ildə 5-ci dərəcəli elektrik qaynaqçışı (əl ilə) işləmiş və xx.xx.1999-cu ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edildiyi (əmr № 3k ,xx.xx.1999-cu il). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-İi Qərarı ilə təsdiq olunmuş Siyahının 35-ci “ Ümumi peşələr” bölməsində «elektrik qaynaqçıları» güzəştli pensiya hüquq verən peşə kimi nəzərdə tutulduğu qeyd olunmuşdur…» İddia tələbinin qanuni əsasını xx.xx.2006-cı ilə qədər qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin «b» bəndi təşkil etdiyindən, konkret halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı tətbiq olunmalıdır. Həmin Siyahının isə XXXİİİ (kod:********) «Ümümi peşələr» bölməsinin 23200000— 19906 saylı kodaltında «əl ilə qaynaq aparan elektrik qaynaqçıları» güzəştli pensiya hüquq verən peşə kimi təsbit olunmuşdur. Belələiklə də, iddiaçıya münasibətdə 2006-cı ilə qədər qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin «b» bəndinin bütün şərtləri yerinə yetirilir. Belə olan halda iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur (İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinə (Binəqədi RPİ tərəfindən xx.xx.2011 tarixdə verilmiş 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1961-ci il tarixində doğulmuşdur.) Cavabdeh tərəfindən apellyasiya şikayətində «Əmək pensiyaları haqqında» Qanununun 9.1 maddəsinə istinadən iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı üçün 40.600 manat məbləğində pensiya kapitalı tələb olunduğu halda, fərdi hesabının sığorta hissəsində onun cəmi 28782,50 manat kapitalı olduğunu mübahisələndirilməsinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd olunan dəlillərini əsassız sayır. Belə ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi, hazırkı mübahisənin qanuni əsasını «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsinin tələbi baxımından «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin «b» bəndi təşkil edir. Həmin normannın tələbində isə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün şəxsin müvafiq yaş həddinə, ümumi və xüsüsi staja malik olunması tələb olunur və burada onun hər hansı bir pensiya kapitalı yığması tələb olunmur. Cavabdehin istinad etdiyi halda, pensiya kapitalının zəruriliyi xx.xx.2006-cı ildən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş redaksiyasına görə həmin tarixdən sonra pensiya yaşı və iş stajı (ümümi və xüsüsi) stajı tamamlanan şəxsələrə münasibətdə tətbiq olunur. Beləliklə də cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz olduğunu mübahisələndirən dəlillərinin tam əsassız olduğu sübuta yetirilir. «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iş üzrə hərtərəfli araşdırma apararmış və iddianın təmin edilməsi barədə işin sübutlarla müəyyən edilən hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticəyə gəlmişdir. İPM-in 73.1-ci maddəsi də məhz nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də göstərilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2284/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2284/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar