Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1811/2025 10.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X5 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs X6) “sərəncamın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1474/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "Çinar” Kiçik Müəssisəsinə məxsus olan və hazırda istifadəsində olan Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ünvan 1 ünvanında yerləşən sahəsi 61.56 kv.m olan qeyriyaşayış sahəsinə dair üçüncü şəxs X1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və özəlləşdirilmənin nəticələrinin ləğv edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hazırda istifadəsində və sahibliyində olan Bakı şəhəri. Sabunçu rayonu, Zabrat qəsəbəsi. Babək küçəsində nizamnamə kapitalı ilə "xxxx" Kiçik Müəssisəsinin xüsusi mülkiyyətində olan qeyri-yaşayş sahəsində mağaza açılması barədə Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısına müraciət etmiş və müraciətinə baxılaraq Bakı şəhəri. Sabunçu rayonu. Zabrat qəsəbəsi. Babək küçəsindəki binada qapısı küçəyə açılmaqla mağaza açılmasına icazə verilməsi barədə xx.xx.1993-cü il tarixli 562 nömrəli sərəncam verilmişdir. Sabunçu Rayon İcra Hakimiyyəti başçısı tərəfindən həmin mağazanın açılması üçün 61.56 kv.m sahə ayrılmışdır ki, həmin sahədə tikilərək 2006-cı ildə başa çatmışdır. Hətta bu barədə obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktıda verilmiş və İH-i tərəfindən möhürdə vurulmuşdur. Halhazırda da qeyd edilən qeyri-yaşayış sahəsi mənim istifadəmdədir. Lakin həmin sahəni özəlləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pııblik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2021-ci il tarixində ərizə ilə müraciət etmişdir. İ.akin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi ərizəsinə baxaraq elektron kadastr məlumatlarına əsasən özəlləşdirmək istədiyi qeyri-yaşayış sahəsinin digər fiziki şəxsin adına qeydiyyata alındığı bildirilmişdir. Bundan sonra sorğu ilə müraciət etsə də, hansı sənədlər əsasında və kimin adına qeydiyyatdan keçməsi barədə məlumat verilsin. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi qeyd edilən qeyri-yaşayış sahəsinin icarə müqaviləsi. 5002 nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə xx.xx.2013-cü il tarixdə, torpaq sahəsinə dair icarə müqaviləsi və 4709 nömrəli xx.xx.2013-cü il tarixli alqısatqı müqaviləsi ilə xx.xx.2014-cii il tarixdə X1 adına qeydiyyatdan keçməsi cavabını vermiş və sənədlərin surətini təqdim etməmişdir. Hazırda təqdim edilən sənədlərin surətini sonradan məhkəmə orqanı vasitəsilə alınması mümkün olmuşdur. Sənədləri aldıqdan sonra cavabdeh olan orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə rəsmi ərizə ilə müraciət edərək Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ünvan 2 ünvanına dair X1 adına bağlanmış xx.xx.2013-cü il tarixli 5498 nömrəli icarə müqaviləsi. 5002 nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə xx.xx.2013-cü il tarixdə, torpaq sahəsi isə 4709 nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsini etibarsız hesab edərək edərək, qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və özələşdirilmənin nəticələrinin İəğv edilməsi xahiş etmişdir. Lakin cavabdeh ərizəsinə imtina edərək özəlləşmə ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilməsi bildirmişdir. İstifadəsində olan və hazırda da istifadə etdiyi qeyri-yaşayış sahəsi ona xəbər edilmədən digər şəxsə satılmışdır ki, bu özü artıq etibarsızdır. Bu səbəbdən də Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsində yerləşən sahəsi 61.56 kv.m olan qeyri-yaşayış sahəsinin razılığı olmadan, təklif edilmədən X6 ilə bağlanmış icarə müqaviləsi və keçirilmiş alqı-satqı müqaviləsi Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Babək küçəsində yerləşən sahəsi 61.56 kv.m olan qeyri-yaşayış sahəsinə münasibətdə etibarsız hesab edilməli və istifadəsində olan Bakı şəhəri Sabunçu rayonu "Zabrat qəsəbəsi Babək küçəsində yerləşən sahəsi 61.56 kv.m olan qeyri-yaşayış sahəsinə münasibətdə X1 adına aparılmış qeyd və özəlləşdirmənin nəticələri ləğv edilməlidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X6 iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə “Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs X1 adına aparılmış qeydin ləğv edilməsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “"xxxx" Kiçik müəssisəsinə məxsus olmuş və Daşınmaz Dövlət Əmlakının İcarəyə Verilməsi haqqında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (keçmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi) xx.xx.2013-cü il tarixli 210 nömrəli Sərəncamının siyahıda 11 nömrə ilə göstərilən Bakı Şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3 ünvanında yerləşən sahəsi 49.4. kv.m göstərilən (faktiki olaraq 61 kv.m) qeyriyaşayış sahəsinə dair hissəsində ləğv edilməsi” kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1474/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktına əsasən Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 562 nömrəli sərəncamı ilə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən binada "Çinar” kiçik müəssisəsinə məxsus mağaza (qeyri-yaşayış sahəsi) yüksək səviyyədə tikilib mövcud vəziyyətdə texniki, yanğından mühafizə və sanitar-gigiyena qaydalarının tələblərinə əsasən istismara yararlıdır. - Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 562 nömrəli sərəncamına əsasən "Çinar” Kiçik Müəssisəsinin rəhbərliyinə Zabrat qəsəbəsi Babək küçəsindəki binada qapısı küçəyə açılmaqla mağaza təşkil edilməsinə icazə verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-2-2-1/2-18292/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. "xxxx" ASC xx.xx.2001ci il tarixli nizamnaməsinə əsasən ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş nizamnaməsinə əlavədə göstərilən müəssisə və təşkilatların, habelə şirkətin mərkəzi aparatının əmlakının bazasında yaradılmışdır. Bundan başqa, qeyd olunan məlumatları özündə əks etdirən sənəd surətləri təqdim edilir. Hüquqi şəxsin fəaliyyəti barədə məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1- ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatlara aid deyil. xx.xx.1994-cü il tarixdə 9928 nömrə ilə dövlət qeydiyyatına alınmış "xxxx" Kiçik Müəssisəsinin təsisçisi İddiaçıdur, həmçinin hüquqi şəxsin mövcud təsis sənədlərinin surəti təqdim edilir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-2- 4/2-117005/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, uçot baza məlumatlarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN **********) əsas fəaliyyət növünün “Dağ-mədən çıxarma, neftçıxarma sənayesi, karxana işləri və tikinti üçün maşın və avadanlıqların istehsalı” (28920), əlavə fəaliyyət növünün “Mərkəzi ofislərin fəaliyyəti” (70100) kimi olması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti aktiv vəziyyətdədir. "xxxx" Kiçik Müəssisəsinin xx.xx.1994-cü il tarixdə 9928 nömrə ilə dövlət qeydiyyatına alınması, təsisçisinin İddiaçı olması barədə məlumat müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-35/2-6518/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, "xxxx" kiçik müəssisəsinə məxsus olan Bakı şəhəri, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən mağazaya dair istismara icazə sənədinin mövcudluğu, olduğu təqdirdə isə istismara icazə sənədinin təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunması barədə xx.xx.2024-cü il tarixli 2-1(112)-1474/2024 nömrəli müraciətə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Komitənin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 1/1583 saylı məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində yerləşən qeyri-yaşayış sahəsinin ünvanı, tikildiyi il və sifarişçi haqqında məlumatın verilməsi və istismara qəbul aktının təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinə daxil olmuş 2-1(112)-4634/2022 saylı, 01 .07.2022-ci il tarixli sorğuya baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra Hakimiyyəti başçıları aparatında sənədlərlə iş barədə” Təlimatın 127-ci maddəsinə əsasən İcra Hakimiyyəti başçısının aparatında olan sənədlər beş illik müddət başa çatdıqdan sonra daimi saxlanmaq üçün Dövlət Arxivinə (onun yerli şöbə və ya filialına) təhvil verilir. Qeyd edilən sənədlər Sabunçu Rayon İcra Hakimiyyətində mövcud deyil. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən X3 ünvanlanmış 3-21-3/2-Ə-0718-8/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu. Babək prospekti, 101 “B” ünvanında yerləşən birmərtəbəlı tikililərdən ibarət əmlak kompleksinin və yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsinə və özəlləşdirilməsinə dair balanssaxlayıcının razılıq məktubu əsas götürülərək sözügedən ünvandakı əmlak X4 icarəyə verilmiş və Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci ıl tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı na uyğun olaraq icarəçi tərəfindən xx.xx.2013-cü il tarixində özəlləşdirilmişdir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar yaranan mübahisələr qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə qaydasında həll edilir. - X6 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanılmış 5498 saylı xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 49,4 kv.m təşkil edən qeyri-yaşayış sahəsi xidmət məqsədi ilə X1 müddətli istifadəsinə verilmişdir. - X6 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanılmış 5002 saylı xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 49,4 kv.m təşkil edən qeyri-yaşayış sahəsi xidmət məqsədi ilə X1 müddətli istifadəsinə verilmişdir. - Daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 49,4 kv.m. olan qeyri-yaşayış binası və altındakı 0,40794 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir (qeydiyyat tarixi xx.xx.2014-cü il, qeydiyyat nömrəsi **********). - Daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 49,4 kv.m. olan qeyri-yaşayış binası və altındakı 0,00622 ha torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir (qeydiyyat tarixi xx.xx.2013-cü il, qeydiyyat nömrəsi **********). - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3/2-11081/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surətinin təqdim edilməsi ilə bağlı məktubunuza Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq müvafiq sənədlərin təsdiq olunmuş surəti təqdim edilir. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 210 saylı xx.xx.2013-cü il tarixli sərəncamına əsasən Dövlət əmlakının özəlləşdirilməsinin təşkili şöbəsi tərəfindən daşınmaz əmlak obyektlərinə dair icarə müqavilələrinin bağlanılması üçün bu sərəncama əlavədə üqdim olunmuş icarə obyektlərinin siyahısı təsdiq edilmişdir. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin 223 saylı xx.xx.2013-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli, 586 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2001-ci il tarixli, 23 nömrəli Qərarı ilə təsdiq edilmiş (29 noyabr 2007-ci il tarixli, 192 nömrəli Qərarı ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla) “Özəlləşdirilən müəssisələrin (obyektlərin) ilkin qiymətinə tətbiq edilən əmsallar”a əsasən hesablanmış, bu sərəncama əlavədə göstərilən icarəyə verilmiş daşınmaz dövlət əmlakının qiymətləri təsdiq edilmişdir. - Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasına dair **********93-06101 reyestr nömrəli xx.xx.2013-cü il tarixli texniki pasportun təsdiq edilmiş surəti cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir (İcarəçi: X6). - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq **********58 saylı xx.xx.2022- ci il tarixli məktub ilə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49,4 kv.m olan qeyri-yaşayış binasının dövlət əmlakının registrində qeydiyyata alınmasına əsas olmuş müvafiq sənədlərin surəti təqdim edilmişdir. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2013-cü il tarixli əmrinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 6 ünvanlarında yerləşən 2 qeyri yaşayış binasından ibarət “Əmlak kompleksi” (cəmi: tikili sahəsi-809,2 kv.m., torpaq sahəsi- 10013,2 kv.m.) İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına qəbul edilmişdir (təhvil-qəbul aktı və digər sənədlər əlavə edilmişdir). Əmrdə qeyd edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli, ********** nömrəli məktubunda, Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2013-cü il tarixli, xx/xx-0061 nömrəli məktubuna əsasən, cəmiyyətin "xxxx" TASC-nin balansında olan, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin səmərəli istifadə olunması məqsədilə ƏMDK-nin sərəncamına götürülməsi məsələsinə baxılması bildirilmişdir. Verilmiş tapşırığın icrası ilə əlaqədar həmin obyektdə təhvil-qəbul işləri aparılmış və nəticəsi aktlaşdınlmışdır. Araşdırmalar zamanı məlum olmuşdur ki, obyekt 2 hissədən ibarət olmaqla, hüquqi ünvanı müvafiq olaraq, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 6dir. Bu fakt ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin müvafiq məlumatı ilə təsdiqlənmişdir. - "xxxx" ASC-nin Bakı Neft Maşınqayırma Zavodu” TASC ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İdarətmə arasında təhvil-qəbul zamanı (8 nəfərdən ibarət komissiya tərəfindən) balansda olan aşağıdakı əsas vəsaitlər aşkar olunmuşdur: № Əsas İstismara Balans dəyəri Tikilialtı Qeyd vəsaitlərin adı verildiyi tarix sahəsi 1 Qeyri-yaşayış 1946 3115,2 AZN 62,2 binası Dəqiqləşdirilmiş (mağaza) ünvana əsasən Zabrat qəsəbəsi, Babək küçəsi, 101 “B” 2 Daş hasar 1946 66,0 Dəqiqləşdirilmiş ünvana əsasən Zabrat qəsəbəsi, Babək küçəsi, 101 “B” 3 Qeyri-yaşayış 1966 34994,16 AZN 587,0 binası (anbar) Dəqiqləşdirilmiş ünvana əsasən Zabrat qəsəbəsi, Babək küçəsi, 101 “C” 4 Daş hasar 1946 94,0 Dəqiqləşdirilmiş ünvana əsasən Zabrat qəsəbəsi, Babək küçəsi, 101 “C” - "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış xx.xx.2013-cü il tarixli məktubda istifadəsiz qalan, gələcəkdə istifadəsi nəzərdə tutulmayan sahələrin bu sahələrdə yerləşən, 1946-cı ildə inşa edilmiş, keçmişdə anbar kimi istifadə edilən, hal-hazırda yararsız vəziyyətdə olan tikililərlə birlikdə (sahələrin eskizləri və fotoşəkilləri əlavə edilir) dövlət əmlakından daha səmərəli istifadə olunmasını təmin etmək məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına qəbul edilməsi təklif edilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" TASC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli arayışa əsasən mağaza binası 1946-cı ildə inşa edilib, sahəsi 62,2 kv.m., balans dəyəri 3115,2 manat, qalıq dəyəri 1465,56 manat. Xüsusi material anbar binası 1966-cı ildə inşa edilib, sahəsi 587 kv.m., balans dəyəri 34994,16 manat, qalıq dəyəri 17841,20 manat. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3/2-17422/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001 -ci il tarixli 649 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2001-ci il tarixli, 250 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş müəssisə və təşkilatların, habelə şirkətin mərkəzi aparatının əmlakının bazasında səhmləri dövlətə məxsus olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 60s nömrəli Sərəncamının icrası olaraq, "xxxx" X10 Cəmiyyəti və "xxxx" X10 Cəmiyyətinin "xxxx" X10 Cəmiyyətinin ərazisinə köçürülməsi və onların birləşdirilərək yenidən təşkil edilməsi məqsədi ilə keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli 170 nömrəli sərəncamı ilə "xxxx" X10 Cəmiyyəti yaradılmışdır. Məktubunuzda qeyd olunan Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında yerləşən 49.4 kv.m qeyri-yaşayış binası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin "xxxx" X10 Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən qiymətləndirilərək cəmiyyətin nizamnamə kapitalına daxil edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2013-cü il tarixli xx/xx-0061 nömrəli məktubuna əsasən səmərəli istifadə olunması məqsədilə xx.xx.2013-cü il tarixli Təhvil-qəbul aktı ilə "xxxx" X10 Cəmiyyətinin balansından keçmiş Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansına qəbul edilmiş sözügedən ünvanda yerləşən qeyri-yaşayış binası Dövlət əmlakının icarəyə verilməsi haqqında xx.xx.2013-cü il tarixli 5498 nömrəli icarə müqaviləsi ilə vətəndaş X4 icarəyə verilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə"yə uyğun olaraq icarəçi X6 tərəfindən özəlləşdirilmişdir. Qeyri-yaşayış binasının dövlət əmlakının Registrində qeydiyyata alınmasına əsas olmuş müvafiq sənədlərin surətləri xx.xx.2022-ci il tarixli, **********58 nömrəli məktubla təqdim olunmuşdur. - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-34/2-772/01-3/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, statistik vahidlərin dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməyiniz xahiş olunur. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4634/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi qarşı “registrə salınma haqqında qeydin və özəlləşdirmənin nəticələrinin ləğv edilməsi, daşınmaz əmlaka hüquqların qeydə alınması” haqqında iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırkı işin hallarından görünür ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə sərəncamın ləğv edilməsi barədə ərizə ilə xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə müraciət etmişdir. Lakin, iş materiallarından görünür ki, iddiaçının mübahisələndirilən sərəncamın mövcudluğu barədə ən geci Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4634/2022 saylı, 25 noyabr 2022-ci il tarixli qərarı ona təqdim edildiyi vaxtdan məlumatlı olmalı idi. Belə ki, həmin qərarın 18 və 34-cü bəndlərində sözügedən sərəncama istinad edilməklə sərəncamın məzmunu qeyd edilmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən nə işin birinci instansiya icraatı zamanı, nə də apellyasiya icraatı zamanı buraxılmış prosessual müddətin bərpası barədə ərizə məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda cavabdeh qurum tərəfindən sözügedən sərəncam xx.xx.2023-cü il tarixdə hazırkı iş üzrə elektron məhkəmə sisteminə əlavə edilməklə məhkəməyə və iddiaçıya təqdim edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən inzibati aktdan həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülmüşdür. Azərbaycan Respublikası İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1474/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1811/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1811/2025
10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver