Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1813/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « bağ sahəsinə hüququn ölmüş şəxsə məxsus olması barədə arayış verilməsi») Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X1 və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4253/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh tərəfindən iddiaçının nümayəndələrinə ünvanlanmış imtina məktublarına əsasən bildirilmişdir ki, təqdim etdiyi 15306 saylı xx.xx.1975-ci il tarixli müavilənin qüvvədə olma müddəti xx.xx.1983-cü il tarixdə bitmişdir. İdarənin arxivində saxlanılan məlumatlara əsasən hüquq sahibi Nazir Məmməd oğluna müqavilənin müddətinin artırılmasına dair Bağlar Təsərrüfatı İdarəsi tərəfindən xx.xx.1982-ci il və xx.xx.1987-ci il tarixlərində bildiriş məktubu ünvanlanmış, lakin yeni müqavilə bağlanmamışdır. Bundan əlavə, torpaq sahəsi faktiki olaraq sənəd üzrə olan sahədən azdır.
2. ünvan ünvanlanmış 09 iyun 2022-ci il tarilxi 431 nömrəli məktuba əsasən İddiaçı ərizəsi və 884/87 saylı vərəsəlik işinə əsasən İddiaçı xx.xx.1986-cı il tarixdə vəfat etmiş Nazir Məmməd oğlunun qanun üzrə vərəsələri sırasına daxildir. 10. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 1394 nömrəli arayışına əsasən mərhum XXX X23 qəsəbəsi, köhnə Engels küçəsi, yeni Məşədixanım Nemətova küçəsi ev 10 saylı ünvanda ölən günə qədər qeydiyyatda olmuşdur. AZ-İ № 817694 saylı xx.xx.1986-cı il tarixli ölüm haqqında şəhaətnaməyə əsasən xx.xx.1986-cı ildə vəfat etmişdir. 5 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş arayışa əsasən qeydiyyatda olan digər şəxslər – 1950-ci il təvəllüdlü XXX Mövsüm Nazir oğlu, 1957-ci il təvəllüdlü XXX Məhərrəmov Nəzir oğlu, 1957-ci il təvəllüdlü X17, 1961-ci il təvəllüdlü X14, 2005-ci il təvəllüdlü X26, 2000-ci il təvəllüdlü X7, 1992-ci il təvəllüdlü X2, 2013-cü il təvəllüdlü X15, 1976-cı il təvəllüdlü X5, 1977-ci il təvəllüdlü X27, 1986-cı il təvəllüdlü X10, 1987-ci il təvəllüdlü X18, 1998-ci il təvəllüdlü X19, 1988-ci il təvəllüdlü X28, 2005-ci il təvəllüdlü X29, 1981-ci il təvəllüdlü X11, 1967-ci il təvəllüdlü X6, 1970-ci il təvəllüdlü X12, 1970-ci il X3.
3. AZ-İİ seriylı 220587 nömrəli və AZ-İİ seriyalı 272064 nömrəli Ölüm haqqında şəhadətnamələrə əsasən Mövsüm Nazir oğlu xx.xx.2022-ci il tarixdə, Məhərrəm Nəzir oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür.
4. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli **********08 nömrəli məktubla Bakı şəhəri, Sabunçu urayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi olan 2471/2261 saylı bağ sahəsinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, 18 iyun 1975-ci il tarixli 15306 saylı müqaviləyə əsasən Ləhiş bağ massivində yerləşən ümumi sahəsi 0.25 ha olan 2471/2261 nömrəli bağ sahəsi Nəzir Məmməd oğlununun istifadəsinə verilmişdir. Müqavilənin müddəti xx.xx.1973xx.xx.1983 göstərilmişdir. Nəzir Məmməd oğlu ərizə ilə Bağlar Təsərrüfatı İdarəsinə müraciət edərək müqavilənin müddətinin uzadılmasını xahiş etmişdir. Bağlar Təsərrüfatı İdarəsinin arxivində həmin ərizədən sonra müqavilə bağlanması ilə bağlı əlavə sübut müəyyən edilməmişdir.
5. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri 1 saylı notariat ofisi tərəfindən 21 iyun 2023-cü il tarixli 539 nömrəli məktubla xx.xx.1986-cı ildə vəfat etmiş Nazir Məmməd oğlunun adına Bakı şəhəri 1 saylı dövlət notariat kontorunda açılmış 884/87 saylı vərəsəlik işinin təsdiq edilmiş surətləri təqdim edilmişdir.
6. İddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəmənin dəftərxanası vasitəsilə vərəsələrin razılıq ərizələrinin surəti, həmçinin ölüm haqqında şəhadətnamələrinin surətləri təqdim edilmişdir. Tədim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, X20, X21, X22, X17, X14, X8, X9 notarial qadada razılıq ərizələri təqdim edərək Ləhiş bağ massivində yerləşən 2471/2261 nömrəli bağ sahəsinin İddiaçı adına özəlləşdirilməsnə və dövlət reyestrindən çıxarışın alınmasına etiraz etmədiklərini bildirmişlər. AZ-İ seriyalı 035194 nömrəli, AZ-İİ seriyalı 217421 nömrəli, AZ-İİ seriyalı 272064 nömrəli və AZ-İİ seriyalı 220587 nömrəli “Ölüm haqqında şəhadətnamə”lərə əsasən X34, X13, Məhərrəm Nəzir oğlu və Mövsüm Nazir oğlu ölmüşlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Ləhiş bağ massivi ünvanda yerləşən 0.25 ha torpaq sahəsi olan 2471/2261 saylı bağ sahəsi üzərində hüquqların İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1985-ci il tarixli 15306 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Ləhiş bağ massivi ünvanında yerləşən 0.25 ha sahəsi olan 2471/2261 saylı bağ sahəsi Nazir Məmməd oğlunun istifadəsinə verilmişdir. xx.xx.1986-cı il tarixdə Nazir Məmməd oğlu vəfat etmişdir. İddiaçı müraciəti əsasında vəfat etmiş Nazir Məmməd oğlunun adına Bakı şəhəri 1 saylı Notariat Ofisində vərəsəlik işi açılmış və onun vərəsələrinin dairəsi müəyyən edilmişdir. İddiaçı ərizə və 884/87 nömrəli vərəsəlik işinə əsasən Bakı şəhəri 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 09 iyun 2022-ci il tarixli məktuba əsasən İddiaçı, Nazir Məmməd oğlunun qanun üzrə vərəsəsi qismində tanınır. Nazir Məmməd oğlunun qızı Zəhra Nəzir qızı notarial qaydada təsdiq edilmiş ərizəsində bildirmişdir ki, o, atası xx.xx.1986-cı ildə ölmüş atası Nazir Məmməd oğlundan irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyriyaşayış sahəsi və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsindən imtina edir. Bakı şəhəri 1 saylı Notariat Ofisinin 11 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 2471/2261 nömrəli bağ sahəsi ünvanında yerləşən daşınmaz əmlakın Nazir Məmməd oğluna məxsus olub-olmaması, əgər məxsus olarsa, həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı sorğunu təqdim edən şəxs vərəsə İsmayıl Tofiq oğlu vasitəsilə Bakı şəhəri 1 saylı notariat ofisinə göndərilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Nazir Məmməd oğluna ayrılan bağ sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün ərizə ilə, tələb olunan sənədləri əlavə edilməklə cavabdeh Daşınmaz Əmlakın Dövləl Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. Lakin, cavabdeh qurum tərəfindən xx.xx.2022-ci il tarixdə ərizəni təmin etməkdən imtina edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi öz imtinasında bildirmişdir ki, təqdim etdiyi ********** saylı, xx.xx.2022-ci il tarixli məktubuna cavab olaraq, torpaq sahəsində hasarlama işlərinin aparılmamış olmasıdır. Hesab edirlər ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və iddiaçının qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Bakı şəhəri, Ləhiş bağ massivi ünvanında yerləşən 0,25 ha sahəsi olan 2471/2261 saylı bağ sahəsi 1986-cı ildən bəri iddiaçının istifadəsindədir. İddiaçı bağ sahəsinin qayğısına qalmış, öz şəxsi vəsaiti hesabına bağın abadlaşdırılması (əkimi, suvarılması), bir sözlə qayğısına qalınması üçün çoxsaylı tədbirlər görmüşdür. O, torpaq sahəsindən maneəsiz, aşkar istifadə edir və ən əsası bağ sahəsinin ərazisində özbaşına heç bir artırma və dəyişiklik etməmişdir. İddiaçının bağ sahəsinə dair hüququmüəyyənedici sənədləri tam qaydasındadır və onlar aidiyyəti orqanlarlar tərəfindən lazımi təsdiq olunmuşdur. Beləliklə, mövcud daşınmaz əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zərurəti yaranmışdır. Həmçinin sözügedən bağ sahəsinə dair dövlət reyestrindən çıxarış iddiaçıya verilməlidir.
9. İddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Ləhiş bağ massivi ünvanında yerləşən 0.2393 ha sahəsi olan 2471/2261 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxs Nazir Məmməd oğluna məxsus olması barədə arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4253/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, 18 iyun 1975-ci il tarixli 15306 saylı müqaviləyə əsasən Ləhiş bağ massivində yerləşən ümumi sahəsi 0.25 ha olan 2471/2261 nömrəli bağ sahəsi Nəzir Məmməd oğlununun istifadəsinə verilmişdir. Müqavilənin müddəti xx.xx.1973- xx.xx.1983 göstərilmişdir. Nəzir Məmməd oğlu ərizə ilə Bağlar Təsərrüfatı İdarəsinə müraciət edərək müqavilənin müddətinin uzadılmasını xahiş etmişdir. Bağlar Təsərrüfatı İdarəsi tərəfindən cavabdehə təhvil verilmiş arxivdə həmin ərizədən sonra müqavilə bağlanması ilə bağlı əlavə sübut müəyyən edilməmişdir. Cavabdeh də, sözügedən hallara istinad edərək iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin həmin imtinası qanunazidd olmuşdur. Belə ki, hazırki işin mübahisəsiz hallarına əsasən sözügedən bağ sahəsi uzun illər mərhum Nəzir Məmməd oğlunun qanuni sahibliyində və istifadəsində olmuş, o, bağ sahəsinin icarəyə verilməsi haqqında müqavilənin müddəti bitdikdə Bağlar Təsərrüfatı İdarəsinə müraciət edərək müqavilənin müddətinin uzadılmasını xahiş etmişdir. Doğrudur, İdarənin arxivində mövcud olan sənədlərdə bağ sahəsinə dair müqavilənin müddətinin uzadılması ilə bağlı yeni müqavilə bağlanmasına dair sənəd aşkarlanmasa da, həmin bağ sahəsi hazırki vaxtadək mərhum Nəzir Məmməd oğlunun və onun ailə üzvlərinin faktiki sahibliyində və istifadəsində olmuşdur. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü mərhum Nəzir Məmməd oğlu 1986-cı il tarixdə vəfat etmişdir, bu hal isə onu göstərir ki, o müqavilədən irəli gələn hüquqlarının (yəni, müqavilənin müddətinin uzadılması) realizə edilməsi imkanını tapmamışdır. Eləcə də, iş materiallarında sözügedən bağ sahəsinin sonradan hər hansı bir fiziki şəxsin istifadəsinə verilməsinə dair hər hansı bir sübut aşkarlanmamışdır.
12. Məhkəmə eləcə də, qeyd edir ki, hazırki iddia tələbi üzrə cavabdehin digər dəlili bağ sahəsinin faktiki ölçüsünün 0.25 ha-dan az, yəni 2393 kv.m təşkil etməsi ilə bağlıdır ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək bağ sahəsinin faktiki ölçüsünə, yəni 2393 kv.m-ə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş edilmşdir ki, bu halda, iş üzrə cavabdehin həmin dəlilini artıq əhəmiyyətsiz etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
13. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4253/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilən 15306 saylı, xx.xx.1975-ci il tarixli müqavilənin qüvvədə olma müddəti xx.xx.1983-cü il tarixdə bitmişdir. İdarənin arxivində saxlanılan məlumatlara əsasən hüquq sahibi Nazir Məmməd oğluna müqavilənin müddətinin artırılmasına dair Bağlar Təsərrüfatı İdarəsi tərəfindən xx.xx.1982-ci il və xx.xx.1987-ci il tarixlərində bildiriş məktubu ünvanlanmış, lakin yeni müqavilə bağlanmamışdır.Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin yerləşməsi müəyyən edilməmiş, torpaq sahəsinin qanuni əsaslarla ayrılıbayrılmaması ilə bağlı araşdırma aparılmamışdır.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə oxşar məzmunda mülahizə təqdim etmişdir. d) Proses iştirakçılarının izahatları
16. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
17. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi iclasda iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
19. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. .... 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ....... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8-ci və 8.0.11-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. ..... 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 695.1-ci maddəsinə əsasən kirayəçinin öldüyü halda kirayə müqaviləsi üzrə hüquq münasibətləri, əgər başqa kirayəçilər varsa, onlarla davam etdirilir. Başqa kirayəçilər olmadıqda kirayə müqaviləsi üzrə hüquq münasibətləri vərəsələrlə davam etdirilir. Növbəti kirayəçinin və ya vərəsənin qanunla müəyyənləşdirilmiş xəbərdarlıq müddətlərini gözləməklə kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin ləğvinə dair bildiriş vermək hüququ vardır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
25. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
26. Qeyd olunmalıdır ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
27. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi haqqında” 15306 nömrəli 18 iyun 1975-ci il tarixli müqaviləyə əsasən mərhum Nazir Məmməd oğluna ayrılmış Ləhiş bağ massivində yerləşən 0,25 ha bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması barədə ilk öncə cavabdehə sonra isə məhkəməyə müraciət etmişdir.
28. Cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə müvafiq müqavilə mübahisələndirilmişdir.
29. Məhkəmə araşdırması zamanı, məhkəmə tərəfindən sözügedən müqavilənin arxiv nüsxəsinin əldə olunması məqsədilə cavabdehə sorğu göndərilmiş və müqavilənin arxiv nüsxəsinin surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, 18 iyun 1975-ci il tarixli 15306 saylı müqaviləyə əsasən Ləhiş bağ massivində yerləşən ümumi sahəsi 0.25 ha olan 2471/2261 nömrəli bağ sahəsi Nəzir Məmməd oğlununun istifadəsinə verilmişdir. Müqavilənin müddəti xx.xx.1973-xx.xx.1983 göstərilmişdir. Nəzir Məmməd oğlu ərizə ilə Bağlar Təsərrüfatı İdarəsinə müraciət edərək müqavilənin müddətinin uzadılmasını xahiş etmişdir. Bağlar Təsərrüfatı İdarəsi tərəfindən cavabdehə təhvil verilmiş arxivdə həmin ərizədən sonra müqavilə bağlanması ilə bağlı əlavə sübut müəyyən edilməmişdir. Cavabdeh də, sözügedən hallara istinad edərək iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir.
30. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin həmin imtinası qanunazidd olmuşdur. Belə ki, hazırki işin mübahisəsiz hallarına əsasən sözügedən bağ sahəsi uzun illər mərhum Nəzir Məmməd oğlunun qanuni sahibliyində və istifadəsində olmuş, o, bağ sahəsinin icarəyə verilməsi haqqında müqavilənin müddəti bitdikdə Bağlar Təsərrüfatı İdarəsinə müraciət edərək müqavilənin müddətinin uzadılmasını xahiş etmişdir. Doğrudur, İdarənin arxivində mövcud olan sənədlərdə bağ sahəsinə dair müqavilənin müddətinin uzadılması ilə bağlı yeni müqavilə bağlanmasına dair sənəd aşkarlanmasa da, həmin bağ sahəsi hazırki vaxtadək mərhum Nəzir Məmməd oğlunun və onun ailə üzvlərinin faktiki sahibliyində və istifadəsində olmuşdur. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü mərhum Nəzir Məmməd oğlu 1986-cı il tarixdə vəfat etmişdir, bu hal isə onu göstərir ki, o müqavilədən irəli gələn hüquqlarının (yəni, müqavilənin müddətinin uzadılması) realizə edilməsi imkanını tapmamışdır. Eləcə də, iş materiallarında sözügedən bağ sahəsinin sonradan hər hansı bir fiziki şəxsin istifadəsinə verilməsinə dair hər hansı bir sübut aşkarlanmamışdır.
31. Beləliklə, mübahisə predmetinə dair hüquqmüəyyənedici sənəd olan icra müqavilənin mötəbər qiymətləndirilməməsi üçün hər hər hansı bir əsas müəyyən edilməmişdir.
32. Məhkəmə eləcə də, qeyd edir ki, hazırki iddia tələbi üzrə cavabdehin digər dəlili bağ sahəsinin faktiki ölçüsünün 0.25 ha-dan az, yəni 2393 kv.m təşkil etməsi ilə bağlıdır ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək bağ sahəsinin faktiki ölçüsünə, yəni 2393 kv.m-ə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş edilmşdir ki, bu halda, iş üzrə cavabdehin həmin dəlilini artıq əhəmiyyətsiz etmişdir.
33. Göründüyü kimi, cavabdehin bu dəlili əsassız olmaqla iddiaçının ona məxsus hüququn qeydə alınmasını tələb etməsini istisna edə bilməz.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.
35. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulubqoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.
37. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin təqdim edilən 15306 saylı, xx.xx.1975-ci il tarixli müqavilənin qüvvədə olma müddəti xx.xx.1983-cü il tarixdə bitməsi, İdarənin arxivində saxlanılan məlumatlara əsasən hüquq sahibi Nazir Məmməd oğluna müqavilənin müddətinin artırılmasına dair Bağlar Təsərrüfatı İdarəsi tərəfindən xx.xx.1982-ci il və xx.xx.1987-ci il tarixlərində bildiriş məktubu ünvanlanması, lakin yeni müqavilə bağlanmaması dəlilinə Bu Qərarın 30-cu bəndində hüquqi qiymət verilmişdir.
38. Apellyasiya şikayətinin məhkəmə tərəfindən torpaq sahəsinin yerləşməsi müəyyən edilməməsi dəlilinə münasibətdə isə məhkəmə Kollegiyası qeyd edir ki, bağ sahəsi mərhum Nəzir Məmməd oğlunun, Nəzir Məmməd oğlu 1986-cı il tarixdə vəfat etdikdən sonra isə onun ailə üzvlərinin faktiki sahibliyində və istifadəsində olmuş və hal-hazırda da istifadəsindədir.
39. Eləcə də, iş materiallarında sözügedən bağ sahəsinin sonradan hər hansı bir fiziki şəxsin istifadəsinə verilməsinə dair hər hansı bir sübut aşkarlanmamışdır.
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
41. Beləliklə, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmamışdır.
42. Lakin məhkəmə Kollegiyası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən (müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.) hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4253/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə mənzilə dair mülkiyyət hüququnun iddiaçının mərhum atasına məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınarkən “mülkiyyət hüquqlarının Nazir Məmməd oğluna məxsus olmasına dair arayışın verilməsi” kimi nəticə həmin maddənin məzmununa uyğun olmamışdır.
43. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4253/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı “mülkiyyət hüquqlarının Nazir Məmməd oğluna məxsus olmasına dair” hissə istisna olmaqla dəyişdirilmədən saxlanılmalıdır
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4253/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı “mülkiyyət hüquqlarının Nazir Məmməd oğluna məxsus olmasına dair” hissə istisna olmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.