Məhkəmə qərarları › İş №2-1(103)-1808/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1808/2025

04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1808/2025 04.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “rəy və qərarın tərtib edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Mədətli Fərid İlham oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı “rəy və qərarın tərtib edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-805/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. **********3328 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin 33-cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 1 210690 9800, 31-ci qrafasında “qida əlavəsi: Tussor şərbət 100 ml şüşə flakonda, karton qutu, qablaşmada 5130 ədəd, istehsal tarixi xx.xx.2021-ci il, son istifadə tarixi xx.xx.2024-cü il, seriya nömrəsi 21746502”, 22-ci qrafasında ümumi invoys dəyəri 840 5643,00 USD olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bəyan edilmişdir.

2. **********1248 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin 33-cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 1 210690 9800, 31-ci qrafasında “qida əlavəsi: Lespiforte tablet № 50 (5*10) blisterdə, karton qutu, qablaşmada 3000 ədəd, istehsal tarixi xx.xx.2021-ci il, son istifadə tarixi xx.xx.2024-cü il, seriya nömrəsi SM0001”, 22-ci qrafasında ümumi invoys dəyəri 840 22650,00 USD olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bəyan edilmişdir.

3. **********9358 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin 33-cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 1 210690 9800, 31-ci qrafasında “qablaşmalara qablaşdırılmış dərman vasitələri: İnamiton plus № 30 (3*10) kapsul blisterdə, karton qutu, qablaşmada 3030 ədəd, istehsal tarixi xx.xx.2021-ci il, son istifadə tarixi xx.xx.2024-cü il”, 22-ci qrafasında ümumi invoys dəyəri 840 5454,00 USD olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bəyan edilmişdir.

4. **********7249 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin 33-cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 1 210690 9800, 31-ci qrafasında “qida əlavəsi: Feroks kapsul № 10 saşede, karton qutu qablaşmada 854 ədəd, istehsal tarixi xx.xx.2019-cu il, son istifadə tarixi xx.xx.2022-ci il, seriya nömrəsi EXPFRK-0919”, 22-ci qrafasında ümumi invoys dəyəri 840 1281,00 USD olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bəyan edilmişdir.

5. **********5497 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin 33-cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 1 210690 9800, 31-ci qrafasında “qida əlavəsi: Lebemax məhlul damcı 50 ml şüşə flakonda, karton qutu, qablaşdırmada 5000 ədəd, istehsal tarixi xx.xx.2021-ci il, son istifadə tarixi xx.xx.2024-cü il, seriya nömrəsi LB00407”, 22-ci qrafasında ümumi invoys dəyəri 840 4500,00 USD olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bəyan edilmişdir.

6. **********3983 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin 33-cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 1 210690 9800, 31-ci qrafasında “qida əlavəsi: Peksan 150 ml şərbət flakonda, karton qutu, qablaşdırmada 3120 ədəd, istehsal tarixi xx.xx.2021-ci il, son istifadə tarixi xx.xx.2024-cü il, seriya nömrəsi EX20180304”, 22-ci qrafasında ümumi invoys dəyəri 840 4056,00 USD olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bəyan edilmişdir.

7. **********1842 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin 33-cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 1 210690 9800, 31-ci qrafasında “qida əlavəsi: Nanopar 120 ml şərbət şüşə flakonda, karton qutu, qablaşdırmada 3202 ədəd, istehsal tarixi xx.xx.2019-cu il, son istifadə tarixi xx.xx.2022-ci il, EXPNPR-0619”, 22-ci qrafasında ümumi invoys dəyəri 840 24644,00 USD olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bəyan edilmişdir.

8. **********5265 sorğu nömrəli xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsinin 33-cü qrafasında yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu 1 210690 9800, 31-ci qrafasında “qida əlavəsi: Esokart 10 ml daxilə qəbul üçün məhlul № 10 şüşə, flakonda karton qutu qablaşmada 5000 ədəd, istehsal tarixi xx.xx.2021-ci il, son istehsal tarixi xx.xx.2024-cü il”, 22-ci qrafasında ümumi invoys dəyəri 840 9750,00 USD olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bəyan edilmişdir.

9. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-ci il tarixli, 1400-012/0xx-xx/003821 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 104.2-ci maddəsində göstərilir ki, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olduğunuz İddiaçı MMC ərizələrinizdə qeyd edilən malların idxalı zamanı gömrük orqanına təqdim etdiyi **********4745, **********4315, **********2777, **********8150, **********9278, **********4742, **********4321, **********4321, **********2775, **********9226, **********9215, **********9240, **********4539, **********1283, **********6615, **********1842, **********34492, **********879, **********9278, **********1863, **********4420, **********7872, **********11868, **********11875, **********22685 və **********30311 sorğu nömrəli gömrük bəyannamələrinə uyğun olaraq gömrük ödəniş şərtlərini ödəniş, həmin bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənmiş malların bəyannaməçi tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 2.1-ci bəndində göstərilir ki, gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır:mallar qüsurlu olduqda;gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda.Ərizələrinizdə bu hallardan hansının baş verdiyi göstərilməmiş, ərizələr əsaslandırılmamışdır.

10. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 1400-012/0xx-xx/010584 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı Baş Gömrük İdarəsinə ünvanladığınız 13 oktyabr 2022-ci il tarixli, 160-22/RC, 161-22/RC, 162- 22/RC, 163-22/RC, 164-22/RC, 165-22/RC və 166-22/rc saylı məktublarınızda göstərilənlər barədə Bakı Baş Gömrük İdarəsində müvafiq araşdırma aparılmışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 104.2-ci maddəsində göstərilir ki, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olduğu İddiaçı MMC ərizələrinizdə qeyd edilən malların idxalı zamanı gömrük orqanına təqdim etdiyi **********5265, **********3983, **********5497, **********1248 və **********3328 sorğu nömrəli gömrük bəyannamələrinə uyğun olaraq gömrük ödənişlərini ödəmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmişdir. Həmin bəyannamələrin 46-cı qrafasında göstərilmiş malların statistik dəyəri İddiaçı MMC tərəfindən verilmiş məlumatlar əsasında bəyannaməçi tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın 2.1-ci bəndində göstərilir ki, gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: mallar qüsurlu olduqda; gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. Ərizələrdə bu hallardan hansının baş verdiyi göstərilməmiş, ərizələr əsaslandırılmamışdır. Həmin Qaydaların 5.1-ci yarımbəndinə əsasən gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. İddiaçı MMC tərəfindən **********5265, **********1842, **********3983, **********5497, **********7249 və **********3328 sorğu nömrəli gömrük bəyannamələri üzrə gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddət keçdikdən sonra müvafiq ərizə ilə gömrük orqanına müraciət edilmişdir

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı tərəfindən idxal olunmuş 77978,70 ABŞ dolları məbləğində mallara görə gömrük ödənişinin rəsmiləşdirilməsi zamanı ödənilmiş 62524,5 (altmış iki min beş yüz iyirmi dörd manat, əlli qəpik) manat həcmində artıq ödəmə məbləğinin onun hesabına geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

12. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “xx.xx.2021-ci il tarixli, **********5265 nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 4682 manat əlavə dəyər vergisinin qaytarılması barədə rəy tərtib edilməsi öhdəliyinin, həmçinin artıq ödənilmiş 3393 manat gömrük rüsumunun geri qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim edilməsi öhdəliyinin, xx.xx.2021-ci il tarixli, **********1842 nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 6300 manat əlavə dəyər vergisinin qaytarılması barədə rəy tərtib edilməsi öhdəliyinin, həmçinin artıq ödənilmiş 4565 manat gömrük rüsumunun geri qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim edilməsi öhdəliyinin, xx.xx.2021-ci il tarixli, **********5497 nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 3382 manat əlavə dəyər vergisinin qaytarılması barədə rəy tərtib edilməsi öhdəliyinin, həmçinin artıq ödənilmiş 2451 manat gömrük rüsumunun geri qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim edilməsi öhdəliyinin, xx.xx.2021-ci il tarixli, **********7249 nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 1108 manat əlavə dəyər vergisinin qaytarılması barədə rəy tərtib edilməsi öhdəliyinin, həmçinin artıq ödənilmiş 803 manat gömrük rüsumunun geri qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim edilməsi öhdəliyinin, xx.xx.2021-ci il tarixli, **********9358 nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 1862 manat əlavə dəyər vergisinin qaytarılması barədə rəy tərtib edilməsi öhdəliyinin, həmçinin artıq ödənilmiş 1350 manat gömrük rüsumunun geri qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim edilməsi öhdəliyinin, xx.xx.2021-ci il tarixli, **********1248 nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 14420 manat əlavə dəyər vergisinin qaytarılması barədə rəy tərtib edilməsi öhdəliyinin, həmçinin artıq ödənilmiş 10450 manat gömrük rüsumunun geri qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim edilməsi öhdəliyinin, xx.xx.2022-ci il tarixli, **********3328 nömrəli gömrük bəyannaməsi üzrə artıq ödənilmiş 1748 manat əlavə dəyər vergisinin qaytarılması barədə rəy tərtib edilməsi öhdəliyinin, həmçinin artıq ödənilmiş 1267 manat gömrük rüsumunun geri qaytarılması barədə müvafiq arayışı qeydiyyatda olduğu vergi orqanına təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “xx.xx.2021-ci il tarixli, **********33328 saylı gömrük bəyannamə üzrə, xx.xx.2021-ci il tarixli, **********3983 saylı gömrük bəyannamə üzrə, xx.xx.2021-ci il tarixli, **********1248 saylı gömrük bəyannamə üzrə, xx.xx.2021-ci il tarixli, **********5497 saylı gömrük bəyannamələri ilə bəyan olunan mallar üçün sövdələşmə qiyməti nəzərə alınmaqla gömrük dəyərinin hesablanması və artıq ödənilmiş gömrük ödənişlərinin geri qaytarılması barədə rəy və qərar tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.

14. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC uzun müddətdir ki, bir çox xarici şirkətlə tibbi vasitələrin və dərman preparatlarının istehsalı və satışı üzrə əməkdaşlıq edir. Satıcı: “X10. ve Gida ürünləri San.Ve Tic.ltd. Şti” Şirkəti ilə alıcı İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 01 nömrəli satış müqaviləsinə əsasən toplam dəyəri 22650 ABŞ dolları məbləğində Aqnubest, Calqam, Famber, Reqaserb, Oksel-M, Elfbor baby və Lespiforte adlı qida əlavələrinin alqı-satqısı barədə razılıq əldə olunmuş və digər zəruri sənədlərlə birlikdə AR Dövlət Gömrük Komitəsinin anbarına daxil olmuşdur. Qeyd edilmiş mallara münasibətdə invoyslar üzrə gömrük ödənişləri hesablanmış və xx.xx.2021ci il tarixli, **********1248 sorğu nömrəli “Gömrük Bəyannaməsi” təqdim edilmişdir. Lakin sözügedən gömrük bəyannaməsində real gömrük ödənişinin 14064,89 (on dörd min altmış dörd manat, səksən doqquz qəpik) manat olmasına baxmayaraq, bu məbləğ üzrə ödəniş edilməsinə və malların anbardan çıxarılmasına müvafiq dövlət orqanı tərəfindən icazə verilməmişdir. Əsas kimi gömrük ödənişinin 14064,89 manat deyil, 39393,42 manat olması və yalnız həmin məbləğ ödənildikdən sonra malların anbardan çıxarılmasına icazə veriləcəyi bildirilmişdir. Həmçinin idxal edilmiş malların Bakı Baş Gömrük İdarəsinin anbarında qaldığı hər günə görə əlavə cərimə məbləği də hesablanmışdır. “X8 X6 TİC.SAN.A.Ş.” Şirkəti ilə alıcı İddiaçı MMC arasında bağlanmış satış müqaviləsinə əsasən toplam dəyəri 5643 ABŞ dolları məbləğində qida əlavələrinin alqı-satqısı barədə razılıq əldə olunmuş və digər zəruri sənədlərlə birlikdə Dövlət Gömrük Komitəsinin anbarına daxil olmuşdur. Qeyd edilmiş mallara münasibətdə invoyslar üzrə gömrük ödənişləri hesablanmış və xx.xx.2021-ci il tarixli, **********3328 sorğu nömrəli “Gömrük Bəyannaməsi” təqdim edilmişdir. Lakin sözügedən gömrük bəyannaməsində real gömrük ödənişinin 3723,11 manat olmasına baxmayaraq, bu məbləğ üzrə ödəniş edilməsinə və malların anbardan çıxarılmasına müvafiq dövlət orqanı tərəfindən icazə verilməmişdir. Əsas kimi gömrük ödənişinin 3723,11 manat deyil, 6790,18 manat olması və yalnız həmin məbləğ ödənildikdən sonra malların anbardan çıxarılmasına icazə veriləcəyi bildirilmişdir. Həmçinin idxal edilmiş malların Bakı Baş Gömrük İdarəsinin anbarında qaldığı hər günə görə əlavə cərimə məbləği də hesablanmışdır. “X8 X6 TİC.SAN.A.Ş.” Şirkəti ilə alıcı İddiaçı MMC arasında bağlanmış satış müqaviləsinə əsasən toplam dəyəri 5454 ABŞ dolları məbləğində qida əlavələrinin alqı-satqısı barədə razılıq əldə olunmuş və digər zəruri sənədlərlə birlikdə AR Dövlət Gömrük Komitəsinin anbarına daxil olmuşdur. Qeyd edilmiş mallara münasibətdə invoyslar üzrə gömrük ödənişləri hesablanmış və xx.xx.2021ci il tarixli, **********9358 sorğu nömrəli “Gömrük Bəyannaməsi” təqdim edilmişdir. Lakin sözügedən gömrük bəyannaməsində real gömrük ödənişinin 3517,38 manat olmasına baxmayaraq, bu məbləğ üzrə ödəniş edilməsinə və malların anbardan çıxarılmasına müvafiq dövlət orqanı tərəfindən icazə verilməmişdir. Əsas kimi gömrük ödənişinin 3517,38 manat deyil, 6873,32 manat olması və yalnız həmin məbləğ ödənildikdən sonra malların anbardan çıxarılmasına icazə veriləcəyi bildirilmişdir. Həmçinin İdxal edilmiş malların Bakı Baş Gömrük İdarəsinin anbarında qaldığı hər günə görə əlavə cərimə məbləği də hesablanmışdır. “İMHOTEP İlaç Kozmetik ve Gida TİC.LTD.ŞTİ.” Şirkəti ilə alıcı İddiaçı MMC arasında bağlanmış satış müqaviləsinə əsasən toplam dəyəri 9750 ABŞ dolları məbləğində qida əlavələrinin alqı-satqısı barədə razılıq əldə olunmuş və digər zəruri sənədlərlə birlikdə Dövlət Gömrük Komitəsinin anbarına daxil olmuşdur. Qeyd edilmiş mallara münasibətdə invoyslar üzrə gömrük ödənişləri hesablanmış və xx.xx.2021ci il tarixli, **********5265 sorğu nömrəli “Gömrük Bəyannaməsi” təqdim edilmişdir. Lakin sözügedən gömrük bəyannaməsində real gömrük ödənişinin 6235,87 manat olmasına baxmayaraq, bu məbləğ üzrə ödəniş edilməsinə və malların anbardan çıxarılmasına müvafiq dövlət orqanı tərəfindən icazə verilməmişdir. Əsas kimi gömrük ödənişinin 6235,87 manat deyil, 14344,26 manat olması və yalnız həmin məbləğ ödənildikdən sonra malların anbardan çıxarılmasına icazə veriləcəyi bildirilmişdir. Həmçinin İdxal edilmiş malların Bakı Baş Gömrük İdarəsinin anbarında qaldığı hər günə görə əlavə cərimə məbləği də hesablanmışdır.“ALİSA İlaç Gida ve Kozmetik SAN.TİC.LTD.ŞTİ.” Şirkəti ilə alıcı İddiaçı MMC arasında bağlanmış satış müqaviləsinə əsasən toplam dəyəri 4500 ABŞ dolları məbləğində qida əlavələrinin alqısatqısı barədə razılıq əldə olunmuş və digər zəruri sənədlərlə birlikdə Dövlət Gömrük Komitəsinin anbarına daxil olmuşdur. Qeyd edilmiş mallara münasibətdə invoyslar üzrə gömrük ödənişləri hesablanmış və xx.xx.2021-ci il tarixli, **********5497 sorğu nömrəli “Gömrük Bəyannaməsi” təqdim edilmişdir. Lakin sözügedən gömrük bəyannaməsində real gömrük ödənişinin 2908,05 manat olmasına baxmayaraq, bu məbləğ üzrə ödəniş edilməsinə və malların anbardan çıxarılmasına müvafiq dövlət orqanı tərəfindən icazə verilməmişdir. Əsas kimi gömrük ödənişinin 2908,05 manat deyil, 8928,56 manat olması və yalnız həmin məbləğ ödənildikdən sonra malların anbardan çıxarılmasına icazə veriləcəyi bildirilmişdir. Həmçinin İdxal edilmiş malların Bakı Baş Gömrük İdarəsinin anbarında qaldığı hər günə görə əlavə cərimə məbləği də hesablanmışdır. “X9, Makina, Kozmetik, Bitkisel ve X7 Turizm İTH.İHR.SAN ve TİC.LTD.ŞTİ.” Şirkəti ilə alıcı İddiaçı MMC arasında bağlanmış satış müqaviləsinə əsasən toplam dəyəri 24644,70 ABŞ dolları məbləğində qida əlavələrinin alqı- satqısı barədə razılıq əldə olunmuş və digər zəruri sənədlərlə birlikdə Dövlət Gömrük Komitəsinin anbarına daxil olmuşdur. Qeyd edilmiş mallara münasibətdə invoyslar üzrə gömrük ödənişləri hesablanmış və xx.xx.2021-ci il tarixli, **********1842 sorğu nömrəli “Gömrük Bəyannaməsi” təqdim edilmişdir. Lakin sözügedən gömrük bəyannaməsində real gömrük ödənişinin 15578,92 manat olmasına baxmayaraq, bu məbləğ üzrə ödəniş edilməsinə və malların anbardan çıxarılmasına müvafiq dövlət orqanı tərəfindən icazə verilməmişdir. Əsas kimi gömrük ödənişinin 15578,92 manat deyil, 26363,37 manat olması və yalnız həmin məbləğ ödənildikdən sonra malların anbardan çıxarılmasına icazə veriləcəyi bildirilmişdir. Həmçinin İdxal edilmiş malların Bakı Baş Gömrük İdarəsinin anbarında qaldığı hər günə görə əlavə cərimə məbləği də hesablanmışdır. “X9, Makina, Kozmetik, Bitkisel ve X7 Turizm İTH.İHR.SAN ve TİC.LTD.ŞTİ.” Şirkəti ilə alıcı İddiaçı MMC arasında bağlanmış satış müqaviləsinə əsasən toplam dəyəri 4056 ABŞ dolları məbləğində qida əlavələrinin alqı- satqısı barədə razılıq əldə olunmuş və digər zəruri sənədlərlə birlikdə AR Dövlət Gömrük Komitəsinin anbarına daxil olmuşdur. Qeyd edilmiş mallara münasibətdə invoyslar üzrə gömrük ödənişləri hesablanmış və xx.xx.2021-ci il tarixli, **********3983 sorğu nömrəli “Gömrük Bəyannaməsi” təqdim edilmişdir. Lakin sözügedən gömrük bəyannaməsində real gömrük ödənişinin 2729,62 manat olmasına baxmayaraq, bu məbləğ üzrə ödəniş edilməsinə və malların anbardan çıxarılmasına müvafiq dövlət orqanı tərəfindən icazə verilməmişdir. Əsas kimi gömrük ödənişinin 2729,62 manat deyil, 6675,47 manat olması və yalnız həmin məbləğ ödənildikdən sonra malların anbardan çıxarılmasına icazə veriləcəyi bildirilmişdir. Həmçinin İdxal edilmiş malların Bakı Baş Gömrük İdarəsinin anbarında qaldığı hər günə görə əlavə cərimə məbləği də hesablanmışdır. “X9, Makina, Kozmetik, Bitkisel ve X7 Turizm İTH.İHR.SAN ve TİC.LTD.ŞTİ.” Şirkəti ilə alıcı İddiaçı MMC arasında bağlanmış satış müqaviləsinə əsasən toplam dəyəri 1281 ABŞ dolları məbləğində qida əlavələrinin alqı- satqısı barədə razılıq əldə olunmuş və digər zəruri sənədlərlə birlikdə AR Dövlət Gömrük Komitəsinin anbarına daxil olmuşdur. Qeyd edilmiş mallara münasibətdə invoyslar üzrə gömrük ödənişləri hesablanmış və xx.xx.2021-ci il tarixli, **********7249 sorğu nömrəli “Gömrük Bəyannaməsi” təqdim edilmişdir. Lakin sözügedən gömrük bəyannaməsində real gömrük ödənişinin 984,78 manat olmasına baxmayaraq, bu məbləğ üzrə ödəniş edilməsinə və malların anbardan çıxarılmasına müvafiq dövlət orqanı tərəfindən icazə verilməmişdir. Əsas kimi gömrük ödənişinin 984,78 manat deyil, 2898,54 manat olması və yalnız həmin məbləğ ödənildikdən sonra malların anbardan çıxarılmasına icazə veriləcəyi bildirilmişdir. Həmçinin İdxal edilmiş malların Bakı Baş Gömrük İdarəsinin anbarında qaldığı hər günə görə əlavə cərimə məbləği də hesablanmışdır.Nəticə etbarilə, iddiaçı yeni “Gömrük Bəyannaməsi” təqdim etməyə məcbur qalmış və Bakı Baş Gömrük İdarəsinə süni şəkildə şişirdilmiş toplam 112267,12 manat həcmində ödəniş etmişdir. Yalnız ödənişlər edildikdən sonra idxal olunmuş malların Bakı Baş Gömrük İdarəsinin anbarından çıxarılmasına icazə verilmişdir. İdxal olunmuş mallar məhz buna görə bir neçə gün anbarda saxlanıldığı üçün hər bəyannamə üzrə Bakı Baş Gömrük İdarəsinə əlavə cərimə məbləği də ödənilmişdir. Halbuki, malların gözləmədə qalmasına səbəb məhz birbaşa sözügedən orqanının süründürməçilik fəaliyyəti olmuşdur.

15. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “iddiaçı tərəfindən idxal olunmuş 77978,70 ABŞ dolları məbləğində mallara görə gömrük ödənişinin rəsmiləşdirilməsi zamanı ödənilmiş 62524,5 manat həcmində artıq ödəmə məbləğinin iddiaçının hesabına geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbi işin faktiki halları ilə uyğun gəlmir, irəli sürülən fikir və mülahizələr subyektiv xarakter daşıyır, iddia tələbində qeyd olunanlar əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə əsasən gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən yoxlamanın nəticələrindən malların yerləşdirildiyi gömrük prosedurunun tətbiqi məqsədi ilə istifadə olunur. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini, ticarət siyasəti tədbirlərinin tətbiqini, malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını əhatə edir. Gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları” ilə nizama salınır. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması bu Qaydalara əsasən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu - 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda qaytarılır. Gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə tənzimlənir.İddiaçı cavabdehə müraciəti zamanı həmin qaydalara zidd olaraq gömrük rüsumu və ƏDV-nin təsnifatı fərqli olduğuna baxmayaraq fərqləndirməmiş,həmçinin artıq ödənilmiş məbləğin necə yarandığını əsaslandırmamışdır.Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 152.1-ci maddəsinə əsasən gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir.Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır. Həmçinin, həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Beləliklə, iddiaçının idxal etdiyi malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikası gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirildiyindən və buna uyğun olaraq gömrük ödənişləri iddiaçı tərəfindən düzgün hesablanaraq dövlət büdcəsinə ödənildiyindən hər hansı bir artıq ödənilmiş məbləğin mövcud olmadığı müəyyən olunur.

17. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-805/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.

18. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, gömrük orqanlarının inzibati orqan olaraq onlara təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüquqları vardır.

19. Lakin cavabdeh gömrük orqanı tərəfindən gömrük rəsmləşdirilməsi zamanı hər hansı sənədlərin çatışmaması barədə iddiaçıya müraciətin olunması, bundan başqa malların gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı hər hansı gömrük ekspertizanın keçirilməsi müəyyən edilməmişdir.

20. Məhkəmə nəzərə almışdır ki, Gömrük Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, risklərin təhlilinin adekvatlığını təmin etmək məqsədilə, müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarından, o cümlədən müvafiq beynəlxalq müqavilə əsasında digər ölkələrin gömrük xidmətlərindən malların və nəqliyyat vasitələrinin göndərişləri haqqında əvvəlcədən ilkin elektron məlumatlar alırlar.

21. Məhkəmə qeyd etmişdir ki, cavabdeh qurum malların mənşə ölkəsinin gömrük xidmətindən məlumatları əldə etmək imkanı olduğu halda, malların invoys dəyərinə dair əsaslı şübhələri, eləcə də gömrük dəyərinin malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsinin mümkünsüzlüyünü əsaslandıran araşdırmanı aparmadan (yəni malların mənşə ölkəsinin gömrük xidmətindən onun faktiki dəyəri ilə bağlı məlumatları əldə etmədən) digər üsulla dəyərləndirilməli olduğunu hesab etmişdir.

22. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə əsasən artıq ödənilmiş gömrük ödənişinin qaytarılması birbaşa olaraq gömrük orqanının üzərinə qoyula bilməz. Belə ki, Gömrük ödənişlərinin qaytarılması qaydalarının 6-cı bəndinə uyğun olaraq gömrük ödənişlərinin qaytarılması barədə gömrük orqanı qərar qəbul etməli və gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına buna dair rəy verməlidir.

23. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 805/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

24. Apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavənin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, Məhkəmə qərarının əsaslandırma hissəsində müxtəlif qanunvericilik normalarını sadalamış, həmin normaları işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlmişdir ki, İddiaçı tərəfindən xx.xx.2021 ci il tarixli **********33328 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli, **********3983 sorğu nömrəli xx.xx.2021 -ci il tarixli, **********1248 sorğu nömrəli, xx.xx.2021 -ci il tarixli **********5497 sorğu nömrəli, gömrük bəyannamələri ilə bəyan olunan mallar üçün sövdələşmə qiyməti nəzərə alınmaqla gömrük dəyərinin hesablanması və artıq ödənilmiş gömrük ödənişlərinin iddiaçıya geri qaytarılması barədə müvafiq qərarın və rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulmalıdır. Bununla bağlı bildiririk ki, məhkəmə qərarında müxtəlif qanunvericilik normaları sadalansa da, həmin normalar işin faktiki hallarına düzgün tətbiq edilməmişdir. Belə ki. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydalan”nın 2.1- ci bəndində göstərilir ki, gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda: 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə: 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. Məhkəmə qərarında yuxarıda qeyd edilən hallardan hansının baş verdiyi əsaslandırılmamışdır. Gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması isə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə tənzimlənir. Məhkəmə qərarında “artıq ödənilmiş” vəsaitin təsnifatı araşdırılmadan gömrük ödənişi ifadəsindən istifadə olunmuş, həmçinin yuxarıda göstərilən normativ hüquqi aktlara uyğun olaraq iddiaçının inzibati orqana müraciət edib-etmədiyini araşdırmadan qərar qəbul olunmuşdur ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş “Gömrük ödənişlərinin qaytarılması Qaydalarf’nın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 23 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın tələbləri ilə ziddiyyət təşkil edir. Həmçinin bildiririk ki, gömrük bəyannamələrinin gömrük dəyəri əks olunan qrafası gömrük orqanı tərəfindən doldurulmamışdır. Gömrük orqanı iddiaçı tərəfindən təqdim edilən gömrük bəyannaməsi əsasında gömrük rəsmiləşdirilməsi həyata keçirdiyindən həmin rəsmiləşdirmənin qanunsuz hesab edilməsi barədə əsaslar yoxdur. Təbii ki, bu əsaslar mövcud olmadığından artıq ödənilmiş məbləğdən də söhbət gedə bilməz. Eyni zamanda iş üzrə icraat zamanı və qərar qəbul edilərkən bir tərəfli qaydada iddiaçının göstərdiyi məbləğə istinad edilmiş, həmin məbləğin dəqiqliyi və artıq ödənilməsi ilə bağlı heç bir araşdırma və hesablama aparılmamışdır Yuxarıda göstərilənlərə əsaslanaraq hesab edirik ki, məhkəmə qərarı işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun gəlmir, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Həmçinin, hazırda məhkəmənin mübahisə predmetini təşkil edən xx.xx.2021-ci il tarixli, **********3983 nömrəli, xx.xx.2021-ci il tarixli, **********5497 nömrəli, xx.xx.2021-ci il tarixli, **********1248 nömrəli və xx.xx.2021-ci il tarixli, **********3328 nömrəli gömrük bəyannamələri ilə bağlı gömrük orqanı əməkdaşı tərəfində gömrük dəyərinə düzəlişlə bağlı bildiriş təqdim edilməmişdir. Bu səbəbdən iddiaçı "xxxx" MMC tərəfindən iddia ərizəsində qeyd edilən “artıq ödəmə”nin nədən ibarət olması, yaranma səbəbi və hansı məbləğdə ödənişin artıq hesablandığına dair iddiası ilə bağlı qanunvericiliyin tələblərinə uyğun qaydada sübutetmə yükü iddiaçının özünün üzərinə düşür. Əlavə olaraq qeyd etmək istəyirik ki, xx.xx.2021-ci il tarixli, **********3983 nömrəli, xx.xx.2021-ci il tarixli, **********5497 nömrəli, xx.xx.2021-ci il tarixli, **********1248 nömrəli və xx.xx.2021-ci il tarixli, **********3328 nömrəli gömrük bəyannamələri üzrə gömrük dəyərinin hesablanması zamanı təqdim edilmiş ilkin məlumatların keyfiyyətinə uyğun olaraq bəyannaməçiyə gömrük dəyərinin yenidən yoxlanaraq düzgün bəyan edilməsi barədə hüquqi yardım edilmiş, bundan sonra bəyannaməçinin özünün müstəqil iradə ifadəsi olaraq gömrük bəyannaməsi rəsmiləşmə üçün təqdim edilmişdir. İşin hallarından və qanunvericiliyin qeyd edilmiş normalarından da görünür ki, yuxarıda qeyd edilən xərclərlə bağlı rəsmi sənədlər gömrük orqanına təqdim edilməmişdir. Qeyd edilən halları nəzərə alaraq bəyannaməçi tərəfindən təqdim edilə bilən sənədlərin həcminə mütənasib qaydada iddiaçı "xxxx" MMC-nin səlahiyyətli gömrük təmsilçisi tərəfindən bəyan edilmiş gömrük dəyəri əsas götürülməklə gömrük bəyannamələrinin rəsmiləşdirilməsi başa çatdırılmışdır. Odur ki, hazırda geri qaytarılması tələb olunan gömrük ödənişləri ilə bağlı məhkəməyə həmin məlumatların dəqiq şəkildə təqdim edilməsi öhdəliyi "xxxx" MMC-nin öhdəliyindədir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

28. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi:

Maddə 1. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar 1.0. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi; 1.0.2. bəyannaməçi – gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxs; Maddə 40.4 Gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Maddə 157. Gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması 157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Maddə 224. Gömrük ödənişləri 224.1. Bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: 224.1.1. gömrük rüsumları; 224.1.2. əlavə dəyər vergisi ; 224.1.3. aksizlər; 224.1.4. yol vergisi; 224.1.5. gömrük yığımları; 224.1.6. haqq; 224.1.7. dövlət rüsumu. 224.2. Gömrük ödənişlərinin ödəyiciləri, gömrük ödənişlərinin hesablanması, alınması və hesablara daxil edilməsi, ödənilmə müddətinin uzadılması, gömrük ödənişlərinin qaytarılması qaydaları, gömrük borcu, gömrük borcunun ləğvi, malların gömrük dəyərləndirilməsi, gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları və onlardan istifadə, həmçinin gömrük ödənişləri ilə bağlı güzəştlər və başqa məsələlər bu Məcəllə və Məcəllənin 224.1-ci maddəsində nəzərdə tutulan digər normativ hüquqi aktlarla müəyyən edilir. 224.5. Bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür. 224.6. Gömrük rüsumlarının dərəcələri göstərilməklə, bu dərəcələrin həm malların adları, həm də kodları üzrə axtarışının həyata keçirilməsinə, qanunla nəzərdə tutulmuş digər gömrük ödənişlərinin məbləğlərinin öyrənilməsinə imkan verən, malları gömrük sərhədindən keçirən şəxslərin istifadəsi üçün nəzərdə tutulan və istifadəsi sadə olan elektron avadanlıqlar gömrük sərhəd buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi yerlərdə yerləşdirilməlidir. Maddə 225. Gömrük rüsumları 225.1. Gömrük rüsumları bəyan edilən malların yerləşdirilməsi üçün seçilmiş gömrük prosedurunun tələbləri əsasında, normativ hüquqi aktlara uyğun olaraq tətbiq olunur. Maddə 226. Gömrük rüsumlarının növləri 226.0. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı gömrük rüsumları tətbiq edilir: 226.0.1. advalor - malların gömrük dəyərinə görə nisbətən faizlə hesablanan; 226.0.2. spesifik - malın vahidinə görə müəyyən olunmuş məbləğlə hesablanan; 226.0.3. kombinə edilmiş – yuxarıda göstərilən hər iki gömrük rüsum növlərinin birləşdirilməsi yolu ilə hesablanan. Maddə 242. Gömrük borcunun hesablanmasının əsasları 242.1. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. 242.2. Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. 242.3. Gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. 242.4. Gömrük borcunun məbləği gömrük bəyannaməsi verildikdən sonra mümkün qədər qısa müddətdə hesablanmalıdır. 242.5. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanır. Maddə 266. Ümumi müddəalar 266.1. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 266.2. Gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 266.3. Şəxsin müraciəti olduqda, gömrük orqanları qaytarılmalı olan gömrük ödənişlərini onun gələcək xarici iqtisadi fəaliyyətində istifadə üçün qəbul edirlər. Maddə 267. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılmalı olduğu hallar 267.1. Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 267.2. Gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 267.3. Bu Məcəllənin 267.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, gömrük ödənişlərinin qaytarılması gömrük orqanları tərəfindən faizlərin ödənilməsinə səbəb olmur. 267.4. Gömrük ödənişlərinin qaytarılması barədə qərar verildikdən sonra 3 (üç) ay ərzində ödəniş edilmədikdə və bu gecikmə gömrük orqanının (onun vəzifəli şəxslərinin) hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdikdə, gömrük orqanları tərəfindən Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi ilə faizlər hesablanır və şəxsə ödənilir. Faizlər üç aylıq müddətin başa çatdığı tarixdən gömrük ödənişinin qaytarıldığı tarixədək olan müddət üzrə hesablanır. Maddə 269. Gömrük ödənişlərinin məbləği səhv hesablandıqda, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması Gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Maddə 270. Gömrük ödənişlərinin qaytarılması barədə müraciət 270.1. Gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 270.2. Ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə, bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır. 270.3. Gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. Maddə 322. Gömrük ekspertizasının məqsədi və aparılması qaydaları 322.1. Gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir: 322.1.1. malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi; 322.1.2. malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi; 322.1.3. malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi; 322.1.4. ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması; 322.1.5. malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi; 322.1.6. ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi; 322.1.7. radiasiya təhlükəsi olan malların müəyyən edilməsi; 322.1.8. malların gömrük dəyərinin təyin olunması; 322.1.9. malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi. 322.2. Gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır. 322.3. Gömrük ekspertizası şəxsin bununla əlaqədar müraciəti olduqda da aparılır. 322.4. Gömrük ekspertizası gömrük laboratoriyalarının ekspertləri və müqavilə əsasında cəlb edilmiş digər ekspertlər tərəfindən aparılır.

29. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. gömrük tarifi - gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusu; ... 1.1.5. malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsi; Maddə 7. Gömrük dəyərinin müəyyən edilməsi 7.1. Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. 7.2. Gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. 7.3. Məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi qaydalarını bu Qanunun müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 7.4. Malların gömrük dəyərinin müəyyən edilməsi sadə və ədalətli meyarlara əsaslanmalı və gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməlidir. Maddə 8. Malın gömrük dəyərinin bəyan edilməsi 8.1. Mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra - gömrük orqanı) bəyan edilir. 8.2. Gömrük sərhədindən keçirilən malların bəyan edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 8.3. Gömrük dəyərinin bəyannaməçi tərəfindən müəyyən edilməsi bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla bu Qanunda nəzərdə tutulmuş üsullara uyğun həyata keçirilir. 8.4. Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. Maddə 10. Bəyannaməçinin hüquq və vəzifələri 10.1. Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. 10.2. Bəyannaməçinin gömrük orqanına təqdim etdiyi gömrük bəyannaməsi təqdim edildiyi tarixdən 1 (bir) gün müddətində gömrük orqanı tərəfindən bəyan edilmiş malın gömrük dəyərini dəqiqləşdirmək zərurəti ilə əlaqədar olaraq təsdiq edilmədikdə, bəyannaməçi malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciətə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Maddə 11. Gömrük orqanının hüquq və vəzifələri 11.1. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. 11.2. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı, o cümlədən elektron bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim edildiyi andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir. Maddə 12. Gömrük dəyərinin müəyyən edilməsi üsulları 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 12.3. Bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. Maddə 13. Malların sövdələşmə qiyməti üsulu 13.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur, bu şərtlə ki: 13.1.1. alıcının dəyərləndirilən mallara dair sərəncam və ya istifadə hüququna məhdudiyyətlər nəzərdə tutulmasın (qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər, malların təkrar satıla biləcəyi coğrafi ərazi məhdudiyyətləri, malların dəyərinə əhəmiyyətli dərəcədə təsir etməyən məhdudiyyətlər istisna olmaqla); 13.1.2. satış və ya malların qiyməti həmin mallara münasibətdə dəyəri müəyyən edilə bilməyən hər hansı şərt və öhdəliklərdən asılı olmasın; 13.1.3. alıcı tərəfindən mallara dair sərəncam verilməsindən və ya onların istifadəsindən satıcı birbaşa və ya dolayı yolla mənfəət əldə etməsin, əgər bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsinin aparılması mümkün deyilsə; 13.1.4. bu Qanunun 13.1.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, malların alıcısı və satıcısı əlaqəli şəxslər olmasınlar; 13.1.5. alıcı ilə satıcı əlaqəli şəxslər olduğu halda, onlar arasındakı münasibətlər mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə təsir etməsin və ya idxalatçı malların sövdələşmə qiymətinin bu Qanunun 13.7-ci maddəsinin tələblərinə cavab verdiyini sübut etsin. Maddə 18. Ehtiyat üsul 18.1. İdxal olunan malların gömrük dəyərini bu Qanunun 13–17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. 18.2. Bu Qanunun 18.1-ci maddəsinə müvafiq olaraq malların gömrük dəyəri aşağıdakılar əsasında müəyyən edilə bilməz: 18.2.1. gömrük ərazisində istehsal edilən malların həmin ərazidəki satış qiyməti; 18.2.2. müqayisə üçün seçilən iki alternativ dəyərdən gömrük məqsədləri üçün ən yüksək olanının qəbul edilməsini nəzərdə tutan sistem; 18.2.3. malların ixrac ölkəsinin daxili bazarındakı qiyməti;

30. “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması” Qaydaları

Bənd 1. Ümumi müddəalar 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 266-270-ci maddələrinə əsasən hazırlanmışdır və gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edir. Bənd 2. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması halları 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. Bənd 4. Gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın (bundan sonra - gömrük ödənişləri) hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. Bənd 5.1. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər.

31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

33. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

34. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

35. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

37. Birinci instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi e-2-1(112)-805/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.

38. Məhkəmə kollegiyası işin hallarına dair tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

39. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi xx.xx.2021-ci il tarixli, **********33328 saylı gömrük bəyannamə üzrə, xx.xx.2021-ci il tarixli, **********3983 saylı gömrük bəyannamə üzrə, xx.xx.2021-ci il tarixli, **********1248 saylı gömrük bəyannamə üzrə, xx.xx.2021-ci il tarixli, **********5497 saylı gömrük bəyannamələri ilə bəyan olunan mallar üçün sövdələşmə qiyməti nəzərə alınmaqla gömrük dəyərinin hesablanması və artıq ödənilmiş gömrük ödənişlərinin geri qaytarılması barədə rəy və qərar tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə nail olmaqdır.

40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməmişdir.

41. AR İPM-in 12.1-ci madddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

42. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

43. Birinci instansiya məhkəməsi nəticəsini onunla əsaslandırmışdır ki, gömrük orqanlarının inzibati orqan olaraq onlara təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüquqları vardır.

44. Lakin cavabdeh gömrük orqanı tərəfindən gömrük rəsmləşdirilməsi zamanı hər hansı sənədlərin çatışmaması barədə iddiaçıya müraciətin olunması, bundan başqa malların gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı hər hansı gömrük ekspertizanın keçirilməsi müəyyən edilməmişdir.

45. Məhkəmə nəzərə almışdır ki, Gömrük Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, risklərin təhlilinin adekvatlığını təmin etmək məqsədilə, müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarından, o cümlədən müvafiq beynəlxalq müqavilə əsasında digər ölkələrin gömrük xidmətlərindən malların və nəqliyyat vasitələrinin göndərişləri haqqında əvvəlcədən ilkin elektron məlumatlar alırlar.

46. Məhkəmə qeyd etmişdir ki, cavabdeh qurum malların mənşə ölkəsinin gömrük xidmətindən məlumatları əldə etmək imkanı olduğu halda, malların invoys dəyərinə dair əsaslı şübhələri, eləcə də gömrük dəyərinin malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsinin mümkünsüzlüyünü əsaslandıran araşdırmanı aparmadan (yəni malların mənşə ölkəsinin gömrük xidmətindən onun faktiki dəyəri ilə bağlı məlumatları əldə etmədən) digər üsulla dəyərləndirilməli olduğunu hesab etmişdir.

47. Kollegiya bildirir ki, məhkəmə maddi hüquq normalarının tələbləri baxımından işin hallarına hərtərəfli və düzgün yanaşmamışdır.

48. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli, **********3983 nömrəli, xx.xx.2021-ci il tarixli, **********5497 nömrəli, xx.xx.2021-ci il tarixli, **********1248 nömrəli və xx.xx.2021-ci il tarixli, **********3328 nömrəli gömrük bəyannamələri üzrə artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması məqsədilə cavabdeh inzibati orqana ünvanlanan müraciət ərizələrinin tarixi həmin ərizənin özündə xx.xx.2022-ci il olaraq qeyd edilmişdir.

49. Mübahisə predmetini təşkil edən xx.xx.2021-ci il tarixli, **********3983 nömrəli, xx.xx.2021-ci il tarixli, **********5497 nömrəli bəyannamələrin təsdiqləndiyi, yəni müvafiq gömrük ödənişlərinin ödənildiyi tarixlər isə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixləridir. Bu isə o deməkdir ki, qanunvericiliyin tələblərinə əsasən **********3983 və **********5497 nömrəli gömrük bəyannamələri üzrə gömrük ödənişlərinin qaytarılması barədə müraciətin son tarixi müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixləridir. Lakin məhkəməyə təqdim edilən elektron sistem çıxarışlarından görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Bakı Baş Gömrük İdarəsinə edilmiş həmin müraciətlər xx.xx.2022-ci il tarixində qeydiyyata alınmışdır. Odur ki, həmin ərizələrin üzərində qeyd edilmiş tarixlərlə, qeydiyyat tarixləri uyğunluq təşkil etmir.

50. Gömrük Məcəlləsinin 267.2-ci maddəsinə əsasən gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır.

51. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər.

52. İddia olunan xx.xx.2021-ci il tarixli, **********3983 nömrəli, xx.xx.2021-ci il tarixli, **********5497 nömrəli gömrük bəyannamələri üzrə idxal edilən mallara (qida əlavəsi) münasibətdə artıq ödənilən gömrük ödənişinin qaytarılması barədə ərizə iddiaçı tərəfindən 1 illik müddətin ötürülməsi ilə verilmişdir.

53. Belə ki, iş materiallarından görünür ki, iddiaçının xx.xx.2021-ci il tarixli, **********3983 nömrəli, xx.xx.2021-ci il tarixli, **********5497 nömrəli gömrük bəyannamələri üzrə artıq ödənilmiş gömrük ödənişinin qaytarılması barədə ümumi müraciəti (ərizəsi) cavabdeh gömrük orqanına xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir, yəni, 1 illik müddətin ötürülməsi ilə verilmişdir.

54. Qeyd olunmalıdır ki, bu halda müddətlərin hesablanma qaydası inzibati icraat haqqında qanunvericiliyin tələblərinə müvafiq tənzimlənməlidir.

55. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinin imperativ tələbində isə nəzərədə tutulur ki, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır.

56. Göründüyü kimi, Qanunun qeyd olunan tələbi baxımından nəzərə alındıqda belə, iddia olunan xx.xx.2021-ci il tarixli, **********3983 nömrəli, xx.xx.2021-ci il tarixli, **********5497 nömrəli gömrük bəyannamələri üzrə gömrük ödənişinin qaytarılmasına aid hissəsində iddiaçının ərizəsi Gömrük Məcəlləsinin 270.1-ci maddəsi ilə müəyyən edilən 1 illik müddətin ötürülməsi ilə verilmişdir.

57. Bundan əlavə xx.xx.2021-ci il tarixli, **********1248 nömrəli və xx.xx.2021-ci il tarixli, **********3328 nömrəli gömrük bəyannamələrinə münasibətdə isə məhkəmə kollegiyası bildirir ki, həmin gömrük bəyannamələri üzrə nəqliyyat xərcini təsdiq edən sənədlər cavabdeh inzibati orqana təqdim edilməmişdir.

58. Belə ki, "Gömrük tarifi haqqında” AR Qanununun 13-cü maddəsinə (sövdələşmə qiyməti üsulu) əsasən aşağıda qeyd edilən xərclər bəyannaməçi və ya mallar barəsində səlahiyyətli olan şəxs tərəfindən tam şəkildə təqdim edildikdə gömrük dəyərinin malların sövdələşmə qiyməti üsulu ilə müəyyən edilməsi mümkün hesab edilir: 13.2. Malların gömrük dəyəri malların sövdələşmə qiyməti üsulu ilə müəyyənləşdirilərkən, mallar üçün faktiki olaraq ödənilmiş və ya ödənilməli olan qiymətə aşağıdakılar əlavə edilir: 13.2.1. alıcı tərəfindən çəkilmiş, lakin mallara görə faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə daxil edilməmiş aşağıdakı xərclər: 13.2.1.1. alıcı tərəfindən malların satın alınması ilə bağlı onu təmsil edən nümayəndəsinə malın alınması ilə əlaqədar təmsilçilik xidmətinə görə ödənilmiş və ya ödənilməli xərclər istisna olmaqla, digər komisyon və broker mükafatlandırılmaları üzrə xərclər; 13.2.1.2. idxal edilmiş malların gömrük məqsədləri üçün bir hissəsi hesab edilən konteynerlərin dəyəri; 13.2.1.3. qablaşdırma materiallarının və qablaşdırma ilə əlaqədar işlərin dəyəri daxil olmaqla, alıcının çəkdiyi qablaşdırma xərcləri; 13.2.2. idxal edilən malların istehsalı və ixrac üçün satılması məqsədi ilə alıcı tərəfindən satıcıya birbaşa və ya dolayısı ilə pulsuz və ya aşağı qiymətlə verilmiş aşağıdakı hər hansı malın və xidmətin faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə daxil edilməmiş dəyəri: 13.2.2.1. idxal edilən malların tərkib hissəsi olan materialların, komplektləşdirici hissələrin və digər məmulatların dəyəri; 13.2.2.2. idxal edilən malların istehsalında istifadə edilmiş alətlərin, ştampların, qəliblərin və digər analoji ləvazimatların dəyəri; 13.2.2.3. idxal edilən malların istehsalında sərf edilmiş sürtgü yağları, yanacaq və digər materialların dəyəri; 13.2.2.4. gömrük ərazisindən kənarda həyata keçirilmiş və idxal edilən malların istehsalı üçün zəruri olan layihələndirmə, mühəndis, təcrübi-konstruktor, bədii tərtibat, çertyoj və eskiz işlərinin dəyəri; 13.2.3. patentlər, ticarət nişanları və müəlliflik hüquqları üçün ödənişlər də daxil olmaqla, dəyərləndirilən malların satışı ilə əlaqədar alıcının birbaşa və ya dolayısı ilə ödəməli olduğu royalti və lisenziya haqqı, əgər bunlar faktiki olaraq ödənilmiş və ya ödənilməli olan qiymətə daxil edilməmişdirsə; 13.2.4. alıcı tərəfindən mallar barədə sərəncam verilməsindən və ya onların istifadəsindən satıcıya birbaşa və ya dolayısı ilə çatan və ya çatmalı olan hər hansı gəlir hissəsinin dəyəri; 13.2.5. idxal olunan malların sığorta xərcləri, həmçinin hava və dəniz limanınadək, yaxud gömrük ərazisinə daxil olduğu digər hər hansı yerədək nəqliyyat xərcləri, həmin yerədək malın yüklənmə və boşaldılma xərcləri.

59. Həmçinin, Gömrük Məcəlləsinin 153.4-cü maddəsinə əsasən gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və va ona əlavələr etmək hüququna malik deyil.

60. İşin hallarından və qanunvericiliyin qeyd edilmiş normalarından da görünür ki, yuxarıda qeyd edilən xərclərlə bağlı rəsmi sənədlər gömrük orqanına təqdim edilməmişdir. Qeyd edilən halları nəzərə alaraq bəyannaməçi tərəfindən təqdim edilə bilən sənədlərin həcminə mütənasib qaydada iddiaçı "xxxx" MMC-nin səlahiyyətli gömrük təmsilçisi tərəfindən bəyan edilmiş gömrük dəyəri əsas götürülməklə gömrük bəyannamələrinin rəsmiləşdirilməsi başa çatdırılmışdır.

61. Odur ki, hazırda geri qaytarılması tələb olunan gömrük ödənişləri ilə bağlı məhkəməyə həmin məlumatların dəqiq şəkildə təqdim edilməsi öhdəliyi sübutetmə yükü üzərinə düşən tərəf kimi "xxxx" MMC-nin üzərindədir. Belə ki, İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

62. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun olmuş, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib olmuş, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

63. İddiaçı hazırkı məzmunda iddiasının təmin olunması üçün yuxarıda qeyd edilən xərclərlə bağlı rəsmi sənədlər gömrük orqanına təqdim etməli olduğu halda bunu etməmişdir.

64. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi iddiaçının iddia tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir.

65. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərini nəzərə almamış, işin qeyd edilən faktiki halına dair araşdırma aparmamış və mübahisə üzrə yalnış qiymətləndirmə etmişdir.

66. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-805/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia təmin olunmamalıdır.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-805/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar