Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1809/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının bərpası” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək inzibati orqanın hərəkətlərinin qanunsuz hesab olunması, güzəştli şərtlərlə yaşa görə İddiaçı təyin olunmuş əmək pensiyasının 2020-ci ilin dekabr ayı tarixindən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ilin noyabr ayından 57 yaşında güzəştli şərtlərlə təqaüdə çıxmışdır. 2020-ci ilin dekabr ayından etibarən isə qanunsuz olaraq ona təqaüd ödənişinin verilməsi dayandırılmışdır. O, 17 dekabr və 22 dekabr 2020-ci il tarixlərində müvafiq olaraq, 3 saylı Bakı Dost Mərkəzinə və DSMF-nin “İri sığortaedənlərlə iş üzrə departamentinə yazılı ərizə ilə dəfələrlə müraciət elməyinə baxmayaraq, heç bir nəticə əldə edə bilməmişdir. Belə ki. uzun müddət araşdırma aparıldığı bildirilmiş və ona əsas gətirmədən formal məktub verilərək şikayətlərinin araşdırılmasından dolayısıyla imtina olunmuşdur. Daha sonra məhkəmədə iştirak etməyi üçün bildiriş gəlmişdir. İnzibati orqan tərəfindən verilən iddiaya baxan İnzibati Məhkəmə qətnamə qəbul edərkən aşağıdakı nəticəyə gəlmişdir: “Əmək pensiyaları haqqında” AR Qanununun 30.1-ci maddəsinə əsasən, əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi social sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq İcra Hakimiyyəti orqanı (AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən aparılır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyasıçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda isə məhkəmə qaydasında tutulur. Məhkəmə inzibati orqan tərəfindən hüquq normalarının pozulduğu qənaətinə gəlməsi səbəbiylə iddianın mümkünsüz hesab olunması barədə qərar qəbul elmişdir. İddiaçı isə rəsmi qaydada inzibati orqanın hər hansı qərarını əldə elməmişdir və işin araşdırılmasının davam eldiyi inzibati orqanın rəsmi əməkdaşları tərəfindən bildirildiyinə görə, lazımi sənədləri müraciət və şikayət ərizəsiylə birlikdə inzibati orqana bir neçə dəfə göndərmiş və yekun qərar əldə edə bilməmişdir. İnzibati orqanın iddiaçıya qarşı artıq ödənilmiş vəsaitin dövlət hesabına köçürülməsi barədə iddiasının mümkünsüz sayılması barədə İnzibati Məhkəmənin qərarını xx.xx.2021-ci il tarixində əldə etmişdir. İddiaçı xx.xx.1982-xx.xx.1987-ci il tarixlərində “Azərneft-kimyaquraşdırma” trestinin Bakı Mexanikləşdirmə İdarəsində “usta”, Qamma Deffektos-kopiya (metalların işığa salınması) qurğularında mühəndis-radioqraf vəzifələrində işləmişdir. İşlədiyi bu vəzifələr SSRİ Nazirlər Soveti Kabinetinin xx.xx.1956-cı il tarixli, 1173 saylı qərarı ilə təsdiq edilmiş siyahı № 1, bölmə № 21-də nəzərdə tutulmuş imtiyazlı təqaüd təminatını verən iş stajına (Təhlükəli şəraitdə iş) daxil edilmişdir (Qeyd: Ünıumi staj beş il dörd ay) ("xxxx" ASC-nin 197 saylı 06 noyabr 2015-ci il tarixli arayışı). 29 avqust 2002-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək “X5” LTD (sonradan “X5” MMC) - Mexaniklər xidmətinin kran təsərrüfatı sahəsində - isti və zərərli iş şəraitində çilingər, kran təsərrüfatı üzrə foreman (usta, briqadir), kran təsərrüfatı sahəsi üzrə usta və kran təsərrüfatı sahəsi üzrə mexanik vəzifələrində çalışmışdır. Çalışdığı bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 3-cü “Metallurgiya istehsalatı” bölməsinin 3.6 (a) yarımbəndində “Metal və ferro-ərintilər istehsalı”nda isti və zərərli iş sahələrində çalışan təmirçiçilingər, 3.6 (b) yarımbəndində avadanlığın təmiri üzrə ustalar və sahə mexaniki kimi öz əksini tapmışdır. Bu barədə “X5” MMC-nin rəhbərliyi tərəfindən cavabdeh inzibati orqana № 14/L xx.xx.2021-ci il tarixində ünvanlanmış rəsmi məktubu). Bundan əlavə əldə etdiyi 199/A saylı xx.xx.2020-ci il tarixli araşdırıcı arxiv arayışında “X5 Limited” Şirkətinin arxiv fondunda 29 avqust 2002-ci il tarixdən 01 avqust 2003-cü il tarixədək Mexaniklər sahəsində isti və zərərli iş şəraitində çilingər vəzifəsində, 01 avqust 2003-cü il tarixindən 01 sentyabr 2009-cu il tarixinədək Mexaniklər sahəsində isti və zərərli iş şəraitində kran üzrə foreman (usta, briqadir) vəzifələrində çalışdığı öz təsdiqini tapır (qeyd: Ümumi staj 7 il). 01 sentyabr 2009-cu il tarixindən 01 iyun 2011-ci il tarixinədək Mexaniklər xidmətində isti və zərərli iş şəraitində kran təsərrüfatı üzrə usta, 01 iyun 2011- ci il tarixindən xx.xx.2015-ci il tarixinədək Mexaniklər xidmətində isti və zərərli iş şəraitində kran təsərrüfatı üzrə mexanik vəzifəsində çalışdığı və bu vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 3-cü bölməsinin 3.6 (b) yarımbəndində avadanlığın təmiri üzrə ustalar və sahə mexaniki kimi öz əksini tapdığını 939/L saylı xx.xx.2015-ci il tarixli Dövlət Sosial Müdafiə Fondunun Rayon Şöbəsinə ünvanlanan “X5” MMC-nin araşdırıcı arayışı təsdiq edir (Qeyd: Ümumi staj 6 il 2 ay). Qeyd edilən arayışlar əsasında qanuni olaraq 18 il 6 ay stajla güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasına 57 yaşında çıxmışdır. Qeyd edilənlərdən əlavə olaraq “X5” MMC Poladəritmə Müəssisəsinin podratçı Şirkəti sayılan "xxxx" MMC-də 08 sentyabr 2016-cı il tarixindən 04 yanvar 2018-ci ilin yanvar ayınadək Mexaniklər sahəsində isti və zərərli iş şəraitində kran təsərrüfatı üzrə mexanik peşəsində çalışdığını 2/L saylı xx.xx.2021-ci il tarixli məktubu təsdiq edir. Ümumi hesablandığı zaman 20 ildən çox stajla, təhlükəli, isti və zərərli iş şəraitində çalışan, metallurgiya istehsalını həyata keçirən zavodda mövcud olan qapalı şəraitdə poladəritmə, armatur istehsalı sexlərində xidmət göstərən, 1600 dərəcədə əridilən metalın daşınmasında, metallurgiya sobalarının təmiri prosesində daşıma funksiyasını həyata keçirən, 500-600 dərəcədə metal külçələrin daşınmasını birbaşa təmin edən, körpülü kranların işinə nəzarət edən və texniki sazlığına cavabdeh olan, iş prosesində hər hansı nasazlıq olduğu təqdirdə dərhal müdaxilə edib təmir edən, həmin poladəritmə və armatur sexlərinin kran təsərrüfatı üzrə çilingər, briqadir, foreman (usta), mexanik kimi işləyən İddiaçı güzəştli şərtlərlə pensiya almaq üçün kifayət qədər iş stajı mövcud olmasına baxmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququndan qanunsuz və əsassız məhrum edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək , iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırılır ki, cavabdehə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017ci il tarixinədək qüvvədə olan redaksiyasına görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı bölməsinin (3) polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, doiomitin və əhəngin yandırılması peşələr bəndində (3.6) istehsal prosesində xammalın yarımfabrikatların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər nəzərdə tutulmuşdur. İnzibati icraat materiallarında cavabdehə xx.xx.2002xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində “X5” MMC-nin Mexaniklər xidmətində isti və zərərli iş şəraitində kran təsərrüfatı üzrə usta və kran təsərrüfatı üzrə mexanik vəzifələrində işlədiyi müəyyən edilmişdir. Bu fakt “X5” MMC-nin cavabdehə dair 5 noyabr 2015-ci il tarixli 939/L nömrəli arayışında qeyd edilmişdir. Araşdırma zamanı onun işlədiyi kran təsərrüfatı üzrə usta və kran təsərrüfatı üzrə mexanik vəzifələri yuxarıda qeyd olunan istehsal prosesində xammalın yarımfabrikatların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər vəzifələrinə uyğun olmadığı müəyyən edilərək bu barədə xx.xx.2021-ci il tarixli müvafiq akt tərtib olunmuşdur. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Göründüyü kimi, ona xx.xx.2015-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Fondun Daxili nəzarət departamenti tərəfindən cavabdehə xx.xx.2015-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 16521,3 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi barədə cavabdehə tərəflərindən xx.xx.2021-ci il tarixli **********0 nömrəli məktubla müraciət edilmiş, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin ötən dövr ərzində cavabdeh tərəfindən sözügedən razılıq Mərkəzi Filiala təqdim olunmadığından tərəfimizdən artıq ödənilmiş pensiya məbləğinin qaytarılması tələbi ilə Bakı inzibati Məhkəməsinə müraciət olunmuşdur. Odur ki, qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı xx.xx.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilərək , birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətlərinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5507/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qeyd etmişdir ki, “Cavabdehin pensiyanın dayandırılması barədə iddiaçıya sadəcə olaraq məktubla cavab verməsi yetərli sayıla bilməz və şəxsin qanunauyğun qərarın qəbuluna, eləcə də obyektiv inzibati icraatın aparılmasına olan tələb hüququnun pozulması kimi qiymətləndirilməlidir. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. ” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. -67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6.2-ci maddəsinə görə səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. -67.7-ci maddəsinə görə bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Hazırkı işin hallarından müəyyən edilir ki, İddiaçı DSMF-nun Nizami rayon Şöbəsinin xx.xx.2015-ci il tarixli qərarı ilə xx.xx.2015-ci il tarixindən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya təyin edilmiş əmək pensiyasının ödənişi xx.xx.2020-ci il tarixdə dayandırılmışdır. Cavabdehin pensiya ödənişini dayandırmağının əsası kimi ona istinad etmişdir ki, iddiaçının işləmiş olduğu sahə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyininə əsas verən sahə olmamaqla güzəştli iş stajı yoxdur. Hazırk tələbində iddiaçı ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin dayandırıldığı tarixdən bərpa edilməsini mübahisələndirir Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilənlərdən göründüyü kimi inzibati orqanın cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini nəzərdə tutan qərarı əlverişli inzibati aktdır. Hazırkı iş üzrə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında əlverişli inzibati akt mövcuddur, o ləğv edilməmişdir. Başqa sözlə, qüvvədə əlverişli inzibati akt olduğu halda həmin inzibati akt ləğv edilmədən həmin əlverişli inzibati aktın nəticələrinin icrasından imtina edilməsi yolverilməzdir. Həmin Qanununun: -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. -58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və yeni icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman nəzərə alınmalıdır ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından əmək pensiyası ilə bağlı məsələnin həlli ilə əlaqədar hər bir halda, o cümlədən pensiyanın ləğv olunması ilə bağlı hallarda inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, həmin icraatın yekununda qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırılmış qərar qəbul etməyə borcludur. Şəxs inzibati orqanın hansı hallara və qanunvericilik normalarına söykənərək müvafiq qərarı qəbul etdiyini həmin qərardan aydın görmək imkanına malik olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçı pensiyanın dayandırılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə onun iştirakı olmadan aparılaraq barəsində pensiya ödənişinin dayandırılması kimi faktiki hərəkətlər edilmişdir. AR İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5507/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5507/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1809/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1809/2023
12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver