Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1810/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlillik dərəcəsinin təyin edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və X7 ibarət tərkibdə, X9 qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2-1(112)-1495/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X8-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun müvafiq dərəcəli əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı oglu xx.xx.1969-cı il Bakı şəhərində anadan olmuşdur. Şəxsiyət AA 0774026. FİN xxxxxxx. Birinci Vətən müharibəsinin “Müharibə Veteranı” və 2015-ci ildən ümumi əlil, səbəb əlamətin dəyişərək 2017-ci ildən 2-ci qrup əlil “Hərbi Xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlildir. O 2015-ci ildən, 3 dəfə TSEK-in komisiyasın keçərək əlilliyi 5 - illik təyin olunaraq, xx.xx.2022-ci ilə kimi bitmə müddəti təyin edilmişdir. O, 9 (doqquz )il əlil olmuşdur, ”Hərbi Xidmət keçmə” Hərbi xidmət Vəzifəsini yerinə yetirməklə” 0108003AACİL - nömrəli göndərişi əsasında 2 qrup əlil Müharibə Veteranıdır. O əlilliyin təyin olunan vaxtında qabağ aldığı müharibədə kəllə beyin travması xəstəliyi Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı qazanmışdır. Azərbaycanda birinci Vətən Müharibəsində,”Hərbi (-Xidmət Keçmə-)Vəziyyət” və “Tam Səfərbərlik“ elan edilmişdir. O da fasiləsiz, məzuniyyətsiz gücləndirilmiş iş rejimində DİN-nin polis baş serjantı kimi xidmət aparırdı. Xidməti ilə bağlı gücləndirilmiş xidmət illərində xidmət etdiyinə görə, əmək kitabçasında “ 5-il güzəştli xidmət illəri“ qeyd olunmuşdur. O Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda “Şuşa” da döyüşlərdə 1992-ci ilin aprel aylarında atılmış mərmi nəticəsində “X13 Travması “almış, yaralı döyüşmüş, DİN-nin rəhbırliyi tərəfindən 1000 rubl pul mükafatı almışdır (şəxsi işdə Şuşada ictimai asayışin qorunması təsdiqin tapır, xx.xx.1992 ci il,N9İ55 -li əmr). Qapalı kəllə-beyin travması, stasionar müalicə almağı barəsində xx.xx.1993-ci il -xx.xx.1993 ci ilə DİN-nin Respublika Hospitalı tərəfindən verilmiş xx.xx.2016-cı il, tarixli 238-1159-1216 N-li məktubu. Xüsusi Həkim Komisiyasının 20 saylı qərarı. O, son 5 il müddəti təyin olunandan, ildə 2 dəfə və ya bir dəfə X11də müalicə və müayinə ən azı 13-14 gün yataraq almışdır. Əlilliyin təyin edilməsi ilə bağlı o yerli poliklinika komissiyasın,3 №- li mərkəzi komissiyanı və 2 nömrəli X4 sonunda, təqribi 30 həkim (baxışından) komissiydan keçərək təsdiqini tapmışdır. Bu da olan xəstəliyin həkimlərin verdiyi rəy təsdiqin taparaq Forma 88 elektron alt sistemə otuzdurulur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin X8 -Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qeyri peşəkar həkim komissiyasının xx.xx.2023 ci il qərarında İddiaçı imtina edilib. Əlil və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat: Səbəb: Diaqnoz öz təsdiqini tapmaması. Ətraflı: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Forma 88 nömrəsi: D00086424UV. Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları ilə. Bu qərar göstərilən tarixdə xx.xx.2023-cü il, nə telefonla nə də məktubla o TSEK- dəvət edilməmişdir. Onun TSEK-də əyani baxışda iştirakı olmadan qərar verilmişdir. O, xx.xx.2023-cü ildə TSEK-in komissiyasına dəvət olundu. Sonra xx.xx.2023-cü ildə, onun Asan imzası ilə 051 *** ** ** sosial elektron portalına daxil olaraq, TSEK- in bu qərarı sistemdə görsəndi xx.xx.2023 17:40:49 saat Tarixli. Diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları ilə Səhiyyə müəssisəsi: Bakı 2 nömrəli X4 Təsdiqlənmə tarixi: xx.xx.2023 17:41:45 Rayon: Yasamal. Yerli orqan: Tibbi-Sosial Ekspert Komissiyasi. Ona TSEK tərəfindən verilən rəyə görə, elektron sistemdə xx.xx.2023 ci il tarixli rəydə, onun Forma 88 elektron sistemə hansı qurum tərəfindən vurulması bəlli deyil, verilən “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul etmişdir. Dəfələrlə əlilliyinin təsdiqlənmə Rəyində anlaşılmazlıq haqqında DOST ASAN xidmətində və Hərbiçilərin Pensiya Departamentindədə xx.xx.2023 ci il də müraciətinə baxmayaraq eyni TSEK-in xx.xx.2023 ci il tarixli, qurum bəlli olmayan tərəfdən verilən RƏY təqdim olunur. Onun Forma 88 TSEK-in elektron siteminə, Bakı 2 nömrəli X4 tərəfindən göndərilmişdir. Əlilliyin müddəti: “Müddətsiz”, Təsdiqlənmə tarixi: xx.xx.2023 17:41:45 saat,təyin edilmişdir. xx.xx.2023-ci il tarixdə iştirakım olmadan keçirilən qiymətləndirmə zamanı cavabdeh inzibati orqan Tibbi Sosial Ekspert Komissiyası tərəfindən diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən, Bakı 2 nömrəli X4 tərəfindən göndərilmiş “Müddətsiz”, Təsdiqlənmə tarixi: xx.xx.2023 17:41:45 saat, təyin edilmiş rəy sistemdə əsas yerin tutmalıdır. Cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbləri pozulmuş və buna görə də ona təyin edilmiş əlillik dərəcəsi bərpa edilməlidir.
3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış, "Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə imtina qərarı verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası"nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların ve anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2-1(112)-1495/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X8-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
6. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirlməsinə dair ərizə təqdim edərək xx.xx.2023-cü il tarixdən İddiaçı orqanizm funksiyalarının pozulmasının 61- 80 % dərəcə olmaqla 2-ci qrup müddətsiz əlillik dərəcəsi təyin edilməsini xahiş etmişdir. Dəqiqləşmə barədə ərizə icraata qəbul edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən sırf ekspert rəyinə əsaslanaraq öz mülahizəsinə uyğun şəkildə və işi lazımi qaydada araşdırmayaraq vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki vətəndaşda sözügedən diaqnoz aşkar edilməmişdir. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
8. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Həmçinin iddiaçı iddia tələbinin dəqiqləşdirlməsinə dair ərizə təqdim edərək xx.xx.2023-cü il tarixdən İddiaçı orqanizm funksiyalarının pozulmasının 61-80 % dərəcə olmaqla 2-ci qrup müddətsiz əlillik dərəcəsi təyin edilməsini xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişdir.
10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
11. İddiaçı əlillik vəziyyətinə xx.xx.2015-ci il tarixdə baxılmış və Beynəlxalq Təsnifatı: Vİİİ Sinif – Sümük əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 – Osteopatiyalar və xondropatiyalar => M91-M94 – Xondropatiyalar => M93 – Digər osteoxondropatiyalar => M93.8 - ... Diaqnozun mətni: Onurğanın yayılmış osteoxondrozu. Vertebro-bazilyra qan dövranı çatışmamazlığı, tez-tez baş verən vegeto-vestibulyar krizlər. OU-nagiopatiya. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.10. Baş beyin qan dövranının xroniki çatışmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
12. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2016-cı il tarixdə baxılmış və Beynəlxalq Təsnifatı: Vİİİ Sinif – Sümük əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 – Osteopatiyalar və xondropatiyalar => M91-M94 – Xondropatiyalar => M93 – Digər osteoxondropatiyalar => M93.8 - ... Diaqnozun mətni: Onurğanın yayılmış osteoxondrozu. Vertebro-bazilyra qan dövranı çatışmamazlığı, tez-tez bş verən vegeto-vestibulyar krizlər. OU-nagiopatiya. Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.10. Baş beyin qan dövranının xroniki çatışmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, idrakın” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.
13. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2017-ci il tarixdə baxılmış və Beynəlxalq Təsnifatı: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 – Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 – Başın... Diaqnozun mətni: Başın travmalarının nəticələri, X13 travması. . Meyar: 2.2. İkinci dərəcə əlillik =>2.2.9. qabarıq yaddaş zəifliyi, idrakı enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya pramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg... ” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.
14. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 2 ömrəli X1 xx.xx.2023-cü il tarixli D00086424UVM nömrəli tibbi göndəriş əsasında xx.xx.2023-cü il tarixdə baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları ilə”, Əsas diaqnoz: F07.0 – Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları ilə, Ağırlaşma – F07.8 – Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları ilə. Yanaşı xəstəliklər – İ87.2 – (Xroniki) (periferik) venoz çatışmamazlıq, Aşağı ətrafların İİ-İİİ dər. XVC, ödəmli indurativ hiperpigmentasiya. Yanaşı xəstəliklər – M54.1 – Radikulopatiya, Diskogen bel (L3-L4, L4-L5) radikulopatiyası. Yanaşı xəstəliklər – H52.0 – Hipermetropiya, OU-zəif dərəcəli hipertmetrofiya HM 1.0., Yanaşı xəstəliklər - İ83.9 – Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, Aşağı ətraflarının varikoz xəstəliyi, Yanaşı xəstəliklər – H90.3 – Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli çox yüngül (1) dərəcəli eşitmə azlığı. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: “Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir.
15. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X8-Sosial Ekspertiza və X3- sosial ekspert komissiyasının 28 aprel 2023-cü il tarixli, 3-17-4/3-3- 2402/2023 nömrəli əyani müayinəyə dair qərara əsasən İddiaçı xx.xx.2017-ci il tarixli 5 il müddətinə ikinci dərəcə əlillik təyinatının səbəb əlaqəsinin hərbi xidmət dövrü ilə əlaqədar olaraq dəyişdirilməsi, eləcə də tibb müəssisəsinin yeni göndərişi əsasında diaqnozun əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
16. Beləliklə, sonuncu dəfə iddiaçının əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixli D00086424UVM nömrəli göndərişdə qoyulmuş diaqnoza münasibətdə qiymətləndirmə aparılaraq “diaqnozun əlillik əlaməti təyin etmir əsası ilə əlillik dərəcəsinin təyinatından imtina edilmişdir.
17. İddiaçı qeyd edilən qərarı mübahisələndirməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddiaçının əlilliyinin müəyyən edilməsi onun sağlamlıq vəziyyəti ilə bağlı olduğundan və şəxsin xəstəlik və sağlamlıq vəziyyətindəki qüsurların müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğu nəzərə alınaraq 2-1(112)- 11317/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 ekspertlərinə həvalə edilmişdir.
18. Məhkəmənin həmin qərardadının icrası məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 tərəfindən T 766/2023 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə belə nəticəyə gəlinmişdir ki, vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən D00086424UVM saylı Forma 88-də “F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu. Baş beynin üzvi xəstəliyi' (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntusu ilə” diaqnozu qeyd olumuşdur. xx.xx.2023-cü il tarixdə E.A.X10-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyası tərəfindən müayinəsi zamanı əlillik təyinatına əsas verəcək nevroloji ocaqlı simptomatik və psixi defisit aşkar olunmamış, 2 nömrəli X2 qoyulan diaqnoz “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları ilə” kimi qeyd edilsə də klinik və anamnestik olaraq öz təsdiqini tapmamışdır. Belə ki, əyani müayinə zamanı əlillik təyinatına əsas verən ocaqlı nevroloji simptomlar və psixi defisitlər aşkar edilmədi.
19. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11317/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X5 ekspertlərinə həvalə edilmişdir.
20. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X5 xx.xx.2024-cü il tarixli, 7835 nömrəli məktubu ilə təqdim edilmiş T 353/2024 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, Vətəndaş İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə və Forma 88-də ona “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş beynin üzvi xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntusu ilə” diaqnozu qoyulmuşdur. Lakin istər 2023-cü ildə, istərsə də 2024-cü ildə onun əyani müayinəsi zamanı ciddi şəxsiyyət dəyişikliyi, davranış pozuntusu olması öz təsdiqini tapmamışdır. İddiaçı xx.xx.2024-cü ildə ekspertizadan keçərkən sağlamlıq durumu ilə əlaqədar hər-hansı ixtisaslaşmış və ya instrumental müayinəyə göndərilməsinə ehtiyac olmamışdır.
21. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1495/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Səhiyyə Nazirliyinin Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.
22. Sözügedən qərardadın icrası ilə əlaqədar olaraq Səhiyyə Nazirliyinin Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4470 nömrəli məktubu ilə təqdim edilmiş 2645 saylı rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, Yoxlanılan şəxs İddiaçı “ÜZVİ (TRAVMA MƏNŞƏLİ) ŞƏXSİYYƏT POZUNTUSU, DEPRESSİV DAXİLOLMALARLA” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə- beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında “Başın travmalarının nəticələri. X13 travması” diaqnozu ilə ikinci dərəcəli əlil hesab olunması, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin A.heydərov Adına Respublika Hospitalında “Asteno-nevrotik (ipoxondrikisterik) vəziyyət, kəllədaxili hipertenziya əlamətləri ilə. Anamnezində X13 travması. Sidik turşulu diatez. Sağ diz və sol dirsək oynaqlannın artrozu. Burun çəpərinin əyriliyi” diaqnozu ilə stasionar müalicədə olması, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “X11’də “Keçirilmiş qapalı kəllə-beyi travmasının qalıq əlamətləri” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X12’də “Keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “X11’də “Keçirilmiş QKBT-nın nəticəsində posttravmatik ensefalopatiya” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli “X2 “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi. Davranış pozuntuları ilə” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli “X2 “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi. Kobud davranış pozuntuları, depressiv daxilolmalar və koqnitiv funksiyaların enməsi ilə” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “X11’də “Kəllədaxili hipersentiya ilə təzahür edən keçirilmiş X13 travmasının nəticəsi. Posttravmatik ensefolotapiya. Koqnitiv funksiyaların enməsi ilə” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli “Klinik Psixiatriya XəstəxanasTda “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi. Kobud davranış pozuntuları, depressiv daxilolmalar və koqnitiv funksiyaların enməsi ilə” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya XəstəxanasTda “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi. Kobud davranış pozuntuları, depressiv daxilolmalar və koqnitiv funksiyalann enməsi ilə” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanasında “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi. Kobud davranış pozuntuları, depressiv daxilolmalar və koqnitiv funksiyaların enməsi ilə” diaqnozu təyin edilməsi, Tibbi xx.xx.2024-cü il tarixli 2645 saylı rəy -8- İddiaçı Ərazi Bölmələrinin İdarəetmə Birliyi “X11’də “ÜİX stabil gərginlik stenokardiyası” diaqnozu ilə həmin xəstəxanada stasionar müalicədə olması) və hal- hazırkı psixiatrik müayinənin nəticələri (təfəkkürünün bir qədər ləng olması, torpidlik əlamətlərinin olması, əhvalruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Yoxlanılan şəxs İddiaçı hal-hazırda üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla F 07.0 aşkar olnur. Yoxlanılan şəxs İddiaçı xx.xx.2023-cü il tarixli D00086424UVM saylı Forma 88-də qeyd edilmiş diaqnoz onun hazırki vəziyyətinə uyğundur.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
23. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
24. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.
25. Əvvəla iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
26. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir
27. . Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) X8-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
28. İşin sadalanan hallarından görünür ki, iddiaçı 2015-2016, 2016-2021-ci illərdə baş beyin qan dövranının xroniki çatışmamazlığı (ateroskleroz, hipertoniya xəstəliyi, onurğanın patologiyası və s. mənşəli) nəzərə çarpan yaddaş zəifliyi, başın travmalarının nəticələri, X13 travması diaqnozu ilə əlillik dərəcəsi təyin edilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli D00086424UVM nömrəli tibbi göndəriş əsasında xx.xx.2023-cü il tarixdə baxılmış və o üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davranış pozuntuları ilə” diaqnozu ilə qiymətləndirmə aparılaraq “diaqnozun əlillik əlaməti təyin etmir əsası ilə əlillik təyinindən imtina edilmişdir.
29. İddiaçının əyani müayinə zamanı cavabdeh ekspert komissiyası nəticəyə gələrkən iddiaçının xəstəliyi ilə əlaqədar onu müvafiq ixtisaslamış müəssisə və ya laborator müayinəyə göndərməmiş, belə bir müayinələrin nəticələrinə istinad etməmişdir.
30. İş üzrə təqdim edilmiş məhkəmə tibbi ekspertizanın rəylərində iddiaçıda klinik və anamnestik olaraq əlillik təyinatına əsas verən ocaqlı nevroloji simptomlar və psixi defisitlər aşkar edilmədiyini bildirsə də qeyd olunan nəticənin hansı ixtsaslaşmış və ya instrumental müayinənin nəticəsi olaraq müəyyən edildiyini qeyd etməmişdir. Başqa sözlə, iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı qoyulmuş suallara hansı ixtisaslaşmış və ya instrumental müayinənin nəticəsində qiymət verildiyi görünmür.
31. Halbuki sonuncu dəfə əldə edilmiş ixtisaslaşmış-psixiatrik ekspertizanın rəyinə əsasən iddiaçıda hazırkı tarixədək baş beynin üzvi xəstəliyi (travma mənşəli) olması əsası ilə əlillik təyinatının aparılması, təfəkkürün bir qədər ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyənin dəyişkən olması, emosional dayanıqsızlıq kimi əlamətlər, ekspert rəyində barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli D00086424UVM saylı Forma 88-də diaqnozun onun hazırkı vəziyyətinə uyğun olmasının müəyyən edilməsi kimi hallar iddiaçının hazırkı vəziyyətinin əlillik təyinatına əsas verdiyi qənaətinə gəlməyə kifayət edir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda əlilliyin müəyyən olunması meyarları öz əksini tapmışdır.
34. Meyarlara əsasən –ikinci dərəcə əlillik iki il müddətinə (orqanizmin funksiyalarının pozulması faizi 65-80 %) şəxsdə üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) (məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti ) zamanı təyin edilir.
35. Məhkəmə kollegiyası hazırki işdə iddiaçıda qeyd edilən əlilliyin “Hərbi Xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” olduğunu və iddiaçının 2015-ci il tarixdən əlil kimi qeydiyyata alındığını nəzərə alaraq İddiaçı müddətsiz əlilliyin təyin edilməsini qanuni və əsaslı hesab edir.
36. Belə ki, TSEK-ə göndəriş zamanı iddiaçının əsas diaqnozu F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beyninin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davarnış pozuntuları ilə. Yanaşı xəstəliklər İ87.2 (xroniki) (periferik) venoz çatmamazlıq, Aşağı ətrafların İİ-İİİ dər.XVC, ödemli indurativ hiperpigmentasiya. Yanaşı xəstəliklər M54.1 Radikulopatiya, Diskogen bel (L3-L4, L4-L5) radikuloptasiya. Yanaşı xəstəliklər H52.0 Hipermetropiya, OU-zəif dərəcəli hipermetrofiya Hm 1.0. Yanaşı xəstəliklər İ83.9 Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, Aşağı ətraflarının varikoz xəstəliyi. Yanaşı xəstəliklər H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, İki tərəfli çox yüngül (1) dərəcəli eşitmə azlığı müəyyətn edilmişdir.
37. Göründüyü kimi, qanunvericiliyin yuxarıda sadalanan bəndlərində qeyd olunan indekslərlə səhiyyə müəssisəsi tərəfindən verilmiş göndərişdə qeyd edilmiş indekslər (F.07.0) üst-üstə düşür. Yəni, həmin indeksdə öz əksini tapmış xəstəliklər ikinci dərəcə müddətsiz əlillik təyin edilməsinə imkan verir.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının diaqnozu F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beyninin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, davarnış pozuntuları ilə. Yanaşı xəstəliklər İ87.2 (xroniki) (periferik) venoz çatmamazlıq, Aşağı ətrafların İİ-İİİ dər.XVC, ödemli indurativ hiperpigmentasiya. Yanaşı xəstəliklər M54.1 Radikulopatiya, Diskogen bel (L3-L4, L4-L5) radikuloptasiya. Yanaşı xəstəliklər H52.0 Hipermetropiya, OU-zəif dərəcəli hipermetrofiya Hm 1.0. Yanaşı xəstəliklər İ83.9 Aşağı ətraf venalarının xora və ya iltihabı proses müşahidə olunmadan varikoz genəlməsi, Aşağı ətraflarının varikoz xəstəliyi. Yanaşı xəstəliklər H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, İki tərəfli çox yüngül (1) dərəcəli eşitmə azlığı olan xəstəliklərdən əziyyət çəkməsi, habelə həmin xəstəliyin məhz hərbi xidmət dövründə alınması iş materialları ilə öz təsdiqini tapdığıdan və həmin diaqnoz ikinci dərəcəli əlillik təyin edilməsinə əsas olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilməsi qanunsuz olmuşdur.
39. Məhkəmə kollegiyası qeyd edir ki, TSEK-də iddiaçının əlilliyi ilə bağlı qiymətləndirmə aparmış və əlilliyin qiymətləndirilməsindən imtina edilmişdir. İmtinanın əsasını iddiaçıda olan diaqnozun əlillik təyinatına əsas vermədiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası oxşar işlər üzrə formalaşmış mövqeyinə istinad edərək qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
40. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
41. Beləliklə, mübahisəyə dair işin müəyyən olunmuş hallarına görə iddiaçı barəsində tərtib olunmuş göndərişdə qeyd edilən xəstəliklər arasında “Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə cavabdehin gəldiyi nəticə və hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.
42. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı “İddiaçı əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X8-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin” hissəsində dəyişdirilməlidir və İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizm funksiyalarının pozulma dərəcəsi 65-80 % olmaqla 2-ci qrup müddətsiz əlillik dərəcəsinin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2-1(112)-1495/2024 nömrəli qərarı “İddiaçı əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X8-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin” hissəsində dəyişdirilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizm funksiyalarının pozulma dərəcəsi 65-80 % olmaqla 2-ci qrup müddətsiz əlillik dərəcəsinin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X8-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Kamran Əkbərov Elvin Əliyev