Məhkəmə qərarları › İş №2-1(103)-1810/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1810/2022

29.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1810/2022 29.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Abbasov Mirzəli Əbdüləli oğlu və Bəktaşi Səadət İnayət qızından ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə, İddiaçı Rusiya Federasiyasının “X7” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi, silinmiş artıq ödəmə məbləğinin şəxsi vərəqəyə geri qaytarılması haqqında iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1253/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Rusiya Federasiyasının “X7” MMC Azərbaycan Respublikasındakı nümayəndəliyinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci ildə şəxsi hesab vərəqəsindən silinmiş 1.864.930.70 manat artıq ödəmə məbləğinin yenidən şəxsi vərəqəyə geri qaytarılması; xx.xx.2017-ci ildə Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən təyin edilmiş və xx.xx.2018-ci il tarixdə X4 Aktına əsasən artıq ödəmənin geri qaytarılması üçün müvafiq tədbirlər görülməsinin cavabdehə həvalə edilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Qərarının ləğv edilməsi, xx.xx.2018-ci ildə şəxsi hesab vərəqəsindən silinmiş 1.864.930.70 manat artıq ödəmə məbləğinin şəxsi vərəqəyə geri qaytarılması, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2017-ci ildə Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinəəsasən təyin edilmiş və xx.xx.2018-ci il tarixdə X4 aktına əsasən təsdiqlənmiş 2.014.350.04 manat artıq ödəmənin geri qaytarılması məqsədilə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1253/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1253/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi ilə bağlı yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixə "X7" MMC-nin (VÖEN **********) şəxsi hesab vərəqəsində tələbetmə müddəti keçmiş 1864930.70 manat məbləğ "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında" Komissiya tərəfindən çıxarılmış xx.xx.2018-ci il tarixli **********889700 saylı Qərara əsasən silinmiş və bu barədə iddiaçıya **********915300 nömrəli xx.xx.2018-ci il tarixli bildiriş göndərilmişdir. İddiaçı tərəfindən Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən 5 il ərzində artıq ödənilmiş məbləğin qaytarılması tələb edilmədiyindən qanunvericiliyə uyğun olaraq, 1864930.70 manat məbləğ "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında" Komissiya tərəfindən çıxarılmış xx.xx.2018- ci il tarixli **********889700 saylı Qərara əsasən silinmişdir. Həmçinin iddiaçının şəxsi hesab vərəqəsinə əsasən müəyyən olunur ki, sahibkarlıq fəaliyyətinə başladığı dövrdən iddiaçı cəmi 62.157,78 manat vergi ödəmişdir. Göstərilənlər bir daha sübut edir ki, məhkəmə araşdırma aparmadan, prosessual pozuntulara yol verməklə əsassız qərar qəbul etmişdir. Həmçinin qeyd etmək istəyirlər ki, məhkəmə məhkəmə-mühasibatlıq ekspertizasının xərclərini vergi orqanının üzərinə qoymuşdur. Qeyd etmək istəyirlər ki, vergi orqanı tərəfindən edilən hərəkətlər qanuni və əsaslı olduğundan məhkəmənin mövcud qənaəti əsassızdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-990/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2-1(112)- 1253/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-990/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləvğ edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 169/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2021-ci il tarixli, 2- 1(103)-990/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmış, kassasiya şikayəti qalan hissədə təmin edilmədən saxlanılmışdır. Növbəti apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1253/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Növbəti apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı tərəf iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1253/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, artıq ödəmə məbləğinin 1.864.930.70 manat hissəsinin xx.xx.2018-ci il tarixdə tələb etmə müddəti keçməsi əsası ilə cavabdeh tərəfindən əsassız olaraq iddiaçıya məxsus şəxsi hesab vərəqəsindən silinməsi müəyyən edilmişdir. Belə olan halda məhkəmə iddia tələbindən kənara çıxmadan hesab edir ki, xx.xx.2018-ci il tarixdə X4 aktına əsasən təsdiqlənmiş 2.014.350.04 manat artıq ödəmənin geri qaytarılması məqsədilə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsinin cavabdehə həvalə edilməsi barədə iddiaçının tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki hallarını, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Hazırki işə baxmış Ali Məhkəmə işə birinci dəfə baxmış apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iş üzrə araşdırma zamanı xx.xx.2012-ci il tarixə (xx.xx.2017-ci il tarixdən 05 il əvvəl) iddiaçının nə qədər artıq ödəməsinin olduğunu müəyyən edilməlidir. İş üzrə birinci instansiya məhkəməsi bu məqsədlə ekspertiza təyin etsə də, ekspert qarşısında qoyulan suallar natamam olmuşdur, eyni zamanda ekspertin gəldiyi nəticə (məbləğlərin hesablanması qeyri-müəyyən və ziddiyyətlidir) aydın deyildir. Belə ki, qoyulan 1-ci sual tamamilə qeyri - müəyyən sualdır (sualın aid olduğu dövr aralığı naməlum olaraq qalmışdır). Digər tərəfdən, ekspert qarşısında qoyulmuş 2-ci suala cavab verilməsi ilə bağlı ekspert müəyyən etmişdir ki, vergi ödəyicisinin xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək olan dövrə artıq ödəmə məbləği 1.495.269,21 manat təşkil edir. Həmçinin, ekspert xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci ilə qədər ümumilikdə 2.083.819,92 manat artıq ödəmənin həyata keçirildiyini müəyyən edir. Bu məlumatların sonunda isə ekspert belə nəticəyə gəlir ki, iddiaçının xx.xx.2012-ci il tarixdən xx.xx.2017- ci il tarixədək olan dövr üzrə büdcəyə 1.880.165,25 manat artıq ödəməsi müəyyən olunur. Lakin sadə riyazi hesablama aparanda ciddi sual yaranır ki, ekspert rəyin nəticə hissəsində qeyd etdiyi “1.880.165,25” rəqəmini haradan almışdır. İş üzrə araşdırılma hərtərəfli aparılmamış, iddiaçının ilkin müraciəti zamanı nə qədər artıq ödəməsinin olması (müddəti ötməmiş) dəqiq müəyyən edilməmişdir. Bundan əlavə iddiaçı iddia tələbində həm də xx.xx.2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında” Qərarın ləğv edilməsini xahiş etmiş, aşağı instansiya məhkəmələri də bu tələbi təmin etmişlər. Lakin aşağı instansiya məhkəmələri ləğvi tələb edilən qərarın inzibati akt olubolmamasına qiymət verməmiş, qəbul edilən qərarın inzibati akt, yaxud aralıq inzibati akt olmasını müəyyənləşdirməmişlər. İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, Rusiya Federasiyasının “X7” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi xx.xx.1999cu il tarixdə qeydiyyata alınmışdır. Qanuni təmsilçisi X2r. İşdə olan vergi orqanı tərəfindən iddiaçının xx.xx.2017-ci il tarixli müraciətinə dair cavab məktubundan görünür ki, Rusiya Federasiyasının “X7” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyində keçirilən X4nın yekunlaşdırılması və artıq ödəmənin qaytarılması barədə xx.xx.2017-ci il tarixli müraciətinə “Vətəndaşların müraciətlərinə baxılması qaydası” haqqında Azərbaycan Respublikasındakı Nümayəndəliyində Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanskiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olması əsası ilə X4 aparılır və nəticəsi barədə əlavə məlumat veriləcəkdir. İşdə olan Rusiya Federasiyasının “X7” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə ünvanlanmış 24 fevral 2017-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizəsindən görünür ki, iddiaçı 2.083.800 (iki milyon səksən üç min səkkiz yüz) manat məbləğində artıq ödəmənin qaytarılması ilə bağlı cavabdehə müraciət etmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli, **********092069 saylı X4 aktından görünür ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən Rusiya Federasiyasının “X7” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi üzrə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2017-ci il tarixli, **********091510 saylı qərarına əsasən Vergilər Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə may 2014-fevral 2017 vergi dövrləri üzrə növbədənkənar X4 keçirilmişdir. Yoxlama xx.xx.2017-ci il tarixdə başlanıldı və xx.xx.2018ci il tarixdə başa çatdırılmışdır. Həmin aktın 2.3-cü bəndindən görünür ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsi məlumatlarında xx.xx.2018-ci il tarixə 2.014.373,44 manat artıq ödəmə müəyyən edilmişdir. Vergi yoxlamasının nəticəsi olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyənnamədə göstərilən məbləği verginin göstərilməli olan məbləğinə nisbətən azaldılmasına görə, azaldılmış 23,40 manat vergi məbləğinə 50% miqdarında, yəni 11.70 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Yoxlama xx.xx.2017-ci il tarixli, **********756900 nömrəli xidməti məlumat əsasında təyin edilmişdir. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2056/2017 saylı, 15 avqust 2017-ci il tarixli qərardadına əsasən iddiaçı Rusiya Federasiyasının “X7” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, 1 saylı Bak İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1377/2017 nömrəli iş üzrə 05 iyun 2017-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İşdə olan Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən iddiaçıya ünvanlanmış “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə barədə” xx.xx.2018-ci il tarixli, ********** saylı bildirişdən görünür ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmçinin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. xx.xx.2018 tarixə şəxsi hesab vərəqəndə tələb etmə müddəti bitmiş 1.864.930.7 manat artıq ödəmə məbləği müəyyən edilmiş və qeyd olunan artıq ödəmə məbləğinin şəxsi hesab vərəqində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə” adlı vərəqəyə işlənilməsi təmin edilmişdir. İşdə olan Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən iddiaçının xx.xx.2019-cu il tarixli müraciətinə dair cavab məktubundan görünür ki, onun artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 fevral 2001-ci il 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” ilə müəyyən edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. O, xx.xx.2019-cu il tarixdə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə müraciət edərək 2.083.800,00 manat vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Müraciətə baxılarkən təqdim edilmiş ərizədə qeyd edilən artıq ödəməməbləğinin şəxsi hesab vərəqəndə mövcud olmadığı müəyyən edilmişdir. Qeyd olunan çatışmazlıq aradanqaldırıldıqdan sonra yenidən müraciət edəcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacaqdır. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinə və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər. İşdə olan Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 01 mart 2019-cu il tarixli, **********982200 saylı məktubdan görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçının şəxsi hesab vərəqəsində dondurulmuş artıq ödəmə məbləğinin geri qaytarılması ilə bağlı müraciətinə Vergilər Nazirliyində baxılmış və bildirilmişdir ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Vergi Məcəlləsinin qeyd olunan maddəsinə uyğun olaraq xx.xx.2018-ci il tarixə cəmiyyətin şəxsi-hesab vərəqəsində tələb etmə müddəti bitmiş 1.864.930,70 manat artıq ödəmə məbləği müəyyən edilərək, “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə” adlı vərəqəyə işlənilməsi təmin edilmişdir. İşdə olan Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Apelyasiya Şurasına göndərilmiş 02/19 saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, iddiaçı əsassız olaraq xx.xx.2018-ci ildə şəxsi hesab vərəqəsində silinmiş 1.864.930.70 manat artıq ödəmə məbləğinin yenidən şəxsi vərəqəyə geri qaytarılması, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarının 2-ci bəndinə uyğun olaraq həmin məbləğdən istifadə hüququnun icra edilməsi üçün (artıq ödənilmiş vergilərin qaytarılması və əvəzləşdirilməsi) şəraitin yaradılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan İnternet Vergi İdarəsinin Rusiya Federasiyasının “X7” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçının şəxsi hesab vərəqəsindən Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 85.5-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixində 1.864.930,70 manat məbləğində azalma aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 20 dekabr 2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının tələbetmə müddətinin bitmiş hesab edilməsi haqqında Komissiya tərəfindən çıxarılmış” Qərarından görünür ki, Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin 20 dekabr 2018-ci il tarixinə dövlət büdcəsinə artıq ödənilmiş 1.864.930,7 manat məbləğinin qaytarılması və ya əvəzləşdirilməsi ilə bağlı vergi ödəyicisinin tələbetmə müddəti bitmiş hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, Rusiya Federasiyasının “X7” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin artıq vergi ödəməsinə dair müraciəti əsasında Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 20 aprel 2017-ci il tarixli qərarı ilə Vergilər Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən Rusiya Federasiyasının “X7” MMC-nin vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə may 2014-fevral 2017 vergi dövrləri üzrə növbədənkənar X4 keçirilmişdir. Həmin yoxlama əsasında vergi ödəyicisinin şəxsi hesab vərəqəsi məlumatlarında xx.xx.2018-ci il tarixə 2.014.373,44 manat artıq ödəmə olması müəyyən edilmişdir. Birinci instansiya baxışı zamanı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1253/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında Rusiya Federasiyasının “X7” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən hansı məbləğdə artıq ödəmə edildiyi, Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2017-ci il tarixdən əvvəlki son 5 il ərzində artıq ödəməsinin nə qədər olması barədə suallar qoyulmuşdur. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 oktyabr 2020-ci il tarixli, 9/1232 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən xx.xx.2010-cu il tarixindən xx.xx.2017-ci il tarixədək Rusiya Federasiyasının İddiaçımiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin büdcəyə ümumilikdə 2.083.819,92 manat məbləğində artıq ödəmə həyata keçirildiyi, o cümlədən xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə 1.880.165,25 manat büdcəyə artıq ödəməsi olduğu müyyən edilir. Növbəti apellyasiya baxışı zamanı Ali Məhkəmənin hazırki iş üzrə qərarındakı göstərişlərə əsasən məhkəminin sorğusu əsasında iş üzrə ekspert rəyini tərtib etmiş Məhkəmə Ekspertiza Mərkəzinin X1 böyük eksperti X3 qeyd edilənlərə aydınlıq gətirmək məqsədilə məhkəmə iclasına dəvət edilmişdir. Ekspert öz izahatında qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə ekspertizası qarşısında qoyulan birinci sualı ilə bağlı bildirmək istəyir ki, tədqiqat aparılan zaman iş materiallarında olan (cild l, i.v 149-160) şəxsi hesab vərəqində olan məlumatlardan istifadə edilmişdir. Həmin sənədlərə baxarkən artıq ödəmənin 2010-cu il tarixdən yarandığı görünür və hesablamalar həmin dövrdən sonrakı dövrləri əhatə edir. xx.xx.2020-ci il tarixə artıq ödəmə 203.654 (iki yüz üç min altı yüz əlli dörd) manat təşkil edir. Digər hesablamalar, azalmalar, yenidən hesablamalar rəydə öz əksini tapır. xx.xx.2012-ci il tarixə ******* (bir milyon dörd yüz doxsan beş min iki yüz altmış doqquz) manat 21 qəpik artıq ödəmə yaranmışdır. İkinci sualla (xx.xx.2017-ci ildən əvvəlki son 5 ilin artıq ödəməsi nə qədər olmuşdur?) bağlı qeyd etmək istəyir ki, bunun üçün 5 il əvvələ, yəni xx.xx.2012-ci ilə qayıtmalıyıq. Həmin dövdə bayaq qeyd edildiyi kimi, ******* (bir milyon dörd yüz doxsan beş min iki yüz altmış doqquz) manat 21 qəpik artıq ödəmə olmuşdur. Növbəti əməliyyatlar da azalma hissəsi, ödəniş hissəsi, hesablama hissəsi rəydə öz əksini tapmışdır. Nəticədə 20838199 (iki milyon səksən üç min səkkiz yüz doxsan doqquz) manat 92 qəpik məbləğində artıq ödəmə yaranmışdır. 2010-cu uildən 2017-ci ilədək dövrü nəzərdə tutsaq, 20838199 (iki milyon səksən üç min səkkiz yüz doxsan doqquz) manat 92 qəpik yaranır, lakin 2012-ci ildən 2017-ci ilədək 5 illik dövr üzrə artıq ödəmə ******* (bir milyon səkkiz yüz səksən min yüz altmış beş) manat 25 qəpikdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 85.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqqına münasibətdə tətbiq edilmir. Həmin Məcəllənin 85.5-2-ci maddəsinə əsasən vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən hesabat dövründə vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan vergi ödəyicisinə, hesabat dövründə əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergidən artıq olan hissəsi onun vergi və ya gömrük orqanlarına ərizəsini verdiyi vaxtdan 20 gün ərzində qaytarılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 88.1-ci maddəsinə əsasən vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: 88.1.1. yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; 88.1.2. hesablanmış faizlərin məbləği; 88.1.3. tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. 88.2. Məcburi dövlət sosial sığorta üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: 88.2.1. cari rüb üzrə borc; 88.2.2. cari rübdən geriyə doğru (daha əvvəl yaranan borclar üzrə) yaranan borclar ardıcıl olaraq; 88.2.3. yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği; 88.2.4. yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. 88.3. cari rüb üzrə borc ödənildikdən sonra sığortaedənin artıq vəsaiti qaldığı təqdirdə, həmin vəsait bu Məcəllənin 88.2.2 – 88.2.4-cü maddələrində göstərilən qaydada əvvəlki borcların ödənilməsinə aid edilir. Beləliklə, kollegiya qeyd edir ki, araşdıma nəticəsində xx.xx.2010-cu il tarixindən xx.xx.2017-ci il tarixədək Rusiya Federasiyasının “X7” MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin büdcəyə ümumilikdə 2.083.819,92 manat məbləğində artıq ödəmə həyata keçirildiyi, o cümlədən xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə 1.880.165,25 manat büdcəyə artıq ödəməsi olduğu müyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1253/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1253/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar