Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-181/2020 05.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Baxışova Vüsalə Ələkbər qızının ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Günel Cəbrayıl qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı əlilliyin bərpa edilməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2989/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar təyin edilmiş 2-ci qrup əlilliyin elektron sistemdə bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Müdafiə Nazirliyinin tərkibində xx xxxxxxx 2010-cu ildən xx xxxxx 2012-ci ilədək N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuşdur, xx xxxx 2014-cü ildən xx xxxxxxx 2017-ci ilədək N saylı hərbi hissədə gizir rütbəsində xidmət etmişdir. 2016-cı ilin aprel ayında Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda “Lələ-Təpə” istiqamətində döyüşlərdə fəal iştirak etmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərdən sonra səhhətində ağrılar əmələ gəlməyə başlamış, həmin vaxtdan etibarən o, uzun müddət müayinə və müalicələrdə olmuşdur. Belə ki, Silahlı Qüvvələrin Baş Kliniki Hospitalında xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək müayinədə, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək müalicədə, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək müayinədə olmuş, əlavə bir neçə dəfə xəstəxanalarda müayinə və müalicə olunmuş, axırıncı dəfə Qax rayon Mərkəzi Xəstəxanasında xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək müalicədə, xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixədək müalicədə olmuş və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə şəhadətləndirilmişdir. xx.xx.2017-ci ildə ehtiyata buraxılmış və uzun müddət müalicə və müayinələrdə olduğu üçün səhhətində olan xəstəliklərlə bağlı xx.xx.2018-ci ildə ona 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar əlillik təyin edilmişdir. Tərxis olduqdan 3 ay sonra yəni xx.xx.2018-ci ildə o, cavabdehə müraciət etmiş və ona xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü ilədək 2- ci qrup hərbi xidmət dövrü ilə əlaqədar əlillik təyin edilmişdir. Sonradan yəni, xx.xx.2019- cu ildə pensiya ilə təmin edilməmiş, bu zaman ona məlum olmuşdur ki, elektron sistemdə 2-ci qrup əlillik ləğv edilmişdir. Onun əlilliyinin qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, o, xx.xx.2018-ci ildə qiymətləndirilmiş və 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar əlildir. Hesab edir ki, cavabdeh əsassız olaraq 4110003AAC71 nömrəli Forma88 ləğv etdiyi üçün hal-hazırda onun müraciətinin məhkəmə qaydasında həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət məhkəməyə təqdim edilərək bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AAC71 saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və “Revmatik miokardit, Revmatizm aktiv faza, aktivlik İİ mərhələ.Aortal qapaq çatmamazlığı. Uzun sürən latent gedişli qayıdan revmokardit. Xroniki QDÇ İİ dərəcə. Ekstrasistolik aritmiya. Ürək çatmamazlığı, ÜÇ FSİİİ” xəstəliyi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin xx.xx.2019-cu il tarixli 029-1354-1219 saylı məktubu ilə İddiaçı Daxili İşlər Nazirliyinə aidiyyatının olmadığı və ona 4110003AAC71 saylı göndərişin əsassız rəsmiləşdirildiyi üçün etibarsız hesab edildiyi bildirilmişdir. Bununla əlaqədar Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2989/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək, оnun ləğv edilməsini və iddiaçının əlillik vəziyətinin qeydiyyatda olduğu səhiyyə müəssisəsinin göndərişi əsasında yenidən qiymətləndirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçının əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb idarəsinin 4110003AAC71 saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Göndərişi rəsmiləşdirən tibb idarəsi tərəfindən əlilliyin təyininə əsas olan 4110003AAC71 saylı göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. Bu zaman idarə tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, əlilliyin təyininə əsas verən hüquqi sənəd əsassız hesab edildiyinə görə şəxsin əlillik müayinəsi etibarsız edilmişdir. İddiaçı qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən müayinə və müalicə olunduqdan sonra, göndəriş rəsmiləşdirildiyi halda əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə’yə müvafiq olaraq şəxsin iştirakı olmadan qiymətləndirilib müvafiq qərar veriləcəkdir. Həmçinin apellyasiya şikayətində qeyd edilmişdir ki, İddiaçı “hərbi xidmət dövrü ilə əlaqədar” təyin edilmiş ikinci dərəcə əlilliyin elektron sistemdə bərpa olunması ilə bağlı eyni iddia üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində eyni iş üzrə, yəni 2-1(81) 2989/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixdə iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmış, iddiaçı məhkəmənin 2-1(81) 2989/2019 saylı ış üzrə xx.xx.2019-cu il tarixli qərarından apellyasiya şikayəti vermiş və hazırda Bakı Apellyasiya Məhkəməsində 2-1(103)-2750/2019 nömrəli iş aparılır. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin hallarından görünür ki, iddiaçı xx xxxxxxx 2010-cu ildən xx xxxxx 2012-ci ilədək N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuş, xx xxxx 2014-cü ildən xx xxxxxxx 2017-ci ilədək N saylı hərbi hissədə gizir rütbəsində xidmət etmiş, həmçinin Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda Lələtəpə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. İddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2018-ci il tarixdə 4110003AAC71 saylı forma 88 arayış əsasında xx.xx.2023-cü il tarixədək 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi: hərbi xidmət dövrü ilə əlaqəar əlillik kimi qeyd olunmuşdur. İddiaçı xx.xx.2010-cu ildə Qax RHK-lığı tərəfindən N nömrəli hərbi hissənin komandirinin xx.xx.2017-ci il tarixli 561 nömrəli göndərişi ilə xx xxxx 2017-ci ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Diaqnoz və xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında hərbi həkim komissiyasının qərarı: revmatizm, qeyri-fəal dövr. Aortal qapaq çatışmazlığı. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Sıradankənar hərbi xidmətə yararlı olması göstərilmişdir. İşdə olan Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş 6885 saylı xəstəlik tarixlindən çıxarışdan görünür ki, iddiaçı revmatizm, qeyri-fəali dövr diaqnozu ilə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək müalicədə olmuşdur. İşdə olan Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2019-cu il tarixli axtarışın nəticəsindən görünür ki, iddiaçıya məxsus şəxsiyyəti təsdiq edən sənəd üzrə axtarışın nəticəsi olaraq iddiaçı barəsində “Tibbi-sosial ekspertiza və reablitasiya alt sistemi”ndə qiymətləndirmə aşkarlanmamışdır. Cavabdeh iddiaçıya imtina edərkən göstərmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən daxil olmuş, xx.xx.2019-cu il tarixli, 029-1354-1219 nömrəli məktuba əsasən araşdırma aparılaraq onun əlillik vəziyyəti X3 etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə xx xxxxxx 2016-cı il tarixli 446 nömrəli qərarına əsasən, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Qeydiyyatda olduğu sahə səhiyyə müəssisəsi (Qax MRX-sı) tərəfindən ətraflı müayinə və müalicə edildikdən sonra göndəriş (forma 88) rəsmiləşdirildiyi halda, əlillik vəziyyəti iştirakı olmadan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib, müvafiq qərar veriləcəkdir. İddiaçı həmin imtina ilə razılaşmamış və hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı apellyasiya şikayətinə etiraz verərək onu iddia ərizəsinə uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, onun əlilliyinin yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki o, xx.xx.2018-ci ildə hərbi xidmət dövrü ilə əlaqədar 2-ci qrup əlil kimi qiymətləndirilmişdir. Onun əlilliyi əsassız olaraq ləğv edilmişdir. Ona görə də məhkəməyə müraciət edib əlilliyinin bərpa edilməsini xahiş etmiş və iddiası təmin edilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Birinci instansiya məhkəməsi iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi üçün 4110003AAC71 saylı forma 88 göndərişin müayinə olunması üçün TSERAS-a daxil edilməsini və həmin göndəriş əsasında iddiaçıya TSEK tərəfindən Hərbi xidmət dövrü ilə əlaqədar xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 5 il müddətinə İİ qrup əlillik təyin edildiyini, bundan sonra ona təyin edilmiş əlilliyin yenidən qiymətləndirilərək, təyin edilmiş əlillik vəziyyətinin X3 etibarsız hesab edilərək, ləğv edilməsi barədə cavabdehin hərəkətlərinin qanunvericiliyin tələblərinə zidd olduğu qənaətinə gəlmiş və elektron sistemə nəzarət edilməsi, onun idarə edilməsi və s. bu kimi səlahiyyətlərin cavabdehə məxsus olduğunu nəzərə alaraq, iddiaçı sonuncu müayinənin nəticələrinə əsasən əlil kimi tanındığından, iddia tələbinin təmin edilib ona xx.xx.2018-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar təyin olunmuş ikinci dərəcəli əlilliyin elektron sistemdə bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsini qərara almışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşmır, hesab edir ki, məhkəmənin gəldiyi nəticə ilə işin faktiki halları uyğun deyildir, ona görə də, birinci instansiya məhkəməsinin qərarı əsassız hesab edilərək ləğv edilməlidir. Belə ki, məhkəmənin sorğusuna əsasən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2019-cu il tarixli 029-1354-219 saylı məktubundan müəyyən edilir ki, məktuba əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyatı yoxdur və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Bununla əlaqədar göndərişlər etibarsız hesab olunmuşdur. Qeyd olunan siyahıya nəzər saldıqda hazırki iş üzrə İddiaçı adının siyahıda 62-ci yerdə olduğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin: 4.3-cü bəndinə əsasən, göndərişlər «Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; 4.6-cı bəndinə görə, göndərişlər rəsmiləşdirildiyi tarixdən 1 (bir) ay müddətində qüvvədə olur; 4.9-cu bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxiİ edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X2 (bundan sonra - TSERAS) ötürülür; 4.9-1-ci bəndinə görə, TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndəriş, təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və уa, dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsini ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir; 4.16-cı bəndinə əsasən, TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir; 4.17-ci bəndinə görə, qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir; 4.19-cu bəndinə əsasən, hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir; 4.26-cı bəndinə görə, əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb idarəsinin 4110003AAC71 saylı göndərişi əsasında qiymətləndirildiyindən əlilliyin təyini ilə bağlı hüquq müəyyənedici sənəd məhz həmin göndəriş olmuşdur. Hazıki halda göndərişi rəsmiləşdirən tibb idarəsi tərəfindən əlilliyin təyininə əsas olan 4110003AAC71 saylı göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmiş və əlillik altsistemində iddiaçıya aid qiymətləndirmə etibarsız edilmişdir. Göründüyü kimi, İddiaçı əlilliyinin etibarsız hesab edilməsi zamanı ƏƏSMN yanında Dövlət Tibbi Sosial Ekspert və Reabilitasiya Xidməti tərəfindən hər hansı qanuna zidd hərəkət və hərəkətsizliyə yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yekun olaraq məhkəmə kollegiyası qanunvericiliyin qeyd olunan tələblərini nəzərə almaqla qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilməklə təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2989/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-181/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-181/2020
05.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver