Məhkəmə qərarları › İş №2-1(103)-1809/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1809/2020

28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1809/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X12 X11 İdarəsinə (hazırda Dövlət X12 X11 üzrə Mərkəzi Filialı) qarşı “ona 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Şeyda Ədalət qızı Məhərrəmovadan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X12 X11 İdarəsinə (Dövlət X12 X11 üzrə Mərkəzi Filialı) qarşı “ona 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4405/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarındaniddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx xxxxx 1962-ci il tarixdə anadan olmuş, 1979 – 1980-ci illərdə Gədəbəy rayonu Əzizbəyov adına Kolxozda işləmişdir. 1980-ci ilin noyabr ayından 1982-ci ilin dekabr ayınadək hərbi xidmət keçmişdir. xx xxxxx 1983-cü il tarixdə xxxxxxxxxxxxx X5ndə işə qəbul olunmuş, x xxxxxx 1996- cı il tarixdə işdən azad olunmuşdur. x xxxxxx 1997-ci il tarixdən x xxxxxx 1997-ci il tarixədək X13 Fabrikində, xx xxxx 1997-ci il tarixdən x xxxxxxxx 2011-ci il tarixədək “Xəzərdənizneftsosialtikinti” Trestinin 3 nömrəli X4, xx xxxxxx 2011-ci il tarixdən xx xxxxxx 2013-cü il tarixədək “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətində işləmişdir. Ümumi iş stajının 33 il olduğunu bildirir. xx xxxxx 1983-cü x xxxxxx 1996-cı il tarixədək “xxxxxxxxxxxxx” X2 Qazan avadanlıqlarının təmiri sexində çilingər işləmişdir. Bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahının 24-cü fəslinin “a” bəndinə əsasən zərərli sahə hesab olunur. İddiaçı ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X12 X11 İdarəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən İddiaçı tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********1 saylı 1xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, x xxxx 2007-ci il tarixədək qüvvədə olmuş «Vətəndaşları pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Təqdim edilmiş sənədlərdən görünür ki, ərizəçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X9 Nazirliyi yanında DSMF-nin X1rşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, ona 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı x xxxxxx 2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı, o cümlədən 13 il 6 ay zərərli istehsalat sahəsində iş stajı toplamışdır. Onun 55 yaşı tamam olan xx xxxxx 2017-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ vardır. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçası hesab olunur. O, güzəştli şərtlərlə pensiya təyinatı ilə bağlı xx xxxxxx 2019-cu il tarixdə hazırkı cavabdeh DSMF X11 İdarəsinə müraciət etmişdir. Cavabdehin xx xxxxxx 2019-cu il tarixli məktubu ilə məsələnin həllindən imtina olunmuşdur. İmtinaya səbəb kimi göstərilmişdir ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olması pensiya təminatına imkan vermədiyi göstərilmişdir. Hazırkı mübahisə x xxxx 2007-ci il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa əsasən həll edilməlidir. Cavabdehin istinad etdiyi qanunvericilik norması isə, x xxxx 2017-ci il tarixdən qüvvəyə minmişdir. Digər tərəfdən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa görə fərdi hesabın qeydə alınmış pensiya kapitalı ildə bir dəfə indeksləşdirilir. Cavabdehin imtinası zamanı onun x xxxxxx 2006-cı il tarixdən xx xxxxxx 2013-cü il tarixədək işlədiyi nəzərə alınmamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4405/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, onun xx.xx.2006-cı ilə qədər ümumi iş stajı 26 il olmuşdur. Məhkəmə Gədəbəy rayonu “Əzizbəyov” adına Kolxozda işlədiyi iş dövrünü, yəni 1979-1980-ci illərin iş stajını nəzərə almamışdır. Halbuki qərarda onun həmin kolxozda işlədiyi qeyd edilmişdir. AR Milli Arxiv İdarəsi Gədəbəy rayon İcra Hakimiyyətinin, Gədəbəy rayon Dövlət Arxivinin xx xxxxxx 2019-cu il tarixli 474 saylı “Arxiv arayışı” ilə həmin fakt təsdiq olunsa da, məhkəmə həmin dövrlərin (1979-1980) iş stajını nəzərə almamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X10pellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında bildirmişdi ki, iddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik deyildir. Belə ki, hazırda iddiaçıya əmək pensiyasının təyin edilməsi üçün tələb olunn pensiya kapitalı 37440.00 manat təşkil edir. Lakin onun fərdi sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 31252.37 manatdır. Bu səbəbdən də ona pensiya təyin edilməsi mümkün olmamışdır. Həmçinin iddiaçının ümumi stajı 24 ildir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün qanunvericiliklə müəyyən olunmuş 3 şərtdən 2-si ümumi iş stajı və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı təmin olunmamışdır. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İşdə iştirak edən cavabdehin nümayəndəsi hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, iddiaçı onun 25 ildən çox ümumi, 12 il 6 aydan çox isə güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşələrdə işləməsi ilə bağlı xüsusi stajının olmasına əsaslanaraq, bu əsasla ona 57 yaşdan pensiya təyin olunmasını tələb edir. İddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını və iş yerindən arayışı təqdim etmişdir: 1980-1982-ci illərdə hərbi xidmətdə olmuş; əmək kitabçasındakı qeydlərə əsasən xx xxxxx 1983-cü il tarixdən x xxxxxx 1996-cı il tarixədək “xxxxxxxxxx”nin X2 Qazan avadanlıqlarının təmiri sexində çilingər (13 il 6 ay 6 gün), xx xxxxxx 1997-ci il tarixdən xx xxxxxx 1997-ci il tarixədək X13 Fabrikində (27 gün), xx xxxx 1997-ci il tarixdən xx xxxxxxxx 2011-ci il tarixədək “Xəzərdənizneftsosialtikinti” trestinin 3 nömrəli X4 (çilingər- 14 il 2 ay, bu müddətin 8 il 5 ay 20 günü xx.xx.2006-cı il tarixədək olan dövrə düşür), xx xxxxxx 2011-ci il tarixdən xx xxxxxx 2013-cü il tarixədək “xxxxxxxxx” ASC-də (1 il 2 ay 13 gün) olmaqla, ümumilikdə 24 il 23 gün işləmişdir. “xxxxxx” ASC-nin xx xxxxxx 2014-cü il tarixli arxiv arayışında qeyd edilir ki, 1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx xxxxx 1983-cü il tarixdən x xxxxxx 1996-cı il tarixədək “xxxxxxxxxx”nin X2 Qazan avadanlıqlarının təmiri sexində çilingər işləmişdir. Göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarının 24-cü fəslinin “a” bəndinə əsasən bilavasitə zərərli sahə hesab olunur. Güzəştli pensiya üçün staj 13 il 6 ay 06 gün təşkil edir. SSRİ Energetika Nazirliyinin x xxxxxx 1983cü il tarixli 296 “a” nömrəli və “xxxxxxxxxxxxx”nin xx xxxxxxxx 1988-ci il tarixli 563 nömrəli əmrlərinə əsasən “xxxxxxxxxxxxx” “xxxxxxxxxx”yə çevrilmişdir. “xxxxxxxxxxxxx”nin X5 xx xxxxxxx 1988-ci il tarixli 507 nömrəli əmri ilə tabeçiliyində olan müəssisə və təşkilatlarla birlikdə “xxxxxxxxxx”nin tərkibinə keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 423 nömrəli xx xxxxxxxx 1996-cı il tarixli Fərmanına əsasən “xxxxxxxxxx” “xxxxxxxxxx” ASC adlandırılmışdır. “xxxxxxxxxx” ASC-nin xx xxxxxx 2002-ci il tarixli 13 nömrəli əmrinə əsasən X5 ləğv edilmiş və yeni hüquqi şəxs olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC yaradılmışdır. “xxxxxxxxxx” ASC-nin xx xxxxxx 2004-cü il tarixli AÜ/032 nömrəli əmrinə əsasən qurum “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, x xxxx 2005-ci il tarixli AÜ/040 nömrəli əmri əsasında isə “xxxxxxxxxxxxxxxxx” MMC, Dövlət X6 üzrə Dövlət Komitəsinin x xxxxxxx 2008-ci il tarixli 323 nömrəli sərəncamına əsasən “xxxxxx” ASC adllandırılmışdır. Həmçinin Gədəbəy rayon Dövlət Arxivinin xx xxxxxx 2019-cu il tarixli arxiv arayışına əsasən İddiaçı 1979 – 1980-ci illərdə Gədəbəy rayonu Əzizbəyov adına Kolxozda işləmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: şəxsin 57 yaşı tamam olmalı, onun xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi, 12 il 6 ay xüsusi iş stajı mövcud olmalı və fərdi hesabının sığorta hissəsindəki pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli Siyahıda “Xİİİ. Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” bölməsində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşəsi 2140000a – 18455 kodla nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı qüvvədən düşmüş hesab edilmişdir. "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın “23. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” bəndində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri nəzərdə tutulmuşdur. İş üzrə birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2006-cı il tarixədək hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla 25 ildən az, yəni 24 il 1 ay ümumi staj topladığına əsaslanaraq hesab etmişdir ki, onun pensiya təyinatı “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin təsiri altına düşmür və pensiya hüququ Qanunun 9.1-ci maddəsinin tələblərinə müvafiq olaraq 60 yaşı tamam olduqda yarana bilər. Məhkəmənin qeyd olunan mövqeyi ilə razılaşmayan iddiaçı apellyasiya şikayətində onun 1979 – 1980-ci illərdə Gədəbəy rayonu Əzizbəyov adına Kolxozda işlədiyi dövrün məhkəmə tərəfindən nəzərə alınmadığını göstərmişdir. İddiaçının həmin dəlili apellyasiya baxışı zamanı araşdırılarkən müəyyən olundu ki, sözügedən dövrdə iddiaçının işləməsi faktı onun təqdim etdiyi əmək kitabçasında əks olunmamışdır. Bu barədə iddiaçı Gədəbəy rayon Dövlət Arxivinin xx xxxxxx 2019-cu il tarixli arxiv arayışını məhkəməyə təqdim etmişdir. Həmin arayışın məzmunundan müəyyən olunur ki, iddiaçı sözügedən kolxozda qazandığı əmək günlərinin sayı 1979-cu ildə 60 gün, 1980-ci ildə isə 269 gün (cəmi 329 gün və ya 10 ay 9 gün) olsa da, adam günü 1979-cu ildə 90 gün, 1980-ci ildə isə 133 gün (cəmi 223 gün və ya 7 ay 4 gün) təşkil etmişdir ki, həmin müddətlər nəzərə alınsa belə (24 il 23 gün + 10 ay 9 gün və ya 24 il 23 gün + 7 ay 4 gün), iddiaçının tələb olunan ümumi 25 il iş stajı tamamlanmır. Digər tərəfdən, iddiaçının 25 il iş stajına dair qanunun tələbi ödənilmiş olsaydı belə, onun istədiyi 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxması üçün qanunun digər tələbi təmin olunmur, yəni fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə ki, apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsinin apellyasiya şikayətinə verdiyi etirazın məzmunundan müəyyən olundu ki, hazırda iddiaçıya əmək pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalı 37440 manat təşkil edir, lakin onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 31252,37 manatdır. Qeyd olunmalıdır ki, iddiaçı ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə pensiya təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla yalnız yaş və stajla bağlı güzəşt hüququ qazanmış, Qanunun 9.8-ci maddəsinə əsasən xx xxxxxx 2006-cı il tarixədək bu növdə pensiya hüququ qazanmış şəxslərlə bağlı Qanunun 9.1-ci maddəsində nəzərdən tutulan “pensiya kapitalı”na dair tələb aradan qaldırılmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin tabeliyində Dövlət X14 publik hüquqi şəxsin **********1 saylı xx.xx.2020-ci il tarixli qərаrına əsasən X11 üzrə Mərkəzi Filialı ilə əvəz olunsa da, bu məsələ prosessual hüquqi məsələ olub, birinci instansiya məhkəməsi tərəfindən yol verilən prosessual pozuntu kimi qiymətləndirilmədiyi üçün, eyni zamanda qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün hər hansı əsas yaratmadığından birinci instansiya məhkəməsinin qərarı cavabdeh X11 üzrə Mərkəzi Filialı hesab olunmaqla dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4405/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin tabeliyində Dövlət X14 publik hüquqi şəxsinin X11 üzrə Mərkəzi Filialı hesab olunmaqla dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4405/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin tabeliyində Dövlət X14 publik hüquqi şəxsinin X11 üzrə Mərkəzi Filialı hesab olunmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Şeyda Məhərrəmova Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar