Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1813/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X20 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə qarşı əmrin ləğvi, işə bərpa tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-526/2021 saylı iş üzrə qəbul etdiyi 09 fevral 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə qarşı 05 dekabr 2019-cu il tarixli əmrin ləğv edilib, işə bərpa edilməsi barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, polis serjantı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin X1 İdarəsinin X30nda xidmət göstərmişdir. Xidmətə 2004-cü ilin 29 oktyabr tarixində daxil olmuşdur. Xidmət etdiyi müddət ərzində son 5 ili Ruminiya Səfrliyinin qarşısında postda xidmətdə olmuşdur. Heç bir zaman nə xidmət etdiyi postda, yəni, Ruminiya Səfirliyinin qarşısında, nə də birbaşa tabeçi olduğu taborda, bölükdə qüsuru olmamış, hər hansı formada xidmətdə cəzalanmamışdır. Lakin, 05 dekabr 2019-cu il tarixdə faktiki heç bir əsas olmadan, şəxsi qərəzlik zəmnində işdən çıxarılmışdır. Halbuki, 2018-ci ilin avqust ayında qüsursuz xidmət etdiyi üçün təltif olunmuşdur. Belə ki, qüsursuz xidmət göstərməsinə baxmayaraq, ona qarşı bölük komandiri Azər Məmmədovun qanunsuz, xidməti vəzifəsindən kənara çıxan əmrlərini yerinə yetirmədiyi üçün şəxsi qərəzlik mövqeyindən münasibət göstərilmiş, daimi xidmət etdiyi bölükdən 3-cü bölüyə keçirilmiş və daha sonra 09 noyabr 2019-cu il tarixdə bölük komandiri Azər Məmmədov tərəfindən arada fasilə olmadan gecə növbəsindən gündüz növbəsinə keçirilmiş, bu zaman qanuni qaydada onlara verilməli olan istirahət vaxtından da, məhrum olmuşdur. Bundan başqa Azər Məmmədov ona qarşı daim kobud münasibət bəsləmiş, xidməti səlahiyyətindən suiistifadə etmişdir. O, buna qarşı iradını bildirdikdə isə, təqibə məruz qalmışdır. Belə ki, müraciət etdiyi növbətçi hissədə Elşən adlı kapitan müraciətinə lazımi münasibət bildirməmiş, birinci gün komandirə xəbər verə biləcəyini demişdir. Ertəsi gün iş yerinə gəlmiş və 3-cü bölükdə xidmətə başlamışdır. Postdan iş yerinə qayıdanda, tağım komandirinin haqsız iradına qarşı tək ikən, öz-özünə “bezdiriblər məni” deməsi, ona qarşı sanksiya tətbiq edilməsinə səbəb olmuşdur. Təxminən 20-25 noyabr tarixlərində yoldaşlıq məhkəməsi qurulmuşdur. Qeyd edir ki, yoldaşlıq məhkəməsi 10 il xidmət etdiyi 2-ci bölükdə, 5 il xidmət etdiyi 1-ci bölükdə deyil, cəmi 20 gün xidmət etdiyi 3-cü bölükdə qurulmuş, halbuki, məhz həmin bölükdə xidmət yoldaşları hələ onu tanımırdılar. Beləliklə, o, 05 dekabr 2019-cu il tarixdə “Daxil işlər orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 9-cu hissəsi əsas göstərilərək (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə) işdən xaric olmuşdur. Halbuki, o, ictimaiyyət qarşısında hər hansı “hərəkət” etməli idi ki, bu da “daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən” əməkdaş kimi qiymətləndirilsin. Halbuki, heç bir hərəkət barədə sübut yoxdur. Beləliklə, o, 15 il qüsursuz xidmət göstərməsinə baxmayaraq, əvvəlki dövrdə olmuş inzibati cəzaları 5 ildən artıqdır ki, üzərindən götürülməsinə baxmayaraq, 2018-ci ilin avqustunda qüsursuz xidmət etdiyi üçün təltif olunmasına, kollektivlə normal yoldaşlıq münasibətləri olmasına əhəmiyyət vermədən 1 günün içində işdən xaric olunmuşdur. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək bildirmişdir ki, o, iddia ərizəsi yazdıqdan sonra yalnız, 11.01.2020-ci il tarixdə DİN-in Daxili Təhqiqatlar İdarəsi tərəfindən daha əvvəl yazdığı ərizəyə cavab verilmişdir. Həmin cavabla razı deyildir. Belə ki, cavabda göstərilənlər həqiqətə uyğun deyil, əmindir ki, DİN-in Daxili Təhqiqatlar İdarəsinə və cənab Sahib Mirzəyevə doğru məlumat verilməmişdir. İşin əsl halları belədir: polis kapitanı Həsənov Elşən yalan, həqiqətə uyğun olmayan formada rəisə məruzə edərək bildirib ki, guya 1-ci bölüyün komandiri A.Məmmədovun ünvanına nalayiq sözlər işlətmişdir. Uzun müddət ərzində qəsdən onu bezdirmiş, situasiyanı kritik həddə çatdırmaq istəmişlər. 1-ci bölüyün komandiri Azər Məmmədovla aralarında olan məsələ 09.11.2019-cu ildə 1-ci bölüyün polis nəfəri vəzifəsində işləyərkən baş vermişdir. Belə ki, 1 nəfərlik gündüz növbəsinn son günü, yəni şənbə günü xidmətdən qayıdarkən A.Məmmədov onları otağa çağıraraq, “polis nəfəri Aslanov Tağı, Cəfərov Ziyad, Nəcəfov Mahir” sabahdan yenidən gündüz növbəsinə 3-cü bölüyündə xidmətə başlayacaqlarını demişlər. Cavab olaraq bildirmişdir ki, yenidən gündüz növbəsi olan bölüyə niyə göndərirlər, gecə növbəsi olan bölüyə göndərsinlər ki, o da, öz ailəsi ilə, problemləri ilə maraqlana bilsin. A.Məmmədov sözünü yarımçıq kəsib otaqdan qeyri-etik tərzdə səsini ucaldaraq polis zabitinə yaraşmayan tərzdə onları çölə qovaraq, gedin kimə istəyirsiz şikayət edin demişlər. Otaqdan çıxıb növbətçi hissəyə yaxınlaşmışlar. Növbətçi polis kapitanı Həsənov Elşən onları qarşılamış, rəisin və müavinin olmadığını demişdir. 1-ci günü iş günü yaxınlaşmaları bildirilmişdir. Yenidən otağa qayıtdıqdan sonra o, A.Məmmədovun sadəcə olaraq “perspektivsiz komandir” olduğunu demişlər. Təhqiramiz və qeyri-etik sözlər işlətməmişdir. Polis serjantları C.Ziyad, A.Tağı, N.Mahir bunu təsdiqləyə bilərlər. Növbəti gün 10.11.2019cu ildə bazar günü 3-cü bölükdə gündüz növbəsində xidmətə başlamışdır. Xidmətdən qayıtdıqdan sonra tağım komandiri Qabil Cəfərov tabel silahını təmizləməkləri barədə göstəriş vermişdir. Taborun zirzəmisində oturacaq stolunun üstündə silahını Əsgərov Elçinlə bir yerdə təmizləmişdir. Q.Cəfərov pilləkənin üstündə əli cibində dayanmışdı. Məruzə edərək, silahını təmizlədiyini bildirmişdir. Q.Cəfərov “Ə mən görməmişəm get bir də təmizlə” deyərək göstəriş vermişdir. Silahının təmiz olduğunu, silahını çıxarıb baxış keçirməsini bildirmişdir. Q.Cəfərov heç bir baxış keçirmədən yenidən eyni qaydada göstəriş vermişdir. 3- cü bölüyün komandir əvəzi Kənan Yusifov onunla fərdi söhbət apararkən, Q.Cəfərov yenidən otağa gəlmiş və qeyd eləmişdir ki, gedir raport yazmağa. Kənan Yusifov ehtiyac yoxdur, yəni gəlib fərdi söhbət apararam demişdir. Q.Cəfərov 3 dəfə eyni sözü təkrarlamışdır. O, silahını təhvil verməyə, silah otağına yaxınlaşmışdır. Növbədə olan polis kapitanı Şirəliyev Natiq və polis baş serjantı Təhməzov Azərdən silahına baxış keçirmələrini xahiş etmişdir. Silahını ağsalfetka ilə yoxladıqdan sonra təmiz olduğunu bildirmişlər və təhvil götürmüşlər. Əlavə olaraq bildirir ki, Q.Cəfərovla aralarında 2019-cu ildə mübahisə olmuşdur. Mübahisənin səbəbi ona “heyvan” sözü işlətməsi olmuşdur. 3-cü bölükdə onun tağımına verildiyi gün kin saxlayaraq vəzifəsindən sui istifadə etmişdir. Bu barədə 11.11.2019-cu il tarixində Tabor komandiri Əli Abdullayevə raport şəklində müraciət eləmişdir. Xidməti yoxlama zamanı heç bir nöqsan aşkarlanmamışdır. Gecə və gündüz taborun inspektorları və tağım komandirləri, bölük komandiri tərəfindən yoxlama zamanı 3-cü bölükdə xidmətdə olduğu yoldaşlara qarşı qeyri-səmimi heç bir hərəkəti olmamışdır. Bunun sübutu xidməti kitabçasıdır. Yoldaşlıq məhkəməsi 5 ilə yaxın işlədiyi bölükdə yox, 15 günə yaxın xidmətdə olduğu 3-cü bölükdə keçirilmişdir. Kimlər ki, onun leyinə danışmışlar, hamısı qeyri-səmimi, əleyhinə danışan yalnız 44 nəfər səmimi qiymətləndirilmişdir. “Bezdiriblər məni” kəlməsi isə 10.11.2019-cu il tarixində silahını təhvil verdikdən sonra öz özünə deyinərək demişdir. Bunu polis nəfərləri, Mütəllibov Kamal və Abdulayev Ceyhun təsdiqləyə bilər. Xidmət zamanı xəstəliklər tapmışdır. Xidməti postun şəraitsizliyinə görə 6 ilə yaxın sanitar qovşağı olmayan bir postda xidmət aparıb və sağlamlığını itirmişdir. Hal-hazırda həmin xəstəlikdən əziyyət çəkir. Əlavə olaraq bildirir ki, A.Məmmədovun gördüyü qanunsuz işlərə onu cəlb etmişdir. Xidmət zamanı və xidmətdən kənar öz şəxsi işlərini görməyə onu məcbur etmişdir. 5 il 1-ci bölükdə olduğu gündən A.Məmmədovun ev işlərini görmüşdür. 2019-cu ilin aprel ayında evində bir işi olduğunu demişdir. Gələ bilməyəcəyini bildirmişdir. May ayında işə çıxan gündən hər gün otağa çağırıb “sən nəzarətdəsən, sənin axırın necə olacaq, dini inancın var, səni nəzarətə götürüblər” şəklində ifadələr işlədərək ona bir gündən bir psixoloji təzyiq göstərmişdir. A.Məmmədov bildirmişdir ki, lazım olsa burda uşaq tapılar ki, sən burda düzgün işləmirsən deyə üzünə dayanar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-526/2021 saylı 09 fevral 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə qarşı əmrin ləğvi, işə bərpa tələbinə dair iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək apellyasiya şikayətini iddia tələbinə uyğun əsaslandırmış və şikayətinin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuni qaydada məlumat verilmiş cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, iddiaçının izahatını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: -DİN-in X1 üzrə X15 komandiri, polis polkovniki-leytanantı tərəfindən təsdiq edilmiş “Taborun 3-cü bölüyünün 1-ci tağımının polis nəfəri, polis serjantı İddiaçı barəsində aparılan xidməti yoxlamanın nəticəsinə dair” 23.11.2019-cu il tarixli Rəyin surətindən görünür ki, taborun 3-cü bölüyünün polis nəfəri polis serjantı İddiaçı tərəfindən X29nin 2, 9, 14, 17-ci maddələrinin tələblərini kobud surətdə pozulmasını nəzərə alaraq, polis nəfəri, polis serjantı İddiaçı haqqında başlanmış xidməti araşdırma bitmiş hesab olunması, polis nəfəri, polis serjantı İddiaçı barəsində aparılmış xidməti yoxlama materialları baxılması üçün Taborun sıravi və kiçik rəis heyətinin yığıncağına verilsin. Taborun polis nəfəri, polis serjantı X17, polis serjantı X18, polis serjantı X5, polis serjantı X13, xidməti araşdırma zamanı özlərini qeyri-səmimi apardıqlarına, subordinasiya qaydalarını pozduqlarına görə barələrində inzibati tənbeh tədbirinin görülməsi məqsədə müvafiq hesab edilmədi təklif edilmişdir. Verilmiş rəyin xidməti yoxlama materiallarına əlavə edilməsi təklif olunmuşdur. -X1 üzrə X15 “sıravi və kiçik rəis heyətinin yığıncağı”nın 29 noyabr 2019-cu il tarixli Qərarından görünür ki, DNM-si üzrə ƏPT-nun 3-cü bölüyünün polis nəfəri, polis serjantı İddiaçı barəsində Taborun baş növbətçi inspektoru, polis kapitanı X6 12.11.2019-cu il tarixli, 207-1665-1119 və 3-cü bölüyün komandiri vəzifəsini icra edən, polis mayoru X2 12.11.2019-cu il tarixli, 207-1668-1119, 3-cü bölüyün taqım komandiri, polis kapitanı X7 12.11.2019-cu il tarixli, 207-1673-1119 qeydiyyatlı raportları əsasında toplanmış material üzrə işə baxaraq müəyyən edilmişdir ki, 3-cü bölüyün taqım komandiri, polis kapitanı Qabil Cəfərov raportunda və izahatında bir daha bölük komandiri əvəzi Kənan Yusifovun raportunda göstərilənlərini əks etdirmişdir. 1-ci bölüyün komandiri, polis polkovnik leytenantı Azər Məmmədov yazmış olduğu izahatında göstərmişdir ki, o, Taborun dəftərxanasından əməkdaşların bölüklər üzrə yer dəyişmə əmrini götürən zaman bilmişdir ki, bölükdə olan polis nəfərləri İddiaçı, Mahir Nəcəfov, Ayaz Hacıyev, Tağı Aslanov və Ziyad Cəfərov 3-cü bölükdə xidməti davam etdirəcəklər. Adı çəkilən polis nəfərləri artıq xidmətə göndərildiyindən, onları xidmətdən geri çağırılması mümkün hesab olunmamışdır. Sabahısı gün xidmətdən geri qayıdan İddiaçı ona bildirmişdir ki, bəs onun istirahət vaxtı necə olacaq? O, 08.11 2019-cu il tarixdə istirahətdə olmuş, növbəti istirahət vaxtı digər bölüklərdə olduğu kimi cədvəl əsasında veriləcəkdir. Lakin İddiaçı, subordinasiya və komandirə müraciət qaydalarını pozaraq, aqressiv halda onun ünvanına polisə yaraşmayan kobud ifadələr işlətməyə başlamışdır. O, İddiaçı nizam-intizama dəvət etmiş, bildirmiş ki, onun bu hərəkətləri şəxsi heyyətin nizam-intizamına, psixoloji durumuna mənfi təsir göstərir. O, nalayiq hərəkətlər edərək polis nəfərləri Mahir Nəcəfovun və Ziyad Cəfərovun yanında tabel silahıdan ağız nahiyəsindən atəş açacağı ilə hədələmişdir. İddiaçı tərəfindən ona qarşı belə nalayiq hərəkəti, bu ilin may ayında da, olmuşdur. O, bu barədə Taborun rəhbərliyinə raportla məruzə etmiş, lakin Tabor rəhbərliyi tərəfindən heç bir tədbir görülməmişdir. O vaxtdan bəri polis nəfəri İddiaçı ona qarşı qərəzli mövqedə olmuşdur, özü tipli əməkdaşlar arasında ona qarşı böhtan, şər, yalan sözlər danışmış, bu da şəxsi heyyətin mənəvi psixoloji durumuna mənfi təsir göstərdiyini izahatında qeyd etmişdir. Polis serjantı İddiaçı Taborun qərargahına dəvət olunaraq izahatı alınmışdır, izahatında göstərmişdir ki, 09 11.2019-cu il tarixdə xidmətdən qayıdarkən bölük komandiri polis polkovnik-leytenantı Azər Məmmədovun otağına getdiyini və Azər Məmmədovun onlara bir neçə nəfərin tabor komandirinin əmri ilə sabahdan 10.11.2019-cu il tarixdən 3-cü bölükdə xidmətə başlayacağını bildirmişdir. Sonra otaqdan çıxaraq növbətçi hissənin qarşısına getmiş, baş növbətçi inspektoru, polis kapitanı Elşən Həsənov da Tabor komandirinin qəbuluna getmək istədiklərini bildirmişdir. Həmin vaxt onun yanında həmin bölüyün polis nəfərləri, X17, X14, X5 və X13 da İddiaçı arxasınca getmişdirlər. Polis nəfəri, polis serjantı İddiaçı 12 noyabr 2019-cu il tarixli izahatında həqiqətən də yuxarıda adı çəkilən əməkdaşların yanında əsəbi olduğundan Azər Məmmədovun ünvanına nalayiq sözlər işlətdiyini bildirmiş, «Silahla onun ağzından ataram» ifadəsini öz izahatında etiraf etmişdir. Sədr yığıncaq iştirakçılarını, polis nəfəri, polis serjantı İddiaçı barəsində aparılmış xidməti yoxlama materialları ilə tanış etmişdir. F.Əlişov çıxışında bildirmişdir ki, polis nəfəri, polis serjantı İddiaçı hərəkətləri polis adına və etikasına yaraşmayan hərəkətlərdir. Sonra yığıncağın sədri təklif irəli sürmüşdür ki, İddiaçı DİN-in 16 iyun 2009-cu il tarixli 330 nömrəli “Azərbaycan Respublikası daxili X12 Nizamnaməsinin təsdiq edilməsi barədə” əmrinin müvafiq maddələrini, DİN-in 08.04.2005-ci il tarixli, 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının X29"nin 2, 9, 17 və 22-ci maddələrini və X22 13-cü maddəsinin V və Vİ bəndlərini kobud surətdə pozduğuna və polisə adına xələl gətirən hərəkətlərə yol verdiyinə görə DİO-dan xaric olunmağa və həmin vaxt onun yanında olan polis serjantları X17, X14, X5 və X13 isə İddiaçı hərəkətlərinin qarşısını almağa təşəbbüs göstərmədiklərinə və bu barədə komandirlərinə heç bir məlumat vermədiklərinə görə intizam məsuliyyətinə layiqdirlər. Bundan sonra yığıncağın müavini, polis serjantı Elbrus Musayevə söz verilmiş və o da, sədrin verdiyi təkliflə razı olduğunu bildirmişdir. Daha sonra E.Musayev yığıncaqda çıxış etmiş və o da, İddiaçı tutduğu əməlləri qətiyyətlə pisləmişdir. O bildirmişdir ki, S.X3 kobud surətdə pozduğuna, polis adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Polis Andını kobud surətdə pozduğuna görə DİO-dan xaric olunmağa layiqdir. Yığıncaqda daha sonra yığıncağın üzvü Rövşən Hüseynova söz verilmiş və o da, sədrin verdiyi təkliflə, eyni zamanda yığıncağın katibinin dedikləri ilə razı olduğunu bildirmişdir. Daha sonra yığıncağın katibi Cavid Sadıqlı yığıncaqda çıxış etmiş və o da, İddiaçı tutduğu əməlləri qətiyyətlə pisləmiş, intizam Nizamnaməsini kobud surətdə pozduğuna, polis adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Polis Andını kobud surətdə pozduğuna görə DİO- dan xaric olunmağa layiq olduğunu bildirmişdir. Polis serjantı X19 çıxışında bildirdi ki, o, belə əməkdaşla işləmək istəməmiş, çünki, belə əməkdaşla silahlı vəziyyətdə bir yerdə xidmət aparmaq təhlükəlidir. Yığıncaqda çıxış edənlər: Polis serjantı X8 çıxış edərək bildirmişdir ki, “O, belə əməkdaşla işləmək istəmir. İddiaçı hərəkətləri bağışlanılmazdır”. Polis serjantı X9 öz çıxışında bildirmişdir ki, onlar polis olaraq Polis Andını qorumalı, hərəkətlərinə və sözlərinə fikir verməlidirlər. Komandirlərin əmr və göstərişləri düşünülmədən yerinə yetirilməlidir. Polis serjantı X10 çıxışında bildirmişdir ki, “o bu cür ifadələr işlərdən polis əməkdaşı ilə bir yerdə işləyə bilməz, fərqi yoxdur kimdir, bu yoldaş öz hərəkətinə qiymət verə bilmirsə etdikləri əməllərdən nəticə çıxara bilmirsə onun polis sıralarda yeri yoxdur”. Polis serjantı X11 çıxışında bir daha vurğulamışdır ki, İddiaçı hərəkəti bağışlanılmazdır, komandirlər haqqında kollektiv arasında mənfi fikir yaratmağa çalışır və onu deyə bilər ki, taqım komandiri, polis kapitanı Qabil Cəfərov tabeçiliyində olan əməkdaşlara həmişə diqqət və qayğı ilə yanaşmışdır. Çıxış edən əməkdaşlar polis nəfərləri polis serjantı İddiaçı və həmin vaxt onun yanında olan polis serjantları, X17, X14, X5 və X4 qarşı ciddi intizam tədbirinin görülməsi məqsədilə DİN-in Baş ictimai Təhlükəsizlik idarəsi qarşısında vəsatət qaldırılmasını təklif etmişlər. Bundan başqa yığıncağın sədri F.Əlişov xidməti yoxlama materialları ilə əlaqədar, yığıncaqda taborun 3cü bölüyünün 1-ci taqımının polis nəfəri, polis serjantı İddiaçı söz verdi. İddiaçı öz çıxışında yenidən əsəbi halda bildirmişdir ki, 1-ci bölüyün komandiri polis polkovnikleytenantı Azər Məmmədov onun bölüyündə işlədiyi zaman ona məzuniyyət və istirahət verilməsinin müqavilində qarşılıq tələb etmişdir. Xidmətdən sonra tabel silahın təmizlənməsinə ehtiyac olduğu halda taqım komandiri, polis kapitanı Qabil Cəfərovun əmrindən çıxıb ona qarşı kobudluq etməsinə səbəb, keçmişdə aralarında olan mübahisə olub. Daha sonra o, bildirdi ki, əsəbi olduğundan polis polkovnikleytenantı Azər Məmmədovun ünvanına yox, ümumiyyətlə demişdir ki, bir gün bezib kiminsə silahla ağzından atacaq. Yığıncaqda verilən təkliflə tam razı deyil. Taborun sıravi və kiçik rəis heyətinin yığıncada çıxış edənlərin fikrini və verdikləri təklifi, polis nəfəri, polis sejantı İddiaçı xidmətdə mənfi xarakterizə olduğunu, xidməti yoxlama materiallarına əlavə edilmiş xidməti xasiyyətnamədən görünür ki, polis serjantı İddiaçı DİO-da xidmət etdiyi müddət ərzində Tabor rəhbərliyi tərəfindən dəfələrlə cəzalandırılmışdır. Belə ki, Taborun 10.11.2007-ci il tarixli, Ə172 nömrəli əmri ilə xidməti postda sayıqlığını itirdiyinə görə ‘Töhmət”, 24.01.2009-cu il tarixli, Ə13 nömrəli əmri ilə xidməti vəsiqəsinin saxlanılmasına səhlənkar yanaşdığına görə “Şiddətli töhmət”, Taborun 06.07.2011-tarixli, Ə59 nömrəli əmri ilə vəzifə və rütbəcə böyüklərə hörmətlə yanaşmadığına görə “Töhmət”, taborun 29.05.2013-cü il tarixli, Ə45 nömrəli əmri ilə xidməti intizam qaydalarını pozduğuna görə “Töhmət”, Taborun 13.03.2014-cü il tarixli, Ə27 nömrəli əmri ilə xidməti vəzifəsinə səhlənkar yanaşdığına görə “Töhmət” intizam cəzaları elan edilmişdir. Araşdırmadan görünür ki, 3-cü bölüyün polis nəfəri, polis serjanmtı İddiaçı DİN-in 16 iyun 2009- cu il tarixli, 330 nömrəli” Azərbaycan Respublikası daxili X12 Niamnaməsinin təsdiq edilməsi barədə” əmrinin müvafiq maddələrini, DİN-in 08.04.2005-ci il tarixli, 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının X29”nin 2, 9, 17 və 22-ci maddələrini və “Polis haqqında” Qanunun 13-cü maddəsinin V və Vİ bəndlərinin tələblərini pozmuşdur. Qeyd edilənlərə əsasən DİO-nun sıravi və kiçik rəis heyətinin yığıncaqları haqqında təlimatı rəhbər tutaraq yığıncaq qərara almışdır ki, Azərbaycan Respublikası DİN-in 16 iyun 2009cu il tarixli 330 nömrəli "Azərbaycan Respublikası daxili X12 Nizamnaməsinin təsdiq edilməsi barədə" əmrinin müvafiq maddələrini, DİN-in 08.04.2005-ci il tarixli, 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının X29”nin 2, 9, 14. 17 və 22-ci maddələrini və “Polis haqqında” Qanunun 13-cü maddəsinin V və Vİ bəndlərini kobud surətdə pozduğuna və polisə adına xələl gətirən hərəkətlərə yol verdiyinə görə X1 üzrə X15 3-cü bölüyün polis nəfəri, polis serjantı İddiaçı DİO-dan xaric olunmağa və həmin vaxt onun yanında olan polis serjantları X17, X14, X5 və X13 isə İddiaçı hərəkətlərinin qarşısını almağa təşəbbüs göstərmədiklərinə və bu barədə komandirlərinə heç bir məlumat vermədiklərinə görə “Daxili işlər orqanlarının X29”nin 14-cü və 17-ci maddələrinin tələblərini və “X22” 13-cü maddəsinin V və Vİ bəndlərini pozduqlarına görə ciddi intizam tədbirinin görülməsi üçün DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi qarşısında vəsatət qaldırmışdır. X1 üzrə X15 3-cü bölüyün polis nəfəri, polis serjantı İddiaçı yığıncağın qəbul etdiyi qərardan 1( bir) ay ərzində DNM-si üzrə ƏPT-nin komandirinə şikayət verə bilməsi elan edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin 03.12.2019-cu il tarixli, Ə22Ş/H-013-19 nömrəli “Diplomatik nümayəndəlikləri üzrə X15 polis nəfəri polis serjant İddiaçı intizam məsuliyyətinə cəlb edilməsi haqqında” əmrinin surətindən görünür ki, “Polis haqqında” Azərbaycan Respublikası Qanununun, DİN-in 08.04.2005-ci il tarixli, 130 və 16.06.2019-cu il tarixli, 330 nömrəli əmrlərinin tələblərini pozduğuna, xidməti fəaliyyətini Daxili İşlər Nazirliyinin normativ hüquqi aktlarının tələbləri səviyyəsində qura bilmədiyinə, Taborun rəhbərliyi tərəfindən verilən tapşırıq və göstərişləri yerinə yetirmədiyinə, aqressivlik nümayiş etdirərək 1-ci bölüyün komandiri polis polkovnik– leytenantı A.Məmmədovun ünvanına nalayiq ifadələr işlətdiyinə, xidməti tabel silahının təmizlənməsi barədə 3-cü bölüyün taqım komandiri polis kapitanı Q.Cəfərovun göstərişini icra etmədiyinə, nizam-intizam qaydalarını pozmaqla şəxsi heyətin psixoloji durumuna mənfi təsir göstərdiyinə, xidməti yoxlama zamanı özünü qeyri-səmimi apararaq hərəkətlərinə bəraət qazandırmağa çalışdığına və bununla da, polis adına xələl gətirən hərəkətlərə yol verdiyinə görə X1 üzrə X15 3-cü bölüyünün polis nəfəri polis serjantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin 05.12.2019-cu il tarixli, Ə23Ş/H-013-19 nömrəli əmrindən görünür ki, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”- nin 135-ci maddəsinin 9-cu bəndinə (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) əsasən xidmətdən azad edilmişdir. Polis serjantı İddiaçı, Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan X1 üzrə X15 polis nəfərinin, 05 dekabr 2019cu il tarixə xidmət müddəti: təqvimi hesablama ilə 16 il 06 ay 27 gün təşkil etmişdir. İşdə olan izahat, arayış və raportlardan görünür ki, həmin sənədlərdə göstərilən ifadələr və faktlar İddiaçı barəsində aparılmış xidməti araşdırma zamanı X1 üzrə X15 “sıravi və kiçik rəis heyətinin yığıncağı”nın 26 noyabr 2019-cu il tarixli Qərarında və DİN-in X1 üzrə X15 komandiri, polis polkovnik-leytanantı tərəfindən təsdiq edilmiş “Taborun 3-cü bölüyünün 1-ci tağımının polis nəfəri, polis serjantı İddiaçı barəsində aparılan xidməti yoxlamanın nəticəsinə dair” Rəyində öz əksini tapmışdır. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın imtinasını qanuni və əsaslı hesab edərək iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Daxili İşlər nazirinin 08.04.2005-ci il tarixli, 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının X29nin” 1-ci bəndinə əsasən daxili işlər orqanının əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. Həmin Kodeksin 2-ci bəndinə əsasən anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. Həmin Kodeksin 3-cü bəndinə əsasən dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir. Həmin Kodeksin 4-cü bəndinə əsasən dövlət tərəfindən verilmiş səlahiyyətlərdən yalnız qanun çərçivəsində istifadə etməli, cinayət, yaxud digər hüquqpozmalar törətmiş şəxslərin qanunla qorunan hüquqlarına hörmətlə yanaşmalı, fiziki qüvvə və xüsusi vasitələr tətbiq etmək zərurəti yarandıqda, səlahiyyət həddini aşmamalı və adekvat tədbir seçməyi bacarmalıdır. Həmin Kodeksin 9-cu bəndinə əsasən çalışqanlığı, intizamlığı və təşəbbüskarlılığı xidmətin əsas meyarları kimi qəbul etməli, rəislərin (komandirlərin), yaşda və rütbədə özündən böyük həmkarlarının, habelə vətəndaşların irad və tənqidini səmimi qəbul etməli, onlardan düzgün nəticə çıxarmalı, riyakarlıqla özünü doğrultmağa yox, səhvlərini düzəltməyə çalışmalıdır. Xidməti geyim formasını şərəf və ləyaqətlə daşımalı, öz xarici görkəminə diqqətlə yanaşmalı, hər zaman səliqəli olmalı, davranışı ilə başqalarına yüksək mədəniyyət nümunəsi göstərməlidir. Həmin Kodeksin 17-ci bəndinə əsasən müxtəlif məsələlərlə bağlı keçirilən xidməti təhqiqat və ya yoxlama zamanı verilən sualları tam və səmimi cavablandırmalı, obyektivliyin təmin edilməsinə köməklik göstərməlidir. Həmin Kodeksin 22-ci bəndinə əsasən davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili X12 nizamnaməsi" ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Daxili X12 Nizamnaməsinin 3.2-ci bəndinə əsasən hər bir əməkdaş Bu Nizamnaməyə, “DİO əməkdaşlarının X29”nin və polis andının tələblərinə, DİN-in digər normativ-hüquqi aktlarında müəyyən olunmuş qaydalara əməl etməli, rəislərin və komandirlərin əmrlərini yerinə yetirməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, DİN-in X1 üzrə X15 baş növbətçi inspektoru polis kapitanı X6 09.11.2019-cu il tarixli, DİN-in X1 üzrə X15 3-cü bölüyün komandir vəzifəsini müvəqqəti əvəz edən, polis mayoru Kənan Yusifovun 11.11.2019-cu il tarixli və DİN-in X1 üzrə X15 3-cü bölüyün taqım komandiri, polis kapitanı Qabil Cəfərovun raportları əsasında toplanmış material üzrə aparılmış araşdırmada göstərilənlər, işdə olan izahatlar, arayışlar və digər sənədlər, eləcə də İddiaçı 12 noyabr 2019-cu il tarixli izahatında təsdiqini tapdığından, bununla da, tam və hərtərəfli aparılmış xidməti təhqiqatın nəticəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimati Təhlükəsizlik İdarəsi tərəfindən verilmiş 03.12.2019-cu il tarixli, Ə22ş/h-013-19 nömrəli əmrin və 05.12.2019-cu il tarixli, Ə23ş/h-013- 19 nömrəli əmrin qəbul edilməsi zamanı inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmişdir. Eləcə də, İddiaçı tərəfindən DİN X1 üzrə X30 tərəfindən aparılmış xidməti təhqiqat nəticəsində müəyyən olunmuş halların təkzib edilməsinə dair xidməti təhqiqat aparılan zaman, eləcə də, məhkəmə icraatında heç bir mötəbər sübut, dəlil təqdim edilməmişdir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, iddiaçı apellyasiya şikayətinə vəsatət əlavə edərək Ayaz Hacıyev, Ziyad cəfərov, Mahir Cəfərov, Ruslan Minasazov, Elçin Əsgərov və Surac Xəlilov adlı şəxslərin dindirilməsini xahiş etsə də, iş materiallarından görünür ki, həmin şəxslər xidməti yoxlama zamanı dindirilmiş, Ayaz Hacıyev adlı şəxs hadisə zamanı orada olmadığını, Mahir Nəcəfov iddiaçının “Azər Məmmədovun haqqında şikayət etməklə hədələyərək ağzını qaşıyıb gedəcəm evə” sözünü işlətdiyini, Ziyad Cəfərovun iddiaçının Azər Məmmədovdan narazılıq etməkdən başqa hər hansı söz eşitmədiyini bildirmiş, həmçinin xidməti yoxlama zamanı iddiaçı özü də izahat verərək əsəbi halda komandirin onu bezdirdiyini, axır bir gün bölük komandirinin ağzına atın gedəcəyini bildirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri bu hissədə əsaslı deyil. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində iddiaçı məhkəmənin qərarının əsassız olduğunu qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-526/2021 saylı 09 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1813/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1813/2021
16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver