Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-181/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırda DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3501/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1962-ci ildə Sabirabad rayonu, Qaratoğay kəndində doğulmuşdur. O, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. Bu fakt hərbi bileti və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 324 №li arayışla da təsdiq olunur. İT-İ seriyalı ******* nömrəli xx.xx.1982-ci il tarixli əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı xx.xx.1982-ci ildə Əli-Bayramlı Qİİ-də 2-ci dərəcəli təmir üzrə elektrik montyoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü ildə 3-cü dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru keçirilmiş, xx.xx.1984-cü il tarixdə 3-cü dərəcəli neft və qaz istismar və kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisi vəzifəsinə keçirilmişdir. xx.xx.1984-cü ildə yükləyici vəzifəsinə keçirilmişdir. xx.xx.1985-ci ildə X1 İdarəsinin sərəncamına keçirilmişdir. xx.xx.1985-ci ildə X1 İdarəsinə 3-cü dərəcəli sürücü peşəsinə qəbul edilmişdir, xx.xx.1986cı ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1986-cı ildə X6 İdarəsi Əli-Bayramlı Qİİ 3cü dərəcəli sürücü vəzifəsinə keçirilmiş, xx.xx.1986-cı ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1986-cı ildə Şirvan NQÇİ-də 1 nömrəli Neft və qaz çıxarma sexində 2-ci dərəcəli elektrik avadanlıqlarının təmiri və onlara xidmət göstərilməsi üzrə elektrik montyoru vəzifəsinə qəbul edilmişdir. xx.xx.1989-cu il tarixdə həmin yerdə elektrik avadanlıqlarının təmiri və onlara xidmət göstərilməsi üzrə elektrik montyoru vəzifəsi üzrə 3-cü dərəcə verilmişdir. xx.xx.1996-cı ildə həmin sexdə 4-cü dərəcəli elektrik montyoru keçirilmişdir. xx.xx.1997-ci il tarixdə həmin sexdə 5-ci dərəcəli elektrik montyoru keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.1997-ci il tarixli 158 saylı əmri ilə “Şirvanneft” NQÇİ-i xx.xx.1997-ci il tarixdən ləğv olunmuş və onun bazasında “xxxx” Birgə MMM yaradılmışdır. xx.xx.1997-ci il tarixdə həmin sexdə işini davam etdirmişdir. xx.xx.2002-ci ildə həmin sexdə 4-cü dərəcə hazırlıq briqadası operatoru keçirilmişdir. xx.xx.2003-cü ildə həmin 1 saylı NQÇS-də 5-ci dərəcə verilmişdir. xx.xx.2005-ci ildə QƏYT sexinin yaradılması ilə əlaqədar 1-ci sahə üzrə 5-ci dərəcə hazırlıq briqadası operatoru keçirilmişdir. xx.xx.2009-cu ildə işdən azad olunmuşdur. xx.xx.2009-cu ildə “X9 Limited” şirkəti Quyuların əsaslı və yeraltı təmir sexinə 5-ci dərəcə hazırlıq briqadası operatoru qəbul edilmişdir. xx.xx.2019-cu ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2019-cu ildə “Shirvan Drilling Limited” şirkəti Quyuların əsaslı və yeraltı təmirə hazırlanması sexində quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operator işinə qəbul edilmişdir. xx.xx.2020-ci il tarixdə işdən azad edilmişdir. X7 Limited Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş 39 №li xx xxxxxx 2020-ci il tarixli “güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında arayış”da göstərilmişdir ki, İddiaçı Əli-Bayramlı Qİİ-də elektrik montyoru, elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru, neft və qaz istismar və kəşfiyyatı quyularının qazılmasında qazmaçı köməkçisi, “Şirvanneft” NQÇİ-də elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, elektrik montyoru, “xxxx” BMMMdə elektrik montyoru, hazırlıq briqadası operatoru, “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında Quyuların əsaslı və yeraltı təmiri sexində hazırlıq briqadası operatoru peşələrində işləmişdir. İddiaçı xx.xx.2006-cı il tarixinə ümumi əmək stajı 23 il, 01 ay, 04 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 saylı Qərarının 10.1. bəndinin (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı - Qazma) a) yarımbəndinə (fəhlələr) və 10.2 bəndinin (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı- Neft, qaz və qaz kondensatının hasilatı) a) yarımbəndinə (fəhlələr) əsasən İddiaçı güzəştli şərtlərlə xx.xx.2006-cı il tarixinə 21 il 09 ay 04 gün iş stajı var. Bununla bağlı iddiaçı ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********6 saylı xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10), neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) neft və qaz kondensatının hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. İdarəyə təqdim edilmiş xx xxxxxx 2019-cu il tarixli 39 nömrəli “X10 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının müraciətçiyə dair arayışında xx.xx.1996-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində xxxx BMMM-də neftqazçıxarma sexində elektrik montyoru və hazırlıq briqadasının operatoru vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, həm işlədiyi sahə, həm də vəzifə yuxarıda qeyd olunan sahə və vəzifəyə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanlar nəzərə alınmaqla müraçiətçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2019-cu ildən 57 yaşı tamam olan gündən güzəştli şərtlərlə pensiya təyin edilməsi və keçmiş dövr üçün yaranmış pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun ümumi iş stajı 25 ildən artıq təşkil edir və işlədiyi dövrdə 12 il 06 ay güzəştli iş stajı yaranmışdır. İşlədiyi peşə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarında öz əksini tapmışdır. Lakin DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasından imtina etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3501/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 57 yaşı tamam olduğu, yəni xx.xx.2019- cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3501/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə adı çəkilən bölmədəki konkret peşənin adına istinad etməmişdir. Halbuki 10-cu bölmənin “Qazma” adlanan 1-ci bəndinin a) yarımbəndində və “Neft, qaz və qaz kondensatının hasilatı” adlanan 2-ci bəndinin a) yarımbəndində öz əksini tapmış “Fəhlələr” ümumi addır və həmin başlıq altında bütün fəhlələr deyil, konkret peşələrdə çalışan şəxslər nəzərdə tutulub. Əgər məhkəmə İddiaçının çalışdığı peşəni bu qrupa daxil edirsə, onda konkret olaraq peşənin adını göstərməli idi. Əslində Məhkəmə NK-nın xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı deyil, xx xxxx 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahı üzrə qiymətləndirmə aparmalı idi. Çünki iddiaçı xx xxxxxx 2006-cı ilədək ümumi və güzəştli iş stajını topladığını iddia edir. Adı çəkilən 320 nömrəli Qərarla təsdiqlənmiş 2 saylı Siyahının 12-ci Bölməsi (“Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” adlanır) 3 alt-bölmədən ibarətdir. Birinci altbölmə “Qazma” adlanır. Burada 3 yerdə elektrik montyoru peşəsi nəzərdə tutulub: - 2130100a—11590: qülləquraşdırıcılar-elektrik montyorları; 2130100a—19838: buruqlara xidmət üzrə elektrik montyorları; 2130100a—19861: bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları. Göründüyü kimi, İddiaçının çalışdığı peşələr bu alt-bölmədə nəzərdə tutulmuş peşələrlə üst-üstə düşmür. İkinci alt-bölmə “Neft-qaz və qaz kondensatının hasilatı” adlanır. Burada bir yerdə - 2130200a—19861: neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları nəzərdə tutulub. Göründüyü kimi, işdəki sənədlərdən iddiaçının çalışdığı peşənin məhz bu kod altında nəzərdə tutulmuş peşə olduğunu demək mümkün deyildir. Sözügedən 12-ci Bölmədə “hazırlıq briqadasının operatoru” vəzifəsi nəzərdə tutulmamışdır. Təsadüfi deyildir ki, məhkəmə də bununla bağlı hər hansı peşəni konkret göstərə bilməyib. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx xxxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında bu barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx xxxxxx 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclsında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, iddiaçı xx xxxxxx 2019-cu ildən, yəni 57 yaşı tamam olan vaxtdan ona güzəştli şərtlərlə pensiya təyin edilməsini tələb edir. Bu məqsədlə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının təqdim etdiyi “X9 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının arayışında xx.xx.1996xx.xx.2006-cı tarixləri arasındakı dövr ərzində xxxx BMMM-də neft-qazçıxarma sexində elektrik mantyoru və hazırlıq briqadasının operatoru vəzifələrində işlədiyinin qeyd olunmasına, həmin işlədiyi sahə və vəzifənin isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10), neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) neft, qaz və qaz kondensatının hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik mantyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər vəzifəsinə uyğun olmamasına, bu səbəbdən də güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsinə istinad edərək onun tələbinin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu Siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixə qədər qazanmış olsun. xx.xx.2006-cı il tarixədək qüvvədək olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” və “b” bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq sözügedən Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Hazırki iş üzrə iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 25 ildən artıq, yəni 25 il 2 ay 20 gün ümumi iş stajının olduğu müəyyən olunur və bu hal cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdeh inzibati orqan iddiaçının tələbinin təmin olunmasından imtina edərkən iddiaçının təqdim etdiyi “X9 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının arayışında xx.xx.1996-xx.xx.2006-cı tarixləri arasındakı dövr ərzində xxxx BMMM-də neftqazçıxarma sexində elektrik mantyoru və hazırlıq briqadasının operatoru vəzifələrində işlədiyinin qeyd olunmasına, həmin işlədiyi sahə və vəzifənin isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10), neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) neft, qaz və qaz kondensatının hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik mantyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər vəzifəsinə uyğun olmamasına, bu səbəbdən də güzəştli iş stajının 12 il 6 aydan az təşkil etməsinə istinad etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının xx.xx.2006-cı il tarixədək 12 il 6 aydan artıq, yəni 21 il 09 ay 04 gün güzəştli iş stajının olmasına istinad edərək iddiaçıya 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini mümkün saymış və iddia tələbini həmin hissədə təmin etmişdir. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, onun işlədiyi peşələr (elektrik mantyoru və hazırlıq briqadasının operatoru) birinci instansiya məhkəməsinin səhvən istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” adlanan 10-cu bölməsinin “Qazma” adlanın 1-ci bəndinin a) yarımbəndində nəzərdə tutulan fəhlələr; “Neft, qaz və qaz kondensatının hasilatı” adlanan 2-ci bəndinin a) yarımbəndində nəzərdə tutulan fəhlələr peşəsinə deyil, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2130200a-19861 şifrəsi ilə qeyd edilmiş “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” və 2130200a-15866 şifrəsi ilə qeyd edilmiş “quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar” peşəsinə uyğundur. Belə ki, bu halın dəqiqləşdirilməsi məqsədilə apellyasiya baxışı zamanı məhkəmə tərəfindən Əli-Bayramlı Qİİ-nin və X7 Limited Şirkətinin fəaliyyət istiqamətlərinin, yəni neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı sahəsində fəaliyyət göstərib-göstərməməsinin, İddiaçı Əli-Bayramlı Qİİ-də işlədiyi elektrik montyoru, elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru, neft və qaz istismar və kəşfiyyatı quyularının qazılmasında qazmaçı köməkçisi, “Şirvanneft” NQÇİ-də işlədiyi elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, elektrik montyoru, “xxxx” BMMM-də işlədiyi elektrik montyoru, hazırlıq briqadası operatoru, “xxxx” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında işlədiyi Quyuların əsaslı və yeraltı təmiri sexində hazırlıq briqadası operatoru müəssisədə işlədiyi boruçu peşəsinin funksiyalarının zərərli sahəyə aid olub-olmamasının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahının X.1 bəndinin (Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı - 1. Qazma) a) yarımbəndində və X.2 bəndinin (Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı – 2. Neft-qaz və qaz kondensatının hasilatı) a) yarımbəndində göstərilən peşələrin funksiyalarına uyğun olubolmamasının və ya həmin siyahıda hansı kod altında olan peşələrin funksiyaları ilə eynilik təşkil etməsi ilə bağlı X7 Limited Şirkətinə sorğu verilmişdir. Həmin sorğu məktubuna cavab olaraq X7 Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən xx xxxx 2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, “Şirvanneft” NQÇİ, “xxxx” BMMM və “X7 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı eyni neft hasilatı ilə məşğul olan, təsis və təşkil olunma qaydaları ilə əlaqədar müxtəlif vaxtlarda fərqli adlandırılan müəssisədir. Əmək kitabçasındakı qeydlərə əsasən İddiaçı xx.xx.2006-cı il tarixinə ümumi əmək stajı 25 il, 02 ay, 20 gündür. Onun “Şirvanneft” NQÇİ, və “xxxx” BMMM-də güzəştli əmək stajı xx.xx.2006-cı il tarixinə 19 il, 02 ay, 15 gündür. Belə ki, İddiaçı xx.xx.1986-cı il tarixli 104/k saylı əmrlə xx.xx.1986-cı il tarixdən “Şirvanneft” NQÇİ-nin 1 saylı neftqazçıxarma sexinə 2-ci dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik mantyoru peşəsinə işə qəbul edilmişdir. O, xx.xx.2002-ci il tarixədək “Şirvanneft” NQÇİ-nin və “xxxx” BMMM-nin 1 saylı neftqazçıxarma sexində 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik mantyoru peşəsində işləmişdir. Onun elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik mantyoru kimi “Şirvanneft” NQÇİ-də “xxxx” BMMM-də güzəştli əmək stajının müddəti 15 il, 07 ay, 24 gün olmuşdur. Həmçinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik mantyoru peşəsində işləyən işçilərin, o cümlədən İddiaçı əmək haqqına 8 faizlik əlavə hesablanaraq ödənilmişdir. Bu hal müəssisədə həyata keçirilən iş yerlərinin attestasiyası zamanı nəzərə alınmışdır və 8 faizlik əlavə həmin attestasiya nəticələrinə görə təyin edilmişdir. İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.2002-ci il tarixədək “Şirvanneft” NQÇİ “xxxx” BMMM-in 1 saylı neftçıxarma sexində işlədiyi elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik mantyoru peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2130200a-19861 şifrəsi ilə qeyd edilmiş “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” peşəsinə uyğundur. Bununla yanaşı, İddiaçı xx.xx.2002-ci il tarixli 86/k saylı əmrlə xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək 03 il, 06 ay, 21 gün “xxxx” BMMM-in 1 saylı neftçıxarma sexində və Quyların əsaslı və yeraltı Təmirə hazırlanması sexində quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə 5-ci dərəcəli operator peşəsində işləmişdir. İddiaçı quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operator peşəsində işlədiyi dövr ərzində öz əmək funksiyalarını zərərli və ağır iş şəraitində həyata keçirdiyi üçün iş yerlərinin attestasiyasının nəticələrinə əsasən onun əmək haqqına 8 faizlik əlavə hesablanaraq ödənilmişdir. Vəzifə öhdəliklərini və həmin öhdəlikləri həyata keçirdiyi ağır və zərərli iş şəraiti nəzərə alınararaq “xxxx” BMMM-in 1 saylı neftçıxarma sexində və Quyuların əsaslı və yeraltı Təmirə hazırlanması sexində quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə 5-ci dərəcəli operator peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2130200a-15866 şifrəsi ilə qeyd edilmiş “quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar” peşəsinə uyğundur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.2002-ci il tarixədək (15 il 07 ay 24 gün) “Şirvanneft” NQÇİ “xxxx” BMMM-in 1 saylı neftçıxarma sexində işlədiyi elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik mantyoru peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 2130200a-19861 şifrəsi ilə qeyd edilmiş “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” peşəsinə, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (03 il 06 ay 21 gün) “xxxx” BMMM-in 1 saylı neftçıxarma sexində və Quyların əsaslı və yeraltı Təmirə hazırlanması sexində quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə 5-ci dərəcəli operator peşəsi isə həmin Siyahıda 2130200a-15866 şifrəsi ilə qeyd edilmiş “quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar” peşəsinə uyğundur. Belə olan halda hazırkı iş üzrə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun xx.xx.2006-cı il tarixədək azı 25 il ümumi iş stajına malik olması və bu müddətin azı 12 il 06 ayının əmək şəraiti ağır olan işlərdə çalışması halı iş materialları və iddiaçının işlədiyi müəssisənin (iş yerinin) müvafiq arayışı (sorğuya cavab məktubu) ilə öz təsdiqini tapır. Ona görə də Kollegiya iddiaçıya 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması qənaətinə gəlir. Kollegiya onu da nəzərə alır ki, birinci instansiya məhkəməsi iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmasının mümkünlüyünü səhvən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” ilə əsaslandırsa da, nəticə etibarı ilə düzgün, yəni iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması barədə düzgün nəticəyə gəldiyi üçün həmin əsas məhkəmə qərarının bu səbəbdən ləğvi üçün əsas yaratmır. Odur ki, məhkəmə kollegiyası göstərilənlərlə bağlı cavabdeh inzibati orqanın apellyasiya şikayətində göstərdiyi dəlilləri qəbul etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3501/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3501/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-1(103)-181/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-181/2021
07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver