Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1807/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2- 1(112)-11346/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə qaydasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı xx.xx.2019-cu il tarixindən - 57 yaşından əmək pensiyasının təyin edilməsi və həmin tarixdən bugünədək yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11346/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-11346/2022 nömrəli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 16 iyun 1999-cu ildən 3 avqust 1999-cu ilədək “Bibiheybət” NQÇİ-nin 2 saylı Neft və qazçıxarma sexində 3-cü dərəcəli neft və qazçıxarma üzrə operator, 4 avqust 1999-cu ildən 31 oktyabr 1999-cu ilədək həmin sexdə 4-cü dərəcəli neft və qazçıxarma üzrə operator, 1 noyabr 1999-cu il tarixindən 31 may 2005-ci ilədək İdarənin 1 saylı Neft və qazçıxarma sexində 12-ci dərəcəli neft və qazçıxarma üzrə usta, 1 iyun 2005-ci il tarixindən 5 oktyabr 2005-ci il həmin sexdə neft və qaz hasilatı üzrə 5-ci dərəcəli operator, 6 oktyabr 2005-ci il tarixindən 28 fevral 2007-ci ildə neft və qazçıxarma üzrə usta, 1 mart 2007-ci il tarixindən 31 sentyabr 2014-cü il İdarənin 5 saylı Neft və qazçıxarma sahəsində sahə rəisinin müavini işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 saylı siyahı, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2 hissəsinin “a” və “b” bəndində nəzərdə tutulmuşdur. Təhsil müddəti, hərbi xidmətdə olduğu müddət və əmək fəaliyyəti nəzərə alındıqda 25 il ümumi staja və 12 il 6 ayı güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verən iş stajına malik olduğu tarixdə güzəştli şərtlərlə pensiya yaşı 57 yaş olmuşdur. İddiaçıya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə əmək pensiyası təyin olunması və həmin tarixdən bugünədək yaranmış fərqin birdəfəyə ödənilməsi ilə bağlı ərizə ilə Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin inzibati orqan xx.xx.2006-cı ilədək ümumi iş stajının 25 ildən az, güzəştli iş stajının 12 il 6 aydan az olduğunu əsas gətirərək imtina vermişdir. İddiaçı hesab edir ki, 01 iyul 2017-ci il tarixədək 25 ildən artıq ümumi əmək stajı və həmin ümumi stajın 12 il 06 aydan çox müddəti güzəştli əmək stajına daxil olması öz təsdiqini tapdığından, həmin müddətə qədər 57 yaşının tamam olmaması onu həmin hüquqdan məhrum edə bilməz. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş emtişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasda iştirak etməmişdir və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Texniki Universiteti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arxiv arayışının surətindən görünür ki, İddiaçı həqiqətən 13i-U(p) nömrəli xx.xx.1980-cı il tarixli əmrə əsasən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (hal-hazırkı Azərbaycan Texniki Universiteti) “Mexanika” fakültəsinin əyani şöbəsinə qəbul olmuş (qr.№1104a), 123-U(p) nömrəli xx.xx.1985-ci il tarixli əmrə əsasən, həmin institutun “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisası üzrə tam kursu əyani olaraq bitirmiş və ona fərqlənmə O № 134955 nömrəli nühəndismexanik diplomu verilmişdir (qeydiyyat nömrəsi 0289). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1991-ci il tarixli Qərarına əsasən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutu Azərbaycan Texniki Universiteti olaraq adlandırılmışdır. İş materiallarında olan xx.xx.1985-ci ildə verilmiş O № 134955 nömrəli fərqlənmə diplomunun surətindən görünür ki, İddiaçı 1980-cı ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1985-ci ildə həmin İnstitutun “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər” ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan iddiaçıya məxsus VÇ seriyalı 058894 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 67 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək SSRİ SQ-də həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 22 iyun 2022-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 08 iyun 2022-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzr) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığora stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasını minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİ QD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişlərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz 23 sentyabr 1985-ci il tarixli İT-İ ******* nömrəli, 5 avqust 1992-ci il tarixli 3T-İ ******* nömrəli əmək kitabçalarınızda və SOCAR “Azneft” İstehsalat Birliyi “Bibiheybət” Neft və qazçıxarma İdarəsinin Sizə dair 6 iyun 2022-ci il tarixli SƏ 17-03/20 nömrəli əmək haqqı arayışında qeyd olunan məlumatlardan göründüyü kimi, Sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (24 il 8 ay 19 gün (xx.xx.1980xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1999-cu il və xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajınız isə 12 il 6 aydan az (6 il 6 ay 15 gün (xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan SOCAR «Azneft» İB “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, SƏ 17-03/19 saylı iş stajı haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.1999-cu ildə (Əmr N-153-k, xx.xx.1999-cu il) "Bibiheybətneft” NQÇİ-nin 2 saylı NQÇS-nə 3-cü dərəcəli neft və qaz hasilatı üzrə operator peşəsinə işə qəbul olunmuş, xx.xx.1999-cu ildə (Əmr N-190-k, xx.xx.1999-cu il) 2 saylı NQÇS-nə 4-cü dərəcəli neft və qaz hasilatı üzrə operator peşəsinə keçirilmiş, xx.xx.1999-cu ildə (Əmr N-260-k, xx.xx.1999-cu il) 1 saylı NQÇS-nə 12-ci dərəcəli neft qaz çıxarma ustası vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci ildə (Əmr N-140-k, xx.xx.2005-ci il) 1 saylı NQÇS-nə 5-ci dərəcəli neft və qaz hasilatı üzrə operator peşəsinə keçirilmiş, xx.xx.2005-ci ildə (Əmr N-244-k, xx.xx.2005-ci il) 1 saylı NQÇS-nə 12-ci dərəcəli neft və qaz çıxarma ustası vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci ildə (Əmr N-34-k, xx.xx.2007-ci il) 5 saylı NQÇS-nə müvəqqəti rəis müavini vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci ildə (Əmr N- 107-k, xx.xx.2007-ci il) 5 saylı NQÇS-nə daimi rəis müavini vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü ildə (Əmr N-98-k, xx.xx.2014-ci il) TİŞ-nə 13-cü dərəcəli neft və qaz çıxarma üzrə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2017-ci ildə (Əmr N-193-k, xx.xx.2017ci il) TİŞ-nə 9-cu dərəcəli neft və qaz çıxarma üzrə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci ildə (Əmr 20B00031, xx.xx.2021-ci il) HİEX-nə 11-ci dərəcəli neft və qaz çıxarma üzrə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci ildə (Əmr 20B00075, xx.xx.2021-ci il) HİEX-nə 13-cü dərəcəli neft və qaz çıxarma üzrə böyük mühəndis texnoloq vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci ildə (Əmr N-20B00086, xx.xx.2021-ci il) HİEXnə 11-ci dərəcəli neft və qazçıxarma üzrə mühəndis vəzifəsinə keçirilmiş və hal-hazırda həmin vəzifədə işləyir. Güzəştli şərtlərlə təqaüdə çıxmaq üçün iş stajı: 15 il 3 ay 15 gün müddəti ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 №li qərarının 10.2 hissəsinin “a” bəndində uyğun olaraq güzəştli şərtlərlə pensiya hüququna malikdir. İş materiallarında olan SOCAR «Azneft» İB “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli RŞ14-17/17 nömrəli “şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair” Arayışın surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu ildən xx.xx.1999-cu ilədək “Bibiheybətneft” NQÇİ-nin 2 saylı neft və qazçıxarma sexində 3-cü dərəcəli neft və qazçıxarma üzrə operator (əmr №153/k, xx.xx.1999), xx.xx.1999-cu ildən xx.xx.1999-cu ilədək “Bibiheybətneft” NQÇİ-nin 2 saylı neft və qazçıxarma sexində 4-cü dərəcəli neft və qazçıxarma üzrə operator (əmr №190 k, xx.xx.1999), xx.xx.1999-cu ildən xx.xx.2005-ci ilədək “Bibiheybətneft” NQÇİ-nin 1 saylı neft və qazçıxarma sexində 12-ci dərəcəli neft və qazçıxarma üzrə usta (əmr №260/k, xx.xx.2005), xx.xx.2005-ci ildən xx.xx.2005-ci ilədək “Bibiheybətneft” NQÇİ-nin 1 saylı neft və qazçıxarma sexində neft və qaz hasilatı üzrə 5-ci dərəcəli operator (əmr №140/k, xx.xx.2005), xx.xx.2005-ci ildən xx.xx.2007-ci ilədək “Bibiheybətneft” NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində neft və qazçıxarma üzrə usta (əmr №244/k, xx.xx.2005), xx.xx.2007-ci ildən xx.xx.2014-cü ilədək “Bibiheybətneft” NQÇİ-nin 5 saylı neft və qazçıxarma sahəsində sahə rəisinin müavini (əmr №105/k, xx.xx.2014) vəzifəsində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 15 il, 3 ay, 15 gündən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2 hissəsinin “a" və ”b” bəndində (yarımbəndində) və (və ya) neft və qazçıxarma üzrə operator peşəsi, neft və qazçıxarma üzrə usta vəzifəsi və sahə rəisinin müavini vəzifə kodunda müəyyən edilmiş sahənin və peşənin xüsusiyyətləri ilə eynidir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 01 №li Arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1988-ci ildən xx.xx.2017-ci ilədək “Yeni BEMZ" ASC-nin 6 saylı sexində müxtəlif vəzifələrdə işləmişdir. İstehsalat tam gücü ilə bərpa olunmadığına görə o, xx.xx.1999-cu ildən (Əmr 09/xx.xx.1999-cu il) xx.xx.2017-ci ilədək (Əmr 25/xx.xx.2017-ci il) ödənişsiz məzuniyyətdə olmuşdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 125/21 №li arxiv arayışının surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı "xxxx" ASC-də göstərilən peşələrdə işləmişdir: xx.xx.1985-ci il - sex 12- mühəndis texnoloq (əmr 972/xx.xx.1985-ci il), xx.xx.1986-ci il - sex 12- mühəndis texnoloq 3 kat. (əmr 195/xx.xx.1986-cı il), xx.xx.1986-cı il - Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı bəndinə əsasən hərbi xidmətə çağırıldığı üçün işdən azad olunub (əmr 1058/xx.xx.1986-cı il), Hərbi xidmət- xx.xx.1986-xx.xx.1988-ci il. Yenidən işə qəbul edilib. xx.xx.1988-ci il - sex 6 (4 A 132 seriyalı detalların emalı) mühəndis texnoloq 3 kat. (əmr 1298/xx.xx.1988-ci il), xx.xx.1992-ci il - sex 6 - elektrik mühərriklərinin təmiri üzrə büro rəisi (əmr 273/xx.xx.1992ci il), xx.xx.1994-cü il - sex 6 - texniki avadanlıq üzrə büro rəisi (əmr 125/xx.xx.1994-cü il), xx.xx.1995-ci il - sex 5- texniki avadanlıq üzrə büro rəisi (əmr 95 İŞ, xx.xx.1995-ci il), xx.xx.2017-ci il - Əmək Məcəlləsinin 68.2 maddəsi ilə (öz xahişi ilə) işdən azad olunmuşdur (əmr 25/xx.xx.2017-ci il). İş materiallarında olan iddiaçıya məxsus İT-İ seriyalı ******* nömrəli, 23 sentyabr 1985-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1985ci il tarixdən xx.xx.1986-cı il tarixədək Yeni BEMZ 12 nömrəli sexdə mühəndis texnoloq vəzifəsində işləmiş, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək SSRİ Silahlı Qüvvələrdə hərbi xidmətdə olmuş, xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək 6 nömrəli sexdə 3-cü kateqoriya mühəndis texnoloq işləmiş, xx.xx.1992-ci ildən xx.xx.1994cü ilədək 6 nömrəli sexdə elektrik mühərriklərinin təmiri üzrə büro rəisi, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək 6 №li sexdə avadanlıq üzrə büro rəisi işləmiş, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək 5 №li sexdə avadanlıq üzrə büro rəisi işləmiş, xx.xx.1997-ci il tarixdə həmin müəssisədə texniki avadanlıq üzrə büro rəisi 11 dərəcəsi verilmiş, xx.xx.1998-ci il tarixdə həmin müəssisədə texniki avadanlıq üzrə büro rəisi olaraq 12-ci dərəcə verilmiş, xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin direktorunun xx.xx.2001-ci il tarixli Sərəncamına əsasən “Azərelektromaş” EİB-nin baş müəssisəsi olan BEMZ "xxxx" ASC-nə çevrilmişdir, xx.xx.2017-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur. İş materiallarında olan iddiaçıya məxsus 3T-İ seriyalı ******* nömrəli, 25 avqust 1992ci il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Bakı Məişət Kombinatında mühəndis vəzifəsində işləmiş, xx.xx.1999-cu ildə “Bibiheybətneft” NQÇİ-nin 2 saylı neft-qazçıxarma sexində 3-cü dərəcəli neft və qazçıxarma üzrə operator vəzifəsinə təyin edilmiş, xx.xx.1999-cu il tarixdə 4-cü dərəcə üzrə neft qaz çıxarma operatoru vəzifəsinə keçirilmiş, xx.xx.1999-cu ildə 1 №li “Bibiheybətneft” NQÇİ-də 12-ci dərəcə Neft və qazçıxarma ustası vəzifəsinə keçirilmiş, xx.xx.2005-ci ildə “Azneft” İB-nin “Bibiheybət” NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sexində neft və qaz hasilatı üzrə operator peşəsinə keçirilmiş, xx.xx.2005-ci ildə həmin sexdə neft və qaz hasilatı üzrə usta vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci ildə yeni yaradılmış 5 №li Neft Qazçıxarma sexinə rəis müavini vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixdə idarəetmə aparatının texniki istehsalat şöbəsinə neft və qazçıxarma 13-cü dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2017-ci il tarixdə həmin şöbədə Neft Qazçıxarma üzrə 9-cu dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci ildə hasilatın idarəedilməsi xidmətində neft və qazçıxarma üzrə 11-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə hasilatın idarəedilməsi xidmətində neft və qazçıxarma üzrə 13-cü dərəcəli böyük mühəndis texnoloq vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə hasilatın idarəedilməsi xidmətində neft və qazçıxarma üzrə 11-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli qeydə əsasən hal-hazıradək həmin vəzifədə işləyir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur. İddiaçı 57 yaşının tamam olduğu 15 dekabr 2019-cu il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən 22 iyun 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edilmiş və imtina məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinad olunaraq, təqdim etdiyi sənədlərdən onun həm ümumi iş stajının 25 ildən az, həm də güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyi bildirilərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. İddiaçı hazırda cavabdeh orqanın imtinasını mübahisələndirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci ilədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2022-ci ilədək qüvvədə olan redaksiyasına əsasən əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 57 yaşı xx.xx.2019-cu ildə tamam olduğuna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, iddiaçı əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsun. Lakin iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının xx.xx.2006-cı ilədək ümumi iş stajı 25 ildən az 24 il 9 ay 11 gün təşkil edir (xx.xx.1980-xx.xx.1985 (təhsil), xx.xx.1986-xx.xx.1988 (hərbi), xx.xx.1985-xx.xx.1986, xx.xx.1988-xx.xx.1999, xx.xx.1999xx.xx.2005 (işlədiyi dövr). İddiaçının güzəştli iş stajı isə xx.xx.2006-cı ilədək 6 il 6 ay 15 gün təşkil edir (xx.xx.1999-xx.xx.2005). Belə ki, iddiaçının “Azneft” İB-nin müvafiq qurumlarında işlədiyi neft və qazçıxarma üzrə operator, usta peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur (Xİİ bölmə Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı, 2-ci yarımbölmə Neft-qaz və qaz kondensatının hasilatı, a) fəhlələr, kod 2130200a—15824 neft və qaz hasilatı üzrə operatorlar, b) rəhbərlər və mütəxəssislər, kod 2130200b—23187 neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar). Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı ilədək ümumi iş stajı 25 ildən və güzəştli iş stajı isə 12 il 6 aydan azdır. Bu səbəbdən də onun 57 yaşının tamam olduğu xx.xx.2019cu ildən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir və mülahizə xarakteri daşıyır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11346/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1807/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1807/2023
03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver