Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1808/2023 14.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X4 ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı2 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X6 cəlb olunmaqla) «iddiaçının hüquqi şəxsin təmsilçisi kimi qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8667/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə (hazırkı Ədliyyə sahəsində xidmətlər baş idarəsinə) qarşı «iddiaçının hüquqi şəxsin təmsilçisi kimi qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8667/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia İddiaçı1 münasibətdə mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı1 apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İnsan Hüquqlarının Müdafiəsi və X1” İctimai Birliyi xx.xx.2001-ci il tarixdə 1362 saylı şəhadətnamı ilə dövlət qeydiyyatından keçmişdir. O həmin təşkilatın qanuni təsisçisidir. Bu barədə Ədliyyə Nazirliyin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsi tərəfindən ona qanuni şəhadətnamə verilmiş və hal-hazırda qüvvədədir. Təşkilatın Nizamnaməsinə uyğun olaraq qərar və protokol əsasında iclas keçirilir, və sədr seçilir, yəni qanuni təmsilçi. Axırıncı dəfə 2015-ci ildə onun sədrliyi ilə iclas keçirilib. X5 təmsilçi seçilərək, 2 il müddətinə onun adına reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışın müddəti 2017-ci ildə bitmiş və X5 isə vəfat etmişdir. Yəni 2017-ci ildən hal- hazırki vaxta kimi təşkilata qanuni təmsilçi seçilməmişdir. 16 oktyabr 2020-ci ildə onun sədrliyi ilə iclas keçirilərək qərar və protokol, əsasında İddiaçı2 sədr seçilmişdir. Lakin cavabdeh orqan qeydiyyata almaqdan imtina etmişdir. Təkrar 21 aprel 2022-ci ildə iclas keçirərək qərar və protokol əsasında İddiaçı2 yenə də sədr seçilmilşdir. Cavabdeh orqan yenə də imtina vermişdir, imtinanı onunla əsasladırmışdır ki, guya X6 da müraciət edib ki, sədr seçilsin. O təşkilatın təsisçisi kimi X2 qərar və protokoluna imza atmamış, onun sədr kimi seçilməsinə razı deyil, onun etdiyi müraciət tam qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apelyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin iddia ilə məhkəməyə ünvanlanmış 7 sentyabr 2022-ci il tarixli məktubunda bildirilir ki, Ədliyyə Nazirliyinə 22 oktyabr 2021-ci il tarixdə X3 adıçəkilən qurumun qanuni təmsilçisi seçilməsi, 25 oktyabr 2021-ci il tarixdə isə, İddiaçı2 təşkilatın qanuni təmsilçisi seçilməsi faktının dövlət qeydiyyatına alınması barədə müraciətləri daxil olmuşdur. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri, habelə eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə biri-birinə zidd olan müraciətlərin daxil olduğunu nəzərə alaraq sənədlər geri qaytarılmışdır. Həmçinin «Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar haqqında» Qanunun 10.5-ci maddəsinin əsasən qeyri-hökumət təşkilatlarının üzvləri və təşkilat arasında yaranan mübahisələrin məhkəmə qaydasında həll olunduğu tərəflərə bildirilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçıların iddia tələbi İddiaçı2 Birliyin qanuni təmsilçisi kimi qeydiyyata alınması ilə bağlıdır. İddia ərizəsində Hacıyev X7 qanunu təmsilçisi olduğunu qeyd etmişdir. Göründüyü kimi, inzibati mübahisə İddiaçı2 ilə cavabdeh inzibati orqan arasındadır, yəni birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, İddiaçı1 hazırkı iddia tələbini qaldırmaq üzrə subyektiv hüququ yoxdur. Eyni zamanda Kollegiya qeyd edir ki, İddiaçı1 İctimai Birliyin təsisçisi olması iş materialları və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, həmçinin sonuncunun birbaşa maraqlarına toxunan hər hansı hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. AR İPM-in 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və İPM-in 35, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8667/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər; Kamran Əkbərov Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1808/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1808/2023
14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver