Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1812/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-2/2- 9649/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2- 1(112)-14622/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli 3-21-2- 2/2-9649/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsi tərəfindən iddiaçı “Atlas-ES" MMC-yə xx.xx.2024-cü il tarixli 3-21-2-2/2-9649/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərara əsasən 2024-cü ilin avqus ayı üzrə 71 349.30 manat əlavə dəyər vergisi üzrə əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh tərəfindən 16 09.2024-cu il tarixli 'Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında" məktub göndərilərək bildirilmişdir ki. 19 12.2022-ci ıl tarixli EBCL seriyalı 324462 nömrəli e-qf üzrə 29 686.5 manat xx.xx.2022-ci il tarixli EBCL seriyalı 352506 nömrəli e-qf üzrə 22 222.8 manat. 13 12 2022-ci il tarixli , EBCL seriyalı 075460 nömrəli e-qf üzrə 19 440.0 manat əməliyyatlar riskli hesab edildiyindən əvəzləşdirməyə əsas vermir və bəyannamənin 324-cü sətrində kənarlaşma yaranmışdır. İddiaçı Atlas ES” MMC (alıcı) və “X3" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) (satıcı) arasında 12.12 2022-ci il tarixində 02/2022 saylı malların alqı satqı müqaviləsi bağlanılmışdır Həmin müqaviləyə əsasən imzalanılmış təhvil-təslim aktına əsasən ƏDV-siz dəyəri 396 385 manat olan müxtəlif təyinatlı mallar alıcıya təqdim edilmişdir Malların təqdim edilməsinə dair satıcı tərəfindən 19 12.2022-cı il tarixli EBCL seriyalı 324462 nömrəli ƏDV-siz dəyəri 164 925.00 manat, 19 12.2022-cnl tarixli EBCL seriyalı 352506 nömrəli ƏDV sız dəyəri123 460.00 manat. xx.xx.2022-ci H tarixli . EBCL seriyalı 075460 nömrəli ƏDV-sız dəyəri 108 000 manat olan elektron qaimə fakturalar tərtib edilmiş, alıcı tərəfindən təsdiq edilmiş və dəyəri ödənilmişdir. Vergi orqanından daxil olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda bildirilmişdir ki, vergi orqanın xx.xx.2024-cü il tarixli **********064800 saylı qərarına əsasən '‘X3' Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyiciləri siyahısına daxıl edilmişdir və yuxarıda qeyd edilən elektron qaimə fakturaların əmtəəsiz və riskli hesab olunması səbəbindən VM-nın 175 11-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Eyni zamanda Dövlət Vergi Xidmətinə məxsus olan internet səhifəsindən də görünür ki, “X3" MMC xx.xx.2024-cü il tarixində riskli vergi ödəyiciləri siyahısna daxil edilmişdir Halbuki, tərəflər arasında maliyyə əməliyyatları 2 il əvvəl 2022-ci ilin dekabr ayında aparılmışdır və bu müddət ərzində iddiaçıya satıcının riskli vergi ödəyicisi hesab edilməsi ilə bağlı heç bır xəbərdarlıq məktubu göndərilməmiş, e-qf yazılarkən və ƏDV depozit hesabı üzrə əməliyyatlar aparılarkən elektron sistemdə heç bir xəbərdarlıq çıxmamışdır Təqdim edilmiş sənədİərdən göründüyü kimi müəssisə tərəfin dən alqı-satqı əməliyatları aparılarkən sonradan riskli hesab edilmiş hər müəssisə riskli vergi ödəyiciləri siyahısında olmamışdır. “Atlas-ES" MMC-nin malların alq-satqı əməliyyatları aparılarkən qarşı tərəflərin alınmış malların qarşı tərəflər tərəfindən elektron qaimə faktura və ya idxal əməliyyatları nətiəsində əldə edib etməməsini müəyyənləşdirmək imkanı mövcud olmamış, elektron qaimə fakturalar yazılarkən və ƏDV depozit hesabı vasitəsi ilə ödənişlər aparılarkən sistemdə həmin vergi ödəyicilərinin riskli hesab olunması ilə bağlı heç bir xəbərdarlıq çıxmamışdir. Cavabdeh iddiaçıya təqdim etdiyi uyğunsuzluq məktubunda əməliyyatların riskli hesab olunmasını istinad etməklə həmin iş və xidmətləri şübhə altına almış və aparılmış əməliyyatların tam dəyərini nəzərə almamışdır. Halbuki aparılan əməliyyatlar tam şəkildə qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Tərəflər arasında iş, xidmət müqavilələri bağlanmış və təhviltəslim aktları əsasında işlər görülmüş, sifarişçi tərəfindən podratçıya elektron qaiməfaktura təqdim olunmuşdur. Sonradan həmin vergi ödəyicisi vergi orqanı tərəfindən riskli vergi ödəyicisi qrupuna salınmış və iddiaçı ilə həmin şəxs arasında aparılan əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək əvəziəşmələr nəzərə alınmamışdır. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə görə əmtəəsiz əməliyyat - vergi nəzarəti tədbiri zamanı aşkarlanan başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlardır Cavabdeh iddiaçı ilə sadalanan vergi ödəyiciləri arasında aparılan əməliyyatın əmtəəsiz olmasını heç bir nəzarət tədbiri zamanı aşkar etməyib, həmçinin başqa əməliyyatın pərdəiənməsinə dair hər hansı əsas göstərməyib, faktiki iş-xidmətlərin təqdim edilmədiyini müəyyən etməyib. Yalnız həmin şəxsləri riskli vergi ödəyicisi qrupuna salmaqla həmin şəxslərlə hətta qərardan əvvəlki əməliyyatları belə 'əmtəəsiz" hesab etmək tam qanunsuz haldır. Əməliyyatın “əmtəəsiz" hesab olunması uçun isə operativ vergi nəzarəti və ya digər tədbirlərlə aparılan əməliyyatın mal (iş xidmət) mövcud olmadan baş verdiyinə dair sübutlar olmalıdır. Formalaşmış vahid məhkəmə təcrübəsinə, yəni Ali Məhkəmənin 30 12.2023-cı il tarixli 2-1(102)-2233/2023 saylı, xx.xx.2023-cu ıl tarixli 2- 1(102)-1058/2023 saylı, xx.xx.2023-cü il tarixli 2-1(102)-1234/2023 saylı, xx.xx.2023-cü il tarixli 2-1(102)- 2208/2023 saylı və s. qərarlarında əks etdirilən mövqeyə görə alqı-satqı əməliyyatları aparılan zaman həmin müəssisələr risklı vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. İş materiallarında olan sənədlər ilə müəyyən edilir ki. iddiaçının Alqı-satqı əməliyyatları həyata keçildiyi müəssisə, iddiaçının alqı-satqı əməliyyatlarını apardığı tarixlərdən sonra riskli, vergi ödəyicıləri siyahısına daxil edilmişlər. Odur ki, cavabdeh vergi orqanının iddiaçının təqdim etdiyi əvəzləşmələri qəbul etməməsi əsassız olmuşdur. "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13 2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi idarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı ış uzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisələrin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks. olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Əməliyyatların müəssisələrin riskli vergi odəyicisi olmasından öncə aparılması cavabdeh tərəfindən də mübahisələndirilmir. İddiaçının, əməliyyat apardığı müəssisələrin aldıqları və ya idxal etdikləri malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri olmadığından (bu halı yoxlamaq vergi orqanının səlahiyyətlərinə aid edilmişdir) cavabdehin dəlilləri əsassız hesab edilməlidir. Belə ki, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərarda qeyd olunur ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş 2024-cü il üzrə əlavə dəyər vergisi bəyannaməsi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində araşdırılması zamanı iddiaçının “X3” MMC-dən (VÖEN:**********) əldə edilmiş elektron qaimə-fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, malları təqdim edən şəxslərin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar iddiaçıya "2024-cü ilin avqust ayı üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə" xx.xx.2024-cü il tarixli, 3-21-2-2/2-8583/2024 nömrəli məktub göndərilərək xx.xx.2022-ci il tarixli EBCL seriyalı 324462 nömrəli elektron qaimə-faktura üzrə 29 686,5 manat, xx.xx.2022-ci il tarixli EBCL seriyalı 352506 nömrəli elektron qaimə-faktura üzrə 22 222,8 manat və xx.xx.2022-ci il tarixli, EBCL seriyalı 075460 elektron qaimə-faktura üzrə 19440,0 manat məbləğində əməliyyatlar riskli hesab edildiyindən əvəzləşdirməyə əsas vermədiyi və bəyannamənin 324-cü sətrində kənarlaşma yarandığına görə təqdim edilmiş vergi bəyannaməsi, hesabat üzrə kameral vergi yoxlamasının başa çatması üçün 5 (beş) iş günü ərzində əsaslandırılmış yazılı izahat və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən izahat məktubu və sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddəsinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü ilin avqust ayı üzrə əlavə dəyər vergisi bəyannaməsinə 71349,30 manat kameral qaydada əlavə vergi məbləği hesablanmış və hesablanmış vergi məbləği barədə vergi ödəyicisinə xx.xx.2024cü il tarixli 3-21-2-2/2-9649/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. İddiaçı uyğunsuzluq məktubuna cavab məktubunda "xxxx" MMC ilə “X3” MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 02/2022 nömrəli müqaviləyə əsasən imzalanmış təhvil-təslim aktına əsasən ƏDV-siz dəyəri 396 385 manat olan müxtəlif təyinatlı mallar alıcıya təqdim edildiyi və satıcı tərəfindən xx.xx.2022-ci il tarixli EBCL seriyalı 324462 nömrəli ƏDV-siz dəyəri 164 925,0 manat, xx.xx.2022-ci il tarixli EBCL seriyalı 352 506 nömrəli ƏDV-siz dəyəri 123 460,0 manat, xx.xx.2022-ci il tarixli EBCL seriyalı 075460 nömrəli ƏDV-siz dəyəri 108 000,0 manat olan elektron qaimə-fakturalar tərtib edilmiş, alıcı tərəfindən təsdiq edilmiş və dəyərinin ödənildiyi bildirilmişdir. "xxxx" MMC tərəfindən ƏDV bəyannaməsində əvəzləşmə üçün təqdim edilmiş xx.xx.2022-ci il tarixli EBCL seriyalı 324462 nömrəli, xx.xx.2022-ci il tarixli EBCL seriyalı 352 506 nömrəli və xx.xx.2022-ci il tarixli EBCL seriyalı 075460 nömrəli elektron qaimə-fakturalar üzrə aparılan əməliyyatlar riskli əməliyyatlar hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə müvafiq olaraq 396 385,0 manat məbləğində əlavə dəyər vergisi vergi ödəyicisi tərəfindən əvəzləşdirildiyi üçün təqdim edilmiş ƏDV bəyannaməsi üzrə kənarlaşmalar yaranmış və ümumilikdə 71 349,30 manat məbləğində əlavə vergi hesablanmışdır. Belə ki, riskli hesab olunan elektron qaimə-fakturaları təqdiim edən şəxs “X3” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-131176/2024 (**********064800) nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2-ci maddəsinə əsasən riskli vergi ödəyicisi olduğu müəyyən edilmişdir. “X3” MMC-nin riskli vergi ödəyici hesab edilməsinə səbəb həmin vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində aktiv təsərrüfat subyektinin olmaması, əməliyyatların aparıldığı zamanı yalnız bir işçisinin (direktoru) mövcud olması, mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitələrinin olmaması olmuşdur. Qeyd olunan məsələlərlə bağlı müvafiq dürüstləşmələrin aparılması məqsədilə müəssisənin rəhbəri və ya səlahiyyətli nümayəndəsi tərəfindən 5 (beş) iş günü ərzində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müvafiq telefon nömrəsi ilə əlaqə saxlanılması xahişinə əməl olunmadıqdan sonra, yuxarıda qeyd olunan halların monitorinqinin aparılması üçün Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi tərəfindən cəmiyyətin rəhbəri X1 ilə telefon əlaqəsi saxlamaq da mümkün olmamışdır (akt əlavə olunur). İddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. Vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-131176/2024 (**********064800) nömrəli vergi ödəyicinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar hal-hazırda qüvvədədir və həmin qərarla təsdiq edilmiş “X3” MMC tərəfindən aparılmış əməliyyatların əmtəəsiz əməliyyatlar olması, həmçinin müvafiq ödəyicinin riskli ödəyicilər siyahısına aid edilməsi faktiki olaraq iş üzrə mübahisələndirilən hallara aid edilməmişdir. Kameral vergi yoxlaması zamanı EBCL seriyalı 324462 nömrəli, EBCL seriyalı 352506 nömrəli və EBCL seriyalı 075460 nömrəıli elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatlarda Meyarların 3.1-ci bəndinə uyğun olaraq vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi, yəni müvafiq olaraq aparılmış mal təqdim edilməsi üzrə əməliyyatlarda tqədim edilmiş malların rəsmi olaraq “X3” MMC-nin alışında olmadığı halda "xxxx" MMC-yə təqdim etməsi aşkar olunmuşdur. Bu səbəbdən “X3” MMC riskli vergi ödəyicisi siyahısına aid edilmiş, müqavilə tərəfləri arasında aparılmış əməliyyat isə Meyarların 2.1.2-ci bəndə əsasən əmtəəsiz əməliyyatlar hesab edilmişdir. Bununla yanaşı, vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi barədə qərarın əməliyyatdan sonra qəbul edilməsi aparılmış əməliyyatların riskli və ya əmtəəsiz əməliyyatlar hesab edilməməsinə əsas ola bilməz. Belə ki, əməliyyat aparıldığı anda onun riskli və ya əmtəəsiz əməliyyat olub-olmaması və onu aparan tərəfin riskli vergi ödəyicisi olub-olması müəyyən edilir və qərar əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olması barədə yox, ödəyicinin riskli vergi ödəyici olması barədə çıxarılır. Yəni, ödəyicinin riskli vergi ödəyicisi olması əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olmasına deyil, əksinə əməliyyatın riskli və ya əmtəəsiz olması ödəyicinin riskli vergi ödəyici olmasına səbəb olur. Odur ki, riskli vergi ödəyicisi siyahısına daxil edilmə barədə qərarın əməliyyatların aparılmasından sonra qəbul edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Nəticə etibarı ilə, qərarın əməliyyatdan sonra və ya əvvəl qəbul edilməsi əməliyyatın özlüyündə riskli və ya əmtəəsiz əməliyyat olması nəticəsini dəyişdirmir. "xxxx" MMC ilə “X3” MMC arasında aparılmış əməliyyatların əmtəəsiz əməliyyat olması isə vergi qanunvericiliyinə əsasən "xxxx" MMC tərəfindən ödənilmiş əlavə dəyər vergisinin əvəzləşdirilməsinə şərait yaratmır. Belə ki, Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən, əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(112)-14622/2024 saylı qərarı ilə (hakim A.M.Almazova) iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-2/2-9649/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(112)-14622/2024 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuşdur ki, əməliyyatlar aparılan zaman həmin müəssisələr riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. İş materiallarında olan sənədlər ilə müəyyən edilir ki, iddiaçının əməliyyatları həyata keçirdiyi cəmiyyət, iddiaçının əməliyyatlarını apardığı tarixlərdən sonra riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. Məhkəmənin müvafiq mövqeyinə münasibətdə bildiririk ki, əməliyyatların əmtəəsiz hesab olunması və vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına aid edilməsi məhz əməliyyatlar aparıldıqdan sonra müəyyən olunur və bunun əsasında qərar qəbul edilir. Belə ki, vergi ödəyiciləri tərəfindən əməliyyatlar aparıldıqdan sonra vergi nəzarət tədbiri zamanı həmin əməliyyatların qanunvericiliyin tələblərinə uyğunluğu, münasibətlərin predmeti olan malların, işlərin və xidmətlərin qarşı tərəflərin alışında və ya idxalında olub-olmaması aşkar edilir ki, bunun nəticəsində əməliyyatların əmtəəsiz olduğu və vergi ödəyicilərinin riskli vergi ödəyiciləri siyahısına aid edilməsi müəyyən edilir. “X3” MMC-nin riskli vergi ödəyici hesab edilməsinə səbəblərdən biri də həmin vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində aktiv təsərrüfat subyektinin olmaması, əməliyyatların aparıldığı zamanı yalnız bir işçisinin (direktoru) mövcud olması, mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitələrinin olmaması olmuşdur. Qeyd olunan məsələlərlə bağlı müvafiq dürüstləşmələrin aparılması məqsədilə müəssisənin rəhbəri və ya səlahiyyətli nümayəndəsi tərəfindən 5 iş günü ərzində Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin müvafiq telefon nömrəsi ilə əlaqə saxlanılması xahişinə əməl olunmadıqdan sonra, yuxarıda qeyd olunan halların monitorinqinin aparılması üçün Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi tərəfindən cəmiyyətin rəhbəri X1 ilə telefon əlaqəsi saxlamaq da mümkün olmamışdır. İş üzrə yekun qərar qəbul edilərkən məhkəmə nəzərə almamışdır ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi barədə qərarın əməliyyatdan sonra qəbul edilməsi aparılmış əməliyyatların riskli və ya əmtəəsiz əməliyyatlar hesab edilməməsinə əsas ola bilməz. Belə ki, əməliyyat aparıldığı anda onun riskli və ya əmtəəsiz əməliyyat olub-olmaması və onu aparan tərəfin riskli vergi ödəyicisi olub-olması müəyyən edilir və qərar əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olması barədə yox, ödəyicinin riskli vergi ödəyici olması barədə çıxarılır. Yəni, ödəyicinin riskli vergi ödəyicisi olması əməliyyatın riskli və ya əmtəəsiz əməliyyat olmasına deyil, əksinə əməliyyatın riskli və ya əmtəəsiz olması ödəyicinin riskli vergi ödəyici olmasına səbəb olur. Məhkəmə iclasında iştirak edən cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Əməliyyatların aparıldığı tarixdən sonra “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilmişdir. Bu hal cavabdeh tərəfindən mübahisələndirilmir. Lakin iki halı nəzərə almaq lazımdır. Birincisi, vergi ödəyicisi riskli vergi ödəyicisidir. İkincisi, əməliyyatlar əmtəəsiz aparılmışdır. Hazırkı iş üzrə bu günə qədər riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicisi vergi orqanı tərəfindən çıxarılmış qərarı məhkəmədə mübahisələndirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərarında qeyd olunur ki, “... Vergi orqanının “riskli vergi ödəyicisi hesab edilmə barədə” qərarı əgər mübahisələndirilmirsə və hər hansı orqan tərəfindən ləğv olunmursa, əməliyyatlar əmtəəsiz aprılmış hesab edilir”. “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti hələ də riski vergi ödəyicisi hesab olunur. Bu qədər işlərin və əməliyyatların həyata keçirilməsinə baxmayaraq “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin nə mülkiyyətində, nə də istifadəsində hər hansı təsərrüfat subyetki mövcud deyil. “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin cəmi 1 işçisi vardır. Həmin şəxs də direktor kimi fəaliyyət göstərir. Həmçinin uyğunsuzluq məktublarında da göstərilir ki, “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qaimə-fakturada göstərilən mallar nə idxal olunmayıb, nə də daxili bazardan alınmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, İddiaçı ilə “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 2022-ci ildə malların alqı-satqısı üzə əməliyyatlar aparılmışdır. “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti 2024-cü ildə riskli vergi ödəyicisi hesab olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən göndərilən məktubdan vergi ödəyicisinin neçənci il üzrə aparılan əməliyyatlara münasibətdə riskli vergi ödəyicisi hesab olunması məlum deyil. “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2022-ci ildə apardığı əməliyyatların 2 il sonra, yəni 2024-cü ildə naməlum səbəblərdən riskli vergi ödəyicisi hesab olunacağı və bununla bağlı olaraq da İddiaçınə maliyyə sanksiyasının tətbiq ediləcəyi əvvəlcədən bilinə bilməzdi. Vergi orqanının elektron informasiya sistemində 2022-ci il üzrə “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin riskli vergi ödəyicisi hesab olunması ilə bağlı hər hansı məlumat aşkar edilməmiş və İddiaçınə məsələ ilə bağlı hər hansı bildiriş və ya məktub göndərilməmişdir. Bu istiqamətdə Ali Məhkəmənin artıq formalaşmış təcrübəsi mövcuddur. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar görünür: - 24 sentyabr 2024-cü il tarixli, 3-21-2-2/2-9649/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına (Əlavə dəyər vergisi, avqust 2024) əsasən, İddiaçınə 71349,30 manat əlavə vergi və ya sığorta haqqı hesablanmışdır (Sair: Tərəfinizdən ƏDV bəyannaməsində (12.2022) əvəzləşmə üçün təqdim edilmiş EBCL seriyalı 324462 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 29686.5 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 29686.5 manat kənarlaşma yaranmışdır. Tərəfinizdən ƏDV bəyannaməsində (12.2022) əvəzləşmə üçün təqdim edilmiş EBCL seriyalı 352506 nömrəli elektron qaimə-fakiura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrə 22222.8 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 22222.8 manat kənarlaşma yaranmışdır. Tərəfinizdən ƏDV bəyannaməsində (12.2022) əvəzləşmə üçün təqdim edilmiş EBCL seriyalı 075460 nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 19440.0 manat ƏDV məbləğinin tərəfin izdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 19440.0 manat kənarlaşma yaranmışdır). - İddiaçı və “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış 02/2022 saylı xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti təchizat xidmətinin göstərilməsini, İddiaçı qeyd olunan xidmətin göstərilməsi ilə əlaqədar uyğun iş şəraitinin yaradılmasını və xidmətin dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. - İddiaçı tərəfindən İddiaçı və “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında olan xx.xx.2022-ci il tarixli EBCL seriyalı 324462 nömrəli, xx.xx.2022-ci il tarixli EBCL seriyalı 352506 nömrəli, xx.xx.2022- ci il tarixli EBCL seriyalı 075460 nömrəli qaimə-fakturalar, malların təhvil-təslim aktları, qiymət razılaşdırma protokolu və alış aktları məhkəməyə təqdim edilmişdir Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən, riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2-ci bəndinə əsasən, aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Meyarların 3.1-ci bəndinə müvafiq olaraq, vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə)”. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçı barəsində qəbul edilmiş qərara əsasən onun sonradan riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş müəssisə “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2024-cü il tarixdə riskli vergi ödəyicisi hesab edilmiş) ilə 2022-ci il ərzində aparılmış əməliyyatların riskli (əmtəəsiz) olduğunu hesab edilməsi və əvəzləşmələrin nəzərə alınmaması nəticəsində 71349,30 manat vergi borcu hesablanmışdır. Halbuki, əməliyyatları aparılan zaman həmin müəssisə riskli vergi ödəyicisi siyahısında olmamış və iddiaçı bu barədə məlumatlı olmamışdır. İş materiallarında olan sənədlər ilə müəyyən edilir ki, iddiaçının əməliyyatları həyata keçirdiyi müəssisə, iddiaçının əməliyyatlarını apardığı tarixlərdən sonra riskli vergi ödəyiciləri siyahısına daxil edilmişlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yuxarıda sadalanan normaların təhlilindən aydın olur ki, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatların həyata keçirildiyi vergi orqanı tərəfindən sübuta yetirildikdə, həmin əməliyyatlar əmtəəsiz əməliyyatlar hesab edilir və qeyd olunan əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmədiyindən, vergi ödəyicisinin xərcləri Vergi Məcəlləsinin 14-cü, 14-1-ci və 67-ci maddələrinə müvafiq olaraq bazar qiyməti, transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən edilir. Normaların tələbindən göründüyü kimi, vergi orqanı ilk öncə vergi nəzarəti tədbiri zamanı vergi ödəyiciləri arasında baş tutmuş əməliyyatın əmtəəsiz əməliyyat olduğunu, yəni başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirildiyini və malların (işlərin, xidmətlərin) faktiki olaraq təqdim edilmədiyini müəyyən etməli, daha sonra vergi ödəyicisinin malların alışı ilə bağlı xərclərini VM-nin 14, 14-1 və 67-ci maddələrinə müvafiq olaraq bazar qiyməti, transfer qiyməti və ya əlaqəli məlumatlar əsasında müəyyən etməlidir. Hazırkı işin hallarından görünür ki, cavabdeh vergi orqanı iddiaçı ilə “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında baş tutmuş alqı-satqı əməliyyatlarının faktiki olaraq baş tutub-tutmadığını və malların faktiki olaraq təqdim edilib-edilmədiyini araşdırmadan və həmin əməliyyatların başqa əməliyyatı pərdələmək məqsədilə həyata keçirilibkeçirilmədiyini müəyyən etmədən, sadəcə “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində və ya istifadəsində aktiv təsərrüfat subyektinin olmaması, əməliyyatların aparıldığı zamanı yalnız bir işçisinin (direktoru) mövcud olması, mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitələrinin olmamasını və həmin hüquqi şəxsin qeyd olunan əsaslarla riskli vergi ödəyiciləri siyahısında olduğunu istinad edərək, əməliyyatların riskli hesab edildiyindən əvəzləşdirməyə əsas vermədiyini bildirmişdir. Halbuki, iş materiallarından görünür ki, “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçı ilə müvafiq əməliyyatları həyata keçirdikdən sonrakı tarixlərdə riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir ki, iddiaçı həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri olduğunu bilə bilməzdi. Həmçinin sözügedən əməliyyatlar aparıldığı dövrdə vergi qanunvericiliyində mal alan vergi ödəyicisinin satıcının sərəncamında olan malların alışına dair təsdiqedici sənədin mövcud olub-olmadığını müəyyən etmək öhdəliyi təsbit edilməmişdi. Kollegiya həmçinin qeyd edir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanının üzərindədir. Bundan başqa qeyd edilməlidir ki, vergi qanunvericiliyinə görə riskli vergi ödəyiciləri olan şəxslər barəsində digər vergi ödəyicilərini rəsmi qaydada xəbərdar etmək vergi orqanının vəzifəsidir. Lakin, iddiaçının adı qeyd olunan şəxsdən mal aldığı dövrlərdə həmin MMC-nin "Riskli vergi ödəyicilərinin siyahısı" na daxil edilməsi barədə digər vergi ödəyicilərinə heç bir məlumat verilməmişdir. Həmçinin o da nəzərə alınmalıdır ki, hətta hər hansı sahibkarlıq subyektinin riskli vergi ödəyicisi hesab edilməsi belə, həmin sahibkarlıq subyektləri ilə alqı-satqı əməliyyatlarının aparılmasını qadağan etmir. Qanunvericilikdə belə bir qadağanedici norma mövcud deyildir. Buna görə də iddiaçının riskli vergi ödəyiciləri ilə alqı-satqı əməliyyatları apardığını əsas götürməklə qeyd olunan əməliyyatların hətta məhz bu səbəbdən əmtəəsiz əməliyyat hesab edilməsi yol verilməzdir. Məhkəmə kollegiyası həmçinin, diqqət yetirir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən, hər hansı vergi ödəyicisinin riskli vergi ödəyicilər siyahısına daxil edilməsi üçün hüquqi əsas yalnız həmin vergi ödəyicisi barəsində müvafiq qərarın qəbul edildiyi andan yaranır. Həmin qərarın isə əvvəlki əməliyyatlara tətbiq edilməsi vergi qanunvericiliyinin tələblərinə uyğun deyil (Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2021-ci il tarixli 2-1(102)-1143/2021 nömrəli, 12 may 2023-cü il tarixli 2-1(102)-1058/2023 saylı və 02 avqust 2023-cü il tarixli, 2-1(102)-1234/2023 saylı qərarları). İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(112)-14622/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-1812/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1812/2025
07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver