Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1808/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkil X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3193/2021 saylı, 31.03.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin 25 fevral 2020ci il tarixli, **********844400 saylı tələbinin icraya yönəldilməsi barədə qərarının; 21.12.2016-cı il tarixli, **********631800 saylı qərarının; 02.10.2019-cu il tarixli, **********314300 saylı qərarının; 03.10.2016-cı il tarixli, **********045885 saylı qərarının; 18.11.2019-cu il tarixli, **********558200 saylı qərarının və 16.12.2019-cu il tarixli, **********865000 saylı qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3193/2021 saylı, 31.03.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3193/2021 saylı, 31.03.2021-ci il tarixli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 27.07.2017-ci il tarixdə Yasamal rayon Məhkəməsinin hökmünə əsasən məhkum olunmuşdur. Fiziki şəxs kimi ona aid olan mühasibat və digər sənədlər 26-27.04.2016-ci il tarixdə Lokal Gəlirlər Baş İdarəsi tərəfindən götürülmüşdür. Fiziki şəxs kimi onun fəaliyyəti dayanmış və "VÖEN"-i bağlanmışdır. Buna baxmayarq Bakı şəhər Lokan Gəlirlər Baş İdarəsi 21.12.2016-ci il tarixdən 25.02.2020-ci ilə qədər müddət ərzində yoxlamalar apararaq onun barəsində küllü miqdarda pulun ödənilməsi barədə qərarlar qəbul edir. Barəsində vergi ödənilməsindən yayındığına görə istintaq aparıldığı müddət ərzində yoxlama sənədləri istintaqa təqdim olunmamışdır. Hesab edir ki, Bakı şəhər Lokal Gəlirlər Baş idərəsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı "Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə" və 309-cu "Vəzifə səlahiyyətlərini aşma" maddələrinə etinasız yanaşır. İnzibati Prosessual Məcəlləsinin 35-ci mədəsinə istinad edərək inzibati orqan tərəfindən hüquqlarının pozulmasını əsaslandıra bilmədiyini göstərərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş edir. Apellyasiya baxışı zamanı X3 apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3193/2021 saylı, 31.03.2021-ci il tarixli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3193/2021 saylı, 31.03.2021-ci il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3193/2021 saylı, 31.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, işdə olan cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh arasında 02 dekabr 2014-cü il tarixdə “Elektron sənəd mübadiləsi haqqında” müqavilə bağlanmışdır. İşdə olan Vergilər Nazirliyinin Bakı əhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış **********844400 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” 25.02.2020-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən İddiaçı tərəfindən 23.820,77 manat əsas, 29.851,64 manat faiz, 66.162,81 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 119.835.22 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 21.12.2016-cı il tarixli, **********631800 nömrəli, 02.10.2019-cu il tarixli, **********314300 nömrəli, 03.10.2016-cı il tarixli, **********045885 nömrəli, 18.11.2019cu il tarixli, **********558200 nömrəli, 16.12.2019-cu il tarixli, **********865000 nömrəli qərarlarının 25.02.2020-ci il tarixdən icraya yönəldilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı Vergilər Departamentinin **********631800 nömrəli, 21.12.2016-cı il tarixli “Vergilərin hesablanması barədə” qərarının surətindən görünür ki, may 2016 vergi dövrü üzrə, əlavə dəyər vergisi növündə, bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 8.298,90 manat məbləğində vergi hesablanmış, bildirişin hazırlandığı tarixə vergi öhdəliyi 179.407.38 manat təşkil etmişdir. İşdə olan Vergilər Nazirliyi Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********314300 nömrəli, 02 oktyabr 2019-cu il tarixli qərarına əsasən 2016-cı il hesabat dövrü üzrə, gəlir vergisi növündə, vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı məbləği 4.646.53 manat hesablanmışdır. İşdə olan “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********045885 nömrəli, 03.10.2016-cı il tarixli qərarına əsasən Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən ƏDV üzrə qeydiyyatın Vergi Məcəlləsinə əsasən məcburi olduğu halda, bu cür qeydiyyat olmadan fəaliyyət göstərilməsinə görə vergi ödəyicisinə ƏDV qeydiyyatı olmadan fəaliyyət göstərdiyi bütün dövr ərzində büdcəyə ödənilməli olan ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilərək, cəmi 86.393.4 manat vergi məsuliyyətinə cəlb edilmiş; Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisi İddiaçı maliyyə sanksiyası tətbiq edilərək 480 AZN məbləğində maliyyə sanskiyası hesablanmışdır. İşdə olan “Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” 18.11.2019-cu il tarixli, **********558200 nömrəli qərarın surətindən görünür ki, həmin qərara əsasən İddiaçı tərəfindən 2016-cı il Gəlir vergisi hesabat (lar)ını və arayış(lar)ı əsas olmadan müəyyən edilən müddədə təqdim etmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1ci maddəsinə əsasən cəmi 40,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İşdə olan “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” 16.12.2019-cu il tarixli, **********865000 nömrəli qərarın surətindən görünür ki, aktivlər barədə məlumat forması 25.11.2019-cu il tarixdə vergi ödəyicisinə təqdim edilmiş (poçtla və ya elektron formada çatdırılmış) və məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Aktivlər barədə məlumat forması göstərilən müddət ərzində vergi orqanına təqdim edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.3-cü və 57.2-ci maddələrini əsas tutaraq, İddiaçı tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona qarşı Azərbaycan Respubliaksı Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İşdə olan “Vergi ödəyiciləri ilə yazışmalar barədə” hesabatın surətindən görünür ki, Vergilər Nazirliyi Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********314300 nömrəli, 02 oktyabr 2019-cu il tarixli qərarı cavabdeh tərəfindən iddiaçıya 03.10.2019-cu il tarixdə elektron üsulla göndərilmiş, iddiaçı tərəfindən həmin qərar 10.10.2019-cu il tarixdə, saat 12:23-də oxunmuşdur. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-1823/2017 saylı, 27 iyul 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Müşkürov X4 Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentində vergi ödəyicisi kimi qeydiyyata alınmaqla vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirmiş, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürmüş, su filtirlərinin satışı və texniki servis xidməti üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisi kimi məsuliyyət daşıyaraq, müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 53.1, 72, 77.3, 78.1, 96, 98, 150,153, 159, 161, 177 və 180-ci maddələrinin tələblərini pozaraq qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməməklə və təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə, ümumilikdə xeyli miqdar təşkil edən 989928.81 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cəza çəkməsinin əvvəli İddiaçı işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmış, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvədə minənədək dəyişdirilməməsi, mülki iddianın təmin edilməsi, 98.928,81 (doxsan səkkiz min doqquz yüz iyirmi səkkiz manat 81 qəpik) məbləğində pulun İddiaçı tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 03.10.2016-cı il tarixli, **********045885 nömrəli qərarının ləğv edilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin qərar əsasında hesablanmış vergi məbləğləri üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü var. Belə ki, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 24.09.2016-cı il tarixli, **********012855 nömrəli qərarına əsasən İddiaçı sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş 25.08.2016-cı il tarixli, **********015751 nömrəli akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 03.10.2016-cı il tarixli, **********045885 nömrəli qərar qəbul edilmişdir. Vergi ödəyicisinin fəaliyyətində Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlər görülməsi üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Deepartamentinə göndərilmişdir. Həmin materiallar əsasında başlanmış və baxılması üçün məhkəməyə göndərilmiş cinayət işinin nəticəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27.07.2017-ci il tarixli, 1(004)182/2017 nömrəli hökmü var. Həmin hökm ilə mülki iddia üzrə 98.928.81 manat məbləğində pulun İddiaçı tutulması qərara alınmışdır. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsindən müəyyən edilmişdir ki, məhkəmə hökmü ilə təmin edilmiş məbləğ üzrə İddiaçı 05.02.2021-ci il tarixə, 42.928.80 manat ödənilməmiş borcu vardır. Həmin qərar iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş müddətdə məhkəmə araşdırması zamanı mübahisələndirilməmişdir. Məhkəmə eləcə də, iddia tələbinin “Tələbin icraya yönəldilməsi haqqında” 25.02.2020-ci il tarixli, **********844400 nömrəli, “Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” 18.11.2019-cu il tarixli, **********558200 nömrəli və “Vergi ödəyicisinin aktivləri barədə məlumatların verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” 16.12.2019-cu il tarixli, **********865000 nömrəli qərarların ləğv edilməsi hissəsləri üzrə hesab etmişdir ki, qeyd edilən inzibati aktlarla iddiaçının hansı hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamış, bundan əlavə həmin qərarlarla, eləcə də, iddia tələbinin predmeti olan digər “Vergilərin hesablanması barədə” 21.12.2016-cı il tarixli, **********631800 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 02.10.2019-cu il tarixli, **********314300 nömrəli qərarların ləğv edilməsi bağlı məhkəmədə iddia qaldırmaq müddətini ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. İddia tələbinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 03.10.2016-cı il tarixli, **********045885 nömrəli qərarının ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, birinci instansiya həmin hissədə iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İddia tələbinin “Tələbin icraya yönəldilməsi haqqında” 25.02.2020-ci il tarixli, **********844400 nömrəli, “Hesabatın müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə” 18.11.2019-cu il tarixli, **********558200 nömrəli və “Vergi ödəyicisinin aktivləri barədə məlumatların verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” 16.12.2019-cu il tarixli, **********865000 nömrəli qərarların ləğv edilməsi hissəslərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Ona görə də, iddiaçının hazırki iddiası mümkün sayıla bilməzdi və 1-ci instansiya məhkəməsinin iddia tələbinin mümkün sayılmaması barədə qərardadı düzgün olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahİsaləndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, 1-ci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3193/2021 saylı, 31.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1808/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1808/2021
08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver